Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   2   3   4   5   6   7   8   9   ...   59

***

Qəzənfər   Kazımovun   əsas   tədqiqat   sahələrindən   biri   də 

müasir Azərbaycan dilinin estetik imkanları, xüsusilə komizmin 

bədii vasitə və üsullarıdır. Həmkarı H.Mirzəyev doğru deyir ki, o 

bizim   «filologiyamızda   komizm   nəzəriyyəsinin   görkəmli 

tədqiqatçısı kimi tanınmaqdadır». (

Qəzənfər Kazımov. Dilimiz – 

tariximiz, s.10

)

  Alimin «Sirkə» hekayəsi və imlamız», «Molla Nəsrəddin» 



jurnalının   sovet   dövrü   felyetonlarının   ictimai-siyasi   leksika   və 

frazeologiyası»,   «Nəsrimizdə   komik   şişirtmə»,   «Nəsrimizdə 

komik məsəllər və aforizmlər», «Bədii ədəbiyyatda xüsusi adların 

komik təbiəti», «Yazıçı təhkiyəsinin və obraz nitqinin bəzi ədəbi-

estetik xüsusiyyətləri barədə» və s. onlarca bu kimi məqaləsin-

dən başqa üç monoqrafiyası da bədii ədəbiyyatda komik vasitə 

və üsulların tədqiqinə həsr edilmişdir. Onlardan biri «Komik-bədii 

vasitələr» (B., Yazıçı, 1983) adlanır.

Məlumdur   ki,   estetikanın   əsas   və   mürəkkəb 

kateqoriyalarından   olan   komiklik   ictimai   həyat   zidiyyətlərinin 

ümumiləşdirilmiş  bədii əksindən ibarətdir. Onun  əsas mənbəyi 

həyat,   başlıca   təzahür   forması   bədii   gülüşdür.   «Eybəcərliklə 

gözəlliyin,   nadanlıqla   maarifin,   geriliklə   tərəqqinin,   axmaqlıqla 

ağılın,   miskinliklə   ülviyyətin,   təsəvvürlə   həqiqətin,   istəklə 

bacarığın, iddia ilə ləyaqətin arasındakı uyğunsuzluq və ziddiyyət 

gerçəklikdə   və   incəsənət   əsərlərində   gülüşün   həm   mənbəyini, 

həm də hədəfini təşkil edir». (

Mehdi Məmmədov. Azərbaycan 

dramaturgiyasının estetik problemləri, B., 1968, s.217

)

Lakin hər cür gülüş komiklik yarada bilmir. Fərdin müəyyən 



hadisəyə, yaxud şəxsə fizioloji reaksiyasını ifadə edən subyektiv 

gülüşdən   fərqli   olaraq,   «komizm   ümumi   obyektiv   məzmun 

daşıyır. Bu, gülüşün yüksək pilləsidir və insanların gerçək aləmə 

bəslədikləri ictimai münasibətləri ifadə edir». Adi «gülüş yalnız 

33


anlaq   təzahürüdür,   adamların   həyat   ziddiyyətlərini   başa 

düşmələrinin   və   özlərini     ondan   yüksəkdə   dərk   etmələrinin 

əlamətidir....   Halbuki   komiklik   aləminə   umumiyyətlə   intəhasız 

şadlıq, özünün öz ziddiyyətlərinin fövqündə hökmən ucaldığına 

bir inam daxildir». (

Qeqelğ. Soçineniə, T, 14, s.367

)

Ədəbiyyatşünaslıq, estetika, psixologiya və sənətşünaslığa 



dair   kitablarda   komizmin   (gülüşün)   müxtəlif   formaları   qeyd 

olunur. Q.Kazımov bu formaların ikisini doğru sayır: yumor və 

satira.   Monoqrafiyada   bu   formaların   hər   birinin   səciyyəvi 

xüsusiyyətlərini konkret şəkildə aydınlaşdıran tədqiqatçı onların 

yaradılmasında istifadə edilən vasitə və üsullardan daha əhatəli 

söhbət   açır.   Müəllifin   qəti   qənaətinə   görə,   komizm   barədə 

söhbət açan alimlər onun vasitə və üsullarını fərqləndirmədən 

bir-birinə qarışdırmışlar. Q.Kazımov ilk növbədə sələflərinin səhv 

fikirlərinə   düzəliş   verir,   yəni   komik   vasitələrlə   komik   üsulların 

hüdudlarını dəqiqləşdirir. Onun qənaətinə görə, ko-mik «vasitə 

konkretdir, üsul ümumi. Bir vasitə bir üsula xidmət etdiyi kimi, 

bir neçə üsula da xidmət edə bilər... Vasitə maddidir, konkretdir, 

üsul abstrakt. Biz komizm yaradan vasitələri görürük, oxuyuruq, 

tələffüz edirik, üsullar isə bu vasitələrdən hasil olur, nəticə kimi 

meydana çıxır». (

Qəzənfər Kazımov. Komik-bədii vasitələr.s.35

)

İzahın   bir   qədər   mücərrəd   görünməsinə   baxmayaraq, 



Q.Kazımov   komizmin   dil   vasitələrini   dəqiq   müəyyənləşdirir; 

bunlar   fonetik,   leksik,   frazeoloji   və   qrammatik   vasitələrdir. 

Tədqiqatçı bu vasitələrin bütün ədəbi növlər – lirika, epos və 

dram üçün tipoloji ümumilik təşkil etdiyini də düzgün söyləyir. 

Doğrudan   da   dilin   fonetik,   leksik,   frazeoloji   və   qrammatik 

vasitələri hər cür əsər üçün eyni dərəcədə bədiilik mənbəyi ola 

bilir  və bütün  yazıçılar  bu vasitələrdən  istifadə edirlər.  «Lakin 

komizm ustasının birinci vəzifəsi dil vasitələrinə komik don gey-

dirməkdən   ibarət   olur;   satira   ustası,   yumor   yaradıcısı   başqa 

yazıçıların istifadə edə biləcəyi dil vasitələrini komik plana uyğun-

laşdırmalı, dil vasitələrinə satirik-yumoristik rəng verməli və dilin 

özündə komik keyfiyyətdə formalaşmış vahidləri seçib işlətməli, 

öz əsərini komik intonasiya və komik nitq vasitələri ilə rənglə-

məyi bacarmalıdır».

34


Monoqrafiyada   komik   bədii   vasitələrdən   ikisi   –   leksik   və 

frazeoloji   vasitələr   tədqiq   olunur.   Müəllif     XX   əsrin   20-30-cu 

illərində yazılmış bədii nəsr nümunələrinin – Böyükağa Talıblı, 

Tağı  Şahbazi  Simurq,   Qantəmir,   Mir  Cəlal  və  Sabit   Rəhmanın 

hekayə, povest  və romanlarının  dili əsasında  sözlərin komiklik 

yaradan keyfiyyətlərini göstərir. Bu keyfiyyətlərin sırasında sözün 

məcazilik imkanları, komik müqayisələr, xüsusi adlar və ləqəblər, 

vulqar sözlər və birləşmələr vardır. Həmin leksik vahidlərdən 20-

30-cu illərin satirik yazıçılarının hərəsi özünəməxsus sənətkarlıqla 

istifadə etmişdir. Q.Kazımov bu fərdiyyəti məharətlə çeşidləyib 

inandırıcı elmi nəticələr əldə etməyə nail olmuşdur. Aydın olur ki, 

«Simurqun   və   B.Talıblının   yaradıcılığında   sözün   aydın   nəzərə 

çarpan xüsusi komik mövqeyi az-az müşahidə olunan faktlardan-

dır. Qantəmir bir çox hallarda hekayəni ayrı-ayrı sözlərin komik 

təfsiri üzərində qurur. S.Rəhmanda sözlərin komizmi daha çox 

komik   kalamburlara   əsaslanır.   Mir   Cəlal   nəsrində   sözlərin 

məcazilik,   çoxmənalılıq   və   metaforlaşdırma   yolu   ilə   komizmi 

üstünlük təşkil edir». (

Qəzənfər Kazımov. Komik-bədii vasitələr, 

s.64


)

Bunlar doğru müşahidələrdir və Q.Kazımov onları əsaslan-

dırmaq üçün ilk növbədə yazıçıların işlətdiyi sözlərin məcazilik və 

çoxmənalılıq xüsusiyyətlərinə istinad edir. O, Mir Cəlalın «Dirilən 

adam» romanının adındakı təyini söz birləşməsinin həm birinci, 

həm   də   ikinci   tərəfindəki   leksik   vahidlərin   («dirilmək»   və 

«adam»), habelə həmin əsərin müəyyən epizodlarında işlənmiş 

«oturmaq», «xortdamaq», «doğmaq», «bizləmək», «sancı» kimi 

sözlərin çoxmənalılıq əsasında əmələ gətirdiyi komizmi ən incə 

detallarına qədər açıqlamaqla xalq dilindəki ümumişlək sözlərin 

yüksək bədiilik yarada bilmək potensialını əyaniləşdirir. 

Monoqrafiyada komizm yaradan frazeoloji vasitələr xüsusi 

fəsildə öyrənilir. Bu dil vahidlərinin komik təbiətini və bədii gülüş 

üçün vacibliyini nəzəri planda izah edən müəllif onların 1920-30-

cu illər nəsrindəki yerini xüsusi elmi səliqə ilə araşdırır. Daha çox 

B.Talıblının   «Erkək   Tükəzban»   və   Mir   Cəlalın   «Dirilən   adam» 

əsərlərinə   istinad   edən   tədqiqatçı   həm   təhkiyəçi   və   müəllif 

dilində, həm də surətlərin danışığında təsadüf etdiyi frazeoloji 

vahidlərin  xüsusi  məqsəddən yarandığını  və  komizmi  daha  da 

35


qüvvətləndirdiyini   inandırıcı   faktlarla   sübuta   yetirir.   O,   adları 

çəkilən əsərlərdə gülüş yaradan feli frazeoloji birləşmələrin ismi 

birləşmələrə nisbətən çox işlənməsini xüsusi vurğulayır və bunun 

səbələrini aydınlaşdırır.

Bəzi   mübahisəli   yerlərinə   baxmayaraq,   «Komik-bədii 

vasitələr»    monoqrafiyasında   estetik   gülüşü   şərtləndirən 

xüsusiyyətlər   konseptul   şəkildə   tədqiq   olunur.   Əsərin   ümumi 

məzmunu   təsdiq   edir   ki,   bədii   ədəbiyyatda   komizm   yaradan 

başlıca amil dil vahidləridir. Elə buna görə kitabın elmi redaktoru 

görkəmli türkoloq-alim Tofiq Hacıyev estetikanın əsas kateqori-

yalarından   olan   komizmin   izahına   dilçi   mütəxəssisin 

müdaxiləsinin   qanunauyğun   olduğunu   bildirərək   yazırdı:   «Bu 

tədqiqat («Komik-bədii vasitələr»  kitabı nəzərdə tutulur – 

Z.Ə


.) 

bir daha göstərir ki, nəinki bəzi filoloji-ədəbiyyatşünaslıq, hətta 

nəzəri-estetik   məsələlərin   həllində   dilçi   müdaxiləsi   müəyyən 

fayda   verir…   Şübhəsiz,   «Komik-bədii   vasitələr»     əsəri 

Q.Kazımovun bu vaxta (monoqrafiyanın çap olunduğu 1983-cü 

ilə – 


Z.Ə

.) qədərki yaradıcılığının ən yaxşı nümunəsidir, bədii dil 

və   üslub   məsələləri   ilə   bağlı   çoxdan   apardığı   səmərəli 

tədqiqlərinin ümumiləşdirilmiş nəticəsidir».

Q.Kazımovun   yaradıcılığında   komizmin   bədii   vasitələri   ilə 

yanaşı,   üsulları   da   əhatəli   şəkildə   tədqiq   olunmuşdur.   Onun 

«Bədii ədəbiyyatda komizm üsulları» («Maarif» nəşriyyatı, 1987) 

monoqrafiyası Azərbaycan filologiyasında bədii gülüşün dil-nitq 

üsullarının təhlilinə həsr olunmuş ilk sanballı tədqiqat əsəridir. 

«Komik-bədii vasitələr»  kitabında olduğu kimi, bu mono qrafiya-

nın   da   başlıca   tədqiqat   obyekti   1920-30-cu   illərdə   yaşayıb-

yaratmış Azərbaycan nasirlərinin ədəbi irsidir. Alim əsas fikir və 

mülahizələrini   C.Məmmədquluzadə   və   onun   bədii   ənənələrini 

davam etdirən Mir Cəlal, Sabit Rəhman və Qantəmirin əsərlərinə 

istinadən   əsaslandırır.   Bəzən   də   elmi   araşdırmanın   miqyasını 

genişləndirərək, Seyfəddin Dağlı, Salam Qədirzadə və Anarın ya-

radıcılığına müraciət edir.

İncəsənətdə komizm üsulları kifayət qədər öyrənilmədiyi və 

bəzi   anlayışların   hüdudları   dəqiqləşdirilmədiyi   üçün   Q.Kazımov 

satira və yumor haqqında deyilən fikirləri tənqidi təhlildən keçirir. 

O, vaxtilə İ.Eventovun qaldırdığı «Satira nədir – növ, cins, janr 

36


və   ya   üsullar   məcmusu?»     (

İ.Gventov.   Ostroumie   sxvatıvaet 

protivoreçie. «Voprosı  literaturı».  1973,  №6,  s.127

) –  sualına 

elmi   cavab   axtarır;   bu   məsələnin   izahına   dair   fikirləri 

xatırladaraq, onların bəzilərinə təshih verir. Q.Kazımov bir sıra 

təkzibedilməz faktlara söykənməklə satira və yumoru ədəbi növ, 

yaxud   janr   sayan   müəlliflərin   əksinə   olaraq   onu   bədii   prinsip 

hesab   edən   tədqiqatçıların   mövqeyini   müdafiə   edir   və   bu 

mövqeyi   yeni   mülahizələrlə   daha   da   möhkəmləndirir.   Bu 

nöqtədə Q.Kazımovun simasında ədəbiyyatşünas-nəzəriyyəçi tə-

fəkkürü və baxışı ilə dilçi-üslubiyyatçı təfəkkürü və baxışı vəhdət 

tapır. O, haqlı deyir ki, hər hansı bir hekayə, yaxud povest həm 

satirik planda, həm də qeyri-satirik – «Ciddi müstəqim şəkildə» 

yazıla   bilər.  (

Q.Ş.Kazımov. Bədii ədəbiyyatda komizm  üsulları. 

s.21

)

Deməli, bədii ədəbiyyatın ciddi qolu olduğu kimi, «qeyri-



ciddi»   qolu   da   vardır.   Məhz   bu   «qeyri-ciddi»   qol   satirik-

yumoristik ədəbiyyatdır və onun inikas üsulu gülüşün müxtəlif 

formalarıdır.

Kitabda komizmin ezopvarilik, gözlənilməzlik, uyğunsuzluq, 

fakt və hadisələrin deformasiyası, anlaşılmazlıq, anaxronizmlərlə 

ifşa   kimi   üsulları   tədqiq   edilir.   Alim   bu     üsulların   estetik 

mahiyyətini,   linqvistik   xüsusiyyətlərini   yeni   baxış   bucağından 

təhlil və şərh etməklə yanaşı, onların bədii təcrübədəki yerini və 

effektini də göstərir. Təhlil və şərhlərin aydınlığı onların elmiliyini 

təmin   edir   və   XX   əsrin   satirik   yazıçılarından,   məsələn, 

C.Məmmədquluzadənin öz felyetonlarında Ezop dilindən böyük 

sənətkarlıqla faydalanmasına dair fikirlərin doğruluğuna təminat 

verir.

Estetik


 

gülüş


 

yaratmaqda

 

deformasiyanın 



(şəkildəyişmənin),   xüsusilə   şişirtmənin   mühümlüyünü   nəzərə 

çatdıran   tədqiqatçı   monoqrafiyada   deformasiyanın   hiperbola, 

qrotesk,   fantastika   kimi   üsullarından   da   geniş   söhbət   açaraq, 

həmin üsulların B.Talıblı, Qantəmir və Mir Cəlalın hekayələrində 

necə mənalı gülüş yaratdığını aydınlaşdırır. XX əsr Azərbaycan 

nəsrində bədii gülüş yaratmağın bu üsulunun geniş yayıldığını 

izah etmək üçün həmin əsrin 60-70-ci illərində yazılmış bəzi he-

kayə və povestləri də tədqiqata cəlb edib Seyfəddin Dağlı, Salam 

37


Qədirzadə və Anarın əsərlərindəki gülüş texnikasının özünəməx-

susluğunu göstərir.

Kitabda   Seyfəddin   Dağlının   «Şakərlilər»,   Salam 

Qədirzadənin   «Aldada   bilməzsən»   kitablarına   daxil   edilən 

hekayələrin   məziyyətləri   bədii   deformasiya   üsulunun   təbiiliyi, 

şişirtmədə ölçünün – əndazənin gözlənilməsi ilə əlaqələndirilir. 

Tədqiqatçının Anar yaradıcılığı barədə fikirləri elmidir. O, doğru 

qeyd edir ki, Anarın «əsərləri ona görə yüksək estetik keyfiyyətə 

malik olur ki, o, deformasiya formalarından biri ilə kifayətlənmir, 

satirik   əsərlərində   təsvir   obyekti   birtərəfli   şişirdilmir,   həyat 

həqiqətinə uyğun olaraq, bir çox cəhətdən xarakterizə edilir və 

bu prosesdə obyektin tipik mənfi xüsusiyyətləri ilə yanaşı, müs-

bət cəhətləri, insani keyfiyyətləri də əks olunur». (

Q.Ş.Kazımov. 

Bədii ədədiyyatda komizm üsulları. s.116-117

)

Doğrudan   da,   Anar   səmimi   yazıçıdır.   Onun   həyat 



həqiqətinə   sədaqəti   yaratdığı   obrazların   təbiiliyini   şərtləndirir. 

Yazıçı   onların   uğurları   ilə   bərabər,   uğursuzluqlarını   da   təsirli 

canlandırır   və   bu   baxımdan   Q.Kazımov   «Dantenin   yubileyi» 

hekayəsinin   qəhrəmanı   Feyzulla   Kəbirlinskinin   xarakterinin   və 

portretinin   təsvirindəki   sənətkarlığı   düzgün   qiymətləndirir: 

«Onun bir aktyor kimi kütlüyü, qabiliyyətsizliyi, dolanmaq üçün 

gecə-gündüz   nə   olduğunu   bilməməsi,   ailə   çətinlikləri,   tez-tez 

düşdüyü   həqir   vəziyyətlər   komik   detallarla   təsvir   edilir.   Lakin 

müəllif onun insan olduğunu, insani keyfiyyətlərini də unutmur, 

ona görə də bizdə Feyzullaya qarşı nifrət yaranmır».

Monoqrafiyada Anarın «Molla Nəsrəddin – 66» povestinin 

gülüş texnikas, həyatdakı komizmi əks etdirmək üçün yazıçının 

faydalandığı   üsullar   kifayət   qədər   əhatəli   və   dərindən   təhlil 

olunur. Bu cəhətdən povestdəki şişirtmə və parodiyalar haqqında 

fikirlər   daha   çox   diqqəti   cəlb   edir.   Məlumdur   ki,   Anar   ictimai 

geriliyə, ibtidailiyə, bayağılığa, istedadsızlığa, savadsızlığa, köh-

nəliyə   –   bütün   əxlaqi-mənəvi   və   mədəni-siyasi   eybəcərliklərə 

qarşı   dözümsüz,   bidətçi,   vətəndaş-yazıçıdır.   Onun   bədii 

gülüşünün   əsas   hədəflərindən   biri   də   qrafomanlıq,   ştampçılıq, 

stereotiplər, trafaretlərdir ki, «Molla Nəsrəddin – 66»nın «Məlu-

mat», «Başımızın ağası», «Maraqlı tədqiqat», «Bizim müsahibə», 

«Yeni   il   planları»,   «Xəbərlər»,   «Biz   tənqid   edəndən   sonra», 

38


«Elanlar» hissələrində komik gülüş predmetinə çevrilir və yazıçı 

həmin gülüşün dadını-duzunu artırmaq üçün parodiyalardan isti-

fadə edir. Q.Kazımov yazıçının gülüş yaratmaq bacarığını (yaxud 

həyatın   özündə   təsadüf   edilən   gülünclüyü   sənətkarlıqla   əks 

etdirə bilmək qüdrətini) həmin parodiyaların təhlili əsasında üzə 

çıxarır. Bu təhlillərdə gülüş obyekti yenidən canlanır və yadda 

qalır.

«Bədii ədəbiyyatda komizm üsulları» monoqrafiyası təkcə 



Qəzənfər   Kazımovun   öz   yaradıcılığının   yox,   bütünlükdə 

Azərbaycan filologiyasının XX yüzilin 80-ci illərindəki nailiyyətinin 

yaxşı bir göstəricisidir. Hələ o zaman bu kitabın həyata gəlməsini 

alqışlayan,   elmi-filoloji   və   pedaqoji   əhəmiyyətini   yüksək 

qiymətləndirən ədəbiyyatşünas-alim Xeyrulla Məmmədov yazırdı: 

«Filologiya elmləri doktoru Qəzənfər Kazımovun «Bədii ədəbiy-

yatda komizm üsulları» monoqrafiyası ədəbiyyatşünaslığın nəzəri 

problemlərinin tədqiqi, təbliği və tədrisinin arxa plana  keçdiyi, 

estetik   məsələlərin   etinasızlıq   kölgəsinə   düşüb,   təhsil 

ocaqlarımızda az qala gərəksiz bir sahəyə çevrildiyi bir vaxtda 

meydana çıxmışdır… Monoqrafiya satirik və yumoristik əsərlərin 

bədii-estetik təhlil yollarına bələdlik hasil etmək kimi xüsusi əməli 

əhəmiyyəti olan nəcib bir məqsəd izlədiyinə görə milli filologiya 

elmində,   eləcə   də   tədris-metodiki   ədəbyyatın   nəşri   sahəsində 

diqqətəlayiq bir hadisədir. Müəllifin yaradıcılıq müvəffəqiyyətini 

təmin edən səbəblərə gəldikdə bunlar… bir tərəfdən, onun bədii 

sənətin   nəzəri   məsələlərinə   bələdliyi   və   milli   professionallıq 

səviyyəsi qazanması, digər tərəfdən, damarlarında təbii ədəbiy-

yatşünaslıq   mayasının   mövcud   olması   ilə   bağlıdır.   Onun 

təhlillərində   elmi   mühakimə   və   mülahizə   ilə   yanaşı,   bədii 

təfəkkür də böyük rol oynayır: iki təfəkkür tərzinin bir nöqtədə 

birləşməsi   kitabdakı   ədəbi   təhlillərə   emosionallıq  verir,   fikrin 

dəqiq   ifadəsinə   yaxından   kömək   edir.   Dəfələrlə   oxunub   təhlil 

edilmiş çoxlu əsəri Q.Kazımovun tamamilə orijinal səpkidə araş-

dırması, hamının yaxşı bildiyi bir sıra ədəbi faktların mahiyyətin-

də   gizlənən   mənanı   açıb   aşkarlaya   bilməsinin   sirri   bundadır». 

(

X.Məmmədov.   Azərbaycan   gülüşü   haqqında   kitab.   «Ulduz» 



jurnalı. 1989, №2

)

39



***

Q.Kazımovun elmi araşdırmalarının bir qismi müasir Azər-

baycan   dilinin   quruluşu:   orfoqrafiya,   orfoepiya,   leksika, 

morfologiya   və   sintaksislə   bağlıdır.   Onun   «Orfoepiyamız 

öyrənilir»,   «Bir   dərslik   haqqında»,   «-sa,   -sə   şəkilçisi,   onun 

praforma və derivatlarının qrammatik və üslubi xüsusiyyətlərinin 

tədqiqi», «Orfoqrafiya qaydalarının yeni layihəsi haqqında» mə-

qalələrində   müasir   Azərbaycan   dilinin   bir   sıra   aktual 

problemlərinə toxunulur. Bəziləri çap olunmuş dilçilik kitablarına 

resensiya, rəy, bəziləri isə «Ön söz» kimi yazılmış həmin əsər-

lərin məziyyəti ondadır ki, müəllif, haqqında söhbət açdığı kitab-

dakı   fikirləri   sadəcə   sadalamaq,   onun   konspektini   çıxarmaq, 

qısaca   şərhini   vermək   yolundan   yan   keçərək,   məsələnin 

mahiyyətinə   varmağa,   problemin   necə   həll   olunduğunu 

aydınlaşdırmağa çalışır. Belə təhlil və qiymətləndirmə üsulu ona, 

bir tərəfdən, haqqında bəhs etdiyi kitabın elmi çəkisini düzgün 

müəyyənləşdirmək, digər tərəfdən, problem haqqında öz fərdi 

mülahizələrini söyləyə bilmək imkanı yaradır.

«Bağlayıcısız tabeli mürəkkəb cümlələrin struktur-semantik 

xüsusiyyətləri»,   «Mətn   dilçiliyi   problemləri»,   «Ədəbi   dilimizin 

sintaksisinə yeni baxış», «Mətnin qurulma texnikası və semantik 

strukturu»,   «Dilimizin   bugünü»   kimi   məqalələrində   Q.Kazımov 

müasir Azərbaycan dilinin sintaksisinə dair vacib məsələlərdən 

söhbət açır. Söz birləşməsi və cümlənin daxili quruluşu, ümumi 

xassələri,   yaranma   qayda   və   üsulları,   templəri,   mətnin 

təşkilindəki   rolu,   məna   və   funksiyaları,   işlənmə   şərtləri   və 

qrammatik   səciyyələri   həmin   məqalələrdəki   təhlillərin   baş 

mövzusu, ağırlıq nöqtəsidir.

Dilçilik   elminin   çətin   şöbələrindən   olan   sintaksisin   ali 

vəzifəsi   yazıdakı   və   nitqdəki   qarmaqarışıqlıqda   gizlənmiş 

harmoniyanı   üzə   çıxarmaq,   dilin   gözəlliyini   və 

qanunauyğunluğunu aşkarlamaqdan ibarətdir. Həmin harmoniya 

və   gözəlliyi   öyrənmək   üçün   Azərbaycan   dilçiliyi   tarixində   ilk 

təşəbbüslər XIX əsrin sonları, XX yüzilin əvvəllərindən başlanmış, 

sonralar   Ə.Dəmirçizadə,   M.Şirəliyev,   M.Hüseynzadə, 

Ə.Abdullayev,   Z.Budaqova,   Y.Seyidov,   K.Vəliyev,   K.Abdullayev 

kimi   məşhur   alimlər   sintaksisin   müxtəlif   problemlərinə   dair 

40


qiymətli   tədqiqat   əsərləri   –   dissertasiya   və   monoqrafiyalar 

yazmışlar.   Uzun   müddət   ADPU-da   müasir   Azərbaycan   dilinin 

sintaksisini tədris və tədqiq edən Qəzənfər Kazımov isə özünün 

çoxillik   təcrübəsinə   əsaslanaraq,   bu   fənnə   dair   yeni   dərslik 

hazırlayıb,   keçən   əsrin   son   ilində   çap   etdirmişdir.   “Müasir 

Azərbaycan dili. Sintaksis” adlanan həmin dərslikdə (“Ünsiyyət”, 

Bakı, 2000, elmi redaktorları: prof. N.Cəfərov, dos. İ.Əhmədov) 

alim   həm   özünün   elmi   araşdırmalarının   nəticələrini,   həm   də 

sələflərinin   və   müasirlərinin   fundamental   tədqiqatlarını 

ümumiləşdirmiş,   bu  yolla   ən  yeni,  vacib   nəzəri  bilikləri  filoloq 

tələbələrə, magistrlərə, alimlərə  çatdırmışdır.

Azərbaycan   dilinin   sintaksisindən   bəhs   edən   əvvəlki 

dərsliklərdən   fərqli   olaraq,   Q.Kazımov   sintaktik   quruluşun 

təşəkkülündə   nitqin   funksional   imkanlarının   rolunu   ön   plana 

çəkmiş, bu yolla ənənəvi, tanış qrammatika problemləri, xüsusilə 

sintaktik əlaqələr, söz birləşmələri, sadə cümləni genişləndirən 

vasitələr,   mürəkkəb   cümlə,   mətn   sintaksisi   haqqında   yeni, 

orijinal fikir və mülahizələr söyləyə bilmişdir. O, ilk dəfə olaraq, 

sintaktik   vahidlərin   tərtibində   rolu   olan,   lakin   az   öyrənilmiş 

müstəqil obyektli feli birləşmələrə, mübtəda ilə xəbər arasında 

koordinativ   əlaqə   məsələsinə   münasibət   bildirmiş,   söz   birləş-

mələrinin sintaktik əlaqələr üzrə ilkin təsnifini vermişdir. Müəllif 

ilk dəfə olaraq, sabit birləşmələri iki növə ayırmış, frazeoloji və 

leksik   sabit   birləşmələri   fərqləndirmiş,   onların   özünəməxsus 

xüsusiyyətlərini aydınlaşdırmışdır.

Dərslikdə   cümlə   bəhsinə   daha   geniş   yer   ayrılmışdır.   Bu, 

təsadüfi deyil; cümlə sintaksisin əsas predmeti, baş mövzusudur. 

Şifahi   və   yazılı   nitq   zamanı   fikrin   başqasına   çatdırılmasında, 

təfəkkürün   gerçəkləşməsi   prosesində   o,   başlıca   vasitədir. 

Cümləsiz canlı ünsiyyət mümkün deyil. Cümlə ünsiyyətin odlu si-

lahı,   fikrin   parlaq   güzgüsüdür.   Xüsusi   sintaktik   vahid   kimi, 

cümlənin   özünəməxsus   semantik   əlamətləri   və   struktur 

xüsusiyyətləri vardır. Bu əlamət və xüsusiyyətlər sırasına onun 

bitmiş   fikir   ifadə   etməsi,   predikativlik,   intonasiya   və   modallıq 

xüsusiyyətləri daxildir. Q.Kazımov həmin xüsusiyyətlərin hər biri-

ni   konkret   şəkildə  şərh   etməklə   cümlənin   qrammatik   təbiətini 

aydınlaşdırır.   Belə   bir   elmi   aydınlıq   cümlə   təsnifatının   düzgün 

41


aparılmasını,   elmi   ümumiləşdirmələrin   və   hökmlərin   əsaslı 

olmasını da şərtləndirir. Müəllif Azərbaycan dilçiliyinin nəzəri və 

praktik   ənənələrinə   uyğun   olaraq,   cümləni   məntiqi-semantik 

üzvlənmə   (üzvlənən   və   üzvlənməyən   cümlələr),   məqsəd   və 

intonasiya (nəqli, sual, əmr, nida cümlələri), quruluş (sadə və 

mürəkkəb cümlələr) və modallıq (təsdiq və inkar) keyfiyyətlərinə 

əsasən təsnif edir.

Dərsliyin böyük bir hissəsi cümlənin  quruluşca  növlərinin 

izah və şərhinə həsr edilmişdir. Sintaksisə dair başqa dərsliklərdə 

olduğu   kimi,   Q.Kazımov   da   cümləni   struktur   baxımdan   əsaslı 

şərh etmək və öyrətmək üçün əvvəlcə cümlə üzvləri haqqında 

məlumat   vermiş,   onları   nitq   hissələrindən   ayıran   fərqləri 

göstərmişdir. Kitabda baş və ikinci dərəcəli üzvlərin səciyyəvi xü-

susiyyətləri, mübtəda, xəbər, tamamlıq, təyin və zərfliyin tərifi 

verilmiş,   mənaca   və   quruluşca   növləri,   ifadə   vasitələri,   onlar 

arasındakı sintaktik əlaqələr ətraflı izah olunmuşdur. 

Təhlil prosesində ismin yönlük, yerlik və çıxışlıq hallarında 

olan sözlərin cümlə üzvü kimi müəyyənləşdirilməsi, onların yer 

zərfliyi,   yoxsa   tamamlıq   olması   məsələsinə   xüsusi   diqqətlə 

yanaşan   alim   haqlı   deyir   ki,   mübahisə   törədə   bilən   “bu   cür 

üzvləri dəqiqləşdirərkən onların sintaktik-semantik funksiyasına, 

aydınlaşdırdığı   üzvə,   həmin   üzvün   nə   ilə   ifadə   olunduğuna, 

sözün leksik mənasına, məkan və ya əşya, obyekt anlayışının 

üstünlüyünə, əlavəsi varsa, əlavəsinə diqqət yetirmək lazımdır. 

İsim   bir   əlamətin,   xüsusiyyətin   yerləşdiyi   başqa   bir   obyekti 

bildirərək   əşya,   predmet   mənasını   saxlayırsa,   tamamlıq 

vəzifəsində çıxış edir; konkret predmet, əşya mənasını itirərək, 

hərəkətin yerini bildirdikdə yer zərfliyi vəzifəsində işlənir”.

Nəzəri   cəhətdən   doğru,   inandırıcı   olan   bu   tezis 

tədqiqatçının müxtəlif bədii əsərlərdən və danışıq dilindən seçdiyi 

zəngin faktlar əsasında daha da möhkəmləndirilir. 

Q.Kazımovun   “söz   sırası”   və   “cümlə   üzvlərinin   sırası” 

anlayışlarını, həmçinin cümlənin qrammatik üzvlənməsi ilə aktual 

üzvlənməsini   bir-birindən   fərqləndirməsi   əsaslı   görünür.   Söz 

sırasının iki mühüm funksiyasını – sintaktik-semantik və üslubi 

funksiyalarını   şərh   etməklə   tədqiqatçı   həm   də   cümlənin 

qrammatik   və   aktual   üzvlənməsinin   aydınlaşdırılmasına   körpü 

42


salmış  olur.  O, cümlənin  mübtəda,  xəbər,  tamamlıq,  təyin  və 

zərfliyə ayrılmasını qrammatik üzvlənmə, onun tema və remaya 

(“məlum   olan”a   və   “yeni”yə)   ayrılmasını   isə   aktual   üzvlənmə 

sayır. Cümlə üzvlərinin sırasını fikrin, ideyanın aktuallaşdırılması 

ilə əlaqələndirərək, bu sıranın pozulmasını – inversiyanı tamam 

orijinal mövqedən – yeninin ifadə üsulu kimi mənalandırır. 

Sadə cümlənin növləri, cüttərkibli və təktərkibli cümlələrin 

məna və mahiyyəti, quruluş xüsusiyyətləri, xəbər və mübtəda 

əsasında   formalaşan   təktərkibli   cümlələrin   özünəməxsusluğu, 

sintaktik fərdiyyəti, qeyri-müəyyən şəxsli cümlələrin formalaşma 

üsulları, onların mürəkkəb cümlə komponenti ola bilməsi, ümumi 

şəxsli   cümlələrdə   xəbərin   müxtəlif   fel   formaları   (əmr,   xəbər, 

vacib,   arzu,   şərt   şəkilləri)   ilə   ifadə   olunması   kimi   ciddi   elmi 

məsələlər də kitabda öz aydın şərhini tapmışdır. Həmkarlarının 

çoxundan   fərqli   olaraq,   Q.Kazımov   xəbəri   üçüncü   şəxsin 

cəmində olub, quruluşuna və semantikasına görə qeyri-müəyyən 

şəxsli   cümlələrə   oxşayan   ümumi   şəxsli   cümlələrə   daha   həs-

saslıqla yanaşır. Belə həssaslıq və sintaktik duyum zahirən bir-

birinə bənzəyən müxtəlif tipli cümlələri ayırmaq, fərqləndirmək 

işində  tədqiqatçıya   kömək  edir.   O,  haqlı  olaraq   “Ürək  ağrısını 

ovmazlar”, “Qaranlıq yerə daş atmazlar” kimi nümunələri ümumi 

şəxsli cümlə hesab edir. Eyni fikri müəllifin feli xəbəri birinci və 

ikinci şəxslərin təkində və cəmində işlənən “Ovçuluğa meyl sal-

dım”,   “Gecə-gündüz   çöldə   qaldım”   tipli   cümlələr   barədə 

mülahizələrinə   də   aid   etmək   olar.   Q.Kazımov   belə   cümlələri 

cüttərkibli saymaqda haqlıdır. Kitabda şəxssiz cümlə anlayışı da 

kifayət  qədər  əsaslı izah edilir. Müəllif  doğru deyir  ki, şəxssiz 

cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Belə cümlə-

lərdə   “fikir   predmeti   həmin   predmetin   əlaməti,   hərəkəti, 

vəziyyəti ilə birgə təzahür edir... Bu cür cümlələrdə predikativlik 

yolu   ilə   hərəkət   onun   icraçısı   ilə,   əlamət   onun   daşıyıcısı   ilə 

birlikdə   ifadə   olunur”.   Q.Kazımov   xəbərinin   ifadə   vasitələrinə 

görə şəxssiz cümlənin iki növünü qeyd edir: ismi xəbərli şəxssiz 

cümlələr, feli xəbərli şəxssiz cümlələr. Kitabda bu növlərin hər 

ikisi dərindən izah edilir.

Dilçiliyə   dair   əsərlərində   alimlər   mübtəda   əsasında 

formalaşan   təktərkibli   cümlələrin,   adətən,   vahid   növünü 

43


göstərirlər: adlıq cümlə. Q.Kazımov da bu ənənəyə sadiq qalır. 

Lakin   həmkarlarından   fərqli   olaraq,   o,   adlıq   cümlə   anlayışını 

nisbətən   əhatəli   şərh   edir;   belə   cümlələrin   şəxssiz   cümlədən 

fərqini,   onların   yalnız   indiki   zamanda   olmasını,   təsdiq 

bildirməsini,   funksiya   baxımından   qruplarını,   ifadə   vasitələrini, 

müxtəsər və geniş ola bilmələrini göstərir.

Sadə   cümləni   müxtəlif   meyarlarla,   ayrı-ayrı   baxış 

bucağından   təsnif   edən   alim   bütöv   və   yarımçıq,   habelə 

üzvlənməyən cümlələrin də izahına müəyyən səhifələr ayırır. O 

da başqa tədqiqatçılar kimi üzvlənməyən cümlələrin iki növünü 

qeyd   edir:   1.   Söz-cümlələr;   2.   Vokativ   cümlələr.   Kitabda   bu 

cümlə növlərinin spesifik xüsusiyyətləri sadalanır, onları üzvlənən 

cümlədən ayıran əlamətlər qeyd olunur.

Yalnız  baş  üzvlərdən  ibarət   olan  müxtəsər   cümləni   sadə 

cümlənin   ilkin   və   ibtidai   forması   adlandıran   tədqiqatçı   onu 

genişləndirən vasitələrin tədqiqinə ayrıca diqqət yetirir. Dərsliyin 

“Sadə   cümləni   genişləndirən   vasitələr”   bölməsində   cümlənin 

həmcins və xüsusiləşmiş üzvləri haqqında bəhs edərkən o, hə-

min   üzvləri   fikri   aktuallaşdırmaq   baxımından   qiymətləndirir. 

Azərbaycan dili sintaksisinin öyrənilməsi tarixində ilk dəfə olaraq 

Q.Kazımov   cümlənin   determinant   üzvlərindən   söhbət   açır, 

xüsusiləşmələri növlərə bölür (qoşmalı xüsusiləşmələr; ara sözlü, 

bağlayıcılı   dəqiqləşdirici   xüsusiləşmiş   üzvlər),   xüsusiləşən 

əlavələrlə   dəqiqləşdirici   xüsusiləşmiş   üzvlərin   oxşar-tipoloji   cə-

hətlərini   və   fərqli   xüsusiyyətlərini   aydınlaşdırır,   qoşulma 

konstruksiyalar haqqında elmi məlumat verir. 

Dərsliyin “Mürəkkəb cümlə” bölməsi də bir sıra yenilikləri 

ilə   diqqəti   cəlb   edir.   Tabesiz   mürəkkəb   cümlələrin   tərkib 

hissələrini bir-birindən asılı olmayan, müstəqil sintaktik vahidlər 

kimi izah edən dilşünas alimlərin əksinə olaraq, Q.Kazımov yazır: 

“Asılılıq həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin tərkib 

hissələri arasında mövcuddur. Lakin asılılığın formasına, xarakte-

rinə görə tabesiz və tabeli mürəkkəb cümlələr fərqlənir. Tabesiz 

mürəkkəb cümlələrin tərkib hissələri bir-birindən bərabər şəkildə, 

eyni dərəcədə asılı olur; tabeli mürəkkəb cümlələrdə isə asılılıq 

birtərəflidir – tərkib hissələrindən biri (budaq cümlə) o birindən 

(baş cümlədən) asılı olur”. (s. 281).

44


Belə   bir   ümumi   tezisdən   sonra   tabesiz   mürəkkəb 

cümlələrin   növləri   haqqında   məlumat   verən   müəllif   tabesizlik 

bağlayıcılarının   qrammatik   semantikasını   nəzərdən   keçirərək, 

onları birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma və bölüşdürmə 

bağlayıcılarından ibarət dörd qrupa ayırmış, tərkib hissələri ara-

sındakı   məna   əlaqələrini   əsas   götürməklə   tabesiz   mürəkkəb 

cümlənin altı növünü göstərmiş və həmin cümlə növlərinin hər 

birinin səciyyəvi xüsusiyyətlərini aydıınlaşdırmışdır.  

Kitabda   tabeli   mürəkkəb   cümlə   anlayışının   şərhi,   tarixən 

onun   tabesiz   mürəkkəb   cümlənin   inkişafı   nəticəsində   əmələ 

gəlməsi, quruluşu, tərkib hissələri, onların yeri əhatəli şərh edilir. 

Baş və budaq cümlələri əlaqələndirən vasitələri xüsusi səliqə ilə 

araşdıran müəllif bağlayıcılarla bağlayıcı sözləri fərqləndirir. Mü-

əllifin fikricə, bağlayıcılar “Baş cümlə + budaq cümlə” quruluşlu 

analitik tabeli mürəkkəb cümlələrə xidmət  edir; baş cümlə ilə 

budaq   cümlə   arasında   işlənərək,   budaq   cümləni   baş   cümləyə 

bağlayır. “Budaq cümlə + baş cümlə” quruluşlu tabeli mürəkkəb 

cümlələrdə isə tərəflər bir-birinə bağlayıcı sözlərlə bağlanır. Elə 

buna   görə   Q.Kazımov   dilçilik   ədəbiyyatında   indiyə   qədər 

bağlayıcı kimi  verilən  



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin