ƏLAVƏLƏR
Pyesin 1926-cı il nəşrində mətnə əlavə edilmiş şəkilçilər,
sözlər, ifadələr fikrin dəqiqləşməsinə, konkretləşməsinə, qeyri-
müəyyənliyin aradan qalxmasına, ifadəliliyə və emosionallığa,
surətlər arasında münasibətlərin daha da aydınlaşmasına səbəb
olmuşdur. Mətnə yeni şəkilçilərin əlavə edilməsi həm qrammatik,
həm də üslubi mahiyyət daşıyır. Görünür, şəkilçilərin məna və
qrammatik xüsusiyyətləri barədə ədibin təsəvvürü genişləndikcə,
onlardan daha səmərəli istifadə etməyə çalışmışdır.
Ədib kəmiyyət şəkilçisinə daha çox diqqət yetirmiş,
-lar,
-lər
şəkilçisinə həm qanunauyğun uzlaşmaya əməl edilməsi, həm
də üslubi vəziyyətlə əlaqədar – ümumiləşdirmə çaları yaratmaq
baxımından müraciət etmişdir. Məlumdur ki, mübtəda insan
məfhumu bildirdikdə uzlaşma əksərən tam olur. Müəllif, bəzi
cümlələrdə xəbərə
-lar, -lər
şəkilçisini artırarkən bu cəhəti
nəzərə almışdır:
…cəmi şəhərin uşaqları da
…cəmi
şəhərin
uşaqları da
b i l i r. (6)
b i l i r l ə r. (11)
Bəzən bu məqamda ədib həmin şəkilçidən düzgün istifadə
edə bilməmişdir. İsimlər konkret kəmiyyət bildirən sözlə
təyinləndikdə -
lar,-lər
şəkilçisinə ehtiyac olmadığı halda,
«Gözüyün
iki deşiyindən gəlsin»
cümləsi
«Gözüyün iki deşiklərindən gəlsin»
şəklində dəyişdirilmişdir.
Ədib III növ təyini söz birləşmələrinin tərəflərini də kəmiy-
yətcə uyğunlaşdırmağa çalışmışdır:
…yer-göy onların dudi-a h ı n d a n …yer-göy onların dudi-a h l a r ı
n d a n
lərzəyə gələcək. (36)
lərzəyə gələcək. (52)
Mənim balalarımın göz y a ş ı n ı
Mənim balalarımın göz
y a ş l a r ı n ı
101
allah yerdə qoymaz. (21)
allah yerdə qoymaz. (52)
Belə əlavələr nəticəsində cümlə qrammatik deyil, daha çox
üslubi cəhətdən qazanmış olur.
Mübtəda ilə xəbər arasında uzlaşmada olduğu kimi, III növ
təyini söz birləşməsinin də əvvəlində konkret kəmiyyət təyini
olduğu halda, birinci komponent cəmləşmişdir:
İki balaca u ş a q qolundan
İki balaca u ş a q l a r ı
n qollarından
dutub daxil olur. (36)
dutmuş daxil olur. (52)
Ümumiliyi və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün
uşaq
sözünə artırılmış yiyəlik hal şəkilçisi yerinə düşür. Çünki
cümlədəki
balaca
sözü, yiyəlik halın şəkilçisi olmadıqda, daha çox
qol
sözü ilə əlaqələnir və ilk varantdan az qala belə məna çıxır ki,
gələn şəxs özü ilə uşaq deyil, uşaq qolu gətirirmiş. İkinci nəşrdə
bu qüsur aradan qaldırılsa da,
uşaq
sözünün cəmlənməsi ilə
qrammatik səhvə yol verilmişdir.
Kəmiyyət şəkilçisinə nisbətən, yiyəlik halın şəkilçisindən ədib
daha müvəffəqiyyətlə istifadə etmiş, ikinci növ təyini söz birləşmə-
sinin xüsusi isimlə ifadə olunmuş birinci tərəfinə bu şəkilçini artır-
maqla canlı danışıqda işlənən formanı ədəbi dil üçün normal vəziy-
yətlə əvəz etmişdir:
… bu, Süleyman bəydir, N ə c ə f …bu, Süleyman bəydir, N ə c
ə f
b ə y o ğ l u. (31)
b ə y i n o ğ l u. (43)
Dilimizin inkişaf tarixindən məlumdur ki, III şəxs
mənsubiyyət şəkilçili sözlərdə çox zaman təsirlik halın məzmunu
yalnız
-n
şəkilçisi ilə ifadə olunmuşdur. Bu hal indi də canlı
danışıq dilində qalmaqdadır. Lakin XVIII əsrdən başlayaraq,
-ı
şəkilçili forma üstünlük qazanmış, sovet dövründə isə yazılı ədəbi
dilimizdə bir qanun kimi sabitləşdirilmişdir. Bu sahədə düzəliş
apararaq, 20-yə qədər cümlədə mənsubiyyət şəkilçili sözə
-ı
102
şəkilçisi artıran ədtb, görünür, həmin inkişaf istiqamətini nəzərə
almışdır; məsələn:
Süleyman bəy x ə n c ə r i n versə… Süleyman bəy x ə n c ə r i n i
(28)
versə… (41)
Q o l u n qısır çiyninə. (6)
Q o l u n u qısır çiyninə. (12)
Mal yemiyənin m a l ı n
Mal yemiyənin m a l ı n ı
yeyərlər. (7)
yeyərlər. (4)
Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. cümlənin məz-
mununun asanlıqla və düzgün başa düşülməsinə səbəb olur.
Yazıda isə formal qrammatik vasitələrdən – şəkilçilərdən daha
çox istifadə edilir. Elə buna görə də şifahi nitq intonasiyası
əsasında qurulmuş bəzi cümlələrə ədib sual ədatı, şərt şəkilçisi
və s. artırmış, cümlələri ədəbiləşdirməyə çalışmışdır; məsələn:
İstul-filan h a z ı r o l u b? İstul-filan h a z ı r o l u b d u r
m u?
(13)
(20)
Harada g i z l ə y i b l ə r tapıb
Harada g i z l ə y i b l ə r
s ə, tapıb
aparıb tapşırarsan atasına. (25)
aparıb tapşırarsan
atasına. (37)
İkinci nəşrdə sözlərin əlavəsi daha çox dəqiqləşdirmə, qeyri-
müəyyənliyi aradan qaldırma məqsədi güdür. Bu xüsusiyyət
isimlərin əlavə edilməsinə daha çox aiddir. Məsələn, ədib
aşağıdakı cümlələrdə mötərizələrdəki sözləri sonradan əlavə
etmişdir:
Gərək bu gün İmamverdinin qızı qayıtsın (atasının)
evinə
(36);
İndi iki yüz manat
(borc) vermək istəmir
(48);
Məşədi (Cəfər) baş əyib çıxır
(51);
Onların (gözlərinin) yaşını
tökmə
(31) və s. Əlavə edilmiş əvəzliklər də konkretləşdirmə
mahiyyəti daşıyır:
Gözünü dikib (o) dörd divara
(56);
Gətirim
(sənin) gözüyün qabağına
(52) və s.
Ədib Məşədi Cəfərin dilindəki
«Xub, ver görüm»
-
cümləsinə
asandır
sifətini artırmışdır:
Xub, ver görüm, asandır.
103
(22) Məşədi Cəfər bəylərə müamilə ilə pul verir və bu hesaba
xeyli gəlir əldə edir. Nökər Cavad bu məqsədlə Məşədi Cəfərə
pul verir və həmin pulu bəylərə birtəhər «sırımasını» xahiş edir.
Bunun müqabilində Məşədi Cəfər
«asandır»
deməklə bəylərin
vəziyyətini, qumardan məst olmuş bu adamların bir tərəfdən də
müamilə yolu ilə necə müflisləşdiklərini göstərmiş olur, bir söz
vəziyyətin aydınlaşmasına daha çox kömək edir. Lakin ədib
sifətlərdən həmişə belə muvəffəqiyyətlə istifadə edə bilməmişdir.
Məsələn, Əbdülün dilində
«Yaxşı, Nəcəf bəyin bir oğlu var idi,
necə oldu?
cümləsinə
oğlu
sözünün təyini kimi təzədən
yaxşı
sö-
zünün əlavəsi lazım deyildi. Əvvələn, həmin cümlədə
yaxşı
ədatı
olduğundan təkrara yol verilmiş olur, digər tərəfdən, Əbdülün
sonrakı replikasında bu söz işlənmişdir
(«Allah rəhmət eləsin,
yaxşı oğlan idi»)
və nəhayət, Əbdül tərifləsə də, hadisələr
göstərir ki, Süleyman bəyə «yaxşı» demək o qədər də doğru
deyildir.
Mətnə əlavə edilmiş
istəmək, etmək
felləri də ədəbi dilin
xeyrinə olaraq loru danışıq dili ifadə tərzindən qaçmaq meylinin
nəticəsidir:
104
Degilən adam gəlib, səni Degilən adam gəlib, səni g ö r
m ə k
g ö r ə c ə k. (19) i s t ə y i r. (29)
Mən heç vədə q ə b u l
Mən heç vəqt q ə b u l e l ə y
ə
e l ə m ə r ə m k i… (23) b i l m ə r ə m ki… (34)
Birinci cümlədəki
görəcək
sözü qətilik məzmunu ifadə
etmək üçün işlədilməmişdir. Bu cümlə el dilində çox vaxt elə
beləcə də işlədilir. Feldəki -ə
cək
şəkilçisinin atılması və
istəyir
sözünün əlavəsi həqiqətən nitqin ədəbiləşdirilməsi meyli ilə
bağlıdır.
Əsərin yeni nəşrində müvafiq məqamlarda
bir, çox, bəlkə
və s. sözlərin əlavəsinə də rast gəlirik.
Ə.Haqverdiyev leksik vahidlərlə yanaşı, mətnə frazeoloji
vahidlər də artırmış, yaxud müvafiq sözlər əlavə etməklə
frazeoloji vahidlərin formalaşması üçün imkan yaratmışdır.
Məsələn:
Bir də, başına dönüm, vallah, Bir də, qurbanım olum, q ə z
ə b i n
ruzgar elə dönübdür ki… (34) t u t m a s ı n, ruzgar elə
dönübdür
ki… (49)
Xub, məgər kənd-kəsək Xub, məgər kənd-kəsək hamısı
hamısı g e t d i? (40)
ə l d ə n g e t d i? (56)
İkinci nəşrdə əlavə edilmiş köməkçi sözlər, xüsusilə bağla-
yıcılar diqqəti daha çox cəlb edir.
Ki
bağlayıcısının əlavə edilməsi
ilə intonasiya yükü azaldılmış, canlı dilə məxsus asindetik
cümlələr analitik cümlələrə çevrilmişdir:
Xub, səbəb nədir Mirzəyə
Xub, səbəb nədir ki, Mirzəyə
gələndə Hatəm olursan…(12)
gələndə Hatəm olursan… (18)
Budur, mən on ildən artıqdır
Budur, mən səkkiz
ildən artıqdır
getmişəm İrana. (39)
ki, getmişəm İrana. (55)
105
Əlavə edilmiş
da (də)
bağlayıcısı cümlənin ciddi tonunu
azaltmış, müəllifin məqsədinə uyğun olaraq komizmi
gücləndirmişdir:
Sənin malın ana südündən
Sənin malın ana
südündən
də
halaldır. (12)
halaldır. (17)
Gözünə dərd buyururam,
Gözünə dərd buyururam,
canına
canına verəm. (14)
da
vərəm. (21)
Səlim bəyin Həmzə bəyə (I misal), Cavadın Məşədi Cəfərə
(II misal) dediyi bu sözlər ciddi və qəzəbli bir tonda deyil,
zarafat tərzindədir. Ona görə də bağlayıcının əlavəsi cümlənin
tonunu yumşaltmaq məqsədi güdür.
İXTİSARLAR
Ə.Haqverdiyev «Dağılaq tifaq»ın ikinci nəşrində bir sıra şəkil-
çiləri, söz və ifadələri, ideyaca zəif, əsas hadisələrlə sıx bağlı
olmayan cümlələri, hətta bəzən bütöv mətnləri ixtisar edərək
əsərdən çıxarmışdır.
İxtisar edilmiş şəkilçilər nisbətən azdır. Ədib
evin yıxılmasın
ifadəsindəki inkar şəkilçisini,
əhvalatlar, çayçıxana
sözlərindəki
asemantik
-lar, -çı
şəkilçilərini ixtisar etmişdir. Bir neçə cümlədə
isə baş cümlənin şəxs şəkilçisi
(-dır)
atılmışdır: məs.:
Hər yerdə d e y ə c ə k d i r ki, Hər yerdə d e y ə c ə k
ki, Nəcəf
Nəcəf bəy mənə at bağışladı. (12) bəy mənə at bağışladı.
(18)
Sözlərin ixtisarı müxtəlif səbəblərlə bağlıdır. İlk nəşrdə
canlı danışıq dilinin mühüm bir xüsusiyyəti kimi replikalara daxil
olmuş
qoy, elə, belə, bir, indi, də
ədatları əsərin dili üzərində
işləyərkən ədibə artıq görünmüş, ədəbi dil baxımından loru
106
sözlər təsiri bağışlamışdır. Ona görə də ədib:
İndi mürəxxəs olaq
qulluğundan
(35),
Su mənə ləzzət verdi. Qoy bir istəkan da içim
(28),
Nə vaxt görəsən elə biz də ürəyimizdəkini açıb deyəcəyik?
(16),
Eşidən kimi elə Qarğalı çay deyib düz getdim
(27),
Belə sizi
görüm ağ gün eşidəndə burnunuzun ucu tütüsün
(22),
Ey,
Məşədi Həcəmət, bir dayan görüm
(14),
Kəndə də gedib
oğurluq-quldurluq eləyib yol kəsəcək
(9) - kimi cümlələrdən
həmin sözləri ixtisar etmişdir. Bu cür ixtisar
Yaxşı bilirəm sənin
hünərini
(7) – cümləsindəki
yaxşı
sözünə də aiddir.
Pyesin 1899-cu il nəşrində elə sözlər işlənmişdir ki, onların
mətndən çıxarılması məna dəyişkliyinə səbəb olmaz, əksinə, əsər
forma, dil cəhətdən daha da yığcamlaşardı. Aşağıdakı
cümlələrdə belə sözlərin bir qismi ixtisar edilmişdir (ixtisarlar
mötərizədə verilir):
O saət (gördüm) gördüyüm çəmən yox oldu.
(19)
Daha (bəsdir) dalını oxuma, get.
(23)
Bir
də mən
gəzməkdən yorulan (adam) deyiləm.
(26)
Pərvərdigara, biz nə
günah eləmişdik (dünyada) ki, (biz) ac qalırdıq.
(36)
Zurnaçılı
bağda (Kəlik zəmisinin yanında) Qaraqazan oğlu çıxdı qabağıma
(27) və s.
Ədib sovet dövründə zəhmətkeş insanların bəyliyə sinfi
münasibətini yaxşı başa düşdüyü üçün ovçuların Süleyman bəyə
dediyi
başına dönüm
frazeoloji vahidini ixtisar etmiş, fikrin
qətiliyini bildirmək üçün
əslinə baxsan
modal ifadəsini mətndən
çıxarmışdır.
İkinci nəşrdə remarkalara da diqqət yetirilmiş, ehtiyac
olmadan işlənmiş artıq sözlər ixtisar edilmişdir:
Pərdə (salınır)
.
(15)
Cavad (padnosda) çay gətirir.
(7)
(Bu halda) Süleyman bəy o
biri otaqdan çıxır.
(16)
Xəncəri (çıxarıb) verir.
(28)
(İstəkanı
doldurub) içir
(28) və s.
Maraqlı cəhətlərdən biri də ədibin bir neçə cümlədə
və
bağlayıcısını ixtisar etməsidir:
(Və) bir də mənim atama
deyərsiniz ki…
(32)
(Və) çəmənin neçə yerindən şirin bulaqlar
axır.
(18)
Yəqin ki, ədib savadsız qadının dilində, cümlənin əvvəlində
işlənməsini nöqsan saydığı üçün bu bağlayıcını ixtisar etmişdir.
Bunlardan əlavə,
hala, irrəhmanirrəhim, balam, amma, bir də,
107
görüm
kimi sözlər də doğru işlənmədikləri məqamlarda ixtisar
edilmişdir.
Surətlərin psixoloji vəziyyəti hadisələrin gedişindən aydın
olduğu üçün remarka şəklində verilmiş
Qeyz ilə, Ciddi, Hirsli,
Çağırır
kimi cümlələr, hadisələrin inkişafında heç bir rolu
olmayan, artıq və yersiz izahat xarakteri daşıyan bəzi dialoqlar
əsərdən çıxarılmışdır. Məsələn:
İ k i n c i u ş a q.
Bir buraya gəlin, burada bir adam
öldürüblər ey. (Yoldaşlarına) Ora baxın, görün binəva necə
çabalayır… Görəsən, güllə ilə urublar, yoxsa xəncər ilə?
U ş a q l a r d a n b i r i s i (
gəlir əvvəlimincisinin yanına,
baxır). Görmürsən, güllə ilə urublar, xəncər ilə vursa idilər, indi
yarası da görünərdi. Bir də o güllə səsi eşitdik ha,mən ki dedim
deyəsən adam öldürüblər, sən dedin ki, yox, quş atırlar. Elə bu
imiş, yazıq, yazıq,gör necə çabalayır
. (Avçılar çıxırlar). (30)
Süleyman bəyin faciəsi tamaşaçıların gözləri önündə baş
verir. Belə ola-ola, bir də uşaq təfəkkürü ilə bu hadisələrin
səbəbini, necə baş verdiyini izaha çalışmaq hadisələrin gedişini
sürətləndirmir, əksinə, ancaq vaxt alır. Ona görə də müəllif
doğru olaraq uşaqların sözlərini ixtisar edərək yalnız bir cümlə
saxlamışdır.
Belə bir uzun təfərrüatın ixtisarına Süleyman bəylə Kərimin
qarşılaşdığı səhnədə də rast gəlirik. (I nəşr., səh. 28-29, II nəşr.
səh.41)
Pyesin sonunda böyük bir parçada – Nəcəf bəyin
ölümündən sonrakı hissədə ədib bir növ ibrət dərsi vermək
istəyir və Əbdülün dili ilə deyir:
«Görün nə qədər günahı var
imiş ki, allah bu dünyada fəqiri oda yandırdı».
(45) Qətdən sonra
verilmiş bu bir səhifəlik dialoq artıq olduğu üçün bütövlükdə
əsərdən çıxarılmışdır.
Ə.Haqverdiyevin öz əsərlərinin dili üzərində necə işlədiyini
təfərrüatı ilə öyrənmək xüsusi və geniş bir tədqiqat tələb edir.
Ədib sovet dövründə yenidən nəşr olunmuş əsərlərinin dili
üzərində ciddi və geniş yaradıcılıq əməliyyatı aparmışdır. Bu
əməliyyatın xarakteri haqqında konkret əsərlər üzrə daha dəqiq
mühakimə yürütmək olar.
108
«Dağılan tifaq»ın ilk nəşrlərinin müqayisəsi göstərir ki,
əsərin 1899-cu il çapı dilinin bir qədər loruluğuna, danışıq dilinə,
xalq ifadə tərzinə yaxınlığına görə ikinci nəşrdən müəyyən
dərəcə fərqlənmiş, müəllif sovet dövründə şəkilçi, söz, ifadə,
cümlə və bəzən də bütöv mətnləri dəyişmək və ixtisar etməklə
şivə xüsusiyyətlərinin, loruluq, bəsitlik, məntiqsizlik hallarının
ləğvinə çalışmış, qrammatik quruluş və xüsusən söz sırası kimi
mühüm məsələləri də bu əməliyyata daxil etməklə əsərlərinin dili
üzərində işinin dairəsini xeyli genişləndirmişdir. İkinci nəşrdə
ədəbiləşdirmə istiqamətində özünü göstərən bu düzəlişlər usta
yazıçı əməyindən çox, bir dilçi əməliyyatına bənzəyir ki, bu da,
heç şübhəsiz, gənc sovet respublikasının ədəbi dilə dair gördüyü
yeni tədbirlərdə dramaturqun özünün fəal iştirakı ilə bağlıdır.
ƏLAVƏ ƏDƏBİYYAT
R. K a z ı m o v a. Ə.Haqverdiyev öz hekayələrinin dili üzərində
necə işləmişdir. «Dil institutunun əsərləri», III cild, 1950, səh. 36-40.
M. C a h a n g i r o v. M.F.Axundov dram əsərlərinin dili
üzərində necə işləmişdir. Azərb. SSR EA nəşri, Bakı, 1962, səh.3-
142.
R. H. H ə s ə n o v. Y.V.Çəmənzəminli öz hekayələrinin dili
üzərində necə işləmişdir. V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI
seriya, 1964, №2, səh.77-86.
109
III FƏSİL
LEKSİK VƏ ÜSLUBİ-SEMANTİK XÜSUSİYYƏTLƏR
XALİS AZƏRBAYCAN SÖZLƏRİ
Bədii dilin, xüsusilə dram dilinin təhlili qarşısında duran
mühüm məsələlərdən biri yazıçının xalq dilinə əlaqə və
münasibətini, onun üslubunun xəlqiliyi dərəcəsini müəyyən
etməkdir. Bu məsələ sənətkarın dünyagörüşü ilə bağlıdır. Belə ki
mütərəqqi-demokratik dünyagörüşə malik olmadan, xalqın fikri
ifadə vasitələrini duymadan xəlqiliyin gözəl nümunələrini
yaratmaq olmaz.
36
Mütərəqqi-demokratik dünyagörüşü dedikdə,
yalnız dil vasitələrinə deyil, həm də həyatın çoxsaylı və
çoxcəhətli hadisələrinə, qanunlarına münasibət nəzərdə tutulur,
forma məzmunla vəhdətdə götürülür. Hər hansı bir yazıçının öz
dünyagörüşünü müəyyən ideya istiqamətində formalaşdırması
onun bütün başqa cəhətlərinə də təsir edir. Belə bir proses
ictimai mühitdən, şəraitdən möhkəm asılı olub, demək olar ki,
yazıçını əhatə edən cəmiyyətin dayanmış olduğu ictimai pillə ilə
şərtlənir. XIX əsrin sonu, XX əsrin əvvəllərində həyat o qədər
ziddiyyətli, o qədər qarışıq və təzadlı idi ki, «bu ziddiyyətlər
aləmində həqiqəti seçmək, işıqlı tərəfi görmək və onu geniş xalq
kütləsinə göstərməyi yalnız dühalar bacara bilərdi».
37
Elə buna
görə də belə bir dövrdə yazıçının öz fikir və hisslərini xalqın başa
düşəcəyi, xalqın fikir və hisslərinə təsir edə biləcəyi bir dildə
yazması, həm ideya, həm də bədii dil nöqteyi-nəzərdən xəlqiliyin
gözəl nümunələrini yaratması daha gərgin, daha çətin mü-
36
:
Бах . . .
,
А И Е ф и м о в О языке художественных произведений
, 1954,
Москва
. 86.
сящ
37
. . . «
»
Т И Щ а ъ ы й е в Молла Нясряддин йарандыьы заман
Азярбайъан ядяби ди
линдя юзцнц эюстярян мцхтялиф цслублар
.
-
«
» ,
,
щаггында АДУ нун Елми ясярляр и Дил вя ядябиййат серийасы
1963, 6,
.69.
№ сящ
110
barizələrlə dolu bir şəraitdə cərəyan edən prosesin nəticəsi oldu-
ğundan şərəfli və qiymətlidir. Ə.Haqverdiyevin dramlarının oriji-
nallığı, həyatiliyi və gücü təkcə onun əsərlərində qoyulmuş əsas
məsələlərdə və həmin məsələlərin xalqın xeyrinə necə həll
edilməsində deyil, həm də bu əsərlərdə istedadla istifadə
olunmuş dildə, canlı danışıq dilinə məxsus xüsusiyyətlərdə
təzahür edir. Demokratik cəbhənin başqa görkəmli
nümayəndələri kimi, o da çətin bir şəraitdə demokrat yazıçı
mövqeyindən çıxış edərək, xalq dilinin ruhunu, canını təsbit edən
əsərlər yazır, milli dilimizin bünövrəsi üzərində əzəmətli binanın
yüksəlişində kitab üzü görməmiş saysız-hesabsız söz və
ifadələrlə yaxından iştirak edirdi.
Ə.Haqverdiyevin ilk pyeslərinin, xüsusən ilk kamil
əsərlərindən biri olan «Dağılan tifaq»ın leksik təhlili,
yaradıcılığının əvvəlindən başlayaraq, onun canlı dilin lüğəvi
vahidlərindən necə ustalıqla istifadə etdiyini, bu sahədəki əməli
işinin əsl mahiyyətini aydınlaşdırmaq üçün maraqlı material verir
və milli ədəbi dilimizi lüğət ehtiyatı ilə zənginləşdirmək sahəsində
ədibin fəaliyyətini əks etdirən konkret nümunələr kimi diqqəti
cəlb edir. «Dram dili danışıq dili ilə ədəbi dilin özünəməxsus
kontaminasiyası olduğundan»
38
dram əsərləri bədii əsərlər
içərisində xüsusi mövqe tutur və ictimai həyatın müxtəlif hadi-
sələrinə daha həssas olduğu, həmin hadisələri bilavasitə
obrazların dili ilə canlandırdığı üçün belə əsərlərdə müəllif son
dərəcə rəngarəng nitq vasitələrindən – ümumişlək sözlərlə
yanaşı, şivə leksikasından, arxaik sözlərdən, əsərin əsas
qəhrəmanlarının sinfi təbiətinə uyğun olaraq jarqon
ünsürlərindən, alınmalardan daha çox istifadə edir, realizm və
tipiklik məsələlərinə əməl edərkən sənətkarın alınma sözlərə
münasibəti aydınlaşır.
Öz görkəmli sələfi M.F.Axundov kimi, Ə.Haqverdiyev də
bədii dilin əsasında xalq dilini görür və dil yaradıcılığı sahəsində
bu istiqamətdə irəliləyirdi. C.Məmmədquluzadə, Sabir və başqa
görkəmli müasirləri kimi, onun da yeganə istinad nöqtəsi canlı
38
. . . .
,
Акад Л В Щ е р б а Современный русский литературный язык
. «
», 1939, 4,
журн Русский язык в школе
№
.25.
сящ
111
xalq dili idi. O, əsl hikməti xalq dilinin sadəliyində və şirinliyində
görürdü. Elə buna görə də onda xalq dilinə böyük maraq var idi.
Hətta bu maraq bəzən aludəçiliklə əvəz olunurdu. Hələ vaxtilə
«Yeni fikir» qəzeti yazırdı ki, «…onun (Ə.Haqverdiyevin – Q.K.)
yazılarının dili… təmiz və açıq türk dili, Azərbaycan kəndlilərinin
danışdığı və anladığı bir dildir».
39
Şübhəsiz, ədibin pyeslərinin
dilindəki sadəlik, şirinlik, lakonizm və ifadəlilik daha çox xalis
Azərbaycan sözləri ilə bağlıdır. Çünki bunlar əsrlərdən bəri dildə
işlənə-işlənə cilalanan, xalq dilinin ruhunu əsrlərdən-əsrlərə
ötürən, dilimizi çox qədim dövrlərlə bağlayan sözlər, ən zəruri,
buna görə də başqa leksik vahidlərlə əvəz edilməsinə ehtiyac
duyulmayan dil vasitələridir. Belə dil vahidlərinin:
ağ, ağac, ağız,
ad, ay, ayır, ara, artıq, at, açıq, bağlı, beş, bəy, bəri, boğaz, boş,
böyük, bulut, qazan, qaya, qan, qapı, qar, qara, qarşı, qıs, qış,
qulaq, qulluq, quru, quş, dağ, dad, daş, dəy, diz, dil, dörd, düz,
el, en, əy, əlli
və s. Sözlərdən ibarət böyük bir qismi (pyesin
dilindəki 1332 sözdən 210-u) dilimizi bu dilin formalaşmasından
çox-çox qabaqkı dövrlərlə, qədim türk tayfa dilləri ilə bağlayır,
türk dillərinin qədim abidələrindən süzülüb gəlir. Xalis
Azərbaycan sözlərinin böyük bir qisminin müasir türk dillərinin,
demək olar ki, əksəriyyətində hal-hazırda işlənməsi göstərir ki,
həmin sözlər ulu dilin əsas lüğət vahidlərindən olmuş və ona
görə də müxtəlif türk dillərində indiyə qədər qalmışdır. Bu sözlər
pyesin lüğət tərkibinin nisbətən az hissəsini təşkil etsə də, tək-
rarən işlənmə imkanlarına görə çox böyük üstünlüyə malikdir.
Məsələn,
baş
sözü pyesin dilində 60,
bir
186,
bu
118,
mən
186,
nə
109,
o
113,
sən
123,
ver
96,
de
71,
gəl
85,
gör
72,
ol
181,
öl
43,
ki
90,
da(də)
135… dəfə işlənmiş, başqa söz və ifadələrlə elə
ustalıqla əlaqələndirilmişdir ki, heç bir artıq söz və təkrar nəzərə
çarpmır.
Xalis Azərbaycan sözlərinin bir qismi yalnız türk dillərində iş-
lənməklə məhdudlaşmır, həm də türk və monqol dilləri ilə
ortaqlılıq təşkil edir.
Ata, at, nökər, qara, bağ, bulaq, il, ürək, indi,
bəy, mən, sarı, min, ən
və s. belə sözlərdəndir.
Qoyun, inək
kimi
sözlər isə təkcə türk və monqol dillərində deyil, tunqus və mancur
39
«
»
, 1927, 1305.
Йени фикир гязети
№
112
dillərində də işlənir və həmin dillər arasında ümumi, ortaqlı dil
vahidləri kimi qeyd olunur.
40
Azərbaycan dili sözlərinin bir qismi sırf milli xarakter daşıyır
və belə sözlərə yalnız bizim dildə təsadüf olunur. Pyesin dilindəki
uşaq, çatı, yabı, uca, ha
belə sözlərdəndir. Güman ki, bu sözlər öl-
kəmizin ərazisində qədim dövrlərdə yaşamış ulu babalarımızın –
aborigenlərin dillərinin qalıqlarıdır.
41
Şübhəsiz, belə sözlər həm
xalq dilində, həm də bədii dildə o qədər də az deyildir, lakin
Midiya və Alban yazılı abidələrinin məhdudluğu bu cür sözlərin
tədqiqi işini çətinləşdirir.
Bəzi şivə sözləri və leksik arxaizmlər istisna edilməklə,
pyesdə işlənmiş xalis Azərbaycan sözləri dilimizin əsas lüğət
fonduna daxil olan sözlərdir. Əsas lüğət fondundakı sözlər isə
«…tarixi sabitlik, ümumi-həyati zərurilik, yeni sözlərin yaranması
üçün baza ola bilmək kimi əsas əlamətlərinə görə digər
sözlərdən fərqlənir və belə əlamətlər əsas lüğət fondunun,
ümumiyyətlə dilin əsasının material hissəsi olmasını təmin
edir».
42
Pyesdə işlənmiş xalis Azərbaycan sözlərinin aşağıdakı
qrupları da bu fikri təsdiq edir:
1. M ə k a n v ə z a m a n b i l d i r ə n s ö z l ə r:
axşam, alt, ara, böyür, qarşı, qıraq, dal, dib, ev, irəli, iç, içəri,
yaz, il, yurd, yuxarı, kənd, geri, gecə, orta, otaq, sol, uzaq, uc,
yoxuş, dünən;
40
.:
Бах Исследование по сравнительной грамматике тюркских
,
,
, ., 1962,
языков Лексика АН СССР М
сящ. 70;
Историческое развитие
лекси
.
, ., 1961,
ки тюркских языков АН СССР М
сящ. 161.
41
,
Ушаг чаты , ща
сюзляринин ерадан яввялки Мидийи
йазыларында ишлянмиш олду
. .
(
:
ьуну проф Я Дямирчизадя бах
, 1944)
;
докторлуг диссертасийасы
эюстярмишдир
,
йабы
уъа
:
сюзляринин йалныз Азярбайъан дилиндя ишлянмясиня даир бах
«
»
Историческое развитие лексики тюркских языков ,
. 154, 254.
сящ
42
. . .
Я М Д я м и р ч и з а д я Азярбайъан дили лцьят тяркибинин
.
тарихи тядгигиня даир Азярбайъан ССР ЕА Ядябиййат вя Дил
,
Институтунун ясярляри VIII ., 1957,
.94.
ъ
сящ
113
2. B i t k i l ə r a l ə m i n ə a i d o l a n s ö z l ə r: taxıl,
çəmən, çiçək, ağac, buğda, düyü, ərik, nar, ot, soğan, göy, kol;
3. M a d d i a l ə m i n a y r ı- a y r ı h i s s ə l ə r i n ə
v ə t ə b i ə t h a d i s ə l ə r i n ə a i d s ö z l ə r: ay, buz,
bulaq, bulut, qaya, qar, dağ, daş, dolu, yağış, yel, yer, kəsək,
külək, gül, ölüm, təpə, çay, çöl, ildız, ildırım, su;
4. H e y v a n v ə q u ş a d l a r ı b i l d i r ə n s ö z l ə
r: at, inək, buzov, dana, qoyun, eşşək, qaban, it, pişik, tülkü,
qurd (canavar), qarışqa, mişavıl, yabı, balıq; bayquş, bildirçin,
bülbül, qarğa, qırqavıl, quş, toyuq;
5. İ n s a n, h e y v a n v ə q u ş l a r ı n b ə d ə n h
i s s ə- l ə r i n i b i l d i r ə n s ö z l ə r: ağız, alın, bağırsaq,
barmaq, beyin, bel, birçək, boğaz, boyun, buğ (bığ), burun,
qarın, qol, qanad, qulaq, diz, dil, dodaq, döş, ayaq, əl, üz, gön,
göz, saqqal, saç, tel, ürək, çiyin, aşıq, qan, qıl, ət, yağ;
6. G e y i m, g e y i m h i s s ə l ə r i v ə b ə z ə k ş e
y l ə r i n i n a d l a r ı n ı b i l d i r ə n l ə r: boyunbağı, düymə,
əyin, ətək, paltar, papaq, xəncər, qurşaq, yaxa, cib;
7. X ö r ə k v ə y e y i n t i m ə h s u l l a r ı n ı n a d l
a r ı n ı b i l d i r ə n l ə r: yemək, süd, penir, çörək;
8. Q o h u m l u q m ü n a s i b ə t i b i l d i r ə n s ö z l ə r:
ana, ata, baba, bacı, qardaş, qız, nənə, oğlan, yoldaş, yiyə və s.
Qeyd etmək lazımdır ki, bunlardan
ana, ata, qardaş
sözləri
ümumtürk lüğət fonduna məxsus sözlərdir.
Oğul, qız
sözləri isə
tamamilə ümumtürk xarakteri daşıyır və heç bir istisna olmadan
bütün türk dillərinə məxsus olub, qədim türk yazılı abidələrindən
başlayaraq elə sabit mənaya malikdir ki, bunu qan qohumluğu
ilə əlaqədar başqa heç bir söz haqqında demək olmaz (bax.:
«İstoriçeskoe razvitie leksiki törkskix əzıkov», səh.14).
9. M a d d i - m ə d ə n i y y ə t, m ə i ş ə t v ə i s t e h s a
l a t l a ə l a q ə d a r o l a n s ö z l ə r: qab, qab-qazan, qab-
qaşıq, qamçı, qaşıq, qızıl, qılınc, iynə, yorğan, kəsər, küllük, güllə,
ocaq, tor, torba, tüfəng, çatı, çuval, od, odun, qoşun, kürək, tələ;
10. Ə l a m ə t, k e y f i y y ə t b i l d i r ə n s ö z l ə r: ağ,
bərk, boz, boş, böyük, qara, qara-qura, qoçaq, qoca, quru, dəli,
dişi, dolu, düz, yazıq, yalan, yaman, yaxşı, yetim, göy, gözəl,
göyçək, uca, ucuz, sağ;
114
11. K ə m i y y ə t b i l d i r ə n s ö z l ə r: bir, dörd,
beş, altı, on, on iki, otuz, qırx, yuz, bir-bir, beş-on, qırx beş;
12. Ş ə x s, i ş a r ə v ə s u a l b i l d i r ə n s ö z l ə r:
mən, sən, o, biz, siz, onlar, birisi, kim, bu, nə, hanı, hara, niyə;
13. İ ş, h a l, h ə r ə k ə t, h a d i s ə, p r o s e s b i l d i r ə
n s ö z l ə r: ağarmaq, ağlamaq, artırmaq, ayrılmaq, ayırmaq,
alışmaq, almaq, anlamaq, aparmaq, artmaq, asmaq, atmaq,
axmaq, axtarmaq, açmaq, aşmaq, bağışlamaq, bağlamaq,
basmaq, batmaq, baxmaq, başlamaq, bəndləmək, bilmək,
bitmək, boğmaq, buyurmaq, buraxmaq, bükülmək, bürünmək,
vermək, vurmaq, qavzamaq, qavmaq, qazanmaq, qayırmaq,
qayıtmaq, qaytarmaq, qalxmaq, qanmaq, qatlanmaq, qaçmaq,
qızarmaq, qılmaq, qırmaq, qısmaq, qorxmaq, qoymaq, qonmaq,
qocalmaq, qoşmaq, quylamaq, qurmaq, qurtarmaq, qurşanmaq,
qucaqlamaq, qeyzlənmək, dağılmaq, dağıtmaq, dayanmaq,
danışmaq, danmaq, darıxmaq, dartmaq, daxil olmaq, daşmaq,
demək, dəymək, dinmək, dincəlmək, doğramaq, dolamaq,
dolanmaq, doldurmaq, döymək, dönmək, döşəmək, durquzmaq,
durmaq, dutmaq, düşmək, eləmək, enmək, etmək, eşələnmək,
eşitmək, əyləşmək, əymək, əsirgəmək, əsmək, ilişdirmək,
inanmaq, istəmək, istilənmək, itələmək, itilmək, itmək, içmək,
işləmək, yazmaq, yaymaq, yalamaq, yalvarmaq, yamamaq,
yandırmaq, yanmaq, yapışmaq, yaratmaq, yarmaq, yatmaq, ya-
xalamaq, yerimək, yetmək, yetirmək, yığışmaq, yığmaq,
yıxılmaq, yormaq, yummaq, yumrulmaq, yükləmək, yüyürmək,
yüngülləşmək, keçmək, kəsmək, kiritmək, geymək, getmək,
gəzmək, gəlmək, gətirmək, gizləmək, girələmək, girmək,
gözləmək, göyərmək, göndərmək, görmək, göstərmək,
götürmək, guruldamaq, gülmək, minmək, oxşamaq, oyanmaq,
oynamaq, olmaq, onəltmək, otlamaq, oturmaq, oxumaq, ölmək,
ölçmək, öpmək, öskürmək, ötmək, ötürmək, savaşdırmaq,
savrılmaq, saxlamaq, sağalmaq, saymaq, salmaq, sataşmaq,
satmaq, seçmək, sərilmək, sərinimək, sırımaq, sırtalmaq,
sıxmaq, silmək, savrılmaq, soyumaq, soruşmaq, söyləmək,
söylənmək, sökmək, sönmək, tavlamaq, tanımaq, tapmaq,
tapşırmaq, təpmək, tikmək, toxtamaq, tökmək, tutmaq, tütümək,
udmaq, uduzmaq, uzatmaq, ulamaq, urmaq, utanmaq, uçmaq,
115
üzmək, hırıldamaq, hökürmək, hürmək, çağırmaq, çalışmaq,
çalmaq, çatmaq, çevirmək, çəkmək, çağırmaq, çırtmaq,
çıxartmaq, çıxmaq, çəkmək, çöyürtmək, calamaq, cırmaq,
şaxımaq.
Pyesin dilindəki ümumişlək sözlər morfoloji və sintaktik
yolla yeni sözlərin yaranması üçün baza rolunu oynamışdır. Bu
sözlərdən heç birinə yad bir dilin şəkilçisi birləşməmişdir. Yalnız
bəzi şəkilçilərin şivə çalarlı sinonimlərindən istifadə edilmişdir.
Məsələn,
bərk, turş, bayat, təng
və s. sözlərdən fel əmələ
gətirən
–i
şəkilçisi
sərin
sözündən
sərinimək
felini əmələ
gətirmişdir. Halbuki bu məqamda ədəbi dilimizdə
sərinləmək
feli
işlədilir. Yaxud,
yor
felindən isim düzəltmək üçün
–unuq
şəkilçisindən istifadə edilmiş (İndi
çay içərik, yorunuğumuz çıxar
)
(39);
-malı
feli sifət şəkilçisi məqamında
–acaq, -lı
şəkilçiləri sözə
qoşulmaqla, cümlənin kinayə çaları qüvvətləndirilmişdir:
Görəcəkli günlərin varmış!
(22)
Əsərdə rast gəldiyimiz:
boyunbağı, boşboğazlıq, çörəkpulu,
kənddəngəlmə
kimi bitişik
, ağlıya-ağlıya, beş-on, bilə-bilə, bir-bir,
bir-iki, boş-boş, qapı-qapı, qara-qura, qarışıq-quruşuq, qol-budaq,
qol-qanad, dalın-dalın, eşələnə-eşələnə, it-qurd, yalvar-yapış,
kənd-kəsək, gəlib-gedən, gün-gündən, mənəm-mənəm, oğul-
uşaq, oynaqlıya-oynaqlıya, olan-olmaz, olub-qalan, pis-pis, tikə-
tikə, titrəyə-titrəyə, tökə-tökə, qab-qaşıq, qab-qazan
və s. kimi
defislə yazılan sözlər də canlı danışıq dilində işlənən, pyesin dilini
ümumxalq dilinin çoxişlənən sadə və təbii leksik vahidləri ilə
əlaqələndirən nitq vasitələridir.
Dostları ilə paylaş: |