ƏDƏBİ-BƏDİİ DİL VƏ MƏTBUAT DİLİ
Ə.Haqverdiyev həmin məqaləsində ədəbi dilin inkişafında
bədii ədəbiyyatın və mətbuatın rolundan, əlifba, orfoqrafiya,
terminologiya məsələlərindən danışır, ədəbi dilin inkişafına mane
olmuş və mane olmaqda davam edən bəzi nöqsanları qeyd edir.
O, danışdığı məsələlər barəsində müstəqil fikir yürüdür, ədəbi dil
ilə əlaqədar müzakirələrin daha ciddi və qızğın aparılmasını
istədiyi üçün deyir: «Mənim aşağıda yazdığım sözlər mübahisəyə
səbəb olarlarsa, daha gözəl».
).
раз удинский могут быть сочтены за такое участие
2.
,
Желательно знать конкретное в чем и как должно выразится
мое учас
(
).
тие Если мое первое предложение ошибочно
3.
На всякий случай я уже сделал заявление в Академию Наук о ко-
ман
(
)
дировании меня чтобы получить разрешение ехать на четыре
неде
ли в Азербайджан и вообще на Кавказ и от ответа Общест
ва и
возможнос
,
ти ехать будет зависеть как я использую командировку
.
или использую ее вообще
.
С отменным уважением Марр
,
В числе прочего я расчитываю что на месте мне будет обеспе-
чено по
.
. 31
1924
.
».
мещение Марр марта
года Ленинград
73
Məqalədə Azərbaycan ədəbiyyatının XIX əsrdə və XX əsrin
əvvəllərindəki inkişaf yolu və bu ədəbiyyatın öz inkişafı dövründə
Azərbaycan ədəbi dilinə böyük təsiri əsasən düzgün xarakterizə
edilmişdir.
Ə.Haqverdiyev ədəbi dilin zənginləşməsində,
səlisləşməsində bədii ədəbiyyatın mühüm rola malik olduğunu
bilirdi; o həm də aydın başa düşürdü ki, ədəbi dilin xalq dilinə
daha çox yaxınlaşması, ədəbi dil ilə xalq dili arasındakı
uçurumun ləğv edilməsi üçün nəsrlə yazılmış əsərlər şerə
nisbətən daha çox iş görə bilər. O, ədəbi dilimizin inkişafında
poeziyanın uzunmüddətli rolunu inkar etmirdi, lakin milli ədəbi
dilin ümumxalq dili əsasında zənginləşməsində nəsr üslubunun
əvəzsiz roluna daha çox ümid bəsləyirdi. Azərbaycan
ədəbiyyatında isə, məlum olduğu üzrə, bədii nəsrin tarixi qısadır,
əsasən, XIX əsrin ikinci yarısından – M.F.Axundovdan başlayır.
Axundovun əsərlərindən sonra yenidən poeziya davam edir.
Yalnız 90-cı illərdə yeni nasir və dramaturqlar yetişir ki, bunların
da yaradıcılığı daha çox 1905-ci il inqilabından sonra yüksəlir.
Beləliklə, Azərbaycanda nəşr olunmuş bədii nəsr nümunələri az
idi və bu mənada ədib yazırdı ki, 1905-ci il inqilabınadək «…
Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar.
Nərimanov, Qənizadə və mənim tərəfimdən beş-üç kitabça bu-
raxılmışdısa da, bunlar dəryada bir qətrə hesab oluna bilərdilər».
Yeni realist ədəbiyyatın banisi M.F.Axundovun ədəbi dil sa-
həsində xidməti, prof. B.Çobanzadənin qeyd etdiyi kimi, bütün
türk-tatar dilləri üçün yeni bir hadisə idi.
25
Axundovun işinin
görkəmli davametdiricilərindən olan Ə.Haqverdiyev öz böyük
sələfinin elm, mədəniyyət və dil sahəsində xidmətlərini düzgün
qiymətləndirmiş, onun böyük novatorluğu haqqında yazmışdır:
«O zaman (XIX əsrin ortalarında – Q.K.) Azərbaycan ədəbiyyatı
nə vəziyyətdə idi? İranın lirik şairləri Sədi və Hafizin təsiri altında
inkişaf edən poeziya qəzəllərdən, varlı şəxslərə həsr edilən
mədhiyyələrdən ibarət idi. Müftəxor şairlər varlıların ətrafında fır-
fır fırlanırdılar. Ədəbiyyatın başqa formaları haqqında nə
25
.: . . . .
. «
Бах Б Ч о б а н з а д я М Ф Ахундовда азяри лящъяси Маариф
», 1928, 3,
.6.
ишчиси
№ сящ
74
şairlərin, nə də ki xalqın təsəvvürü var idi. Belə bir zamanda
Mirzə Fətəli dram ədəbiyyatının nümunəsini yaratdı».
26
Ə.Haqverdiyev başqa bir məqaləsində yazır: «Mirzə Fətəli
Axundovun onun yolunu davam etdirənlər üçün nümunə olan
pyesləri ona görə qiymətlidir ki, bu pyeslərdə son dərəcə gözəl
tiplər və təmiz xalq dili vardır».
27
Ə.Haqverdiyev M.F.Axundovun bədii əsərlərinin dilindən
danışarkən onun dramları ilə «Aldanmış kəvakib» hekayəsinin
dili arasında müəyyən fərq olduğunu qeyd edir və göstərir ki,
böyük ədib öz komediyalarını «…Azərbaycanın el dilində yazmış,
hekayə isə fars əlfazının və ibarələrinin çoxluğundan lüğətsiz
çətin oxunur».
28
Ə.Haqverdiyev Mirzə Fətəlinin öz bədii yaradıcılığı ilə ədəbi
dilimizə xidmətini düzgün təyin edə bilmiş, bununla da,
ümumiyyətlə, ədəbi dilimizin inkişafında XIX əsrin ortalarındakı
Azərbaycan ədəbiyyatının rolunu doğru qiymətləndirmişdir.
O, «Ədəbi dilimiz haqqında» məqaləsində Azərbaycan
mətbuatı tarixinə də nəzər salmış, sosialist inqilabına qədərki
dövrdə nəşr olunmuş bəzi qəzet və jurnalların dilinə öz
münasibətini bildirmişdir.
Müəllif XIX əsrdə Azərbaycanda qəzet və jurnal nəşrinin
zəifliyini çar hökumətinin ucqarlardakı siyasəti ilə əlaqələndirir,
göstərir ki, çar hökuməti 70-80-ci illərdə iki-üç qəzetin nəşrinə
icazə verdisə də, onların nəşrini tezliklə dayandırdı. Onun
fikrincə, XIX əsrdə mətbuatın zəif inkişafına bir səbəb də mətbəə
yoxluğu idi: «Türklərin bir mətbəəsi yox idi, quberniya
mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsi
üçün olub, bərbad bir halda idi». Ə.Haqverdiyev ədəbi dilin
inkişafında mətbuat dilinin rolunu yüksək qiymətləndirir,
26
. .
.
Я Щ а г в е р д и й е в Сечилмиш ясярляри II
,
, 1957,
ъилд Бакы
. 362.
сящ
27
. .
.
Я Щ а г в е р д и й е в Сечилмиш ясярляри II
,
, 1957,
ъилд Бакы
.396.
сящ
28
. .
,
.
Я Щ а г в е р д и й е в Ядяби дилимиз щаггында ялйазмасы
.2
сящ
75
«Əkinçi», «Kəşkül», «Ziyayi-Qafqaziyyə» qəzetlərinin dili haqqın-
da bəlkə də ilk dəfə məlumat verir, bu qəzetlərin dilini obyektiv
şəkildə təhlil etməyə çalışır və göstərir ki, onların dil sahəsində
xidmətləri ilə bərabər, müəyyən qüsurları da olmuşdur.
Ə.Haqverdiyev «Əkinçi» qəzetinin qüsurlarını əsasən onun
qrammatik quruluşunda görürdü: «Əkinçi» qəzetinin iki dili var
idi: Zərdabinin dili və mühərrirlərinin dili. Həsənbəyin işlətdiyi
cümlələrin çoxusu rus cümlələrindən çöndərmə idi, müxbir və
mühərrirləri isə fars cümlələri və fars dili işlədirdilər».
Ədibin fikrincə, o biri qəzetlərin dili daha çox nöqsanlı idi,
çünki bu qəzetlər Azərbaycan dili əvəzinə ərəb, fars dillərinin
leksik və qrammatik vasitələrindən daha çox istifadə edirdilər,
hətta «Cəlal əfəndinin «Kəşkül»ünü… lüğətsiz oxumaq çətin idi».
Ə.Haqverdiyev ədəbiyyatın, mətbuatın inkişafını iki dövrə
bölür, 1905-ci il inqilabından sonra mədəniyyətin müxtəlif
sahələrində ciddi bir yüksəliş əmələ gəldiyini göstərirdi: «1905-ci
il inqilabından sonra Azərbaycanda ədəbiyyat yolunda böyük bir
hərəkat əmələ gəldi: mətbəələr quruldu, qəzetlər intişara
başladı, ədiblərin fəaliyyətləri yüksəldi, maarif cəmiyyətləri, dram
dərnəkləri təşkil olundu, ədəbiyyat kitablarının sayı gün-gündən
artmağa başladı». Ədib, türk-osmanlı ziyalılarının ədəbi dil
sahəsində çirkin siyasət yeritdiklərini xatırlayaraq qeyd edir ki,
Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişafı üçün
az-çox imkan yarandığı bir zamanda onun başının üstünü yeni
bir təhlükə aldı: hələ vaxtilə Sultan Əbdül Həmid zamanında Tür-
kiyə hökumətinin təhriki ilə türk ədibləri Azərbaycanda türkləş-
dirmə siyasəti yeritməyə çalışır, Azərbaycanı öz təsiri altına al-
maq istəyirdilər; Azərbaycanda 1905-ci il inqilabının təsiri ilə yeni
ədəbi və mədəni yüksəliş yarandıqda «…osmanlı ədəbiyyatının
ağalıq xülyası cünbüşə gəldi. Bu əsası icra etmək üçün bir neçə
nəfər İstanbuldan ezam olundu: Əlibəy Hüseynzadə, Əhməd
Kamal, Səbribəyzadə, Xalid Ziya və s. Birinci Əlibəy Hüseynzadə
«Füyuzat»ı nəşrə başladı və türk – Azərbaycan dilini
osmanlılaşdırmağa qədəm qoydu… Əlibəydən sonra Əhməd
Kamal «Yeni Füyuzat» jurnalının başında əyləşib Əlibəy yolu ilə
getdi. 1910-cu illərdə Səbribəyzadə «Şəlalə» jurnalı ilə meydana
atıldı. Bu adam ondan qabaq gələnlər kimi işlədiyindən əlavə, ən
76
mürtəce, qaranlıq sevən, tərəqqi düşməni, qadınlar təsəttürü yo-
lunda canından-başından keçən bir şəxs idi».
Belə bir dövrdə, Ə.Haqverdiyevin dediyi kimi, «Molla Nəs-
rəddin» jurnalının «amansız mübarizəsi» başlayır.
Ə.Haqverdiyevin özü də daxil olmaqla, demokratik cəbhənin
görkəmli nümayəndələri – C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ə.Qəmküsar və başqaları «Molla Nəsrəddin»in ətrafında
toplaşaraq, milli dili xəlqi zəmindən ayırmağa çalışan mürtəce
qəzet və jurnalların qarışıq dilinə qarşı möhkəm mübarizə
cəbhəsi yaradırlar.
77
ƏDƏBİ DİLİN TƏMİZLİYİ VƏ İNKİŞAFI UĞRUNDA
MÜBARİZƏ
Dövri mətbuatın hücumunu təsvir edən ədib göstərir ki, bu
hücumun müqabilində «Molla Nəsrəddin»in amansız mübarizəsi
nəticə verə bilmədi və yazıçı gənclərin çoxunu Əlibəy öz nüfuzu
altına çəkdi». Bu fikir bir qədər kəskin söylənmişdir. Müəllifin
belə bir fikir söyləməsinin o dövrdə səbəbi çox idi. 20-ci illərdə
yeniliklə köhnə cəmiyyətin tör-töküntüləri arasında mübarizə o
qədər güclü, o qədər mürəkkəb idi ki, belə bir şəraitdə
cəmiyyətin əsrlərlə yaratdıqlarını bəzən obyektiv şəkildə
qiymətləndirmək mümkün olmurdu. Ümumən elmi inkişafın
səviyyəsi də buna mane olurdu. «Axır zamanlarda ədəbi türk dili
məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azər-
baycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu?» - sualı təkcə
ədibi deyil, o dövrdə bu sahə ilə məşğul olan bütün şəxsləri ma-
raqlandırırdı. Şübhəsiz, bir çox başqaları kimi, Ə.Haqverdiyev də
«ədəbi dilin yoxluğu» qənaətinə gələrkən bu anlayışı son dərəcə
məhdud başa düşmüş, ədəbi dil anlayışını bir yazıçının üslubu,
bir mətbuatın dildən istifadə istiqaməti ilə eyniləşdirmişdir. Hətta
indi də ədəbi dilə bu cür baxış bəzən özünü göstərir və məsələn,
Mirzə Cəlil kimi xalq dilinin ölməz müdafiəçisi bədii dilinin
sintaksisinə görə təqsirləndirilir, yazılarının sintaktik quruluşca
ədəbi dilə uyğun gəlmədiyi iddia edilir. Əgər Ə.Haqverdiyev,
yuxarıdakı qeydlərinə əsasən, mətbuat dili ilə ədəbi dili
eyniləşdirmişsə, belələri bədii dil ilə ədəbi dil arasına bərabərlik
işarəsi qoymuş olur. Bədii dil, hər şeydən əvvəl, bədii dildir və bu-
rada bütün sintaktik vasitələr – birləşmələr, söz sırası, cümlənin
intonasiya və quruluş xüsusiyyətləri bədiilik vasitəsi kimi çıxış edir.
«Ədəbi dil» geniş anlayışdır, onun özünəməxsus normaları,
qanunları vardır. Ona görə də ədəbi dil ilə bədii dili, mətbuat dilini
eyniləşdirmək olmaz.
Ə.Haqverdiyevin söylədiyi fikirlər ömrü boyu dil məsələləri
ilə böyük ehtirasla maraqlanmış həssas ədibin o dövrün qızğın
müzakirələrindən aldığı təəssüratın nəticəsidir. Ömrünün
sonlarında – 1933-cü ildə Ali Pedaqoji İnstitutda keçirilən dil
78
müşavirəsi münasibətilə yazdığı
29
bu məqalədəki:
«Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də
düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə hazırlayıram» -
sözlərindən aydın olur ki, o, son nəfəsinədək dilimizin nəzəri və əməli
məsələləri ilə maraqlanmış, bu işi ümumi yaradıcılığının, ictimai və
elmi fəaliyyətinin zəruri tərkib hissəsi saymışdır. Məqalə və qeydlərini
nəzərdən keçirdikcə onun fəaliyyət dairəsinin genişliyi və zənginliyi
diqqəti daha çox cəlb edir. Hələ XX əsrin əvvəllərində, Azərbaycan
dilinə ərəb, fars dilləri ilə yanaşı, osmanlı dilinin mənfi təsirinin
başladığı dövrdə, o da Mirzə Cəlil kimi, doğma dilini alınma söz və
ibarələrlə korlamağa və anlaşılmaz hala salmağa çalışanlara qarşı
mübarizə aparmış, xalq dilinin gözəlliyini, şirinliyini əks etdirən bədii
əsərlərini yabançı təsirlərə qarşı qoymuşdur. C.Məmmədquluzadənin
kinayəli şəkildə söylədiyi «Mən onu bilirəm ki, türk dilində danışmaq
eybdir və şəxsin elminin azlığına dəlalət edir» sözlərinin mənasını o,
müstəqim şəkildə ifadə etmişdir: «Danışıq vaxtında fars ləfzlərinin
işlənməsi savadlılığa indi də dəlil hesab olunur».
Görkəmli yazıçı termin yaradıcılığı məsələsinə də toxunmuş,
ana dili terminləri əvəzinə, fars dili terminlərinin işlədilməsini ədəbi dil
üçün qüsur saymışdır: «Fars dilinin təsiri sayəsində türk istilahlarını
itirib fars istilahları işlətməyə möhtac olmuşuz. Bu istilahları arayıb
tapmaq üçün möhkəm çalışmaq lazımdır».
Türk-osmanlı dilinin leksik vasitələrindən lazımsız şəkildə istifa-
də hallarına etiraz edən ədib izah edir ki, dilimizdə işlədilən
sırt, ər-
kək
kimi sözlər ümumtürk mənşəli olsa da, dilimizin müstəqil inkişafı
nəticəsində bu sözlərin Azərbaycan dilində
çiyin, kişi
kimi qarşılıqları
əmələ gəlmişdir,
ərkək
sözü «Azərbaycan türkü təsəvvüründə hey-
vaniyyəti təşkil edən bir sözdür». O,
sırt və ərkək
sözlərini
«Azərbaycan qulağını deşən» sözlər adlandırmışdır.
Ə.Haqverdiyev rus dilinin beynəlmilləl terminlər hesabına ədəbi
dilimizi zənginləşdirmə sahəsində xidmətlərini görürdü, lakin dilə yer-
siz qarışmış rus sözləri olduğunu, hətta bəzən rus dilinin sintaktik va-
29
,
Илк дяфя дяръ олунаркян верилмиш гейддян айдын олур ки
«
»
2
–
Ядяби дилимиз щаггында мягаляси ядибин юлцмцндян ай яввял
.
октйабрда йазылмышдыр
79
sitələrindən də (yazıçıda «rus cümlələri») yersiz istifadə olunduğunu
qeyd edir, misallar göstərir
: O adamlar, hansılar ki, bu işdə iştirak
edirlər; Mənim qardaşım tarda yaxşı oynayır; Əhmədin qızı ərə çıxdı
və s.
Ə.Haqverdiyev ədəbi dilimizin inkişaf yolu haqqında qiymətli fi-
kirlər söyləmiş, onun inkişafına mane olan məsələləri açıb göstərmə-
yə çalışmışdır. Ömrünün sonlarında o, Azərbaycan dilinin tədqiqi və
öyrənilməsi ilə məşğul olan xüsusi bir təşkilat yaratmağı təklif edirdi.
Bunu da qeyd etmək lazımdır ki, ədib yeni ictimai quruluşdan çox
şey gözləyirdi və arzularının həyata keçəcəyinə əmin idi. Qısa bir
müddət ərzində onun gözləri önündə, özünün dediyi kimi, az dəyi-
şikliklər baş verməmişdi: «Şura hökuməti bərpa olandan bəri Azər-
baycanda ədəbiyyatın, mətbuatın sayı yüz əlli sənənin müddətində
görünməmiş bir dərəcəyə çatmışdır».
ƏLAVƏ ƏDƏBİYYAT
Ə. D ə m i r ç i z a d ə. M.F.Axundov dil haqqında və
M.F.Axundovun dili, Azərb. XMK nəşri. Bakı, 1941.
M. Ş i r ə l i y e v. 1905-ci il inqilabı və Azərbaycan ədəbi
dilinin xəlqiliyi uğrunda mübarizə, «Azərb. SSR EA xəbərləri»,
1953, №2, səh. 67-82.
M. C a h a n g i r o v. Dil məsələləri haqqında
M.F.Axundovun fikirləri, «Azərbaycan», 1953, №4, səh. 134-
147.
E. Ə l i b ə y z a d ə, «Molla Nəsrəddin» jurnalının birinci
nömrəsində dil məsələsi, «Ədəbiyyat və Dil institutunun
əsərləri» (dilçilik seriyası), VI cild, 1954, səh.158-170.
K. M ə m m ə d o v. Açıq yazmağı da bacarmaq lazımdır,
«Ə.Haqverdiyev» monoqrafiyası, 1970, səh. 110-115.
R. H. H ə s ə n o v . Yusif Vəzir Çəmənzəminli dil məsələlərinə
dair. V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 1963, №4,
səh.93-108.
M. M ə m m ə d o v, N.Nərimanov və ana dili, «Elm» nəş-
riyyatı, Bakı, 1971.
80
Q. Ş. K a z ı m o v. Ə.Haqverdiyev və ədəbi dilimiz,
V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 1964, №2,
səh.87-97.
Q. Ş. K a z ı m o v. «Müxtəlif qeydlər dəftəri», «Azərbaycan
müəllimi», 1965, №40.
81
II FƏSİL
YAZIÇI DUYĞUSU, DİLÇİ ƏMƏLİYYATI
AYIN ŞAHİDLİYİ
Türk dillərinin qədim abidələri, əlifba, orfoqrafiya,
qrammatika haqqında fikir və mülahizələri, mətbuat və kitab dili
haqqında tənqidi qeydləri, ölkəşünaslıq cəmiyyətində dilimizin
tədqiqi və öyrənilməsi işi ilə əlaqədar fəaliyyəti, sovet dövründə
ədəbi dilin inkişafına mane olan səbəblərin aradan qaldırılması
uğrunda aparılan müzakirələrdə fəal iştirakı, müəllimlik fəaliyyəti
– Azərbaycan dilinin yaranma və inkişaf tarixi, qədim yazılı
abidələri barədə azərbaycanlı tələbələrə mühazirələr oxuması,
qeyri-azərbaycanlı tələbələrə bu dilin öyrədilməsi sahəsində
əməyi Ə.Haqverdiyevin sovet dövrü dil yaradıcılığına çox ciddi
təsir etmişdir. Buna ən yaxşı dəlil inqilabdan əvvəl çap etdirdiyi
əsərlərin sovet dövründə yeni nəşrlərinin dili üzərində ədibin özü
tərəfindən edilmiş dəyişikliklər, təshih və düzəlişlərdir. Başqa
görkəmli yazıçılar kimi, o da öz dilinə tələbkar olmuş, bütün ya-
radıcılığı boyu, imkan olduqca, əsərlərinin dili üzərində yenidən
işləmişdir. O, inqilabdan əvvəl də öz əsərlərinin dili üzərində
yaradıcılıq əməliyyatı aparmışdır. Lakin işin keyfiyyət və
kəmiyyətinə diqqət yetirdikdə aydın olur ki, iki dövr – inqilabdan
əvvəlki və sonrakı dövrlər arasında böyük fərq vardır.
Ə.Haqverdiyevin bu sahədəki yaradıcılıq işinin dairəsi sovet
dövründə çox genişlənmiş, ədib öz əsərlərinin yeni nəşrlərinin
dili üzərində, əvvəlki dövrlərdə olduğu kimi, daha çox usta yazıçı
duyğusu ilə bağlı olan və səlisləşmə istiqamətində aparılan
məhdud dəyişikliklərlə kifayətlənməmiş, gənc sovet
respublikasının ədəbi dilə dair yeni tədbirləri onun
dünyagörüşündə ciddi təbəddülata səbəb olmuşdur. Doğrudur,
ədibin yazıçılıq təcrübəsi artdıqca, dünyagörüşü genişləndikcə,
onun öz qələminə məxsus cəhətlər sabitləşdikcə və o, bir yazıçı
kimi püxtələşdikcə əsərlərinin dili üzərində işini də təkmilləş-
dirmiş, ustad yazıçı qələminə məxsus əsərlər yaratmışdır. Bütün
82
bunları nəzərdən qaçırmaq olmaz və yazıçının öz əsərlərinin dili
üzərində işini təkmilləşdirməsindən danışarkən bunları mütləq
hesaba almaq lazım gəlir. Lakin onu da nəzərə almaq lazımdır ki,
bunlar onun dil yaradıcılığını tədricən təkmilləşdirə bilən amillər
idi. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dilinin nəzəri və
praktik məsələlərinə dair böyük qüvvə ilə başlanan işlər isə
ədibin dünyagörüşünə daha ciddi təsir etmiş, qeyd etdiyimiz
ciddi təbəddülatın səbəbi olmuşdur. Elə buna görə də
yaradıcılığının I və II dövrlərində, əsasən, lüğət materialı
üzərində aparılan, lüğətlə məhdudlaşan iş indi qrammatik
quruluşu da əhatə edir, dilçi əməliyyatına bənzəyir. Bütün bunla-
rın nəticəsidir ki, onun 20-ci illərin sonlarında həm yenidən nəşr
olunmuş, həm də ilk dəfə nəşr olunan əsərlərinin dili istər lüğət
tərkibi, istərsə də qrammatik quruluş cəhətdən ədəbi dil
normalarına daha çox uyğundur. Bunu R.Kazımova da müşahidə
etmiş və yazmışdır: «Biz onun yenidən işlənmiş hekayələrinin
dilində müasir dilimizin qanunlarına yaxınlaşmanı daha çox hiss
edirik».
30
Ədibin inqilabdan əvvəl və sonra öz əsərlərinin dili üzərində
necə işləmiş olduğunu əyani şəkildə müşahidə etmək üçün «Ayın
şahidliyi» hekayəsi və «Dağılan tifaq» pyesi üzərində apardığı
əməliyyatı nəzərdən keçirək.
Hekayənin əlyazması qalmamışdır. Ə.Haqverdiyev bu
hekayəni ilk dəfə 1906-cı ilin 24 mayında «Həyat» qəzetində
«Qəmərin şahidliyi» adı ilə, ikinci dəfə 1909-cu ildə «İki hekayət»
kitabında «Ayın şahidliyi» adı ilə çap etdirmişdir. Hekayəni ikinci
dəfə çap etdirən ədib, təbii olaraq, bəzi düzəlişlər aparmışdır.
Hekayənin bu iki çapı arasındakı fərqlər tənqidçi və
ədəbiyyatşünas H.Əfəndiyev tərəfindən dəqiq mü-
əyyənləşdirilmişdir. O yazır: «Kitabda («İki hekayət» kitabı və ora-
dakı «Ayın şahidliyi» əsəri nəzərdə tutulur – Q.K.) bəzi cümlə və
ifadələrin mətndən çıxarılması, ayrı-ayrı sözlərin və ləfzlərin dəyiş-
30
. . .
Р К а з ы м о в а Я Щагвердийев юз щекайяляринин дили
цзяриндя неъя иш
.
лямишдир Азярбайъан ССР ЕА Дил Институтунун
,
ясярляри III
, 1950,
.37.
ъилд
сящ
83
dirilməsi və yaxud da lüzumsuz olaraq ixtisarı hallarına təsadüf
olunur».
31
Burada hekayənin yeni çapındakı düzəlişlər haqqında
söhbət gedir. Məqalə müəllifi düzəlişlərin dairəsini – onların bir
qisim söz, ifadə və cümlələrin ixtisarından, əvəz edilməsindən
ibarət olduğunu dəqiq müəyyənləşdirmişdir. Ədibin
yaradıcılığının ilk iki dövründə əsərlərinin dili üzərində işinin
dairəsi, bəzi əlavələri də nəzərə alsaq, əsasən, bu qədər
olmuşdur. Məsələn, ədib «…qurbağaların nəğmələri hamısı bir-
birinə qarışıb ruha sükunət bəxş edən qəribə bir ahəngi-təbii
əmələ gətirmişdilər» cümləsindəki
bəxş edən
sözünü
verən
,
«Süleyman mümkün tapıb həbsxanadan qaçıb quldurlar
dəstəsinə qoşuldu» cümləsindəki
həbsxana
sözünü
dustaqxana
,
«Ay, ulduz, daşlar, ağaclar allahın hökmü ilə bu növ şahid ola
bilərlər» cümləsindəki
şahid ola bilərlər
ifadəsini
şəhadət edə
bilərlər
ifadəsi ilə əvəz etmişdir. Zahirən belə görünə bilər ki,
bunlardan üçüncü cümlədəki əvəzetmə «lüzumsuz»dur, lakin
diqqət edildikdə məlum olur ki, ədib fikrin ifadəsini daha da
qüvvətləndirmiş, mənanı nəzərə almışdır. Əslində, əvvəlki
cümlədə
şahid ola bilərlər
ifadəsi yerinə düşmür. Yaxud da cüm-
lədəki
allahın hökmü ilə
sözləri artıqdır. Çünki allahın hökmü ol-
madan da ay, ulduz, daşlar, ağaclar yazıçının nəzərdə tutduğu
qanlı faciələrə şahiddir. Burada ədib təsvir etdiyi subyektlərin
passiv şahidliyini yox, allahın hökmü ilə fəal şəhadətini, şahidlik
etməsini nəzərdə tutmuş, ona görə də ifadənin qəliz və ya asan
olmasını deyil, mənasını əsas götürmüşdür. İkinci nəşrdə
müvafiq ixtisarlara da təsadüf olunur: «Qəndablı kəndinin
yayının havası, ələlxüsus gecələri hamıya məlumdur» -
cümləsindəki
yayının
sözü ixtisar edilməklə fikir ümumiləşdirilmiş
və məzmun genişləndirilmişdir; «Mən səni buradan salamat bu-
raxmayacağam, gərək sən bu saat burada öləsən, çünki kənd
yaxındır, gedib xəbər edərsən, mənim dalımca gəlib məni
31
. . .
«
»
Щ Я ф я н д и й е в Я Щагвердийевин Гямярин шащидлийи
, . .
-
, 1961,
щекайяси щаггында С М Киров адына АДУ нун Елми Ясярляри
3,
.52.
№ сящ
84
tutarlar» - cümlələrindən ikincisi –
gərək sən bu saat burada
öləsən
hissəsi məntiqsiz və ibtidai məzmuna malik olduğu üçün
mətndən çıxarılmışdır; «Mənim üzümdə siz bir qara görüb onu
ləkə hesab edirsiniz. Xeyr, o qara, ləkə deyil. O qara bəlkə
mənim ahımın tüstüsüdür» - cümlələrində
qara
sözü çox
təkrarlandığı üçün sonuncu cümlədən atılmış və son iki cümlə
birləşdirilərək
«Xeyr, o qara, ləkə deyil, bəlkə mənim ahımın tüs-
tüsüdür»
şəklində səlisləşdirilmişdir. Bunlardan əlavə, bir-iki
cümləyə qeyri-müəyyənlik bildirən
bir
sözü,
və
bağlayıcısı
artırılmış, həmcins xəbərlərdən birincisi feli bağlama şəklinə
salınmışdır. İkinci çapda olan bu yeniliklərin həm ümumilikdə,
həm ayrı-ayrılıqda əsərin xeyrinə olduğu və usta yazıçı qələmi ilə
edildiyi göz qabağındadır.
H.Əfəndiyev hekayənin iki çapı arasındakı fərqləri müəy-
yənləşdirmişsə də, məsələnin qoyuluşu düzgün olmadığından o,
doğru nəticəyə gəlməmişdir. O bunları «lüzumsuz ixtisarlar»,
«kobud əməliyyat» və s. adlandırır, göstərir ki, «bunlar istər-
istəməz əsərin orijinalının təhrifinə və ondan alınan təəssüratın
müəyyən dərəcədə pozulmasına səbəb olmuşdur». Bu yanlış fikrin
səbəbi odur ki, məqalə müəllifi əsərin ikinci çapındakı ixtisar,
əvəzetmə və əlavələrin Ə.Haqverdiyevin özü tərəfindən deyil,
Orucov qardaşları nəşriyyatı tərəfindən aparıldığını güman edir.
Dil məsələsində ardıcıl demokrat olan Haqverdiyev öz əsərlərinin
dilinin təhrif edilməsinə imkan verməzdi. Belə hal onun
yaradıcılığının ilk dövründə bəlkə də mümkün idi, lakin «İki
hekayət» kitabının nəşri dövründə, H.Əfəndiyevin özünün də
qeyd etdiyi kimi, Ə.Haqverdiyev artıq görkəmli yazıçı və ictimai
xadim kimi məşhur idi. İkinci nəşrdə hekayənin adı dəyişdirilmiş,
qəmər
sözu
ay
sözü ilə əvəz olunmuşdur. Bu cür dəyişiklik son
dərəcə məntiqidir. İşlənmə dairəsinə görə
qəmər
sözünü
ay
sözü
ilə müqayisə etmək olmaz. Ümumxalq dilində
ay
sözü üstünlük
təşkil edir.
Qəmər
sözünə biz daha çox klassik ədəbiyyatın
dilində rast gəlirik. Xalq dilində olan
ay doğdu, ay batdı
və s.
kimi bir çox ifadələr də yalnız bu sözün iştirakı ilə
formalaşmışdır. Hələ Haqverdiyev kimi bir yazıçının ilk nəşrdə
hekayəni nə üçün məhz «Qəmərin şahidliyi» adlandırması
təəccüb doğurur.
85
Beləliklə, aydın olur ki, Ə.Haqverdiyev öz əsərini kitab
halında nəşrə hazırlayarkən, onu bir daha nəzərdən keçirmiş,
yerinə düşməyən söz, ifadə və cümlələri təshih etmişdir.
Düzəlişlərin müsbət xarakterdə olması da bunu təsdiq edir. Elə
buna görə H.Əfəndiyev özü də təshihlərin əhəmiyyəti barədə
bəzən tərəddüdlə danışır.
Əslində, burada bizi maraqlandıran cəhət sovet
hakimiyyətinə qədərki dövrdə ədibin öz əsərlərinin dili üzərində
işinin dairəsi, xarakteridir. Nəzərdən keçirdiyimiz bir sıra başqa
faktlar da göstərir ki, Haqverdiyev otuz ilə qədər bir müddət
ərzində yazıçı duyğusunun tələbləri çərçivəsində hərəkət etmiş,
imkan dairəsində dil vasitələrinin ən yaxşısını, sinonim söz və
ifadələrdən daha müvafiqlərini seçib götürmək, səlislik, ifadəlilik,
lakonizm, bədiilik prinsiplərini əsas tutmuş, öz əsərlərinin dili
üzərində bu prinsiplər əsasında iş aparmışdır.
İndi də «Dağılan tifaq»ın 1899-cu il Peterburq və 1926-cı il
Bakı nəşrlərinin dilinə diqqət yetirək.
Dostları ilə paylaş: |