Ülviyyə Fikrət qızı Nağıyeva 34
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 İbtidai məktəb müəllimi hazırlığında pe-
daqoji təcrübənin zəruriliyinin əsaslandırılması
görkəmli rus pedaqoqu K.D. Uşinskinin adı ilə
bağlıdır. O, 1861-ci ildə hazırladığı “Müəllim
seminariyasının layihəsi”ndə gələcək ibtidai
məktəb müəllimlərinin pedaqoji təcrübəsinin
təşkili qaydalarını izah etmiş, bu məqsədlə yara-
dılacaq müəllimlər seminariyalarının nəzdində
ibtidai məktəblərin təşkilini vacib bilmişdi.
K.D. Uşinski yazırdı:
“Tibb fakültəsi üçün klini- ka nə qədər vacibdirsə, seminariya üçün də nü- munə məktəbi o qədər vacibdir” [1,s.157].
Azərbaycanlı ibtidai məktəb müəllimi hazır-
lığını həyata keçirən Zaqafqaziya Müəllimlər Se-
minariyasının Azərbaycan şöbəsinin (1879-1918)
və İrəvan Müəllimlər Seminariyasının (1881-
1918) nəzdində seminaristlərin pedaqoji təcrübə
keçmələri üçün nümunə məktəbi fəaliyyət göstə-
rirdi. Gələcək ibtidai məktəb müəllimlərinə semi-
nariyanın III tədris ilində praktik fənlər və peda-
qoji təcrübə keçirilirdi. Hər bir tələbə 4 fəndən 5
və ya 6 sınaq dərsi (cəmi 20) keçməli idi.
Pedaqoji təcrübə sahəsində yaranan bu
ənənə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Qori Müəllimlər Seminariyasının Azərbaycan şö-
bəsi əsasında Qazaxda təşkil edilən seminariyada
həyata keçirildi. Azərbaycan sovetləşdiriləndən
sonra, 1921-ci ildə Ali Pedaqoji İnstitut (indiki
Azərbaycan Dövlət Pedaqoji Universiteti) təşkil
edildi. İnstitutun ilk tədris planına gələcək müəl-
limlərin pedaqoji, uşaq və yeniyetmələrlə, əhali
ilə sosial iş təcrübəsi daxil edildi. Gələcək müəl-
limlərin pedaqoji təcrübə keçmələri üçün
1922/23-cü tədris ilində A. Şaiqin yaratdığı 12
№-li məktəb F. Rzabəyli tərəfindən Ali Pedaqoji
İnstitutunun binasına köçürüldü və burada Nü-
munə məktəbi kimi fəaliyyət göstərməyə başladı.
1926/27-ci tədris ilinin sonuna kimi Ali Pedaqoji
İnstitutun tələbələrinin pedaqoji təcrübəsi həmin
məktəbdə təşkil edilmişdir [2,s. 56].
20-ci illərdə ali pedaqoji təhsilin inkişafın-
da, müəllim kadrları hazırlığında, onların peda-
qoji təcrübəsinin təşkilində 1924-cü ildə keçiril-
miş pedaqoji təhsil üzrə Ümumrusiya konfransı
mühüm rol oynadı. 20-ci illərdə İttifaqda peda-
qoji nəzəriyyələrin formalaşdırılmasında, ali pe-
daqoji təhsil quruculuğunda mühüm rolu olan
S.T. Şatski də müəllimlərin pedaqoji hazırlığı
prosesində nəzəriyyə ilə təcrübənin vəhdətinə
böyük əhəmiyyət verirdi. O hesab edirdi ki,
“gənc müəllimlər canlı, geniş, həyat yönümlü pedaqoji mühitdə təhsil almalı, nəzəri biliklərini praktikaya tətbiq etməyi bacarmalıdır” [3, s.69].
Ona görə də gələcək müəllimlərin 1-ci kursdan
4-cü kursa kimi pedaqoji təcrübədə olması, il-
dən-ilə pedaqoji təcrübənin məzmununun və
təşkilinin təkmilləşdirilməsi vacib hesab olundu.
1930-cu ildə Ali Pedaqoji İnstitutun (indi-
ki ADPU) yenidən təşkilindən sonra hazırlanan
tədris planında pedaqoji fənlərin öyrədilməsinə
və ümumtəhsil məktəblərində pedaqoji təcrübə-
nin təşkilinə ayrılan vaxt artırıldı. SSRİ Mərkəzi
İcraiyyə Komitəsinin 19 sentyabr 1932-ci il ta-
rixli “Ali məktəb və texnikumlarda tədris plan-
ları və rejimi haqqında” qərarda qeyd olunurdu
ki, “tələbələrin metodiki hazırlığında, onların
pedaqoji bacarıqlarının inkişaf etdirilməsində
nəzəri hazırlıqla yanaşı, pedaqoji təcrübə də
həlledici rol oynayır. Pedaqoji təcrübə tələbəyə
pedaqoji bacarıqlara yiyələnmək imkanı verir”
[4]. Gələcək müəllimlərin peşə hazırlığında pe-
daqoji təcrübənin oynadığı rolun yüksək qiy-
mətləndirilməsinin nəticəsi idi ki, 1938-ci ildə
“SSRİ ali təhsil müəssisələri tələbələrinin isthe-
salat təcrübəsi haqqında Əsasnamə” təsdiq edil-
di, tələbələr üçün pedaqoji təcrübənin təşkili və
aparılması ilə bağlı təlimatlar hazırlandı.
50-60-cı illərdə həm keçmiş İttifaqda,
həm də Azərbaycanda gələcək müəllimlərin pe-
daqoji təcrübəsinin təşkilində xeyli müsbət təc-
rübə toplandı. 1958/59-cu tədris ilində respubli-
kada ali təhsilli ibtidai sinif müəllimi hazırlığına
başlanıldı.
60-cı illərdə keçmiş İttifaqda, o cümlədən
Azərbaycanda məktəbyaşlı uşaqların sayının
artması yeni məktəb şəbəkəsinin yaranmasına,
bu da ölkədə müəllim kadrlarında çatışmazlığa
səbəb oldu. Çatışmazlığı aradan qaldırmaq məq-
sədilə pedaqoji təcrübənin stajkeçmə formasının
tətbiqinə başlanıldı. Təcrübəçi tələbələrin mək-
təblərdə bir semestr tam ştatlı müəllim kimi
fəaliyyət göstərməsinə icazə verildi. Tədris
planlarında nəzəri saatların həcmi azaldıldı.
Təcrübənin müddəti 30 həftəyədək artırıldı. Bu
da tələbələrin nəzəri hazırlığında müəyyən boş-
luqların yaranmasına səbəb oldu. Pedaqoji təc-
rübə müddətinin artırılması tədqiqatçıların fik-
rincə, gələcək müəllimlərin peşə-pedaqoji hazır-
lığında əhəmiyyətli dəyişikliklərə səbəb olmadı.