Research papers


Ülviyyə Fikrət qızı Nağıyeva



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə44/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   40   41   42   43   44   45   46   47   ...   246
elmi-eserler-2022-2-cap

Ülviyyə Fikrət qızı Nağıyeva 
36 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
III tədris ilində 9 həftə (18 kredit), IV tədris ilin-
də 5 həftə (10 kredit) Bakının innovativ məktəb-
lərində təcrübə keçirdilər. 
2014-cü ildə təsdiq edilmiş təhsil proqra-
mına əsasən pedaqoji təcrübənin müddəti 14 
həftə müəyyən edildi və IV tədris ilinin yaz se-
mestri (VIII semestr) ərzində keçirilməsi nəzər-
də tutuldu. Digər müəllimlik ixtisaslarında pe-
daqoji təcrübənin müddəti 8 həftədən 14 həftəyə 
yüksəldildiyi halda, ibtidai sinif müəllimliyi ix-
tisasında əksinə oldu. Belə ki, ibtidai sinif müəl-
limliyi ixtisasında pedaqoji təcrübəyə ayrılan 18 
həftəlik vaxt 14 həftəyə endirildi. Riyaziyyat, 
kimya, biologiya, tarix, fizika, texnologiya, in-
formatika, xarici dil (ingilis, fransız), musiqi, 
təsviri sənət müəllimliyi ixtisasında tələbələri 
14 həftə ərzində 12 sınaq dərsi (6-sı icmalla, 6-
sı planla), ibtidai sinif müəllimliyi ixtisasında 
isə həmin müddətdə tələbələrin 17 sınaq dərsi 
(13-ü icmalla, 4-ü planla) deməsi nəzərdə tutul-
du. İbtidai sinif müəllimliyi ixtisasında tələbələr 
7 fəndən (ana dili, riyaziyyat, həyat bilgisi, tex-
nologiya, musiqi, fiziki tərbiyə, təsviri incəsə-
nət) 17 saat sınaq dərsi deməli olduqları halda, 
digər ixtisaslarda 1 fəndən 12 saat sınaq dərsi 
deyirdilər. Azərbaycan dili və ədəbiyyatı, riya-
ziyyat və informatika, kimya və biologiya, tarix 
və coğrafiya, fiziki tərbiyə və gənclərin çağırı-
şaqədər hazırlığı müəllimliyi ixtisasında 2 yerə 
bölünürdü. Deməli, ibtidai sinif müəllimliyi ix-
tisasına ayrılan vaxtın 4 həftə azaldılması yanlış 
addım idi ki, bu da ibtidai sinif müəllimi hazırlı-
ğına öz təsirini göstərməyə bilməzdi. 
Həmin dövrdə ibtidai sinif müəllimliyi ix-
tisası üzrə qiyabi formada da müəllim hazırlığı 
aparıldığından qiyabi təhsil forması üzrə peda-
qoji təcrübənin 8 həftə müddətində, V tədris ili-
nin son semestrində aparılması nəzərdə tutul-
muşdu. İbtidai sinif müəllimi hazırlığını həyata 
keçirən ali pedaqoji təhsil müəssisələrində peda-
qoji təcrübəyə ayrılan saatlar və deyiləcək sınaq 
dərslərinin miqdarı aşağıdakı kimi bölünmüşdü. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin