Pedaqoji ali məktəblərdə gələcək ibtidai sinif müəllimlərinin pedaqoji təcrübəsinin təĢkili (tarixi aspekt) 35
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 14 iyul 1960-cı ildə “Tələbələrin pedaqoji
təcrübəsinin təşkili və onların pedaqoji işə ha-
zırlığının yaxşılaşdırılması tədbirləri haqqında”
qəbul edilən qərar gələcək müəllimlərin pedaqo-
ji təcrübəsinin təkmilləşdirilməsində əhəmiyyət-
li rol oynadı. Pedaqoji təcrübə rəhbərliyinə (pe-
daqoq, psixoloq, metodist) daha təcrübəli pro-
fessor-müəllimlərin cəlb edilməsi qərara alındı.
1970/71-ci tədris ilində müəllim hazırlığı-
nı həyata keçirən ali təhsil müəssisələrində yeni
tədris planlarının tətbiqinə başlanıldı. Burada tə-
ləbələrin nəzəri hazırlığının xüsusi çəkisi artırıl-
sa da, gələcək müəllimlərin nəzəri və praktiki
hazırlığını əlaqələndirmək məqsədilə ümumtəh-
sil məktəbləri ilə əməkdaşlığın genişləndirilmə-
sinə üstünlük verildi. Tədris planında pedaqoji
təcrübə ilə nəzəri kursların öyrənilməsi arasında
optimal əlaqənin yaradılması, tələbələrin uğurlu
pedaqoji fəaliyyət üçün zəruri pedaqoji bilik və
bacarıqlarla silahlandırılması, tədris prosesində
tələbələrin müstəqilliyinin və yaradıcılıq fəaliy-
yətinin təmin edilməsi önə çəkildi.
1972-ci ildə respublikada müəllim hazırlı-
ğı ilə bağlı pedaqoji təcrübənin aşağıdakı növlə-
rini əhatə edən yeni proqram işlənib hazırlandı
və təsdiq edildi: I-II kurslarda tanışlıq təcrübəsi,
II-III kurslarda yay tədris təcrübəsi, III-IV kurs-
larda (qiyabi şöbələrdə V kurslarda) məktəb təc-
rübəsi. Həmin dövrdə tələbələrin pedaqoji təcrü-
bəsi ilə bərabər yay pedaqoji təcrübəsi də təşkil
edilirdi. Tələbələr yay aylarında pedaqoji təhsil
müəssisələri tərəfindən rayon, şəhər xalq maarif
şöbələrinin sərəncamına göndərilirdilər. Tələbə-
lər yay tətili günlərində şəhərtipli və ya şəhərət-
rafı pioner düşərgələrində, pioner evlərində, şa-
girdlərin əmək birliklərində, uşaq sağlamlıq
meydançalarında məktəblilərin asudə vaxtları-
nın səmərəli keçirilməsinə rəhbərlik edir, mək-
təbdənkənar müəssisələrdə (uşaq idman məktəb-
ləri, uşaq-gənclər yaradıcılıq mərkəzləri) məslə-
hətçi kimi fəaliyyət göstərirdilər. Tələbələrə pe-
daqoji təhsil müəssisələrinin pedaqogika kafed-
ralarının professor-müəllimləri rəhbərlik edirdi.
Tələbələr fərdi plan əsasında fəaliyyət göstərir-
dilər. Onların bu fəaliyyəti pedaqoqlar tərəfin-
dən “məqbul”la qiymətləndirilirdi. Tələbələr
pioner baş dəstə rəhbəri və ya tərbiyəçi-müəllim
funksiyasını yerinə yetirirdilər. Deməli, tələbə-
lərin I tədris ilindən başlayan pedaqoji təcrübəsi
fasiləsiz olaraq davam edirdi. Pedaqoji təcrübə-
nin təşkilinə belə yanaşma yüksək keyfiyyətli
müəllim kadrları hazırlığına xidmət edirdi. Təc-
rübənin məqsədi tələbələrdə peşə-pedaqoji ba-
carıqlarını və peşə keyfiyyətlərini formalaşdır-
maqdan, onları tərbiyəçi-müəllim kimi yetisdir-
məkdən ibarət idi.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cu illə-
rinin əvvəllərində ali pedaqoji təhsil sisteminin
yenidən qurulması sahəsində əsaslı dəyişiklik baş
verdi ki, bunun da nəticəsində yeni nəsil pedaqoji
kadrların hazırlanması prosesi intensivləşdirildi.
Azərbaycan müstəqillik qazandıqdan sonra milli
ali pedaqoji təhsil sistemi formalaşmağa başladı.
1992-ci ildə Təhsil haqqında Azərbaycan Res-
publikasının ilk qanunu qəbul edildi. Təhsilin de-
mokratikləşməsi, humanistləşdirilməsi və dife-
rensiallaşdırılması prinsiplərinin həyata keçiril-
məsinə başlanıldı. 70 il müddətində respublika-
nın ali məktəblərində pedaqoji təcrübənin məz-
mununun və təşkilinin təkmilləşdirilməsi, gələ-
cək müəllimlərin uşaqlarla işləməsi sahəsində
zəngin təcrübə toplanmışdı. Gələcək ibtidai sinif
müəllimlərinin pedaqoji təcrübəsinin təşkili və
keçirilməsi ilə bağlı ibtidai sinif müəllimi hazırlı-
ğında böyük ənənəyə malik olan Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) xey-
li metodik vəsait hazırlanmışdı.
XX əsrin 90-cı illərin əvvəllərində pedaqo-
ji təcrübənin təşkilinə ikili yanaşma mövcud idi.
Birincisi, tədris illəri boyunca fasiləsiz olaraq pe-
daqoji təcrübənin təlim prosesi ilə əlaqəli şəkildə
təşkili idi ki, bu yanaşma 70 il müddətində möv-
cud olmuşdu. İkinci yanaşma xarici təcrübəyə
əsaslanırdı: ümumi nəzəri hazırlıq-praktikum, se-
minar, treninq, sonda pedaqoji təcrübə.
90-cı illərdə və 2000-ci illərin əvvəllərin-
də gələcək ibtidai sinif müəllimlərinin pedaqoji
təcrübəsinin təşkili Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli
məktubu əsasında tənzimlənmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabi-
neti 19 sentyabr 2008-ci ildə “Ali (orta ixtisas)
təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təc-
rübəsinin keçirilməsi haqqında Əsasnamə” [5]
təsdiq etmişdir.
“İbtidai sinif müəllimliyi” (050118) ixti-
sasının 2009-cu ildə təsdiq edilən tədris planın-
da gələcək ibtidai sinif müəllimlərinin pedaqoji
təcrübəsi 18 həftə (36 kredit) nəzərdə tutulmuş-
du. Tələbələr II tədris ilində 4 həftə (8 kredit),