Kastamonu. Türkiyə
Con yeməyini bitirdikdən sonra hesabı ödəyib kafedən
çıxanda telefonu zəng çaldı. Bir kənara çəkilib telefona ca-
vab verdi:
182
-Alo
-Boss, problem var.
-Nə olub ki?
-Daniel bizi polislərə satdı.
Con təəccübdən qışqırdı:
-Nə?
-Hə boss. Telefonda hər şeyi polislərə danışdı. Hətta
Samirin Türkiyəyə aparılmasını da. Yəqin indi Almey-
da bütün İspan polisini üzərimizə göndərəcək. Nə əmr
edirsən? Nə edək?
Əsəbdən Conun sifəti qızarmışdı:
-B planını həyata keçirin. Almeyda isə lap zəhləmi
tök dü. Madriddəki uşaqlara xəbər elə qarabaşın xətrinə
dəysinlər, bəlkə onda ağıllandı.
Con danışığını bitirib, Buraka zəng vurdu:
-Burak mənə yaxşı-yaxşı qulaq as. Türkiyə polisi Sami-
rin helikopterdə olduğunu bilir. Və çox güman ki, sürdü-
yün helikopteri nəzarətə götürəcəklər. Buna görə də, ba-
cardığın qədər alçaqdan sürüb Samiri meşəyə at. O ayılana
qədər mən onu götürəcəyəm. Siz isə polislərə müqavimət
göstərməyin. Elə bilsinlər, doğrudan da meyid aparırsınız
-Axı bura vəhşi heyvanlarla doludur. Bəlkə tabutda
ataq?
-Yox olmaz. Polislərin əlinə keçməkdənsə qoy ayılara
yem olsun. Polislər tabutdakı meyidin kimliyini araşdırıb
onun İspaniyadan gətirilmədiyini öyrənənə qədər, mən
Samiri tapıb gizlədəcəyəm. Sonra sizin üçün də bir şey
fikirləşərəm.
Burak Conla əlaqəni kəsib diqqətlə ətrafa baxaraq
hündürlüyü azaltmaq üçün münasib yer axtarmağa baş-
ladı. Hava getdikcə qaraldığından qarşısına çıxan ilk tala-
da helikopteri bir az aşağı endirb Samiri meşəyə atdı və
yenidən yüksəkliyə qalxıb oradan uzaqlaşdı.
183
Madrid. İspaniya
Vəziyyətlə bağlı mütəmadi olaraq, Almeydaya məlu-
mat verən leytenant növbəti dəfə otağa girəndə Almeyda
onun üzünə baxıb pis xəbərlə gəldiyini və bu xəbəri ona
deməyə çətinlik çəkdiyini hiss etdi.
-Yaxşı çəkinmə, den görüm nə xəbər gətirmisən.
-Xəbərlər pisdir cənab. Türkiyədən bizə məlumat gə-
lib. Polislər helikopterə baxış keçiriblər, amma Samir ora-
da olmayıb. Türkiyə tərəfi tabutdakı meyidlə onu aparan
şəxslərin kimliyini araşdırıb bizə məlumat verəcək.
-Hə, bu həqiqətən pis xəbərdir. Bəs Toledo şəhərin dən
nə xəbər var?
-Mən də elə indi sizə onu demək istəyirdim. Polislər
restoranı mühasirəyə alıb təslim olmaları üçün içəri də ki-
lərə xəbərdarlıq ediblər. Ancaq heç bir səs gəlmə diyini gö-
rüb əməliyyata başlayıblar. Onlar içəri girəndən bir dəqiqə
sonra restoranda güclü partlayış olub.
Almeyda əsəbindən bağıraraq, əliylə vurub masanın
üstündəkiləri yerə səpələdi:
-Mən türkiyəyə gedirəm. - (Kinayəli şəkildə) - Heliko-
pterdəkilərə başsağlığı vermək lazımdır. Siz isə restora-
nın ətrafındakı bütün telefon siqnallarını toplayıb tam
dəqiqliklə yoxlayın. Həmin ərazidə olan bütün kamera
görüntülərinə də baxın. “Hoja de sauce” qruplaşması haq-
qında bütün məlumatları yığıb mənə təqdim edin.
Cibindən vərəq çıxardaraq:
-Bunu isə Silvaya verin.
Karabük. Türkiyə
Pedro bir xeyli getdikdən sonra yorulub dincini almaq
üçün ağacın dibində oturdu. Bir az istirahət etdikdən son-
184
ra havanı qaraldığılnı görüb “burada ağaclar sıxdır, ton-
qal qalamaq olmaz. Gərək tala tapım” deyə fikirləşərək,
yola düşmək istəyəndə helikopterin səsini eşidib dayandı.
Əvvəlcə səsin hansı tərəfdən gəldiyini ayırd edə bilməsə
də, sonradan uzaqdan helikopterin meşənin içində aşağı
endiyini və tezliklə də, yuxarı qalxaraq uzaqlaşdığını gör-
dü. Heç nə başa düşməsə də, “helikopter aşağı enə bilibsə,
orada mütləq tala var” deyə, sevincək halda o tərəfə get-
məyə başladı. Talaya çatmağına az qalmışdı ki, güclü yağış
onu haqladı.
Pedro ağaca söykənib nə edəcəyini fikirləşməyə başladı.
“Burada qalsam yağışdan daldalana biləcəyəm, ancaq vəhşi
heyvanlardan qorunmaq çətin olacaq. Ən yaxşısı açıq talaya
çıxmaqdır. Mən odun toplayıb tonqal yandırana qədər yağış
da kəsəcək”. Pedro bu düşüncəylə qarşısına çıxan quru ağac
budaqlarını toplaya-toplaya helikopterin enib-qalxdığı yerə
doğru irəliləyirdi. Aşıq talaya çıxıb tonqal yandırmaq üçün
münasib yer axtarmaq məqsədiylə ətrafa göz gəzdirəndə
yerində donub qaldı və yığdığı quru ağac budaqları quca-
ğından yerə töküldü. Heyrətdən böyümüş gözlərini gördü-
yü mənzərədən çəkməyərək təəccüblə baxırdı.
Həmin gün
Marid. İspaniya
Silva işlədiyi idarədən çıxıb evə gedirdi. Yol tıxac idi
deyə, dayanmağa məcbur oldu. Başını pəncərədən çıxardıb
yaxınlıqdakı polisdən qabaqda nə baş verdiyini soruşdu:
-Burada nə baş verib?
-Yol qəzası olub cənab. Qəza nəticəsində maşın aşaraq
yolun ortasına düşüb. Onu yoldan götürməyə çalışırıq.
185
-Uzun çəkər?
-Xeyr cənab. Artıq evakuator buradadır. Bir-iki dəqi-
qəyə yolu açacağıq.
Silva əyilərək maqnitafonu işə salıb başını qaldır-
dıqda, bir nəfərin onunla üzbəüz dayanaraq, əlindəki
səsboğucusu olan silahı onu tuşladığını gördü.
-Sizə nə lazımdır? – deyə soruşmuşdu ki, adam heç
nə de mədən Silvanın sinəsinə iki güllə vurub cəld oradan
uzaqlaşdı.
Silva özünə gələndə səkinin kənarında xərəkdə uzan-
dığını gördü. Ətrafında polislərlə təcili yardımın işçiləri
dayanmışdı. Sinəsində bərk ağrı var idi, güclə nəfəs alırdı.
Onu müayinə edən həkimlərdən biri Silvanın ayılaraq dur-
maq istədiyini görüb dedi:
-Sakit olun. Hələlik sizə tərpənmək olmaz.
Polislərdən biri ona yaxınlaşıb:
-Bəxtin gətirib dost. Əgər ehtiyatlı tərpənib qoruyucu
jilet geyinməsəydin, indi anan parçalanmış ürəyi və dağıl-
mış ciyəri olan oğlunun meyidinin kənarında oturub özü
üçün ağlayırdı.
Silva polisin sözlərinə gülümsünərək həkimdən soruş-
du:
-Ciddi bir zədə yoxdur ki?
-Xeyr yoxdur. Lakin atəş yaxın məsafədən açıldığın-
dan bir müddət sinənizdə ağrı olacaq. Nəfəsalma isə
çətinləşəcək. Biz sizi xəstəxanaya aparacağıq. Səhərə qədər
yatıb dincəlsəniz, tam sağalaraq ayağa dura biləcəksiniz.
Silva təcili yardım maşınında hadisə yerindən uzaq-
laşanda polislərdən biri onun xahişi ilə maşınını yaxınlıq-
dakı avtodayanacağa apardı.
Yeddi–səkkiz nəfər üzü maskalı və əli silahlı adam
Abalos küçəsindəki 111-ci evin qarşısında dayanan maşın-
186
dan düşən kimi Lusiyanı öldürmək üçün iri addımlarla evə
tərəf getdilər. Qapıya çatan kimi öndə gedən və gözündə
eynək olan adam təpiklə qapını açdı və silahlılar Lusiyanın
gizləndiyi evə girdilər. Otağa girən kimi ətrafa dağılışıb Lu-
siyanı axtarmağa başladılar. Kimi mətbəxə, kimi hamam-
tualetə, kimi də şkafa baxırdı. Nəhayət, hər tərəfi axtardıq-
dan sonra dəstə rəhbəri Lusiyanın burada olmadığını gö-
rüb Cona zəng vurdu:
-Qız burada yoxdur boss. Əşyalarını da götürüb qaçıb.
-Hər ehtimala qarşı orada gözətçi qoy, bəlkə qayıtdı.
Özünüz isə Türkiyəyə gəlin. Burada mənə lazımsınız.
Başçı:
-Oldu! – deyib, iki nəfərə bir az aralıda tikilmiş hündür
binanın damına çıxıb buraya nəzarət etmələrini tapşırdı.
Qalanları ilə birgə maşına minib oradan uzaqlaşdı.
Karabük. Türkiyə
Üzünə dəyən yağış damcılarından özünə gələndə
bədəninin ağrısını hiss edib sevindi.
-Yaşayıram!
Bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli
günlərinin dərdini çəkmək üçün bir vasitə idisə, indi ta-
mam başqa cür idi. Ona görə də, başına gələn bu qədər
əzab-əziyyətə və qarşıda onu gözləyən bəlalara baxmaya-
raq sağ qaldığı üçün Allaha şükr etdi. Hər yeri ağrıyırdı.
Əlini ehmalca sifətinə toxundurdu. Burnu qırılmasa da,
üzü qan içindəydi. Alnı şişmişdi. Ona dəyən zərbələri xa-
tırladıqca bədəni daha çox ağrayırdı.
Son yadında qalan başına dəyən zərbəydi. Çevrilib
qoluna baxdı. Yarası sarınsa da ağrıyırdı. Qalxıb oturmaq
187
istədi, bacarmadı. Zədələnən qabırğasından qopan dəhşətli
agrının təsirindən ufuldayıb, əlini qeyri-ixtiyari sağ böyrünə
qoydu və uzandığı yerdən ətrafa göz gəzdirməyə başladı.
Qaranlıqda yaxşı görə bilməsə də, dəhşətli bir yerdə ol-
duğunu anladı. Hər tərəfi ağaclarla əhatəli bir yerdə idi.
Ətrafda tək-tük kəsilmiş ağac gözə dəyirdi.
-Aydındır! – öz-özünə düşündü. Sağ qalmaq üçün
təbiətlə mübarizə aparmalıydı. Bunun nə qədər davam
edəcəyini, başına nələrin gələcəyini bilməsə də, mübarizə
aparmalıydı. Çünki buna məcbur idi. Verdiyi sözü yerinə
yetirmək üçün yarımçıq qalan işini tamamlamalı idi.
Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və taqətsiz
olmasına baxmayaraq, sağ böyrü tərəfdən çevrilib üzü
üstə uzanaraq yağışdan daldalanmaq üçün bir yer tap-
maq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə
başladı. Bir az getdikdən sonra taqətdən düşüb dayanaraq
başını qolunun üstünə qoydu və hərəkətsiz qaldı. Artıq
qabırğasının ağrısı dözülməz olmuşdu. Bir müddət belə
qaldıqdan sonra səs eşidib başını qaldırdı və qarşısında
qaranlıqda işıldayan gözləri görəndə canından üşütmə
keçdi.
Soyuq külək və yağışın təsirindən onsuz da sümük-
lərinə qədər üşüyürdü və indi belə üşüyə-üşüyə bu üşüt-
məni necə hiss etdiyinə özü də təəccübləndi. Parıldayan
işıqları saymağa başladı. Altı dənə idi. Deməli, üç canavar-
la qarşı-qarşıyaydı.
-Bu da axırı! – deyə pıçıldadığı vaxt canavarlar onu
parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə
get-gedə qısalırdı. Beş metr, dörd metr, üç metr, iki metr,
bir metr və...
188
Saray. Azərbaycan
Gecənin qaranlığında üçotaqlı həyət evinə bayırdan
benzin çiləyən dörd nəfərin tək bir məqsədi vardı: Samirə
göz dağı vermək üçün Əlini öldürmək! İçəri girməyə cəhd
etsələr də, pəncərələrin dəmir nəfəsliklərlə örtülü olması
və qapının möhkəmliyi onlara mane olmuşdu. Ona görə
də əllərini nəfəslikdən içəri salaraq almazla pəncərənin
şüşəsini kəsib içəri benzin tökürdülər. Pəncərəsi olan bü-
tün otaqlara benzin tökdükdən sonra qapıdan çıxmasınlar
deyə, qapını arxadan qıfılla bağladılar və kömək çağrılma-
ması üçün telefon xəttini kəsdilər.
İşlərini qurtardıqdan sonra benzin tökdükləri yerlərə
od vurub cəld oradan uzaqlaşdılar.
Rəna sevimli teleserialından ayrılmaq istəməsə də,
aramsız gələn telefon zəngi onu ayağa qalxmağa məcbur
etdi. Dəstyi götürüb acıqlı–acıqlı, alo, dedikdə dəstəkdə
rəfiqəsinin təlaşlı səsini eşitdi:
-Bu vaxta qədər haradasan ay qız? Mobil telefonu da
söndürmüsən. Az qalmışdım taksiyə minib gəlim sizə. Bir
hadisə olmayıb ki?
-Yox ay qız, nə olasıdır ki? Sadəcə serialdan ayrıla bil-
mirdim.
-Mən də dedim görəsən nə olub. Bəs telefonu niyə
söndürmüsən?
-Mən söndürməmişəm. Yəqin zaryadka qurtarıb.
-Yaxşı, get serialına bax. Sonra zəng vuraram.
-Narahat olma reklam fasiləsidir. Rahatca sözünü deyə
bilərsən.
-Sabah tezdən həkimə getməliyəm, mənimlə ge dər-
sən?
189
-Bağışla, gələ bilməyəcəyəm. Bu gün Əlinin nənəsi yı-
xılıb, ayağını zədələyib. Ona görə də bir neçə gün Əliyə
mən baxmalı olacağam.
-Əli sizdədir? Sabah həkimdən çıxan kimi gələcəyəm
sizə, Əlini görməyə. Çox şirin uşaqdır.
-Bayaqan bəri məni o qədər güldürüb ki. Çox şən uşaq-
dı. Onun oyanma qorxusu olmasaydı heç telefona cavab
verməyəcəkdim.
-Nə əcəb belə tez yatıb?
-Bu gün Lunaparka aparmışdım. O qədər oynadı ki,
yorğunluqdan yolda əsnəyirdi.
-Day bağışla da, səni serialdan ayırdım.
-İnnən beləsinə baxmağa imkan versən bağışlayaram.
-Hələlik. Sabah görüşərik.
Rəna dəstəyi yerinə qoyan kimi cəld qaçıb divanda
oturaraq gözlərini televizora zillədi.
Hadisədən 1 gün sonra
Karabük. Türkiyə
Samir özünə gələndə bədəni hələ də ağrayırdı. Göz-
lərini ağır-ağır açaraq ətrafa baxdı. Hər tərəf ağaclar və
kollarla dolu idi. Ayaq tərəfdə bir nəfər fit çala-çala bıçaqla
əlindəki ağac budağını yonurdu. Ətrafı dumanlı və xəyal
kimi görürdü. Buna görə də əliylə gözlərini sildi.
Pedro Samirin tərpəndiyini görərək əlindəkiləri bir
kənara qoyub onun yanına gəldi. Diz üstə Samirin yanında
oturaraq diqqətlə onu süzdü:
-Necəsiniz cənab? Özünüzü necə hiss edirsiniz? Sizə
necə kömək edə bilərəm? -Sonra gülümsəyərək, öz-özünə
astadan dedi: -Mən nə danışıram? Bu yazıq türk mənim
dediklərimi necə başa düşsün.
190
Samirin qalxıb oturmaq istədiyini görən Pedro ona
kömək etdi. Samir dikəlib qoluna baxdı. Qan qurumuşdu,
demək daha qanaxma olmurdu. Artıq qabırğası da əvvəlki
qədər bərk ağramırdı. Əlini ciblərinə salıb bir-bir yoxladı.
Əl dəsmalından başqa hər şeyini götürmüşdülər. Üzünü
bayaqdan maraqla ona tamaşa edən Pedroya çevirib ispan
dilində dedi:
-Əgər mənə kömək etmək istəyirsənsə, bir az su ver.
Bərk susamışam.
Pedro:
-Bu dəqiqə! – deyərək, çantasından su butulkasını çı-
xardıb Samirə uzadanda qəfil geri çəkib təəccüblə soruşdu:
-Sənin su istədiyini mən haradan bildim? Axı mən türk
dilini bilmirəm.
-Su istədiyimi bildin, çünki mən ispan dilini bilirəm.
Pedro butulkanı Samirə uzadıb dedi:
-Bu yaxşı oldu.
Samir doyunca su içəndən sonra soruşdu:
-Mən haradayam? Bura necə düşmüşəm? Bəs sən kim-
sən?
-Bura Tükiyədir. Biz hazırda meşədəyik. Bura necə düş-
düyünü bilmirəm. Sənin düşdüyün yerin ətrafında helikop-
ter uçurdu. Ya səni helikopterdən tullayıblar, ya da özün
yıxılmısan. Görünüşündən belə görünür ki, səni burada tul-
layıb gediblər. Bəxtin gətirib ki, səni tapdım. Yoxsa indi han-
sısa canavar mədəsində həzm edə-edə özünü günə verirdi.
Samir gülümsəyərək:
-Bəs sən kimsən? Meşəbəyi?
-Yox, tam əksinə.
Pedro bura necə düşdüyünü Samirə danışıb soruşdu:
-Bəs sən kimsən? Sifətin mənə tanış gəlir, amma yadı-
ma sala bilmirəm.
191
-Mənim adım Samirdir. Əlillər üçün yaradılan mərkə-
zin rəhbəriyəm. Azər...
Pedro onun sözünü yarımçıq kəsdi:
-Hə, düzdür, Samirsən. Dedim axı tanış gəlirsən. Hə-
min mərkəzin Argentinada da filialı var. Oğlum uşaq vaxtı
bir qolunu itirdiyindən onu da götürüb həmin filiala get-
mişdm. Bizi çox yaxşı qarşıladılar. Üstəlik oğluma da hər
cür köməklik etdilər. Bəs yaxşı səni bu günə kim qoyub?
Samir başına gələnləri qısa olaraq Pedroya danışıb dedi:
-Sən mənə buradan çıxmağa kömək et, mən də səni
maneəsiz öz ölkənə, ailənin yanına yola salım. Sənə mər-
kəzin Argentinadakı filialında iş də verərəm.
-Sən məni vətənimə yola salmasan belə, mən səni bu-
rada atıb getməyəcəkdim. -Əlini Samirə uzadaraq, -Amma
yenə də mən razı.
-Çox güman ki, quldurlar məni axtarmağa gələcəklər.
Bu rada çox dayanmaq olmaz. Kömək et, ayağa qalxım, ge-
dək.
-Tapa bilməzlər. Səni atdıqları yer buradan iki saatlıq
uzaqdır.
-Məni iki saat qucağında daşımısan? Bu yaxşılığının
əvəzini heç cür ödəyə bilmərəm.
-Sən əlillər üçün bu qədər əziyyət çəkirsən. Onlardan
öt rü belə çətinliyə düşmüsən. Oğlum «Ümid» mərkəzinin
sa yəsində özünü bu həyatın bir parçası hiss edir. Mənim sə-
ni iki saat qucağıma daşımağım bunların yanında nədir ki?
Pedro Samiri ayağa qaldıraraq qoluna girdi və hər ikisi
yavaş-yavaş meşənin içiylə getməyə başladılar.
Sumqayıt. Azərbaycan
Rəna mətbəxdə qazı yandırıb tavanı qazın üstünə qo-
yaraq içinə yağ atdı. Yağ əriyən kimi tavaya iki yumurta çır-
192
pıb duz ataraq qarışdırdı və qayğanaq hazır olan kimi qaba
qoydu. Qayğanaqla dolu qabı sinidə çörəklə albalı şirəsinin
yanına qoydu. Sinini götürərək otağa keçdi. Gətirdiklərini
stolun üstünə qoyub geri qayıtmaq istəyəndə gözü televi-
zorda xəbərlərdə verilən yanğın hadisəsinə sataşdı. “Bu
ki, Əlinin yaşadığı evdir” deyə, öz-özünə fikirləşdiyi vaxt
dəhlizdən gələn addım səslərini eşidib cəld televizoru sön-
dürdü. Əli otağa girib dedi:
-Rəna bibi əl-üzümü yudum, amma dəsmalı tapa bil-
mə dim.
Rəna xəbərin təsirindən özünü itirdiyindən dili topuq
vurdu:
-Nə? Dəsmal? Hə... Sən otur, mən indi gətirirəm.
Rəna bunu deyib telefonu götürərək hamama tərəf
getdi. Hamama girən kimi üzünə su vurub bir az özünə
gələndən sonra rəfiqəsinə zəng vurdu.
-Alo, Arzu. Olar bu gün həkimə getməyib birbaşa bizə
gələsən?
-Nə olub ay qız? Səsin titrəyir.
-Dünən axşam Əlinin yaşadığı ev yanıb.
-Sən nə danışırsan?
-Hə. Aparıcı dedi ki, polislərdən alınan ilkin məlumata
görə evi yandırıblar. Ürəyimə damıb ki, Əlinin həyatı
təhlükədədir. Tez gəl bizə oturub ətraflı danışaq.
-Oldu. Yarım saata sizdəyəm.
Rəna telefonla danışıb qurtardıqdan sonra hamamın
qapısından asılmış xələtin altından dəsmalı götürüb otağa
qayıtdı. Yarım saatdan sonra onlara gələn Arzu Rənanın
qorxudan ağarmış üzünə baxıb dedi:
-Bu nədir Rəna? Sən nə vəziyyətə düşmüsən?
-Çox qorxuram Arzu. Əvvəl istədim polisə xəbər ve-
rim, sonra fikirləşdim ki, səninlə məsləhətləşim.
193
-Yaxşı etmisən. Bu vəziyyətdə düzgün qərar verə bil-
məz din. Əli haradadır?
-Oturub divanda cizgi filminə baxır.
-Qoy baxsın. Biz keçək o biri otağa.
Rəna Arzuyla birgə yataq otağına keçib çarpayıda otu-
randan sonra Arzu dedi:
Hə, əzizim, indi başdan danış görüm nə olub.
-Srağagün Aybəniz xala, Əlinin nənəsi mənə zəng vur-
du ki, bəs yıxılmışam ayağım burxulub. İmkan varsa, Əli
iki-üç gün sənin yanında qalsın. Mən də məzuniyyətdə ol-
duğum üçün dünən səhər gedib Əlini babasıgildən götür-
düm ki, Samirdən də bir xəbər yoxdur, yazıq uşaq aralıqda
qalmasın. Bu gün səhər Əli dedi ki, bəs Rəna bibi televi-
zoru qoş da, indi cizgi filmi başlayacaq. Mən də televizo-
ru yandırdım, gördüm xəbərlər gedir. Dedim ki, xəbərlər
proqramı hələ qurtarmayıb. Cizgi filmi başlayana qədər
sən get əl-üzünü yu, sonra gəl səhər yeməyini yeyə-yeyə
rahatca bax. Əli otaqdan təzəcə çıxmışdı ki, gördüm yan-
ğın haqqında danışırlar. Evi görən kimi tanıdım.
-Bəlkə səhv edirsən?
-Yox. Küçə də tanış gəlirdi. Bir də ki, bayaqdan zəng
vururam heç kim götürmür.
-Bu ki, dəhşətdir. Samirdən xəbər yoxdur, bunlar da ki,
belə. Uşağa yazığım gəlir.
-Çalışacağam Samirdən bir xəbər çıxana qədər Əli ya-
nımda qalsın. Bəlkə Əlini də götürüb rayona, valideyn-
lərimin yanına getdim.
-Birdən siz gedən kimi Samir tapıldı, onda nə olacaq?
Uşağı buradan ora-oradan bura yormaq lazım deyil. Dur
hazırlaş, uşağı da hazırla. Bizə gedirik. Əgər Əli ni öldürmək
istəyiblərsə, deməli, onun harada olduğu nu mütləq öyrə-
nəcəklər. Burada hər ikinizin həyatı təhlükədədir.
-Sizin də başınıza dərd açmaq istəmirəm.
194
-Sən bizə görə narahat olma. Evdə iki dənə şkaf boy-
da qardaşım var, üstəlik biri sənə aşiqdir. Həm də polis
məntəqəsi bizdən cəmi iki bina uzaqdır. Bizdə qaldığınız
müddətdə heç kim sizə zərər verə bilməz.
Rəna gülümsəyərək:
-Sizə əliuşaqlı gəlsəm, qardaşın mənim ərə getdiyimi
hesab edərək boğub öldürər.
-Qorxma, deyərik qeyri-rəsmi nigahdandır. – Rənanın
özünə gəldiyini görüb onu tələsirdi. -Di tez ol, yubanma.
Mən də gedim bir nəfəri qıdıqlıyım.
-Ən acığı gələn şeydir.
-Elə ona görə qıdıqlayacam dəə.
Arzu otaqdan çıxandan sonra Rəna çarpayının altın-
dan kiçik çamadanı çıxardaraq özüylə götürmək istədiyi
əşyaları onun içinə yığmağa başladı.
Ankara. Türkiyə
Almeyda otelin pəncərəsindən şəhərə baxa-baxa Silva-
ya zəng vurdu:
-Alo.
-Salam Silva necəsən? Eşitdim sənə qarşı hücum olub.
İndi necəsən?
-Sənin bütün xasiyyətlərindən xoşum gəlir, bircə bu
dalbadal sual verməyindən başqa. İndi yaxşıyam. Dünən
gecəni xəstəxanada keçirtdim. Yarım saat olar ki, idarəyə
gəlmişəm. Sən necəsən?
-Üst-üstə baş verən olumsuz hadisələr əhvalımı əməlli-
başlı korlamışdı. Türkiyəli əməkdaşlar mənə dedilər ki,
helikopterdə olan meyid məhz, Madriddə ölən adama
məxsusdur. Hətta bu barədə İspaniyanın yerli qəzetlərində
195
də məlumat dərc olunub. Helikopterin sürücüsü Türkiyə
vətəndaşıdır və beş ildir ki, bu işdə çalışır. Digər iki nəfər
isə İspaniyadakı bir dəfn bürosunun əməkdaşlarıdır. Bü-
tün sənədlər də ki, qaydasında. Bir sözlə, şübhəli heç nə
yoxdur. Ancaq polisə zəng vuran adamın dedikləri ilə
buradakı hadisələrin üst-üstə düşməsini və Toleodakı
hadisəni nəzərə alıb buradakı əməkdaşlarımızın yaxından
köməkliyi ilə helikopterdəki üç nəfəri və meyidi əməlli-
başlı araşdırdıq və maraqlı nəticələr əldə etdik. Ölən şəxs
hətta şəklinə qədər qəzetlərdəki məqalələrlə uyğun gəlsə
də, həmin şəxs heç vaxt İspaniyada olmayıb. Buna görə də,
helikopterdəkiləri sorğu-sual etmək üçün sabah Ankaraya
gətirəcəklər. Mən də buradakı əməkdaşlarla birgə həmin
sorğuda iştirak edəcəyəm. Ürəyimə damıb ki, onlar həm
Samirin, həm də Conun yerini bilirlər.
- Sən məni sevindirdin. Kaş mənim də sənə bir kö-
mək liyim dəyə bilərdi.
-Sən sabah hazır vəziyyətdə ol. Samirin yerini öyrənən
kimi sənə xəbər verəcəyəm, gedib azad edərsən. Bir də ki, ça-
lış qızı tapasan. Bütün dünya məhz, həmin qızın sayəsində
Conun əməllərindən xəbər tutub. Yoxsa, kim bilir, daha nə
qədər günahsız insan “Hoja de sauce” təşkilatının qurba-
nı olacaqdı. Biz gərək həmin qızı tapaq və təhlükəsizliyini
təmin edək. Qardaşının vəziyyəti necədir?
-Özünə gəlib. Tez-tez bacısını xəbər alır.
-Hələlik ona heç nə deməyin. Qoy bir az sağalsın. An-
caq mühafizəsini gücləndirin. Qızdan əvəz çıxmaq üçün
qardaşından və atasından istifadə edəcəklər.
-Oldu. Başqa bir əmrin var?
-Yox. Sabah danışarıq.
-Oldu. Özündən muğayat ol.
-Sən də. Hələlik.
196
Almeyda Silvayla sağollaşıb notebookunu açaraq
«Ümid» mərkəzi haqqında olan məlumatları nəzərdən
keçirtməyə başladı.
Dostları ilə paylaş: |