Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix26.02.2017
ölçüsü2,48 Kb.
#9810
1   ...   12   13   14   15   16   17   18   19   20

Karabük. Türkiyə
Pedro  gətirdiyi  ağac  budaqlarını  qucağından  yerə 
tökəndə Samir soruşdu:
-Dünən  axşam  dedin  ki,  kibrit  qurtarıb.  Bəs  tonqalı 
necə  yandıracaqsan?  Yəqin  ki,  odun  parçalarını  saatlarla 
bir-birinə sürtmək fikrində deyilsən.
-Elə  düşünürsən  ki,  hər  şeyi  sən  bilirsən?  Bizim  də 
nədənsə başımız çıxır.
Pedro  ağac  parçalarını  üst-üstə  yığaraq  altında  kiçik 
oyuq  düzəltdikdən  sonra  çantadan  iki  dənə  şüşə  qab  çı-
xartdı.  Əvvəlcə  şüşələrdən  birini  götürərək  düzəltdiyi 
oyuğa  bir  az  maye  tökdükdən  sonra  qabın  ağzını  bağla-
yıb, digər qabdan oyuqdakı mayenin üzərinə nə isə səpdi 
və bir neçə saniyədən sonra oyuqda alov göründü. Tonqal 

225
çırta-çırtla yanmağa başlayanda Pedro özündən razı halda, 
qürurla soruşdu:
-Necədir?
-Bunu necə elədin? – Samir təəccüblə soruşdu.
-Deyim  də.  Özümlə  məzara  aparmayacağam  ki.  Əv-
vəlcə oyuğa tökdüyüm maye antifriz idi. Maşında var idi, 
qaba töküb götürmüşdüm. Üzərinə səpdiyim isə marqan-
sofka idi. Antifrizlə marqansofka reaksiyaya girəndə alışır. 
– Samirə göz vuraraq, - 1000 pesodan mərcə gələrəm ki, 
bu nu bilmirdin.
-Mərcə ehtiyac yoxdur. Həqiqətən bilmirdim.
Ətrafda eşidilən səslərə görə hər ikisi qeyri-ixtiyari su-
sub dinləməyə başladılar. Otların xışıltısı, quru budaqların 
qırılması və digər anlaşılmaz səslər yırtıcı hevanın olması-
na işarə edirdi.
-Təsəvvür  edirəm,  ocaq  olmasaydı  burada  nə  baş 
verərdiş – Samir sükutu pozdu.
-Gərək tonqalı bir az daha gurlaşdıraq, yoxsa bunların 
qarşısında dayanmaq mümkün deyil.
Samir yerdən yoğun bir budaq götürərək onu ortadan 
bir neçə sm kəsdi. Yerdən yığdığı quru otları və kiçik budaq 
qırıntılarını həmin kəsiyə doldurdu. Sonra Pedrodan ayaq-
qabısının dabanından bir parça kəsərək ona verməsini istədi. 
Ayaqqabı dabanını da ora yerləşdirib üstünü köynəyindən 
cırdığı parçayla bərk-bərk sarıyaraq məşəl düzəltdi.
-Hər ehtimala qarşı. Birdən lazım olar.
-Əgər lazım olmasa, bunu səndən yadigar saxlayaca-
ğam. Səndən və bu meşədə keçirdiyim günlər dən.
-Yorğun görsənirsən. Əti çıxart bişirək. Bir az ye, yat.
-Heç iştahım yoxdur. Al özünçün bişir, ye.
-Onda qoy qalsın. Mənim də iştahım yoxdur.

226
Pedro uzandı. Samir isə gözünü ocağa dikərək, İspani-
yaya getdiyi gündən-bu günədək başına gələnlər haqqın-
da fikirləşməyə başladı.
Hadisədən 5 gün sonra
Karabük. Türkiyə
Samir  yuxudan  oyananda  Pedro  tonqalın  üzərinə 
torpaq  tökürdü  ki,  küləyin  təsirindən  alovlanıb  yanğın 
törətməsin. Samir qalxıb oturdu:
-Buenos dias senyor.
-Buenos dias. Bir şey yeyirsən?
-Yox, sadəcə su içəcəyəm. Nə qədər tez yola düşsək, 
bir o qədər yaxşıdır. Tezliklə, bu qorxunc meşədən canımı 
qurtarmaq istəyirəm.
- Mən də. Polislərin qorxusundan bir neçə gün meşədə 
qalsam da, sonradan həbsə düşməyi belə burada qalmaq-
dan üstün tutdum.
-Nə qədər torpağın üstündə yatmaq olar? Hər tərəfim 
ağrıyır. Bütün bədənim müxtəlif cücülərlə, həşəratlarla do-
ludur. Zoologiya parkına oxşayıram. Daim yırtıcı heyvan-
ların iştahlı baxışları altında yaşamaq isə məni lap təngə 
gətirib.
-Yəqin ki, ailə üzvlərin də indi səndən ötrü çox nara-
hatdırlar.
-Mənim altı yaşındakı qardaşım oğlundan başqa heç 
kimim yoxdur. – Samir başını aşağı salaraq kədərli şəkildə 
dedi. – Bütün ailə üzvlərim və yaxın qohumlarım avtomo-
bil qəzasında həlak olublar.
-Bağışla. Mən bilmirdim. – Pedro gəlib onun yanında 
oturdu. – Bu necə ola bilər? Hamısı eyni anda. Bu nə vaxt 
baş verib?

227
-İki il bundan əvvəl, qış günü rayondan, əmim oğlu-
nun toyundan qayıdırdıq. Qarşıdan gələn yük maşını bi-
zim  olduğumuz  avtobusu  vurub  20  metr  hündürlükdən 
dərəyə  aşırdı.  Hər  kəs,  atam,  anam,  qardaşım,  qardaşım 
arvadı, əmim, bibilərim öz ailələri ilə həmin qəzada həlak 
oldular. Yalnız ikimiz sağ qaldıq. Mən və qardaşım oğlu 
Əli. Bu sadəcə bir möcüzə idi.
-Bəs xalan, dayın yoxdur?
-Yox. Anam evin tək qızı idi.
-Bilirsənmi  Samir.  Məncə  sən  özünlə  fəxr  etməlisən. 
Belə vəziyyətlə bu həyatda tək-tənha qalaraq, bu səviyyəyə 
qalxmaq həqiqətən də hər kəsin bacardığı bir şey deyil.
-Bir az da sən öz ailən haqqında danış.
- Mənim ailəm dörd nəfərdən ibarətdir. Mən, sevimli 
Mariyam və iki uşaq. Dayan şəkillərini sənə göstərim.
Pedro  cibindəki  şəkili  çıxartmaq  istəyəndə  qəfildən 
yaxınlıqda atəş açıldı və güllə Pedroyla yanaşı olan ağaca 
dəydi. Pedro cəld aşağı əyilərək Samirin yanına gəlib onun 
daldalandığı ağacın arxasında gizləndi. Dalbadal bir neçə 
dəfə də güllə atıldıqdan sonra bir nəfərin yoğun səsi eşi-
dildi:
-Sənin  axırın  çatıb  Pedro.  Satqınların  cəzası  yalnız 
ölüm  dür.
-Bu nə danışır? – Samir soruşdu.
Pedro çiynindəki tüfənglə bir dəfə atəş açıb dedi:
-Aydındır. İşlədiyim şirkətdə elə bilirlər ki, adamları 
polisə mən satmışam.
-Bəs niyə fikirləşmirlər ki, adamları polisə sən satmı-
sansa, tək-tənha bu meşədə nə işin var?
-Nə bilim. Yəqin buna da bir məntiq tapıblar.
-Gəl hər şeyi onlara izah edək.

228
-Heç  işə  yarayacağına  inanmıram.  Onları  bura  məni 
öldürmək üçün göndəriblər. Nə deyəcəyimizin onlar üçün 
elə də əhəmiyyəti yoxdur. Görmürsən, necə həvəslə atəş 
açırlar?
-Bəs indi nə edək?
Pedro, -Bax, bunu – deyərək, çantanın ağzını açıb için-
dəkiləri yerə tökdü. Yerə tökülən əşyaların arasından ta-
pança götürərək atəş açmağa başladı və Samirin digər ta-
pançanı götürdüyünü görüb soruşdu:
-Atəş aça bilirsən?
-Yox!  –  deyə,  atəş  açan  Samir  adamlardan  birini  ya-
raladı.  Pedro  təəccüblə  bir  anlıq  Samirin  üzünə  baxıb, 
gülümsünərək döyüşü davam etdirdi. Bir neçə güllə atdıq-
dan sonra dedi:
-Sən bacardığın qədər onların başın qat, mən arxa tə-
rəflərinə keçəcəyəm.
-Bu təhlükəlidir.
-Başqa  çarə  yoxdur.  Nə  qədər  ki,  bu  onların  ağlına 
gəlməyib, bunu biz edək.
Pedro getmək istəyəndə Samir onu saxladı:
-Dayan. Al bunu, özünlə ehtiyat tapança darağı götür.
Pedro  gedəndən  sonra  Samir  onun  yoxluğunu  hiss 
etdirməməkdən  ötrü  daha  çox  atəş  açmağa  başladı.  Bir 
müddətdən sonra Pedronun səsi eşidildi:
-Atəş açma Samir. Mən hər şeyi həll etdim.
Samir Pedronun gəldiyini görüb ağacdan tutaraq aya-
ğa qalxdı. Pedro yaxınlaşıb dedi:
-Üç  nəfər  idilər.  Birini  sən  yaraladın,  ikisini  də  mən 
vurdum.
-Gedək yaralıya kömək edək. Yoxsa qanaxmadan ölə-
cək.
-Kömək edək? Axı o bizi öldürmək istəyirdi?!

229
-Mən özümü müdafiə edərkən istənilən hərəkəti edə 
bilərəm.  Ancaq  yaralı  bir  insanı  meşədə  təkbaşına  atıb 
getmək düzgün hərəkət deyil. Çarəsiz vəziyyətdə olan in-
sanlara kömək etmək hər birimizin borcudur.
-Hətta bu sənin ən qatı düşmənin olsa belə?
-Bilirsənmi  Pedro,  ömrümboyu  həyatda  bu  qədər 
əzab-əziyyət çəksəm də, heç zaman yaxşılıq etməyi ikinci 
plana keçirməmişəm. Gedək görək vəziyyəti necədir.
Pedroyla Samir yaralının yanına çatanda Samir onun 
nəbzini yoxladı. Nəbzinin vurmadığını görüb əlini bir neçə 
saniyəlik yaralının burnuna tutdu. Qulağını onun sinəsinə 
qoyub ürəyinin döyünmədiyini görəndən sonra başını qal-
dırıb dedi:
-Artıq gecdir, ölüb.
-Məncə tezliklə buradan uzaqlaşmalıyıq.
Pedro Samirin qolundan tutub onu ayağa qaldıranda 
arxadan səs eşidildi:
-Durun!  Sakın  kıpırdamayın.  Təslim  olun.  Burda  ne 
ya  pıyonuz?
Hər ikisi ehtiyatla səs gələn tərəfə döndülər. Yaşlı bir 
kişi əlindəki tüfəngi onlara tuşlayıb nə baş verdiyini anla-
mağa çalışırdı.
-Qaldırın əllərinizi!
-Bu nə deyir? Ümumiyyətlə, bu haradan çıxdı? – Pedro 
soruşdu.
-Deyəsən meşəbəyidir. Deyir əllərinizi qaldırın.
-Orada nə pıçıldaşırsınız? – Meşəbəyi qəzəblə soruşdu.
-Qulaq as, əmi. – Samir sözə başladı. – Mənim adım 
Samirdir,  ”Samir”  mərkəzinin  rəhbəriyəm.  –  yerdəkiləri 
göstərərək: Bunlar bizə hücum etmişdilər. Bi....
-Dayan görüm. – Meşəbəyi Samirin sözünü kəsdi. – Ki-
mi aldadırsan? Mən heç bir mərkəz, filan tanımıram. Əgər 

230
bunlar sizə hücum etmiş olsaydılar, gərək indi yerləriniz 
dəyişik olardı.
-Başa düşürəm əmi. Bizim ikimizin də burada olmağı-
mızı, yerdəki cəsədləri, ümumiyyətlə, burada baş verənləri 
izah etmək hazırda çox çətindir. Ancaq xahiş edirəm, bizi 
ən  yaxın  polis  məntəqəsinə  apar.  Ya  da  ki,  telefonu  ver 
zəng vurum.
-Sizə heç nə verən deyiləm. Ancaq sizi polisə mütləq 
təhvil verəcəm. Düşün qabağıma. Bu tərəfə gəlin.
Meşəbəyi Samirin - əmi, xahiş edirəm telefonu mənə 
ver, mən mütləq zəng vurmalıyam – sözlərini eşidib, -Niyə 
israr  edib  əsəbimi  pozursan?  –  deyə  qəzəblə  soruşaraq 
ona  yaxınlaşdı.  Qəfil  açılan  atəş  səsindən  özünü  saxlaya 
bilməyib Samirin üstünə yıxıldı. 
Gülləsinin Samirə dəymədiyini görən Viktor öz-özünə 
deyindi:
 -Bu qoca haradan çıxdı?
Sonra adamlarına atəş əmrini verdi. Pedro meşəbəyinin 
vurulduğunu görüb – Hektor yerə yat. Bizə atəş açırlar! – 
deyə  qışqırıb  yerə  uzanmaları  ilə  silahların  işə  düşməsi 
bir  oldu.  Güləllərin  ağacdan  qopardığı  yarpaqlar  və  bu-
daqlar yerdə uzanaraq əlləri ilə başlarını tutmuş Samirlə 
Pedronun üstünə tökülürdü. Pedro başına yerdən qaldırıb 
öldürdüyü adamlara tərəf sürünərək silahlardan birini gö-
türdü. Qarşı tərəfi nişan alıb atəş açdı. Cavab atəşi açıla-
cağını  gözləməyən  Viktorun  adamları  cəld  yerə  yatdılar. 
Samir yaranan boşluqdan istifadə edərək Pedronun yanına 
gəldi:
-Nə çox iş yoldaşın var imiş?
-Boş-boş danışmaqdansa, al silahı, məni qoru. Mən də 
yerdə  qalan  silahları  yığım  döyüşə-döyüşə  geri  çəkilək. 
Yoxsa bizi mühasirəyə alacaqlar.

231
Samir avtomatdan bir neçə dəfə atəş açaraq zarafatla 
dedi:
-Mən geri çəkilməkdənsə qəhrəman kimi ölməyi üstün 
tuturam.
-Mən isə geri çəkilərək qəhraman kimi yaşamağı.
-Yaxşı, sən dediyin olsun. Bizlərdə özündən böyüyün 
sözündən çıxmaq eyib sayılır.
-Silahları götürdüm. Gedirik.
Yağışın  təsirindən  yaranan  palçığın  əl-ayaqlarına, 
üstlərinə bulaşmasına baxmayaraq atəş aça-aça sürünərək 
geri çəkilməyə başladılar. Meşədəki ağaclar sıx olduğun-
dan  güllələrdən  qorunmaq  və  geri  çəkilmək  o  qədər  də 
çətin deyildi. Döyüşə-döyüşə bir xeyli gerilədikdən sonra 
Samir dedi: 
-İşlədiyin yer yaman xoşuma gəldi. Görəsən, yeni işçi-
yə ehtiyacları yoxdur ki?
-Bu səni belə maraqlandırırsa, get özlərindən soruş.
Atəş  səsləri  anidən  şiddətini  artırdı.  Samirlə  Pedro 
təəccüblə bir-birilərinə baxdılar, həddən çox silahdan atəş 
açılsa da, sadəcə bu təşlər onlara açılmırdı. 
Bu qədər atəş səsi eşidirik, amma biz tərəfə bir güllə də 
gəlmir. Görəsən, orada nə baş verir?
-Biz də tənhalıqdan şikayət edirdik. Göz dəyməsin, bir 
saatın içində ən az 15 nəfərlə qarşılaşmışıq.
-Deyəsən, bizim dalımızca düşənlər başqa bir qrupla 
döyüşürlər.
-Türklər belə vəziyyətlər üçün bilirsən nə deyiblər? “At 
izi it izinə qarışdı”. Gəl buradan uzaqlaşaq.
Pedro  Samirin  qoluna  girdi.  Onlar  hadisə  yerindən 
uzaqlaşan vaxt Viktor ağaclardan birinə daldalanaraq, Co-
na zəng vurdu:

232
-O sağdır, boss! Samir sağdır. Biz onu tapanda üç cə-
sədin  yanında  dayanmışdı.  Yanında  da  iki  nəfər  var  idi. 
Birini  vurdum,  digəri  isə  sağdır.  Bizə  silahlı  müqavimət 
göstərdilər. Təzəcə onları sıxışdırıb vurmaq istəyirdik ki, 
haradansa  polislər  peyda  oldu.  Bilmirəm  boss,  yəqin  ki, 
başımızın  qarışmağından  istifadə  edib  aradan  çıxıblar. 
Oldu boss.
Viktor telefonu cibinə qoyub adamlarına səsləndi:
-Siz mümkün qədər polislərin başın qatın, mən Samiri 
tapmağa gedirəm. Hətta ölmək bahasına olsa belə polisləri 
ləngidin.
Erkan on nəfər polislə birlikdə dünəndən bəri Yenice 
meşəsində  Pedronun  axtarışına  çıxmışdılar.  Yarım  saat 
qabaq isə atəş səslərini eşidib nə baş verdiyini yoxlamaq 
üçün səs gələn tərəfə gəlib çatanda Viktorun adamları ilə 
arşılaşmışdılar. Dəstə üzvləri ilə polislər arasında başlayan 
atışma Samirlə Pedronun işinə yaramışdı. 
Polislərin özləri ilə götürdükləri tərcüməçi ağaclardan 
birinin  arxasına  qısılaraq,  qorxudan  əlləri  ilə  başını  tut-
muşdu. Erkan qarşı tərəfdəki adamları geyimlərindən ta-
nıdı. “Bir neçə gün bundan qabaq maşın karvanına hücum 
edənlər də məhz belə geyinmişdilər. Bunlar Conun adam-
larıdır”. – deyə fikirləşdiyi vaxt güllələrdən biri düz onun 
qulağının yanından keçib ağaca dəydi. 
Polislər  quldurların  geri  çəkilmədiyini  görüb  onla-
rı mühasirəyə almağa başladılar. Mühasirə halqasını tam 
qurub  başa  çatdıranadək  quldurların  dördünü  öldürüb, 
ikisini yaraladılar. Erkan yerdə uzananların yanına gəldi. 
Sinəsindən yaralananın vəziyyəti ağır olsa da, ayağından 
güllə dəymiş digərinin vəziyyəti nisbətən yaxşı idi. O, əlləri 
ilə ayağının qanını saxlamağa çalışaraq qorxu dolu baxış-
larla Erkana baxırdı. Erkan ona yaxınlaşıb tərcüməçini ça-
ğıraraq dedi: 

233
-Dediklərimi  buna  tərcümə  elə.  Heç  bir  nöqtəsinə, 
vergülünə toxunmadan, heç bir sözü artırıb, azaltmadan. 
Elə tərcümə et ki, bütün sözlərin mənası ona çatsın.
-Baş üstə abi.
Erkan quldurun yaxasından tutub dedi:
-Səndən bircə dəfə soruşacağam və fikirləməyə cəmi 
bircə dəqiqə vaxt verəcəyəm. Əgər suallarıma cavab ver-
məsən, sənin ayağını qandallayıb burada qoyacağam. Bu 
vəziyyətdə  ayı  və  ya  canavarla  qarşılaşmağın  nə  demək 
olduğunu yəqin ki, bilirsən. – Tərcüməçi tərcümə edəndən 
sonra sözünə davam etdi. – Onlar hər dəfə sənin bədəninin 
bir hissəsini dişləyib qopardanda tək bacardığın dəhşətli 
ağrının təsirindən qışqırmaq olacaq. Yox, əgər bizə kömək 
etsən,  sənin  təhlükəsizliyinə  təminat  verirəm.  Sənə  yeni 
kimlik verib istədiyin ölkəyə yola salarıq. Burada nə ax-
tarırsınız?  Biz  gələndə  kiminlə  vuruşurdunuz?  Başçınız 
kimdir?
Tərcüməçi sözünü qurtaran kimi yerdə uzanan yaralı, 
yalvarış dolu səslə bir qədər danışdıqdan sonra tərcüməçi 
onun dediklərin Erkana tərcümə etdi: 
-O deyir ki, onlar bura Samiri öldürmək üçün gəlib-
lərmiş.  Bütün  meşəni  axtararaq,  nəhayət,  Samiri  burada 
tapıblar. Onu öldürmək istəyəndə isə polislər mane olub. 
Deyir, bizi bura Viktor gətirib. O adamlara sizi ləngitməyi 
tapşırıb, özü Samirin dalınca getdi.
-Bu qədər uzun müddətə yalnız bunları dedi?
-Yox. Yalvarırdı ki, onu burada qoymayaq.
-Soruş gör hansı tərəfə getdi və naxt gedib?
Tərcüməçi yaralı ilə danışdıqdan sonra dedi:
-On dəqiqə olar. – İstiqaməti isə əliylə göstərdi.
-Hə gördüm. Zabit, neçə nəfər itkimiz var? 
-Bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

234
Bir polis və tərcüməçi mənimlə gəlsin. Qalanlar isə kö-
mək gələnə qədər yaralılarla məşğul olsun. Zabit sən kö-
mək çağır.
* * *
Bir xeyli getdikdən sonra Samir yorulub dayandı:
-Daha gedə bilmirəm. Gəl bir az istirahət edək.
-Çanta orada qaldı. İndi nə suyumuz var, nə də ton-
qal qalamaq üçün vasitəmiz. Eybi yox. Meşəbəyi buralarda 
dolanırsa, deməli kəndə çatmağımıza az qalıb.
Bir müddət hər ikisi susaraq dinclərini aldılar.
-Mənə ailən haqqında danışırdın. – Samir sükutu poz-
du. – Yarımçıq qaldı.
-Hə,  düz  deyirsən.  Dayan  şəkillərini  sənə  göstərim. 
Oğlum Xoseyə yaxşı-yaxşı bax, bəlkə «Ümid» mərkəzinin 
hansısa tədbirində onunla rastlaşdın.
-Yəqin onlardan ötrü çox darıxırsan?
-Onlara deyəsi o qədər sözüm var ki. Şəkli hara qoy-
muşam? Hə tapdım.
Pedro  şəkli  cibindən  çıxartmaq  istəyəndə  yaxınlıqda 
kiminsə – yerinizdən tərpənməyin! – sözünü eşidib dayan-
dı. Samir bir nəfərin silahı ona tuşladığını görüb yerindən 
qalxdı və ağaca söykənib dayandı. Viktor silahı Samirə tuş-
layaraq: 
-Hə Samir, səninki bura qədər imiş.
-Sən kimsən? Məni niyə öldürmək istəyirsən?
-Muradın  ən  böyük  arzusu  dünyanı  xəstə  və  zavallı 
insanlardan  təmizləməkdir.  Necə  ki,  ağacdələn  ağacları 
zərərvericilərdən təmizləyir, necə ki, insanlar becərdikləri 
güllərin  qurumuş  hissələrini  qopardıb  atırlar.  Murad  da 
yer üzünü xəstələrdən və əlillərdən bax, beləcə təmizləmək 

235
istəyir. Bu yolda onun qarşısına kim çıxsa öldürməyə ha-
zıram.
-Muraddakı arzuya bir bax. Yaxşı deyiblər, “itin diləyi 
qəbul olsaydı, göydən yağış yerinə sümük yağardı”. Get 
Murada  çatdır  ki,  tezliklə,  bütün  yarımçıq  qalan  işlərini 
sona çatdırsın. Mən öz işimə qayıtdığım gündən sonra ona 
bir dəqiqəlik olsun belə yaşamaq şansı verməyəcəyəm.
-Başına silah tuşlanan sənsən, Murad deyil!
-Ancaq  hələ  də  yaşayıram.  Sənin  sahibin  məni 
öldürməyə layiq deyil, o ki qaldı sən olasan. İkinizi də eyni 
qəbirdə basdıracağam.
Viktor gülərək Samiri nişan alanda Pedro mənzərəni 
görməmək  üçün  gözünü  yumdu.  Atəş  səsi  eşidiləndən 
sonra  təəssüf  hissiylə  gözlərini  ağır-ağır  açaraq  Samirə 
baxdı. Onun sağ-salamat ayaqüstə, Viktorun isə üzüqoylu, 
al-qan torpaqda uzandığını gördü. 
Ondan bir az aralıda polis geyimli bir nəfər tapançanı 
qabına qoyurdu. Bu Erkan idi.
-Salam cənab. Salam. Mən Karabük polis komissarı Er-
kanam. Məni bu meşəyə Pedronu tapmaq üçün göndəriblər. 
Çox şadam ki, sizin hər ikinizi sağ-salamat tapa bildik.
-Həyatımı xilas etdiyiniz üçün sizə təşəkkür edirəm.
-Təşəkkürə ehtiyac yoxdur, bu mənim vəzifə borcum-
dur. Sizin oğurlanmanız və “Söyüd yaprağı” təşkilatının 
məhv edilməsilə bağlı İspaniyada beynəlxalq mərkəz ya-
radılıb. Mənə Pedronu taparaq həmən mərkəzə aparmaq 
tapşırılıb. Gərək sizi sağ-salamat ora çatdıram. Bütün sual 
və  problemlərinizin  həlli  ilə  orada  məşğul  olacaqlar.  Bir 
azdan helikopter gələcək, buyurun gedək.
-Məni başa düşdüm. Bəs Pedroyla niyə maraqlanırlar?
-Pedro İspaniyadakı oteldə “Söyüd yaprağı” təşkilatı 
ilə bağlı sənə məlumat verən qızın atasıdır.

236
Samir az qaldı heyrətdən yıxıla:
-Ola bilməz? Qız necədir?
-O  vaxtdan  bəri  qızdan  bir  xəbər  yoxdur.  Pedronun 
oğlu isə yaralıdır, xəstəxanada müalicə alır.
-Mümkündürsə,  məni  tapmağınız  barədə  mətbuata 
bildirməyin.  Yoxsa  Con  buradan  İspaniyaya  qədər  bizə 
başağrısı  olacaq.  Qoy  elə  bilsinlər  ki,  ölmüşəm.  Bu  həm 
təhlükəsizliyə  görə,  həm  də  qrupun  əsl  başçısını  tutmaq 
üçün lazımdır.
-Necə istəyirsiniz cənab.
-Samir burada nə baş verir? Xahiş edirəm məni başa 
sal. Tez-tez mənim adımı çəkirsiniz, nə olub?
-Təbrik edirəm Pedro. Səni işlədiyin firmanın rəhbəri 
təyin ediblər.
-Bəsdir görək.
-Düz deyirəm. Bizə atəş açanlar isə səsvermə zamanı 
sənin rəqiblərin olublarmış.
-Samiiir!
-Bu türk polisidir Pedro. Bizi xilas etməyə gəlib. Bir az-
dan  helikopter  gələcək  və  biz  buradan  gedəcəyik.  Qalan 
şeylər barədə yolda sənə ətraflı danışaram. Getdik.
Pedro Samirin qoluna girdi və hər ikisi Erkanın arxa-
sınca getməyə başladılar.
Madrid. İspaniya
Təyyarə Madrid hava limanına enən kimi polis maşın-
ları onun ətrafına yığışdılar. Almeyda təyyarədən düşəndə 
maşına söykənərək onu gözləyən Silvanı gördü. Silva ya-
xınlaşıb onunla görüşdü:
-Sabahın xeyir, amigo. Necə gəldin? Yəqin yol səni yo-
rub.

237
-Sabahın xeyir. Təyyarədə uçmaq həmişə məni yorur.
-Deyəsən, orada üzünə yaxşı baxırdılar, geri qayıtmaq 
istəmirdin?
-“Hoja de sauce” təşkilatı aləmi bir-birinə elə qatıb ki, 
bütün parçaları bir yerə yığaraq hər şeyi əvvəlki vəziy yətinə 
qaytarmaq çox vaxt tələb edir. Mərkəzdə vəziyyət necədir?
-Türkiyədə həbs olunanların ifadələri əsasında inter-
pol dünyanın bir çox yerlərində genişmiqyaslı əməliyyatlar 
keçirib. Bunun nəticəsində “Hoja de sauce”-yə aid çoxlu 
gizli yerlər aşkara çıxarılıb ki, həmin yerlərdən xeyli miq-
darda silah-sursat, pul və qızıl, narkotik vasitələr, insan or-
qanları, vacib sənədlər və xeyli adam ələ keçirilib.
-Bu həqiqətən də yaxşı xəbərdir.
-Buyurun maşına, sizi evə aparım.
-Evə yox, məni mərkəzə apar. indi istirahət vaxtı deyil.
Almeyda  Silvayla  birlikdə  mərkəzə  yola  düşəndə  İs-
pan  polisi  Conun  Karabükdə  həbs  olunan  adamlarını 
təyyarədən düşürərək maşına mindirirdilər.
Karabük. Türkiyə
Con Samirin sağ olduğunu xəbər vermək üçün Mura-
da zəng edəndə onun səsinin titrədiyini hiss etdi:
-Vəziyyət  günü-gündən  pisləşir  Con.  İnterpol  bizim 
bütün məkanlarımızı deşifrə edib.
-Heyf o qədər puldan, silahdan, narkotikdən.
-Samirdən bir xəbər yoxdur?
Mən də sizə bunun üçün zəng vurmuşam boss. O sağ-
dır.  Bu  gün  Viktor  zəng  vurmuşdu.  Samiri  sağ-salamat 
meşədə dolanan vəziyyətdə tapıb, yanında da iki nəfər var-
mış. Həm də silahlı imişlər. Viktor onu öldürmək istəyəndə 

238
güllə Samirə yox, yanındakı adamlardan birinə dəyib. Son-
ra aralarında atışma düşüb. Bizim adamlar onları sıxışdırıb 
öldürmək  istəyəndə,  haradansa  polislər  peyda  olub.  İndi 
Viktora nə qədər zəng vursam da, telefon çağırır, amma ca-
vab verən yoxdur.
-Aydındır  Con.  Polislər  Viktoru  öldürüb,  Samiri  xi-
las  ediblər.  Çalış  Azərbaycana  gələsən.  Bir  müddət  giz-
lənməliyik. Təyyarə ilə gəlmə, avtobusla gəl. Ehtiyatlı ol, 
tutulmayasan.  “Söyüd  yarpağı”  təşkilatından  cəmi  üçü-
müz qalmışıq. Sən, mən və Tahir. Sən də tutulsan, gərək bu 
işlərə əlvida deyək.
-Gələcəyəm  boss.  Ancaq  əvvəlcə  İspaniyada  yarım-
çıq  qalan  bir  işi  tamamlamalıyam.  Adamlarıma  arxayın 
deyiləm, heç bir işi tam görə bilmirlər. Ona görə də qızı 
anasıyla özüm görüşdürmək istəyirəm.
-Ehtiyac  yoxdur  Con.  Yığdığımız  pul  bizə  həmişəlik 
bəs edəcək. İndi gizlənmək vaxtıdır.
-Yox Poler. Gizlənmək mənlik deyil. Mənə mane olub, 
bu vəziyyətə salanların hamısından intiqamımı alacağam. 
Sonra isə yenidən əvvəlki şöhrətimi geri qaytaracağam.
-Afərin Con. Heç vaxt yolundan dönmə və yadından 
çıxartma ki, bu işdə hər zaman sənin yanındayam. 
-Arxayın ol boss. Tədbirli olacağam.
-Sənə uğurlar! Azərbaycanda görüşərik.
-Hələlik.
Murad Conla sağollaşandan sonra Tahirə zəng vurdu:
-Sənə  mesajla  bir  ünvan  göndərəcəyəm.  Sabah  ora-
ya gedib Conu öldürərsən. Çox təcrübəli adamdır. Çalış, 
hansısa qeyri-adi üsuldan istifadə edəsən. Sonra qayıt gəl 
Azərbaycana. Səninlə elə bir yerdə gizlənəcəyik ki, bizi öm-
rümüzün axırına qədər də axtarsalar, tapa bilməyəcəklər.

239
-Təbii  ki,  tapşırığına  əməl  edəcəyəm.  Ancaq  bunu 
niyə istədiyin mənə maraqlı gəldi. Bu iki ildə bizim bütün 
işlərimizi Con görürdü, vəziyyət pisləşəndə isə dördlüyü 
Con aradan götürdü.
- Con bizimlə birgə gizlənmək istəmir. O ölsə də, qalsa 
da, tutulsa da, işinə davam etmək istəyir. Mən isə yığdığım 
650 milyon dollarla birgə xəlvətə çəkilib bu gündən sonra 
rahat yaşamaq istəyirəm. Con bizim haqqımızda çox şey 
bilir, əgər onu öldürməsən bunları edə bilməyəcəyik.
Murad Tahirlə danışıb qurtarandan sonra mesajla Co-
na göndərdiyi ünvanı eyni üsulla Tahirə göndərdi. Tahir 
Muradın göndərdiyi mesajı oxuyub qartaran kimi telefo-
nun batareyasını çıxardaraq, hər ikisini yanındakı içi suyla 
dolu çəlləyə atdı.
Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin