Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix26.02.2017
ölçüsü2,48 Kb.
#9810
1   ...   12   13   14   15   16   17   18   19   20

Hadisədən 45 gün sonra
Bakı. Azərbaycan
Telefon  zəng  çalanda  Samir  kabinetində  oturarub 
dərin  fikirə  getmişdi.  Düşüncəsindən  tam  ayrılmadığına 
görə özünə gəlmək üçün bir neçə saniyə telefona baxdıq-
dan sonra nəhayət ki, dəstəyi götürüb ağır-ağır dilləndi:
-Alo.
-Müəllim, Əziz dedi ki, məni axtarırmısınız. Buyurun.
-Telefonunu niyə söndürmüsən?
-Bayaq əlimdən düşdü qırıldı. Sabah mütləq yenisini 
alacağam.
-Qulaq as Teymur. Saat dörd üçün hazırlıq gör, Sosial 
Müdafiə Nazirliyi ilə görüşə gedəcəyəm.
-Baş üstə.

295
Dəstəyi yerə qoyan kimi qapı döyüldü. 
-Gəlin – deməsindən sonra Mahmudovla Əziz içəri gi-
rib divanda oturdular. Samir onların nə üçün gəldiklərini 
başa düşsə də, öz dillərindən eşitmək istədi:
-Buyurun. Eşidirəm.
-Sən belə edə bilməzsən Samir. Buna haqqın çatmır. – 
Mahmudov dedi.
-Təəssüf edirəm müəllim, ancaq artıq vaxt yetişib.
-Hansı vaxtdan danışırsan? Sənin ki, heç 30 yaşın da 
yoxdur. Bundan belə, iyirmi il də bu vəzifədə qalıb işləyə 
bilərsən.
-Məsələ  yaşda  deyil.  Mənim  yalnız  bir  istəyim  var-
dı, əngəlli insanlar da bu həyatın hər bir anında özlərini 
tapsınlar.  Mən  istəyimə  çatdım.  Dünyanın  demək  olar 
ki, bütün ölkələrində həm sağlam insanların əlillərə qar-
şı  yanaşma  və  baxış  tərzi  dəyişib,  həm  də  əlil  insanların 
dünyagörüşləri və həyata baxışları. Əngəlli insanların ar-
tıq heç kimə, hətta mənə də ehtiyacları yoxdur. Bax, buna 
görə deyirəm ki, artıq vaxt yetişib. Mənim yerimi tutacaq 
şəxs  sadəcə  olaraq  işlərin  yolunda  getməsinə  və  nizamlı 
şəkildə olmasına nəzarət edəcək vəssalam.
-Necə bilirsən, belə bir beynəlxalq mərkəzi sənsiz idarə 
etmək mümkün olacaq? – Əziz soruşdu. – Axı sənin bu cür 
nəhəng təşkilatı hansı sistemlə idarə etdiyini heç kim bil-
mir. Yeni bir sistem mənfi nəticələrə gətirib çıxartmaz ki?
-«Ümid»  mərkəzi  sizlərin  sayəsində  bu  mərtəbəyə 
yüksəlib,  bu  uğuru  davam  etdirə  biləcəyinizə  inandığım 
üçün bu mərkəzi sizlərin ixtiyarına verirəm. Mənim idarə 
sistemim  sizlər  idiniz,  mərkəzin  bütün  içiləri.  Bayaq  da 
dediyim  kimi,  yeni  rəhbər  sadəcə  olaraq,  işlərin  nizamlı 
və qaydasında getməsinə nəzarət edəcək. Bütün işləri isə 
sizlər görəcəksiniz. Çünki «Ümid» mərkəzinin işçiləri nə 
edəcəyini çox yaxşı bilir və ən əsası mən sizə güvənirəm.

296
-Buradan gedəndən sonra nə işlə məşğul olmaq fikrin-
dəsən?
-Ya  İspaniyaya,  ya  da  Argentinaya  köçmək  fikrim 
var. Həmin ölkələrin birində sırf Azərbaycan mətbəxinin 
təqdim olunacağı bir restoran açmaq istəyirəm.
-Niyə Azərbaycanda qalmaq istəmirsən ki? Bu ölkədə 
qalıb yaşamalı yerlər çoxdur.
-Məsələ ölkə ilə bağlı deyil, mən dünyanın heç bir öl-
kəsini  vətənimdən  üstün  tutmuram.  Sadəcə  olaraq,  əgər 
mən Azərbaycanda  qalsam,  istəməsəm  də  belə  mərkəzlə 
əlaqəm  olacaq.  Ona  görə  də  bir  müddət  uzaqlaşmaq 
fikrindəyəm. Vətənimdəki baş ofisin rəhbərliyindən çıxıb, 
hansısa bir ölkədəki filialda işləməyim ağlabatan deyil.
Samirin  başı  Mahmudovgillə  söhbətə  qarışdığından 
nazirlə  görüş  tamam  yaddndan  çıxmışdı.  Teymur  zəng 
vurub xəbər verməsəydi yəqin ki, gecikəcəkdi. Əzizgilə - 
hələlik – deyib tələsik otaqdan çıxdı.
Maşın  nazirliyin  həyətinə  girəndə  Samir  nazirin  bu 
xəbərə necə reaksiya verəcəyini düşünürdü. Kabinetə gi-
rəndə nazir oturmaq üçün ona yer təklif edib dedi:
-Dünən  zəng  vurub  mənimlə  görüşmək  istədiyini 
bildirməsəydin,  bu  gün  mən  sənə  zəng  vuracaqdım.  Bir 
neçə məsələylə bağlı səninlə görüşmək istəyirdim.
-Həmişə olduğu kimi bu dəfə də fikirlərimiz və istəklə-
rimiz üst-üstə düşmədi. – Samir kresloda yerini rahatladı.
-Deyəsən gəlişinin səbəbi çox ciddidir. Buyur eşidirəm.
Cibindən qatlanmış vərəq çıxardaraq nazirə uzatdı:
-İstəyirəm buna qol çəkəsiz. 
-Bu nədir? İstefa ərizəsi? – Nazir vərəqi aça-aça istehza 
ilə bir neçə cümlə oxuduqdan sonra təəccübdən böyümüş 
gözlərini Samirə dikib dedi:
-Bax bunu gözləmirdim.

297
-Təəccüblü bir şey yoxdur, mən lazım olan addımı atı-
ram.
-Mən sənin əngəlli insanlar üçün etdiklərini dəstəklə-
yirəm və alqışlayıram. Bu işdə də həmişə sənə dayaq ol-
mağa hazıram. Əgər bu qərarın mənimlə bağlıdırsa, elə bu 
dəqiqə bu vərəqi cırıb tullayaq. Çünki mən sənin həmişəlik 
işdən  çıxmanı  yox,  sadəcə  bir  müddət  istirahət  etməni 
istəyirdim.
- Xeyr cənab nazir, bu qərarımın sizinlə heç bir əlaqəsi 
yoxdur. Sadəcə fikirləşirəm ki, bəsdir, dayanmaq vaxtıdır.
-Onda mənim sadə bir sualıma cavab ver.
-Buyurun.
-Mənə maraqlıdır, niyə mən keçən dəfə sənə bir müd-
dət bu işdən uzaqlaşmağı təklif edəndə o cür etiraz edir-
din? Bu bir ayda nə dəyişdi ki?
-Əgər qaradərili bir insanı dərisinin rənginə görə sıxış-
dırsaq, onu işə götürməsək, fiziki və mənəvi əzab versək 
və ya sadəcə bizimlə eyni avtobusda getməsinə mane olsaq 
bu  olar  irqçilik.  Yox  əgər  biz  həmin  qaradərili  insanı  işə 
götürərkən dərisinin rənginə görə ona daha yüksək vəzifə 
versək,  qaradərili  insan  görəndə  yerli-yersiz  ona  həddən 
artıq diqqət və qayğı göstərsək, avtobusda gedərkən həmin 
avtobusa qaradərili bir insan mindikdə tez durub yerimizi 
ona versək, bax bu da olur irqi ayrı-seçkilik. Yəni dərisinin 
rəngi  qara  olduğuna  görə  hər  hansı  bir  insana  səbəbsiz 
yerə  pislik  etmək  irqi  ayrı-seçkilikdirsə,  həmin  insana 
dərisinin  rənginə  baxaraq,  səbəbsiz  yerə  yaxşılıq  etmək 
də irqi ayrı seçkilikdir. Əngəlli insanlarla bağlı məsələ də 
buna bənzəyir. Bu mərkəzi yaradarkən mənim tək arzum 
onların və özümün sağlam insanlarla eyni səviyyədə da-
yanması idi və mən arzuma çatdım. Artıq cəmiyyətdə hər 
hansısa bir insanın var olan qüsuruna demək olar ki, fikir 

298
vermirlər. Əgər biz bu sahədə gördüyümüz işləri daha da 
artırsaq, qüsurlu və sağlam insanların arasında olan balans 
yenidən pozulacaq. Əgər biz əngəlli insanları sağlam in-
sanlardan  üstün  tutmağa  çalışsaq,  bu  sağlam  insanlarda 
əlillərə qarşı ikrah hissi, əlillərin özlərində isə lovğalıq ya-
radacaq. Ona görə də düşünürəm ki, işləri bu səviyyədən 
yuxarı  qaldırmaq  əlillərin  özləri  üçün  ziyandır.  Mənim 
yerimə bu vəzifəyə gələcək adamın tək işi bu balansı qo-
rumaq olacaq.
-Nə  üçün  sən  özün  qalıb  bu  balansı  qorumursan? 
Axı sən bu mərkəzin ən incə işlərinə belə bələdsən, bu işi 
səndən yaxşı heç kim görə biməz.
-Məsələ burasındadır ki, baş ofisdən tutmuş düyadakı 
filiallarına qədər «Ümid» mərkəzinin bütün işçiləri və bu 
mərkəzə üzv olan bütün insanlar hər gün məndən yeni bir 
şey gözləyir, bütün əlillərin canlı simvoluna çevrilmişəm, 
dünyada minlərlə insan məni özünə ideal seçib. Əgər bu 
vəziyyətdə balansı saxlamaq üçün heç nə etməsəm məni 
qəhraman sayan bu qədər adamı məyus etmiş olacağam, 
yox əgər irəli getsəm bayaq da dediyim kimi balans pozu-
lacaq.
-Bu  hərəkətin  bir  az  gözlənilməz  oldu.  Yeni  rəhbər 
təyin edilənədək və həmin adam işlərə alışanadək hələ bir 
müddət də sənə ehtiyacımız olacaq.
-Nə qədər lazımdırsa gözləyərəm.
Samir nazirlə sağollaşıb mərkəzə qayıdan kimi işlərin 
təhvil verilməsi və yeni rəhbərin işlərə tez alışması üçün 
planlar paketi hazırlamağa başladı.
Beş gündən sonra nazir on iki nəfərin anketini Samirə 
göndərib seçim hüququnu ona verdi. Samir növbəti dörd 
gün ərzində anketləri və namizədləri diqqətlə incələyərək, 
on iki nəfərin içindən bu iş üçün ən layiqli olanını seçərək 

299
nazirə həmin adamın bu vəzifəyə təyin olunmasını istədi-
yini bildirdi. İki gün sonra nazir ona seçdiyi Süleyman adlı 
adamı mərkəzin müdiri vəzifəsinə təyin edildiyini bildir-
di. Samir isə öz növbəsində keçiriləcək möhtəşəm tədbirlə 
həmin adamın mərkəzin işçilərinə və ictimaiyyətə təqdim 
olunması üçün hazırlıqlara başladı. Bu tədbir həm də onun 
üçün vida mərasimi idi və o «Ümid» mərkəzində son çıxı-
şını etməliydi.
Dörd gün sonra mərkəzin tədbir zalı başdan-ayağadək 
insanlarla dolu idi. Mərkəzin şöbə rəisləri, filial rəhbərləri, 
müxbirlər, mərkəzlə əməkdaşlıq edən təşkilat və şirkətlərin 
rəhbərləri,  dövlət  nümayəndələri,  xarici  qonaqlar  və 
əngəlli  insanlardan  ibarət  böyük  bir  insan  ordusu tədbir 
zalına  toplaşaraq  yığıncağın  başlamasını  gözləyirdilər. 
Tədbiri Əmək və Əhalinin Sosial Müdafiə naziri açdı:
-Salam  mehriban  dostlar,  hörmətli  qonaqlar.  Bilirəm 
ki,  hər  biriniz  səbirsizliklə  Samirin  son  çıxışını  necə 
edəcəyini gözləyirsiniz, ona görə də çalışacağam ki, nitqi-
mi qısa edim. Mənim bu gün tribunaya çıxıb danışdığım 
bu  mərkəz  yaranmasından  heç  bir  il  ötməsinə  baxmaya-
raq, dünya miqyasında çox möhtəşəm, lazımlı və nüfuz-
lu bir təşkilat səviyyəsinə qalxdı. «Ümid» mərkəzinin bu 
mərtəbəyə qalxmasında əməyi keçən və zəhmət çəkən hər 
bir  kəsə  dərin  təşəkkürümü  bildirirəm.  Ancaq  mənimlə 
razılaşarsınız  ki,  «Ümid»  mərkəzinin  qısa  zamanda  bu 
səviyyəyə qalxmasında əsas pay sahibi olan Samirdir ki, o 
öz ağlı, biliyi, istedadı və yenilməz iradəsi sayəsində sağ-
lamlıqlarını  itirmiş  insanların  gələcəyə  daha  inamla  bax-
maları üçün belə bir ümid qapısı açdı. Könül istərdi ki, bu 
cür bacarıqlı və zəhmətkeş bir insan hər zaman bizimlə ol-
sun və bizlər də bir vətəndaş olaraq, onun cəmiyyət üçün 
gördüyü belə möhtəşəm işlərə baxıb qürur hissi keçirdək. 

300
Ancaq Samir görülən bu işlərin tək onun adı ilə yox, həm 
də sizlərin adı bağlı olmasını istədiyi üçün mərkəzi sizlərin 
ixtiyarına  verməyi  qərara  aldı  və  bu  mərkəzin  rəhbərliyi 
vəzifəsindən  istefa  verdi.  Öz  yerinə  isə  Süleyman  Baba-
yev adlı bir şəxsi təyin etməmi xahiş etdi ki, sizlər bir az-
dan onunla tanış olacaqsınız. Mən təklif edirəm ki, Samiri 
«Ümid»  mərkəzinin  fəxri  prezidenti  seçək  və  bu  barədə 
mərkəzin nizamnaməsində də qeyd edək. 
Zaldan  qopan  güclü  alqış  sədalarından  sonra  sözünə 
davam etdi: 
-Təklifimə müsbət cavab vediyiniz üçün sağ olun. İndi 
isə daha güclü alqış istəyirəm. Çünki bu tribunaya «Ümid» 
mərkəzinin  fəxri  prezidenti,  bütün  əlillərin  ürəyində  taxt 
qurmuş bir insanı, bu zalda olan hər bir insanın sevimlisi 
Samir İmanovu dəvət edirəm.
Zaldakıların  ayaq  üstə  çaldığı  gur  alqış  səsləri  altın-
da  səhnəyə  daxil  olan  Samir  aram-aram  tribunaya  tərəf 
gedərkən, Teymur onun oturması üçün tribunaya stul qo-
yurdu. O, tribunaya çatıb oturduqdan sonra sağ əlini yu-
xarı qaldıraraq hamını sakitliyə dəvət etdi. Zaldakılar otur-
duqdan sonra isə sözə başladı:
-Salam əziz dostlar. İlk öncə mənə göstərdiyi diq qətə və 
verdiyi dəyərə görə hörmətli nazirimizə dərin təşəkkürümü 
bildirirəm. Təxminən, bir il bundan əvvəl mən bu kürsüyə 
çıxıb nitq söyləyəndə məni dinləyənlərin üzündə inamsızlıq, 
əlillərin qəlbində ümid işığı, mənim isə beynimdə planlar və 
layihələr var idi. «Ümid» mərkəzi yarananda çoxları onun 
uğur qazanacağına inanmırdı. Ancaq bu baş verdi. Çünki 
sizlər mənə dəstək verirdiniz, çünki sizlər mənə inanırdınız. 
Mən hər dəfə yeni bir layihəyə başlayanda bunu yalnız və 
yalnız sizlərə güvənərək edirdim. Bu müddət ərzində mənə 
inandığınıza görə, mənə dəstək verdiyinizə görə, öz işinizə 
sevgi və məsuliyyətlə yanaşdığınıza görə, ağır və çətin an-

301
larda  hər  zaman  mənə  kömək  olduğunza  görə,  «Ümid» 
mərkəzinin inkşafı naminə çəkdiyiniz əziyyətlərə görə hər 
birinizə  ayrı-ayrılıqda  təşəkkür  edirəm.  Sizləri  öpüb  bağ-
rıma basıram və hər birinizin qarşısında baş əyirəm. Yaxşı 
deyiblər, yolu olan yerə hər kəs gedər. Əsl hünər yolu ol-
mayan yerə getməkdir. Biz yolu olmayan bir zirvəyə tərəf 
yol aldıq və ləyaqətli bir şəkildə zirvəyə çatdıq. Buna görə, 
mən sizin hər birinizlə fəxr edirəm. Geri dönüb gəldiyimiz 
yolun  başlanğıcına  baxanda  çarəsiz  və  ruhdan  düşmüş 
əlilləri, bir qolu olmadığına görə bütün günü öz otağında 
oturub “görəsən, sabahım necə olacaq?” deyə düşünən bir 
kişini, qucaqlarındakı körpələrini oynadan analara həsrətlə 
baxan ayaqdan əlil gənc qızı, əlillərə yazıq və hər şeyə möh-
tac gözüylə baxaraq özünü onlardan qat-qat üstün sayan və 
lovğalıq edən minlərlə sağlam insanı görürdümsə, çatdığı-
mız zirvəyə baxanda tamam başqa mənzərəni görürəm. 
Sağlam insanların əngəlli insanlara qarşı olan fikirləri 
və  təsəvvürləri  360  dərəcə  dəyişib.  Artıq  hansısa  fiziki 
qüsuru  olan  bir  insan  sabahının  dərdini  çəkməkdənsə, 
bu gün hansı işi görüm deyə özü üçün püşk atır. Ukray-
nada bir ayaqdan əlil qadın siyasətçi Ali Radaya üzv seçi-
lib, Hollandiyada telekanalların birində aparıcılıq edən və 
möhtəşəm şoumenlik bacarığına görə gənclərin sevimlisinə 
çevrilən  bir  oğlanın  hər  iki  qolu  dirsəkdən  yuxarı  yox-
dur. Mərakeşdən olan gözdən əlil bir müğənni konsertlər 
vermək  üçün  dünya  turuna  çıxıb.  Bütün  bu  saydığım 
dəlillər və saymadığım minlərlə faktlar «Ümid» mərkəzinin 
fəaliyyətinin nəticəsidir. Artıq hər bir əlil bunu bilməlidir 
ki, bədənin hansısa bir üzvündən məhrum olmaq dünya-
dan məhrum olmaq deyil. Sadəcə olaraq, fiziki vəziyyətə 
uyğun bir sahəni seçib o sahədə uğur qazanmağa çalışmaq 
lazımdır.  Belə  olan  halda  xoşbəxtlik  özü  gəlib  sizi  tapa-
caq.  Əgər  dağın  zirvəsinə  qalxmaq  çətindirsə,  təssəvvür 

302
edin ki, bunu 100 kiloluq yüklə etmək necə çətindir. Bizim 
işimiz də buna bənzəyirdi. İşimizin ən çətin və ən qızğın 
vaxtlarında ortaya Murad və onun yaratdığı “Söyüd yar-
pağı” təşkilatı çıxdı. Əlilləri oğurlayaraq onların daxili or-
qanlarını satanlar bizə nə qədər mane olmaq istəsələr də, 
bizim  mərkəzdən  istifadə  edərək  əlillərə  ziyan  vurmağı 
düşünsələr də, silah gücünə bizdən üstün olaraq bizi yo-
lumuzdan döndərməyə çalışsalar da bacarmadılar. Çünki 
bizim yolumuz haqq yoludur və Allah hər zaman nəzərini 
bizim üzərimizdə saxlayır. Çünki biz bir ailəyik və hər biri-
miz bu ailəyə görə canımızdan da keçməyə hazırıq. Necə ki, 
bunu bizim əməkdaşlarımız, can yoldaşlarımız etdi. Eldar, 
Zaur, Ayxan, Devid, Akif, Asif vəzifə borclarını layiqincə 
yerinə  yetirərək,  cinayətkarlarla  mübarizədə  həlak  olan 
polis  işçiləri  və  «Ümid»  mərkəzinə  üzv  olduqları  üçün 
cinayətkarlarn əlinə keçən bir çox əngəlli insanlar. Mən Al-
lahdan onların hər birinə rəhmət, ailə üzvlərinə isə səbr və 
dözüm diləyirəm. Ümid edirəm, bu mərkəzin yeni rəhbəri 
Süleyman müəllimin bütün tapşırıqlarına əməl edəcəksiniz 
və mən bundan sonra da «Ümid» mərkəzi haqqında yal-
nız və yalnız xoş xəbərlər eşidəcəyəm. Bu işdə hər birinizə 
uğurlar arzulayıram. Allah köməyiniz olsun. Sağ olun. 
Samir sözünü bitirən kimi zaldakı bütün insanlar ayaq 
üstə  qalxaraq  onu  alqışlamağa  başladılar.  O,  stuldan  qal-
xıb kastellərini götürərək alqış sədaları altında yavaş-yavaş 
kənardakı qapıya doğru irəlilməyə başladı. Gedə-gedə bu 
tribunaya ilk gəlişini xatırladı. O günkü həyəcanı, əlil araba-
sında tribunaya yaxınlaşmağını, ürkək nəzərlərlə zaldakıla-
rı süzərək titrək səslə sözə başlamasını, zaldan gələn alqış-
ları başladığı işinin ilk uğuru kimi qəbul etməsini. O vaxt-
dan bəri bəlkə də çox şey dəyişmişdi, ancaq dəyişməyən tək 
bir şey var idi: Samirin özü. Qarşılaşdığı bu qədər əhvalat, 
çəkdiyi bu qədər əziyyət, əldə etdyi bu qədər şöhrət onu 
heç dəyişməmişdi.

303
Hadisədən 2 ay sonra
Bakı. Azərbaycan
Maşının arxa oturacağında oturaraq Bakının əsrarəngiz 
gözəlliklərinə tamaşa edən Samir zəng gəldiyini görüb, gö-
zünü mənzərədən çəkmədən telefonu qulağına apardı:
-Eşidirəm.
-Samir haradasan? -Telefonda Lusiyanın məlahətli səsi 
eşidildi.
-Xəstəxanaya  gedirəm.  Köhnə  tanışlarımdan  birini 
ziya rət edəcəyəm.
-Nə vaxt gələcəksən?
-Xəstəxanadan  çıxandan  sonra  iş  yoldaşlarımla  görü-
şüb vidalaşlamaq üçün mərkəzə gedəcəyəm. Yəqin ki, ax-
şama ancaq evə gələrəm. Nədir ki?
-Heç. Sənə bir sürprizim vardı, ona görə deyirdim ki, 
evə gələsən.
-O nə sürprizdir elə?
-Evə gələndə bilərsən.
-Yaxşı. Çalışaram evə tez gəlim.
-Hələlik. Öpdüm.
-Mən də.
Samir telefonu cibinə qoyub üzünü Pedroya tutdu:
-Zəng vuran qızın idi. Deyir mənə nə isə sürprizi var.
-Onun  işindən  bir  şey  anlamaq  olur  ki?  Allah  bilir, 
görəsən yenə nə fikirləşib. – Bir neçə saniyə ara verdikdən 
sonra – mühərrik dünəndən bəri qəribə səslər çıxardır, bu 
gün maşını qaytaranda çilingərə denən baxsın. Yoxsa təzə 
sürücü dalımca deyinər.
-Deyərəm.
Samir xəstəxanada baş həkimlə görüşüb onun müşayəti 
ilə  Muradın  olduğu  palataya  getdi.  Çarpayıda  uzadılmış 
Murada bir neçə tibbi cihaz qoşulmuşdu, hər tərəfi sarıqlı 

304
idi. Otaqdan kəskin yod iyi gəlirdi. Samir Murada yaxınla-
şıb bir az onu süzdükdən sonra üzünü baş həkimə çevirib 
soruşdu:
-Vəziyyəti necədir?
-Hələlik  günün  24  saatı  yatızdırırıq.  Ölüm  təhlükəsi 
yoxdur,  gənc  olduğu  üçün  yaraları  sürətlə  sağalır,  əgər 
buna  yaşamaq  demək  mümkünsə,  yaşayacaq.  Tam  sağal-
dıqdan  sonra  isə  cəzaçəkmə  müəssislərinin  birinin  tibb 
məntəqəsinə köçürdəcəklər.
-İtirdiyi bədən üzvlərindən hansılarısa geri qaytarmaq 
mümkün olub?
-Xeyr. Nə görməsi, nə eşitməsi, nə də danışması müm-
kün olmayacaq. Yalnız əlləri və ayaqları üçün protez düzəl-
dilə bilər ki, inanmıram onlardan da istifadə edə bilsin.
Samir üzünü Murada çevirib, - əminəm ki, artıq bütün 
əlilləri daha yaxşı başa düşürsən. – deyərək palatadan çıxdı.
Mərkəzə qayıtdıqdan sonra oradakı iş yoldaşlarıyla tək-
tək görüşüb vidalaşdıqdan sonra son dəfə olaraq ka binetinə 
girdi.  Süleymanın  artıq  bir  həftədən  çox  yeni  işinə  başla-
masına baxmayaraq, otaqda hər şey əvvəlki və ziyyətdə idi. 
Divardakı iri tablo həmişəki əzəməti il öz yerində idi, sto-
lun üstündəki əşyalara sanki heç əl də yilməmişdi, mebel də 
həminki mebel idi. Kresloya oturaraq otağa göz gəzdirməyə 
başladı. Burada hər şey ona doğma idi. Mərkəzlə bağlı ən 
vacib qərarlarını bu otaqda vermişdi, vacib görüşləri də bu 
otaqda təşkil eləmişdi. Tənhalıq istəyəndə də bu otağa sı-
ğınmışdı, bu otaqda sanki hər bir əşya onu eşidir, onu başa 
düşürdü. Kürəyini kresloya söykəyərək gözlərini yumdu. 
Bir-iki  dəqiqə  bu  vəziyyətdə  qaldıqdan  sonra  telefonuna 
zəng gəldiyini görüb gözlərini açdı. Zəng vuranın kim ol-
duğuna baxıb düyməni basaraq qulağına apardı:
-Buyur əzizim.
-Əzizim haradasan?

305
-Mərkəz və iş yoldaşlarımla vidalaşıram. Nədir ki?
-Çalış evə bir az tez gəl, çünki sənə daha bir sürprizim 
var.
-Yaxşı. Çalışaram.
-Hələlik.
Samir telefonu cibinə qoyub ayağa qalxdı. Qapıya tə-
rəf  bir  neçə  addım  atdıqdan  sonra  geri  dönərək  masanın 
üstündən  Azərbaycan  bayrağını  götürüb  otaqdan  çıxdı. 
Onu yola salmaq üçün binaın həyətində gözləyən Mahmu-
dovla Əzizə yaxınlaşıb əlindəkini göstərərək dedi:
Bu  stolüstü  bayrağı  sizdən  və  bu  mərkəzdən  yadi-
gar  saxlayacağam.  Çilingərə  deyərsiniz  ki,  mənə  ayrılan 
xidməti maşının mühərrikində kiçik nasazlıq var, qoy ara-
dan qaldırsın. Bir də ki, Süleymana çatdırın ki, Samir dedi 
kabinetin dizaynını istədiyi kimi dəyişə bilər.
Samir  Əzizgillə  sağollaşıb  Pedroyla  birgə  taksiyə  əy-
ləşdi. Yolboyu bir neçə dəfə tıxaca düşdüklərindən Lusiya 
zəng vuranda hava artıq qaralmışdı. Samir telefonu qulağı-
na aparan kimi üzrxahlıq etməyə başladı:
-Bağışla Lusi, bayaqdan tıxaclarda ilişib qalmışıq. Ya-
rım saata evdəyəm, sən sürprizlərini hazırla.
-Nə qədər tez gəlsən bir o qədər yaxşıdır, çünki artıq 
sənə üç sürprizim var.
-Üç?
-Əlbəttə. Elə şad xəbərlərim var ki, inanmayacaqsan.
-Məni  marağa  saldın.  Evə  çatana  qədər  səbirsizlənə-
cəyəm.
-Mənə nə. Tez gələrdin.
-Tez gəlsəydim, üçüncüsü olmayacaqdı.
-Yaxşı, mən getdim Əliyə yemək yedizdirməyə. Sən də 
çalış gecikmə.
-Oldu.
Telefonu cibinə qoyub Pedroya dedi:

306
-Lusia hər 3-4 saatdan bir mənə bir sürpriz hazırlayır. 
Sənin nədənsə xəbərin yoxdur? Bilmirsən o nə hazırlayıb?
-Sözün düzü xəbərim yoxdur. Mən özüm də maraqdan 
partlayıram. 
-Onda evə gedəndə öyrənərik. – Üzünü sürücüyə tuta-
raq: – Qardaş, çalış bir az sürətlə sür. Bu gün çox yorulmu-
şam, dörd sürprizi həzm etməyə halım yoxdur.
Samir evə girən kimi divanda oturub Lusiyaya dedi:
-Buyur  Lusi.  Bu  gün  bütün  günü  məni  maraq  içində 
saxlamısan.
 Yox, indi olmaz. – Lusiya gec gəldiyi üçün Samirdən 
əvəz çıxmaq məqsədiylə onu bir az daha intizarda saxla-
mağı qərara aldı. – Əvvəl şam edək, bir az dincini al sonra. 
Fikrin başqa yerdə qalsa, sürprizlərin heç bir marağı olma-
yacaq.  Mən  istəyirəm,  ən  az  iki-üç  saatını  bu  sürprizlərə 
həsr edəsən.
-Bax bu olmadı, məni elə həvəsləndirdin ki, həyacandan 
heç nə yeyə bilməyəcəyəm. – Üzünü Xoseyə çevirərək on-
dan kömək istədi. – Sən bir şey bilirsən? Əgər mənə desən 
açacağım restorana sənin adını verəcəyəm.
-Bilməyinə bilirəm. Ancaq incimə, mən desəm Lusi öm-
rünün sonuna qədər məndən küsəcək.
Üzünü Lusiyaya tutaraq:
-Yaxşı, qoy sən deyən olsun. Vaxt gələr sənin də mə nə 
işin düşər. – Ayağa qalxaraq, – Mən getdim əynimi dəyiş-
məyə, sən də tez süfrəni hazırla.
Samir  üçün  bir  günə  bərabər  olan  yarım  saatlıq  şam 
yeməyindən  sonra  Lusiya  hamının  divanda  oturmasını 
istəyib, özü onların qarşısındakı stulda əyləşdi:
  Demək  belə!  Başlayaq  birinci  sürprizdən.  Samir,  sən 
həmişə qayğılanırdın ki, İpaniyaya köçsək kirayədə yaşa-
malı olacağıq və buna görə də ünvanımızı tez-tez dəyişmək 

307
məcburiyyətində  qalacağıq.  Artıq  bu  problem  öz  həllini 
tapdı, bizim İspaniyada evimiz var.
 Bu necə ola bilər? – Samir təəccüblə soruşdu.
-Yadındadırmı, biz İspaniyada olanda Almeyda mə nə 
dedi ki, “Hoja de sauce” təşkilatı barədə məlumat verdiyimə 
görə İspaniya höküməti mənə xüsusi təşəkkür edəcək?
-Hə yadımdadır. Həmin evi sənə mükafat kimi verib lər?
-Hə, təqribən, iyirmi gün bundan qabaq Almeyda mə-
nəm zəng vuraraq nə istədiymi, ən çox nəyə ehtiyacım ol-
duğunu  soruşdu.  Mən  də  ondan  ev  istədim  və  şəxsiyyət 
vəsiqəmin surətini ona göndərdim ki, evi rəsmiləşdirsinlər. 
Bu gün səhər isə Almeyda zəng vuraraq, ikimərtəbəli möh-
təşəm bir villanın bundan sonra bizim ixtiyarımızda oldu-
ğunu bildirdi.
-Bax, bu həqiqətən əla xəbər oldu. – Samir sevinclə dil-
ləndi. – Restoranı da evimizə yaxın bir yerdə açarıq. Yaşa-
maq demişkən, evi bizə hansı şəhərdən veriblər.
-Yəqin paytaxt Madriddən olarş – Pedro dilləndi
-Yox.  Samirin  getmək  arzusunda  olduğu  şəhərdədir. 
Va lensiyada,  Paz  küçəsində.  Əla  yerdədir.  Paz  küçəsi  ilə 
San Visente Martir küçələrinin kəsişməsində Şahzadə mey-
danı yerləşir, beynəlxalq keramika muzeyi də Paz küçəsinə 
yaxndır.
-Otaqlardan  birini  rəsm  çəkmək  üçün  iş  otağı  edə cə-
yəm. – Xose dilləndi.
-Narahat olma Xose. – Pedro dedi. – Otaqlar o qədər 
çox olacaq ki, lap rəsm sərgisi də aça bilərsən.
-Onsuz da heç kim gəlib onun çəkdiyi şəkillərə baxma-
yacaq. – Lusiya zarafata keçdi. – Otaqları boş yerə məşğul 
etməyin.
-Sən  ərə  gedəndən  sonra  villa  mənə  qalacaq.  İstəsəm 
sərgi açaram, istəsəm mayallaq aşaram.

308
Bəlkə də bu söz atışması uzanacaqdı, Samir araya gir-
di:.
-Dayanın görüm, sonra mübahisə edərsiniz. Lusi, keç 
ikinci sürprizə.
-Samir düz deyir, keç ikinci sürpizə. – Pedro səbir siz-
ləndi. 
-Yaxşı. Samir sən İspaniyaya gələndə çantanda lotore-
ya bileti vardı ha, bu gün həmin lotoreya bileti cek-potu 
uddu, düz bir miyon yarım.
Samir sevinclə əllərini göyə qaldırıb şükr etdi. Bütün 
ailə  sevinc  içində  atılıb  düşərək  bir-birilərini  təbrik  edir, 
həmin pulla neyləmək istədiklərini deyirdilər. Gecə yarı-
ya qədər uzanan xoş arzularla dolu söhbətdən sonra belə 
qərara gəldilər ki, üç gündən sonra İspaniyaya köçsünlər. 
Samir bu vaxt ərzində restoranda işləyəcək aşpazların ax-
tarışı ilə məşğul olacaqdı.
Pedroyla  Xose  bir,  Əliylə  Lusiya  bir,  Samir  isə  digər 
otaqda yatırdı. Hamı yatmağa gedəndən sonra Samir ota-
ğına keçib bir neçə dəqiqə çarpayısında uzandıqdan son-
ra qalxıb Əlinin otağına getdi. Otağa yaxınlaşıb qapını üç 
dəfə astadan döydü. Lusiya qapını açıb maraqla soruşdu:
-Nə lazımdır?
-Bir  neçə  dəqiqəlik  mənim  otağıma  gələ  bilərsən? 
Səndən vacib bir söz soruşmaq istəyirəm.
Lusiya - əlbəttə - deyib, Samirlə bərabər onun otağına 
getdi. Samir çarpayıda əyləşərək dedi:
-Buyur otur.
Lusiya onun yanında oturaraq dedi:
-Buyur sualını ver. Səni eşidirəm.
-Əvvəla bağışla ki, son vaxtlar işdə üst-üstə baş verən 
hadisələrə və problemlərə görə sənə daha az vaxt ayırıram, 
daha az diqqət yetirirəm. Söz verirəm, sabahdan etibarən 
birgə  daha  çox  vaxt  keçirəcəyik.  İkincisi  isə  mən  yolda 

309
olarkən sən zəng vurub dedin ki, mənə üç sürprizin var, 
ancaq bayaq iki sürprizi açıqladın. Başımız lotoreyaya elə 
qarşıdı ki, nə mənim yadıma, nə də Xoseylə Pedronun ya-
dına üçüncü düşmədi. 
-Onların yadına düşsəydi də fərqi yox idi. Çünki bu 
sürpriz yalnız sənin üçündür.
-Maraqlıdır.  Bu  nə  sürprizdir  belə?  –  Samir  Lusiaya 
daha yaxın oturdu.
-Neçə gündür ki, demək istəyirdim, ancaq imkan ol-
murdu. – Bir az ara verərək, – Samir, mən hamiləyəm.
Samir xəbərin sevincindən özünü itirdi və eşitdiyinin 
doğru olub-olmadığını yoxlamaq üçün yenidən soruşdu:
-Necə? Nəsən? Dedin hamiləsən?
-Hə Samir, hamiləyəm. İspaniyadakı xəstəxanada keir-
diyimiz gecənin nəticəsi.
Samir xoşbəxtlik duyğuları içində Lusiyanı qucaqlayıb 
öpdü. Sevindiyindən dəli kimi qışqırıb bu xəbəri hamıya 
eşitdirmək istəsə də, bunun ağılsızlıq olduğunu bilirdi və 
yalnız  Lusiya  ilə  özünün  eşidə  biləcəyi  səslə  danışmağa 
başladı:
-Əla, əla, əla, bu həqiqətən əla xəbərdir. Mən ata ola-
cağam!  Təşəkkür  edirəm  Lusi,  belə  bir  xoşbəxtliyi  mənə 
nəsib etdiyinə görə səni ömrün boyu xoşbəxtlik dənizində 
üzdürəcəyəm.
Hər ikisi səhər saat 4 – dək körpə ilə bağlı xəyallar qura-
raq, İspaniyada evlənməyi və uşaqla barəsində Pedrogilini 
yalnız bundan sonra xəbərdar etmələrini qərarlaşdırdılar. 
Lusiya  Əlinin  otağına  getdi.  Samir  isə  çarpayıda  uzanıb 
gözlərini  yumaraq  körpəsinin  simasını  xəyalında  can-
landırmağa  çalışdı  və  nə  vaxt  yuxuya  getdiyini  özü  də 
bilmədi.

310
Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin