Karabük. Türkiyə
Meşənin içi ilə bir az getdikdən sonra Samir yoru laraq
dedi:
-Yorulmuşam. Gəl bir az istirahət edək.
Hər ikisi ağacın dibində oturdular. Pedro çantadan bu-
tulkanı çıxardıb çalxalayaraq, nəyi isə ölçürmüş kimi dedi:
-Suyumuz qurtarır. Bizə qalan bircə bu yarım butulka
sudur. Tezliklə, su tapmasaq vəziyyət çətin olacaq.
-Yağış suyu içə bilirsən?
-İçə bilirəm. Amma biz butulkanı yağışın altına qoyub
dolmasını gözləsək, gərək ən az iki gün yağış yağa.
-Sən onu mənim öhdəmə burax, rahatca suyunu iç. Bu-
tulkanı doldurmaq mənim boynuma.
-Qabırğan yenə ağrıyır?
-Hə. Amma dünənkinə baxanda ağrı bir xeyli azalıb.
-Axşam yadıma sal, qolunun yarasını yenə açım təmiz-
ləyim. Yoxsa infeksiya keçər.
-Oldu, deyərəm.
Pedro sudan bir az içib butulkanı Samirə uzadaraq so-
ruşdu:
211
-Nə əcəb indiyə qədər evlənməmisən?
-Azərbaycanda əngəlli insanların evlənməsi bir az
çətindir.
-Niyə ki, qanun yol vermir?
Samir sudan bir neçə qurtum içib dedi:
-Yox. Qanunun gözündə hər kəs bərabərdir. Problem
yazılmamış qanunlardadır.
-Başa düşmədim?
-Səbr elə, hər şeyi biləcəksən. Təsəvvür et ki, əlil bir
oğlan gözəl və sağlam bir qızı sevir. Qızın heç bir problemi
yoxdur. Şəhərdə yaşayır, valideynləri sağ və salamatdırlar,
maddi vəziyyətləri normaldır. Qızın yaşı da elə çox deyil
ki, nəyəsə məcbur qala. Təbii ki, belə bir qız heç vaxt əlil
oğlana ərə getməyə razı olmaz. O yalnız qüvvətli, imkanlı
və ən əsası sağlam bir oğlan arzusun dadır.
-Qızların ki, hamısı elə deyil? Həyata məntiqlə yana-
şan qızlar da var.
-Dedim axı səbr elə. Deməli belə. Oğlan yaxınlaşır qıza
və ona evlənmək təklif edir. Qız da xasiyyətindən asılı ola-
raq, ya ağır cavablarla oğlanı təhqir edir, ya da şirin dillə
başından edir. Deyək ki, qız sənin dediyin kimin məntiqli
və ağıllı bir qız olur və təklifə müsbət cavab verir.
-Sonda mən deyənə gəldin.
-Bizim tərəflərdə sənin kimisinə altıaylıq deyirlər.
-Altıaylıq nədir?
-Yəni o qədər səbirsizdir ki, dünyaya gəlmək üçün
doqquz ayı ana bətnində gözləməyə hövsələsi çatmayıb,
altıaylığında doğulur.
Pedro gülümsünərək:
-Yaxşı, davam elə. Qız razı, oğlan razı. Buradan belə
olan problemlər məni də marağa saldı.
212
-Demək belə. Qız bir gün bu haqda valideynlərinə da-
nışır. Onlar da çığır -bağır salırlar ki, o oğlan sənə layiq
deyil. Biz səni böyütmüşük ki, xoşbəxtliyini görək, elə bir
insana ərə getsən işin-gücün ona qulluq etmək olacaq. O
özü bu həyatda kimdənsə asılı vəziyyətdədir, səni necə do-
landıracaq və s. Bir sözlə, qızın beynini elə doldururlar ki,
öz qərarından rahatlıqla imtina edir.
-Bu artıq həqiqətən də problemdir.
-Bu hələ hamısı deyil. Deyək ki, valideynlər qızlarının
qərarına hörmətlə yanaşdılar və ona heç nə demədilər. Bax
əsl həngamə bundan sonra başlayır ki, bunun da adına qo-
hum-qonşu təzyiqi deyirlər.
-Qohum-qonşu?
-Bəli. Qohum, qonşu, dost, iş yoldaşı, özünü həmin
ailəyə yaxın hiss edən şəxslər. İlk reaksiya qızın rəfiqəsindən
gəlir: -Axtara–axtara bunumu tapdın? Mən 48 yaşıma
qədər evdə qalsaydım da, buna ərə getməzdim. Əgər məni
məcbur beləsinə versəydilər, utandığımdan evdən bayıra
çıxmazdım. Heyf deyil yol gedərkən yanımda hündürboy,
yaraşıqlı bir oğlan olsun?! Yoxsa beləsi? Hətta düşünəndə
belə tüklərim biz-biz olur! Sonra meydana qızın xalaları,
bibiləri çıxıb anasına deyirlər: -Az, sənin ağlın harada idi
ki, gül kimi qızını beləsinə ərə verirsən? Eşidəndə ətim
ürpəşdi və s. Daha nə uzadıme? Bir tərəfdən tikanlı sözlər,
bir tərəfdən lağlağı atmacalar, digər tərəfdən də təəccüb
dolu kinayəli baxışlar. Bir sözlə, hər tərəfdən o qədər
təzyiq gəlir ki, bu təzyiqin qabağında durmaq hər kəsə
nəsib olmur. Mənim «Ümid» mərkəzini yaratmaqda əsas
məqsədim budur: Əlil insanları digərlərinin beyninə elə
yeritmək lazımdır ki, onlar əlillərə qeyri-adi bir varlıq, baş-
qalarına möhtac, uğursuzluq simvolu kimi baxmasınlar.
Onların da özləri kimi adi bir insan oluğunu dərk etsinlər.
213
-Bu lap eşitdiyim əhvalata bənzəyir ki.
-O nə əhvalatdır elə?
-Olmuş hadisədir. Bir əngəlli insanla sağlam bir qız
bir-birilərini sevirlərmiş. Ancaq atası qızını ona vermək
istəmirmiş. Bir gün oğlan gəlir qızın atasının yanına ki,
onunla danışa. Ancaq atanı heç cür yola gətirməyin müm-
kün olmadığını görən oğlan deyir: -Yaxşı, mən sənin qızın-
dan uzaq duracağam və bir daha nə sənin, nə də qızının
gözünə görünməyəcəm. Ancaq əvəzində kiçik bir istəyim
var. Qızın atası soruşur ki, - O nə istəkdir elə? Oğlan deyir
ki, mənə bir saat vaxt ayır, gedək sənə iki şey göstərəcəyəm.
Ata soruşur: -Bundan sonra qızımdan uzaq duracaqsan?
Oğlan, əlbəttə deyir və hər ikisi taksiyə minərək yola
düşürlər. Yolboyu kişi fikirləşir ki, “görəsən, bu məni hara
aparır? Mənə nə göstərəcək?” Bir həbsxananın qarşısında
oğlan deyir ki, çatdıq. Oğlan həbsxana rəisi ilə əvvəlcədən
danışdığı üçün onları maneəsiz içəri buraxıb dustaqların
hava almaq üçün gəzdikləri əraziyə aparırlar. Oğlan hər
tərəfi tikanlı məftillərlə əhatə edilmiş ərazidə o tərəf-bu
tərəfə gəzişən dustaqları göstərib deyir: Bu həbsxanda 500-
dən çox dustaq var. Onlara yaxşı-yaxşı bax. Gör, bu beş yüz
nəfərdən neçəsi əngəllidir? Ən çox beş nəfəri. Sonra oğlan
kişini binası həbsxananın binasına bitişik olan narkoma-
niyadan və alkoqolizmdən əziyyət çəkənlər üçün tikilmiş
xəstəxanaya aparır və yenə deyir: Burada 150-dən çox in-
san müalicə alır. Səncə bunlardan neçəsi əngəlli insanlar-
dır? Cəmi iki nəfər cənab. Bəli mənim bir qolum yoxdur.
Ancaq əvəzində mən oğru deyiləm, narkotikdən istifadə
etmirəm, bu vaxta qədər heç kimin xətrinə dəymədən
vicdanlı və təmiz həyat sürmüşəm. İndi son söz sənindir.
Əgər qızının mənimlə evlənməsini istəmirsənsə, mən söz
verdiyim kimi sizin həyatınızdan birdəfəlik çıxacağam.
214
Kişi nəinki öz qızını həmin oğlana ərə verir, hətta oğluna
da əngəlli qız alır.
-Həqiqətən də ibrətamiz əhvalatdır. İnsanlar məsə lənin
yalnız bir tərəfinə baxırlar, o da gözlə görünən tərəfidir.
Əslində isə fiziki qüsuru olanlar öz işlərində sağlam insan-
lardan bir baş üstün olmağa çalışırlar ki, buna görə də öz
üzərlərində daha çox işləyirlər. Deyək ki, ailənin qızı bir
oğlanı sevir. Qızın valideynləri oğlanla tanış olduqda onun
hündürboy, sağlam və yaraşıqlı olduğunu görüb qızları-
nın doğru seçim etdiyini düşünürlər və oğlanı daha ya-
xından tanımağa çalışmırlar. Bəlkə bu oğlan narkomandır,
bəlkə fırıldaqçıdır, bəlkə hansısa cinayətkar qrupun üzvü-
dür. Ya da qumarbazdır. Bəlkə də hansısa daxili xəstəliyi
var. Valideynlər oğlanlarının seçdiyi qızın gözəlliyinə ba-
xıb övladlarının seçimini araşdırmırlar. Daha demirlər ki,
bəlkə bu qız fahişədir, indiyədək neçə dəfə evlənib boşa-
nıb, bəlkə fırıldaqçıdır. Bu saydığım problemlər əngəlli oğ-
lanlarda və qızlarda ən az 80 faiz az rast gəlinir. Bəs sənin
ölkəndə bu barədə ümumi vəziyyət necədir?
-Bizim tərəfdə bu məs...
-Bağışla, Pedro sözünü kəsirəm. Ancaq bir neçə
dəqiqədən sonra yağış yağacaq. Tez su üçün yer düzəldək,
onsuz da yağış on dəqiqəyə kəsir. Nə qədər mümkün oldu
yığarıq.
-Bəs bunu nə edəcəyik?
Samir: -Yağış yağarkən çətir kimi başımıza tutduğu-
muz selofanlardan birini mənə ver. İkimiz birinin altında
birtəhər yağışdan daldalanarıq. – deyib yeri qazmağa baş-
ladı. Pedro selofanı çantadan çıxardıb Samirə verdikdən
sonra yeri qazmaqda ona kömək etdi. İkisi bir yerdə ma-
şın təkəri dərinliyində bir çala qazaraq torpağı çalanın
kənarlarına yığdılar ki, su torpaqdan süzülüb çalaya dol-
215
masın. Selofanı çalanın içinə sərmişdilər ki, güclü yağış
yağmağa başladı. Birtəhər selofanı səliqə ilə hamarlayıb,
özləri digər selofanın altında yağışdan qorunmağa çalışdı-
lar. Yağış kəsdikdən sonra çalaya baxanda ora xeyli su yı-
ğıldığını gördülər. Su ilə torpağın arasında selofan olduğu
üçün su təmiz qalmış və içmək üçün yararlı vəziyyətdə idi.
Pedro butlkanın hər ikisini doldurduqdan sonra klyonkanı
çaladan çıxardaraq qatlayıb çantaya qoydu. İşlərini qurta-
ran kimi Samir əlini ona tərəf uzadıb dedi:
- Kömək elə qalxım. Artıq getməliyik. Bizlərdə belə
bir atalar sözü var: “Yolçu yolda gərək”. Həm yolumuza
davam edək, həm də sən bayaq yarımçıq qalan söhbətini
davam edərsən.
Pedro Samiri ayağa qaldırıb qoluna girdi və hər ikisi
meşənin içi ilə ağır-ağır irəliləməyə başladılar.
Hadisədən 3 gün sonra
Ankara. Türkiyə
Almeyda oteldəki nömrəsində çarpayının üstündə
oturaraq notebookda skaype vasitəsiylə görüntülü halda
Silvayla danışırdı.
-Bax belə Silva! Sonu məhz bu cür qurtardı. Burakdan
və adamlarından ötrü Türkiyəyə gəldim, bir gün həyacan
içində onun yolunu gözlədim, Türk polisi iyirmi nəfər itki
verdi, nəticə isə belə oldu.
- Fikir eləmə. – Silva Almeydaya təsəlli verməyə ça-
lışırdı. – Sən Conun adamlarından bərk yapış, onlar nə sə
bilməmiş olmazlar. Mütləq Conla bağlı bir ipucu əldə edə
bilərsən.
216
-Dünən hamımız stres içində olduğumuzdan cəmi bi-
rini dindirə bildik. Digərlərini bu gün dindirməyi planlaş-
dırırıq. Ola bilər ki, istintaq bir neçə gün çəksin. Ona görə
də hələ bir-iki gün buradayam.
-Mən argentinalı qızın atası ilə bağlı məlumat əldə
etmişəm. O qaçaq yolla Türkiyədən Argentinaya taxta-
şalban daşımaq istəyən bir firmaya işə düzəlib və o firma-
nın işçiləri ilə birlikdə Türkiyəyə gəlib. Sonra Türk poli-
si həmin işçiləri həbs edərək Ankaraya aparıb. Çalış geri
dönəndə onu da özünlə gətirəsən.
-Oldu. İspaniyada vəziyyət necədir?
-Burada sakitlikdir.
-Samirlə bağlı bir xəbər yoxdur ki?
-Xeyr. Bütün ölkəboyu onu axtarırıq, hələ heç bir izə
rast gəlməmişik. Conun adamlarının ifadələri bizim üçün
çox vacibdir. Bir şey öyrənə bilsən dərhal bizə xəbər ver.
-Oldu. Yeni bir məlumat olan kimi sizə deyəcəyəm.
-Görüşənədək.
-Görüşənədək.
Almeyda Silvayla sağollaşaraq əynini dəyişib Türkiyə
ədliyyəsinə getdi.
Karabük. Türkiyə
Pedro başını qaldırıb səmaya baxaraq dedi:
-Bu günlük bəsdir. Bir azdan hava qaralacaq, gərək
tonqal qalayaq.
-Nə deyirəm ki. Sən tonqal yandırmaq üçün quru bu-
daqlar topla, mən də o vaxta qədər ovladığımız dovşanı
təmizləyim.
-Bacararsan?
217
-Lap dərisini də soyaram.
Pedro tonqal qalayıb Samirin təmizlədiyi dovşanı yaş
budağa keçirərək bişirməyə başladı.
-Deyəsən, bir ay da yol getsək, bu meşədən kənara çıxa
bilməyəcəyik. – deyə Samir sükutu pozdu.
-Narahat olma. Bilmirəm niyə, amma ürəyimə damıb
ki, bir–iki günə yaşayış məntəqəsinə rast gələcəyik. Sən
mənə öz ölkən haqqında danış. Görüm necə yerdə yaşa-
yırsan.
-Bizlərdə belə bir məsəl var: “Heç kim öz ayranına turş
deməz”. Buna görə də mən ölkəmi tərifləməyəcəyəm. Yal-
nız onun haqqında danışacağam. Özün nəticə çıxardarsan.
-Buyur. Eşidirəm səni.
- Azərbaycan iqlim cəhətdən yaşayış üçün çox əlverişli
bir ölkədir. Təsadüfi deyil ki, on bir iqlim qurşağından
doqquzu bu əraziyə düşüb. Əhalisi müasir dünyagörüş-
lü, eyni zamanda keçmişinə bağlı və adət-ənənələrə sa-
diq qalan insanlardır. Hər bir azərbaycanlı üçün vətəni
sevmək, böyüklərə hörmət etmək və qonaqpərvərlik əsas
vəzifələrdəndir. Hər bir şəhəri və rayonu özünəməxsusluğu
ilə tanınır. Məsələn, Şəki şəhəri ipəyi, piti adlanan yeməyi
və paxlavası ilə məhşurdur. Lənkəran limonu, Sabirabad
qarpızı, Quba alması, Göyçay isə narı ilə məhşurdur. Pay-
taxt Bakı şəhəridir. Mənim doğulduğum Sumqayıt şəhərı
“Sənaye şəhəri” kimi tanınır. Azərbaycanın tarixi abidələri
və görməli yerləri barədə danışmıram. Onları sadəcə
görmək lazımdır. Səni dəvət edirəm. Bir gün Azərbaycana
qonaq gələrsən, o yerləri sənə göstərərəm.
-Eşitmişəm sənin ölkən müharibə şəraitindədir? Mü-
haribə gedən yerlər sizindir, yoxsa qarşı tərəfin?
-Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur.
O yerlər Azərbaycanın tarixi torpaqlarıdır. O ki, qaldı
218
sənin sualına, darıxma. Sənin sualının cavabını tezliklə,
o yerlərdə dalğalanacaq üçrəngli, ay-ulduzlu Azərbaycan
bayrağı verəcək. O günə lap az qalıb. Bizlərdə belə bir
məsəl var: “Oğurluqla pisliyin ömrü ən çox qırx gündür”.
-Ən çox sevdiyiniz bayram hansıdır?
-İslam dininə mənsub olan bayramlar, bir də Novruz
bayramı.
-Sizin heç bir futbol klubunuzu və ya futbolçunuzu ta-
nımıram. Sizdə futbol zəifdir?
-Düzdür, bizdə futbol hələ təzə-təzə inkşaf edir. Ancaq
əvəzində ürəklə deyə bilərəm ki, volleybol klublarımız Ar-
gentina klublarını udar.
-Bəs ...
-Dayan-dayan. – Samir onun sözünü kəsdi. – Bir az da
sən Argentina haqqında danış.
-Danışım da. Argentina Cənubi Amerika qitəsində
yerləşir. Paytaxtı Buenos Ayres şəhəridir. Adının mənası
ispancadan tərcümədə “gümüş ölkə”dir. Dini xristian, dili
isə ispan dilidir. 25 May Argentinanın müstəqillik günü,
ölkənin milli bayramı sayılır. Ölkə konstitusiyası 1 may
1853–cü ildə qəbul edilib. 1994–cü ilin avqust ayında isə
yenidən düzənlənib. Futbol haqqında danışmıram. Məncə,
Maradona, Batistuta və Messinin adları Argentina futbolu
haqqında çox şey deyir. Tanqodan isə uzun-uzadı danış-
mağa ehtiyac yoxdur. Burada bir neçə dəqiqənin içində bü-
töv bir ölkə haqqında ətraflı danışmaq mümkün deyil. Bir
gün qonaq gələrsən, hər şeyi öz gözlərinlə görərsən.
-Mütləq gələcəyəm. Söz verirəm. Birinci kim keşik
çəkəcək?
-Sən yat. Mənim hələ yuxum gəlmir.
Samir “gecən xeyirə qalsın” deyib uzandı və yorğun
olduğundan bir neçə dəqiqədən sonra yuxuya getdi.
219
Hadisədən 4 gün sonra
Ankara. Türkiyə
Səlcuq Ədliyə binasına girəndə Almeyda pilləkənlərlə
yuxarı qalxırdı. Arxadan onu səsləyib dedi:
-Almeyda. Dayan, bir yerdə gedək.
Almeyda:
- Mən də sənin kabinetinə gedirdim.
Səlcuq yaxınlaşaraq əl verib görüşdü.
-Bu gün səni belə tezdən görəcəyim ağlıma gəlməzdi.
Dünən hamının ifadəsini aldığımızdan fikirləşirdim ki, bu
gün istirahət edəcəksən. Buyurun getdik.
-Mən yalnız Con həbs olunandan sonra istirahət edə-
cəyəm. Bir aylıq məzuniyyət götürüb Kanar adalarına
gedəcəyəm. Səninlə iki məsələyə görə görüşmək istə yir-
dim. Birincisi, burada alınan ifadələrin İspaniyaya gön də-
rilməsi haqqında, ikincisi isə Türkiyədə həbs olunan ar-
gentinalı ilə bağlıdır.
-İfadələrdən narahat olma. Bütün video və kağız ma-
terialları ən gec sabaha qədər İspaniyaya göndərə cək lər.
Digər məsələ ilə bağlı kiçik bir çətinliyimiz var.
-Nə çətinlik?
-Məsələ burasındadır ki, həbs olunanların arasında
Pedro adlı şəxs yoxdur. Bütün tutulanları dindiriblər, an-
caq hamısı birmənalı şəkildə elə bir adam tanımadıq larını
deyirlər.
-Mən özüm onlarla danışmaq istəyirəm. Bu görüşü
təşkil edə bilərsən?
-Əlbəttə. Nə zaman istəsəniz.
-İndi.
-Buyurun getdik.
220
Hər ikisi gəldikləri yolla geri qayıdaraq küçənin digər
tərəfindəki müvəqqəti saxlama təcridxanasına getdilər. Al-
meyda maşına əyləşmək istəyəndə Səlcuq qoymadı:
-Lazım deyil. Təcridxana yaxında, yolun qarşı tərəfin-
dədir.
Onlar yolu keçib təcridxanaya gələndə Səlcuq Almey-
danı təcridxana rəisinə təqdim edib məsələ ilə bağlı qısa
məlumat verdi. Hər ikisini dustaqların yanına aparması-
nı istədi. Almeyda otağa girərək üzünü dustaq lara tutub
dedi:
-Mən sizi çox yormayacağam. Vaxtınızı cəmi bir neçə
dəqiqə alıb gedəcəyəm. Demək belə. Bilirəm ki, Argen-
tinadan bura gələn işçilərin arasında Pedro adlı bir nə-
fər də olub. Onu satmayaraq müdafiə etməyinizi də başa
düşürəm. Ancaq bilin ki, onun haqqında bildik lərinizi da-
nışsanız onu pis vəziyyətdə qoymaya caqsınız, əksinə, ona
böyük yaxşılıq etmiş olacaqsınız.
-Bu Pedro kimdir? Onu niyə belə bəh-bəhlə axtarırsı-
nız? – dustaqlardan biri soruşdu.
-Çünki onun həyatı təhlükədədir.
-Təhlükədə? – Qustavo həyacanla soruşdu.
-Bəli, təhlükədə. Həyat yoldaşını öldürüblər, oğlu ağır
yaralıdır, qızı isə itkin düşüb. Əgər tezliklə, tapa bilməsək
onu da öldürə bilərlər.
-Düz danışdığını haradan bilək? – Bayaqkı dustaq
yenidən dilləndi.
-Əgər yalan danışırıqsa belə, yenə də susmağınız onu
təhlükə altına qoyur. Səlcuq söhbətə qoşuldu:
-İşlədiyinz meşə yırtıcı heyvanlarla doludur. Təkbaşına
bu qədər yırtıcı heyvandan qurtulub sağ qalmaq müşkül
məsələdir. Əgər tezliklə, onu tapa bilməsək ya aclıqdan
öləcək, ya da vəhşi heyvanlara yem olacaq.
221
-Mən Pedronun dostuyam. – Qustavo bir neçə addım
qabağa çıxdı. – Sizə onun haqqında nə lazımdırsa danışa-
ram.
Qustavo Pedro barədə Almeyda və Səlcuqa bütün mə-
lu matları verib, onun meşədə ola biləcəyi təqri Dostları ilə paylaş: |