Bakı. Azərbaycan
Asif yolun digər tərəfinə keçmək istəyəndə maşınların
gur olduğunu görüb fikrini dəyişdi. Bir az aralıda yerləşən
piyada keçidinə tərəf irəliləməyə başladı. Səkinin üstü ilə
o tərəf-bu tərəfə gedən adamların bəziləri əlil arabasın-
da asta-asta piyada keçidinə tərəf gedən 19–21 yaşlı, qa-
rabuğdayı, qıvrımsaç, yumrusifət oğlana yol versələr də,
bəziləri onun yanından saymazyana ötüb keçirdilər. Piya-
da keçidinə çatdıqda keçidin ayaqdan əlil insanlar üçün
nəzərdə tutulmuş hissəsinin – pandusun təmirə bağlandı-
ğını görb yaxınlıqdan keçən üç nəfər 18–22 yaşlı oğlanlar-
dan onu piyada keçidinə düşürtmələrini xahiş etdi. Oğlan-
lar onu piyada keçidinin kənarına gətirərək oradan aşağı
itələdilər və pilləkənlərdən yıxılan Asifə baxıb gülməyə
başladılar. Asif çapılan qaşından axan qana və qolunun
25
bərk əzilməsinə baxmayaraq, arabada oturmaq üçün qalx-
mağa çalışdı. Oğlanlar Asifin yanına gələrək onu ələ sal-
mağa başladılar:
-Çəkinmə brat, nə kömək lazım olsa bizə deyə bilərsən.
Həmişə sənin qulluğunda hazırıq.
-Əl çəkin məndən (Asif əsəbi-əsəbi dedi).
-Qalmışdın yuxarıda, aşağı düşə bilmirdin. Budur
çox sağ olun? Bilsəydik, belə edəcəksən heç sənə kömək
etməzdik.
-Gəlin onu qaytarıb qoyaq əvvəlki yerinə. (Oğlanlar-
dan biri dilləndi) Buna yaxşılıq yoxuymuş.
Oğlanlardan ikisi Asifin çırpınaraq – “Əl çəkin.
Məndən nə istəyirsiniz?” – deməsinə məhəl qoymayaraq,
qollarından tutub pilləkənlərlə yuxarı sürüməyə başladılar.
Digəri isə arabasını qaldırırdı. Bu vaxt piyada keçidindən
keçən yaşlı bir kişi bu mənzərəni görərək Asifin köməyinə
tələsdi. Oğlanlara çataraq onlara mane olmağa çalışdı:
-Siz nə edirsiniz? Buraxın onu. Ona niyə belə zülm
edirsiniz? Allahdan qorxun.
-Babacan, sən qarışma. (Arabanı aparan dedi). Qoy bu
naşükürün cəzasını verək.
-Əl çəkin dedim. Onunla işiniz olmasın. Nə istəyirsiniz
ondan?
Oğlanlardan biri qocanın onlara əl hərəkətləri ilə mane
olmaq istədiyini görüb Asifi buraxaraq qocanı sinəsindən
itələdi
-Eee, əl çək bizdən. Deyəsən, axı bizim kim olduğumu-
zu bilmirsən? Əgər çıxıb getməsən, onda bizdən incimə.
Yıxılmamaq üçün divardan tutan qoca dedi:
- Kim olursunuz olun, bu yazıq oğlandan əl çəkməsəniz
buradan heç yerə gedən deyiləm.
26
Oğlanlardan biri onları əyləncələrindən məhrum
etdiyinə görə, qocaya bərk əsəbləşdiyindən cibindən bıça-
ğı çıxardaraq kişinin gözünün qabağında oynatdı
-Sən bizim kim olduğumuzu öyrənməyənə qədər bu-
radan getmək istəmirsən, həə? Bir bunun özünə bax, bu
qoca yaşında üç cavan oğlana xod eliyir.
-Siz kimsiniz, həə? (Qoca əsəbi halda dilləndi). Bu
vəziyyətdə özünüzü nə sayırsınız? Qəhraman? Əlil bir in-
sanı ələ salmaqla öz gücünüzə baxıb qürrələnirsiniz. Sizcə
əsl igidlik budur? Yox, əsl igidlik köməyə ehtiyacı olan
insanlara təmənnasız yardım etməkdir. Əsl qəhrəmanlıq,
nümunəvi övlad olmaqla, öz valideynlərinə başıucalıq
gətir məkdir. Xəstələnmiş bir insana baş çəkərək onun üzü-
nü güldürməkdir. Əsl qəhrəman insanlar ibadətdə davam-
lı, yardım etməkdə səxavətli, pislikdə xəsis olanlar və ha-
lal gəlir qazanmaq üçün çalışan, böyüyə-kiçiyə hörmət
edənlərdir.
-Sən lap zəhləmi tökdün. (Əlində bıçaq tutan dedi) Bu
dəqiqə sənə elə hörmət göstərəcəyəm ki, ömrün boyu ya-
dından çıxmayacaq
- Ömrü var bunun? Uzağı 7–8 ilə Əzrayılla çipsi
yeyəcək. – Asifin başının üstündə dayanan dilləndi
-Yaxşı. Gəlin belə edək. – Onları yola gətirə bilməyəcə-
yini görən qoca dilləndi – Mən sizin hər birinizə 20 manat
verirəm, əvəzində siz də bizdən əl çəkirsiniz.
-Bu başqa məsələ. (Pul məsələsini eşidəndə gözləri
işıldayan əlibıçaqlı oğlan dilləndi). Bax, indi beynin yaşına
uyğun işləməyə başladı. Pulu ver, çıxaq gedək.
-Yox, belə olmaz. Siz əvvəlcə bu oğlanı arabasına qoya-
raq keçidin digər tərəfinə çıxardın, sonra mən pulu verim
və biz ayrılaq.
-Yaxşı. Ancaq bax haa, bizə kələk gəlmək istəsən ikini-
zi də öldürəcəyəm.
27
-Arxayın ol. Bu yaşımda yalan danışmayacağam ki.
Dediyim kimi, 60 manat qabaqsınız.
-Deyəsən, bunda 60 manat var. (Oğlanlardan biri
dedi). Gəlin hədə-qorxu gəlib əlindən alaq
-Niyə özümüzə problem yaradırıq ki? Öz xoşu ilə verir
dəə.
-Birdən vermədi?
-Verər, verər. (Yenidən bıçağı əlində oynatdı). Bilir ki,
verməsə hər ikisinin gözlərini oyaram.
Oğlanlar Asifi əlil kreslosuna qoyub keçidin digər
tərəfinə keçirdikdən sonra kişi əlini cibinə salıb vəsiqə çı-
xardaraq oğlanlara uzatdı.
-Bu nədir? Deyəsən, sən bizə pul verməliydin axı?
-Götürün baxın. Pul da olacaq.
Oğlanlar vəsiqəni alıb üstünü oxumağa başladılar “34-
cü polis bölməsinin şöbə rəisi Vüqar Ağayev”. Başlarını
qaldırıb qoca kişiyə baxanda, daha da təəccübləndilər. Vü-
qar əlindəki tapançanı düz onlara tuşlamışdı:
-Hə cavanlar, hansını seçirsiniz? Azadlıq, yoxsa zindan
Oğlanlar vəsiqəni ataraq, bir–birilərinə “qaçın, bu
bizi tutacaq, aradan çıxın” deyərək, qaçıb tini burularaq
gözdən itdilər. Vüqar vəsiqəni yerdən götürərək Asifin ya-
nına qayıtdı.
-Çox düşüncəsiz insanlar idi. Bu qədər öyüd–nəsihət
verdim, yenə də düzlüyü dərk etmədilər
Asif üzünə tökülən qanı dəsmalla silə-silə dedi:
-Mövlana yaxşı deyib: “Nə qədər mənalı danışırsan
danış, söylədiklərin qarşındakının anladığı qədərdir ”
-Bax, bunu yaxşı dedin. (Cibindən vizit kartı çıxarda-
raq Asifə uzatdı) – Al, götür, nə vaxt lazım olsam, zəng
vur. Adın nədir sənin? Hara gedirsən belə?
28
-Adım Asifdir. Xalamgili burada – yaxınlıqda qalır, on-
lara gedirdim. Mənə kömək etdiyinizə görə çox sağ olun.
Bu yaxşılığınızı ömrümün sonunadək unutmayacağam.
Köməyimə yetişməsəydiniz, bilmirəm axırım necə olacaq-
dı. Bu saatda bu keçiddən çox az adam istifadə edir.
-Əslində, mənim yolum buradan deyil. Həmişə bun-
dan qabaqdakı keçiddən keçirəm. Ancaq yolu fikirli–fikirli
getdiyimdəm onu ötüb bu keçidə girdim. Bilmirəm, bəlkə
də məni bura sənə kömək etməyim üçün tanrı göndərib.
Səni mənzil başına qədər ötürüm
-Çox sağ olun, müəllim. Yolum yaxındır, özüm gedə-
rəm. Ancaq sizə bir sual vermək istəyirəm
-Buyur.
-Siz o oğlanlara dediniz ki, hər birinizə 20 manat
verəcəyəm. Sonra da inandırdınız ki, yalan danışma-
yacağam. Axı, siz onlara pul vermədiniz
- Vaxt gələr, başa düşərsən. Hələlik.
Asif ona kömək edən sıravi geyimli, yaşlı polis rəisin-
dən ayrılaraq, yoluna davam etdi və ən çətin anlarında ona
arxa olduğuna görə tanrıya minnətdarlığını bildirdi.
Çako vilayəti. Argentina
Hündürboy, dolu bədənli, üzü günəşin təsirindən ca-
dar–cadar olmuş, əynində köhnə köynəklə şalvar, başında
isə şlyapa olan 48 yaşlı Pedro bu gün evə əlində sürücü
işlədiyi mebel fabrikindəki iş yoldaşından borc götürdü-
yü pula aldığı hədiyyə ilə gəldi. O, Argentinanın Çako
vilayətindəki Saenz Penya rayonunun kasıb gecəqondu
məhəlləsindəki köhnə ikiotaqlı evdə yaşayırdı. Maddi
durumlarına, oğlunun əngəlli olmasına, yaşadıqları yerə
29
və digər problemlərə baxmayaraq, həmişə mehriban və
xoşbəxt ailəsi ilə fəxr edirdi.
Ailə üzvləri dörd nəfərdən ibarət idi. Arvadı Mariya
ondan beş yaş kiçik, arıq, sarışın, hündürboy qadın idi və
tikiş fabrikində işləyirdi. Qızı Lusiya sarışın və bəstəboy
idi. Məktəbi qurtardıqdan sonra bir müddət saç ustası
işləsə də, iş yerinin bağlanmasından sonra anasının təkidi
ilə onun yanında dərziliyi öyrənirdi və bu gün onun 21
yaşı tamam olurdu. 13 yaşındakı oğlu Xose 8 yaşı olanda
avtomobil qəzası nəticəsində sol qolunu itirdiyindən xü-
susi məktəbdə təhsil alırdı, rəssamlıqla maraqlanırdı. Ən
böyük arzusu isə Çin səddini yaxından görmək idi.
Bu gün işdən icazə alıb evə tez getməyinin səbəbi te-
levizorda baxacağı Boka Xuniors-River Pleyt oyunu idi.
Qızıyla o Boka Xuniorsa, arvadıyla oğlu isə River Pleytə
azarkeşlik etdiklərindən, bu iki komandanın arasında
keçirilən oyunlar onların evində ikiqat maraqla izlənilirdi.
Ona görə də işdən çıxan kimi mağazadan qızı üçün ətir
alıb tez–tələsik evə gəldi. Onu qapıda qızı Lusia qarşıladı.
-Salam ata. Keç içəri.
-Salam qızım. Ad günün mübarək. Al, bu sənin üçün-
dür.
Lusiya sevincək hədiyyəni atasından aldı: -Çox sağ ol,
atacan
Pedro ayaqqabısını çıxardıb içəri keçərək, River Pleytin
emblemi olan papağı başına qoyub divanda oturd. Oyunu
gözləyən oğlundan soruşdu:
-Hələ başlamayıb?
-Salam ata. Vaxtında gəlmisən. Hələ 15 dəqiqə var.
-Bəs anan hanı?
-Mətbəxdə Lusi üçün kökə bişirir. Mən istəsəm heç
bişirməzdi.
30
-Ad günün olanda istəyərsən. Qızımla işin olmasın.
Lusiya əlində kökə dolu qabla anasıyla birlikdə içəri
girəndə Xose Yasəmən ətrinin iyini hiss edib soruşdu:
-Bu ətir iyi haradan gəlir?
-Məndən. Atam alıb.
-İşimiz var daa. Ərə də getmir ki, canımız qurtarsın.
Pedro Lusiyanı yanında oturdaraq, Xoseyə dedi:
Demədim Lusiynən işin olmasın?
-Bəsdirin görək. Oyun başladı. – Mariya dilləndi.
Lusiya atasına göz vurub Xoseyə dedi: Sənə baxmağı
məsləhət görməzdim. Onsuz da Boka 3:0 udacaq
-Deyəsən, qorxulu yuxu görürsən axı? – Xose söz altda
qalmadı
-Sən bu oyuna baxıb yatandan sonra hansı yuxunu
görəcəksən, bax onu təsəvvür edirəm.
Mariya acıqlandı: -Belə getsə, mən sizə əsl qorxunun
necə olduğunu hiss etdirəcəyəm.
1:0 Bokanın qələbəsi ilə qurtaran oyundan sonra ailə
Lusiyanın doğum gününü qeyd etmək üçün onun futbo-
la marağı olmadığıdan bir kənarda oturub, səbirsizliklə
oyunun qurtarmasını gözləyən Venera adlı rəfiqəsiylə
birgə stol başına toplaşdılar. Bir neçə dəqiqə sonra qapını
döymədən açıb içəri girən Pedronun dostu Qustavo ayaq-
qabılarını soyuna-soyuna ucadan dedi
-Bu nədir, mənsiz başlamısınız? Bəh-bəh, pastis in pa-
nadas, dana ətindən yemək, kökə, içkilər
-Qustavo əmi, sən haradan bildin ki, bu gün Lusinin
ad günüdür? (Xose təəccüblə soruşdu)
-Nə ad günü? O yeməyin iyinə gəlib. (Pedro Lusiyanın
qabına yemək qoya–qoya dilləndi).
-Nə olar ki, bir gün sən də mənim uşaqlarımın ad
günündə iy hiss elə dəə.
31
-Doğrudan ee, Qustavo əmi haradan bildin? (Atasının
çəkdiyi yeməkdən bir qaşıq yeyən Lusiya maraqla soruşdu)
-İki ay bundan qabaq şəhərə iş axtarmağa gedəndə, si-
zin doldurduğunuz məlumat vərəqələrini də özümlə apar-
mışdım axı. Bax, oradan yadımda qalıb.
Mariya gülümsünərək:
-Doğrudan da, bu heç yadımıza düşmürdü.
Yeməkdən sonra Pedro dedi:
-Mariya, çay gətir. Veneranın gətirdiyi tortun dadına
baxaq.
Mariya mətbəxə gedəndə Venera soruşdu:
-Pedro əmi, Mariya xalayla necə tanış olmusunuz?
Pedro özünü o günlərin xəyalına dalmış kimi göstə-
rərək dedi:
-Həə qızım, bu çox gözəl və hamıya örnək olacaq bir
məhəbbət macərasıdır. Mən onu ilk dəfə 25 yaşımda, Rosa-
rio şəhərində yaşayanda görmüşdüm. Onda onun 20 yaşı
vardı və bizim şəhərdə yaşayan xalasıgilə qonaq gəlmişdi.
Biz ilk dəfə supermarketdə qarşılaşdıq. Sonra dalınca düz
Buenos Ayresə qədər getdim. Əvvəlcə atası onların varlı,
mənim isə kasıb olduğumdan bizim evlənməyimizə icazə
vermirdi. Hətta bir gün Mariyanı görmək üçün səhərdən
ax şama kimi yağışın altında, binalarının qabağında dayan-
dım. Axşam da atası polisə zəng vurdu. Düz üç gün polis
nəzarətində qaldım. Həmin vaxtları Mariya gizlincə evdən
qaçıb polis idarəsinə məni görməyə gəlirdi. Çox qəddar in-
san idi atası. Bizi ayırmaq üçün nələr etmirdi ki. Hətta Ma-
riyanı monastra göndərmək istəyirdi. Amma görəndə ki,
bizim sevgimizin qarşısında heç dağlar da dayana bilməz,
razı oldu.
Mariya içində çay dolu sini ilə içəri girərək: -Bəsdir
Pedro, qızı niyə aldadırsan? Sən ona inanma, Venera. O
32
öz məhəbbətindən ötrü nəinki Buenos Ayresə, heç Resis-
tenziya rayonuna da getməz. Mən onun xalası qızıyam və
biz Rosario şəhərində eyni binada qalırdıq. Özü də mənim
atam 12 yaşım olanda ölüb.
Pedro gülümsünərək, çaydan bir qurtum içib yanıqlı–
yanıqlı dedi:
-Elə River Pleyt yaxşı oldu uduzdu!
Lusiya ətrafındakıların oxuduğu ad günü mahnısının
sədaları altında tortun üstündəki şamı söndürüb kəsməyə
başladı. Venera onu təbrik edib qucaqladı. Qustavo
köynəyinin cibindən qolbağı dəridən, rəqəmləri fosforlu
olan qadın qol saatını çıxardıb Lusiyaya verərək təbrik etdi.
Atası ilə anası da onu təbrik edəndən sonra Xose yaxınla-
şıb bacısının üzündən öpdü. Aldığı qızıl suyuna çəkilmiş
kəpənək formalı baş sancağını ona verərək dedi:
-Doğum günün mübarək Lusi.
Çay içdikdən sonra Lusiya Veneranı yola salıb otağına
gedərək çarpayısına bitişik kiçik yazı stolunun üstündəki
Ernesto Sabatonun “Tunel” romanını qaldığı yerdən oxu-
mağa başladı. Qustavonu yola salandan sonra, Xosenin də
həyətə çıxdığını görən Mariya divanda oturub televizora
baxan Pedronun yanına gəlib Lusiyanın eşitməsindən qor-
xurmuş kimi yavaşca dedi:
-Bu gün un almaq üçün mağazaya gedəndə eşitdim.
Deyirlər, uzağı iki–üç aya buraları söküb stadion tikəcəklər.
Burada yaşayan 30 ailə hara gedəcək, bilinmir. Heç kimin
gedəcək yeri yoxdur. Şəhər merinin nümayəndəsi iki gün
əvvəl burada imiş. Soruşublar ki, – Bəs biz haraya gedək? –
Cavab verib ki, – Bizə dəxli yoxdur. Onsuz da neçə illərdir
burada qeydiyyatsız yaşayırsınız, sizə heç nə demirik.
Deyiləndə ki, – heç olmasa, bizə yaşamaq üçün bir yer ve-
rin. Deyib ki, – onda elə hamı evini satıb, pulunu banka qo-
33
yub gecəqonduda yaşayar ki, dövlət onlara ev versin. Öz
başınıza çarə qılın. 30 ailədən ötrü bu qədər ərazini məşğul
edə bilmərik.
Pedro dərindən köks ötürdü: - O da haqlıdır.
Mariya əlindəki dəsmalla gözünün yaşını silə-silə dedi:
-Axı biz Rosariodakı evimizi satanda pulu banka qoy-
madıq? O pulların çox hissəsi Xosemin həyatda qalmasına
sərf olundu. Əgər o vaxt evi satıb buraya köçməsəydik, indi
nəinki oğlumun bir qolu, heç özü də həyatda olmayacaqdı.
Pedro Mariyanın əlindən tutub dedi:
-Bilirəm, əzizim, bilirəm. O vaxta qədər çalışaram bir
şey fikirləşim. Amma bir şeyi yadında saxla. Heç vaxt sizi
çöldə qoymayacam. Hər nə olursa, olsun. İndiyə qədər bü-
tün problemlərin öhdəsindən birlikdə gəlmişik. Bunun da
öhdəsindən gələrik.
Mariya başını onun çiyninə qoyub astadan dedi: Mü-
qəd dəs Məryəm bizə kömək olsun. Amin!
Moskva. Rusiya
Əynində cins şalvar və qara gödəkcə olan bu orta-
boylu, qısa saqqallı, əlinin üzərində lövbər döyməsi olan,
zəhmli baxışı və amiranə səsinə baxmayaraq, zarafatı çox
sevən 38 yaşlı Con Moskvanın Saykina küçəsində yaşayış
yerindən uzaqda saxladığı köhnə Moskviçdən düşüb, ki-
çik “Cирота ивы” kafesinə girəndə öz–özünə mızıldandı:
-Oktyabr ayında belə soyuq olar? Rusiyanın soyuğun-
dan zəhləm gedir.
Onu qapıda qarşılayan kafe sahibi Dmitri cavab ver di:
-Oktyabr ayı Ərəbistan səhrasındakı 40 dərəcə isti
necə, xoşuna gəlir?
34
Con gülümsünərək soruşdu:
-Sən də ispan dilini bilirsən?
-Kim bilmir ki?
Con içəri girib mətbəxə keçərək, ortada qoyulmuş
dəmir stolun qarşısında dayandı. Onun arxasınca gələn
Dmitri qaz sobasına yaxınlaşıb ikinci gözünü yandırdı.
Dmitri qazı yandırmaq üçün istifadə olunan vinti buran
kimi Conun qarşısındakı stolun böyrü qalxmağa başla-
dı. Stol birləşirilmiş qapı açıldıqda, Con nərdivanla aşağı
düşdü və yarımqaranlıq dəhlizlə bir az getdikdən sonra
üzərində söyüd yarpağı şəkli olan digər qapıdan içəri gir-
di. Otaqda üstündə araq və sala qoyulmuş stolun ətrafında
dörd nəfər oturmuşdu. Bunlar “Poler” quldur dəstəsinin
müxtəlif ölkələrdən olan dəstə başçıları idi. Con keçib on-
larla bir stol arxasında əyləşdi.
İspaniyalı “Lobo” ləqəbli Karlos balacaboy, kök, başı-
nın yalnız kənarlarında seyrək tük olan, 45 yaşlarında lo-
pabığ, yekəağız bir adam idi və xırıltılı səsi vardı. Meksi-
kalı Markez arıq, ucaboy, gözləri eynəkli, üzündə uşaqlıq
illərindən qalan çapıq olan uzun və əyri burunlu qəddar
bir adam idi və onun da 45 yaşı vardı. Əla bıçaq atmaq
qabiliyyətiylə ad çıxartmış argentinalı Xavyer 60 yaşında
saçları ağarmış, sol qolunda tutuquşu döyməsi olan, şirniy-
yatı çox sevən, enlialın və qalın ağ qaşlı bir adam idi. Hün-
dürboylu, uşaqlıqdan idmanla məşğul olan, şuxqamətli fi-
ziki görkəmə sahib, uzun, sarı saçlarını arxadan yığmış 30
yaşlı rusiyalı Sergey qrupa ispan dilini bildiyi üçün qəbul
edilmişdi. Lakin heç bir il keçməmiş gənc olmasına və qru-
pa yeni qoşulmasına baxmayaraq, gördüyü işlərlə qrup
daxilində böyük hörmət qazanmış və bandanın Rusiyada
dəstəsinin başçısı seçilmişdi.
35
Con da bura yığışan digər insanlar kimi “Poler” qru-
punun üzvü idi. Bu qrupun müxtəlif ölkələrdə olan dəstə
başçıları hər ay Moskvadakı bu “Cирота ивы” kafesində
yığışar, bir ay ərzində yığılan pulları Cona verərək, ondan
“Poler” ləqəbli başçının tapşırıqlarını alardılar. Qrupun
əsas işi isə əlil uşaqları diləndirmək və alıcı çıxdıqca onların
daxili orqanlarını sataraq, cəsədlərini yox etmək idi. Bura-
ya yığışan dörd nəfərin heç biri indiyə qədər qrupun baş-
çısını görməmişdilər. Bildikləri yalnız onun azərbaycanlı
olması idi. Polerlə qrup üzvləri arasındakı tək vasitə avs-
traliyalı Con idi. Qrup üzvləri hansı ölkədə, kimə, hansı
orqanı və neçəyə verəcəklərini Condan öyrənirdilər. Başçı-
lar diplomatdakı pulları Cona verdikdən sonra Con dedi:
-Gələn ay indikindən 30 faiz az pul gətirərsiniz. Qalan
hissəni isə dəstəyə yeni üzvlərin toplanmasına sərf edin və
həmin insanlar vasitəsiylə hər dilənən uşağa bir nəzarətçi
qoyun. Keçən ay tək meksikada polisə üç şikayət olub.
Yaxşı ki, vaxtında tədbir görə bilmişik. Növbəti ay üçün 12
böyrək və 3 ürək lazımdır.
Üzünü İspaniyadan olan dəstə başçısına çevirib: -
Lobo. Bu orqanlar yaxın bir həftə ərzində burada olsun.
-Baş üstə, Con!
-Bir də Poler dedi ki, oğurlanan uşaqlar başqa ölkəyə
göndərilsin. Argentinadan İspaniyaya və əksinə, Meksika-
dan Rusiyaya və əksinə. – Ətrafında oturan insanları bir
qədər süzüb soruşdu. – Nə isə bir probleminiz və ya hansı-
sa istəyiniz yoxdur ki?
Markez stəkanına araq süzə-süzə soruşdu:
-Con, nə əcəb maşınını dəyişmirsən? – Gülümsəyərək.
– Əgər pulun yoxdursa, mən sənə maşın hədiyyə edə
bilərəm.
-Nəyimə lazımdır, onsuzda ayda bircə dəfə lazım olur.
36
Xavyer əlindəki alışqanı oynada–oynada soruşdu:
-Bizdə 7–8 uşaq sarılığa tutulublar. Nə tədbir görməmi
istəyirsən?
-Dərhal məhv edin. – Üzünü bayaqdan sakitcə oturub
onlara qulaq asan Sergeyə çevirib dedi: -Bu kafenin sahibi
yaman deyingəndir.
Con bunu deyib ayağa qalxdı. Çantaları da götürüb
gəldiyi yolla geri qayıtdı. Qrup üzvləri pilləkənlə mətbəxə
çıxanda Sergey Dmitriyə yaxınlaşaraq, ağzını açıb di-
lini çölə çıxartmasını istədi. Dmitri heç nə anlamadan
qorxmuş halda onun dediyini etdi. Sergey cəld bir əliylə
onun dilindən, digər əliylə isə üzündən tutaraq, qüvəttli
barmaqları ilə onun dilini qopartdı. Dmitri ağrıdan qış-
qıraraq, əli ilə ağzını tutub diz üstə oturdu. Sergey onun
sinəsinə təpiklə vuranda Dmitrinin başı şkafın küncünə
dəydiyindən huşunu itirdi. Sergey divardan asılmış lampa-
nı götürüb şüşəsini çıxartdı. İçindəki nefti yerdə hərəkətsiz
uzanaraq ağzından qan tökülən Dmitrinin üstünə tökməyə
başlayanda Dmitrinin qızı Anna əlində atasına gətirdiyi
içi dərman dolu paketlə içəri girdi. Gördüyü mənzərənin
dəhşətindən donub qalan Anna bir neçə saniyədən sonra
özünə gəlib atasının yanına qaçmaq istəyəndə Karlos əlinə
götürdüyü çömçəylə arxadan onun başına vurdu. Markez
tapançanı çıxardıb atəş açmaq istədikdə, Karlos: -Mənə
lazımdır. - deyib qoymadı. Sergey yanan alışqanı özünə
gəlməyə başlayan Dmitrinin üzünə atandan sonra Kar-
los Annanın huşsuz bədənini çiyninə götürüb üç nəfərlə
birgə kafedən çıxdı. Dmitri isə mətbəxdə yanğının verdiyi
dəhşətli ağrının təsirindən var gücüylə çığıra–çığıra, əl–qol
ataraq özünü ora–bura vururdu.
37
Argentina
Xavyer yaşadığı Misones əyalətindəki Posadas şəhərinə
qayıdanda bəd xəbərlə qarşılaşdı. İş yerinə gələndə
köməkçilərindən biri qaçaq yolla əldə edilən və Xavyerə
məxsus barlarda satılan içkilərin polislər tərəfindən aşkar
edildiyini dedi.
-Bu necə baş verib? – Xavyer əsəbindən pörtmüş halda
soruşdu.
-Bizi polislərə barlardan birində ofisant işləyən Os-
kar adlı bir nəfər satıb. İşdən qovulduğuna görə qisas al-
maq istəyib. İndi polislər onun qapısında keşik çəkirlər.
İdarədəki adamımızın verdiyi xəbərə görə sabah onun
ifadələri əsasında cinayət işi açacaqlar.
-Mallar harada ələ keçirilib?
-Yolda. Dörd yük maşını içki ələ keçirdiblər.
-Onu bu gecə yanıma gətirin.
-Polisləri nə edək? Onları öldürsək, problemimiz ya-
ranacaq.
-Oğlan harada qalır? Şəhər yerində, yoxsa həyət evin də?
-Arvadı və üç aylıq qızı ilə bərabər bağ evində qalırlar.
Xavyer köməkçisinə nə edəcəklərini başa saldıqdan
sonra böyrək almaq üçün ona müraciət edən kanadalı
biznesmenlə görüşə getdi.
Gecə saat 3-ün yarısı qapının yanında keşik çəkən
polislərdən biri digərinə dedi:
-Hələ yarım saatımız var. Soyuqdan dondum.
-Mən də üşüyürəm. Gəl körpüdə keşik çəkən həm-
karlara zəng vuraq, görək orada vəziyyət necədir.
Zəng vurmaq üçün telefonu cibindən çıxartmaq
istədikdə, atəş açıldı və atılan güllə darvazada kiçik deşik
əmələ gətirdi. Polislər cəld daldalanaraq, silahlarını çıxar-
38
dıb atəş açmağa başladılar. Bir neçə dəqiqədən sonra polis
maşınının xüsusi səs siqnalı eşidildi və yaxınlaşan maşı-
nından iki nəfər polis düşərək yoldaşlarına kömək etməyə
başladılar. Onlardan biri cibindən içi dolu dörd tapança
darağı çıxardaraq, güllələri qurtarmaq üzrə olan polislərə
verib döyüşü davam etdirdi. 10 dəqiqəyə yaxın çəkən atış-
madan sonra naməlum şəxslər atəşi dayandırıb hadisə
yerindən uzaqlaşdılar. Polislər daldalandıqları yerdən çı-
xıb köməyə gələnlərə təşəkkür etdilər.
-Çox sağ olun. Lap vaxtında gəldiniz.
-Burada atışma olduğunu haradan bildiniz? – Bir
qədər yaşlı olanı soruşdu.
-Bizi bura mayor Qabriel göndərib. Sizi əvəz etmək
üçün. - Gəlmə polislərdən biri dilləndi.
-Tez gəlmisiniz.
-İstəyirsən gedək, bir azdan gələrik. – deyə köməyə
gələn polislərdən biri zarafatla cavab verdi.
Polislər maşına minib gedən kimi gələn adamlardan
biri “Gəlin!” əmrini verdi və bayaqdan polislərə güllə atan
dörd nəfər gizləndikləri yerdən çıxıb darvazanın yanına
gəldilər.
-Afərin sizə uşaqlar! Əla işlədiniz. – Ucaboy olanı
dilləndi. – Qoy o axmaqlar elə fikirləşsinlər ki, bu döyüşdən
öz fərasətlərinə görə sağ çıxa biliblər. Burada çox ləngimək
olmaz. Oskarı və ailəsini götürün getdik.
-Telefon xətlərini kəsmək, mobil telefon siqnallarını isə
blok eləmək əla fikir idi. – Adamlardan biri hasara dırmaşa
- dırmaşa dilləndi.
Polis məntəqəsinə gedən polislərdən biri maşını sürə -
sürə qürrələnməyə başladı:
-Afərin bizə. Belə bir vəziyyətdən ki, sağ çıxdıq, bizə
heç bir cinayətkar bata bilməz.
39
-Yox. Burada nəsə düz deyil.
-Nə düz deyil? Bir neçə başdanxarab şahidi öldürmək
istəyirdi, amma bilmirdilər ki, orada biz varıq. Sərt üzü-
müzü görən kimi qorxub qaçdılar.
-Yenə də ürəyim rahat deyil. Qabrielə zəng vururam.
Telefonu götürüb Qabrielə zəng vuraraq, bir az danış-
dıqdan sonra “lənət şeytana. Onlar polis deyillərmiş. Cəld
geri dön” deyə bağırdı. Polislər yerlərinə çatanda orada
heç kimi görmədilər, darvaza içə açıq idi.
Səhəri gün Oskarı və ailəsini Xavyerin yanına gətirdilər.
O, maşa ilə həyətdə qoyulmuş manqalın közünü qarışdı-
rırdı. Yaxınlıqdakı qəfəsdə olan beş it isə dünəndən ac sax-
lanıldığından qəfəsin yanında qoyulmuş iri ət parçasının
iyindən qəfəsin dəmirlərini çeynəyirdilər. Oskar Xavyeri
görən kimi qaçaraq gəlib onun qarşısında diz çökdü və
yalvarmağa başladı:
-Bağışlayın məni, şef! Yalvarıram, bağışlayın. Bilirəm,
səhv iş tutmuşam. Ömrüm boyu sizə xidmət edib borcumu
ödəməyə hazıram.
Xavyer közü qarışdıra-qarışdıra dedi:
-Əgər sən içki şüşəsini əlindən salıb sındırsaydın, yaxud
içkiləri gətirən maşınlardan birinin sürücüsü olaraq, qəza
törədib mənə ziyan vursaydın, sənin dediyini edərdim. An-
caq özün də yaxşı bilirsən ki, xəyanəti bağışlamaq olmaz.
Oskar onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya dedi:
-Ailəmin burada heç bir günahı yoxdur, şef. Yalvarı-
ram, buraxın onları getsinlər. Nə edəcəksinizsə, mənə edin.
Xavyer köməkçisinə Oskarı ondan uzaqlaşdırma-
ğı və uşağı ona gətirməyi əmr edib, maşayla manqaldakı
közlərin yarısını manqalın bir kənarına yığmağa başladı.
Sonra Oskarın və arvadının ağlamaqlarına və yalvarışla-
rına məhəl qoymayaraq yatmış uşağı köməkçisindən alıb
40
büründüyü adyalı açaraq, paltarlı-paltarlı manqalın içinə
qoydu. Heç nədən xəbəri olmayan yatmış körpə istini hiss
edən kimi oyanaraq çığırmağa başladı. Xavyer isə: Qoy bu
gün itlərim şənlik etsin. – deyib maşayla kənardakı közləri
götürüb isti manqalın içində çabalayan uşağın üstünə yığ-
mağa başladı. İsti közlərin arasında qışqıran uşağın səsi
ətrafa yanmış ət qoxusu yayıldığı vaxt birdən kəsildi. Os-
kar adamların əlindən çıxmaq üçün əl–qol atanda başının
arxasından aldığı zərbə nəticəsində yerə yıxıldı. Arvadı isə
onu tutub saxlayan adamların əlindən çıxmaq üçün var
qüvvəsiylə mübarizə aparırdı. Nəhayət, onların əlindən
çıxaraq manqala tərəf qaçdı. Lakin 4–5 addımdan sonra
adamlar onu yenidən tutub saxladılar. Kənardan Oskarın
arvadının hərəkətlərinə tamaşa edən Xavyer: – İtlər qızar-
mış ət yeyəndən sonra çiy əti bəyənmirlər. Bunu itlərin
qabağına atın. – deyib stulda əyləşdi. Özünə gələrək ar-
vadının qəfəsə tərəf aparıldığını görən Oskar qəflətən qış-
qıra-qışqıra yerindən sıçrayaraq, yerdən götürdüyü taxta
parçasıyla ona nəzarət edən adamları vurub arvadına tərəf
qaçdı. Onlara çatıb əlindəki taxtayla Xavyerin adamlarını
vurmaq istəyəndə, arxadan Xavyerin atdığı bıçaq başının
arxa tərəfinə saplandı. Bıçağın ucu isə gözündən çıxdı.
Oskarın arvadı ərinin qəflətən susaraq dayanmasından
təəccüblənsə də, sonradan üzü üstə onun ayaqlarının al-
tına yıxılan Oskarın başındakı bıçağı görüb “Sizi lənətə
gələsiniz!” deyə qışqıraraq hönkürməyə başladı. Adamlar
onu nərdivanla qəfəsin üstünə çıxarıb açıq yerdən içəri tul-
ladılar.
Kürəyi üstə yerə düşən qadın qalxmaq istədikdə itlər-
dən biri acgözlüklə iri dişlərini onun buduna batırdı. Küt
ağrıdan xilas olmaq üçün iti özündən uzaqlaşdırmaq
istədikdə isə eyni ağrını çiynində və qarnında da hiss etdi.
41
Xavyerin itləri isti insan qanının dadından daha da quduz-
laşmışdılar. Qadın ətini didən itlərdən xilas olmaq üçün
qışqıra-qışqıra, əl-qol ataraq çırpınmağa başladı. İtlər isə
sanki bəhsə girmişdilər. Bir az sonra Xavyer qadının da öl-
düyünü görüb köməkçisinə tərəf çevrilərək, - Həyətdə bir
az səliqə yarat. - deyib evə tərəf getdi.
Dostları ilə paylaş: |