Çako vilayəti. Argentina
Pedro içəri girəndə Xose divanda oturub şəkil çəkirdi.
Ona mane olmaq istəməsə də, fikrini dəyişərək gəlib ya-
nında oturdu:
-Nə çəkirsən orada?
-Çin səddi.
-Baxmaq olar?
Xose hələ tamamlamadığı rəsmi atasına uzadıb dedi:
-Al bax. Onsuz da çəkdiklərimi sizdən başqa heç kimə
göstərə bilməyəcəyəm.
Pedro şəkilə baxa-baxa dedi:
-Sənə bir şad xəbərim var.
-Çoxdandır şad xəbər eşitmirəm. De gəlsin.
-Azərbaycanda əngəlli insanlar üçün xüsusi mərkəz
açılıb. Bu gün iş yerində eşitdim ki, iki ay bundan qabaq
həmin mərkəzin Argentinada da filialı yaradılıb. Mən
həmin yerlə əlaqə saxlayıb sənin haqqında danışdım. Mənə
dedilər ki, üç aydan sonra Azərbaycanda əlil rəssamların
əl işlərindən ibarət sərgi açılacaq, oğlunuz orada iştirak
edə bilər.
Xose sevinclə soruşdu:
-Doğru deyirsən?
-Əlbəttə. Hazırlaş bazar ertəsi çəkdiyin bir neçə rəsmlə
birgə Buenos Ayresə gedəcəyik. Qoy görsünlər mənim oğ-
lum necə fərasətlidir.
-Çox sağ ol atacan. Sən dünyanın ən qayğıkeş atasısan.
-Amma əvəzində mənim də səndən iki istəyim var.
-Nə desən mən hazır.
-Birincisi, dərslərini kənara qoymamalısan. İkincisi isə
bacarsan Veneranın da şəklini çək, qoy Lusiyə hədiyyə ol-
sun.
85
-Mən artıq başlamışam. – üzünü mətbəxə çevirib so-
ruşdu: -Ana, bu gün neçənci gündür?
-Şənbədir.
-Bəs ayın neçəsidir?
-Əl çək Xose. Mən sənin üçün təqvim deyiləm. Pedro,
Lusi niyə səninlə gəlmədi? Bütün günü o katibə qızın ya-
nında olur. Bilmirəm danışmağa bu qədər sözü haradan
tapırlar.
-Hə, yaman dostlaşıblar. Viktoriya Lusiyə kompüterdə
işləməyi öyrədir. Bayaq yanlarından keçəndə eşidirəm ki,
hansısa proqramın sadabından danışırdılar.
Xose gülümsünüb düzəliş etdi:
-Sadab yoxe, ata, setap.
-Hər nə isə, qoy öyrənsin. Bunun Lusiyə ancaq xeyri
dəyə bilər.
Bazar ertəsi Pedro yuxudan duranda Xosenin artıq ha-
zır olduğunu gördü:
-Sən bütün gecəni yatmamısan?
-Niyə ki, yatmışam. Sadəcə bəziləri kimi tənbəl deyi-
ləm.
Mariya corablarını geyinə-geyinə dedi:
-Pedro görəsən həmin mərkəzdə insanlara ədəb dərsi
keçirlər?
Səs-küyə oyanan Lusiya atasının tərəfini tutdu:
-Qoçağa bir bax. Sən də dünən atam kimi bütün günü
işləsəydin, bu gün günortaya qədər yatardın.
Xose stulda oturaraq, yalannan dodaqlarını büzdü:
-Nə olube, hamınız düşmüsünüz üstümə. Hələ buna
bir bax, ərə də getmir ki, canımız qurtara. Haker olub mə-
nim üçün.
Pedro yerindən durub köynəyini geyinə-geyinə dedi:
-Bəsdir Xose. Deməmişəm Lusiynən işin olmasın?
86
Atasının onun tərəfini tutduğunu görüb qürurlanan
Lusiya:
-Çox sağ ol ata. Bunun cavabını verməsən, çiynimizdə
oturar.
Mariya kiçk elektrik sobasını yandırıb dedi:
-Sən də az danış Lusi. Ondansa dur yerləri yığ. Mən də
səhər yeməyi hazırlayım.
Pedro şlyapasını başına qoyub dedi:
-Biz tələsirik. Yoldan bir şey alıb yeyərik.
Pedro bunu deyib ayaqqabılarını geyinərək qapıdan
çıxdı. Xose də içində rəsmlər olan çantanı götürüb onun da-
lınca çıxanda Lusiya yenidən uzanıb yorğanı başına çəkdi.
Mərkəzdə Xoseylə hərtərəfli maraqlandılar. Onu üç
aydan sonra keçiriləcək rəsm sərgisinin iştirakçıları siya-
hısına saldılar. Yaşadığı rayonda fəaliyyət göstərən rəsm
dərnəyində pulsuz təhsil alması üçün ona xüsusi kupon
verdilər. Mərkəzin tibb şöbəsində kəsilmiş qolunun yerinə
süni qol düzəltmək üçün ölçü götürdülər və yaxın vaxt-
larda gəlib yaşadığı şəraitlə yaxından tanış olacaqlarına
söz verdilər. Geri qayıdanda Xose böyük sevinclə ona
deyilənləri anasına və Lusiyaya danışdı. O gün axşam
son iki ayda ilk dəfə olaraq, hər birinin üzü gülürdü. Şam
yeməyindən sonra televiziya qarşısına yığılıb sevimli se-
riallarına baxmağa başladılar. Serial qurtarar–qurtarmaz
sexin darvazasının zəngi çalındı. Pedro qapını döyənin
kim olduğunu öyrənmək üçün çölə çıxdıqdan bir neçə
dəqiqə sonra Qustavo ilə birgə geri qayıtdı. Xose onları
görən kimi durub Qustavoya yer verərək, özü çarpayının
üstündə, anasının yanında oturdu. Qustavo içəridəkilərlə
görüşdükdən sonra Lusiya soruşdu:
-Qustavo əmi nə içirsən?
-Kofe olsa əla olar.
87
Lusiya: -Baş üstə - deyib, sobaya tərəf gedəndə Qusta-
vo soruşdu:
-Hə Pedro, de görüm Xoseynən bağlı nə dedilər?
-Yaxşı ki, getdik. Bizi yaxşı qarşıladılar. Xoseni bu ya-
xınlarda keçiriləcək rəsm sərgisində iştirak etməyə dəvət
etdilər. Həm də söz verdilər ki, ona tezliklə protez qol
düzəldəcəklər. Nə bilim, dediklərini etsələr Xose üçün
yaxşı olar.
-Əlbəttə ki, yaxşı olacaq. Sən ürəyini sıxma. (Lusiya-
nın gətirdiyi kofeni ondan alıb qarşısına qoyaraq sözünə
davam etdi). Bunlar yaxşı xəbərlərdir, amma bir xəbər də
mən gətirmişəm. Bilmirəm, razı olacaqsan, ya yox.
Pedro kofedən bir qurtum içib soruşdu:
-O nə xəbərdir elə?
-Mənə bir iş təklif ediblər. İstəyirəm sən də mənimlə
gedəsən.
-O nə işdir elə? - Pedro səbirsizliklə soruşdu.
-Tələsmə, indi hamısını danışacağam. Qonşu qəsəbədə
böyük bir şirkət açılıb, taxta emalı ilə məşğul olurlar.
Müxtəlif ölkələrdən ağac gətizdirib burada emal edirlər.
Məni iki gün bundan qabaq işə götürüblər. Türk dilini bil-
diyim üçün dedilər ki, özünə işçi heyəti yığ, get Türkiyəyə.
Bir–iki aya gedirəm. Yaxşı da maaş verəcəklər. Məndə
fikirləşdim ki, mənimlə gedərsən Tükiyəyə, ailə üzvlərin
də qalıb burada gözətçilik edərlər.
-Bəs maaşı nə qədərdir? -Mariya soruşdu.
-Gündə üç dəfə yemək, isti paltar, qalmağa yer və hər
ay 5.000 ABŞ dolları maaş. Məncə, Pedro orada işləməyə ra-
zılıq versə, bir–iki ilə özünüzə ev ala bilərsiniz. Ancaq bir
məsələ var ki, evə yalnız ildə iki dəfə gələ bilərsən. Hər beş
aydan bir, bir aylıq icazə verirlər. Dağların əhatəsində oldu-
ğundan telefon işləmir. Yalnız məktublaşmaq mümkündür.
88
-Bəs türk dilini harada öyrənmisən? – Xose maraqla
soruşdu.
-Beş–altı il bundan qabaq Türk səfirliyində sürücü
işləyəndə.
-Bəs buranın sahibinə nə deyəcəyik? – Lusiya soruşdu.
-O barədə narahat olmayın. Sexin sahibi mənim köhnə
dostlarımdandır. Mən onunla danışaram.
Pedro alnını ovxalayıb dedi:
-Açığı nə deyəcəyimi bilmirəm.
Qustavo ayağa qalxaraq dedi:
-Mənim işim var, getməliyəm. Siz də oturun, yaxşı-
yaxşı fikirləşin.
Pedro Qustavonu yola salıb, geri qayıdanda evdəkilər
artıq müzakirəyə başlamışdılar. Gecə saat ikiyə qədər bu
haqda söhbət etdikdən sonra Pedro getməyi qərara aldı və
bu günkü uğurlu günə görə Tanrıya minnətdarlıq edib yat-
dılar.
Moskva. Rusiya
Otaqda oturub vodka içə-içə Conu gözləyən Karlos
ayağa qalxanda Markez soruşdu:
-Gözləməyə səbrin çatmadı?
-Yox. Ayaqyoluna dəyib qayıdıram.
Sergey gülümsəyərək soruşdu:
-Deyəsən, yaş öz işini görür axı?
-Öz işini yaş yox, bayaq içdiyim üç bakal pivə görür.
Karlos gülüşlər altında otağı tərk edəndə Sergey so-
ruşdu:
-Niyə bunun ləqəbi Lobodur?
Markez çənəsini qaşıyaraq dedi:
89
- Valideynlərini canavarlar yeyib, ona görə. Uşaq vaxtı
valideynləri bunu da götürüb, meşəyə istirahətə gediblər.
Axşamüstü meşəyə çatanda hava soyuq olub. Ata-anası
bunu maşında qoyub, özləri düşüblər yerə ki, çadır qur-
sunlar. Elə bu vaxt haradansa canavarlar peyda olub.
Karlos içəri qayıdanda, Con artıq gəlmişdi və hal-əhval
tuturdu. Keçib öz yerində əyləşəndən sonra Con sözə baş-
ladı:
-Madam ki, hamınız buradasınız, yubanmadan bu
möhtəşəm xəbəri sizə çatdıra bilərəm. Sabahdan işimiz iki-
qat artır. Bildiyiniz kimi, Azərbaycanda əlillər üçün xüsusi
mərkəz açılıb və bu mərkəzin bizim əhatə dairəmizdə olan
ölkələrdə filialları var. Mərkəzdə bu ölkələrin bütün əlilləri
haqqında ətraflı məlumat var və bu mərkəzlərə müraciət
edənlər günbəgün artır. Bu gündən biz daha hansısa əlili
ələ keçirtmək üçün əziyyət çəkməyəcəyik. Onlar özləri bi-
zim yanımıza gələcəklər. Poler bütün məlumatları Karlo-
sun kompüterinə ötürəcək, Karlos isə sizlərə. Siz də hansını
məsləhət bilsəniz, onu götürəcəksiniz. Çalışın əyalətlərdə
yaşayan kimsəsiz və kasıb uşaqları oğurlayasınız ki, onları
itirib-axtaran olmasın. Yəni başımız çox ağrımasın. İndi isə
gəldik əsas məsələyə. Əlil çoxdursa, deməli, cəsəd də çox
olacaq. Deyin görüm, siz cəsədləri necə yox edirsiniz?
Sergey stəkana yenicə süzdüyü vodkadan bir qurtum
içib dedi:
-Mən cəsədin üstünə xüsusi dondurucu maddə püs-
kür dürəm, sonra onu qarla qarışdırıb Sibirə göndəri rəm.
Lap it də iyləsə, heç nə tapa bilməz.
Xavyer əlindəki siqardan bir qullab alıb dedi:
-Qəfəsdə üç iri ayım var. Cəsədi iri ətçəkən maşından
keçirib ayı yemiylə qataraq, onlara yedizdirirəm. Nəcislərini
isə aparıb vəhşi ayıların çox olduğu meşəyə atırlar.
90
Markez eynəyini silə-silə cavab verdi:
-Mənim dəfn bürolarında olduğu kimi xüsusi sobam
var. Cəsədləri 1600 selsi istiliyi olan odda kül etdikdən
sonra, vertalyotla dağlara səpirlər.
Con üzünü Karlosa çevirdi:
-Hə Lobo, bəs sən?
Karlos əlindəki alışqanı oynada-oynada dedi:
- Xüsusi düzəldilmiş iri hovuzum var. İçinə də ki,
ağzına qədər kislota doldurmuşam. Cəsədi içinə atıram,
vəssalam.
Con alnını ovuşdurub dedi:
-Bunlar hamısı ağlabatandır. Amma Poler istəyir ki, siz
cəsədləri onun istədiyi üsulla yox edəsiniz.
Dördü də maraqla soruşdular:
-Bu hansı üsuldur elə?
Con üsulu onlara izah etdikdən sonra dedi:
-Dünən televizorda verirdilər. Bu yaxınlarda Hin-
distanda bir qrup alim, daha dəqiqi üç alim insanda ola
biləcək fiziki qüsurları uşaq hələ ana bətnində olarkən aş-
kar edərək, aradan qaldıra bilən cihaz və dərmanlar kəşf
etdiklərini deyiblər. Televiziya proqramlarının birindən
səhiyyə nazirinə səsləniblər ki, “bizim kəşfimizlə maraq-
lanın”.
-Gələcəkdə nə edəcəyik? Ümidimizi qəzalara bağlaya-
cağıq? - Lobo soruşdu.
Con üzünü Sergeyə tutub soruşdu:
-Kəşmirdə olmusan?
-Yox, olmamışam.
-Məsləhət görürəm, gedib görəsən. Gəzib-görməli
yerləri çoxdur.
Con bunu deyərək bir parça sala götürüb yeyə-yeyə
kafeni tərk etdi.
91
Hindistan
Dehlinin qərbində kənar yolla irəliləyən mikroavtobu-
sun sürücüsü yolda qurulmuş polis nəzarət məntəqəsini
görüb təəccüblənərək, yanında oturana dedi:
-Bu polislər haradan çıxdı belə? On ilə yaxındır ki, bu
yolla gedib gəlirəm, hələ indiyə qədər bir dənə də olsun
polisə rast gəlməmişəm.
-Nə bilim qardaş, yəqin nə isə olub. Bizi saxlasalar so-
ruşarıq.
Avtobus yaxınlaşdıqda, polislərdən biri dayanmaq
işarəsi verdi. Sürücü sükanı sağa burub, yolun kənarında
saxlayaraq onlara yaxınlaşan polis işçisindən soruşdu:
-Buyurun müfəttiş. Sizə nə lazımdır? Bizi niyə saxla-
mısınız?
-Mən müfəttiş Samarsinkəm. Bizdə olan məlumata
görə quldur başçısı və qatı cinayətkar olan Rac bu ərazidə
gizlənib və silah keçirtmək istəyir. Ona görə də buradan
keçən hər bir maşını diqqətlə yoxlamalıyıq. Maşında nə
aparırsınız?
-Maşında üç nəfər adam var cənab. Onlar alimdirlər.
Mən hər gün onları evlərindən götürüb universitetin la-
boratoriyasına aparıram. Başqa heç nə yoxdur, cənab
müfəttiş, buyurub baxa bilərsiniz.
Maşına girən polis oradakı alimləri görüb əllərinin içi-
ni bir-birinə yapışdıraraq başı bərabərində qaldırıb dedi:
-Salam cənablar. Bağışlayın ki, sizi narahat edirəm,
amma bizə tapşırıblar ki, bu ərazidən keçən bütün maşın-
ları yoxlayaq.
-Narahat olma oğlum, sən vəzifəni yerinə yetirirsən. –
Alimlərdən biri dilləndi.
Maşının içində o tərəf-bu tərəfə baxa-baxa dedi:
92
-Təşəkkür edirəm. Keçən gün televizorda sizin danış-
dıqlarınıza qulaq asırdım. Çox şadam ki, bu cür işlər məhz
mənim vətənimin adı ilə bağlı olacaq. Mən heç nə tapma-
dım, gedə bilərsiniz. (Maşından düşmək istəyəndə dayana-
raq geri çevrildi) Lap yadımdan çıxmışdı. İki gündən sonra
Holli bayramıdır və bizim idarə bu bayramla əlaqədar ma-
raqlı kompaniya keçirdir. Biz yoxladığımız hər bir maşı-
nın sürücüsünə Holli bayramı münasibətilə hədiyyə veri-
rik. Sürücülər həmişə bizi görəndə qorxuya düşürlər. Qoy
görsünlər ki, biz polislər də insanıq, bizim də ürəyimiz var.
Maşından düşərək bir neçə dəqiqədən sonra əlində
güllər və oyuncaqlarla geri qayıtdı. Əlindəki 3 qızılgülü və
ayı oyuncaqlarını alimlərə paylayaraq dedi:
-Buyurun, bu gülləri xanımlarınıza, bu oyuncaqları isə
nəvələrinizə verərsiniz. Ancaq sizdən çox xahiş edirəm,
əgər hansınızınsa evində birdən çox uşaq varsa, uşaqlar bu
oyuncağın üstündə dalaşsalar məni söyməyin.
Alimlər gülərək hədiyyələrə görə ona təşəkkür etdi-
lər. Polis müfəttişi maşından düşdükdən sonra sürücü
mühərriki işə salıb yola davam etdi. Avtobus gözdən itən
kimi Sergey yaxınlıqdakı polis maşınından çıxaraq dedi:
-Afərin uşaqlar. İndi isə getmək vaxtıdır. On beş
dəqiqədən sonra buralarda aləm bir-birinə qarışacaq.
On beş dəqiqədən sonra alimləri aparan mikroavtobu-
sun içində dalbadal üç güclü partlayış oldu. İçindəki adam-
larla birgə parça-parça olan avtobusun hissələri ətrafa sə-
pələndi. Segeyin isə qrup daxilindəki nüfuzu daha da artdı.
Hadisədən iki ay əvvəl
Bakı. Azərbaycan
Samir mərkəzin binasına girəndə, qapıda Əzizlə qar-
şılaşdı.
93
-Salam Əzizim. Bu nə vəziyyətdir? Bərbad görünür sən.
-Salam müəllim. Qrip olmuşam. Dünən gecə qız-
dırmadan yata bilməmişəm. -Bəs bu vəziyyətdə işə niyə
gəlmisən?
-Nə edim axı? Görüləsi o qədər iş var ki.
-Bu vəziyyətdə işləmək sənə ziyandır. Sonra sənin
üçün daha pis nəticə verə bilər. Mən tapşıracağam səni əvəz
etsinlər. Get evdə bir-iki gün dincəl. Mühasibə də tapşıra-
cağam ehtiyat fonddan sənə bir az pul versin. Bir neçə gün
ye, iç, uzan, dincəl ki, tezliklə sağalasan. Burada işləyən hər
bir insan mənim üçün çox əzizdir. Əgər sən bu vəziyyətdə
işləməyə davam etsən, fikrim bütün günü sənin yanında
qalacaq.
-Hər şeyə görə çox sağ olun müəllim.
-Özündən muğayat ol.
Samirin kabinetinin qarşısında onun qəbuluna düş mək
üçün növbə gözləyən insanlar, Samiri gözləyə-gözləyə iki-
bir, üç-bir qruplara bölünərək söhbət edirdilər. “əlil həyatı”
təşkilatında vəkil işləyən bir xanımla, bura işləmək üçün
gələn bir əlil oğlan, əlillərə qarşı yaranan mənfi fikirlər haq-
da mübahisə edirdilər
-Bizim ən böyük problemimiz özümüzə yanaşma tər-
zimizdir. Oğlan dedi
-Sən özünə necə yanaşırsan ? Vəkil soruşdu
-Mən özümü daimi olaraq nəyəsə ehtiyacı olan birisi
kimi göstərmirəm. Davamlı olaraq kimlərdənsə kömək um-
muram. Istədiyim bir şeyi əldə etmək üçün mübarizə apa-
rıram. 1-ci qrup əliləm və aylıq qazancım sadəcə pensiyam-
dır. Buna baxmayaraq çox gözəl nailiyətlər qazanmışam
-“özümü daimi olaraq nəyəsə ehtiyacı olan birisi kimi
göstərmirəm. Davamlı olaraq kimlərdənsə kömək ummu-
ram” bu cümlələrə bir az aydınlıq gətirə bilərsənmi ?
94
-Bunu bir-neçə kəlmə ilə izah etmək çətindir. Qısa-
ca olaraq onu deyim ki mən sakitcə oturaraq pensiyamı
gözləyə-gözləyə “ata mənə filan şeyi al” və yaxud ”ay
filankəs mənim filan şeyə ehtiyacım var” demirəm.Bunun
əvəzində oturub fikirləşirəm ki onu necə əldə edim. Hər
zaman düşünmüşəm ki fiziki məhudiyyətli olmağım, əlil
arabasından istifadə etməyim mənə kiməsə yük olmaq
haqqını qazandırmır. Mənim özümə yanaşma tərzim bax
budur. Ümumiyyətlə “bir problemdən ötrü min nəfərə ağız
açmaq” üsulundan zəhləm gedir
-Həyatda sənin kimilər çoxdur. Amma mənim və
dostlarımın istəyi qanunvericilikdə nəzərdə tutulmuş hü-
quqlarımızın işləməsini təmin etməkdir. Ola bilər ki sən
özündə müəyyən istedadları inkşaf etdirmisən. Bu yalnız
təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Amma hamının
vəziyyəti eyni deyil. Çoxunun istedadı olmur, çoxunun
şəraiti və sairə. Lakin bütün insanların, o cümlədən əlilliyi
olan şəxslərin yaşamaq, ən əsası da insan kimi yaşamaq
hüququ var. Bu hüququ təmin etməyi isə bu mərkəz öz
üzərinə götürüb. Mən həyata passiv yanaşmanın tərəfdarı
deyiləm. Biz göznü bizə dikən yüzlərlə əlilin hüquqları uğ-
runda mübarizə aparırıq
-Mübarizəni hansı şəkildə aparırsınız ? Başqalarının
yaratdığı imkanlardan istifadə etməklə ? Bu əlilləri baş-
qalarından asılı vəziyətə salmaq deməkdir. Məncə siz
geri qayıdıb hansısa fiziki məhdudiyyətini bəhanə edərək
tənbəlliyi ucbatınan gözünü onun-bunun əlinə dikən və
güya ümidlərini sizə bağlayan həmən əlil insanlardan so-
ruşun ki “son 3 ayda özünüz-öz gələcəyiniz və ya normal
yaşayışınız üçün nə etmisiniz ?”. məncə alacağınız cavab-
lardan sonra səhf etdiyinizi anlayıb bura qayıtmayacaqsı-
nız
95
-Elə əlilliyi olan insanlar var ki, onların nə təhsil al-
mağa, nə də başqa bacarıqlara yiyələnməyə imkanları və
şəraitləri olmayıb. Deməyinizdən belə çıxır ki onlar bu
həyatda sürünməyə layiqdirlər ?
-Təbii ki heç bir əlil sürünməyə və pis yaşamağa la-
yiq deyil. Sadəcə mənim demək istədiyim budur ki gəlin
fikirləşək görək biz özümüz-özümüz üçün nə edə bilərik.
Yoxsa doğrudanmı biz bu qədər acizik və yalnız başqaları-
nın köməyinə möhtacıq ?
-Burda acizlikdən söhbət getmir. Bura əlillərin acizli-
yindən deyil, onlar üçün yaradılmayan imkanları əldə
etmək uğrunda mübarizə aparmaq üçün gəlmişəm
Mübahisə bəlkə də uzun çəkəcəkdi. Ancaq Samirin dəh-
lizdə görünməsiylə aamların bir yerə toplanması bir oldu.
Samir kabinetinə girib kresloda əyləşəndə, gözü ma-
sanın üstündəki faks kağızına sataşdı və götürüb oxuma-
ğa başladı. Onu İspaniyada keçirilən “Əngəlli insanların
təqaüddən asılılığı” adlı tədbirə dəvət edirdilər. Faksı tam
oxuyub qurtarmamış telefon zəng çaldı.
-Buyur Anna, eşidirəm.
-Müəllim, Əmək və Əhalinin Sosial Müdafiə naziri
sizinlə danışmaq istəyir.
- Calaşdır.
- ---
-Buyurun cənab Mahmudov, eşidirəm.
-Salam Samir. İstəyirəm bu gün qonağın olum, nə de-
yir səm?
- Ürəyiniz nə zaman istəsə, buyurub gələ bilərsiniz.
Bir saatdan sonra nazir mərkəzə gələndə Samir onu
kabinetin qapısında qarşılayıb, hər zaman oturduğu kres-
lonu göstərdi.
-Buyurun müəllim, əyləşin.
96
Nazir divanda oturaraq zarafatla dedi:
-Mənim başqasının yerində gözüm yoxdur. Dörd ay
bundan əvvəl döşünə döydüyün yadındadı? İndi de gö-
rüm, bu dörd ayda nə iş görmüsən.
Samir keçib yerində əyləşərək soruşdu:
-Nə içəcəksiniz?
-Heç nə. Mən bura yalnız sənin yazdığın şeri öz dilin-
dən eşitmək üçün gəlmişəm.
-Bu dörd ayda çox iş görmüşük. Respublikanın on
bölgəsində əngəlli insanlar üçün xüsusi avtobuslarla
təhciz olunmuş peşə məktəbləri açılıb. Dövlət televizi-
yasında həftəlik on dörd saatlıq efir vaxtımız var. Dün-
yanın on iki ölkəsində mərkəzin filialları yaradılıb və bu
proses davam edir. Bir həftə sonra əlil rəssamların sərgisi
açılacaq, bir ay sonra isə əlillərin I Beynəlxalq “ Stolüstü
oyunlar” turniri keçiriləcək. Distant təhsil verən istitutun
yaradılması üzərində son tamamlama işləri gedir. Ayaq-
dan və gözdən əlil olan insanların səkilərdə, pilləkənlərdə,
ümumiyyətlə ictimai yerlərdə rahat hərəkətlərini təmin
etmək üçün bütün tədbirlər görülərək, lazımi yerlərdə bü-
tün zəruri avadanlıqlar quraşdırılıb. Bundan başqa əlillərin
ictimai nəqliyyatdan rahat istifadə edə bilmələri üçün də
dayanacaqlarda xüsusi avadanlıqlar quaşdırılıb. Yüzlərlə
əlil mərkəzin tibb şöbəsində pulsuz müalicə alır. Hazır-
da mərkəzdə 60-dan çox əngəlli insan çalışır. Hətta yalnız
əngəlli insanların rol alacağı bir film də çəkməyi planlaş-
dırırıq. Və daha nələr-nələr. Hələ saytın xidmətlərini say-
mıram.
-Afərin. O vaxt mənə irad tutdular ki, niyə bu mərkəzin
rəhbərliyini savadlı və təcrübəli bir adama yox, ayaqdan
əlil birinə tapşırıram. Amma mən inanırdım ki, yalnız və
yalnız bu layihəni quran insan onu həyata keçirə biləcək.
97
Öz hisslərini kağıza tökən şair kimi. Çox sağ ol ki, məni
başıaşağı etmədin.
-Məni də çox tənqid etdilər ki, guya işə mane oluram.
Mənim yerimə sağlam insan olsaydı, daha çox iş görə
bilərdi. Mən bütün işləri ağlımla görürəm ki, ağıl da başda
olur. Ayaqların bura nə dəxli var, bilmirəm.
-Sən onlara fikir vermə. Tənqidçilər hər zaman olub
və olacaq. Dünyanın bir çox yerində, öz dövründə tənqidə
məruz qalan yaradıcı insanların heykəlinə rast gəlmək
olar. Amma dünyanın heç bir yerində heç bir tənqidçinin
heykəlinə rast gəlməzsən.
-Başımız bayaqdan söhbətə qarışıb deyə soruşmaq ya-
dımdan çıxıb. Ürəyiniz necədir? Yenə sizi incidir?
-Dünən həkimə getmişdim. Mənə dedi ki, çox işləyir-
sən. Məsləhət gördü, işdən çıxım.
-Bəs sizin fikriniz nədi?
-Mən də elə düşünürəm. Yaş öz sözünü deyir. Bu il 65
olacaq, artıq dincəlmək vaxtıdır. Gələn həftə işdən çıxmaq
haqqında ərizəmi yazacağam.
-Birisigün İspaniyadan gələn əlil insanlarla buradakı
əlil insanlar arasında keçiriləcək forumdan sonra, Qurban
bayramı ilə əlaqədar tədbir keçirəcəyik. Sizi də o tədbirdə
gömək mənim üçün xoş olar.
-Mütləq gələcəyəm. Əngəlli insanların yanında olmaq
təkcə vəzifə borcu deyil, həm də insanlıq borcudur.
-Müəllim, mənim sizdən bir xahişim də var.
-Buyur.
Samirin xahişini dinləyib ona əməl edəcəyini bildirən
Mahmudov ayağa qalxdı. Samir onu yola salandan sonra
Muradı yanına çağırdı:
-İspaniyadan gələn heyəti hansı oteldə yerləşdirmi-
siniz?
98
-“Qüsursuz xidmət” otelində.
-Bu otelin adını birinci dəfədir eşidirəm. Nə isə. Ora-
nın telefon nömrəsini və Devidin qaldığı otağın nömrəsini
mənə ver.
Murad nömrəni Samirə verib gedəndən sonra Samir
otelə zəng vuraraq onu Devidlə calaşdırmalarını istədi.
Devid dəstəyi götürən kimi əsəbi-əsəbi dedi:
-Alo, eşidirəm.
-Salam amigo.
Samirin səsini eşidən Devid səsini yumşaltdı:
-Ooooo. Necəsən amigo?
-Mən əlayam. Sənə nə olub? Deyəsən əsəbləşmisən?
-Əsəbləşməyim nə edim? Dünən Valensiya öz meyda-
nında Deportivoya uduzub.
-Ola bilməz. Axı 2:0 udurdu? Mən də 2:0-dan sonra
getdim yatmağa ki, artıq qələbə bizimdir.
-2:3 olub. İndi idman xəbərlərində verirdilər.
- Eybi yox. Gələn tur səfərdə Atletiko Madridi udar,
əvəz-əvəz olar. Başımız söhbətə qarışdı deyə, əsas məsələ
yadımdan çıxdı. «Ümid» mərkəzinə, yanıma gələ bilərsən?
-Biz ki, “Valensiya”-lıyıq. Əlbəttə gələrəm. Mənə bir
saat vaxt ver.
-Artıq 59 dəqiqə, 55 saniyən qaldı.
45 dəqiqədən sonra Samirin kabinetinə girən 35 yaşlı,
ortaboylu, qalın və pırtlaşıq saçlı, əslən iqtisadiyyatçı olan
və zarafatı çox sevən Devid tanış olduqları bu dörd ayda
Samirlə bərk dostlaşmışdı. İşdən əlavə, ən çox danışdıq-
ları mövzular isə “Valensiya” futbol klubu, öz ölkələrinin
məzəli lətifələri və birgə yaratmaq istədikləri basketbol
klubu haqqında idi.
Devid Samirdən soruşdu:
-Mərkəzin həyətində çoxlu qoç var. Bunlar nə üçün-
dür? Mərkəzin yeməkxanası üçün?
99
-Mən də səni buna görə çağırmışam. Birisigün bizdə
bayramdır, bu qoçlar da həmin bayram üçün alınıb.
-Dövlət bayramıdır?
-Yox, “Qurban bayramı” adlı dini bayramdır. Bu bayra-
mı təkcə azərbaycanlılar deyil, bütün dünya müsəlmanları
qeyd edirlər. İmkanı olan şəxslər bu bayramda dəvə,
öküz və yaxud qoç kəsərək ətini kasıblara, kimsəsizlərə,
xəstələrə, bir sözlə, bu ətə ehtiyacı olan insanlara payla-
yırlar. Bununla, həm onlara sevinc bəxş edirik, həm də
müəyyən qədər qida ehtiyaclarını ödəyirik.
Heyranlıqla Samirə qulaq asan Devid soruşdu:
-Hansını kəsmək daha xeyirlidir?
- Fərqi yoxdur. İmkanın hansına çatsa, onu da alıb
kəsərək ətini paylaya bilərsən.
-Necə də gözəl hərəkətdir. Ac insanları doyurmaq
həqiqətən də qürurverici addımdır.
-Bu hələ harasıdır ki... İslamda “Ramazan” ayı adla-
nan Orucluq ayı var ki, bu ayda fiziki imkanları oruc tut-
maq üçün əlverişli olan bütün müsəlmanlar günçıxandan
günbatanadək oruc tutmalıdırlar. Bu ayda insanlar düz bir
ay kasıb və kimsəsiz insanları yedizdirlər.
-Bir ay boyunca? Neçə nəfəri yedirtmək tələb olunur?
-Baxır sənin maddi vəziyyətinə. İstəyirsən bir gün “İf-
tar” süfrəsi aç, istəyirsən 30 günün hamısını. İstəyirsən bir
nəfər üçün “İftar” süfrəsi aç, istəyirsən 1000 nəfər üçün.
Oruc tutmaqda və iftar süfrəsi verməkdə əsas məqsəd İs-
lam dininin şərtlərinə əməl etmək və savab qazanmaqdır.
-Bəs oruc tuta bilməyənlər nə etsin? Onlar üçün savab
yoxdur?
- Xəstələrə, qocalara, səfərdə olanlara və hamilə qadın-
lara oruc tutmaq vacib buyrulmayıb. Oruc tuta bilməyənlər,
bunun əvəzində kasıb insanlara nəzir verməlidirlər. Vacib
100
deyil ki, bahalı bir şey olsun. İmkanın yoxdursa, adi bir
xurma belə nəzir sayıla bilər. Əsas odur ki, təmiz qəlblə
verəsən.
-Bəs buna da imkan olmasa necə?
-Onda mənəvi oruc tutsa lap yaxşı olar. Dilini söyüş
söyməkdən və yalan danışmaqdan, qulaqlarını qeybətdən
və gözlərini zinadan, əllərini oğurluqdan və kimisə
səbəbsiz yerə vurmaqdan qorusa, nəfsinə hakim olsa, ha-
ram işlərdən çəkinsə, bax bu olar mənəvi oruc. Mənəvi
oruc barədə saydıqlarıma hər bir müsəlman ömrü boyu
əməl etməlidir. Ancaq hər kəs bunlara “Ramazan” ayı bo-
yunca daha çox diqqət yetirsə lap əla olar.
-İslamda haram deyiləndə nə nəzərdə tutulur?
-Bu çox geniş bir mövzudur. İnsanın həyatında danı-
şıqdan qidalanmayadək, hərəkətdən düşüncəyədək hər bir
şeydə halal və haram meyarlar var. Qısa olaraq, onu deyə
bilərəm ki, özgəsinə aid bir şeyi sahibinin razılığı olmadan
mənimsəmək və ya müvəqqəti də olsa istifadə etmək ha-
ram sayılır. Spirtli içki içmək, qumar oynamaq, kiminsə
üstünə şər atmaq, oğurluq etmək, əmanətə xəyanət etmək,
kimisə səbəbsiz yerə incitmək də haram və günahlar sıra-
sındadır. Hətta qonşunun bağındakı ağacdan bir alma qı-
rıb yemək istəyəndə də mütləq bağ sahibindən icazə və ha-
lallıq almalısan. Dediyim kimi, bu çox geniş bir mövzudur.
İmkan düşdükcə sənə izah edərəm.
-Bəs İslamın ən kədərli günü hansıdır?
- “Aşura” günü.
-O gün nə baş verib ki?
- “Aşura” günü və ümumiyyətlə, İslam aləmində baş
verən bütün mühüm hadisələr haqqında imkan olduqca
sənə geniş məlumat verəcəyəm. Hələlik isə bu gün “Qur-
ban” bayramı və mərkəzin birisigün təşkil edəcəyi bayram
tədbiri haqqında danışacağıq.
101
Samir “Qurban” bayramının tarixi, vacibliyi, məqsədi
və üsulu haqqında Devidə ətrafı məlumat verdikdən son-
ra, İspaniyadan gələn nümayəndə heyətinin bu tədbirdə
iştirakını və birisigün keçiriləcək forumda səslənəcək
məsələləri müzakirə etdilər. Devid getmək istəyəndə Sa-
mir stolun çəkməcəsindən disk götürüb dedi:
-Sənə kiçik bir hədiyyəm var. Birisigün başım qarışıq
olacaq. Al indidən götür. (Diski Devidə uzadıb, əlavə etdi)
Azərbaycan musiqisində “Muğam” adlanan janr var. Bu
diskin içindəkilər həmin janrdandır. Qulaq asandan sonra
fikrini mənə bildirərsən.
Devid diskin o üz-bu üzünə baxıb soruşdu:
-Buradakı musiqilər arasında sənin ən çox bəyəndiyin
hansıdır?
-Bu diskdəki musiqilərin hamısı çox gözəldir. Şəxsən
mənim “Qarabağ şikəstəsi” və Qədir Rüstəmovun “Sona
bülbüllər”i.
Devid Samirin dediyi mahnıların adlarını cib dəftər-
çəsində qeyd edərək getdi. Birisigün əlillər arasında təşkil
edilmiş forumdan sonra Samir şəhərdəki şadlıq evlərinin
birində bayram tədbiri təşkil etdi. Tədbirdə 200 nəfərə
qədər əlil, ispan qonaqlar, mərkəzlə əməkdaşlıq edən
təşkilatların nümayəndələri, «Ümid» mərkəzinin işçiləri,
jurnalistlər və xaricdən gələn qonaqlar iştirak edirdilər.
Xaricdən gələn qonaqlar qoçların kəsilərək uşaq evlə-
rinə, qocalar evlərinə, ruhi xəstəxanalara və fərdi insanlara
göndərilməsinə maraqla baxır, “Qurban bayramı” haqqın-
da olan məlumatlara heyrətlə qulaq asırdılar. Mahmudov
bu işdə xüsusi canfəşanlıq edirdi. Heyvanlar kəsilərək
müvafiq yerlərə göndərildikdən sonra məclis iştirakçı-
ları üçün qurbanlıq ətindən bişirilmiş yeməklərlə süfrə
açıldı. Samirin, Mahmudovun və digər bir neçə nəfərin
102
təbrik çıxışından sonra incəsənət ustalarının çıxışı ilə kon-
sert proqramı başladı. Plovdan, dolmadan və Azərbaycan
mətbəxinin digər gözəl yeməklərindən ləzzətlə yeyən is-
panlar nemətləri ağız dolusu tərifləyirdilər. Devidin ən
çox xoşuna gələn yeməklər isə plov və dovğa idi. Meyxa-
na, muğam, caz ustadlarının, rəqs ifaçılarının və estrada
müğənnilərinin bir-birini əvəz edən bənzərsiz və gözəl ifa-
ları isə məclis iştirakçılarına unudulmaz bir gün yaşadırdı.
Devid əyilərək Samirin qulağına dedi:
-Desəm ki, bu günü heç vaxt unutmayacağam, özümü
yalandan irəli çəkmiş olaram. Çünki bu günü unutmaq
sadəcə mümkün deyil.
Samirin digər tərəfində oturmuş Mahmudov isə iri bir
tikə yağlı qoyun ətini əlinə götürərək üzünü hektora tutub
səsinin eşidilməsi üçün ucadan dedi:
-Sanki həkimlər pəhrizə görə bu cür yeməkləri mənə
qadağan ediblər.
-Narahat olmayın cənab nazir. Qurbanlıq heyvanın əti
heç kimə zərər verməz. – Samir eyni ahənglə cavab verdi.
Tədbir qurtarandan sonra evlərinə və otellərə dağı-
lışan hər bir insanın üzündə xoşbəxtlik, ürəyində fərəh,
gözlərində isə alışıb-yanan həyat eşqi var idi.
Dostları ilə paylaş: |