Bakı. Azərbaycan
Asif çarpayıda uzanaraq kitab oxuyurdu. Qapı
döyüləndə kitabın maraqlı yerində olduğundan üzünü
bürüşdürüb soruşdu:
-Kimdir?
-Olar?
Asif Osmanın səsini eşidən kimi sevinclə dilləndi:
-Əlbəttə. Gəl içəri.
103
Asifdən üç yaş böyük olan Osman onun uşaqlıq dostu
idi. On bir il əvvəl, hələ şəhərdə yaşayarkən tanış olmuş-
dular. Onda Asifin 10, Osmanın isə 13 yaşı vardı. Asif çox
susamışdı, ancaq market pilləkənli olduğundan özünə su
ala bilmirdi. Bu vaxt Osman yaxınlaşıb öz köməyini təklif
etmişdi. Osmanın xoşxasiyyət, mehriban və ürəyiyümşaq
olması sonradan bu iki uşaq arasında möhkəm dostluq
yaratmışdı. Digər uşaqlar futbol oynamağa gedəndə belə,
Osman Asifi həyətdə tənha qoymamaq üçün onun ya-
nında qalırdı. Zaman keçdikcə, Asif Osmanın onun üçün
etdiklərini daha yaxşı dərk edərək ona daha da çox bağ-
lanırdı. Asifgil Binəqədiyə köçdükdən sonra belə Osman
onunla münasibəti kəsmir, imkan olduqca gəlib Asifə baş
çəkirdi. Görüşmədikləri günlərdə isə mütəmadi telefon-
la danışırdılar. Osmanın hər gəlişi Asif üçün toy-bayram
olurdu. Ona görə də indi Osmanın səsini eşidən kimi kita-
bı bir kənara tullayaraq qalxıb oturdu. Osman yaxınlaşıb
onun boynunu qucaqladı:
-Salam qardaşım. Necəsən? Nə var, nə yox?
-Çox sağ ol qardaşım, mən yaxşıyam. Sən necəsən?
Osman çarpayıda onunla yanaşı oturdu:
-Nə iş görürdün?
-Kitab oxuyurdum. Fərman Kərimzadənin “Xudafə rin
körpüsü” romanını.
-Oxumuşam. Maraqlı əsərdir. Necənci cilddəsən?
-Bu gün birincini qurtaracağam.
-Sənə ən çox maraqlı gələn personaj hansıdır?
-Murad. Ölümünə təəssüfləndim.
-Təəssüflənmə. İkinci cilddə diriləcək.
-Doğrudan? Bu əla xəbərdir. Bir az özündən danış.
Çoxdandır gəlib getmirsən. Dünən də zəng vurmuşdum.
Dedin sonra danışarıq. Nişanlınla münasibətin necədir?
104
Atan həyətdə meyvə-tərəvəz dükanı açmaq istəyirdi, aça
bildi?
-Son on gündür başım yaman qarışıqdır. Toya hazır-
laşıram.
-Ooo. Səndə xəbər varıymış ki. İnşallah toyu nə vaxta
planlaşdırırsan?
-Toy bir həftədən sonradır. – Dəvətnaməni cibindən
çıxardaraq Asifə uzatdı. – Dəvətnaməni gətirmişəm.
-Allah mübarək eləsin qardaşım. Xoşbəxt ol.
-Bu dəvətnamə sizin ailəniz üçündür. Sənin özünü isə
şəxsən dəvət edirəm. Mütləq gəl ha.
-Mütləq gələcəyəm. Heç elə şey olar ki, mən o toyda
iştirak etməyim?!
-Toya gəlməklə bağlı nəsə bir çətinliyin olsa xəbər elə.
Nə kömək lazımdırsa, mən hazır.
-Sən heç narahat olma. Evdəkilərlə birgə gələcəyəm.
Dostlar Adilənin düzəltdiyi çay süfrəsi arxasında bir
xeyli söhbət etdikdən sonra Osman işinin çox olduğunu bil-
dirib getdi. Axşam Akif işdən gələndə divanda oturub dedi:
-İkiniz də gəlin bura, sizə bir söz deyəcəyəm.
Adilə onun yanında oturaraq soruşdu:
-Nəsə olub?
-Darıxma. Qoy Asif də gəlsin, sonra.
Asif gəlib onlarla üzbəüz dayanandan sonra sözə baş-
ladı:
-Bu gün işlədiyim mərkəzin rəhbərliyi məni yanına
çağırmışdı. «Ümid» mərkəzindən bir qrup həkimi təcrübə
keçmək üçün İtaliyaya göndərirlər.
-Siz orada nə edəcəksiniz ki? – Asif soruşdu.
-Biz İtaliyada işlədilən müasir tibbi avadanlıqlarla ta-
nış olacağıq. Sonra çətin əməliyyatların yeni və daha asan
üsulla keçirilməsini öyrənəcəyik. Nə uzadım, öyrənməli o
qədər şey var ki.
105
-Sən italiyan dilini bilmirsən, heç ingilis dilini də bilmir-
sən. Onlarla necə ünsiyyət quracaqsan? – Adilə soruşdu.
-Bizimlə birgə iki tərcüməçi də gedəcək.
-Nə vaxt yola düşürsünüz?
-Üç gündən sonra. Orada bir həftə qalacağıq. Otel,
qida, maşın. Hər şey mərkəzin hesabınadır.
-Deməli, sən toya gedə bilməyəcəksən? Eybi yox, biz
ikimiz gedərik.
-Nə toy? Kim toy eliyir ki?
-Osman. Bu gün dəvətnamə gətirib.
-Hansı Osman? Asifin dostu? Toy nə vaxtdır ki?
-Bir həftədən sonra.
-Heyf ki, burada olmayacağam. Eybi yox. Siz ikiniz
gedərsiniz, mən sonra atasına gözaydınlığı verərəm.
Üç gündən sonra Asif anası ilə birgə atasını düz ma-
şına qədər ötürdü. Akif çamadanı maşına qoyaraq onlara
tərəf çevrildi:
-Yaxşı, salamat qalın. Sizi bir-birinizə və Allha tapşırı-
ram. Özünüzdən muğayat olun. – Üzünü Asifə tutaraq: -Bu
gündən evin kişisi sənsən. Evdən də, anan dan da muğayət
ol. Çalış yoxluğumu hiss etdirməyəsən.
Akif onlarla görüşüb maşına oturdu. Maşın yerindən
tərpənən kimi Adilə əlindəki qabda tutduğu suyu onun
dalınca atdı.
Televizorun qarşısında oturub gözlərini ekrana diksə-
lər də, hər ikisinin fikri tamam başqa yerdə idi. Adilənin
fikri xarab olan qabyuyan maşının yanında qalmışdı. Öz–
özünə gileylənirdi: “Bu da xarab olmağa vaxt tapdı. Akif
gəlib onu düzəltdirənə qədər mətbəxdə bir anbar çirkli qab
yığılacaq. Məcburam əllə yuyum”.
Asif isə sabahkı toy barədə fikirləşirdi: “Görəsən, han-
sı köynəyimi geyinsəm yaxşı olar? Ağı, yoxsa göyü? Bəlkə
106
anama deyim təzəsini alsın? Çoxdandır evdən bayıra çıxa
bilmirəm, elə mənim özüm üçün də dəyişiklik olar. Bu
həyatda tək dostum odur. Gərək Osman üçün onun toyu-
na kiçik bir xatirə hədiyyəsi alam. Məsələn, üstündə hər
ikimizin adı yazılmış üzük”. Asif üzük məsələsini anasına
demək istəyirdi ki, telefonun zəngi sözünü yarımçıq kəsdi:
-Ana mən istə.... Telefona cavab ver, sonra deyərəm.
Adilə dəstəyi götürüb “alo” dedikdən bir az sonra
dəstəyi yerə qoydu. Asif onun bənizinin ağardığını görüb
həyacanla soruşdu:
-Nə olub ana? Zəng vuran kim idi? Nə baş verib?
-Zəng vuran dayın idi. Deyir kiçik oğlu Sənanı maşın
vurub. Vəziyyəti pisdir. Təcili xəstəxanaya aparıblar.
-Allah özü kömək olsun.
-Qulaq as oğlum, mən xəstəxanaya gedirəm. Sən evdən
muğayat ol. Yoldan bibin qızı Səbinəyə zəng vuracağam,
mən gələnə qədər sənə qulluq etsin.
-Necə istəyirsən ana.
Adilə tez-tələsik əynini dəyişib çantasını götürərək qa-
pıdan çıxmaq istəyəndə Asif onun arxasınca səsləndi.
-Ana ora çatan kimi mənə zəng vur, görüm vəziyyəti
necədir.
Adilə “oldu” deyib təlaşla qapıdan çıxdı. Şam yeməyin-
dən sonra Asif otağına gedərək anası ilə əlaqə saxladı:
-Alo, Ana. Sənan necədir? Əməliyyat necə keçdi?
-Həkimlər deyir yaxşı keçdi. Hələ ayılmayıb, reanima-
siyadadır.
-Orada qalacaqsan?
-Hə oğlum, burada qalacağam. Sən məni gözləmə, yat.
Bibin qızı neyniyir?
-Televizora baxır.
107
-Yaxşı oğlum, sabahadək.
-Sabahadək ana.
Bir az internetdə yazışandan sonra yatdı. Səhər yuxu-
dan ayılan kimi anası ilə əlaqə saxlayanda Sənanın hələ də
komadan ayılmadığını eşidib bikef oldu. Saatlar keçdikcə
toyun vaxtı yaxınlaşırdı. Asif özünü çarəsiz hiss edirdi.
Vaxt ötdükcə, özü öz gözündə daha da acizləşir, daha da
cılızlaşırdı. Arabada oturub pəncərədən baxa-baxa düş-
düyü vəziyyət barədə fikirləşərək özü özünü məzəmmət
edirdi: “Bəs indi mən neyniyim? Bir tərəfdə qardaş dedi-
yim Osman, bir tərəfdə də ölümlə mübarizə aparan dayım
oğlu. Bu vəziyyətdə anama necə deyim ki, gəl məni toya
apar? Eh Asif, sən demə başqalarının köməyi olmadan sən
heç kim imişsən. Həyatdakı tək dostunun toyuna gedə
bilməyəcək qədər heç kim. Deməli, bu həyatda heç bir şeyə
təsirim yox imiş. Deməli, bu illər ərzində həyatımdakı bu
boşluğu valideynlərim doldururmuş. Afərin onlara. Afərin
ki, bu illər ərzində necə əlacsız, başqalarına möhtac, çarəsiz,
işəyaramaz olduğumu hətta özümə də hiss etdirməyiblər”.
Başını qaldırıb divardakı saata baxdı. Altının yarısı idi.
“Artıq toy başlayıb. Gedə bilmədim, heç olmasa təbrik me-
sajı yazım” deyə öz-özünə fikirləşərək telefonu götürdü.
Mesajın hər bir sətrini yazdıqca, gözlərindən yaş damla-
ları yanağından süzülərək köynəyinin yaxasını daha çox
isladırdı. Mesajı birtəhər tamamlayıb, göndərməmişdən
öncə özü oxudu. “Salam Osman. Təəssüf ki, bu günkü
məclisdə iştirak edə bilməyəcəm. Ürək bunu nə qədər çox
istəsə də, problemlər bir o qədər mane oldu. Ümid edirəm,
inciməzsən. Allahdan sənə kainat qədər sonsuz və günəş
kimi parlaq bir xoşbəxtlik arzulayıram. Sən buna layiqsən.
Xoşbəxt ol, qardaşım”. Yazdıqlarını oxuyub qurtardıqdan
sonra heç bir qrammatik səhvin olmadığını görüb, mesajı
108
göndərdi və telefonu çarpayının üstünə atıb əlləri ilə üzü-
nü tutaraq hönkür-hönkür ağlamağa başladı.
Çako vilayəti. Argentina
Pedronun paltarlarını səliqə ilə qatlayıb çamadana yı-
ğan Lusiya əri üçün mətbəxdə üçün yol azuqəsi hazırlayan
anasından soruşdu:
-Ana, bilmirsən atamın boz köynəyi haradadır?
-Bilmirəm Lusi. Soyuducunun yanındakı qutunun
içinə bax. Paltarların arasında olar.
Lusiya soyuducuya tərəfə gedəndə Xose əlində zəmbil
içəri girib dedi:
-Alın. Nə tapşırmışdınız hamısını almışam.
Lusiya boz köynəyi tapdıqdan sonra onu da çamadana
yerləşdirəndə Pedro dedi:
-Bu qədər paltar nəyimə gərəkdir? Onsuz da orada
mənə paltar verəcəklər.
Lusiya çamadanın ağzını bağlayıb dedi:
-Dağlıq və meşə əraziləri həmişə soyuq olur.
Bayaqdan Lusiyaya tamaşa edən Xose dilləndi:
-Heç inanmağım gəlmir ki, sabah atam bizimlə olma-
yacaq. Türkiyənin hansısa meşəsində ağac kəsəcək.
Mariya bişirdiyi kökələri balaca kardon qutuya yığa-
yığa Pedrodan soruşdu:
-Dəqiqləşdirməmisiniz? Saat neçədə çıxacaqsınız?
-Təyyarə saat 2-də yola düşəcək. Gərək elə vaxt yola
çıxaq ki, təyyarəyə çataq.
-Onda səhər saat 5-6-da yola düşərsiz. – Lusiya dilləndi.
-Hə, biz də elə fikirləşmişik. Amma son qərarı Qus-
tavo verəcək. Getmək problem deyil, əsas narahatlığım
109
sizdəndir. Hər ayın axırı pul göndərəcəyəm. Qustavonun
dediyinə görə, gedəcəyimiz yerdə mobil telefon işləmir.
Hər ayın axırı sizə məktub yazacağam, pul da məktubun
içində olacaq. – Sonra cibindən bir az pul çıxardaraq Ma-
riyaya uzatdı. – Al bu pulu. Bir az beh veriblər. Mən pul
göndərənə qədər bu sizə bəs edəcək.
Saat on bir olanda Mariya Pedronun tezdən oyanacağı-
nı bildirib yatmağı təklif etsə də, nə uşaqlar Pedrodan, nə
də Pedro uşaqlardan ayrıla bilmirdi. Nəhayət, saat 12-də
hamı yerinə girib yatdı. Gecə siqnal səsinə oyanan Pedro
yuxulu-yuxulu saatına baxdı. Üç idi.
-Bu gecə vaxtı kim ola bilər? – deyə öz-özünə fikirləşdiyi
vaxt, Qustavonun onu çağırdığını eşitdi. Geyinib qapıya
çıxanda darvazaya çatmadan qışqırdı:
-Sənin yuxu ilə problemlərin var?
-Yox. Anma maşının buzlu yollarla problemi ola bilər.
Ona görə qərara almışıq ki, bir az tez çıxaq. Hazırlaş, yarım
saata çıxırıq. – Qustavo eyni ahənglə cavab verdi.
-Bir az? – deyə yuxulu-yuxulu öz-özünə mızıldanan
Pedro qapını açaraq Qustavoya: - Gəl içəri – deyib evə
qayıt dı. Bütün ailə siqnal səsinə oyandığından Pedroyla
Qustavonun danışığını eşitmişdilər. Ona görə də hər üçü
tez-tələsik geyinməyə başladılar. Pedro içəri girəndə hava
soyuq olduğundan yatarkən yalnız üst geyimini çıxart-
mış Lusiya artıq geyinərək ayaq üstə dayanmışdı. Pedro
hamının oyandığını görüb işığı yandırdı. Mariya bir əliylə
yun jaketinin düymələrini bağlayır, digər əliylə isə gözünə
düşən işığın qabağını almağa çalışırdı. Xose də işığın yan-
masından acışan gözlərini qırpa-qırpa corablarını geyinir-
di. Pedro saatını stolun üstündən götürüb qoluna bağla-
yanda Qustavonun səsini eşitdi:
-Məni soyuqda çox gözlətmə, bir az cəld ol.
110
-Orada dayanma, keç içəri. Hamı yerindən durub.
Qustavo içəri girib hamıya salam verərək keçib stulda
əyləşdi. Pedro paltarlarını, gödəkcəsini geyinərək üzünü
Qustavoya tutub dedi:
-Çamadanlar qapının ağzındadır. Sən onları apar ma-
şına, mən indi gəlirəm.
Qustavo qapınının yanında qoyulmuş hər iki çamada-
nı götürüb qapıdan çıxan kimi Lusiya hönkürərək özünü
Pedronun üstünə atdı. Pedro onu bərk-bərk qucaqlayıb
üzündən öpərək təsəlli verməyə çalışdı:
-Buna məcburam Lusi. Əgər getməsəm ömrümüz
boyu bu cür köhnə daxmalarda əzab çəkməyə məcbur ola-
cağıq. Sizdən iki illik ona görə ayrılıram ki, həyatımızın
sonrakı hissəsini rahat evimizdə xoşbəxt yaşaya bilək.
Sonra Mariya və Xoseylə də görüşüb qapıya tərəf getdi
və bir–iki addım atıb dayandı. Üzünü Xoseyə çevirib dedi:
-Anandan və bacından muğayat ol. İndi evdə kişi
sənsən.
Xose gülümsünərək protez qolunu yerinə bərkitmək
üçün anasından kömək istədi. Ailə üzvləri Pedronu sexin
darvazasına qədər ötürdülər. Pedro maşına oturaraq başı-
nı pəncərədən çıxarıb əlini yellərək dedi:
-Salamat qalın. Beş aydan sonra görüşərik.
Maşın gözdən itənə qədər anasına sığınıb nəmli
gözləriylə onun dalınca baxan Lusiya yalnız evə girəndə
əməli-başlı üşüdüyünü hiss etdi.
Lusiya anasının tikib qurtardığı paltarı aparıb sahibinə
verib geri qayıdanda Xose divanda oturaraq qarşısına qoy-
duğu stulun üstündəki vərəqə nə isə yazırdı. Lusiya ayaq-
qablarını soyuna-soyuna soruşdu:
-Xose sənə bir sual verə bilərəm?
-...
111
-Eyy, sənnənəm ee.
Xose başını qalırmadan dedi:
-Ver.
-Bir qocadan soruşurlar: -Sənin neçə yaşın var? Qoca
cavab verir ki, -Mənim yüzdən çox yaşım var, ancaq cəmi
25 dəfə ad günü keçirtmişəm. İndi de görüm bu necə olur?
Xose yazmağa davam edə-edə dedi:
-Nə bilim, yəqin ad günü keçirtməyə pul tapmırmış.
Lusiya keçib çarpayıda əyləşərək dedi:
-Rəsm müsabiqəsində 28-ci yer tutandan başqa nə ca-
vab gözləmək olar ki?!
Xose başını qaldırıb dedi:
-Mənim üçün əsas qələbə deyildi, iştirak idi. Bir də ki,
mən 220 iştirakçı arasında 28-ci olmuşam. – Söhbəti dəyiş-
mək üçün araya söz atdı. – Sən haradan gəlirsən? Saat artıq
9-du. Atam 15 gün deyil gedib, artıq özündən çıxmısan.
Lusiya gəlib onun böyründə oturub başını sığallaya-
raq dedi:
-Yaxşı, zarafat elədim, hirslənmə. Nə yazırsan orada?
-Atama məktub.
-Mən də dünən birini yazmışam. Gözləyirəm atam
məktub yazsın, ünvanını öyrənib göndərim.
Mariya əlindəki ütünü divanın baş tərəfində qoyul-
muş kiçik stulun üstünə qoyaraq dedi:
-Mən də yazmaq istəyirəm. Məktublarınızı verin mənə,
birləşdirib bir məktub edəcəyəm. Siz də mənə kömək edin.
Lusiya sənin xəttin yaxşıdır, məktubu sən yazarsan.
Lusiya anasına göz vuraraq:
-İncimə ana, istəmirəm mənim mənalı məktubum bu-
nun lazımsız qaralaması ilə qarışsın.
Xose incimiş halda:
-Məktubuna bir bax.
112
Lusiya onu qucaqlayıb saçından öpərək:
-Nə olub Xose? Bu gün partlamağa hazır olan barıt
kimisən. Nə deyirəm xətrinə dəyir.
Maraiya dəftərin içindən bir vərəq qopardaraq:
-Əl çək ondan Lusi. Yəqin atasından ötrü çox darıxır.
Ailə stolun ətrafına yığışıb məktubu yazmağa başladı.
Mariya ilk öncə Xosenin yarımçıq qalan və Lusiyanın artıq
hazır olan məktublarını ucadan oxuduqdan sonra, Lusiya
məktubu yazmağa başladı. Saat 11-in yarısı nəhayət ki,
məktubu tamamlayıb zərfə qoydular. Mariya zərfi aparıb
şkafda paltarların arasında gizlətdi.
Gecə saat iki olmasına baxmayaraq, Mariyanın gözünə
yuxu getmirdi. İçində günortadan bəri bərk narahatlıq var
idi. Nahar vaxtı uşaqların təkidi ilə bir az yemək yesə də,
axşam ümumiyyətlə, iştahı olmadı. İndi də yerində gah o
böyrü üstə, gah bu böyrü üstə çevrilərək yatmağa çalışsa
da gözünə yuxu getmirdi. Yuxusunun gəlmədiyini görüb
arxası üstə uzanaraq gözünü tavana dikib almaq istədikləri
ev barədə fikirləşməyə başladı. Alacaqları evi təzəcə
xəyalında canlandırmışdı ki, həyətdə taqqıltı eşidib bütün
diqqətini topladı. Qeyri-ixtiyari qalxıb yerinin içində otur-
du və dinləməyə başladı. Səsin kəsildiyini görüb:-yəqin
küləkdir – deyə öz-özünə fikirləşərək təzədən uzanmaq
istəyirdi ki, qapıya yaxınlaşan addım səslərini eşidib cəld
ayağa qalxdı. Mariyanın ayağa qalxmasıyla qapının vuru-
lan təpik nəticəsində açılması bir oldu. Qapı açılan kimi
içəri girən qara geyimli, başlarına maska taxmış adamlar-
dan ikisi Mariyanın, qalanları isə hələ nə baş verdiyini an-
lamyan Xose və Lusiyanın üstünə getdilər.
Maskalılar yuxudan hövlank ayılmış və hələ də baş
verdiyini anlamadığından onu tutan adamların əlində qor-
xudan titrəyən Xoseyə yuxugətirən iynə vurmaq istəyəndə,
Lusiya: - qardaşımı buraxın – deyə qışqıraraq, yatdığı di-
113
vandan qalxıb Xoseyə tərəf qaçdı. Lakin qardaşını tutan
adamlardan birinin onun sifətinə vurduğu güclü yumruq
zərbəsindən huşunu itirərək, onun döşəyinin üstünə yıxıl-
dı. Bayaqdan - siz kimsiniz? Bizdən nə istəyirsiniz? – deyə
qışqıran Mariya qızının vurularaq yıxıldığını görəndə
yandakı ütünü götürüb adamlardan birinin başına çırpdı.
İkinci zərbəni də endirmək istəyirdi ki, qapının ağzında
dayanıb bu mənzərəni seyr edən hündürboy, cüssəli ada-
mın açdığı atəşdən sonra başında güclü ağrı hiss edib üzü
üstə Lusiyanın içinə tikiş ləvazimatlarını yığdığı qutunun
üstünə yıxıldı. Anasının öldürüldüyünü görən Xose ona
tərəf getmək istəsə də bacarmadı. Bir addım atıb vurulan
iynənin təsirindən yerə yıxıldı. Ütü zərbəsindən başı qana-
yan adam tapançanı çıxardıb Lusiyanı vurmaq istəyəndə
qapının yanında dayanan adam qoymadı.
-Onunla işiniz olmasın. O bizə lazımdır.
Adamlar Xoseylə Lusiyanı maşına qoyub oradan
uzaqlaşdılar. Mariyanın başından tökülən qan isə Lusiya-
nın anasına ad günü hədiyyəsi etmək üçün toxuduğu yun
koftasını al-qırmızı rəngə boyayırdı.
Qvadalupe. Meksika
Meksikanın Qvadalupe qəsəbəsinin kənarında tikil-
miş ikimərtəbəli, köhnə internatın həyətində dayanan iri
yük maşınından düşən “Boss” ləqəbli adam üzünü başına
fənərli dəbilqə geyinmiş adamlardan birinə çevirib soruşdu:
-Dəqiq yoxlamısan? Adam çox deyil ki? Sonra başımız
ağrımasın.
-Arxayın ol. Qoca gözətçidən və iki qadın baxıcıdan
başqa heç kim yoxdur.
114
Bu vaxt gələnlərin kimliyi ilə maraqlanlanmaq üçün
60–65 yaşlı gözətçi köşkdən çıxdı. Əynində köhnə əsgər
gödəkçəsi və yamaqlı şalvar vardı. Elə sual vermək istəyirdi
ki, səsboğucusu olan tapançadan açılan atəşlə yerə yıxıldı.
-Qaldı ikisi. – deyə, Boss pıçıldayıb binayaya tərəf
gedəndə, bayaqdan arxada dayanıb diqqətlə onun
hərəkətlərini izləyən on nəfər də onun arxasınca getdilər.
İnternatın bufetində masada oturan kök qadına çay
süzən arıq uzun qadın soruşdu:
-Niyə gec gəldin? Çayı bayaqdan qızdırmışam.
-İmkan verirlər ki. Saat artıq gecə 1-dir, hələ də yatmaq
istəmirdilər. Bura mənlik deyil, başqa iş tapan kimi bura-
dan çıxacağam. Çox əziyyətli işdir.
Həmsöhbəti çayı stolun üstünə qoyaraq dedi:
-Bura belədir. Tək bu qəsəbədə deyil, bütün ətraf
yerlərdə kimin əlil, əqli zəif, problemli uşağı var, gətirib
atıb bura. – Özünə də çay süzmək üçün sobaya tərəf çevri-
lib əlavə etdi:
-İndi onlar evlərində rahatca yatıblar, əziyyət çəkən bi-
zik. Özü də belə az məvaciblə.
Kök qadın çaydan bir qurtum alıb, həmsöhbətindən
burada neçə il işlədiyini soruşmaq istəyirdi ki, bufetin qa-
pısında dayanan üzü dəbilqəli adamı görüb özünü itidi.
Qışqırmaq istəyəndə alnından aldığı iki güllədən yerindəcə
keçindi. Arıq qadın tappıltı səsinə geri dönmək istəyəndə
başının arxasında güclü ağrı hiss etdi və gözləri qaralaraq
yerə yıxıldı. Mətbəxdən çıxan adamın: – hər şey təmizdir
– deməsindən sonra Bossun göstərişiylə on nəfərlik dəstə
bir-bir otaqları gəzərək çarpayılardakı əlil və ruhi xəstə
olan uşaqlara tez təsir göstərən yuxu iynəsi vurub maşına
aparır, əvəzində isə maşından orqanları çıxarılmış insanla-
rın cəsədlərini gətirərək onların yerinə uzadırdılar. İşlərini
115
qurtardıqdan sonra binanın bütün otaqlarına benzin və
gec sönən qətran töküb yandıraraq oradan uzaqlaşdılar.
Rusiya
Bu hadisənin baş veriyi dəqiqələrdə dünyanın digər
bölgəsində, Rusiyadakı kiçik rayonların birində torpaq yola
ağır-ağır irəliləyən yük maşınının içindəkilər də uşaq evinə
tərəf məhz, bu məqsədlə gedirdilər. Maşın birmərtəbəli
internat binasını qarşısında dayanan kimi əynində sarı
rəngli fəhlə paltarları olan əlisilahlı on beş nəfərlik dəstə
yük yerindən düşərək sıraya düzüldü. Kabinədən düşən
ucaboy, sarışın adam gəlib sırada birinci yerdə durmuş
adamla üzbəüz durub rus dilində soruşdu:
-Liçkin, telefon xətti kəsilib?
-Bəli cənab. Həm telefon xətti kəsilib, həm də elə indi
bu ərazidə mobil telefon siqnalları blok edildi. Müşahidə
kameraları da dondurulub.
-Afərin. Əməliyyata başlaya bilərsiniz.
Dəstə içəri girərək binanın içində xəstə uşaqlardan
başqa hamını gülləbaran etdi. Uşaqların isə burunlarına
diklafon tutub yatızdıraraq maşındakı içalatları çıxardıl-
mış meyidlərlə yerlərini dəyişdirdilər. İşlərini qurtaran
kimi bütün otaqlara çoxlu dinamit yerləşdirib, fitili yandır-
dılar və oradan uzaqlaşdılar.
Moskva. Rusiya
“Cирота ивы” kafesinin zirzəmisindəki otaqda adəti
üzrə Conu gözləyən dördlük vaxtı öldürmək üçün kart oy-
116
nayırdılar. Con içəri girən kimi üzünü Sergeyə tutub so-
ruşdu:
-Sizdə bütün ili belə soyuq olur?
Sergey cavab verməmiş Markez dilləndi:
-Nədir, Con? Meksika üçün darıxmısan deyəsən?
Stulda yerini rahatlayan Con dedi:
-Meksika üçün yox, amma havası üçün hə. Bu Rusiya-
nın soyuğundan zəhləm gedir.
Vodkadan bir qurtum içən Xavyer söhbətə qarışdı:
-Amma bu rusların vodkasına söz ola bilməz. Məndən
olsaydı, gələn ildən Argentinaya keçəcək ev sahibliyini də
Sergeyə verərdim.
-Nədir Xavyer, yoxsa, bizi qonaq qəbul etmək istəmir-
sən? – Lobo irişərək soruşdu.
-Argentinaya bu qədər gəlib-gedəndə bilmirdin ki, ev
sahibini bezdirəcəksən? – Xavyer cavab verdi.
Sergey söhbətin mübahisəyə çevriləcəyini görüb araya
söz atdı:
-Con, heç vaxt belə vaxtsız gəlməmişdin.
-Nəyə görə? – Con təəccüblə soruşdu.
Sergey bayaqdan əlində saxladığı kartları stola qoyub
dedi:
-Bəxtimə üç tuz çıxmışdı.
Con masadakıların gülüş səsinin kəsilməyini gözləyə-
rək, özünə sala kəsdi. Sonra hamının sakitləşdiyini görüb
soruşdu:
-Hə cənablar, deyin görüm, bu həftə nə etmisiniz?
Lobo əlindəki qovluğu Cona uzadıb dedi:
-Al bax. Nə etmişiksə, hamısı buradadır.
Con qovluğun içindəki vərəqləri nəzərdən keçirdə-
keçirdə dedi:
-Bu nədir? Burada ən çox Xavyerin gördüyü işlərdir.
Bəs digərləriniz nə etmisiz?
117
Lobo izahata başladı:
-Məsələ burasındadır ki, Con, Markezlə Sergey işi Pole-
rin tapşırdığı kimi görüblər. Yəni, orqanları çıxardılmış uşaq-
ların meyidlərini internatda canlıları ilə dəyişiblər. Xavyerə
gəldikdə isə, sənin mənə verdiyin «Ümid» mərkəzinə aid
siyahıdan uyğun olanlarını seçib ona göndərdim. Yəni,
onun getdiyi ünvanlar çox olduğu üçün belə nəzərə çarpır.
Con özündən razı halda gülüsmsündü:
-Əla.
Xavyer təəccüblə soruşdu:
- Con, əgər uşaqları bir yerdən götürmək mümkün-
dür sə, bəs niyə qapı-qapı gəzib uşaq yığırıq?
Con əlindəki qovluğu qatlayıb kənara qoyaraq dedi:
-Məsələ burasındadır ki, əziz Xavyer, uşaq evlərindən
ancaq bir dəfə məhsul götürmək olur. «Ümid» mərkəzi
isə meyvəsi hələ uzun illər tükənməyəcək ucsuz-bucaq-
sız bir alma bağıdır. Ona görə də siyahı hər dəfə birinizə
veriləcək. Sergey, gələn dəfə növbə sənindir. - Cibindən
qatlanmış dörd dənə vərəq çıxardaraq, – yadımdan çıx-
mamış, alın bu növbəti iki ay ərzində yerinə yetirəcəyiniz
sifarişlərdir. Sizə uğur olsun.
Con bunu deyib içi pulla dolu çamadanı götürərək
otaqdan çıxdı.
Dostları ilə paylaş: |