Bakı. Azərbaycan
Asif televizora baxa-baxa anasına səsləndi:
-Ana, mən acam.
-Nə olub, niyə qışqırırsan? (Anası stolun üstünü silə-
silə soruşdu).
-Dedim bəs mətbəxdəsən.
-Yemək artıq hazırdır. Gətirim, yoxsa atanı gözləyirsən?
-Bilmirsən, nə vaxt gələcək? Həmişə bu vaxtları evdə
olurdu.
-Zəng vurmuşdu. İşdən çıxıb, bir saata evdə olacaq.
Nə etsin, mərkəzdəki ən təcrübəli cərrah sənin atandır.
Ona görə də hamı onun qəbuluna düşməyə çalışır.
-Buna görə də atam işdən gec çıxır. Onun yaxşı həkim
olmağının əzabını isə mənim mədəm çəkir.
-Mən başa düşdüm. Sənə yemək verməsəm, atan gələ-
nə qədər sən mənə söz yedizdirəcəksən.
-Başqa vaxt olsaydı, gözləyərdim. Ancaq bu gün kom-
püterdə işim çoxdu. 3d max proqramında ev maketi yığı-
ram.
-Sən o proqramları öyrənəndə fikirləşirdim ki, mənasız
şeydir. Ancaq görürəm ki, çox iş görmək olur.
-Bu işi yarımçıq dayandırmalı olacağam.
-Niyə ki?
55
-Necə nə olacaq? Ac olanda eyvanı evin damına yapış-
dırıram.
Anası “başa düşdüm” deyib mətbəxə tərəf gedəndə
Asif onun arxasınca qışqırdı:
-Ana, özün üçün də yemək qoy, bir yerdə yeyək.
-Sən ac olanda başqalarını fikirləşə bilirsən? Məni lap
təəccübləndirdin (Anası eyni ahənglə cavab verdi).
Anası yemək gətirməyə gedəndə Asif reklamların bit-
diyini görüb filmin davamına baxmağa başladı. Filmdəki
baş qəhraman getməyə yeri olmadığına görə gecəni ya-
ğışın altında, parkdakı oturacağın üstündə keçirtməyə
məcbur idi. Asif televizorda oturacaqda uzanan adamın
üstünə tökülən yağış damlalarına baxdıqca, qeyri-ixtiyari
bir neçə il bundan qabaq başına gələn hadisəni xatırladı.
15 yaşı olanda bir payız günü üç həmyaşıdı ilə evlə-
rinin yaxınlığındakı parkda qoyulmuş oturacaqda oturub
sakitcə kola içirdilər. Asif cansıxıcı sükutu pozmaq üçün
lətifə danışmaq qərarına gəldi:
-Bir rus parkda qaz otarır. Polis yaxınlaşıb deyir: -
Vətəndaş, burada qaz otarmaq olmaz. Qaz otaran soruşur:
-Niyə? Polis cavab verir: - Ona görə ki, qazlar yaşıllığı ye-
yir, ətrafı bulayırlar. Qaz otaran göyərçinləri göstərib so-
ruşur: -Bəs bunlar? Axı onlar da eyni şeyləri edirlər. Polis
deyir: - Onlara olar, onlar sülh quşudur. Qaz otaran əlini
polisin çiyninə qoyub başıyla qazları göstərərək deyir:
-Çuvak, heç mənim qazlarım da müharibə tərəfdarı deyil.
Asifin gedişi nəticəsini verdi. Sağda onunla yanaşı otu-
ran sözə başladı: Rus demişkən, bir ay bundan qabaq Rusi-
yada içində bir neçə azəri sərnişin də olan avtobus qəzaya
uğrayıb. Xəbərlərdə göstərdilər.
56
Səhəri gün oxumaqla arası olmayan sinif yoldaşlarım-
dan biri məktəbə gələndə direktora yaxınlaşaraq özünü
kədərli göstərib dedi:
-Müəllim, dayım dünən Rusiyada avtobus qəzasında
həlak olub. Özü də oradan evləndiyindən ailəsinin
xahişiylə onu orada dəfn etməliyik. Mən də dəfndə iştirak
etmək istəyirəm. Xahiş edirəm, mənə bir neçə günlük icazə
verəsiniz. Direktorun ona yazığı gəlir və 10 günlük icazə
verir. Üstəlik məktəbin fondundan bir miqdar pul götürüb
verir ki, al bunu yolda lazım olar. Sinif yoldaşım da “qatar-
dan düşən kimi məktəbə getməməliyəm” fikri ilə bir neçə
gün də özü ləngiyir və iki həftə dərsdən yayınır.
Artıq söhbət get-gedə qızışırdı ki, birdən leysan yağ-
mağa başladı. Uşaqlar ani olaraq, evlərinə tərəf qaçaraq
onu yağışın altında tək qoydular. Asif güclü yağışın altın-
da birtəhər gəlib evlərinə çatanda tamam suyun içində idi.
Anasının səsinə fikirdən ayıldı. “Süfrə hazırdır, gəl
yeməyini ye”. Yeməkdən sonra Asif otağına getmək
istəyəndə anası qoymadı:
-Dayan, iş qaçmır ki. Səninlə bir şey haqqında danış-
maq istəyirəm.
Asif divanda oturan anasına yaxınlaşdı: Buyur. Eşidirəm.
-Atanın işlədiyi «Ümid» mərkəzinə üzv olmaq istəmir-
sən?
-Dəqiq bilmirəm. Məncə oraya müraciət etmək üçün
gərək nəyəsə ehtiyacın ola. Mənim isə şükür Allaha, heç
nəyə ehtiyacım yoxdur. Mənim qayğıma qalan və həmişə
güvənəcəyim valideynlərim var. Məndən ötrü şəhərdəki
evi satıb, buradan -Binəqədidən həyət evi aldınız. Evi
mənim rahat hərəkət edə biləcəyim şəkildə döşəmisiniz,
autocad və 3d max proqramlarını öyrənsəm işim də ola-
caq. Daha mənə nə lazımdır?
57
-Məsələ ehtiyacda deyil. Mən maraqlanmışam, ora
gedən əlillərin heç də hamısı ehtiyac üzündən getmir. Ki-
misi bacarığını nümayiş etdirmək üçün, kimi də bu işdə
Samirə dəstək olmaq üçün ora üzv olub. Atan deyir ki,
«Ümid» mərkəzində hər həftə müxtəlif ölkələrdən gələn
əlillərlə birgə fərqli yığıncaqlar, tədbirlər təşkil olunur.
Məncə ora üzv olsan yerli və xarici çoxlu dost qazanarsan.
Bu həyatda zəngin təcrübə qazanmaq üçün ora üzv olma-
lısan.
-Yaxşı ana, mən fikirləşərəm.
-Əgər vaxtın olsa, həmin mərkəzin internet saytına gir,
bir az məlumat topla.
Asif “oldu” deyib otağına getmək istəyəndə qapı dö-
yüldü. Anası qapını açıb içəri qayıdanda Asif soruşdu:
-Qapını döyən kim idi?
-Akif idi. Əllərini yuyub gəlir.
Akif içəri girən kimi Asif dedi:
- Xoş gəlmisən ata. Nə əcəb belə gec gəldin?
-Çox sağ ol oğlum. Deyəsən, darıxmısan məndən ötrü?
-Yaman da darıxıb. (Anası çörək doğraya-doğraya
söhbətə qoşuldu) Onun üçün qarın qardaşdan irəlidir.
Səni gözləmədən şam etdi. Hətta məni də yoldan çıxart-
maq istəyirdi.
-Nə edim axı, dedin atan gec gələcək.
-Onunla işin olmasın, Adilə. Bəxtim gətirdi ki, yolda
tıxaca düşmədim. Yoxsa ən tezi bir saatdan sonra evdə ola-
caqdım. Sizin işləriniz necədir? (Akif stulda oturaraq so-
ruşdu) Hər şey qaydasındadır?
- Şəxsən məndə hər şey qaydasındadır (Asif dilləndi).
-Hər şey yaxşıdır. (Adilə əlindəki yemək dolu boşqab-
ları stolun üstünə qoyub söhbətə qoşuldu). Bu gün qonşu-
da toy var idi, ora getmişdim.
58
-İş başımı elə qatıb ki, xeyirdən də qalıram, şərdən də.
Necə toy keçdi?
-Ata, mən otağıma gedirəm (Asif söhbətə qarışdı). Sizə
nuş olsun.
-Yaxın dur, sənə də olsun (Akif zarafatla cavab verdi).
Asif otağına gedəndə valideynləri süfrə arxasında
yemək yeyə-yeyə söhbətə başladılar.
Çako vilayəti. Argentin
a
Bu dəfə yağan qar bəlkə də heç bir zaman gecəqondu
məhəlləsində yaşayan insanların yadından çıxmayacaqdı.
Üç gün əvvəl tikinti şirkətinin nümayəndəsi stadionu vax-
tında təhvil vermək üçün evlərin bazar günü söküləcəyini
demişdi. Soyuq havada küçədə qalmaq qorxusu ilə ona yal-
varan insanlara isə bildirmişdi ki, rayonun şərq tərəfində
onlar üçün yaza qədər qala biləcəkləri sığınacaqlar tiki-
lir. Ona görə də, şənbə günü kədər içində ev əşyalarını
şirkətin ayırdığı maşınlara yükləyən sakinlərin üzərinə ya-
ğan sanki qar deyil, göydən ələnən dərd, kədər, qəm-qüssə
idi. Get-gedə şiddətini artıraraq yağan qarı çarəsizlikdən
talelərinə ağlayan insanların üzünə çırpan külək də sanki
bununla onlara iztehza edib gülürdü.
Pedro içinə ev əşyaları yığılmış sonuncu qutunu Lu-
siyadan alıb maşına qoyanda onun soyuqdan titrədiyini
görüb maşının kabinəsində oturmasını tapşırdı. Şirkətin
sığınacaq kimi ayırdığı yer 30 ailə üçün kiçik olduğun-
dan, bir çox ailələr orada qalmaqdan imtina etdi. Kimi
qohumlarının yanına getdi, kimi kirayə ev tutdu, kimi
də başqa bir gecəqonduya köçdü. Pedro da işlədiyi fabri-
kin gözətçisinin işdən çıxaraq paytaxta, oğlunun yanına
59
köçməsindən istifadə edib rəhbərliklə danışdı və ailəsi ilə
birgə onun qaldığı fabrikin girəcəyində tikilmiş birotaqlı
gözətçi kabinəsinə köçməyə razılıq aldı. Belə olan halda
həm qalmağa yerləri olacaqdı, həm də gözətçiliyə görə
əlavə pul qazanacaqdı. Köçməkdə onlara kömək edən
Qustavo ətrafa göz gəzdirib dedi:
-Daha burada qalmağın mənası yoxdur. Yığışın gedək.
Əslində, Qustavonun getmək təklifini onların bu acı
mənzərəni görüb əzab çəkməmələri üçün etdiyini hamı
gözəl başa düşürdü. Lakin bir-birilərinə təsəlli vermək
və dayaq olmaq üçün heç kim səsini çıxartmadan maşına
minməyə başladı. Qustavo ilə Xose də maşına oturduqdan
sonra Pedro mühərriki işə salıb yola düşdü. Maşın ağır-
ağır qarlı və palçıqlı yolla irəliləməyə başlayanda, Mari-
ya özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Maşın
məhəllədən uzaqlaşdıqca, Lusiya get-gedə kiçilən evlərə
baxaraq, yanağından süzülən yaşı gizlətməyə çalışırdı.
Səhərisi gün Pedro Mariyanın xahişi və uşaqların
təkidi ilə onları işlədiyi maşınla məhəlləyə gətirdiyində,
bütün məhəllə sakinlərinin oraya toplaşdığını gördü. Sığı-
nacaq soyuq, rütubətli və darısqal olduğundan qışın sərt
soyuğuna və yağan güclü qara baxmayaraq, hamı bura-
ya ürəklərində son ümid qığılcımı ilə, “bəlkə yağan qarın
işə maneçiliyindən işləri yaza qədər dayandırdılar” fikri
ilə gəlmişdi. Lakin ətrafda təmizlənəsi yer çox olduğun-
dan, tikinti şirkəti heç nəyə baxmadan yaza qədər işləri
bitirməkdə qərarlı idi. Ona görə də baş usta 3–4 evin iş vax-
tı fəhlələrin istifadə etməsi üçün saxlanılıb, qalanlarının
sökülməsi barədə “Başlayın!” əmrini verdi. Evlərin üzərinə
yeriyən traktor və maşınları gördükdə Pedro daşın üstündə
oturub başını əllərinin içinə aldı. Sakitcə bir kənarda daya-
nıb dağılan evlərinin xarabalıqlarından qalxan toz-dumanı
60
izləyən insanların hər birinin üzündə ümidsizliklə bahəm
bir qəm-qüssə, ürəklərində kədər dolu hüzn, gözlərində
isə yanaqlarından süzülərək qarın üzərinə tökülən göz yaşı
vardı. Kimi ürəyində dua edir, kimi yeni il bayramı üçün
kardondan düzəldərək evinin damından asdığı rəngli “Fe-
liz Anyo Nuevo -2012” və xoruz maketinin dağıdılması-
na baxıb ağlayır, kimi də burada keçirdiyi illəri xatırlayıb
dərindən ah çəkərək təəssüf edirdi. Bəziləri isə bu maşınla-
rı saxlamağın bir yolunu fikirləşirdi. Kənarda taleyilə barı-
şaraq, sakitcə bu mənzərəni seyr edənlər də vardı.
Bir müddət sonra artıq burada qalmağın mənasız ol-
duğunu görüb dağılışmağa başladılar. Ailə giriş qapısı çü-
rük taxtadan olan və divarlarının çox yerdən suvağı tökül-
müş bir otaqdan və pəncərəsinin qırılmış şüşəsinin yerinə
kardon vurulmuş kiçik mətbəxdən ibarət olan gözətçi
kabinəsinə öyrəşə bilməsə də, başqa çarələri yox idi. Qal-
dıqları yer sığınacaqdan qat-qat isti idi. Sığınacaqda rütubət
və soyuğun təsirindən xəstələnənlərin sayı çox idi. Venera
da bərk xəstələndiyindən Lusiya ona baş çəkməyə getmiş-
di. İyirmi iki ailənin məskunlaşdığı çiy kərpicdən tikilmiş
sığınacaqda hər şey bir-birinə qarışmışdı. Divarlar çöldən
suvanmadığına görə içəri əməlli-başlı soyuq idi. Ortada
qoyulmuş iri odun sobası odun və kömür olmadığı üçün
insanların onsuz da dar olan yerini daha da daraltmaqdan
başqa bir işə yaramırdı. Antisanitariyanın baş alıb getdi-
yi sığınacaqda elektrik olmadığından içəri yalnız şamlar-
la işıqlandırılmışdı. Pəncərələrin qırıq şüşələrinin yerinə
kardon parçaları vurulduğundan Lusiya içəri girəndə bir
müddət içəridəki vəziyyətdən baş aça bilmədi. Get-gedə
gözləri alaqaranlığa öyrəşdikcə heç kimi tapdalamamaq
üçün addımlarını ehtiyatla ataraq Veneranın ailəsinin qal-
dığı yerə gəldi. Venera damın deşilmiş yerindən içəriyə ya-
61
ğış və qar suyunun tökülməməsi üçün qoyulmuş və yarıya
qədər su ilə dolmuş qulpu qırıq və paslı vedrənin yanında
sərilmiş döşəkdə uzanmışdı. Qızdırmadan üzü qızarmış-
dı. Ciyərlərinə bərk soyuq dəydiyindən güclə nəfəs alır-
dı. Anası baş tərəfində oturub çarəsizlikdən ağlaya-ağlaya
gah əskini isladıb onun alnına qoyur, gah da müqəddəs
Məryəmə dua edirdi. Lusiya yaxına gəlib onun yanında
oturaraq, əlindən tutub və saçını sığallayaraq dedi:
-Salam əzizim.
Venera göz qapaqlarını yavaş-yavaş qaldırıb Lusiyanı
görən kimi yüngülcə gülümsündü:
-Bilirdim ki, gələcəksən.
-Necəsən, Venicita?
-Ömrümə az qalıb Lusi, lap az.
-Bəsdir görək. Sə.......
Venera onun sözünü yarımçıq kəsdi:
-Dayan, sözümü kəsmə, bilirəm ki, belədir. Xahiş
edirəm mənə sona qədər qulaq as. Bu xəstəlik elə də ağır
xəstəlik deyildi, sağalasıydı. Məni bu vəziyyətə pulsuzluq
saldı. Nə dərman almağa pul var, nə də həkimə getməyə.
Atam sağ olsaydı, bəlkə də belə olmazdı. Anam kömək
üçün kimin üstünə getdisə, əliboş qayıtdı. Bu sığınacaqda-
kı bütün ailələr bizim vəziyyətdədi. Mən heç vaxt dəbdəbə
arzusunda olmamışam bacı. Həmişə əlimdə olana qane ol-
muşam. Ac qalanda da, köhnə paltar geyinəndə də, soyuq-
dan üşüyəndə də. Amma səhv etmişəm, gərək pul qazan-
maq üçün nə isə edərdim. Bunu əczaxana satıcısının ona
dərman üçün yalvaran anamı aptekdən bayıra qovduğunu
eşitdiyim gün başa düşdüm. Xahiş edirəm bacı, sən belə
olma, daim mübarizə apar. Apar ki, xəstələnəndə hansısa
həkim ananı hamının yanında təhqir edib gülməsin, əksinə,
sənin yanına qaça-qaça gəlsin. Söz ver mənə Lusi, söz ver
62
ki, bu belə olacaq. (Əlini üstünə örtülən yorğanın altına
salaraq, oradan taxtadan düzəldilmiş ovuc içi boyda kiçik
göyərçin fiquru çıxarıb Lusiyaya verdi) -Al bunu, Lusi. Bir
gün yüz nəfər mənim kimi çarəsiz insana kömək etmək
gücündə olanda bu göyərçini gətirib mənim qəbrimdə
basdırarsan. O mənə hər şeyi danışacaq Lusi. Sənin necə
böyük adam olduğunu deyəcək mənə. Həmin gün mən də
xoşbəxt olacağam bacı. Mən səni çox istəyi.......
Venera qəflətən sözünü yarımçıq kəsib əbədiyyən su-
saraq gözlərini həmişəlik yumdu. Onun ölümündən sonra
anası havalanaraq dəlixanaya düşdü. Sığınacaqdakı insan-
lar isə qızınmaq üçün onların ev əşyalarını sobada yan-
dırdılar. Veneranı isə kimsəsizlər qəbiristanlığında dəfn
etdilər. Lusiya itirməmək üçün göyərçin fiqurunu deşib ipə
keçirdi. Bu onun boynunda bir talisman kimi qalacaqdı.
Moskva. Rusiya
Hər iki tərəfi yeni il aksesuarları ilə bəzədilmiş qarlı
yolla gedən köhnə Moskviç Saykina küçəsinə girəndə qara
batıb dayandı. Sürücü maşını bir neçə dəfə dala-qabağa
versə də, çıxara bilmədi. Maşından düşən kimi topuqdan
yuxarı qarın içinə girən Con əsəbi halda öz-özünə deyindi:
- Rusiyanın soyuğundan zəhləm gedir.
Əyilib maşının batdığı yerə baxdı, qabaq təkərlər qarlı
palçığın içində idi. Ətrafa göz gəzdirib yaxınlıqdakı park-
da oynayan uşaqların yanına gedərək cibindən 100 dol-
lar çıxardı. Əl hərəkətləriylə maşınını çıxartmağa kömək
edəcəkləri təqdirdə bu pulu onlara verəcəyini başa saldı.
10–12 uşağın köməkliyi ilə maşını çıxardıb pulu uşaqlara
verəndən sonra yoluna davam etdi. Bir neçə dəqiqədən
63
sonra “Cирота ивы” kafesinə çatıb maşından düşərək
içəri girdi. Onu qapıda iki ay əvvəl işə götürdükləri lal-
kar insan olan 53 yaşlı İvan qarşıladı. Həmişəki üsulla aşa-
ğı düşüb qapısı üzərində söyüd yarpağı şəkli olan otağa
girdikdə dördlük onu gözləyirdi. Con içəri girən kimi ha-
mısı ayağa qalxdılar və yalnız o, yerində oturduqdan sonra
öz yerlərində əyləşdilər. Con oturan kimi üzünü Xavyerə
tutub soruşdu:
-Eşitdim xəstələnmisən, indi necəsən?
-Ciddi bir şey yoxdur, adi soyuqlamadır.
-Özünə yaxşı bax. Sən hələ bizə çox lazımsan.
-Bilirəm Con. Bilirəm
-Bu gün sizə iki şad xəbər gətirmişəm. Əvvəla gətir-
diyiniz pulları özünüzə götürün. Poler dedi ki, yeni il
hədiyyəsidir. İkincisi isə yaxın on gün üçün iyirmi bir or-
qan istəyiblər. (Cibindən kağız çıxardıb Markezə verərək
dedi) Bu işi sən gör. Sənə verdiyim kağızda orqanların ad-
ları və çatdıracağın ünvanlar yazılıb.
-Baş üstə, Con!
-Poler uşaqların saxlanma şəraitindən narazıdır. Əmr
edir ki, Marta qədər heç biri diləndirilməsin. Tapşırır
ki, onları təmiz və isti yerdə saxlayasınız, qidalarına fi-
kir verəsiniz ki, sağlam qalsınlar. İstəyir ki, hər birinizin
2–3 həkimdən ibarət kiçik tibb məntəqəniz olsun. Son
iki ay ərzində soyuqdan, infeksiyadan, aclıqdan və digər
səbəblər üzündən iyirmi səkkiz uşaq ölüb. Poler istəmir ki,
oğurlanan əlil uşaqlar ona heç bir xeyir vermədən ölsünlər.
Siqaret yandırıb soruşdu:
-Hansısa bir probleminiz, istəyiniz yoxdu kir?
-Bizim səndən bir istəyimiz var. (Lobo dilləndi)
-Buyurun.
-İstəyirik, bizim yeni il hədiyyəmizi qəbul edəsən.
64
-Yeni il hədiyyəsindən xoşum gəlir. Corabımı çıxar-
dım?
-Əziyyət çəkmə, onsuz da coraba yerləşən deyil. Yaxşı-
sı budur, bizimlə gəl.
Con onlarla birgə kafenin arxasına gələrək, üzərinə
çadır örtülmüş avtomobilin yanında dayandı. Sergey –
“Yeni ilin mübarək Con” – deyib çadırı kənara çəkdi. Qızılı
rəngdə olan Rol-s-Roys Conun xoşuna gəldi.
Sergey maşın haqqında qısa məlumat verdi.
-2011-ci ilin maşınıdır, xüsusi olaraq, Rusiya yolları
üçün modernləşdirilib. İçindəki mükəmməl klimasiya sis-
teminin köməkliyi ilə daha buranın soyuğundan zəhlən
getməyəcək.
Con maşını işə salıb dedi:
-Hədiyəyə görə sağ olun. Mənim işim var, getməliyəm.
-Bəs Moskviçi nə edim? - Sergey soruşdu.
-Yandır. Amma elə-belə yandırma, heyfdi. İçinə 2-3
nəfər adam da qoy ki, çox heyfslənməyim.
Maşını sürə-sürə başını pəncərədən çıxardıb qışqırdı:
-Azyaşlı uşaqlar olsa, lap əla olar. Küçənin başındakı
parkda var.
Con şəhər kənarındakı kiçik mehmanxanaya gələrək,
dörd gündür onu bu otaqda gözləyən 25 yaşlı Nataşa
adlı rus qızıyla əylənəndən sonra yatdı. Səhər yuxudan
durduqda yataqda tək olduğunu görüb Nataşanı səslədi
və onun –burdayam – cavabından hamamda olduğunu
bilərək, yerindən durmadan televizoru yandırdı. Dilini
başa düşmədiyindən kanalları ora–bura çevirirdi ki, kanal-
ların birində göstərilən yanmış maşını nömrəsindən tanı-
dı. Bu onun Moskviçi idi. Nataşa başını qurulaya–qurulaya
otağa girəndə əlini saxlayıb xəbərlərə baxmağa başladı.
Con onun maraqla baxdığını görüb soruşdu:
65
-Nə olub? Niyə belə maraqla baxırsan?
-Görürsən əclafları. Uşaqları maşına doldurub yandı-
rıblar.
-Bəlkə maşın sahibinin uşaqları imiş? Ata birtəhər ma-
şından çıxıb, uşaqlar isə qalıb?
-Yox, olsa aparıcı deyərdi. Belə insanların ya başını
kəsmək, ya da gözlərini çıxartmaq lazımdır.
Con otaqdan çıxandan bir neçə saat mütəmadi olaraq,
saat 1–də Nataşanın sifarişi ilə ona nahar yeməyi gətirən
xidmətçi qız adəti üzrə otağa girəndə onu çarpayıda bo-
ğazı kəsilmiş halda uzanan və gözləri tökülmüş görüb dəli
kimi çığıraraq otaqdan çıxdı.
Sergey kofe içə-içə anasına qulaq assa da, fikri tamam
başqa yerdə idi. Göyərtəsində 12 ton heroin olan gəmi ar-
tıq bir həftə idi ki, limanda gözləyirdi. Limanla Sergeyin
iş yerindəki anbara qədər olan yolda iki növbətçi köşkü
var idi və Sergey bu qədər məhsulu risqə atmaq istəmirdi.
Əgər heroini vaxtında anbara gətirib müştərilərə payla-
masaydı, bu həm özünün, həm də üzvü olduğu təşkilatın
imicinə böyük zərbə olacaqdı. Ona görə də bu gün nə olur-
sa olsun, narkotiki gəmidən boşaltdırıb anbara gətirməyi
düşünürdü.
“Lap limandan anbara qədər tunel də çəkdirmək la-
zım olsa, bunu edəcəyəm”. - deyə öz-özünə fikirləşdiyi
vaxt anasının səsinə fikirdən ayıldı.
-Heç bilirsən nə istəyirdi?
Sergey fikirli olduğundan heç nə başa düşmədi: - Kim?
Kim nə istəyir?
-Alyoşanı deyirəm dəə, qardaşın oğlu. Dünən gecə
yuxudan ayılaraq gəlib anasının yanına ki, mən qarpız
istəyirəm. Ağlayıb bütün ailəni yuxudan oyadıb ki, yuxu-
da qarpız görmüşəm, mənə qarpız verin.
66
Birdən-birə Sergeyin əhvalı düzəldi. Doyunca güldük-
dən sonra ayağa duraraq, anasının üzündən öpüb qapıya
tərəf gedəndə anası arxadan səsləndi:
-Səhər tezdən bu soyuqda hara gedirsən?
Sergey qapıdan çıxa-çıxa:
-Gedirəm Alyoşaya qarpız almağa.
Sergey iş yerinə gələn kimi köməkçisi Oleqə dedi:
-Mənə bir–iki ton qarpız tap. Çalış bu günə hazır
edəsən, axşama lazımdır. Üstəlik on iri şirəçəkən, iki rulon
salafan, bir neçə qutu keyfiyyətli kley və əlli adam lazım-
dır. Qayçılar, bıçaqlar və vedrələr də ki, öz yerində.
Oleq: -Oldu! - deyib gedəndən 10–12 saat sonra əlli altı
nəfər adam qarpızları yük maşınlarından boşaldıb heroin
yüklənmiş gəmiyə daşıyırdılar. Adamlar işlərini qurta-
ran kimi, özləri də gəmiyə mindilər və Sergeyin işarəsiylə
gəmi sahildən uzaqlaşaraq qaranlıqda gözdən itdi. Bir
saat gedəndən sonra Sergey dayanma əmrini verib bütün
adamları kapitanın kayutuna çağırdı. Bir az sonra hamının
toplaşdığını görüb görəcəkləri işi onlara izah etdi:
-Demək belə. Siz qarpızları səliqə ilə tən ortadan bö-
lərək içini təmizləyib vedrəyə tökürsünüz. Çalışın bu za-
man qabığı zədələməyin. Sonra hər bir yarımkürənin içinə
salafan döşəyərək heroini ora doldurursunuz. Hər iki
tərəfi doldurduqdan sonra yarımkürələri kleylə yapışdırır-
sınız. On nəfər isə vedrələrə yığılmış qarpızları göyərtəyə
gətirərək şirəçəkəndə maye halına salıb dənizə tökürlər.
Bu qədər sadə. Sualı olan var?
Sergey heç kimin dillənmədiyini görüb – Başlayın! -
deyərək, göyərtəyə çıxdı. 1-2 saat işə tamaşa edəndən son-
ra yuxusu gəldiyindən yatdı. Səhər yuxudan duran kimi
telefonla Oleqdən işlərin necə getdiyini soruşaraq “əla”
cavabını alıb üzünü qırxmağa başladı. Adamlar axşama
67
yaxın bütün işləri qurtarıb istifadə etdikləri avadanlıqları
məhv etdilər. Sergey onları yenidən kapitanın kayutuna
yığıb dedi:
-Afərin sizə. Əla işlədiniz. Bilirəm ki, dünəndən bəri
yuxusuzsunuz, həm də bərk yorulmusunuz. Ona görə də
gedin dincəlin. Qarpızları anbara sabah səhər aparacağıq.
İşlər tam başa çatan kimi özüm sizi mükafatlandıracağam.
Adamlar kayutdan çıxandan sonra Oleqə dedi:
-Sən sənəd işləri ilə məşğul ol. Kapitana tapşır gəmini
sahilə qaytarsın. Bir az da burada qalsaq diqqət çəkərik,
həm də şəhərdə işlərim var. Sergey səhəri gün iş yerindəki
ka binetində oturaraq, mobil telefonu qarşısına qoyub hə-
ya canla Oleqin verəcəyi xəbəri gözləyirdi. Onun hesabına
görə maşınlar 20 dəqiqə bundan əvvəl sonuncu nəzarət
mən təqəsindən keçməli idilər. Buna görə də keçən hər də-
qiqə onun narahatlığını və həyacanını daha da artırırdı.
Özü nü sakitləşdirmək üçün bir az viski içmək istədi. Viski
şüşəsinin qapağını açmaq istəyəndə telefonun səsini eşidib
cəld butulkanı kənara atdı, telefonu götürərək səbirsizliklə
soruşdu:
-Eşidirəm Oleq. Nə xəbər var?
-Arxayın olun, boss, hər şey qaydasındadır. Postların
hər ikisini problemsiz keçdik. Yarım saata ordayıq.
Sergey dərindən nəfəs alıb dedi: -Afərin sizə. Gözləyi-
rəm sizi.
O, telefonu cibinə qoyub musiqi mərkəzini yandıraraq
viski içə-içə həzin musiqilərə qulaq asmağa başladı.
|