Hadisədən 6 gün sonra
Madrid. İspaniya
Silva kabinetə girəndə Almeyda həyacanla otaqda o
baş-bu başa gedirdi. Silvanı görüb dedi:
-İki saatdır haradasan? Bayaqdan səni gözləyirəm.
Sənin ən xoşbəxt günün hansıdır?
Silva heç nə anlamayaraq dedi:
-Doğum günüm, bir də evlilik ildönümüm.
- Elə mənim də. Ancaq mənim üçün o günlərə daha
biri də əlavə olundu. Mən hər il bu günü böyük təmtəraqla
qeyd edəcəyəm.
-Yenidən doğula bilməyəcəyinə görə, yəqin ki, yenidən
evlənirsən.
-Yox. Tapa bilmədin. Onda bunu tap görüm, iki saat
bundan qabaq telefonda kiminlə danışmışam?
240
-Yeni sevgilinlə?
-Bəsdir Silva, mən ciddiyəm. İki saat əvvəl telefonda
Samirlə danışmışam.
Silva stulda oturaraq dedi:
-Gah ciddiyəm deyirsən, gah da zarafat edirsən. Bunu
necə başa düşək?
-Mən düzünü deyirəm Silva. Oturmuşdum kabine-
timdə, sənədləri gözdən keçirdirdim. Birdən telefon zəng
çaldı. Türkiyədən Səlcuq idi. Samirin tapıldığını deyəndə
ilk öncə inanmadım, sonra hər şeyi mənə başa saldı. Bu
gün türk polisi onu Karabükün Nice meşəsində sənin qızı-
nın atasıyla bir yerdə tapıb.
-Burada nə isə bir anlaşılmamazlıq var.
-Nə anlaşılmamazlıq?
-Qızımın atası mən özüməm. Mən isə ömrümdə bir
dəfə də olsun, Türkiyədə olmamışam.
Almeyda qəh-qəhə çəkib gülərək:
-Mən sənin neçə gündür axtardığın argentinalı qızı
nəzərdə tuturam. Samirgil artıq təyyarəylə yola düşüblər,
bir azdan Madriddə olacaqlar.
-Atası qızını soruşsa, nə deyəcəyik? Bir qızı da tapıb
ortaya çıxarda bilmədik.
-Səbr elə əzizim, səbr elə. Dünən Samirlə Pedro da yox
idi. Qızı da tapacağıq, hələ üstəlik Conu da.
-Gedim aeroportda təhlükəsizlik tədbirləri görüm.
-Get, amma ehtiyatlı ol. Samir Səlcuqa deyib ki, bu işdə
başqalarının da əli var. Əgər mənim tapılmağımı eşitsələr
aradan çıxacaqlar. Ona görə də çalış, hər şeyi sakitcə həll
edəsən. Qoy hələlik Samirin tapılmağını heç kim bilməsin.
Sən demə “Hoja de sauce” təşkilatının əsl başçısı Con yox,
Samirin «Ümid» mərkəzindəki ən yaxın köməkçisi imiş.
241
-Ola bilməz! – Silva yumruğunu sıxdı. – Bu lap buğda
anbarına girmiş toyuğun nağlına bənzədi ki.
-Bəli Silva, məhz belədir. Bu vaxt ərzində «Ümid»
mərkəzinə üzv olan bütün əlillər onun nəzarətində olub.
-O da istədiyi kimi istifadə edib. Bəs onu həbs edə
biliblər?
-Hələlik yox. Azərbaycan polisi onu axtarır, yəqin tez-
liklə tutacaqlar. Sən burada ləngimə. Get hava limanına, nə
lazımdırsa elə.
Silva kabinetdən çıxanda Almeyda özünə pitza sifa-
riş edirdi. Bu onun adəti idi. Hər dəfə əməliyyatı uğurla
yerinə yetirdikdən sonra oturub pitza yeyə-yeyə televizor-
da filmə baxırdı.
Türkiyədən gələn təyyarə Madrid hava limanında yerə
enəndə Samirə yaxınlaşan Silva özünü təqdim etdi:
-Salam cənab Samir. Mənim adım Silvadır. “Hoja de
sauce” cinayətkar təşkilatıyla bağlı işlərdə cənab Almey-
daya kömək edirəm.
-Bilirəm. Türkiyədə mənə hər şeyi danışıblar. “Hoja de
sauce” təşkilatının etdiyi cinayətlər barədə və mənim itkin
düşdüyüm gündən bu günə qədər İspaniya polisinin və
Təhlükəsizlik Nazirliyinin gördüyü işlər barədə xəbərdar
ediblər. Çəkdiyiniz bütün zəhmətə görə «Ümid» mərkəzi
adından və şəxsən öz adımdan hər birinizə ayrı-ayrılıqda
təşəkkürümü bildirirəm.
-Dəyməz cənab. Bu bizim vəzifə borcumuzdur.
-Mən İspaniyaya gəldiyim gündən bu günə qədər
başıma gələn bütün hadisələri ən incə detallarına qədər
Türkiyədəki həmkarlarınıza danışmışam. Orada mənə söz
verdilər ki, dediklərimi bir neçə dəfə təkrar etməməyim
üçün tərcümə edib İspaniyaya göndərəcəklər.
242
-Artıq göndəriblər cənab. Yarım saat bundan qabaq
Almeyda zəng vurub xəbər verdi.
-Bəs mənim qızım? – Pedro söhbətə qarışdı. – Onu hələ
tapmamısınız?
-Təəssüf ki, yox. Ancaq siz narahat olmayın, biz onu
hər yerdə axtarırıq. Tezliklə, qızınızı tapıb sizi qovuşdura-
cağıq. Ancaq “Hoja de sauce” təşkilatının qurbanı olmuş
bütün cəsədlər kimi sizin arvadınızın da meyidini Ar-
gen tinadan gətizdirib İspaniya hökümətinin ayırdığı xü-
susi qəbiristanlıqda dəfn etmişik. Bu “Hoja de sauce”
təşkilatı tərəfindən öldürülən insanların xatirəsinin əbə-
diləşdirilməsi üçündür. Əgər istəsəniz gedib ziyarət edə
bilərsiniz.
-Qızına görə mən də çox təəssüf edirəm Pedro. Ancaq
unutma ki, oğlunun da sənə böyük ehtiyacı var. Qızın tapı-
lana qədər çalış oğlunun qeydinə qalasan.
-Oğlunuzun və sizin rahatlığınız üçün Madrid bələdiy-
yəsi nə lazımdırsa, edəcək. – Silva əlavə etdi.
-Pedro qəbiristanlığa gedəndə mənə də xəbər et, bir-
likdə gedək.
-Oldu.
-Sizin həmyerliniz olan iş yoldaşlarınızın cənazələrini
vətəninizə göndərmişik.
-Əziz Silva, həmin məzarlıqda dəfn olunan bütün əlil
insanlar mənim dostum, yoldaşım idi. Orada dəfn olunan
bütün əlillərə görə ağır təəssüf hissi keçirdirəm.
Silva polislərdən birinə Pedronu Xosenin müalicə
olun duğu xəstəxanaya aparmağı tapşırıb özü Samirlə bir-
gə maşına əyləşərək altı polis maşınının müşayəti ilə qə-
rargaha tərəf istiqamət aldı. 10-15 dəqiqə yol gedəndən
sonra Samir soruşdu:
243
-Abalos küçəsinə gedə bilərik? Oradan bir əmanəti
götürmək lazımdır.
-Polislərə tapşıraram nə lazımdırsa, gedib gətirərlər.
-Yox, təkcə polislər olmaz. Gərək özümüz də gedək.
Silva gülümsünərək:
-Polislərə də etibar etmirsən? Nədir, yoxsa həmin
küçədə xəzinə basdırmısan?
-Düz tapmısan. Həmin küçədəki 111–ci evdə mənim
üçün milyon yarım pul, sənin üçün isə təqribən 60 kilo qı-
zıl var.
-Mənim üçün? Qızıl?
-Bəli. Üstü müxtəlif cür qiymətli daşlarla bəzədilmiş
60 kiloluq qızıl külçə var. – Silvanın təəccüblə ona baxdığı-
nı görüb əlavə etdi: -Sən məni dediyim ünvana apar, özün
hər şeyi görəcəksən.
-Yaxşı, səni ora apararam. Ancaq əvvəlcə bu haqda te-
lefonla qərargaha xəbər verməliyəm. Yoxsa qərargaha gec
getdiyimiz üçün Almeyda məndən pitza bişirər.
-Hara istəyirsən xəbər verə bilərsən.
Silva maşın kiçik yük yerindən balaca, barabanlı ta-
pança çıxardaraq Samirə uzatdı:
-Bunu məndən kiçik bir hədiyyə kimi qəbul elə. Nə
qədər ki, İspaniyadasan bundan belə bu ölkədə heç kim
sənə zərər verə bilməz. Ancaq yenə də götür bunu, qoy hər
ehtimala qarşı səndə qalsın. Birdən nə vaxtsa lazımın olar.
-Təşəkkür edirəm. Ancaq sənədsiz bu silahı üzərimdə
gəzdirə bilmərəm.
Silva gözlərini qıyaraq ona baxıb:
-Sən bunu bilirsən, mən yox?
Cibindən iki vəsiqə çıxardıb Samirə uzatdı:
-Al, götür. Bunlardan biri silahın sənədidir, digəri isə
sənin silah gəzdirə bilməyin üçün icazədir. Hər ikisini iki
244
saat bundan qabaq hazırlatmışam. Bu ölkədə başına çox
əhvalatlar gəldi, qoy bu silah burada keçirdiyin günlərdən
sənə xatirə qalsın.
-Mən sənə necə təşəkkür edəcəyəmi bilirəm.
-Necə?
-Getdiyimiz ünvana çatanda görərsən.
Bir xeyli yol getdikdən sonra Silva maşını həyətlərdən
birinin qapısı ağzında saxlayaraq dedi:
-Çatdıq.
-Abalos küçəsi 111- ci ev buradır?
-Qəribədir. Səni bura gətirməyimi istədin, ancaq bura
çatanda məlum olur ki, sən heç vaxt buralarda olmamısan.
-Darıxma. Gəl içəri keçək, özün hər şeyi başa düşə cək-
sən.
Silva polislərə həyətdə gözləməyi tapşırıb özü isə
Samirlə birgə evə doğru getməyə başladı.
Bu zaman Con tapançanı əlində hazır saxlayıb öz-
özünə danışa-danışa evin içini gəzərək Lusiyanı axtarırdı.
-Bilirəm ki, bu evdə gizlənmisən. Çıx ortaya qancıq,
onsuz da səni tapacağam. Mən sənə göstərəcəyəm “Hoja
de sauce” təşkilatını bu vəziyyətə qoymağın axırı necə
qurtarır. Sənin dərini soyub yerinə duz basacağam, sonra
isə ac siçovulların qabağına atacağam.
Hamamı, mətbəxi və qonaq otağını axtardıqdan sonra
Con yataq otağına keçdi. Çarpayının altına və şkafın içinə
baxıb Lusiyanı tapmadıqda otaqda gizlənmək üçün başqa
yerin olmadığını görüb oradan çıxmaq istəyirdi ki, şka-
fın divardan bir addım öndə olduğunu gördü. Ehtiyatla
əyilərək onun arxa tərəfinə baxdı və özündən razı halda
gülümsündü. Lusiya şkafın arxasında büzüşərək oturmuş-
du və qorxudan titrəyirdi. Samirin çantasını isə bərk-bərk
özünə sıxmışdı. Con zəhmli səslə qışqırdı:
245
-Çıx oradan. Gəl burada dayan. Əvvəlcə bir az sual-
cavab edək. Əgər imtahandan keçə bilsən səni ananla gö-
rüşdürəcəyəm.
Lusiya asta-asta gizləndiyi yerdən çıxıb Conun qarşı-
sında dayandı. Con silahla çarpayını göstərərək Lusiyadan
əlindəki çantanı ora qoymasını istədi. Lusiya onun istəyini
yerinə yetirəndən sonra Con qəzəblə soruşdu:
-Sonunun belə olacağını gözləmirdin? Elə bilirdin ki,
sən bizdən polisə şikayət edəcəksən və buna görə sənə sağ
ol deyəcəyik? Samirin yanına qaçanda elə bilirdin, sənə
kömək edəcək? Hardadır sənin güvəndiyin Samir?
-Mən Samirin yanına özümə görə yox, Lobonun yanın-
da əziyyət çəkən uşaqlara görə getdim. (Lusia titrək səslə
dedi) Bilirdim ki, əvvəl-axır orqanlarını satmaq üçün o
uşaqları öldürəcəksiniz. Mən arzuma çatdım. İndi nə Lobo
var, nə də ki, “Hoja de sauce”. Artıq rahatca anamın yanına
gedə bilərəm. Onsuz da son vaxtlar ondan ötrü çox darıxır-
dım. Ancaq sən çalış ki, ora gəlməyəsən. Orada sənin üçün
çox pis olacaq.
-Sənin səsini elə kəsəcəyəm ki, nə bu dünyada danışa
biləcəksən, nə də o dünyada.
Con bunu deyərək, silahı qaldırıb Lusiyaya tuşladı.
Lusiya gözlərini yumub xəyalında anasını canlandırmağa
başlamışdı ki, eşitdiyi atəş səsindən sonra özünü bərk-bərk
sıxaraq onu gözləyən ağrıya hazırladı. Lakin heç bir yeri-
nin ağrımadığını görüb yaxınlıqda eşitdiyi tappıltı səsinə
gözlərini yavaş-yavaş açmağa başladı. Başını aşağı oldu-
ğundan gözlərini açarkən ilk gördüyü mənzərə yerə yıxı-
lan Conun qanlı bədəni idi. İlk andan heç nə başa düşməsə
də, başını qaldırdıqda əlisilahlı qaradərili polisi və divara
söykənərək xəfifcə gülümsəyən Samiri gördükdə hər şeyi
anladı. Cəld qaçaraq Samirə sığınıb hönkür-hönkür ağla-
mağa başladı.
246
Silva atəş səsindən sonra içəri doluşan polislərə hər
şeyin qaydasında olduğunu bildirirdi. Samir isə Lusiyanı
qucaqlayaraq təsəlli verməyə çalışırdı6
- Keçdi, narahat olma, hər şey arxada qaldı, qurtardı,
hər şey yaxşı olacaq, ağlama.
-Hər şey qaydasındadır senyora? Sizə bir şey olmayıb
ki? – Silva soruşdu.
- Xeyr, heç nə olmayıb. – Lusiya hıçqıraraq cavab verdi.
-Sən düz deyirmişsən Samir. Burada mənim üçün
həqiqətən də xəzinə var imiş. Ancaq onun haqqında
dediklərini Lusiyaya demək məcburiyyətindəyəm. Bunu
ondan gizlədə bilmərəm.
-Mənim haqqımda nə danışmısan ki? – Lusiya gözlərini
silərək soruşdu.
-Mən nə demişəm ki? – Samir təəccüblə Silvadan so-
ruşdu.
Silva üzünü Lusiyaya tutaraq Samiri göstərib dedi:
-Yolda səni nəzərdə tutaraq mənə deyirdi ki, getdi-
yimiz yerdə səni 95 kiloluq xəzinə gözləyir. Ancaq səni
görəndən sonra onun niyə səni belə kök təsvir etdiyini başa
düşə bilmədim. Hətta indi başa düşmüşəm ki, üstündə də
25 karatlıq briliyant var deyəndə, sənin piyli və gombul
olmağına ehyam vururmuş. Heç səndən gözləməzdim Sa-
mir. Bu cür incə və zərif xanımı gör nəyə bənzətmisən.
Lusiya polis işçisinin onda olan qorxu və stresi üzə-
rindən atmaq üçün zarafat etdiyini başa düşərək söz altda
qalmadı:
-Əslində Samir düz deyir. O məni görəndə kök idim.
Bu vaxtlar ərzində arıqlayıb bu formaya düşmüşəm.
-Bir də heç kimə yaxşılıq etməyəcəm. – Silva yalandan
üz-gözünü turşutdu.
-Yaxşı, gəlin gedək. Daha burada qalmağın mənası
yoxdur.
247
Silva hadisə yerinə ekspert qrupu çağıraraq polislər-
dən bir neçəsini keşik çəkmələri üçün orada qoydu. Hər
üçü evdən çıxıb maşına tərəf getmək istəyəndə birdən Lu-
siya qapının yanında dayandı.
-Dayanın. Çanta yadımdan çıxdı. Siz gedin, mən bu
dəqiqə çantanı götürüb qayıdıram.
Samir onu arxayın edərək dedi:
-Mən səni burada gözləyərəm. Dünəndən bəri bacım
oğluna zəng vururam, heç kim cavab vermir. Yaman na-
rahatam. Sən gələnə qədər Silvanın telefonuyla yenə cəhd
eləyəcəm.
Silva telefonunu Samirə verib – mən sizi bayırda göz-
ləyirəm – deyərək qapıdan çıxdı. Samir iki dəfə zəng vursa
da, yenə heç kim telefona cavab vermədi. Lusiya çantanı gö-
türüb qayıdanda Samirin dilxor olduğunu görüb soruşdu:
-Yenə heç kim cavab vermir?
-Mobil telefon söndürülüb, ev telefonuna isə cavab
verən yoxdur.
-Bəlkə evdə heç kim yoxdur? Yəqin harasa gediblər,
gecəni də orada qalıblar.
-Onların getməyə yeri yoxdur.
-Ölkənə nə vaxt qayıdırsan?
-Sabah tezdən.
-Onda sabaha qədər səbr et. Evə gedən kimi məsələnin
nə yerdə olduğunu öyrənərsən.
-Hə, deyəsən elə olacaq.
Samirlə Lusiya qapıdan çıxanda qəflətən döngədən bu-
rulan Mitsibuşi markalı maşın sürətlə onlara tərəf gəlməyə
başladı. Maşının açıq yerində oturmuş Tahir əlindəki pu-
lemyotu atəş açmaq üçün hazır saxlamışdı. Maşının ya-
xınlaşdığını görən Silva – yerə uzanın! – deyə qışqıraraq
özünü Samirlə Lusiyanın üstünə ataraq onları yerə yıxdı.
248
Maşın onların dayandığı yerdən keçəndə Tahir pulemyot-
la atəş açmağa başladı. Hamı yerə uzandığından xəsarət
alan olmasa da, Mitsibuşi sürətlə yolun digər tərəfindəki
döngəyə yaxınlaşanda qəflətən qarşılarına çıxan maşın-
la toqquşaraq dayandı. Maşının dayandığını görən Silva
polislərə onu mühasirəyə almağı və cinayətkarı tutmağı
əmr etdi. Samir Lusiyayla birgə sürünərək yaxınlıqdakı zi-
bil qutularının arxasında gizləndilər. Polislərdən biri ma-
şındakı radioqəbuledici vasitəsiylə hadisə yerinə köməkçi
qüvvə və təcili yardım çağırdı. Maşın toqquşarkən yük
yerinə yıxılan Tahir qalxanda polislərin onu mühasirəyə
aldığını gördü. Bu vəziyyətdə qaçmağın mümkün olmadı-
ğını görərək pulemyotdan yapışaraq atəş açmağa başladı.
Maşının sürücü isə qaça-qaça tapançadan bir neçə dəfə
polislərə atəş açsa da, başından aldığı güllə yarasından
yerdə hərəkətsiz qaldı. Tahir pulemyotu sağa-sola fırlaya-
raq polislərin ona yaxınlaşmasına mane olur və qaçmaq
üçün fürsət axtarırdı. Lusiya qorxudan Samirə sığındı:
-Görəsən bütün bunlar nə zaman bitəcək?
-Heç vaxt bitməsə belə, mən bu əclaflarla mübarizə
aparacağam. Neçə gündür hardaydın? Nə qardaşımdan
bir xəbər var idi, nə də səndən bir səs-soraq. Gözləməkdən
az qalırdım dəli olam.
-Bayaq səni öldürmək istəyən adam dostlarımı öldü-
rüb məni əsir götürmüşdü. Bir az İspaniyada saxla yandan
sonra aparıb Türkiyədəki meşələrin birinə atmış dılar. İs-
paniyaya bir saat olar gəlmişəm.
-Demək səninlə danışarkən eşitdiyim atəş səslərinin
səbəbi bu imiş?
-Hə. Qardaşın isə yaralı olduğu üçün xəstəxanada yatır.
-Görəsən vəziyyəti necədir? – Lusiya həyəcanla soruş-
du.
249
-Eşitdiyimə görə yaxşıdır. Atan da onun yanındadır.
Ona qlluq edir.
-Atam İspaniyadadır?
-Mən Türkiyədə meşədə olarkən, atan mənim həyatı-
mı xilas edib. Sonra xilaskarımın sənin atan olduğunu
öyrəndim və biz birlikdə bura gəldik.
Cibindən silahı çıxardaraq:
-Sən məni burada gözlə.
-Dayan getmə. (Lusiya onun qolundan yapışdı) Ora
təhlükəlidir. Polislər özləri hər şeyi həll edəcəklər. Bir az-
dan kömək də gələcək.
-Ora təhlükəlidir deyirsən? Oradakı polislər hazırda
bizə görə həmin təhlükənin içindədirlər.
-Bu sahədə təlim görmüş peşəkar polislərin bacar-
madığı işi sən necə bacaracaqsan? Özünə əlavə prob lem
yaratma. Bu dəqiqə kömək gələcək və hər şey bitəcək.
-Onlar mənim dalımca gəliblər. Bu işə görə onları peş-
man etmək mənim boynuma.
Samir bunu deyərək gizləndiyi yerdən çıxıb sürünə-
sürünə Silvanın yanına gəldi. Onu görən Silva qışqıraraq:
-Sənin burada nə işin var? Qayıt yerinə.
-Mən qaçırılan gün «Ümid» mərkəzinin İspaniyadakı
filialında öldürülən dörd dostumun qisasını almaq üçün
əlimə yaxşı fürsət düşüb. Mənə mane olmağa çalışma.
Onlar mübahisə edərkən birdən pulemyotun səsi
kəsildi. Polislərdən birinin-onu vurdum – deməsindən
sonra digərləri də gizləndikləri yerdən çıxıb yavaş -yavaş
maşına tərəf getməyə başladılar. Get-gedə polis maşınlarını
həyəcan siqnalları təcili yardımdan və köməkçi dəstələrdən
xəbər verirdi. Silva tapançanı qabu raya qoyaraq maşına ya-
xınlaşanda Tahir ağır yaralı ol masına baxmayaraq, qəflətən
əlindəki silahla ona atəş açdı. Lakin polislərin açdığı gül-
lələr onu əbədi olaraq susdurdu.
250
Güllə Silvanın sinəsindən dəymişdi. O geriyə 4–5 ad-
dım ataraq düz Samirin qarşısında yerə yıxıldı. Samir cəld
ona yaxınlıb başını dizi üstünə aldı. Güllə ağciyərini par-
çaladığından Silva çox çətinliklə nəfəs alırdı, yarasından
isə dayanmadan qan fışqırırdı. Samir köynəyini çıxarda-
raq yaranın üstünə qoyub sıxsa da, qanı kəsmək mümkün
olmurdu. Polis işçiləri Silvanın ətrafına yığışıb onu hər bir
vəchlə ölümün pəncəsindən qurtarmağa çalışırdılar. Get-
gedə üzünün rəngi solan Silva son qüvvəsini toplayıb do-
daqlarını ağır-ağır tərpədərək dedi:
-Oğlumun ən böyük arzusu hər il Bunolda kəndində
keçirilən pomidor döyüşü karnavalını görmək idi. Almey-
daya deyin onu ora aparsın.
Samir barmağını onun dodaqlarına toxundurdu:
- Şşşş. Sakit ol, özünü yorma. Siz ora birlikdə gedə-
cəksiniz. Gedəndə məni də çağırarsınız, yoxsa inci yərəm.
-Argentinalı qız sənə əmanətdir, Samir. Çalış onu sağ-
salamat atasına çatdırasan. Oğluma deyin ki, mən onu ço....
Tibbi yardım köməkçi dəstəylə birgə özünü hadisə
yerinə çatdırsa da, artıq gec idi. Silva sözünü yarımçıq
kəsib gözlərini əbədi yumdu. Samir onun başını dizinin
üstündən götürərək ehmalca yerə qoydu və bir neçə adım
iməkləyərək kiçik və alçaq daşın üstündə oturub kürəyini
divara söykədi. Lusiya:
-Necəsən?
-Çox pisəm. Son yarım ayda başıma gələnlər məni
əməlli başlı yorub. Özümü nə qədər soyuqqanlı və iradəli
aparmağa çalışsam da, içimdəki həyat sevgisinin yavaş-ya-
vaş öldüyünü hiss edirəm. Artıq hər şeydən cana doymu-
şam. Sadəcə divanda uzanaraq çipsi yeyə-yeyə gözəl bir
futbol matçına baxmaq istəyirəm.
-Kaş ki, bu vəziyyətində sənə kömək edə biləydim.
251
-Mənə dəstək ol Lusiya, sadəcə yanımda ol. İndi mə-
nim hər şeydən çox buna ehtiyacım var. Ailə üzvlərimi və
yaxın qohumlarımın çoxunu avtobus qəzasında itirdim,
dostlarımı Con əlimdən aldı, ən çox güvəndiyim adamım
ən qatı düşmənim oldu, həyatda yeganə təsəllim olan qar-
daşım oğlundan heç bir səs-soraq yoxdur. Neçə illərdir
arzusunda olduğum və min bir əzab-əziyyətlə yaradaraq
yüksək səviyyəyə çatdırdığım «Ümid» mərkəzi indi kim
bilir hansı vəziyyətdədir. (Dərindən köks ötürərək) Tək
qalmışam Lusi, tək. İndi mənim hər şeydən çox mənəvi
dəstəyə ehtiyacım var.
Lusiya onun böyrünə söykənərək başını Samirin çiy-
ninə qoydu:
-Nə hiss etdiyini çox gözəl başa düşürəm. Sən İspani-
yaya gələnə qədər mən də bu vəziyyətdə idim. Anamı gö-
zümün qabağında öldürdülər. Neçə ay idi ki, atamdan bir
xəbər yox idi. Hər gün qardaşımı dilən dirirdilər və mən
buna qarşı heç nə edə bilmirdim. Çarə siz vəziyyətdə nə
edəcəyimi bilmədən 15 gün bu uçuq-sökük evdə yaşadım.
Hər gün pəncərənin qarşısında oturub qardaşımdan və
səndən bir xəbər gözləyirdim.
Samir qolunu onun boynuna saldı:
-Çox sağ ol ki, sözümə qulaq asdın. Əgər polisə və ya
başqa bir yerə getmək üçün buradan çıxsaydın, quldurlar
səni gördükləri yerdə öldürəcəkdilər.
-Amma əvəzində sənin pulunun böyük bir hissəsini
xərcləmişəm.
- Canın sağ olsun.
Hadisə yerinə gələn Almeyda vəziyyətlə tanış ol-
duqdan sonra meyidləri və istifadə edilən bütün əşyaları
hadisə yerindən götürməyi tapşırıb Samirgilə tərəf getdi.
252
Bir nəfərin onlara doğru gəldiyini görən Lusiya aya-
ğa qalxdı. Almeyda yaxınlaşanda Samir onun üzrxahlıq
edəcəyini bilib onu qabaqladı:
-Deyəsən ayaqlarım çox nəhsdir, ispanlara düşmür.
-Əksinə. Sənin bura gəldiyin ilk gündən bəri böyük
bir beynəlxalq cinayətkar qrupu çökdürmüşük. Biz bunu
birgə etmişik, göstərdiyin bütün köməkliklərə görə şəxsən
öz adımdan sənə dərin təşəkkürümü bildirirəm.
-Çox sağ olun. (Lusiyanı göstərərək) Ancaq fikir-
ləşirəm ki, ən böyük təşəkkür bax bu qıza düşür. “Hoja de
sauce” təşkilatını məhv etmək üçün ilk addımı Lusiya atıb.
-Bizim ona xüsusi təşəkkürümüz olacaq. İndi isə sen-
yora, buyurun gedək, sizi xəstəxanaya ailə üzvlərinizin
yanına aparacaqlar. Siz isə cənab Samir, düşünürəm ki, ki-
fayət qədər yorğunsunuz. Sizin üçün beş ulduzlu otel lərin
birində otaq ayırıblar. Gedin doyunca dincəlin, sabah dalı-
nızca maşın göndərəcəyəm ki, sizi qərərgaha gətirsin. Pro-
sedur qaydalarına görə bir neçə sənədə qol çəkməlisiniz.
Sonra isə ölkənizə qayıda bilərsiniz.
-Təşəkkür edirəm. Ancaq mən də xəstəxanaya gedirəm.
Bu vəziyyətdə Pedronun yanında olmaq istəyirəm. (Lusi-
yanın əlindəki çantanı göstərərək) Mümkündürsə, bu çan-
tanı özünüzlə birgə qərargaha aparın. Mən sabah oradan
götürərəm.
-Necə istəyirsiniz. Tapşıraram hər ikinizi xəstəxanaya
aparsınlar. Xose 156-cı palatada müalicə olunur, bu pala-
ta üçüncü mərtəbədədir. Dincəlməyiniz üçün orada sizə
əlavə palata ayırarlar. Çantadan isə narahat olmayın, sa-
bah onu qərargahdan götürə bilərsiniz.
Lusiya içindən köynək və şalvar çıxartdıqan sonra çan-
tanı Almeydaya verib köynəyini geyinmək üçün Samirə
kömək etdi. Sonra isə hərəsi bir kənara düşmüş qoltuq
253
ağac larını gətirərək ona verdi. Maşında yanaşı otursalar da
yolboyu heç biri danışmadı. Yalnız xəstəxananın həyətinə
yaxınlaşanda Samir dedi:
-Bayaq sənə demək yadımdan çıxdı. Ananın meyidini
də bu ölkəyə gətiriblər. “Hoja de sauce” təşkilatının qur-
banı olmuş insanların xatirəsini əbədiləşirməkdən ötrü
Madriddə xüsusi qəbiristanlıq yaradılıb. Sənin ananı da
orada dəfn ediblər.
-Artıq neçə gün idi ki, hər gecə yuxuma girirdi. Demək
buna görə imiş, öldüyü üçün hər gün ağladığım anam sən
demə lap yaxında imiş.
Liftlə xəstəxananın üçüncü mərtəbəsinə qalxanda
Samir Lusiyanın həyəcandan titrədiyini görsə də heç nə
demədi. O, 156-cı palatanın qapısını astadan döyərək
açanda Pedro çarpayıda uzanmış Xose üçün kitab oxuyur-
du. Lusiya içəri girən kimi – ata – , Pedro isə - Lusi – deyə
qışqıraraq bir-birilərinə tərəf qaçıb bərk-bərk qucaqladılar.
Lusiya üzünü Pedronun sinəsinə sıxaraq ağlayır, Pedro isə
- əziz qızım, Lusim – deyərək, onun saçlarını öpüb -sığalla-
yırdı. Bir dəqiqədən sonra Xose dözməyərək dedi:
-Bu nədir? Deyəsən yaddan çıxmışam axı, məni heç
kim çox istəmir? Yaralı olan mənəm, atam deyil.
Lusiya – heç sənin kimi şirin qardaşı da unutmaq olar?
– deyib onun yanına getdi. Pedro bayaqdan kənarda daya-
nıb tamaşa edən Samirin yanına gəlib əlini ona uzatdı:
-Çox sağ ol Samir, uşaqlarımı mənə qaytardın. Yaxşı
yaşamaq üçün pul qazanmaq həvəsiylə ailəmi tərk edib
qanunsuz işlərə baş qoşdum. Səninlə tanış olmasaydım,
kim bilir bu uşaqların axırı necə olacaqdı.
-Mən sənə təşəkkür edirəm Pedro. Həyatımı xilas
etmisən. Sənə həyat borcluyam. Nə zaman çətinliyin olsa,
mənə müraciət edə bilərsən.
254
-Yox Samir, sən mənə heç nə borclu deyilsən. O vaxt
yanımda olmasaydın məni ya şirkətin göndərdiyi adamlar
öldürəcəkdi, ya da xilas etmək üçün gələn polisləri görüb
elə biləcəkdim ki, məni tutmağa gəliblər.
-Çoxdandır görüşmürsünüz. Yəqin ki, bir-birinizə
deyəcəyiniz sözünüz çoxdur. Mən sizi baş-başa qoyuram.
Həm də ki, çox yorğunam. Əllərimdəki qanı yuyandan
sonra bir az uzanıb istirahət edəcəyəm.
-O nə qandır elə? Şalvarın da bulaşıb.
-Bu aeroportda bizi qarşılayan Silva yadındadır?
-Əlbəttə.
-Bu gün onu öldürdülər. Nə qədər çalışsaq da, həyatını
xilas edə bilmədik.
Samir Pedroyla qucaqlaşıb ayrıldıqdan sonra şalva-
rını Lusiyadan alaraq onlar üçün ayrılmış palataya getdi.
Çarpayıda uzansa da yorğun olmasına baxmayaraq yata
bilmədi. Silvanın telefonunu cibindən çıxardıb yenidən
zəng etməyə cəhd etdi. Ancaq heç kim cavab vermirdi. Sa-
mir telefonu çənəsinə dirəyərək bir az fikirləşəndən sonra
Rənaya zəng vurdu. Bir neçə dəfə çağırdıqdan sonra tele-
fonda Rənanın zərif səsi eşidildi:
-Buyurun. Eşidirəm.
-Salam Rəna, mənəm Samir.
-Samir necəsən? (Rəna həyacanla soruşdu) Şükür. Ha-
mımız səndən ötrü çox narahat idik. İndi haradasan? Sağ-
salamatsan?
-Mən yaxşıyam. Hazırda İspaniyadayam. Azərbaycana
sabah gələcəyəm. Səndən bir xahişim var.
-Buyur.
-Dünəndən bəri nə qədər zəng vururamsa, Əligildən
heç kim cavab vermir. Ələsgər əminin cib telefonu da sön-
dürülüb. Mümkündürsə, get onlara, gör orada vəziyyət
255
necədir. Əlidən ötrü çox nigaranam. Bir saatdan sonra sənə
yenidən zəng vuracağam.
-Yenidən zəng vurmağına ehtiyac yoxdur Samir. Əli
mənim yanımdadır. İndi yatıb. Sabah yuxudan duran kimi
zəng vuraram danışarsınız.
-Mən özüm zəng vuraram. Vəziyyəti necədir?
-Əlinin vəziyyəti çox yaxşıdır. Amma sənə bir şey
deməliyəm.
-Buyur.
Rəna Ələsgərgilin başına gələnləri və Əlinin necə təsa-
düf nəticəsində sağ qalmağını Samirə danışdıqdan son-
ra sağollaşdılar. Samir Əlini qoruduğu üçün tanrıya min-
nətdarlıq edib şam etməyə xəstəxananın bufetinə getdi.
Yeməyini bitirib yenidən palataya qayıtdı. Nə qədər çalışsa
da yata bilmədi. Arxası üstə uzanaraq gözünü tavana dikib
«Ümid» mərkəznin gələcək taleyi haqqında fikirləşməyə
başladı. Bir az bu vəziyyətdə qaldıqdan sonra qapının səsinə
fikirdən ayıldı. Lusiya Samirin yatdığını zənn edərək, onu
oyatmamaq üçün qapını ehmalca örtdü. Geri çevriləndə
onun oyaq olduğunu görüb təəccüblə soruşdu:
-Hələ yatmamısan?
Samir qalxıb oturdu:
-Yuxum gəlmir. Axır ki, qardaşım oğluynan danışa bil-
dim. Bəs Pedro hanı? Onun da yuxusu gəlmir?
-Atam bu gecə Xosenin yanında qalmaq istəyir. Qarda-
şın oğlu necədir?
-Yaxşıdır. Tanışlarımdan biri qonaq aparıbmış.
-Sənə deyirdim axı, hər şey üçün narahat olma. Hər
şey qaydasındadır.
Gəlib Samirin yanında oturaraq soruşdu:
-Səndən bir söz soruşmaq olar?
-Əlbəttə olar. Soruş
256
-Sənin həyatında bir neçə şey mənə qəribə gəlir. Nə
qədər fikirləşirəmsə, məntiqli cavab tapa bilmirəm. Sən
dünyada onlarla filialı olan bir mərkəzin başçısısan, hər
yerdə tanıyırlar, sözün qısası, məşhur və lazımlı ada msan.
Ancaq bununla belə, sənin həyatında elə çatış mamazlıqlar
var ki, bunu heç cür başa düşə bilmirəm.
-Məsələn?
-Məsələn sənin mobil telefonun yoxdur. Hansı ki, sən
Azər baycan gsm nömrəsini rominqlə burada da istifadə
edə bilərdin. İkincisi sənin plastik kartın yoxdur, pulu nağd
şəkildə xərcləyirsən. Üçüncüsü sənin şəxsi mühafizəçilərin
yoxdur. Mən səni zirehli maşında gəzən və ətrafında on
can güdəni olan bir adam kimi təsəvvür edirdim. Nə bilim,
fir ma paltarlar, son model maşın, bahalı saat, daha nələr,
nələr.
-İndi isə icazə ver izah edim.
Lusiya əllərini çənəsinin altına qoyub gözlərini ona
dikdi:
-Buyur. İlk əvvəl başlayım telefondan və plastik kart-
dan. Hər ikisi varımdır, sadəcə olaraq, İspaniyaya gələndə
onları yaddan çıxardıb ofisdə qoymuşam. Nağd pulları isə
mərkəzdəki iş yoldaşlarım mənə vermişdilər ki, buradan
onlar üçün tapşırdıqları əşyaları alım. Keçək mühafizəçi
və maşın məsələsinə. Mən bura üç nəfərin müşayəti ilə
gəlmişdim ki, onlar mənim həm dostlarım, həm kö mək-
çilərim, həm də mühafizəçilərim idilər. Məni tədbirə dəvət
edən təşkilat isə burada qalacağım müddət üçün həm xü-
susi maşın, həm də bələdçi vermişdi. İndi isə bahalı pal-
tarlardan, saatlardan, maşınlardan, res toranlardan, vil-
lalardan danışaq. Əgər mən özümə biznes şirkəti və ya-
xud istehsalat firması açsaydım, sən dediklərinin hamısı
məndə olardı, özü də artıqlamasıyla. Ancaq mən elə bir
təşkilata rəhbərlik edirəm ki, orada işləyən hər bir adam
257
özündən çox oraya müraciət edən əlillər barədə düşünür.
Bizim büdcəmiz çox böyükdür, ancaq o pullar şəxsi özü-
mün deyil. Bu pullar «Ümid» mərkəzinə üzv olan hər bir
əlilindir və hər biri üçün bərabər miqdarda xərclənməlidir.
Əgər mən həmin pulları şəxsi həyatım üçün xərcləsəm,
buna görə tanrı məni bağışlamaz. Təssəvvür et ki, mən
özüm həmin mərkəzdən aylıq məvacib alıram. Bir də mə-
nim üçün xidməti maşın ayırıblar.
-Ailə üzvlərinin yoxluğunu əlbəttə ki, hər zaman hiss
edirsən. Bəs bundan başqa yoxluğuna görə ən çox sıxıntı
çəkdiyin şey nədir?
-Sevgilimin olmaması. Əngəlli olduğuma görə həmişə
bu barədə çətinliyim olub.
-Bəs indi necə? Sevgilin var?
-Yox, yoxdur. Sözün düzü hansısa qıza tanışlıq təklif
etməyə çəkinirəm. Düşünürəm ki, onsuz da yox deyəcəklər.
-Nə bilirsən? Bəlkə hə deyəcəklər.
-İnanmıram. Götürək elə səni. Mənim kimi əngəlli bir
adamın sevgilisi olarsan?
-Əlbəttə. Niyə olmuram ki?
-Bəsdir görək. Ya mənə təsəlli verirsən, ya da ki, öz
gözəlliyindən xəbərin yoxdur.
-Heç də yox. Mən düz deyirəm. İstəyirsən sübut edim.
-Elə.
-Onda gözlərini yum və iyirmiyə qədər say.
Samir gözlərini yumub saymağa başladı. 1,2,3.....
Dostları ilə paylaş: |