ŞƏKİ FİLİali



Yüklə 4.76 Kb.
PDF просмотр
səhifə12/28
tarix06.12.2016
ölçüsü4.76 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

yanaşma, tam olmayan yanaşma. 
Tam yanaşma zamanı    əlaqədə olan sözlər arasına  ya 
heç bir söz  girə bilmir, ya da bunlar arasına elə sözlər daxil ola 
bilir ki, onlar da əsas  sözlə yanaşma  əlaqəsində olsun. 
Məsələn,  maraqlı kitablar, gəzməli yerlər.  Belə sözlər asılı 
olduqları sözlərdən ancaq o zaman ayrı düşə bilir ki, onların 
arasına girən sözlər də onlarla eyni tipli olsun. Məsələn, 
maraqlı və mənalı kitablar, gəzməli və yaşamalı yerlər və s
Tam yanaşma  əlaqəsində olan sözlərin də yanaşma 
cəhətdən xüsusiyyətləri və  fərqləri vardır. Sifətlər yanaşma 
əlaqəsinin asılı  tərəfi kimi daha qüvvətli, saylar isə nisbətən 
zəifdir,  əvəzliklər onlarla müqayisədə daha zəifdir.  Maraqlı 
hadisə, üç hadisə,  həmin hadisə birləşmələrində asılı  tərəfdə 
dayanan  həmin, maraqlı  və  üç sözləri eyni bir sözlə yanaşma 
əlaqəsinə girmişdir. Lakin həmin sözlərin asılı  tərəflə 
yanaşmasının keyfiyyəti bir-birindən fərqlənir. Tərəfləri 
Gülarə  Abdullayeva 
 
 
128
sıralasaq,  həmin üç maraqlı hadisə    formasında birləşmə 
yaranar. Bunlar göstərir ki,  tam yanaşmanın özündə yanaşan 
sözlərin yanaşma  nisbəti müxtəlif olur. Eyni sözə aid bir neçə 
yanaşan söz olduqda bunlardan biri daha yaxın, digəri isə 
nisbətən uzaqda olur. Buna baxmayaraq, onların hamısının 
əlaqəsi tam yanaşma  əlaqəsi hesab olunur, çünki bunların 
arasına əsas sözlə yanaşma əlaqəsində ola bilməyən sözlər daxil 
ola bilmir. Müasir Azərbaycan dilində bu, möhkəm bir qayda 
kimi özünü göstərir. 
Tam olmayan yanaşma. Tam olmayan yanaşma 
zamanı  yanaşan sözlə yanaşılan söz arasına  əsas tərəflə başqa 
əlaqədə olan çoxlu sözlər girə bilər. Məsələn, Gün qalxdıqca 
gecə şaxtadan donan yolların qarı əriyirdi. (İ.Şıxlı)  cümləsində 
gün qalxdıqca birləşməsi zaman zərfliyi olub, cümlənin xəbəri 
ilə yanaşma  əlaqəsindədir. Lakin bu tərəflər arasına xəbərlə 
uzlaşma yolu ilə  əlaqələnən  yolların qarı mübtədası daxil 
olmuşdur. Ona görə  də bu zaman zərfliyi ilə  xəbər arasındakı 
yanaşma keyfiyyətinə görə tam olmayan yanaşmadır. Tam 
olmayan yanaşma  əlaqəli tərəflər yanaşı da işlənə bilər:  Gecə 
şaxtadan donan yolların qarı gün qalxdıqca  əriyirdi.  Bu cür 
tərəflər yanaşı işlənsə də, onların arasına  istənilən vaxt başqa 
sözlər daxil ola bilər. 
Yanaşma əlaqəsi müxtəlif nitq hissələrindən olan sözlər 
arasında özünü göstərir. Bir nitq hissəsinə aid olan söz başqa 
nitq hissəsinə münasibətdə, yerinə görə  həm yanaşan, həm də 
yanaşılan söz kimi çıxış edə bilir.  
Yanaşma  əlaqəsi asılı  və  əsas tərəflərinin nitq hissələri 
ilə ifadəsini nəzərə almaqla aşağıdakı kimi qruplaşdırmaq olar: 
İsmin ismə yanaşması. Bu cür yanaşma özünü  bir neçə 
şəkildə  göstərir. Bəzən  atributiv isimlər heç bir vasitə olmadan 
başqa isimlərlə yanaşma əlaqəsində olur. Burada yanaşan isim 
daha çox sifətə  bənzəyir, atributivləşir. Məsələn,    qızıl saat, 
taxta qapı, daş pilləkən və s. İsimlərin belə yanaşması sintaktik 

Müasir  Azərbaycan  dili 
 
 
129 
cəhətdən təyinlə  təyin olunan arasındakı  əlaqə kimi meydana 
çıxır və birinci növ təyini söz birləşmələri əmələ gətirir. 
Bundan başqa, substantiv isimlər qeyri-müəyyən yiyəlik 
halda dayanmaqla əsas tərəflə yanaşma əlaqəsinə girir və ikinci 
növ təyini söz birləşmələri yaranır.  Məsələn, Gül, ey nazlı 
Vətən,  odlar torpağı. (S.Vurğun)  Yaz aylarında gurlayıb 
çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdı. 
(İ.Şıxlı)  və s.  Bu nümunələrdə  odlar torpağı, yaz ayları 
birləşmələrinin birinci tərəfləri yanaşma əlaqəsinə əsasən ikinci 
tərəfə tabedir. 
İsim digər bir isimlə yanaşma əlaqəsinə girir. Bu zaman  
qoşma tərəflər arasına daxil olur. Məsələn,  Əli kimi həkim, 
Həsən tək müəllim  və s.  Belə birləşmələrdə qoşma ilə 
əlaqələndikdən sonra  isim digər isimlə yanaşma  əlaqəsində 
olur.  
Sifətin ismə yanaşması.    İsmə yanaşmaq sifətin  əsas 
vəzifəsi olduğundan, dilimizdə bu cür yanaşma halları daha çox 
müşahidə edilir və bu  əlaqə zamanı  sifətlər öz xüsusiyyətlərini 
olduğu kimi saxlayır. Məsələn,    işıqlı otaq, sərin hava, aydın 
səma  və  s. Sifətin ismə yanaşması, ismin ismə yanaşmasına 
nisbətin çox inkişaf etmişdir. Dilimizdəki bütün isimləri bir-
birilə yanaşdırmaq mümkün deyildir. Lakin bütün sifətləri 
isimlərə yanaşdırmaq olar, çünki ismə yanaşmaq sifətin  əsas 
xüsusiyyətidir. Bəzən sifətlər substantivləşdikdən sonra 
yanaşma  əlaqəsinin asılı  tərəfi olur. Məsələn, böyük sözü, 
ağsaqqal nəsihəti, körpə  qığıltısı  və s. birləşmələrində  böyük, 
ağsaqqal, körpə sifətləri substantivləşərək əsas tərəflə yanaşma 
əlaqəsinə girmişdir. 
Sayın ismə yanaşması. Saylar isimlərin  əvvəlində heç 
bir dəyişikliyə uğramır və isimlərin növ  və xüsusiyyəti onlara 
təsir etmir. Bu vəziyyətdə saylar heç bir formal əlamət şəkilçi 
qəbul etmir, buna görə  də saylarla onların  əlaqədə olduğu 
isimlər arasında yanaşma  əlaqəsi olur. Məsələn,  beş  ağac,  üç 
adam, beşinci sıra, xeyli söhbət  və s. Yanaşma əlaqəsi zamanı 
Gülarə  Abdullayeva 
 
 
130
saylar isimlərlə həm birbaşa, həm də numerativ sözlər vasitəsi 
ilə  əlaqələnə bilir. Bu zaman numerativ söz kimi nəfər,  ədəd, 
dənə, baş, cüt, dəst, dəstə, nüsxə  və  s.    işlənir. Məsələn,    bir 
nəfər tələbə, iki  cüt əlcək  və  s. Saylar birinci növbədə  həmin 
sözlərə aid olur, onlara yanaşır, sonra həmin sözlərlə ismə 
yanaşır. Bu sözlər saylarla isimlərin yanaşma əlaqəsini pozmur, 
lakin burada müəyyən məna çalarlığına səbəb olur. 
Əvəzliyin ismə yanaşması.  Əvəzliyin bütün məna 
növləri deyil, işarə  və  təyini  əvəzliklər, isimlərə yanaşır və 
yanaşma  əlaqəli birləşmələr yaradır. Məsələn, bu şəhər, belə 
adam, həmin məsələ  və s. Sual əvəzliklərinin də  bəziləri 
isimlərə yanaşır. Məsələn hansı uşaq, necə ev, neçə kənd və s. 
Feli sifətin ismə yanaşması. Feli sifətlər də sifətlər 
kimi isimlərin əvvəlində gəlib onlarla yanaşma əlaqəsi saxlaya 
bilir. Məsələn,  ağlayan uşaq, danışan qız, döyünən ürək və s. 
Bəzi dilçilik kitablarında sayın saya yanaşması halının 
da olduğu qeyd olunur  və  tərkibi saylar nəzərdə tutulur. 
Məsələn, dörd yüz min, iki yüz milyon və s.  
Azərbaycan dilində ayrı-ayrı sözlərin fellərə yanaşması 
da çox inkişaf etmişdir. Fellərlə  ən çox yanaşma  əlaqəsi 
saxlayan zərflərdir (tərzi-hərəkət, kəmiyyət, zaman və s.) 
Məsələn, yavaş-yavaş yerimək, xeyli danışmaq, içəri girmək    
və s. 
Feli bağlamalar da aid olduqları fellərlə yanaşma əlaqəsi 
saxlayır. Məsələn, uzanıb dincəlmək, danışdıqca kövrəlmək    
və s. İsimlər də    qoşmaların köməyi ilə fellərə yanaşa bilir. 
Məsələn, quş kimi uçmaq, od kimi qızmaq və s

Müasir  Azərbaycan  dili 
 
 
131 
 
 
İdarə  əlaqəsi.  İdarə  əlaqəsi  əsasən obyekt və relyativ 
əlaqəli birləşmələrin tərəfləri arasında olur.  
Əsas tərəfin tələbi ilə asılı  tərəfin ismin müəyyən bir 
hal şəkilçisini qəbul edərək dəyişməsinə idarə deyilir. 
İdarə  əlaqəsinin morfoloji əlaməti ismin hal 
şəkilçiləridir. Bu əlaqənin  əsas xüsusiyyəti  asılı  tərəfin (tabe 
sözün) əsas tərəfin (tabe edən sözün) tələbi ilə ismin bu və ya 
digər halında durmasıdır.  İdarə  əlaqəsi zamanı    hal  şəkilçili 
tərəf asılı  tərəf olur. Lakin ismin bütün halları deyil, yalnız 
şəkilçili hallar, yəni müəyyən yiyəlik, yönlük, müəyyən təsirlik, 
yerlik və  çıxışlıq hallar idarə  əlaqəsinə xidmət edir. Həmin 
halları  tələb edən sözlər idarə edən sözlər olub  əsas tərəf 
yerində durur. Hallana bilməyən sözlər heç vaxt bu 
birləşmələrin asılı  tərəfi kimi çıxış edə bilmir. Demək olar ki
isim, sifət, say, əvəzlik, məsdər, feli sifət, zərf, başqa sözlərlə 
əlaqəyə girib onlar vasitəsilə idarə olunur və    idarə  əlaqəli 
birləşmələrin asılı (tabe) tərəfi kimi çıxış edir. Məsələn, 
Qeyri-
təyini ismi 
birləşmə 
lərdə
Feli 
birləşmə
lərdə 
I, II n.t.s. 
birləşmə- 
lərində 
Bəzi 
tamamlıq-
larla xəbər
arasında
Zərfliklə 
xəbər 
arasında 
Təyinlə 
təyinlənən 
araında 
Yanaşma 
əlaqəsi 
olur: 
Gülarə  Abdullayeva 
 
 
132
a) isimlərin idarə olunması:  kitabı oxumaq, musiqini 
dinləmək, kitabdan oxumaq, evə getmək və s
b)  əvəzliklərin idarə olunması:  hamıya cavab vermək, 
bizi günahlandırmaq, onu çağırmaq və s.  
c) sifətlərin idarə olunması:  yaxşını  pisdən seçmək, 
doğruya inanmaq, yalana uymaq və s. 
ç) sayların idarə olunması:  aza  qane  olmaq, çoxu 
aparmaq, beşdən birini götürmək və s.  
d) məsdərlərin idarə olunması:  oxumağı öyrənmək, 
işləməkdən bezmək və s. 
e) feli sifətlərin idarə olunması:  oynayanlara tamaşa 
etmək, oxuyanı dinləmək və s
ə) Zərflərin idarə olunması: irəliyə hərəkət etmək, geridə 
qalmaq və s.  
Yalnız nitq hissələri deyil, bir sıra ismi və feli 
birləşmələr də idarə  əlaqəsində asılı  tərəf kimi çıxış edir. 
Məsələn,  dərs kitablarını almaq, şəhərin mərkəzində yaşamaq
cavab verənləri alqışlamaq və s.  
Azərbaycan dilində idarə  əlaqəsində  əsas tərəf kimi 
fellər son dərəcə intensiv iştirak edir. Bu da iş, hal, hərəkət 
bildirən fellərin  əşyaya təsir göstərməsi, obyektlə  və  məkanla 
bağlı olması ilə  əlaqədardır. Digər tərəfdən, fellərdə  təsir 
kateqoriyası vardır.  Bu  da  felə öz ətrafına müxtəlif sözlər 
toplamağa və onları ismin müxtəlif hallarında idarə etməyə 
imkan verir. Nəticədə fel əsas, ətrafına topladığı sözlər isə asılı 
tərəf kimi çıxış edir. Felin ətrafına toplanan sözlərin əksəriyyəti 
məhz idarə  əlaqəsi ilə ona  bağlanır. Bununla bərabər, başqa 
nitq hissələri də idarə etmə imkanına bu və ya digər səviyyədə 
malikdir. Məsələn,  İndi o, uzaq bir kənddə müəllimədir. 
cümləsindəki  kənddə sözü isimlə  (müəllimədir sözü ilə), 
uşaqlardan biri birləşməsindəki uşaqlardan sözü sayla, kəndin 
ağsaqqalı birləşməsindəki  kəndin  sözü sifətlə idarə 
olunmuşdur. Lakin bunların idarəetmə gücü fellərə nisbətən 
çox zəifdir.  

Müasir  Azərbaycan  dili 
 
 
133 
Fellərlə idarə. Bütün fellərin ismin bu və ya digər 
halını idarə etmə imkanı eyni deyil. Məsələn, almaq feli, birinci 
növbədə, ismin təsirlik halını  tələb etdiyi halda,  baxmaq feli, 
ilk növbədə, ismin yönlük halını, gəlmək feli ismin çıxışlıq və 
yönlük hallarını  tələb edir. Bu fellər başqa hallarla da işlənə 
bilər.  Məsələn,  almaq  feli eyni zamanda yönlük və  təsirlik 
(Əliyə kitabı almaq), yerlik (saat 5-də almaq), çıxışlıq 
(mağazadan almaq) hallarını da idarə edə bilər. Eləcə  də 
baxmaq  feli yönlük haldan başqa, yerlik, çıxışlıq hallarla da 
işlənə bilər.  
Fellər ismin dörd halını- yönlük, təsirlik, yerlik, çıxışlıq 
hallarını idarə edə bilir. Bu dörd halı idarə etməkdə təsriflənən   
və  təsriflənməyən fellər arasında heç bir fərq görünmür. 
Məsələn,  Kitabı oxuyur, kitabı oxumaq, kitabı oxuyan, kitabı 
oxuyanda  və s. Bu formalar arasında fərq yalnız idarə əlaqəsi 
hesabına predikativ və ya qeyri-predikativ birləşmənin  əmələ 
gəlməsindədir. Yəni, təsriflənən  fellərlə idarə  nəticəsində 
predikativ birləşmə (cümlə), təsriflənməyən (feli bağlama, feli 
sifət, məsdər) fellərlə idarə  nəticəsində qeyri-predikativ 
birləşmə (söz birləşməsi) yaranır. 
 Fellər ismin yiyəlik halı ilə əlaqədar olmur və onu idarə 
etmir.  İsmin bu halı adlarla idarə olunur. Məsdərlərdə  və feli 
sifətlərdə fellik xüsusiyyətləri ilə yanaşı, ad bildirmək 
xüsusiyyətinin olması onları adlara yaxınlaşdırır, bu xüsusiyyət 
onların yiyəlik halda işlənməsinə və yiyəlik halı idarə etməsinə 
imkan yaradır. Məsələn,  uşağın ağlamağı, sənin deyəcəyin 
(söz), onun oxuduğu (kitab) və  s. Dörd halın idarəsində onlar 
fel kimi çıxış edərək feli birləşmə, bir halın - yiyəlik halın 
idarəsində isə ad kimi çıxış edərək ismi birləşmə yaradır.  
Fel olmayan nitq hissələri ilə idarə. Fel olmayan nitq 
hissələri ilə idarə dedikdə  isim, sifət, say, əvəzlik, qismən də 
zərflərin idarə əlaqəsi prosesində əsas tərəf  kimi çıxış etmələri 
nəzərdə tutulur. Bu nitq hissələri  əsasən ismin yiyəlik halını 
idarə edir. Məsələn,   evin qapısı,  ailənin böyüyü, sinfin  
Gülarə  Abdullayeva 
 
 
134
birincisi, bizim hamımız    birləşmələrində asılı  tərəfin yiyəlik 
halda olması uyğun olaraq əsas tərəfdəki isim, sifət, say, 
əvəzliyin tələbi ilə baş vermişdir. Bu nitq hissələri ismin ancaq 
yiyəlik, yönlük, yerlik və  çıxışlıq  hallarını idarə edə bilir. 
Ümumiyyətlə, yiyəlik hal heç vaxt fellər, təsirlik hal isə adlar 
qrupu tərəfindən idarə olunmur. Digər üç hal - yönlük, yerlik, 
çıxışlıq hallar isə daha çox fellər, az hallarda isə adlar qrupu 
tərəfindən idarə olunur. 
           Təsirlik halda olan söz və birləşmələr cümlədə yalnız 
təsirli fellərin tələbi ilə işlənir. 
İsimlərlə idarə.  İsimlərin  əsas idarə  obyekti yiyəlik 
haldır. Bu əsasda yaranan söz birləşmələrində iki əşya arasında 
münasibət, sahib şəxs və mənsub əşya münasibəti ifadə olunur. 
Məsələn, şəhərin görünüşü, ananın məhəbbəti, uşağın xəstəliyi 
və s.  Bu zaman üçüncü növ təyini söz birləşməsi əmələ gəlir.  
Ümumiyyətlə, yiyəlik halın idarə olunması bilavasitə isimlərlə 
əlaqədardır. Başqa nitq hissələrinin ismin yiyəlik halını idarə 
edə bilməsi üçün  substantivləşmələri əsas şərtdir. 
Digər halların  idarə olunmasında isim fəal iştirak edə 
bilmir və nisbətən məhdud  çıxış edir. Bunlardan bir çoxu   
felin düşməsi nəticəsində baş verir,  idarəçilik ismin əlinə keçir. 
Məsələn, böyüyə hörmət (bəsləmək), ağıldan bəla (çəkmək)     
və s. 
Sifətlərlə idarə.  Sifətlər də isimlər kimi ismin yiyəlik, 
yönlük, yerlik və çıxışlıq hallarını idarə edir.  Məsələn, şəhərin 
ən qədimi, binaların hündürü, dünyada məşhur, işindən arxayın 
və  s. Sifət yiyəlik halı idarə edərkən substantivləşdiyi halda, 
yönlük, yerlik və  çıxışlıq halları    idarə edərkən buna ehtiyac 
olmur və bu halları idarə etmək sifətin öz xüsusiyyətindən irəli 
gəlir. Buna görə  də yiyəlik hala nisbətən bu halların sifətlə 
idarə olunmasına  daha çox rast gəlmək olur. 
Saylarla idarə. Saylar ismin yiyəlik, yerlik və  çıxışlıq 
hallarını idarə edə bilir. Azərbaycan dilində sayların yönlük halı 
idarə etməsinə də rast gəlmək olur. Lakin bu çox az-az özünü 

Müasir  Azərbaycan  dili 
 
 
135 
göstərir. Məsələn,  mənə çoxdur,  sənə az? kimi birləşmələrdə  
çox, az sayları ismin yönlük halını idarə etmişdir. Lakin belə 
birləşmələr təsadüfi hallarda işlədilir. Yiyəlik, yerlik və çıxışlıq  
halların sayla idarəsi tez-tez müşahidə edilir. 
 Saylar  idarə etmək cəhətindən daha çox sifətlərə 
bənzəyir. Onlar da sifətlər kimi yiyəlik halı idarə edərkən 
substantivləşir. Məsələn,  uşaqların üçü, adamların çoxu  və s. 
Digər halları idarə edərkən isə öz xüsusiyyətlərini saxlayır, az 
hallarda substantivləşir. Məsələn, beşdə üçü,  beşdən az, üçdən 
çox (insan), burda çoxdur və s. 
Dilimizdə kəsr sayları da, əslində, idarə əlaqəsi hesabına 
yaranır. Bu zaman saylardan birincisi ismin çıxışlıq, ikincisi 
adlıq halında olmaqla əlaqələnir. Müasir Azərbaycan dilində  
isə kəsr saylarının ümumilik və nisbətən çoxluq bildirən hissəsi 
(məxrəc) daha çox ismin yerlik halında işlənir və surət 
tərəfindən idarə olunur. Məsələn,  Hələ  gördüklərimin  dörddə 
birin yazmayıram. (M.Ə.Sabir)  Ümumxalq danışıq dilində isə 
asılı  tərəf ismin çıxışlıq halında olur. Məsələn,  beşdən bir, 
beşdən biri. 
Dilimizdə  bəzən  zərflər və    əvəzliklər də idarə 
əlaqəsinin  əsas tərəfi kimi çıxış edir. Məsələn,  məqalənin  
əvvəli, şəhərdən  uzaq, uşaqların hamısı və s. 
Müasir Azərbaycan dilində qoşma da  ismin müxrəlif 
hallarını idarə edərək onlarla birlikdə müəyyən məna çaları 
yaradır. Məsələn,  sənə  hədiyyə almaq, sənin üçün hədiyyə 
almaq  birləşmələrinin hər ikisində  əsas söz almaq felidir. Bu 
fel birinci birləşmədə yönlük halı idarə etmiş, ikinci birləşmədə 
isə  üçün  qoşması ilə yanaşma  əlaqəsinə girmişdir.  Üçün 
qoşması isə, öz növbəsində, ismin yiyəlik halını idarə edərək 
sənə əvəzliyi ilə birləşmişdir.  
İdarə  əlaqəsinin asılı  tərəfi  əvvəl,  əsas tərəfi sonda 
işlənir. Yeni informasiya əsas tərəfdə olur. Lakin bədii dildə, 
emosional nitqdə bu və ya digər bir üzvün aktuallaşdırılması 
nəticəsində idarə əlaqəsinin tərəfləri öz yerini dəyişir. Məsələn, 
Gülarə  Abdullayeva 
 
 
136
Yəqin görən kimi tanıyacağıq onu; Axı payi-piyada 
neyliyəcəksən o çöllərdə? (İ. Əfəndiyev) Verilmiş nümunələrdə 
onu  sözü tanıyacağıq  sözündən, çöllərdə  sözü  neyliyəcəksən 
sözündən sonraya keçərək mənanın qüvvətli ifadə olunmasına,  
aktuallaşmaya şərait yaratmışdır. 
 
Uzlaşma.  Əvvəlki iki əlaqə növündən fərqli olaraq, 
uzlaşma  əlaqəsində  əvvəlcə  əsas tərəf (tabe edən) sonra asılı 
tərəf işlənir. Asılı  tərəf  əsas tərəflə  şəxsə  və  kəmiyyətə görə 
uyğunlaşır. Məsələn, Mənim anam, biz işləyirik və s. 
Asılı  tərəfin  əsas tərəflə  şəxsə  və  kəmiyyətə görə 
uyğunlaşmasına uzlaşma deyilir. 
Uzlaşma  əlaqəsi həm predikativ, həm də qeyri-
predikativ birləşmələrdə, yəni həm cümlədə, həm də söz 
birləşmələrinin tərəfləri arasında özünü göstərir. Cümlədə  
uzlaşma  əlaqəsinin morfoloji əlaməti  şəxs və  xəbərlik, söz 
birləşmələrində  isə mənsubiyyət şəkilçiləridir. Cümlədə və söz 
birləşməsində olmasından asılı olmayaraq, uzlaşmanın  
morfoloji göstəriciləri həmişə asılı  tərəfdə olur. Bu əlaqə 
Qeyri-
təyini ismi 
birləşmə
lərdə
Yer, bəzi 
zaman zərf-
likləri ilə 
xəbər aras.
Tamamlıq
larla xəbər 
arasında 
Feli 
birləşmə
lərdə 
III növ 
təyini söz 
birləşmələ
rində
İdarə   
əlaqəsi
olur:

Müasir  Azərbaycan  dili 
 
 
137 
zamanı asılı  tərəf ikinci yerdə durur. Asılı söz əsas sözlə iki 
baxımdan: həm şəxsə, həm də kəmiyyətə görə uyğunlaşır.  
Şəxsə və kəmiyyətə görə uzlaşma. 
Qeyd etdiyimiz kimi, Azərbaycan dilində uzlaşma 
əlaqəsi  şəxsə  və  kəmiyyətə görə olur. Əsas (tabe edən) tərəf 
hansı şəxsə aid olursa, asılı (tabe) tərəf də həmin şəxsə məxsus 
qrammatik  əlamətlər qəbul edir, onunla uyğunlaşır. Predikativ 
əlaqəli birləşmələrdə uzlaşma  əlaqəsi xəbərlik  şəkilçiləri  və 
şəxs sonluqları vasitəsi ilə reallaşır. Məsələn, Mən gəlirəm.  Sən 
gəlirsən.  O gəlir.  Biz gəliriz.  Siz gəlirsiniz.  Onlar gəlirlər.  
və s. Göründüyü kimi, uzlaşma  əlaqəsi cümlədə mübtəda və 
xəbər arasında olur. Bu zaman mübtəda  əsas, xəbər isə 
qrammatik cəhətdən  ondan  asılı olur.  Mübtəda hansı şəxsdə 
olursa, xəbər də  həmin  şəxsə uyğun  şəxs və ya xəbərlik 
şəkilçisi qəbul edir,  onunla uzlaşır.  Məsələn, Mən uzanıram 
bir hovur gözümün acısını alım. (İ.Şıxlı)  Onda gərək biz uşağı 
camaat arasına çıxarmayaydıq. (İ.Əfəndiyev) Qoy qız otursun 
faytonda. (İ.Əfəndiyev) və s. 
Xəbər mübtəda ilə  həm  şəxsə, həm də  kəmiyyətə görə 
uzlaşarsa, belə uzlaşma  tam uzlaşma adlanır. Azərbaycan 
dilində  şəxsə görə uzlaşma daimi xarakter daşıyır və heç vaxt 
pozulmur. Lakin kəmiyyətə görə uzlaşma bəzən  pozula  bilir.     
I və II şəxsin təki ilə cəmində uzlaşma həmişə tam olur və heç 
vaxt pozulmur.  Məsələn, Mən gəldim. Sən gəldin. O gəldi. Biz 
gəldik. Siz gəldiniz. Onlar gəldilər.   Kəmiyyətə görə uzlaşma 
isə bir qədər fərqli  şəkildə özünü göstərir. Bu fərq  mübtəda    
III şəxsin cəmi ilə ifadə olunduqda nəzərə çarpır.  
Mübtəda III şəxsin cəmində olduqda üç fərqli vəziyyət 
müşahidə olunur: 
1. Əgər əsas tərəf, yəni III şəxsin cəmi ilə ifadə olunmuş 
mübtəda insanlara aiddirsə, asılı  tərəf  (xəbər)  əksər hallarda 
onunla uzlaşır, bəzən uzlaşmır.  Əgər ayrı-ayrı hissələr, fərdlər 
nəzərə çarpdırılırsa, bu vaxt uzlaşma vacib olur, əgər kəmiyyət 
toplu halda götürülürsə, uzlaşma vacib olmur. Məsələn, Atalar 
Gülarə  Abdullayeva 
 
 
138
yaxşı deyib ki, ehtiyat igidin yaraşığıdır.  Sonra onlar ...Fatma 
nənəmgilin  Şuşa qalasındakı qohumlarından  söhbət etdilər.    
(İ. Əfəndiyev)  
2. Əgər əsas tərəf heyvanlara və  quşlara aid olarsa, asılı 
tərəf  onunla uzlaşar da, uzlaşmaz da. Məsələn, Güllə  səsinə 
kəndin itləri bir-iki ağız  hürdülər. (İ.Şıxlı) Səsimə  səs verir 
quşlar yuvadan. (S.Vurğun)   
3.  Əsas tərəf cansız varlıqlara aid olarsa, birincinin 
əksinə olaraq, asılı  tərəf  əksər hallarda onunla uzlaşmır. 
Məsələn , Bu  səsə dağlar-daşlar lərzəyə gəldi.(İ.Şıxlı)  
Əgər belə mübtədanın mənasında  şəxsləndirmə olarsa, 
onda  xəbər cəmlənir. Məsələn, Yarpaqlar pıçıldaşırdılar və s. 
Bəzən predikativ əlaqəli birləşmələrdə    əsas və    asılı 
tərəf  həmcins olur.  Bu da tərəflər arasında uzlaşma əlaqəsinə 
müəyyən təsir göstərir
1   ...   8   9   10   11   12   13   14   15   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə