ŞƏKİ FİLİali



Yüklə 4.76 Kb.
PDF просмотр
səhifə9/28
tarix06.12.2016
ölçüsü4.76 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

Miqdar zərfləri  hərəkətin  miqdarını,  əlamətin 
dərəcəsini bildirir. Miqdar zərfləri necə? nə qədər? nə dərəcə? 
suallarına cavab verir. Miqdar zərfləri də quruluşca sadə
düzəltəmə  və mürəkkəb olur. Sadə miqdar zərfləri  az, çox, 
xeyli, tamam sözlərindən ibarətdir. Düzəltmə miqdar zərfləri də 
dilimizdə azdır və  əsasən  ilə qoşmasının  şəkilçiləşmiş 
formasının iştirakı ilə,  -inca  şəkilçisi ilə yaranır. Məsələn, 
tamamilə, dəfələrlə, lazımınca  və s. Mürəkkəb miqdar 
zərflərinin yaranmasında  o, bu  işarə  əvəzlikləri  az, çox, qədər 
sözləri mühüm rol oynayır. Məsələn, az-az, çox-çox, az-çox, bir 
az, bir qədər, o qədər və s. Bundan başqa,  miqdar zərflərinin 
bir qismi miqdar saylarının birləşməsi yolu ilə yaranır. 
Məsələn, birə beş, birə min, iki dəfə, üç dəfə və s.  
Zərflər cümlədə  əsasən zərflik vəzifəsini daşıyır. Bəzi 
zərflər adlıq halda dayanaraq, xəbərlə uzlaşdıqda mübtəda 
vəzifəsində  çıxış edir, xəbərlik  şəkilçisi qəbul edərək xəbər 
olur. Məsələn, İki-üç dəfə (zərflik)  şimşək çaxdı. (M. Hüseyn) 
Nahar vaxtı atası ilə  bir azca (zərflik) içdilər. (Anar) Oralar 
(mübtəda) çəmənlik,  buralar (mübtəda) daşlıqdır. Hamı  
içəridədir (xəbər) və s. 
  
 
 
ƏDƏBİYYAT: 
 
1. Abdullayeva G. A. Azərbaycan dilində -sa, -sə şəkilçisi,   
onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, 1999. 
2.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. III 
hissə, “Maarif”, Bakı, 1983. 
3. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 
2010. 
4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.        
I hissə, Bakı, 2007. 
Gülarə  Abdullayeva 
 
 
92
5.Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.       
II hissə, Bakı, 2007. 
     6. Müasir Azərbaycan dili. EA nəşri, II hissə, Bakı, 1980. 
     7. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009. 
8.Seyidov  Y. Azərbaycan   dilinin   qrammatikası.  (Morfo- 
logiya).  Bakı,  2000. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Müasir  Azərbaycan  dili 
 
 
93 
Mövzu № 3                     Köməkçi nitq hissələri 
   
 
 
Mövzunun planı: 
 
1.Köməkçi nitq hissələri haqqında ümumi məlumat 
2. Qoşma köməkçi nitq hissəsi kimi, onun təsnif 
prinsipləri 
3.Bağlayıcı, onun vəzifəsinə və quruluşuna görə növləri 
4. Ədat haqqında məlumat, ədatın mənaca növləri 
5.Modal sözlər, onun mənaca növləri 
6. Nida, onu köməkçi nitq hissələrindən fərqləndirən 
cəhətlər və mənaca növləri 
 
Köməkçi nitq hissələri  
haqqında ümumi məlumat 
 
Əsas nitq hissələrindən fərqli olaraq, köməkçi nitq 
hissələri müstəqil lüğəvi mənaya malik olmur, ona görə  də 
morfoloji sual tələb etmir, cümlə üzvü kimi çıxış edə bilmir. Bu 
cəhətdən qoşma digərlərindən fərqli olaraq, aid olduğu sözlə 
birlikdə bir cümlə üzvü kimi çıxış edir. Köməkçi nitq hissələri 
yalnız müəyyən qrammatik mənaya malik olur, cümlədə sözlər 
arasında əlaqə yaradır və ya cümləyə, onun üzvlərinə müəyyən 
məna çaları əlavə edir. 
 Köməkçi nitq hissələri,  əslində, tarixən  əsas nitq 
hissələrindən törəmədir. Lüğəvi mənaya malik olan hər hansı 
bir sözün mənasının daralması  və  tədricən mənasını itirməsi 
onun köməkçi nitq hissələri sırasına keçməsinə  səbəb 
olmuşdur. Bu gün dilimizdə kifayət qədər söz var ki, onlar həm 
əsas, həm də köməkçi nitq hissəsi kimi işlənməkdədir.  
Gülarə  Abdullayeva 
 
 
94
 Dilçilikdə köməkçi nitq hissələrinin təsnifində müxtəlif 
münasibət müşahidə olunur. Bəzi kitablarda qoşma, bağlayıcı, 
ədat və modal sözlər köməkçi nitq hissələri qrupuna daxil 
edilir, nidalar xüsusi nitq hissəsi kimi verilir, bəzilərində    isə 
bunların hamısını köməkçi nitq hissələri qrupuna daxil edilir. 
Bəzi dilçilər yalnız qoşma, bağlayıcı  və  ədatı köməkçi nitq 
hissəsi adlandırır, modal sözlərlə nidanı bir ad altında verməyi 
məqsədəuyğun hesab edirlər. 
 Köməkçi nitq hissələrinin bir qismi  sözlər, cümlələr 
arasında əlaqə yaradır, onları bir-biri ilə bağlayır. Qoşmalar və 
bağlayıcılar dilimizdə  məhz bu vəzifənin daşıyıcılarıdır. 
Köməkçi nitq hissələrinin bir qismi isə söylənilən fikrə 
münasibət bildirir, əlavə məna çaları ifadə edir. Bu  xüsusiyyət 
isə modal sözlər və ədatlar üçün xarakterikdir. 
 Bunlarla 
yanaşı, dilimizdə nida adlanan bir nitq hissəsi 
də vardır ki, o həm  əsas, həm də köməkçi nitq hissələrinin 
xüsusiyyətlərindən məhrumdur. Nidalar öz-özlüyündə hiss-
həyəcan bildirdiyi üçün əsas nitq hissələrinə oxşasa da, 
adlandırma xüsusiyyəti olmadığına görə onlardan fərqlənir. 
Ona görə  də nidanın xüsusi nitq hissəsi kimi ayrıca təqdim 
edilməsi daha məqsədəuyğundur. Bundan başqa, dilimizdə səs 
təqlidi sözlər, vokativ sözlər də vardır ki, onlar da 
xüsusiyyətlərinə görə nidalara yaxındır. 
 
                                                      
Qoşma köməkçi nitq hissəsi kimi,  
onun təsnif prinsipləri 
 
“Hallana bilən nitq hissələrinə qoşularaq adlarla 
adlar və adlarla fellər arasında əlaqə yaradan sözlərə qoşma 
deyilir”. (2,  səh. 335) 
 Qoşmalar bir sıra xüsusiyyətlərinə görə əsas və köməkçi 
nitq hissələri arasında ortaq mövqedə dayanır. Bu, onun əsas 
söz köklərindən  əmələ  gəlib  şəkilçiləşməyə doğru inkişaf 

Müasir  Azərbaycan  dili 
 
 
95 
etməsi ilə bağlıdır. Köməkçi nitq hissəsi kimi qoşmanı 
səciyyələndirən əsas xüsusiyyətlər aşağıdakılardır: 
1. Qoşmaların müstəqil lüğəvi mənası yoxdur. 
  
2. Qoşma heç bir suala  cavab vermir.  
3. Təklikdə qoşma  müstəqil cümlə üzvü olmur, yalnız 
qoşulduğu sözlə birlikdə müəyyən sintaktik vəzifə daşıyır. 
Qoşmanın aid olduğu söz də qoşma olmadan heç bir sintaktik 
vəzifə daşıya bilmir. Yəni qoşmanın aid olduğu sözün digər 
sözlə  əlaqəyə girməsində onun rolu əvəzsizdir. Hətta qeyri-
təyini ismi birləşmələrin bir qismi (sənin kimi tələbə, Əli qədər 
təmkinli və s.) qoşma olmadan qurula bilmir. 
 4.  Qoşmalar güclü idarəetmə xüsusiyyətinə malikdir. 
İsmin yiyəlik, yönlük, çıxışlıq halları qoşmalar tərəfindən güclü 
şəkildə idarə olunur.  
5.Digər köməkçi nitq hissələrindən fərqli olaraq, 
 
qoşmalar məhdud da olsa,  şəkilçi qəbul edərək dəyişir, III 
şəxsin təkinin xəbərlik  şəkilçisini qəbul etməklə aid olduğu 
sözlə birlikdə cümlənin ismi xəbəri vəzifəsini daşıyır.  Məsələn
Bütün bunlar onun üçündür ki, Şahbaz bəy gözümüzdən bir 
dəqiqə uzaq olmasın. (M.F.Axundzadə) 
  
6.Qoşmaların bir qismi vurğusuz, bir qismi isə 
yarımvurğuludur.  
7. Cümlədə qoşmanın yeri sabitdir. Yəni bir qayda 
olaraq, aid olduğu sözdən sonra işlənir və yalnız onunla 
birlikdə yerini dəyişə bilər.                 
   
8.  Qoşmalarda da omonimiya ( kimi, qədər  və s.) və 
sinonimiya (üçün, ötrü, görə və s.) hadisəsi özünü göstərir. 
 
Qoşmanın təsnif prinsipləri Qoşmalar müxtəlif 
prinsiplər əsasında təsnif oluna bilər. Bunlar aşağıdakılardır: 
1.Nitq hissələri ilə münasibətinə görə. 
Qeyd etdiyimiz kimi, qoşmalar  əsas nitq hissələrindən 
əmələ gəlmişdir. Hazırda dilimizdə keçid prosesində olan, əsas 
nitq hissəsindən qoşmaların sırasına keçməkdə olan kifayət 
qədər söz vardır. Bu proses başa çatmadığından həmin sözlər 
Gülarə  Abdullayeva 
 
 
96
həm müstəqil leksik mənalı söz, həm də qoşma kimi 
işlənməkdədir.  Ona görə də dilimizdə olan qoşmaları aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
 1. Sabit qoşmalar; 
 2. Qeyri-sabit qoşmalar; 
 3. Şəkilçiləşən qoşmalar. 
Sabit qoşmalar dedikdə dilimizdə tarixən çox qədim 
olub, hazırda yalnız qoşma kimi işlənən sözlər başa düşülür. Bu 
sözlər dildə öz vəzifəsini qoşma kimi sabitləşdirdiyindən sabit 
qoşmalar adlanır. Bu qrupa aşağıdakı  qoşmalar daxildir: üçün, 
ötrü, üzrə, içrə, aid, dair, məxsus, haqqında, barəsində  və s. 
Məsələn, Nəsib dayı adəti  üzrə bu gün yenə hamıdan  əvvəl 
yuxudan durub kolxoz idarəsinə getdi. (İ.Şıxlı) Zina sibirli 
olduğu  üçün  bu bişmişi çox sevər və gözəl bişirərdi. 
(Y.V.Çəmənzəminli) Bibim nə Xəzər barəsində bir söz soruşdu, 
nə də kəndə qaçdığıma görə məni danladı. (Ə.Əylisli)  
 
Mətndən asılı olaraq, həm  əsas nitq hissəsi, həm də 
qoşma kimi işlənən sözlər   qeyri-sabit qoşmalar adlanır. Qeyri-
sabit qoşmalara  kimi, qədər, tək, özgə, ayrı, görə, bəri, tərəf, 
başqa, qeyri, əlavə, qarşı,  əvvəl, sonra  sözləri daxildir. 
Məsələn,  Qızı  ərə verəndən  sonra  Səfalı müəllim bir dəfə 
Leninqradda olmuşdu. (Ə.Əylisli) Bayaq hökmdarın gözləri 
başı  kəsilmiş qoyun gözləri  kimi cansız və  soyuq  idi.                
(Y.Səmədoğlu) Axşamüstü camaat yeməkdən  qabaq vestibülə 
yığışmışdı. (Ə.Babayeva) Neçə illərdən  bəri dünya işığına 
həsrət qalmış Mikayıl  oğlunu sanki nəfəsindən tanıyırdı.        
(İ.Məlikzadə) Corabdan tutmuş papağa  qədər  hər  şey 
alınmışdı. (A.Şaiq)  və s. - cümlələrdə bu sözlər qoşma kimi 
işlənərək qoşulduğu sözü ismin bu və ya digər halında tələb 
etmiş, onunla birlikdə uyğun cümlə üzvü yerində dayanmışdır. 
Bu sözlər cümlədə müstəqil mənalı söz kimi işlənərək, bir 
sintaktik suala cavab verdikdə əsas nitq hissəsi kimi çıxış edir.  
Məsələn, Sonra (zərf) biz səhərə qədər söhbət elədik.(M. Oruc) 
Qalxanda yönü  artıq  başqa  (sifət) səmtə çönmüşdü.                

Müasir  Azərbaycan  dili 
 
 
97 
(F.Kərimzadə) Qəzet və kitabları bir tərəfə (isim) 
yığdım.(Y.V.Çəmənzəminli)  Kimi  (əvəzlik) ürəyim istəyir, onu 
da alacağam. (İ.Şıxlı) Qələmimdən savayı  özgə (sifət) varım 
olmayıb heç. (C.Novruz) və s. 
 Dilimizdə çox işlənən  ilə  sözü    həm qoşma, həm də 
bağlayıcı kimi işlənir. Bu söz sözə qoşularaq vasitə, birgəlik 
məna çaları yaratdıqda qoşma,  və bağlayıcısı ilə  əvəz oluna 
bildiyi halda bağlayıcı olur. Məsələn, qoşma kimi: Onlar 
yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. (İ.Şıxlı) 
Bağlayıcı kimi:  Qızlarla gəlinlər hər gün burdan su 
aparardılar.(İ.Şıxlı) 
Qoşmaların üçüncü qrupunu şəkilçiləşən qoşmalar təşkil 
edir. Buraya ilə (-la, -lə), -can,-cən, -dək qoşmaları daxildir. 
Məsələn, Yaxşı adamlarla görüşəndə  mənimçün  ən böyük 
bayram olur.(N.Rəfibəyli) Dedim:-nə yaraşır sən kimi cana, 
Gecələr şam kimi sübhəcən yana? (M.Dilbazi) 
2.İsmin hallarını idarə etməsinə görə. 
Qoşmalar ismin müxtəlif hallarını idarə edir. Bu 
baxımdan qoşmaları aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.Yalnız ismin adlıq halı ilə  işlənən, adlıq halda olan 
sözlərə qoşulan qoşmalar. Bu qrupa içrə, üzrə, haqda, barədə,  
-ca,-cə qoşmaları daxildir. 
2.Həm adlıq, həm də yiyəlik  halda olan sözlərə 
qoşulanlar: üçün, ilə (-la,-lə), tək, təki, haqqında, barəsində. 
3.Həm yiyəlik, həm də yönlük halla işlənən qoşmalar: 
kimi, qədər. 
4.Yönlük hal ilə işlənən qoşmalar. Bu qrupa görə, qarşı, 
tərəf, doğru, sarı, məxsus, aid, dair, nisbətən, -dək    qoşması 
daxildir. 
5.Çıxışlıq hal ilə  işlənənlər: Bu qrupa əvvəl, qabaq, 
sonra, bəri,  başqa, özgə, qeyri, savayı, ötrü,  çox, artıq 
qoşmaları daxildir.  
  
3.Qoşulduğu sözlə birlikdə yaratdığı  məna çalarına 
görə. 
Gülarə  Abdullayeva 
 
 
98
 Qoşmalar aid olduğu sözlə birlikdə  rəngarəng məna 
çalarları  əmələ  gətirir. Qoşulduğu hallardan asılı olaraq bu 
mənalar da rəngarəng olur.  
   
1.  Zaman  bildirən qoşmalar. Dilimizdə    əvvəl, sonra, 
qabaq, bəri  qoşmaları  çıxışlıq halda olan sözlərə  və 
birləşmələrə qoşularaq zaman məna çaları ifadə edir. Məsələn, 
Yol boyu ürəyilə danışan Pənah bəy səhərdən bəri səsini içinə 
saldığını hiss edib qımışdı. (M.Çəmənli)  Bir xeyli səssiz-
səmirsiz dayandıqdan sonra o, aramla danışmağa başladı.     
(İ.Hüseynov)  Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri 
baxdı.(İ.Şıxlı)  Bir həftə bundan qabaq Bakıya  iş axtarmağa 
getmək istədiyini mənə dedi.(İ.Şıxlı) və s.  
  
2. Məkan, istiqamət, yön bildirən qoşmalar. Dilimizdə 
işlənən  tərəf, doğru, sarı qoşmaları yönlük halda olan sözlərə 
və birləşmələrə qoşularaq bu məna çalarını  əmələ  gətirir. 
Məsələn,  Bibim bu dəfə iti addımlarla  bizə  tərəf 
gəldi.(Ə.Əylisli) Həyətin tən ortasında,  budaqları yanlara 
doğru   qoca bir tut ağacı vardı. (İ.Hüseynov)  Əhməd cığırla 
bostanın ortasındakı  talvara sarı yollandı. (İ.Şıxlı)  Əşrəf 
arabanın boynuna doğru gəldi. (İ.Şıxlı) 
    
3. Müqayisə, bənzətmə bildirən qoşmalar. Kimi, qədər, 
tək, təki, -can, -cən qoşmaları  yiyəlik hallı söz və birləşmələrə 
qoşulmaqla qeyd olunan mənanın yaranmasına səbəb olur. 
Məsələn,  Sən mənə lazımsan  sutək, havatək. Sən mənə 
lazımsan öz canım qədər.(N.Kəsəmənli)  Şahnigar birdən uşaq 
kimi evin ortasında oynadı. (İ.Şıxlı)  Əzəmətli Neva da axırdı 
ağır-ağır, dünyadan küsmüş kimi.  
       
4. Kimi, qədər, -can, -cən qoşmaları omonim qoşmalar 
olmaqla, ismin yönlük halında olan söz və birləşmələrə 
qoşulduqda zaman və məkan hüdudu bildirir. Məsələn, Özümə 
söz vermişdim ki, səni qiyamətəcən dindirməyim. (İ.Şıxlı) Uzun 
saçı  qıvrılıb  qaşının üstünə  qədər enmişdi. (İ.Şıxlı) Bacı-
qardaş  düşərgədə  səs-səmir kəsilənə  qədər beləcə uzandılar. 
(İ.Şıxlı) Axı  nə üçün səhərdən axşama  qədər  bir parça çörək 

Müasir  Azərbaycan  dili 
 
 
99 
üçün yollarda fayton sürən bir rus kəndlisi tanımadığı xalq 
haqqında belə danışır? (İ.Şıxlı) 
         5.Aidiyyət bildirən qoşmalar.  İçrə, üzrə, haqda, 
haqqında, barəsində qoşmaları adlıq halda olan sözlərə 
qoşularaq aidlik, uyğunluq, müvafiqlik məzmunu bildirir
Məsələn,  Biçinçilər  adət üzrə  xırman açıb taxıllarını elə 
zəmilərin kənarındaca döyərdilər. (İ. Şıxlı) Çoxdur bəni-adəm 
içrə bidad.  Seminariyaların açılması haqqında atamız çarın 
özü fərman vermişdir. (İ.Şıxlı) və s. 
     
 6.Vasitə  və birgəlik bildirən qoşma:  ilə qoşması adlıq 
və yiyəlik halda olan sözlərə qoşularaq vasitə və birgəlik məna 
çaları ifadə edir. Məsələn, Belə  qızla evlənərsən, ömrün boyu 
ürəyini buz kimi eləyərsən.(Anar) Hökmdar vəzirin müşayiəti 
ilə    çadıra daxil olduqda qullar yerə döşənib alınlarını yerə 
qoydular. (İ. Əfəndiyev) Onların külünü torba ilə daşıtdıraram. 
Salatın dirsəyi ilə Əşrəfə toxundu. (İ. Şıxlı) 
       
7.  İstisnalıq bildirən qoşmalar:  Başqa, özgə, qeyri, 
savayı, ayrı qoşmaları ismin çıxışlıq halında olan sözlərə 
qoşularaq istisna məna çalarını ifadə edir. Məsələn, Evimdə 
pendir-çörəkdən  savayı  heç nə yoxdur.(V.Səmədoğlu) Ey 
sevdiyim, səndən qeyri kimim var? 
 8. 
Səbəb və məqsəd bildirən qoşmalar. Üçün, ötrü görə 
qoşmaları qoşulduğu sözdən asılı olaraq səbəb və ya məqsəd 
çaları ifadə edir.  Bu qoşmalar feli sifət və ya feli sifət tərkibinə 
qoşulduqda səbəb zərfliyi, məsdər və ya məsdər tərkibinə 
qoşulduqda məqsəd  zərfliyi, isim və  əvəzliklərlə  işləndikdə  
tamamlıq olur. Məsələn ,Qorxduğu üçün (səbəb zərfliyi) özünü 
itirdi. (İ.Şıxlı) Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq 
üçün (məqsəd zərfliyi) dilləndi. (İ.Şıxlı) Cahandar ağa  özünü 
sındırmamaq üçün (məqsəd zərfliyi) maralın üzünə baxmadı. 
(İ.Şıxlı)  Uzun yolun yorğunluğunu unutmaq üçün (məqsəd 
zərfliyi) söhbət etmək istədi. (İ.Şıxlı) Ömrü boyu bir parça 
çörək üçün (məqsəd zərfliyi) çalışmışdı...(İ.Şıxlı)  Fikrini 
cəmləməkdən ötrü (məqsəd zərfliyi) Canəli müəllim bir müddət 
Gülarə  Abdullayeva 
 
 
100
də cəhd elədi, amma olmadı, baş tutmadı.(Ə.Əylisli) Ana üçün 
(tamamlıq) övladdan əziz kim ola bilər? 
 
 
Bağlayıcı, onun vəzifəsinə və quruluşuna görə 
növləri 
 
 Bağlayıcı  dildə çox mühüm rola malik olan  köməkçi 
nitq hissəsidir. O, cümlədə müəyyən vəzifə daşıyır,  lakin 
cümlə üzvü olmur.  Bağlayıcı müstəqil lüğəvi mənaya malik 
olmadığı üçün söz yaradıcılığında iştirak etmir.  Bu köməkçi 
nitq hissəsi söz birləşməsinin tərəfləri və cümlənin üzvləri 
arasında  əlaqə yaradır. Nitqdə oynadıqları rola və daşıdıqları  
vəzifəyə görə bağlayıcılarla qoşmalar arasında müəyyən 
oxşarlıqlar vardır.  Üçün, ötrü, görə qoşmalarının  o, bu 
əvəzlikləri ilə birləşərək yaratdığı bağlarıcılarla həmin 
qoşmaların mənaları arasındakı oxşarlıq aydın hiss olunur. İlə 
sözünün həm qoşma, həm bağlayıcı kimi işlənməsi də  bunların 
arasında yaxınlığın olmasını göstərir. Lakin qoşmalarla 
bağlayıcıların arasında aşağıdakı mühüm fərqlər də vardır: 
1.Bağlayıcılar quruluşca sadə, düzəltmə  və mürəkkəb 
olduğu halda, qoşmaların quruluşu sadə olur. 
2. Qoşmaların inkişaf prosesində  şəkilçiləşməyə doğru 
meyl güclü olduğu halda, bağlayıcılarda bu xüsusiyyət 
görünmür. 
3.Qoşmalardan fərqli olaraq, bağlayıcılar nə təklikdə, nə 
də hər hansı sözlə birlikdə cümlə üzvü ola bilmir. 
4. Bağlayıcılar sözlər və cümlələr arasında işləndiyi 
halda, qoşmalar bir qayda olaraq qoşulduğu sözdən 
sonra işlənir. 
5.Bağlayıcılar heç bir şəkilçi qəbul edə bilmir. 

Müasir  Azərbaycan  dili 
 
 
101 
6.Bağlayıcıların ismin halları ilə  əlaqəsi yoxdur. 
Qoşmalar isə ismin müxtəlif hallarını güclü idarəetmə 
qabiliyyətinə malikdir. 
7.Qoşmaları heç bir durğu işarəsi ilə  əvəz etmək 
mümkün olmadığı halda, bağlayıcıları durğu işarələri 
ilə də əvəz etmək olur. 
Bağlayıcıların təsnifi. Bağlayıcılar aşağıdakı  cəhətlərə 
görə təsnif olunur: 
1. Sintaktik vəzifəsinə görə
2. Mənasına görə, 
3. Quruluşuna görə. 
Sintaktik vəzifəsinə görə  bağlayıcıların iki növü vardır: 
1.Tabesizlik bağlayıcıları; 
2.Tabelilik bağlayıcıları. 
Tabesizlik bağlayıcıları  bərabərhüquqlu sözlər və 
cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Məsələn, və, və 
ya, həm, həm də, amma, ancaq, lakin və  s. Tabesizlik 
bağlayıcıları həmcins üzvlər, bərabərhüquqlu tərəflər və tabesiz 
mürəkkəb cümlənin tərkib hissələri arasında işlənir. 
 Tabelilik 
bağlayıcıları    isə bir qayda olaraq tabeli 
mürəkkəb cümlənin  qurulmasında müstəsna əhəmiyyət daşıyır, 
budaq cümləni baş cümləyə bağlayır.  Məsələn, ki, guya ki, 
hərçənd ki, çünki, əgər, yoxsa və stabelilik bağlayıcılarıdır. 
 Bağlayıcıları daşıdıqları sintaktik vəzifəsi ilə  əlaqədar 
olaraq məna növlərinə görə  də iki hissəyə ayırmaq  olar:           
1. Tabesizlik bağlayıcılarının məna növləri. 2. Tabelilik 
bağlayıcılarının məna növləri. Tabesizlik bağlayıcılarının məna 
növləri aşağıdakılardır: 
1. Birləşdirmə bağlayıcıları:  və, ilə (-la,-lə); Çox 
keçməmiş yasavulların hamısı atlandı  və  bütün dəstə getdiyi 
yolla geri qayıtmağa başladı.(M. Hüseyn) və s.  
2. Qarşılaşdırma bağlayıcıları:  amma, ancaq, lakin; 
Bizim havalara oxşarı yoxdu, ancaq  ürək açan xalları  çoxdu.          
(M.Rahim) Qarı düşmən onları özünə tabe edir,  amma 
Gülarə  Abdullayeva 
 
 
102
bununla da onlardan əl çəkmir.(M. İbrahimov) Bu sükut ani idi, 
lakin çox mənalı idi. (M.Cəlal) və s.  
3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud, yaxud da, 
gah, gah da, istər, istərsə  də, yainki, və ya, və yainki və  s. 
Bilmirdi bu həngamə  həqiqətdi,  ya  vahimədi, olan şeydir
xəyaldır, aşkardır, ya yuxudur. (M. Cəlal) 
4.İştirak bağlayıcıları:  həm, həm də, həmçinin,  
həmçinin də, da, də, habelə, o cümlədən; Qızı Bakıya gedəndən 
sonra Məsmə həm sevinmiş, həm də qüssələnmişdi. (M. Cəlal) 
5.İnkar bağlayıcıları:  nə, nə  də, nə  də ki; Çünki  
Qaçay bizi görüb, nə  də ki biz Qönçənin üzünü görmüşük.     
(B. Bayramov) 
6.Aydınlaşdırma bağlayıcıları:  yəni, yəni ki, məsələn; 
Bu gündən məsuliyyətimiz daha da artır,  yəni  hər kəs nə 
edəcəyini, özü də necə edəcəyini dəqiq ölçüb-biçməlidir. (Ə. 
Vəliyev) 
7. Qoşulma bağlayıcıları: həm də, bir də, özü də; Amma 
bu qırxıncı hamısından cavandır, özü də  xalis od parçasıdır.      
(M. İbrahimov) 
Tabelilik bağlayıcılarının da aşağıdakı  məna növləri 
vardır: 
1.Aydınlaşdırma bağlayıcıları:  ki, belə ki; Şəkk-şübhə 
yox idi ki, indi bu binada başqa adamlar yaşayırdı. (Elçin) 
Müzakirəyə  çıxarılmış  məsələlər yaxşı  həll olundu, belə ki
hamı razı qaldı. 
2. Səbəb  bildirənlər:  çünki,  zira, ona görə ki, ondan 
ötrü ki, o səbəbə ki; O, üzünü Tahirə tərəf çevirdi, ona görə ki
onunla gizli danışmaq istəyirdi. (M. Hüseyn) 
3. Nəticə bildirən bağlayıcılar: ona görə, buna görə, ona 
görə də, buna görə də, onun üçün də, bunun üçün də və s.; Siz 
düz danışırsınız,  ona görə  də  mən sizdən incimirəm.                   
(M. İbrahimov) 

Müasir  Azərbaycan  dili 
 
 
103 
4.  Şərt bağlayıcıları:  əgər,  əgər ki, hərgah, hərgah  ki;          
Əgər  Ələsgər razı olsa, Mürsəlin oğlunu onlarda gizlədərik. 
(Ə. Vəliyev) 
5. Qarşılıq-güzəşt bağlayıcıları:  hərçənd, hərçənd ki, 
indi ki, madam, madam ki və s.; Hərçənd ilk söz böyüyündür, 
ancaq Mədət adəti pozub dedi.(Ə. Vəliyev)   
Quruluşuna görə bağlayıcıların üç növü var: sadə, düzəltmə, 
mürəkkəb bağlayıcılar.  Sadə bağlayıcılar bir kökdən ibarət olur 
və tərkib hissələrinə ayrılmır. Məsələn,  və, həm, ki, ya, da, də, 
gah, amma, əgər, ancaq, lakin, hətta, yəni, nə  və s. sadə 
quruluşlu bağlayıcılardır.  
Düzəltmə bağlayıcılar 
əsas nitq hissələrinin 
quruluşundan fərqlənir. Belə ki, düzəltmə bağlayıcıların 
tərkibində heç bir sözdüzəldici  şəkilçi iştirak etmir. Bu 
bağlayıcılar ya bağlayıcı ilə başqa bir hissəciyin, ya bağlayıcı 
ilə başqa bir sözün, ya da bir sözlə bir hissəciyin 
birləşməsindən əmələ gəlir və sadə bağlayıcılığa doğru inkişaf 
edir. Düzəltmə bağlayıcılar bunlardır:  çünki, yaxud, hərgah, 
hərçənd,  nəinki,  yainki, habelə, yoxsa və s.  
  
Mürəkkəb bağlayıcılar dilimizdə daha çox işlənir. 
Bunlar  ən azı iki sözdən ibarət olur və ayrı yazılır. Mürəkkəb 
bağlayıcılar müxtəlif yollar və vasitələrlə  əmələ  gəlir. 
Əmələgəlmə yoluna görə mürəkkəb bağlayıcıları iki qrupa 
ayırmaq olar: 
 1.  Sadə  və  düzəltmə bağlayıcılardan  əmələ  gələnlər. 
Məsələn, həm də, və həm də, gah da, ya da, yaxud da,  nə də, 
nə də ki, hərçənd ki, və hərçənd ki və s
 2.  Müxtəlif sözlərlə bağlayıcıların birləşməsindən 
əmələ gələnlər. Bu bağlayıcıların əmələ gəlməsində o, bu işarə 
əvəzlikləri,  üçün, ötrü, görə qoşmaları  və  bəzi bağlayıcılar 
xüsusi rol oynayır.  Məsələn, on görə, ondan ötrü, onun üçün, 
ona görə də, onun üçün ki, ondan ötrü ki,  lakin bununla belə
amma bununla belə,  ancaq bununla belə və s. 
Gülarə  Abdullayeva 
 
 
104
1   ...   5   6   7   8   9   10   11   12   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə