Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov



Yüklə 2,22 Mb.
səhifə14/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Səvvan yoxuşu
Ətəkləri qərbə doğru yayılan Minbər təpəsi dəniz səthindən min­lər­cə metr yüksəklikdə yerləşir. Qırılmış və tökülmüş daşlarla örtülü ge­niş sahəsi, uzaqdan baxan üçün əlçatmaz, çox böyük və qorxulu bir mən­zərə idi. Lakin ora tez-tez gedənlər orda iki yolun olduğundan da­nı­şırdılar: biri cənubda, di­gə­ri isə şimalda. Hər ikisi ölüm vadisinin də­rinlikləri arasında qıvrılan dar yol­lar idi. Eyni zamanda, mənə bu yollarla təpəyə çıxmanın təhlükəli ol­ma­dı­ğını da dedilər. Ancaq mən bu yolların heç biriylə təpəyə çıxmağı dü­şün­mür­düm. İki yol arasında suları qurumuş bir çay yatağı kimi dar və düz bir yoxuş görmüşdüm. Bu yoxuş təpənin zirvəsindən başlayır və ətəklərinə ya­xın bir yerdə bi­tir­di. Şəkli və yeri xoşuma gəldi və mənə zirvəyə çıxan ən yax­şı yol ki­mi göründü. Eyni zamanda, elə bil daxilən məni ona çəkən bir ca­zibə his­si vardı. Buna görə də bu yoldan təpəyə çıxmağa qərar verdim.

Qərarımı dağda yaşayanlardan birinə dediyim zaman göz­lə­rin­dən atəşlər saçaraq mənə dik-dik baxdı və əllərini bir birinə vuraraq:

Səvvan yoxuşu! Sənin üçün pis olacaq! Dəlilik etmə! Səndən əv­vəl çox insan bunu etmək istədi, ancaq heç kəs başına gələni an­lat­maq üçün geri dönə bilmədi. Səvvan yoxuşu! Amandır etmə! Aman!” – deyə bağırdı.



Bunu dedikdən sonra təpəyə qədər mənə rəhbərlik etmək üçün yal­varmağa başladı. Ancaq mən nəzakətlə onun yardımını rədd etdim. Qor­­xu­sunun nəyə görə mənə pis təsir etdiyini isə başa düşə bilmədim. Çün­ki məni qərarımdan döndərmək əvəzinə qərarımda daha da qə­ti­ləş­dirmişdi.

Bir səhər dan yeri söküldüyü an, yuxu meyxoşluğundan oyanıb, ço­­ma­ğı­mı və yeddi tikə çörəyimi götürdüm və Səvvan yoxuşuna çıxmaq üçün yo­la düzəldim. Gecənin son dəmləri, günün ilk işıqları və bir an üçün də olsa öz-özümü unudub sehirli rahibin sirrini öyrənmək üçün hiss etdiyim güclü is­təyim, elə bil ayaqlarıma güclü qanadlar, qanımı qaynadan bir qüvvə olmuşdu.

Qəlbimdə böyük bir inanc və ümidlə yola çıxdım. Ancaq yoxuşun ətək­­lərinə çatmadan həvəsim boğazımda qaldı. Sevinclə getdiyim yol­da bir müd­dət sonra özümü həll edilməsi mümkün olmayan bir tap­ma­canın içində tap­dım. Uzaqdan mənə düzgün və doğru bir yol kimi gö­rü­nən yoxuş, əslində aşılması çətin və dik bir yol imiş.

O dik yolun qarşısında təəccüblü baxışlarla dayanmışdım və ət­ra­­fa nə­zər salmağa başlamışdım. Ancaq hələ də zirvəni görə bil­mir­dim. Hara bax­sam ətrafda həyat izi tapa bilmirdim. Səvvan yoxuşunda gö­rdüyüm tək şey, fərq­li həcm və şəkilli cınqıl daşları idi. Bəziləri kəs­kin qılınc kimi bə­zi­ləri də iynə kimi, idilər. Elə bil bir cin ordusu dağın o tərəfinə yayılmışdı. Sonra da oranı qorxu və dəhşət verici, səssiz, qap­qara kəfənlərə bürümüşdü. Zirvəni yoxuşun ətəklərindən görə bil­mirdim.

Hələ də əzmli idim. Yoxuşdan çıxmağıma mane olmaq istəyən ada­­mı xatırladım. Atəş çıxan gözləri ilə mənə baxırdı, ancaq məni məq­­sədimdən dön­dərə bilmirdi. Beləcə dırmaşmağa başladım. Lakin bir az sonra artıq bö­yük bir məsafə gedə bilməyəcəyimi anladım. Çün­ki cınqıllı Səvvan yoxuşu, ayaqlarımın altından sürüşürdükcə milyon­lar­­la ağızdan çıxan hənirti kimi qorxulu səslər ətrafı bürüyürdü. Bir az da­­ha gedə bilmək üçün əllərimin və dizlərimin köməyindən istifadə et­mə­liydim. O zaman, kaş ki keçi kimi yüngül olsaydım, deyə düşündüm.

Özümə bir an belə dinlənmək üçün zaman vermədim, qısa-qısa ad­dım­lar­la yoxuşu çıxırdım. Birdən zirvəyə çıxmadan o qorxunc, səs­siz ərazidə ge­cənin düşməsindən qorxmağa başladım. Geriyə dönmək fik­ri isə heç ağ­lı­mın ucundan belə keçmirdi.

Aclığımı hiss etdiyim zaman gün sona çatırdı. Yemə və içmə ağ­lı­ma gəl­­mədən, günün necə başa çatdığına və dağdakı yolu necə qət et­di­yimə mə­ət­təl qalmışdım. O an, yanımdakı yeddi tikə çörək − bir dəs­ma­la sarıyıb ya­nım­da götürdüyüm o yeddi tikə çörək − necə də qiy­mətli idi!

Durduğum yerdə əyləşdim; dəsmalı açdım və yeddi tikədən birini gö­­tür­­düm. Elə ilk loxmanı çeynəməyə başlamışdım ki, qulağıma zil və ney sə­si­nə bənzər, sanki bağırtı səsi kimi bir səs gəldi. O səs, Səvvanın ba­şında, qor­xunc bir səssizlik içində məni necə də qorxutmuş və ür­küt­müş­dü!

Çox keçmədi ki, yaxın bir təpənin üstündə keçidən böyük, qara bir qoç gördüm. Özümə hələ gəlməmişdim ki, ətrafımı hər tərəfdən ke­çi­lər bü­rü­­dü. Səvvan eyniylə mənim ayağımın altından sürüşdüyü kimi ke­çilərin də ayaq­­ları altında sürüşürdü. Ancaq mən sürüşdüyüm za­man çıxan qorxunc səs­­­lər eşidilmədən... və birdən elə bil çıxardığım sə­sə gələnlər kimi və elə bil on­larla görüşüm varmış kimi keçilər qoçun baş­çılığında mənə hücum et­mə­yə başladılar. Necə oldu və hardan gəl­dik­­lərini başa düşmədim, ancaq ço­ban­ın səsi olmasaydı çörəyi əlimdən qa­­pacaqdılar. Çoban qarşımda durdu. Əy­nində önünü örtən dəri bir ön­lük­­dən başqa heç nə yox idi. Əlində isə sa­də­cə ney var idi. Onu başdan ayağa süzdüm. Uzun boylu və üzündən sağlıq, nə­şə və qüvvət tökülən bir gənc idi. Danışa bilmək üçün hələ özümə gəl­mə­miş­dim ki, onun incə bir səslə və səmimi gülümsəməsiylə danışdığını eşitdim:

Qoçumun etdiklərinə baxma! Bir az ərköyündür. Çörək olanda ona çörək yedirirəm həmişə. Çörək yeyən birini görməyəli aylardır



Bunu dedikdən sonra böyük qoça baxdı:

Görürsənmi mənim dürüst qoçum, qismət necə də inanan kim­sə­nin ayağına gəlir! Heç vaxt şansdan ümidini üzmə! – deyə onunla danışdı.



Əlini çörəyə uzatdı və bir tikə aldı. Onun ac olduğunu düşün­dü­yüm üçün çox nəzakətlə və səmimiyyətlə ona dedim ki:

Bu kiçik payı aramızda bölüşək. Yanımdakı çörək mənə də ça­tar, sənə də. Hətta qoça da bir hissə verə bilərik.



Çoban sözüm bitən kimi ilk hissəni aldı. Bir loxma çeynədikdən son­ra onu keçilərə atdı. İkincini, üçüncünü,... altıncını hətta sonuncu da belə etdi. Elə təəccüblənmişdim ki, elə bil məni şimşək vurmuşdu və hir­simdən az qala partlayacaqdım. Ancaq ona qarşı çıxa biləcək ta­qə­timin olmadığını anladım. Öz-özümü sakitləşdirdim və təəccüblə ço­bana baxdım. Sonra bir az yal­va­rış­la, bir az da şikayətli bir səslə,

Aclığın və yorğunluğun məhv etdiyi bir adamın yeməyini ke­çi­yə verdin. İndi mənə bir az süd verə bilərsən? – deyə soruşdum.



Mənə üzünü çevirmədən:

Keçimin südündə dəliləri öldürən bir zəhər var. Mən isə ke­çi­lə­­rim­dən birinin də cinayət etməsini istəmirəm. Öldürülən sənin kimi dəli olsa da, – deyə cavab verdi.

Niyə mənim dəli olduğumu düşünürsən?

Çünki sən yeddi il davam edəcək səfər üçün yeddi tikə çörək götürmü−sən.

Yeddi min götürməliydim ki?

Xeyr! Bir tikə belə götürməməliydin.

İndi deməli sən mənə bir tikə yemək götürmədən, belə təhlükəli və uzun bir səfərə çıxmağımı tövsiyə edirsən?

Səyyahını yedirə bilməyən yolu getməyə dəyməz.

Yaxşı, demək aclıq başıma vurduğu zaman Səvvanı çeynəyim, su­suz­luqdan yandığım zaman da tərimi içim?

Sadəcə olaraq ətində səni yedirəcək şey var. Qanında da sənin susuzluğunu tələf edəcək şey var. Bu da yol!

Dostum, mənimlə zarafat edirsən, yoxsa məni ələ salmısan? Mən sə­nin bu sözlərinə cavab verməyəcəyəm. İnancıma görə çörəyimi ye­­yən hər kəs, məni acından ölməyə tərk etsə də, mənim qardaşımdır. Da­­ğın ətək­lərində günlər qısadır. Ona görə zirvəyə doğru yoluma da­vam etməliyəm. Zəhmət olmasa mənə oranın yaxın və ya uzaq ol­du­ğu­nu deyə bilərsənmi?

Doğrudan da məhv olmağına az qalıb” – dedi və neyini çal­ma­ğa baş­la­dı. Sonra isə arxasını mənə çevirib çıxıb getdi. Elə bil ipək xal­çanın üstündə gedirdi. Arxasınca qoç və keçi sürüsü onu izlədi. Mən­dən uzaqlaşan o qərib sü­rüyə baxdıqca, Səvvanın uğultusunu və san­­ki yerin dərinliklərindən yük­sə­lən bir fəryad kimi qulaqlarıma çin­lə­­dən neyin səsini dinlədim. Yal­nız­dım, ağlım qarışmış, əsəblərim də ye­rindən oynamışdı.

Bir az keçmişdi. Artıq aclığımı da unutmuşdum. İtirdiyim qə­rar­lı­lığımı və cəsarətimi yenidən əldə edə bilmək üçün özümə gəl­mə­liy­dim. Çünki əgər o səssiz, sürüşgən Səvvanda gecə qalası olsam, aşa­ğı­ya doğru sürüşməmək üçün gecəni keçirə biləcəyim etibarlı bir yer tap­malıydım. Bunun üçün dır­maş­­mağa başladım. Aşağı baxdığım za­man dağın böyük hissəsini dır­man­dı­ğı­mı gördüyümdə gözlərimə inana bil­mədim. Çünki yoxuşun ətəklərini görə bilmirdim. Təpə isə bir neçə metr yuxarıda idi.

Allaha çox şükür ki, gecə düşəndə, ortasında mağaraya oxşayan bir oyuğa sığındım. Bu qayalıq, zülmət kimi qaranlıq olan, dibi gö­rün­mə­yən bir çuxurun kənarında idi. Mağaranın ətrafındakı təhlükələr də o gecəni orada sığınmağıma mane ola bilmədi.

Ayaqqabılarımı çıxartmağa çalışdım. Bir də gördüm ki, bu səhər ge­­yin­diyim ayaqqabılardan indi sadəcə cırıq hissələr qalıb. O hissələr də qana bo­yanmış və ətimə yapışmışdı. Ayaqqabılarımı ətimdən qo­par­­dığım zaman ətim­dən hissələr də onunla qopurdu. Əllərim cızıq-cı­zıq idi. Dırnaqlarımın ət­rafı elə bil quru ağac qabığından sallanan zər şək­­lində idi. Paltarlarımın çox hissəsi Səvvanda qalmışdı. Yuxu­suz­luq­dan şüursuz kimi olmuşdum. Yat­maqdan başqa heç nə düşünə bi­l­mir­dim.

Bir dəqiqə, bir saat, yoxsa daha uzun müddət mürgülədiyimi xa­tır­laya bilmirəm. Tək yadımda qalan şey, məni qolumdan tutup çəkən bir qüvvəni hiss etdiyimdir. Tərif edə bilmədiyim bir yuxu və qorxu için­­də düzəlib otur­dum. Əlində zəif işıqlı lampa tutan çılpaq bir qızın ayaq üstə durduğunu gör­düyümdə çox qorxmuşdum. Çox gözəl bir üzü var­dı. Qızın yanında isə çox çirkin, yaşlı bir qadın əyilmiş vəziyyətdə durmuşdu. Məni qolumdan çəkən bu qadın idi. Onu gördüyüm an so­yuq tərlər axdı bədənimdən.

Görürsən balam, qismət inanan insanın necə də ayaqlarına gəlir! Şansdan ümidini kəsmə!



Yaşlı qadın jaketimi çıxara-çıxara belə deyirdi. Qorxudan, daha doğ­­ru­su, təəccübdən dilim tutulmuşdu. Bir şey demək istədim, ancaq de­yə bil­mə­dim; qadına qarşı çıxmaq istədim, ancaq taqətim yox idi. Mə­ni tərk edən ira­dəmdən boş yerə imdad diləyirdim. İradəm məni o yaş­lı qadının qol­la­rın­da iflic vurmuş biri kimi çarəsiz buraxmışdı. Ona bax­dığım zaman onu çu­xu­ra atmağı düşündüm. Lakin bunu etməyə gü­cüm yox idi.

Yaşlı qadın jaketimdən sonra əynimdəki hər şeyi bir-bir çıxardı. Nə­ha­yət, məni lüt buraxdı. Məndən çıxartdıqlarını qıza verirdi, qız isə onları ge­yi­­nir­di. Mən isə heç bir şey anlamadan bu mənzərəni seyr edirdim. Ma­ğa­ra­nın di­varında yaşlı qadın və qızın kölgəsi ilə üst-üstə gə­­lən kölgəmi gör­dü­yüm za­man, oynaqlarımda və damarlarımda do­la­şan bir diksinti hiss etdim və na­ra­hat olmağa başladım. Başıma gə­lən­lə­ri izah etməyə çalışdığım za­man isə, bu uğursuz vəziyyətdə ən çox eh­­tiyac hiss etdiyim nitqim tu­tul­muş­du. Nə­ha­yət bir neçə cəhddən son­ra dilim açıldı və dedim ki:

Ey qoca! Utanc hissini sən itirmisən, ancaq mən hələ itir­mə­mi­şəm. Mən çılpaq olduğum üçün, sənin kimi utancsız bir yaşlı qadının yanında belə utanıram. Bu tər-təmiz qızdan da son dərəcə utanıram.

O sənin utancına bürünəcək, sən də onun təmizliyinə!

Bir qızın yorğunluqdan məhv olmuş, bu yerdə və belə bir ge­cədə yolunu itirmiş bir adamın cındırlarına nə ehtiyacı ola bilər axı?

Yükünü azaltmaqla utancaqlığını xəfiflətmək istəyir bəlkə. Bəl­kə də isinmək üçün istəyir. Çünki onun anasının və atasının soyuqdan dişləri taqqıldayır.

Bəs onda soyuqdan mənim dişlərim bir-birinə dəyəndə mən nə edim? Sənin qəlbində heç mərhəmət yoxdurmu? Görmürsən ki, bu dün­yada paltarlarımdan başqa heç nəyim yoxdur.



Nə qədər az şeyə sahibəm, nə qədər az şey mənə sahibdir

Nə qədər çox şeyə sahibəm, nə qədər çox şey mənə sahibdir

Sahib olduğum şeylər azaldıqca artır qiymətim

Sahib olduğum şeylər çoxaldıqca azalır qiymətim

O qədər asan şeylər var ki, çətindir, bir o qədər də çətin olanlar asan

Haydı, gedək qızım!

Birdən yaşlı qadın gənc qızın əlindən tutub getməyə qalxdı. Ağ­lım­da ondan soruşmaq istədiyim çox sual vardı. Ancaq sadəcə biri di­li­mə gəldi:

- Qoca, zəhmət olmasa getmədən əvvəl mənə təpədən çox uzaq ol­madığımı deyə bilərsənmi? – deyə soruşdum.

- Qapqara bir qaranlıqda dibi olmayan bir çuxurun kəna­rın­da­san, – deyə cavab verdi.

Qoca və gənc qız mağaradan çıxdılar və gözdən itənə qədər köl­gə­ləri mağaranın divarlarında əks oldu. Nəyə görə ürpəndiyimi başa düşə bilmir­dim. Sonra bu ürpəntini başqa ürpəntilər izlədi. Elə bil ma­ğa­ranın divarları ət­rafa buz kimi soyuq hava tənəffüs edirdi. Dişlərim so­yuqdan bir-birinə dəy­­­­məyə başlamışdı. Səpələnmiş, qarışmış düşün­cə­lərim də eləcə. O gündən o saata qədər başıma gələnləri düşünüb an­lamağa çalışırdım, amma nafilə! Səv­­­van yoxuşunun sirri! Zarafatçı mü­hafizəçi! Bu yaşlı və onun yanındakı gənc qız! Çılpaq, hər tərəfi çü­rü­müş, axmaq, yaralı, aclıq və soyuqdan yor­­­ğun düşən mən; belə bir ma­ğarada və belə bir çuxurun kənarında axı nə işim var? Bir mənası yox idimi bütün bunların? Əcaba nə idi? Yoxsa artıq tə­pə­­­yə ya­xın­laş­mış­dım? Əcəba ora çıxa biləcəmmi? Bu gecənin bir başqa ge­cə­­si olacaqmı?

Düşüncələrimi topladığım an, bir it hənirtisini eşitdim və ma­ğa­ra­nın yaxınlığında, həm də çox yaxınlığında bir işıq parıltısı gördüm.

Görürsənmi canım, şansa inananlara şans necə də gülür! Şans­dan heç vaxt ümidini üzmə!” − deyə yaşlı, kürəyi qozbel, dizləri bü­kül­müş və saq­qal­­ları göbəyinə qədər uzanmış bir adam səsləndi. Da­nış­dı­ğı qadın da onun­la eyni yaşlarda, qozbel, dizləri bükülmüş və ağ­zında diş­­dən və sümükdən əsər qalmamış bir mağaraya bənzəyirdi. Başında isə saçdan çox qıla ox­şa­yan bir neçə dağılmış tel vardı. İki yaşlı insan əl­­lərindəki lampanın işığında mə­nə diqqət etmədən mağarada do­laş­dı­lar. İkisi də çox nadir dadı olan mey­və­ni yemiş kimi yalamağa baş­la­dılar.

Şansın bu gecə toyumuz üçün hazırladığı bu əvəzsiz saray, doğ­rudan da bizim sevgimizə layiqdir. İtirdiyin əsanın əvəzinə bu əsa da gözəldir və sağ­lamdır. Bundan sonra artıq səndələməyəcəksən.

Yaşlı adam boğazını udacaq kimi çıxan bu sözləri qısa-qısa kəl­mə­lərlə deyirdi. Sonra isə əsanı əlinə aldı və yoldaşına verdi. Yaşlı qa­dın isə bir ana­nın övladını qucaqladığı kimi əsanı qucaqladı və başdan so­na əsanı solmuş bar­maqları ilə tumarlamağa başladı. O an sanki yaş­lı kişi mənim varlığımı hiss etdi. Mənə üzünü çevirmədən yol­da­şı­na:

Bu yabancı sarayımızı dərhal tərk etməlidir. Bu gecə bütün ya­­ra­dıl­mış­lardan uzaq, gecəmizin xəyallarını birgə quracağıq, – dedi.



Qocanın sözlərini eşitdiyim an, elə bil şimşək məni vurmuşdu. O an­­da, xüsusilə itin, elə bil sahibinin əmrini yerinə yetirmək üçün diş­lə­ri­ni mə­nə göstərib yaxınlaşdığını gördüm. Mağaradan dərhal çıxmaq la­zım idi, çün­ki ona qarşı gələ biləcək taqətim yox idi. Bu səhnənin qor­xusundan tir-tir əs­məyə başladım. Sanki başqa biri tərəfindən idarə edi­lən və heç bir ha­ki­miy­yətimin olmadığı bir maşın kimi, gah durur, gah da mağaranın çıxışına do­ğru yürüyürdüm. Bu müddət ərzində, var gü­cümlə danışmağa, özümü mü­­dafiə etməyə və haqqımı dilə gətirməyə çalışırdım. Nəhayət böyük bir səy­dən sonra;

Əsamı aldınız. Xeyirli olsun! Bu gecə sığındığım bir tək bu ma­ğara­dan məni çıxaracaq qədər zalımmısınız? – deyə bildim.



Lakin onlar mənə bir kəlimə belə cavab verməyə enmədilər. Əksinə:

Əsasız yürüyən insan

Səndələməkdən canı qurtarar hən an

Bir evdən diksinən insan

Hər yerdə yaşaya bilər hər zaman

Bizə yazıqlar olsun, əsaların əsiriyik!

Bizə yazıqlar olsun, evlərin əsiriyik!

Bizə yazıqlar olsun, bizə yazıqlar olsun!

deyə mızıldanmağa başladılar.



Bir tərəfdən mırıldanır, bir tərəfdən də üzümə baxmadan, solmuş barmaqlarıyla yataqlarını hazırlayırdılar. Bu məni qorxutdu:

Əllərimi görmürsüz? Ayaqlarımı görmürsüz? Mən bu yoxuşun çə­tin yol­larında izini itirmiş qara bəxtli bir səyyaham. Bura qədər yo­lu­mu qa­nım­la salmışam. İndi isə bu qap-qaranlıq, sizin yaxşı ta­nı­dı­ğı­nız qorxunc dağın bir qarış yerini belə görə bilmirəm. Sizdə heç mər­hə­mət hissi yoxdur? Cəza al­maqdan qorxmursuz? Əgər sabaha qədər bu mağarada sizinlə birlikdə qal­ma­ğıma icazə vermirsizsə, o zaman heç olmasa lampanızı mənə borc verin, – dedim.



Başqa bir mahnı ilə mənə cavab verdilər:

Sevgi satın alına bilməz

İşıq borc alına bilməz

Sev ki, görülməyəni görə biləsən

İşıq saç ki, istədiyin yerə gedə biləsən

Yolun haradır?

İnilti günü!

Yerin nəfəs almadığı gün!

Gecənin qəlbinin vurmadığı gün!

Sabahın işığının olmadığı gün!

İki yaşlı və ya gəlin ilə bəy, məni o qədər dəyərsiz gördükləri üçün hirsimdən partlamaq dərəcəsinə çatmışdım. Lakin hirsimə hakim ol­dum və faydasız olduğunu bildiyim halda onlara yalvarmağa baş­la­dım. Çünki gizli bir qüvvənin məni mağaraya itələdiyini hiss edirdim.

Ey mələk üzlü qocalar, gecənizin gözəlliyini pozmaram. Mən də sev­gi­ni yaşadım. Buna görə də sizə rahatlıqla əsamı hədiyyə edə­cə­yəm. Toy ge­cə­si üçün seçdiyiniz bu mağaranı sizin xətrinizə tərk edə­cə­­yəm. Lampanızı mə­nə vermədiniz, ancaq sizdən kiçik bir xahiş edə bi­­lərəmmi? Əcəba məni ma­ğaradan çıxarıb təpəyə doğru istiqamə­t­lən­di­rə bilərsinizmi? Həm is­ti­qa­mə­timi, həm də yolumu azmışam. Dağa nə qədər çıxdığımı və daha nə qədər çı­xacağımı bilmirəm.



Yalvarışlarım onlara heç təsir etmədi. Əksinə əvvəlki kimi mırıl­da­mağa davam etdilər:

Nə qədər çıxdıqsa, o qədər endik

qədər endiksə, o qədər çıxdıq

Nə qədər zənginləşdiksə, o qədər fəqirləşdik

Nə qədər fəqirləşdiksə, o qədər zənginləşdik

Malları bizə borc, bizim mallarımız bizə borc

Nə xoş hal o kimsəyə ki

Hesaba çəkilənə və borcu hesab etməyənə!

Ürəyim sıxıldı; hirsimdən partlayacaqdım. Çünki bu yaşlı in­san­lar­la danışmağın bir faydası yox idi. Lakin saman çöpünə sarılan, bo­ğul­maq üzrə olan biri kimi idim. Onlardan son ricam isə mağaradan çıxdığım zaman ilk addımımı hansı tərəfə atmam idi. Çünki atacağım hər bir addım ölüm ola bilərdi. Səbirsizliklə onların cavabını göz­lə­yir­dim. Ancaq çox keçmədi ki, yenə o qəribə mahnılarından birini oxu­ma­ğa başladılar. Üzülmüşdüm və ağlım əməlli başlı qarışmışdı.

Ey dərin çuxurun qucağı

Necə də qaranlıqsan!

Ey dərin çuxurun kənarı

Necə də yumşaqsan!

Kərtənkələ və dəvə quşu

Dəniz və bulud

Günəş və fitil

Meymun və ceyran

Düyü və gəvən ağacı

Torpaq və kül

Cücə və div

Mirvari və palçıq

Ağızdakı dad

Burunda tilov iynəsi

Peşmanlıq pəncərəsindən

Yoxluq çuxurundan

Gurultu ordadır

Səssizlik burda

İstəyirsənsə öl, yaşamaq üçün!

İstəyirsənsə yaşa, ölmək üçün!

Birdən lampa söndü. Lampanın sönməsi ilə o qəribə iki varlıqla ra­zı­laş­­maq ümidim də bitdi. İməkləyə-iməkləyə mağaradan çıxdım. İt isə sü­rün­mə­­yə davam etməyim üçün təkidlə məni izləyirdi. Mağaranın bayırında aya­ğa qalxdım və bütün varlığımla qapqaranlığın ortasında olduğumu hiss et­dim.

Addım-addım yürüməyə başladım. Üçüncü addımda birdən da­ğın ayağımın altından sürüşdüyünü, nəfəsimi daraldan və aşağıya, ən di­­bə doğru məni çəkən bir qaranlığın girdabında boğulduğumu hiss etdim.

Mən o zülmət qaranlıqda dərin çuxurun zindanında olduğum za­man, göz­lərimin önündən keçən son şəkil, o iki cin varlığın şəkilləri idi. Nəfə­si­min burnumun dəliklərimdə donmuş bir halda mırıldadığım son sözlər də onların sözləri idi.

İstəyirsənsə öl yaşamaq üçün!

İstəyirsənsə yaşa ölmək üçün!

­
Kitabın mühafizəçisi
Ey bəxti gətirən yabançı, oyan! Məqsədini yəqin ki anlamısan artıq.”

Susuzluğum boğazımı sanki kəlbətinlə sıxdığı vaxt, günəş də bir tə­rəfdən yandırıcı şüalarıyla məni yandırırdı. Mən kabus görən biri ki­mi yerimdə fısıldayırdım. Sanki oyanmaq üzrə ikən xəyal görən bir in­sa­nın yarı-yarımçıq eşitdiyi kimi, insan səsinə bənzəyən bir səs eşit­dim. Gözlərimi açdığım zaman yerdə yatdığımı və üstümə doğru əyil­miş qara bir insan kölgəsini gördüm. O dodaqlarımı su ilə isladırdı və ya­ralarımın üstündə qurumuş qanı təmizləyirdi.

O kök, gur saqqalı, qalın qaşlı, gözləri çuxurda və baxışları kəs­kin bir insan idi. Ancaq onun əllərinin təmasıyla sanki bir həssasiyyət və canlılıq hiss etməyə başladım. Yaşını təxmin etmək çətin idi. Nə­ha­yət onun köməyi ilə yerimdən qalxaraq oturdum və özümün belə eşidə bil­mədiyim bir səslə soruşdum:

Mən hardayam?

Minbər Təpəsində.

Bəs mağara hardadır?

Arxada.

Bəs zülmət, dibi görünməyən çuxur?

Qarşındadır.

Arxamı döndüyüm zaman mağaranın arxamda olduğunu, qa­ran­lıq, dibi görünməyən çuxurun isə qarşımda olduğunu gördüyüm an mə­ni dəhşət bürüdü. Anladım ki mən dərin çuxurun düz kənarında otur­­muşdum. Yanımdakı kişidən məni mağaraya aparmasını istədim. O da mənə canı könüldən yardım etdi.

Məni bu qaranlıq, dərin çuxurdan kim çıxartdı?

Əlbəttə ki, səni təpəyə qaldıran, dərin çuxurdan da çıxart­mış­dır.

O kimdir əcəba?

Dilimi bağlayıb, düz yüz əlli ildir ki, məni bu zirvəyə bağ­la­ya­nın özüdür.

Yoxsa sən sehirli rahibsən?

Bəli, mənəm.

Bəs axı sən danışırsan, amma o dilsiz idi.

Dilimi açdım.

Sən məndən heç qorxmursan və qaçmırsan. Amma o insan­lar­dan qaçarmış.

Düzdür, ancaq səndən deyil.

Axı sən daha əvvəl mənim üzümü görməmisən, sadəcə məndən qaçmadığını necə deyə bilirsən?

Düz yüz əlli ildir ki, sənin gəlişini gözləyirəm. Günahkar göz­lə­rimlə, bəlkə dağı dırmanıb bu təpəyə çıxan birinə rast gələr deyə Səv­van yoxuşunu pusulayıram. Soyuqda, istidə, gecə-gündüz; düz yüz ə­l­li ildir. Eyni sənin çılpaq, əsasız və azuqəsiz bu təpəyə qalxdığın ki­mi. Bir çox insan yoxuşdan bura dırmanmağa çalışdı, lakin onlardan heç biri bura gəlib çata bilmədi. Yoxuşdan deyil, başqa yollardan da bura gəlmək istəyənlərin heç biri çılpaq, azuqəsiz və əsasız gəlmədi.

Hər gün burdan sənə diqqət edirdim. Mağaraya çatdığında yor­ğu­nluğunu xəfiflətmək üçün gecə qalmağa icazə verdim. Dan yeri sö­kü­lərkən sənin yanına gəldim, amma sən nəfəs almırdın. Mən sənin ya­şa­yacağından heç də şübhə etmədim. İndi bax sən məndən daha can­lı­san. Yaşamaq üçün öldün sən! Mən isə, ölmək üçün yaşayıram.

Onun adını müqəddəs hesab etməyəcəksən? Hər şey dediyi və söz verdiyi kimi sonlandı. Belə idi və belə olmalı idi. Sənin o seçilmiş in­san olduğundan əminəm.

Kim?

Dünyaya yayması üçün bu təmiz kitabı əllərinə təslim edə­cə­yim bəxtəvər insan!

Bu nə kitabdır?

Onun kitabı! Mirdadın kitabı!

Mirdad! Mirdad kimdir axı?

Mümkün deyil ki, bu vaxta qədər Mirdadın adını eşitməyəsən. Çox maraqlıdır! Ayaqlarımın altındakı dünyadan və başımın üstündəki səmadan necə əmin isəm, onun adını da bu günə qədər bütün dünyanın bildiyindən əminəm. Ey yabançı, onun ayaqları bu torpaqlara dəydiyi üçün bu torpaqlar müqəddəsdir; onun ciyəri bu havanı tənəffüs etdiyi üçün bu hava müqəddəsdir; onun gözləri bu yerləri gördüyü üçün bu yerlər müqəddəsdir.

Rahib dərhal yerə əyildi. Dərin bir səmimiyyət içində üç dəfə torpağı öpdü və susdu. Bir az sakit durduqdan sonra dedim:

Sən Mirdad dediyin adamdan çox, özüm haqqında maraqlan­dı­rırsan məni.

Sənə izah edəcəyim hər şeyi anlaya bilmək üçün mənə diqqətlə qu­laq as. Adım Şəmadimdir. Doqquz yoldaşdan biri vəfat edikdən son­ra gəminin kapitanı mən oldum. Lakin ölmədən əvvəl qapıda bir ya­ban­çının mənimlə görüşmək istədiyini mənə söylənmişdi. İlahi təqdirin onu ölən yoldaşın əvəzinə göndərdiyini dərhal anlamışdım. Mən sevin­mə­liydim. Çünki Tanrı gəmini unutmamışdı, atamız Samın zamanından bə­ri hələ də gəmini qoruyurdu.

Elə o an, Nuhun ilk övladının gəmini inşa etməsinə aid insan­lar­dan eşitdiklərimin doğru olub olmadığını soruşmaq üçün onun sözünü kəs­dim. Cavabı qısa və qəti oldu.

Bəli, düzdür, – dedi və sözünə davam etdi.



Bəli, mən sevinməliydim. Lakin çox keçmədi ki, qəlbimdə sə­bə­bi­ni bilmədiyim bir rahatsızlıq hiss etdim. Onu hələ görmədən əvvəl ar­tıq o yabançı ilə mücadilə etməyə başladığımı anlaya bilmədim. Məhz buna görə, onu qəbul etməməklə müqəddəs adətləri pozacağımı və sanki Tanrının göndərdiyini rədd etmiş kimi olacağımı bilə-bilə, onu qəbul etməməyə qərar verdim.

Qapını açdım. Qapının arxasında hələ iyirmi beş yaşını bitir­mə­miş bir cavan gördüm. Lakin nəyə görə narahat olduğumu və niyə onu dər­hal öldürmək istədiyimi anlaya bilmirdim. Vücudu çox zəif idi. Acın­dan əti sümüyünə yapışmışdı, günəş və külək vücudunun hər tə­rə­fini yandırmışdı. Əlində özünü müdafiə edə biləcək bir əsası da yox idi. Ancaq gözündə və üzündəki işıq onu zirehli əsgərdən daha güclü və yaşından daha böyük göstərirdi. Vücudumun hər bir hissəsi ona sanki üsyan edirdi. Səbəbini soruşmayın! Bəlkə onun kəskin gözləri, ruhumu bürüyən pərdələri deşmiş və onu meydanda üryan buraxmışdı. Mən ru­hu­mun bir insan önündə ürya olmasından qorxmuşdum. Yaxud da onun paklığının mənim pisliklərimin pərdələrini parçalamasını və bü­tün ömrüm boyu əldə etdiyim bu pərdələrin parçalanıb yerə atılmasını görmək məni naharat etmişdi. Pislik pərdələri ilə hər zaman qürurla öyünmürmü? Bəlkə də ulduzlarımız arasında əvvəl gündən bəri bir düşmənlik vardı. Kim bilir? Kim bilir? Səbəbini ancaq o bilirdi.

Çox alçaq və qəddar bir səslə onu qəbul etməyimin imkansız ol­du­ğunu dedim və dərhal oranı tərk etməyini istədim. Lakin o, bunu edə­cəyinə, sakit səslə mənə nəsihət verməyə başladı. Vəziyyəti bir da­ha düşünməmi və qərar vermək üçün tələsməməmi istədi. Mən onun nə­si­hətini özümə təhqir kimi qəbul etdim və onun üzünə tüpürdüm. An­caq o mənə qarşılıq vermədi, soyuqqanlıqla yerində durdu. Sonra isə ya­vaş hərəkətlərlə üzündəki tüpürcəyi silib mənə yenə nəsihətlər ver­mə­yə başladı. O, üzündəki tüpürcəyi sildiyi zaman, sanki mənim üzüm­dən silirdi. Elə bil pərişan olmuşdum. Qəlbimin dərinliklərində, sanki sa­vaşda güc tərəzisində bərabər olmadığımızı, onun tərəzisinin ağır olduğunu hiss edirdim.

Lakin mənim qürurum da, bütün məğlub qürurlar kimi idi. Düş­mə­ninə zəfəri, ancaq yenilib ayaqlar altına düşdükdən sonra təslim edən qürurlara bənzəyirdi. Artıq sanki yabançıya təslim olurdum və onun hər istədiyinə izin verirdim. Lakin mən hələ də onu təhqir etmək və qürurunu incitmək istəyirdim. Bunu isə heç cürə edə bilmirdim.

Aramızdakı bütün bu mücadilələrdən sonra adam mənə tərəf dön­­dü və məndən bir az çörək və geyiləcək bir şeylər istədi. Zəfərimə ümid­ləndim bir anda. Çünki aclıq və soyuğu adama qarşı iki güclü müt­təfiq olaraq görmüşdüm. Ona kilsənin sədəqələrlə, hədiyyələrlə ya­şa­dığını, buna görə də ona sədəqə verilməyəcəyini deyib, acı bir dillə onun istəyini rədd etdim. Halbuki, yalan söyləmişdim. Çünki kilsə çox zən­gin idi. Həm də ac olan kimsəni və ya ehtiyac sahibini və yaxud da lüt olan birini geri qaytarmaq günahdır. Əslində adamı daha çox yal­vart­maq və yoxsullar kimi diləndirmək istəyirdim. Lakin o yalvarmırdı və dilənmirdi. Tərsinə, sanki haqqı varmış kimi istədiklərini əmr edir­di.

Aramızdakı mücadilə uzandı. Lakin aramızda bir rəqabət yox idi. Çünki zəfər əvvəlcədən onun tərəfində idi. Nəhayət məğlub oldu­ğu­mu bəlli etmədən mücadilədən uzaqlaşmanın yollarını axtarmağa baş­la­­dım və ona gəmiyə “yoldaş” olaraq deyil, bir xidmətçi kimi gəl­mə­si­ni təklif etdim. Fikirləşdim ki, “əgər dediyimi qəbul etsə, bu mənim üçün təsəlli, onun üçün isə zillət olacaq”. O ana qədər dilənənin o de­yil, mən olduğumu anlamamışdım. Təklifimi heç tərəddüd etmədən qə­bul etdi. Bu hərəkəti ilə sanki məni pərişan etmiş və mənə bir həya li­ba­sı geydirmişdi. Gəminin qapılarını onun üzünə açdığım zaman heç ağ­lıma gəlməzdi ki, o qapıları öz üzümə bağlamışdım. Son günə qədər, gə­minin kapitanının o deyil, mən olduğuma özümü inandırdım.

Ah! Mirdad, Mirdad, Şəmadimə nə etdin? Ah Şəmadim! Şəmadim, öz-özünə nələr etdin?



Adamın yanaqlarından iki damla göz yaşı axdı və böyük cüssəsi sarsılmağa başladı. Ona yazığım gəldi və:

Əgər bu adamı xatırlamaq sənə əziyyət verirsə, hekayənin davamını anlatma.



Ey bəxtəvər elçi, könlün rahat olsun! Bu sıxıntı göz yaşları, kapitanlığın dadını bilib onu öz əlləriylə yox edən bir insanın kibrinin göz yaşlarıdır. Bu kibri bəzən özünün və kapitanlığının yasını tutur. Bu, öldürücü ağzın hakimiyyətidir! Dişlərini yaşadan ruhun ha­kimiy­yə­ti qarşısında qıcırdadır! İzin ver, qoy kibir ağlasın! Çünki o, bundan son­ra başqa göz yaşı tapa bilməyəcək. İzin ver hakimiyyət dişlərini qıcırdatsın! Çünki yaxında o da dişlərini itirəcəkdir.

Eyib olsun gözlərimə! Onun ilahi halını ilk dəfə gördükləri za­man kaş ki, dumanlı olmasaydılar! Eyib olsun qulaqlarıma! İlahi alim­li­yi ilə onlara danışdığı zaman, kaş ki, dünyanın hikməti ilə dol­ma­say­dı­lar! Eyib olsun dilimə! Ruhun özünə batırılmış olan dilinə qarşı gəl­di­yim zaman, kaş ki, dilimi arı sancsaydı! Lakin qürurum və qor­xu­la­rım başıma bəla oldular. Yəqin ki, hələ də bəla olacaqlar.

Bərabər yeddi il keçirdik. Bu illər içində onu təvazökar, etibarlı, nəzakətli, sakit təbiətli, qabiliyyətli və yoldaşının ən kiçik bir istəyində belə özünü tamamilə onun istəyinə istinad edən biri kimi tanıdıq. Ad­dım atıb gəzdiyi zaman elə bil havada süzülürdü. Bir kəlmə belə da­nış­mır­dı. Biz onun susma andı verdiyini sanmışdıq. Əvvəllər aramızdan bə­ziləri onu ələ salaraq səssizliyini pozmağa çalışdılar. Lakin o bütün bu hərəkətləri çox təmkinlə qarşıladı. Sonra artıq hər kəs onun səs­siz­li­yinə hörmətlə yanaşdı və onu narahat etməməyə çalışdılar. Ancaq onun səssizliyi, onunla yoldaşlıq edənlərin əksinə məni narahat edir, təm­kinliyi isə məni qorxudurdu. Bir neçə dəfə onun səssizliyini və təmkinliyini pozmağa çalışdım. Lakin faydasız idi!

Adının Mirdad olduğunu dedi. Biz də elə çağırırdıq onu. Lakin kim idi, haralı idi, kimin oğlu idi, nədən xoşlanırdı − bunlar haqqında bizə heç bir şey anlatmamışdı. Amma bütün bunlara baxmayaraq onun varlığı bizə çox təsir etmişdi.

Mirdanın gəlişindən yeddi il müddətində bolluq içində yaşadıq. Çünki o illər ərzində gəminin gəliri yeddi qat artmışdı. Məhz bu illər ər­zində də qəlbim ona uyğunlaşdı, hətta yoldaşlara onu bizdən biri ki­mi qəbul etmələrini belə xahiş etdim. Xüsusilə Tanrının təqdiri ilə onun aramıza gəldiyinə, məhz yoldaşımızın öldüyü vaxt gəldiyinə diq­qət çəkdim.

Elə o vaxt, heç gözləmədiyimiz bir anda bir hadisə baş verdi. Heç kəs bunu təxmin edə bilməzdi. Xüsusilə də mən yazıq! Mirdad do­daqlarındakı möhrü sındırmışdı. Bununla da fırtına qopmuşdu. Güclü bir sel kimi gələn və bütün yoldaşları önünə alan səssizliyinin ar­xa­sın­da gizlətdiyi hislərini və düşüncələrini söyləməyə başlamışdı. Sona qə­dər onunla mücadilə edən Şəmadimdən başqa hər kəs bu selə uy­muş­du. Mən kapitan səlahiyyətimin gücü ilə selin qarşısında durmaq, onun axarını tərsinə çevirmək istədim. Lakin yoldaşlar Mirdadın gücündən başqa bir güc qəbul etmək istəmədilər. Artıq o əfəndi olmuşdu, Şə­ma­dim isə vəzifəsində yetərsiz qalmışdı. Doğru olmağım və ya təh­did­lə­rim fayda vermədiyi zaman mən hiylə etdim, yaltaqlandım. Bəzi yol­daş­ların başını pul ilə aldatdım. Bəzilərinə isə böyük torpaq sahələri vəd etməklə yoldan çıxartdım. Əgər Mirdad bunu öyrənib işimi poz­ma­say­dı, mən hər kəsi öz tərəfimə çəkəcəkdim.

Mirdadın müjdələdiyi inanc çox maraqlı və eyni zamanda çətin idi. Hamısı kitabda izah edilmişdi. Lakin onun haqqında danışmağım doğru olmaz. Buna təəccüb etməyin. Çünki Mirdad sizi qarın qat­ran­dan daha qara olduğuna, qatranın da qardan daha ağ olduğuna inan­dıra bilərdi. Söylədiyi dəlillər elə qəti idi ki, onları inkar etmək müm­kün deyildi. Danışma tərzi isə, canlı və axıcı idi. Axıcı danışma tərzim ol­madığına və dəlil gətirə bilmədiyimə görə belə bir silaha nə ilə cavab verə bilərdim? Məndə gəminin möhründən başqa silah qalma­mış­dı. Onsuz da bu silahın da mənə faydası olmadı. Çünki yoldaşlar Mir­dadın cazibəsinə və gözəl danışıq tərzinə məftun olmuşdular. Məni yazılacaq hər sənədi imzalamağa və gəminin möhrü ilə möhürləməyə məcbur etməyə başladılar. Beləliklə də, inanclı bir çox nəslin hədiyyə etdiyi geniş əraziləri hissə-hissə payladılar. Sonra isə Mirdad ətraf kəndlərdəki ehtiyac sahiblərinə hədiyyələr göndərdi. Gəmidə qeyd olunan iki festivaldan biri − Üzüm festivalı (ikincisi Gəmi festivalıdır) − qeyd edildiyi zaman Mirdad gəmidəki bütün hədiyyə və əşyaları çölə çıxarıb, toplanan insanlara paylamağı əmr etdi.

Bütün bunları bu günahkar iki gözümlə gördüm və yaşadım. Mir­­dada qarşı hiss etdiyim qəzəb və nifrətimdən partlayan qəlbimə yaz­­­dım bütün bunları. Əgər nifrət qılınc kimi kəsə bilsəydi, mən qəl­bim­­də qaynayan bu nifrətlə min Mirdad öldürə bilərdim. Lakin onun sev­­gisi mənim nifrətimdən çox böyük idi. Qürurum da yerin dibinə gi­rib, ayaqlar altına düşdükdən sonra geri gəldi. Əslində Mirdad mə­nim­­lə güləşmədən məni yerlə bir etdi. Düzdür, mən olunla savaşdım, mü­­­cadilə etdim, ancaq bu savaş əslində mənim öz nəfsimlə idi. O çox ça­­lışdı ki, tərtəmiz sevgisi və sonsuz səbri ilə gözlərimdəki qapqara pər­­dələri qaldırsın! Lakin mən gözlərimə daha qalın və daha da qara pər­­dələr axtardım. O mənimlə nə qədər mülayim davrandısa, mən onun­­la o qədər kobud oldum.

Mirdadla eyni sahədə savaşdıq. Lakin onun sanki nəhəng bir or­du­su vardı. Mən isə köməkçisi olmayan yalnız bir insan kimi... Əgər yol­daşlarım mənə kömək etsələrdi, onu məhv edəcəkdim, qəlbini si­nə-si­ndən çıxardıb, yeyəcəkdim. Əfsuslar olsun ki, yoldaşlarım ona tərəf ol­dular. Necə də xain idilər! Necə də qorxaqdılar! Mirdad! Mirdad! Nəhayət intiqamını məndən aldın!

Bu an rahib hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra isə uzun müddət susdu. İkinci dəfə yerə əyildi və:

Mirdad, məni məğlubedən əfəndim, ümidim, günahım və sa­va­bım! Şəmadimin bu səhvini bağışla! İlanın başı bədənindən ayrılsa be­lə, yenə də onun zəhərindən qorunmaq lazımdır. Lakin artıq sancması müm­kün deyildir. Bu gün Şəmadimin vəziyyəti də belədir. Ağzında nə dişi var, nə də zəhəri! Bu gün onun da ağzının sənin ağzın kimi bal ilə dol­duğunu görə bilməsi üçün ona sevgin ilə yardım et. Sən ki, bunu vəd etmişdin. Bu gün onu ilk həbsxanasından azad etdin. İkinci həbs­xa­­nasında uzun müddət qalmağa qoyma − deyib yeri üç dəfə öpdü.



Kapitan elə bil “birinci və ikinci həbsxana ilə nə demək istəyir?” sualını gözlərimdən oxumuşdu. Köksünü ötürdü və sanki başqa bir insanın dilindən, nəzakətli və məlahətli bir səslə danışmağa başladı:

O gün hamımızı, yeddi nəfəri, hər zaman dərs verdiyi o ma­ğa­ra­ya çağırdı. Günəş yavaş-yavaş qərq olurdu. Qərbdən əsən külək qa­lın bir duman qaldırmışdı. Burdan ta dənizə qədər olan məsafəni sanki sir­li bir örtü ilə örtmüş, dağın ortasına qədər yüksəlmişdi. Elə bil da­ğın ortasında dəniz sahili vardı. Qərbdəki dumanın üzərində günəşin üzü­nü örtən qapqara buludlar görünürdü. Ustad yeddi nəfərə ya­xınlaşdı və bir-bir onları qucaqladı. Vəziyyətdən son dərəcə tə­sir­lən­di­yi üzündən bəlli olurdu. Yeddi nəfəri bir-bir qucaqladıqdan sonra, üzü­nü bizə çevirib danışmağa başladı:

Yüksəklərdə oturduğunuza görə, bu gün artıq alçaq yerlərə en­məlisiniz. Çünki aşağı tərəfi üst tərəf il birləşdirməsəniz, alçal­dı­ğı­nız an yüksələcək, yüksəldiyinz an da alçalacaqsınız. Yüksəklərdə ba­şı­nız dönəcək, aşağılarda isə kor olacaqsınız.
O an nəzakətli və mərhəmətli bir nəzərlərlə mənə tərəf döndü. Uzun müddət və dik baxışlarla mənə baxdıqdan sonra,

Sənin isə Şəmadim, hələ vədən dolmayıb. Bu təpənən üstündə mə­nim gəlişimi gözləyəcəksən. Minbərin altındakı dəmir sandığın için­də saxlanılan kitabımı qoruyacaqsan. Amandır, ona bir əlin to­xu­n­ma­sı­na izin vermə! Hətta bu əl sənin əlin olsa da! Səndən kitabı alıb, dün­ya­ya elan etməsi üçün elçimi göndərəcəyəm. Elçimi bu işarətlərdən ta­nı­yacaqsan: Səvvan yoxuşundan bu təpəyə çıxacaq. Yola çıxarkən yed­di tikə çörək, bir əsa və tam geyimli olacaq. Lakin sən onu bu ma­ğa­ra­nın qarşısında lüt, saf, azuqəsiz, əsasız və nəfəssiz tapacaqsan. Elçim gə­lənə qədər ağzından bir kəlmə belə çıxmasın. Heç kəslə danışma və heç kimə yaxın olma. Onu gördüyün an səssizliyin pozulacaq. Kitabımı ona təslim etdikdən sonra sən daş olacaqsan. Bu daş mağaranın giri­şi­ni qoruyan bir gözətçi kimi olacaq. Mən dönənə qədər belə qa­la­caq­san. Bu daş həbsindən səni yalnız mən qurtaracağam. Əgər gözləməyə səb­rin yetməzsə, o zaman həbsini daha da uzadaram. Səbr etsən mən də müddəti azaldaram. İnanclı və səbrli ol. − dedi.



Sözünü bitirdiyi an məni qucaqladı. Sonra yeddi nəfərə səslənib əli ilə işarət etdi və “Yoldaşlar məni izləyin!” − dedi. Yoxuşda onların önün­dən getdi. Elə bil Səvvan yoxuşunda heç ayağı yerə dəymədən ha­va­da uçurdu. Tərtəmiz başı çiyinlərindən çox yüksəkdə görünürdü. Tə­sirli və sakit baxışları sanki uzaq üfüqlərin pərdələrini deşib ke­çə­cək­di. Dağın ortasındakı duman pərdəsinə çatdıqları vaxt günəş dənizin üzə­rində idi. Günəşin işıqları aşağıdakı qapqara bulud təpələrini de­şib, tərifi mümkün olmayan və bir insan gözünün baxmağa qadir ol­madığı parlaq işıqlardan bir çadır meydana gətirmişdi. Mənə elə gə­lir­di ki, ustad və yeddi nəfər dağdan qopub dumanların üzərində gə­zir­di. Sonra da işıq çadırına, daha doğrusu günəşə girmişdilər. Ürəyim sı­xıldı, çünki tək başına qalmışdım. Bəli, yalnızdım.

Çox ağır bir yorğunluqdan sonra dincələn biri kimiydim. Şə­ma­dim birdən susmuşdu, gözlərini bağladı, boynunu bükdü və dərin-dərin nə­fəs almağa başladı. Bir müddət beləcə qaldı. Onu təsəlli etmək üçün kə­limələr düşünməyə çalışdım. Başını qaldırdı və:

Sənin bəxtin gətirir. Şansı olmayan bir adamı üzrlü hesab et. Çox, lap çox danışdım. Belə etməməli idim! Yüz əlli il danışmayan bir ada­mın “bəli” və “xeyr” kəlimələri ilə kifayət etməsi mümkündürmü? Şə­madimin Mirdadın yerinə keçməsi mümkündürmü? – deyə soruşdu.

Sənə bir sual verə bilərəmmi Şəmadim qardaş?

Nə yaxşı mənə qardaş dedin! Mənə bir neçə il əvvəl tək qar­da­şım öləndən bəri bu şirin kəlmə ilə səslənən olmamışdı. Nədir sualın?

Mənə danışdığın böyük ustad Mirdadın və yoldaşlarının he­ka­yə­sini bu günə qədər dünyada heç kəsin eşitməməsi çox təəccüblüdür.

Bəlkə də vaxtı gəlməmişdi. Bəlkə də fərqli bir isim altında öy­rə­dir onlara. Lakin mən Mirdadın gəmini dəyişdirdiyi kimi bütün dün­yanı da dəyişdirəcəyindən əminəm.

Bəlkə illər əvvəl ölüb artıq.

Xeyr, Mirdad ölməyəcək! Çünki o ölümdən də güclüdür.

Deməli gəmini yıxdığı kimi, dünyanı da yıxacaq?

Əsla! Əsla! O gəmini yıxmadı. Onu artıq olanlardan qurtardı. Elə­cə dünyanı da artıq olanlardan qurtaracaq. O zaman yenidən mən və mənim kimilərin səbəb olduğu yıxıntıların altında qalan o sonsuz işı­ğı yandıracaq. Məgər indi sən içində olduğumuz bu zülmətə görə fər­yad etmirsənmi? Mirdad insanlara mənliklərindən itirdiklərini öz­lə­ri­nə qaytaracaq. Bir azdan kitab da əlində olacaq. Onu oxu və ay­dın­lan! İndi tələsməliyəm. Mən dönənə qədər burda gözlə! Lakin məni əs­la izləmə!



Rahib sürətli addımlarla mağaradan çıxdı. Mən zülmət qaranlıq çu­xurun kənarına qədər onu izlədim. Orda zirvənin təpəsindən dəniz kə­narına qədər uzanan mənzərəni seyr etmək üçün dayandım. Müxtəlif rəng­lər toplusu içində və can alan cizgilər halındakı mənzərə insanı özü­nə cəlb edirdi. Sanki əridiyimi, sel kimi axdığımı, buxarlandığımı, hər şeyin üstünə görünməyən damlalar axıtdığımı; hər şeyin içinə, mir­­variyə bənzəyən dumadan şəffaf kəfənlərlə dolu, uzaq dənizlərə, al­tı dənizə, üstü qupquru dağların zirvələrinə çatmış, sanki bir nər­di­va­nın pillələri kimi görünən qayalıqlara, təpələrin üzərində qurulmuş yamyaşıl tarlalara və kəndlərə, üzərində insanların çalışdığı, heyvan­la­rın otladığı və hər tərəfə yayılmış dağların suyu ilə bəslənən, təpə­lər­lə əhatə olmuş zümrüdü yaşıllıqlara, dağların bədənlərində canlı ya­ra görünüşünü verən və yenə dağların zamanla mücadiləsində son­suz­luqlarına şahidlik edən vadilərə və çuxurlara, sərxoş sahil küləyinə, sə­manın maviliyi və yer üzünün bulanıqlığına qərq olduğumu hiss et­dim.

Uzaq üfüqlərə verdiyim diqqətimi yaxındakı Səvvan yoxuşunda cəm etməsəydim, rahibi, özü və Mirdad haqqındakı o qəribə hekayəni unu­dacaqdım. Məni sirli rahibi axtarmaq üçün evimdən çıxardan o sir­li əli düşünməyə başladım; məni ona, ondan daha çox, Mirdada və kitabına gətirən o əli... Daxilən o ələ dua etdim.

Mən bunları düşündüyüm zaman, birdən rahib gəldi və mənə, il­lərin izini daşıyan, saralmış bir kətan parçasına bükülü bir kitab verdi.

Mənim vəzifəmi artıq sən icra edəcəksən. Kitab bu gün sənin əlin­də bir əmanətdir. Əmanətə sahib çıx. Mənim ikinci vaxtım yaxın­laş­dı. Həbsxanamın qapıları daxil olmağım üçün məni gözləyir. Həbs­xa­nada nə qədər qalacağımı Mirdaddan başqa heç kəs bilmir. Bir müd­dət sonra Şəmadim yaddaşlardan silinəcək. Nə qədər böyük bir iz­ti­­rabdır bu! Mirdadın hafizəsi hər şeyi bildiyi halda, mənə nə olub ki, mən belə danışıram. Kim Mirdadın hafizəsində yaşasa, əbədiyyətə qə­dər yaşamış olacaq.



Bu söhbətdən sonra uzun müddət susdu. Sonra rahib başını qal­dır­dı və yaşlı gözlərlə mənə baxdı. Güclə eşidə biləcəyim, çox sakit bir səslə:

Yaxında dünyaya dönəcəksən. Lakin çılpaq! Dünya isə çıl­paq­lıq­dan nifrət edir. Çünki dünya ruhunu da pozulmuş geyimlərlə örtür. Mə­nə gəldikdə isə; mənim vücudumun bunda sonra paltara ehtiyacı yox­dur. Çılpaqlığını örtməyin üçün paltarlarımı çıxarıb mağaraya gi­rə­­cəyəm. Halbuki bilirəm, Şəmadimin paltarları Şəmadimdən baş­qa­sı­na uyğun gəlməyəcək.



Rahibin mənə dediklərinə bir kəlmə belə izahat vermədən qəbul et­dim. Beləcə o, onun dediklərini qəbul etdiyimi anladı və mağaraya gir­di. Mən girişin yanında ayaq üstündə durdum. Sonra birdən əlim­də­ki kitaba diqqət etdim və üstündəki örtünü açdım. Kitabın gözəl sarı rən­ginin hakim olduğu ceyran dərisindən olan səhifələrini çevirməyə baş­ladım. O dəqiqə səhifələrdə itdim. Təsadüfi çevirdiyim səhifələri bö­yük maraqla oxumağa başladım. Rahib soyunduğu paltarlarını ge­yin­məm üçün mənə səslənəcək deyə mağaranın girişində gözləyirdim, bir tərəfdən də kitabı oxuyurdum. Dəqiqələr sürətlə keçdi, lakin ra­hib­dən səs gəlmədi.

Nəhayət gözlərimi kitabdan ayırdım və mağaraya tərəf baxdım. Ma­ğaranın ortasında rahibin paltarlarını gördüm. Lakin rahibi görə bil­mədim. Bir neçə dəfə səsləndim. Hər dəfə səsimi biraz daha yük­səlt­dim. Amma yenə də cavab gəlmirdi. Çox narahat oldum. Rahibin mə­nim durduğum girişdən başqa çıxacaq yeri olmadığı üçün ürkmüşdüm. Çün­ki başqa çıxışın olmadığından əmindim. Artıq nə deyəcəyimi və mə­ni bürüyən qəribə düşüncələrdən necə qurtulacağımı bilmirdim. Yox­sa o, sadəcə bir kölgəydi? Lakin ətinə və sümüyünə ətimlə, sümü­yüm­lə toxunmuşdum. Kitab da hələ əlimdədir! Paltarları da ma­ğa­ra­nın içindədir! Bəlkə paltarlarının altında halsız vəziyyətdədir?

Mağaraya girdim və paltarlarını əlimlə tək-tək qaldırdım. Necə də ağılsızam! Çünki bu qədər paltar kapitanın bədənini örtməyə ki­fa­yət etməzdi. Bəlkə də mənə hiss etdirmədən və çuxura düşmədən sirli bir şəkildə mağaradan çıxmışdı.

Birdən ağlıma bir şey gəldi və o dəqiqə bayıra qaçdım. Çuxurun kənarında duran bir daşla üz-üzə gəldim. Mıx kimi yerə yapışdım. Çünki bu daş bir az əvvəl burada yox idi. Bir an daşı düşündüm. Yerə yatmış vəhşi bir heyvan kimi görünürdü. Lakin onun başı insan başına bənzəyirdi. Görünüşü kobud və sərt idi. Ən çox diqqətimi onun geniş və uzun alnı, güclü bir şəkildə bir-birinə bağlanmış çənə sümükləri, san­ki qorxunc səssizlik möhrü ilə möhürlənmiş dodaqları və şimala doğru baxan bomboş solğun gözləri çəkdi.
Bu kitab yaşına görə ən kiçik və digərlərinə nəzərən ən az dəyərə sahib

yoldaşı Neruvendanın yazdığı halı ilə Mirdadın kitabıdır.

Dəniz fənəri və liman, zəfəri istəyənlər üçündür.

Zəfəri istəməyən onlardan uzaq olsun!


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin