Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə43/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   39   40   41   42   43   44   45   46   ...   101
Müəllimlik
Sonra bir müəllim söylədi: “Bizə Müəllimlikdən danış”.

O dedi:

«Heç kim sizə biliyinizin səhərində mürgülü şəkildə artıq möv­cud olandan başqa bir şey aça bilməz.

Məbədin kölgəsində, tələbələrinin müşayəti ilə gedən mü­­əl­lim öz müdrikliyi ilə deyil, inamı və eşqi ilə bölüşür əslində.

Əgər o doğrudan da müdrikdirsə, onda o sizi öz müd­rik­li­yi­­nin kan­darından keçirməyə çalışmayacaq, əksinə, sizi öz ağlınızın qa­pı­sı­na gətirəcəkdir.

Astronom kosmosu necə anladığından danışacaq, amma sizə öz anlamını verə bilməyəcək.

Musiqiçi sizə bütün fəzanı dolduracaq ritmi oxuya bilər, lakin o si­zə nə bu ritmi tuta biləcək qulaq və nə bu ritmi təkrarlayacaq səs vermək iqtidarındadır.

Rəqəmlər elminə vaqif olan da sizə yalnız çəki və ölçülər dün­ya­sın­dan danışa bilər, sizi ora sala bilməz.

Zira, bir adamın idrakının qanadları başqasına borc verilə bil­məz.

Hər biriniz Allahın biliyində ayrıca dayandığınız kimi, Allahı ta­nı­­maqda və yeri anlamaqda da hər biriniz öz ayrılığını po­z­ma­ma­lı­dır».

Dostluq
Bir gənc xahiş elədi: “Dostluqdan danış bizə”.

Əl-Mustafa belə cavab verdi:

«Sizin dostunuz sizin gerçəkləşən ehtiyaclarınızdır.

O, sizin məhəbbətlə əkdiyiniz və məhsulunu minnət­dar­lıq­la yığ­dı­ğınız tarlanızdır.O, sizin süfrəniz və sizin ocağınızdır. Çünki siz onun yanına öz ac­lığınızla gəlir və onda sakitlik axtarırsınız.

Dostunuz fikrini sizinlə bölüşəndə, özlüyünüzdə “yox” deməyə çə­kinməyin, “hə”ni isə içinizdə saxlamayın.

O susanda belə ürəyinizdə onu dinləməkdə davam edin.

Zira, dostluqda bütün fikirlər, bütün arzular, bütün ümid­lər səs-kü­yü sevməyən bir sevinc içində sözsüz doğulur və paylaşılır.

Dostunuzdan ayrı düşəndə kədərlənməyin;

Zira, onda ən çox sevdiyiniz onun yoxluğunda daha ay­dın bilinir, alpinistə dağ düzənlikdən daha yaxşı göründüyü kimi.

Qoyun, dostluqda ruhani dərinləşmədən savayı heç bir tə­mən­nanız olmasın.

Zira, öz sehrinin açılmasından savayı başqa bir şeydə də marağı olan məhəbbət – məhəbbət deyil, təhərsiz atılmış tordur ki, ona yalnız faydasız şeylər düşə bilər.

Qoyun, sizdə ən yaxşı şey – dostunuz üçün olsun.

Əgər o sizin dənizinizin çəkilməsini bilməlidirsə, qoyun, o həm də sizin qabarmanızı tanısın.

Zira, nəyinizə lazımdır sizə o dost ki, onu yalnız vaxtınızı öldürmək üçün arayırsınız.

Onu yalnız vaxtınızı yaşamaq üçün arayın!

Zira, dost sizin ehtiyaclarınızı ödəmək üçündür, daxilinizdəki boş­­luğu doldurmaq üçün yox.

Qoyun, gülüş və paylaşılan sevinclər dostluğunuzu şirinləşdirsin.

Zira, xırdalıqların şehində ürək öz səhərini açır və təra­vət­lən­di­rir».

Nitq
Sonra alim dedi: “Nitqdən danış”.

O belə cavab verdi:

«Siz fikirlərinizlə düz gəlməyəndə danışmağa başlayır­sı­nız.

Daha ürəyinizin tənhalığına sığmayanda, dodaqlarınıza köçür, ora­da yaşamaq istəyirsiniz və bu zaman səs də yalnız əyləncə və oyun olur. Söhbətlərinizin çoxunda fikir yarıölü haldadır.

Zira, fikir azad bir quşdur, söz qəfəsində qanadlarını gərsə də, uça bilmir.

Aranızda elələri var ki, tənhalığın qorxusundan çoxdanışan biri­si­ni axtarır.

Tənhalığın sükutunda gözləri qarşısında onların çılpaq ma­hiy­yət­ləri açılır; onlar isə qaçırlar bu məqamdan.

Elələri də var ki, söhbətin gedişində özləri də bilmədən, anlama­dıq­ları həqiqəti aşkarlamış olurlar.

Lakin elələri də var ki, həqiqəti sözlərlə ifadə etməsələr də öz­lə­rin­də daşıyırlar.

Belələrinin köksündə ritmik sükutla ruh yaşayır.

Yolda, yaxud bazarda dostunuzla rastlaşanda, qoyun, do­daq­la­rı­nı­zı tərpədən və dilinizi yönəldən ruhunuz olsun.

Qoyun, səsinizin səsi onun qulağının qulağı ilə söhbətləşsin.

Zira, onun qəlbi şərabın dadını yadda saxlayan kimi sizin ürə­yi­ni­zin həqiqətini qoruyub saxlayacaqdır.

Şərabın rəngi belə unudulanda, qabını da tapmaq artıq mümkün deyil».

Zaman
Astronom soruşdu: “Ustad, bəs zaman necə?”

O, cavab verdi:

«Siz zamanı – ölçüsüz olanı və ölçüyə gəlməyəni ölçmək istəyirsiniz.

Siz öz davranışınızı və hətta ruhunuzu saatlara və fəsillərə uy­ğun­laşdırmaq, tabe etdirmək istəyirsiniz.

Zamandan çay düzəltmək və onun sahilində oturub onun axınına ta­maşa etmək istəyirsiniz.

Buna baxmayaraq, sizdəki zamansız olan həyatın zamansızlığını dərk edir.

Bilir ki, dünən bu günün xatirəsi, sabah isə bu günün arzusudur.

Daxilinizdə nəğmə oxuyan və düşünən hələ də ulduzları fəzaya sə­pələyən o ilk anda yaşamaqdadır.

Aranızda kim hiss eləmir ki, onun sevgisinin gücü sonsuzdur?

Kim eyni zamanda hiss eləmir ki, sonsuz olmağına bax­mayaraq, mə­həbbət onun varlığının mərkəzində cəmlənmişdir; aşiqanə fikir və əməllərin ardıcıllığı kimi uzanıb getmir.

Məgər zaman məhəbbətlə bərabər deyilmi, bölünməz və öl­çü­yə­gəl­məz?

Lakin əgər öz düşüncələrinizdə zamanı fəsillərlə ölçmə­li­si­nizsə, qoy, onda hər fəsil bütün digər fəsilləri də özündə birləşdirmiş olsun.

Qoy, bu gün dünəni yaddaş, gələcəyi isə həsrət vasitəsi ilə bağrına bassın!»


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin