KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI VƏ
BU DÖVRDƏ YARANAN MƏNFİ HALLARIN PSİXOLOJİ
TƏHLİLİ
Ceyhunə Dəmirova, BDU-nun Ümumi
psixologiya ixtisasının magistrantı
e-mail: ceyhune-91@mail.ru
Açar sözlər: kiçik məktəbli, aparıcı fəaliyyət, təlim fəaliyyəti, emosional inkişaf, qorxu, məktəb fobiyası, qısqanclıq, aqressiya, anksiyete, hiperaktiv
Ключевые слова: малолетний школьник, ведущие деятельность, учебной деятельности, эмоциональное развитие, oпасения, школа фобия, pевность, aгрессия, тревога, гиперактив
Key words: a junior schoolboy, leading activities, learning activities, emotional development, fear, school phobia, jealousy, aggression, anxiety, hyperactive
Kiçik məktəbli yaşı mərhələsi adlandırılan 6-10 yaş arası dövr uşağın fiziki, psixi və sosial inkişafı baxımdan həyatının yeni bir mərhələnin başlanğıcıdır. Təlim fəaliyyətinin aparıcı rol oynaması kiçik məktəblinin psixi-sosial inkişafı ilə bərabər emosional inkişafına da şəait yaradır. Bu səbəbdən emosional sferanın əsas kompanentləri olan qorxu, məktəb fobiyası, qısqanclıq, aqressiya, narahatçılıq və s. kimi bəzi tipik həyəcan formalarında da dəyişiklik baş verir.
Qorxu – qorxular, yaşla paralel olaraq artmaqdadır. Qorxunu yaradan bütün səbəblərdəki ortaq xüsusiyyət, ani və birdən-birə baş verməsi, bunun sonunda isə uşağın yeni vəziyyətə uyğunlaşmamasıdır.
Kiçik məktəblinin qarşılaşmış olduğu qaydalar, həyəcanı artıran digər faktorların yaranmasına təsir göstərir ( yorğunluq, aclıq, yuxusuzluq kimi ).
Bir uşağın nə zaman və nədən qorxacağını müəyyən etmək olduqca çətindir. Qorxunun yaranması, ətrafdakı qaydalara, xəbərdarlığın veriliş formasına, keçmiş hadisələrə, o andakı fizioloji və psixoloji vəziyyətə bağlıdır.
4-15 yaş arası kənd uşaqları ilə aparılan eksperimentdə qorxuya səbəb olan amillərin 75% - nin heyvanlarla bağlı olduğu müəyyən edilmişdir. Oğlan uşaqları vəhşi heyvanlardan, qız uşaqları isə həşəratlardan qorxurlar. Heyvanlardan əlavə müəyyən olunan qorxular arasında, yanğın, qaranlıq və xəstəlik hesab olunur.
Qorxu vəziyyətində reaksiyalar obyektdən uzaqlaşmaq istəyi, ağlamaq, nəfəs tutmaq kimi fərqli davranış nümünuləri əsasında ortaya çıxır.
3 yaşından etibarən uşağın öz həyəcanını idarə edə bilməsi diqqəti cəlb edir.
Uşağın qorxularına təsir göstərən başlıca faktorlar aşağıdakı formada sıralanmışdır:
1. Zəka
2. Cinsiyyət
3. Sosio - ekonomik status
4. Sosial münasibətlər
5. Fiziolojik şərtlər
6. Şəxsiyyət quruluşu
Məktəbəqədər dövrdə, xüsusilə 2-5 yaşları arasında uşaqların qorxularında fərqliləşmə və artmalar müəyyən olunur. Bu dövrdə en çox rast gəlinən qorxular arasında oğurluq, xəyali varlıqlar, itlər, qaranlıq, şimşək, ani səs və tək qalmaq sadalana bilər. 6-12 yaşlarından etibarən bu xarakteristik qorxuların get-gedə azaldığı, bunların yerlərinə bədənsəl yaralanma, məktəblə əlaqədar hadisələr v sosial münasibətlərin daxil olduğu qorxu formalarının aldığı görülür. Bu qorxuların bir qisminin yeniyetməlik və gənclik dövrlərində də davam etdiyi diqqəti cəlb edir.
Müxtəlif tədqiqatlardan alınan nəticələrdə ümumilikdə qorxuların 6 yaşından 12 yaşadək get-gedə azaldığı aşkar olunmuşdur. Lakin, birinci sinif yaşındakı uşaqların 50%-də dəyişik vaxtlarda görülən və itən müxtəlif növ qorxuların olması müəyyən olunmuşdur. 11 yaşından etibarən qorxularda nəzərə çarpan bir azalma müəyyən olunmuşdur. Yeni tədqiqatlarda qızlarda oğlan uşaqlarına nisbətən daha çox qorxuya rast gəlindiyi sübut edilmişdir.
Uşağın başına gələn mənfi bir hadisə və ya təcrübə onda bəzi qorxuların yaranmasına səbəb ola bilər. Məsələn: xəstəxana ilə əlaqədar xoş olmayan bir təcrübə keçirən uşaq, tibb bacısı və həkimlərdən qorxa bilər.
Təhdid edərək uşağı yönləndirməyə çalışmaq qorxuya səbəb olan digər amillərdən biridir. “Atan gəldiyi zaman aşağı qiymət aldığını söyləyəcəyəm!”, və ya “ Bir daha bu hərəkəti etsən səni həkimə aparıb iynə vurduracam! ” kimi ifadələr illər boyunca davam edə biləcək qorxuların yerləşməsinə səbəb ola bilər. Xəyal gücü geniş olan uşaqlarda bəzi nağıllarla əlaqədar olaraq bir sıra qorxular da yer ala bilər.
Bəzi irəliləmiş qorxular, bacarıqlı təlim forması, uşağa veriləcək sevgi, inam və özünəinam duyğusu ilə aradan qaldırıla bilər. Qorxan uşaq qorxuları səbəbi ilə tənqid edilməməli, lağa qoyulmamalıdır. Qorxulara real yanaşılmalı və olduğu kimi qəbul edilməlidir. Uşağı qorxduğu obyektlə də üz-üzə gətirilməsi yanlış davranışdır. Onun qorxduğu obyektdən uzaqlaşmasına icazə verilməli və ona güvən duyğusu aşılanmalıdır.
Qısqanclıq - həyəcan, qəzəb nəticəsində formalaşan, insanlar yönəlik bir bilinən vəziyyət olaraq dəyərləndirilə bilər.
Qısqanclığın səbəbi və ifadə forması böyük ölçüdə psixo-sosial təsir forması ilə uşağa yönəldilən xəbərdarlıqlarla bağlıdır.
Qısqanclığı formalaşdıran mühit bir çox hallarda ictimai xarakterli olub, xüsusilə uşağın sevdiyi insanları nəzərdə tutur.
Qısqanclığda bir sıra qarışıq duyğu və implus rol oynayır.
Qısqanclıq gözlənilən qayğı, diqqət, sevgi və şəfqət əksikliyinə qarşı verilən təbii bir cavabdır. Fərdin gizlətdiyi qəzəb hissi, incimə olaraq da adlandırıla bilər.
Qısqanclıq vəziyyətində bəzi qorxular tez-tez hiddətlə birləşir. Qısqanc insan sevilən biri ilə münasibətlərində özünü tədirgin hiss edər və bu insanın sevgisi qarşısında öz statusunu itirəcəyində qorxar.
Xaricə yönəlik qısqanclıq hər zaman insanları, xüsusilə uşağın sevgi bəslədiyi insanlarla əlaqədar sosial bir hadisədir. İlk uşaqlıqda qısqanclıq ana atani ya da ona baxan şəxslərlə əlaqədar olur, çünki uşaq diqqət və qayğını şiddətlə arzular, tez-tez özünü digər bir uşaqla müqayisə edərək görər. 2-5 yaşında olan uşaqlarda qısqanclıq evə yeni gələcək olan bacı və ya qardaşın stressini yaşamaqdırsa, kiçik məktəblilərdə qısqanclıq sinif yoldaşlarının bir qisminə, parta yoldaşına və ən sevdiyi müəlliminə qarşı çevrilmiş olur. Müəlliminin, parta yoldaşının diqqətini digər yoldaşları ilə bölüşmək istəməyən kiçik məktəbli bu haldan məmnun olmadığını göstərməkdən heç də çəkinmir və lazım gələrsə öz etirazını aqressiv davranış nümunəsi nümayiş etdirməklə, inciməklə, küsməklə biruzə verir.
Aqressiya - mane yaradacaq əşya və vəziyyətlər fərddə qəzəb yaradır. Aqressiv reaksiyalar kiçik məktəbli dövründə qısamüddətli olur. Aparılan tədqiqatlara görə ilk səkkiz il içində bu reaksiyaların müddəti 5 dəqiqədən çox çəkməz. Aqressiv davranış göstərən uşaqlar ardınca şən əhval-ruhiyyəyə malik ourlar. Kiçik məktəblinin aqressiv davranışı valideynlərinin qadağalarına, onlara reaksiyalarını göstərmək üçün istifadə edirlər. Evdə oyun oynamaq istədiyi halda ev tapşırıqlarını etmək məcburiyyətində olmaları, sinifdə yeni mühitə adaptasiya olunmaları, sinif yoldaşları və ya digər sinifin uşaqları ilə qarşılıqlı münasibətli zamanı yaranan maneələrdə öz aqressiv davranışlarını nümayiş etdirirlər.
Anksiyete (narahatlıq) - problemin nə olduğunu bilməməkdən qaynaqlanan bir qorxu olaraq tanımlana bilən anksiyete, yetkin və uşaqlarda müxtəlif formalarda görülən gərginlik, əsəbilik, qısaca, boş olmayan bir emosional vəziyyətdir. Xüsusilə məktəbəqədər dövrdə anksiyeteye səbəb olan hadisələrə tez-tez rast gəlinir. Uşaqda aqressivlik, cinsi ya da müstəqillik arzularını kifayət qədər ifadə edə bilməmənin çətinliyi anksiyete görülə bilir. Yeni dünyaya gələn qardaş və ya bacı da narahatçılığa səbəb ola bilər.
Daha çox anksiyete bəzi mənfi vəziyyət və gözləntilər nəticəsində meydana çıxır. Misal üçün, kifayət qədər ana-ata sevgisi olmadığını ya da yanlış bir hərəkət nəticəsində cəzalandırılacağını və ya tərk edilərək tənha buraxılacağını düşünmək kimi.
Məktəb fobiyası - qüvvətli bir narahatlıq səbəbi ilə uşağın məktəbə getməyi rədd etmək və ya getmək istəməməsidir. Məktəb fobiyası olan uşaqlar, məktəbə olan istəksizliklərini tipik bir formada bədənsəl şikayətlənmələri ilə dilə gətirən, beləliklə evdə qala bilmələri üçün ana-atalarını razı salmağa çalışan uşaqlardır.
Məktəb fobiyası olan uşaqların mədə bulanması, qarın və ya baş ağrısı şəklindəki bədənsəl şikayətləri daha çox sabahları oyanar-oyanmaz görülməkdə və məktəbə getməmələrinə qərar verilib-verilməz də öz-özlüyündən sona çatmasıdır. Əgər uşaqlara məktəbə getmələri məsləhət görülərsə eyni şikayətlərin bir saat içində yeniləndiyi müəyyən olunur.
Psixo-somatik mənşəli şikayətləri ortadan qaldırmaq üzrə müəllimi dəyişdirmək, şagirdi daha az uğurlu sinfə keçirmək və ya başqa məktəbə göndərmək kimi alına biləcək tədbirlər sadəcə qısa müddətli zaman üçün nəticə verir. Bukimi vəziyyətlərdə şagirdlər başlanğıcda xoşbəxt və yeni məktəb içində coşğu içində görünürlər, lakin bir neçə gün və ya bir həftə sonra yenidən evdə qalmaq üçün yeni mühit ilə əlaqəli bəzi şikayətləri dilə gətirirlər.
Məktəb fobiyası ilə məktəbdən qaçmaq anlayışlarını bir-birinə qarışdırmaq olmaz. Məktəb fobiyası olan uşaq fərqli vaxtlarda məktəbə ana və atasının xəbərdar olması ilə getməz və evdə qalar. Şagirdin məktəbə getməməsinin təməlində uğursuzluq qorxusu və sinif içində aktiv olmama narahatçılığı müəyyən olunur. Məktəbdən qaçan uşaqlar isə məktəbi sevməz, eyni zamanda tənbəldirlər və akademik bir məqsədləri yoxdur. Bu şagirdlər məktəbdən qaçdıqları zaman ana və atalarının xəbərləri olmadan, vaxtlarını evdən kənarda arzuladıqları kimi keçirdirlər. Bunun əksinə məktəb fobiyası olan uşaqlar evdən uzaqlaşmaz, evdə xoşbəxt və sevinclidirlər. Bu tip şagirdlərin məktəb müvəfəqiyyətləri orta səviyyədədir. Ev tapşırıqları ilə yaxından maraqlanırlar.
Digər fobiyalarda olduğu kimi, məktəbə girdikdən sonra yaranan qorxularda da struktur təsirlərdən çox, psixoloji faktorların daha çox yer tutduğu görünür. Bu qorxunu yaradan səbəblərin bəziləri ailədən gəlir. Məktəb fobiyası olan uşaqların, yaşamlarının daha əvvəlki illərində anaları tərəfindən ərköyün böyüdülməsidir. Bu tip anaların daim olaraq uşaqlarını razı salaraq onların sevgilərini qazanmaları cəhdi içində olduqları, bütün vacibiyyətlərini qarşıladıqları və onları daima qoruduqları diqqəti çəkir. Bu tip analar xüsusilə uşaqların fiziksəl problemləri ilə yaxından maraqlanır. Eyni zamanda bu analar uşaqlarını qorumağa ciddi həssaslıq göstərməklə yanaşı hətta uşaqlarını dostlarının evinə oyun oynamağa belə göndərməkdən çəkinirlər.
Hiperaktivlik - Həddindən artıq aktivlik, gərginlik hissi, bir işdə diqqəti konsentrasiya (mərkəzləşdirmə) edə bilməmək; diqqət əksikliyi daha dəqiq desək yəni, hiperaktivlik belə uşaqların əsas göstəricisidir. Bu hallara oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir.
Balaca uşaqlar üçün hiperaktiv görünmək normaldır. Təxminən 3 yaşınadək olan bütün uşaqlarda hərəkət dərəcələri artır. Bu yaşdan sonra get-gedə azalır.
ADHD (Attention Defict Hyperactivity Disorder) olan uşaqlar məktəbdə tez-tez öz yerlərində oturmayan və ya otursa belə uzun müddət orda qalmayan uşaqlardır. Hər zaman danışan, qışqıran, başqalarını narahat edən, hərkəsi etmiş olduğu işdən yarı qoyan uşaqlar olmaları məlumdur. Nizamsız olma və gərəkli əşyalarını unutma və ya itirmə meylindədirlər. Müəllimlər adətən bu tip davranışları əsəbi olaraq izah edirlər. Digər uşaqlar ilk öncə bunu qəbul edər və ya əyləncəli olaraq düşünərlər, lakin zamanla Diqqət Əksikliyi Hiperaktivitə Pozuntusu olan uşaq gərəyi, onlara bir impulsiv şəkildə, hücum etməyə və ya öyrənmədən uzaqlaşınca, onlar da bu tip uşaqları problem yaradan kimi qəbul etməyə və tanımaya başlayırlar.
Hiperaktivlik-kompleks davranış pozuntusudur. İxtiyari diqqəti inkişaf etdirmək lazımdır. Bunun üçün xüsusi qruplar şəklində planlı proqramlar təşkil olunmalıdır. Valideynlər üçün bilgi verəcək treninqlər təşkil edilməlidir. Uşağın bu və ya digər davranışı və hadisələri diqqətdən kənarda saxlamasının səbəbini araşdırmaq lazımdır. Fiziki aktivliyi faydalı işlərə yönəldərək hərəki aktivliyi tənzimləmək olar.
Solaxaylıq - Sol əli yazan uşaqlar (insanların 10%) çox zaman müəllimlərin və sağ əl ilə yazan yoldaşlarının mənfi münasibətinin obyekti olurlar. Fizioloji baxımdan onlarda görmə - motor koordinasiya qabiliyyəti zəif olur. Uşaqlar çətinliklə obyektləri və onların elementlərini köçürürlər, güzgüləmə effekt ( hərfləri tərs yazırlar ) olur, yazılar əyri və kobud olur. Sağ və solu müəyyən etməkdə çətinlik çəkirlər.
Emosional-iradi sferanın pozulması - bu aqressiv uşaqlarda emosional tormozlanma, utancaqlıq, həyəcanlılıq olur, onlar tez küsən və inciyən olurlar. Səbəb ailə daxilində fərqli tərbiyə vasitələrinin olması, temprament tiplərinin və müəllim ilə münasibətlərin fərqli cəhətlərinin təzahür etməsidir.
Ədəbiyyat
1. Ağayev Ş.S., Mehdizadə Z.M., Fərəcov İ.A. Yaş və pedaqoji psixologiya
(I hissə), Bakı, ADPU-nun nəşri. 1977
2. M.Vəliyev,A.Mustafayev. İnkişaf və yaş psixologiyası. Bakı. Elm. 2013. 297 səh.
3. H.Yavuzer. Çocuk psikolojisi. İstanbul. Remzi kitab evi. 2012. 344 səh.
4. H. Yavuzer. Okul çağı çocuğu. İstanbul. Remzi kitab evi. 2013. 256 səh.
5. Елконин Д. Б. Детская психология. М., 2007. 250 стр.
ЭМОЦИОНАЛЬНОЕ РАЗВИТИЕ У МЛАДШИХ ШКОЛЬНИКОВ И ПСИХОЛОГИЧЕСКИЙ АНАЛИЗ ПРОИСХОДЯЩИХ ЗДЕСЬ ОТРИЦАТЕЛЬНЫХ ПСИХОЛОГИЧЕСКИХ СИТУАЦИЙ
Резюме
Младший школьный возраст является для ребенка новым этапом в физическом, психологическом и социальном развитии.
Учебная деятельность у малолетних школьников не только играет важную роль в психологическом и социальном развитии, но и помогает эмоциальному развитию. При этом основные компоненты эмоциональной сферы – это страх, ревность школьная фобия, агрессия, беспокойство и др. При этом начинают происходить изменения в социально-психологическом состоянии.
EMOTIONAL DEVELOPMENT IN PRIMARY SCHOOL CHILDREN AND PSYCHOLOGICAL ANALYSIS OF ON NEGATIVE PSYCHOLOGICAL SITUATION GOING HERE
Summary
Primary school age child is a new stage in the physical, psychological and social development. Training activities in young students not only plays an important role in the psychological and social development, but also helps emotional development. However, the main components of the emotional sphere - it is fear, jealousy, school phobia, aggression, anxiety and others. The changes begin to occur in the socio-psychological condition.
AUTİZM VƏ OXŞAR SİMPTONLARA MALİK POZUNTULAR, ONLARIN OXŞARLIQLARI VƏ FƏRQLƏRİ, YARANMA SƏBƏBLƏRİ
Şükürzadə Səbuhi Tarverdi oğlu. Sosial iş ixtisası, magistrant, II kurs Bakı Dövlət Universiteti
E-mail: sebuhi119@yahoo.com
Açar sözlər: autizm, Asperger sindromu, Uşaq Disinteqrativ pozuntuluğu, Rett sindromu, Atipik autizm.
Ключевые слова: аутизм, синдром Аспергера, детский дезинтегративный синдром, синдром Ретта, атипичный синдром.
Keywords: autism, Asperger syndrome, child disintegrative syndrome, Rett syndrome, atypical syndrome.
Autizm, doğuşdan mövcud olan, beynin ve sinir sisteminin fərqli quruluşundan ya da işləyişinden qaynaqlandığı qəbul edilən neyrobioloji bir pozuntudur. Başqalarıyla ünsiyyətdə olmağı əngəlləyən və insanın öz iç dünyasıyla baş-başa qalmasına yol açan autizm, adətən üç yaşdan əvvəl ortaya çıxmaqda ve fərdlərin sosial əlaqə, ünsiyyət ve davranışlarına mənfi təsir göstərməkdədir.
Asperger Sindromu. Asperger sindromunun autizmdən fərqi, nitq inkşafı problemlərin rastlanmamasıdır. Başqa bir sözlə desək, Asperger sindromu autizmdən daha yüngül formada müşahidə olunan bir autistik spektr pozuntusu kateqoriyasıdır. Asperger sindromunda da sosial ünsiyyət zamanı önemli problemlər müşahidə olunur. Eyni zamanda, diqqət ve davranış məhdudiyyətləri və problemləri də mövcuddur.
Uşaq Disinteqrativ pozuntuluğu. Uşaq Disinteqrativ pozuntuluğu iki yaşdan sonra başlıyır. Pozuntuğun başlanmasıyla, öncədən qazanılmış bacarıq və vərdişlər sürətlə itirilir. Uşaq disinteqrativ pozuntuluğu sindromunu daşıyan uşağın zehni bacarıqları, hiss olunacaq dərəcədə əqli gerilik halına qədər dəyişə bilər. Belə uşaqlar, bir neçə il ərzində, uşaq disinteqrativ pozuntuluğu ağırlaşması halında autism sindromlu uşaqlarla eyni simptonlara malik olur. Eyni zamanda belə uşaqlarda ayaqyolu ehtiyaclarının qarşılanmasında problem, həmçinin, predmetləri ayırd etmədə çətinlik müşahidə olunur. Uşaq disinteqrativ pozuntuluğu sindromu nadir hallarda rast gəlinən anomaliyadır. Ayrıca, bu sindromun daşıyıcıları çox zaman oğlan uşaqları olur.
Rett sindromu - genetic xarakterli psixonevroloji xəstəlik olub, əsas əlamətləri yalnız qızlarda rast gəlinməsi, stereotipik hərəkətlər, mikrosefaliya, əqli cəhətdən geridəqalma, apraksiya,ataksiya, tənəffüs pozğunluğu və s-dir... Rast gəlinmə tezliyi 1:10000-dir. Ümumdünya səhiyyə təşkilatı tərəfindən 1983-cü ildə sərbəst nozoloji vahid olaraq qəbul olunub. İlk dəfə olaraq pediatr Andreas Rett 1954-cü ildə 22 qız uşağında 6 aylıq normal inkişafdan sonra inkişafın birdən-birə dayandığını və bundan sonra sürətlə geriləməsini müşahidə etmişdir və sonradan bu xəstəlik onun şərəfinə Rett sindromu olaraq adlandırılmışdır.Etiopatogenez Bir neçə teoriya irəli sürülmüşdür; 1)Beynin inkişafının pozulması teoriyası (Armstronq D 1996) 2) Başlanğıc premutasiya teoriyası (Akesson h 1996).
Hal-hazirda alimlər tərəfindən aşkar olunub ki, bu xəstəlik X xromosomuyla ilişikli yolla genetik olaraq ötürülür Belə ki bu MECP2 geninin mutasiyası nəticəsində baş verir Klinikası: Xəstəliyin xarakter xüsusiyyəti normal inkişaf periodundan sonra ən tez 5, ən gec isə 30 ayında başlanması və bundan sonra uşağın bütün inkişaf sferalarında şiddətli və sürətli gedən retardasiyanın olmasıdir. Klinik gedişində 4 stadiya ayırd olunur; 1) xəstəlik başlandıqdan sonra təxminən 6-8 ay davam edir və ''Autistik stadiya'' adlanır. Bu dövrdə uşaqda psixi inkişaf dayanır, ətrafındakı insanlara və oyuncaqlara maraq itir.
Bu stadiyada uşaq digər autistik sindromlu uşaqlardan fərqlənmir. 2)Bu mərhələ təxminən 1-4 yaşarası dövrdə rast gəlinir və'' Sürətli reqressiya'' dövrü adlanır. Bu uşaqlarda nitq bir qayda olaraq ya inkişaf etmir, ya da zəif inkişaf etmiş olur. Əgər bu dövrə qədər nitq inkişaf edibsə də, bu etapda nitqin pozulması baş verir. Bundan əlavə apraksiya,ataksiya, yuxu pozğunluğu, ümumi motor narahatlıq, əllərdə- bir-birinə sürtmə,'' əl yumaya bənzər'' hərəkətlərin meydana çıxması, Autoaqressiya-özünü dişləmə, cırmaqlama ola bilər. Bu hərəkətlər fasiləsiz və ya arada az fasilə ilə icra edilir. Əldə əşyanı tutma qabiliyyəti itir.
Apraksiya-iradi, məqsədyönlü hərəkətin mümkünsüzlüyü ola bilər ki, nəticədə tremor və yeriş zamanı uşaq ayaqlarını aralı şəkildə basaraq, yellənərək yeriyir. Əzələ distoniyası, bəzən atoniyası (xüsusilə aşağı ətraflarda) boyun və çiyin qurşağı əzələlərinin isə əksinə hipertonusu olur. Oynaqların rekurvasiyası nəticəsində pilləkəndən enişin çətinləşməsi baş verir. Tənəffüs pozğunluğu hiperventilyasiya ilə növbələşən apnoe tumalarının bir neçə dəqiqə çəkməsi şəklində özünü büruzə verir. 3)''Psevdostasionar stadiya'' adlanır. Uşağın vəziyyəti daha da ağırlaşır. Mövcud olan simptomlara digər əlamətlər də qoşulur.
Baş, gövdə və əllərdə tremor, çeynəmə və udma qabiliyyətinin itirilməsi, 1/ 3 hallarda epilepsiya inkişaf edir. Bu dövrdə uşaqda məqsədyönlü davranışlar demək olar ki qalmır. Göz təması qorunub saxlanır, adını çağırdıqda cavab verir. Ana və digər yaxınları ilə ünsiyyət yalnız "taktil oyun" şəklində saxlanılır . Bu mərhələ 10 il və daha atıq çəkə bilər. 4) Total əqli gerilik stadiyası-bu dövrdə artıq nitq ilə yanaşı çeynəmə, yerimə və digər həyati vacib bacarıqların tamamilə itirilməsi baş verir. Spinal atrofiya, ətraflarda spastik rigidlik olur. Xəstəliyin proqnozu qənaətbəxş deyil... Ölüm bir qayda olaraq həyatın 20-25-ci ilində baş verir.... Lakin bu yaxınlarda Edinburq universitetinin professoru - Endrian Berdin başçılığı altında bir qrup alimin siçanların üzərində apardığı təcrübələrdə MECP2 geninin reaktivasiyasına nail ola bilmişlər Nəticədə siçanlarda Rett sindromuna məxsus əlamətlər aradan qalxmışdır. Beləliklə də bu qrup xəstələrin sağalma imkanının olmasına ümid yaranmışdır
Atipik autizm, başqa şəkildə sinifləndirilməyən nisbətən geniş yayılmış uşaqların əqli inkişafındakı pozuntuları (PDD-NOS: Pervasive developmental disorders not otherwise specified) ifadə etmək üçün istifadə olunan bir termindir. Atipik autizm, autizm ya da Asperger sindromunun bəzi xüsusiyyətlərinin görülüb, bəzi xüsusiyyətlərinin isə yetərsizliyi halında istifadə olunan anlayışdır. Misal olaraq, xəfif atuizm sindromu əlamətlərinin müşahidə olunduğu və ya autizm sindromu simptonlarına baxmayaraq yüksək zehni qabiliyyətlərə malik olan insanları tanımlamaq üçün istifadə olunan termindir.
Autizm ile bağlı ilk məqalələr, 1940'lı illərdə yayımlanmışdır. Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir.[1] Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000 adama bir ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı aydın deyil.
Autizm beyinin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda, bunda müvəffəq ola bilməkdədir.
Autizmin adı qoyulmadan çox əvvəl autistik simptomlar və müalicəsi təyin olunmuşdur. Martin Luterin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır. 1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Victor, autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard, ictimai bağlar qurmasına və təqlid yoluyla danışmasını təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.
Neo-Latın autismus sözcüyü İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilmişdir. Bleuler sözcüyü Yunanca autos (αὐτός, öz mənasında) sözcüyündən törətmiş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: "Çöldən gələn hər hansı bir təsirin dözülməz bir rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi. "
Autizm sözcüyü bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərinə apardığı Almanca bir dərsdə Bleulerin "autistik psixopatlar" terminologiyası ilə istifadə edilmişdir. Asperger, hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə "Autistik yalnızlıq" və "dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq istifadə edib, etmədiyi bilinməməkdədir.
Kannerin autizm sözcüyünü təkrar istifadə etməsi illərcə "infantil şizofreniya" kimi terminologiya qarışıqlığına gətirib çıxardı və 20-ci əsrin ortalarında uşaq psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin, "soyuducu analara" uşağın reaksiyası olduğu kimi səhv mövzulara gətirib çıxardı. 1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir.
Valideynlər təşkilatlarının ortaya çıxışı və uşaqlıq ASP haqqındakı ictimai stigmanın(utanc verici) yıxılması ilə birlikdə ASP təsirləri, sərhədləri və müalicəsi haqqında görüşlər böyük ölçüdə təsirlənmişdir. Ümumi Şəbəkə, autistik fərdlərlə bacarma, çətinlik çəkdikləri sözsüz işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir; birlik içində bəziləri bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa bir yolu olduğuna inanmaqdadır.
Dostları ilə paylaş: |