Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə25/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   21   22   23   24   25   26   27   28   ...   99
11.04.2010


82
 HECA – ALLAHA RİCA…
(Bir jurnalda heca haqqında deyilən qərəzli fikri oxuyandan sonra 
ürəyim ağrıdı və bu məqaləni yazmağa məcbur oldum)
Söz  insan  zəkasında,  qanında-canında  özünə  yuva  qurmuş  ikinci 
varlıqdır. Söz əlahiddə vergidir, onun dairəsi genişdir. Söz ruha qida, dilə 
sevda edən gözəgörünməz bir qüvvədir. Bu qüvvənin əli birbaşa Böyük 
Yaradanın ətəyindədir. O, insanlar arasında bir vasitə olmaqdan əlavə, həm 
də ilham mənbəyidir, bulağı min illər gözündən qaynayan büllur çeşmədir. 
Bu çeşmənin suyu nə qədər insan cəmiyyətləri var, onların ürəyinə şərbət 
kimi  səpiləcək,  ruhlarını  ovutmaq,  dərd-bəlalarını  dağıtmaq,  varlıqlarını 
Haqq-taalanın  önündə  sübuta  yetirmək  üçün…  Sözdən  qaynaqlanır  bə-
şə rin gözü, sözlə gülür min illər üzü. İlhamı olanlar milliyyətindən asılı 
olmayaraq  sözlə  ruhunu  ovudur,  ürəyinin  ağrılarını  sovudur.  Millətinin 
kimliyini  aşkar  edir,  varlığını  öz  tarixinə,  ədəbiyyatına  köçürür.  Əgər  o 
millətin, o xalqın sözü bitibsə, deməli, varlığı da axır günlərini yaşayır. 
Deməli, sonu çatıb. Hələ qədim zamanlardan insanın varlığı, onun kim-
liyi  daş  kitabələrdə,  qayalarda,  sal  daşların  üstündə  çəkdiyi  şəkillərlə, 
sonralar  isə  sözlə  yazıya  alınırdı.  Məhz  sözün  anası,  gülüzlü  sonası  isə 
ŞEİRDİR. Bizə elə gəlir ki, elə dünya yaranan gündən, insan özünü dərk 
edən məqamdan ilham da, şeir də onunla doğulub. Hələ qədim kitabların 
bir çoxunun şeirlə qələmə alınması bunu sübut edir. Heç uzağa getməyək, 
elə  müqəddəs  “Quran”ımız  da  bu  qəbildəndir  (“Quran”  mənzum  nəsrlə 
peyğəmbərimizə nazil olub və onun tərəfdarları tərəfindən qələmə alınıb).
Ədəbiyyatda şerin bir neçə formaları mövcuddur. Əgər əruz ərəblərdən 
gəlirsə,  sərbəst  şeir  forması  ingilislərə  məxsusdur.  Haqqında  bəhs  edə-
cəyimiz  mövzunun  cövhərindən  uzaqlaşmamaq  şərtilə  onu  da  istəkli 
oxucuların nəzər-diqqətinə yetirmək istəyirəm ki, dünyada ingilislər qədər 
öz  soyuna-kökünə  bağlı,  keçmişini  yaşadan,  onu  əzizləyən  ikinci  bir 
millət yoxdur. İngilislər öz yaşayışlarıyla, dəbdəbəli həyatlarıyla nə qədər 
müasirliyi təbliğ etsələr də keçmişlərini bir o qədər çox sevirlər, ona can-
dildən sadiq qalırlar. Bu gün təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, 
vaxtilə dünyanın neçə qitəsini öz atının ayaqları altında silkələyən keçmiş 
Osmanlı  imperiyasının,  müasir  Ata  Türkiyəmizin  şeri  ingilis  sərbəst 
şerinin təsiri altında inildəyir. Bu millətçilik deyil, bu çoxlarının həzm edə 


83
bilmədiyi acı həqiqətdir. Həqiqətinsə bu dünyada deyəsən kitabı çoxdan 
bağlanıb. Kitabı bağlanmış həqiqətin hərdənbir adını dilə gətirmək Böyük 
Yaradana da xoş gələr, onun həqiqət sevən bəndələrinə də! Bunu da istəkli 
oxucuların yadına salmağı vacib bildim ki, biz də heç ata Türkiyəmizin 
şairlərindən  geri  qalmaq  istəmirik.  Necə  deyərlər,  onları  bu  yarışmada 
ildırım sürəti ilə ötmək istəyirik, çünki bu gün biz ingilis sərbəstində şeir 
yazıb öz ana hecamıza arxa çevirməyi bir yenilik, bir mədənilik hesab ed-
irik. Necə ki, yeddi-səkkiz əsr bundan qabaq yaranmış “Əsli və Kərəm” 
dastanında baş qəhrəmanlardan birini, təmiz türk adı daşıyan eyni tayfanın 
daşıyıcısı xristian inanclı Əslini (Məryəmi) bizim sevimli söz adamlarımız 
erməniləşdiribsə  və  ermənilərin  (haykların)  tarixini  belə  yanlışlıqlarla 
Qafqazda qədimləşdiriblərsə, bu gün hecaya da ögey münasibət bəsləməklə 
onu  hiyləgər  düşmənlərimizin  mənimsəməsinə  şərait  yaradırıq.  Halbuki 
bütün dünyanın tarix sevən, tarixdən yazan insanlarına bəllidir ki, yeddi-
səkkiz əsr bundan öncə Qafqazda heç bir ermənidən söhbət gedə bilməzdi. 
Dastan  eyni  tayfadan  ayrı-ayrı  dinlərə  inancı  olan  iki  alban  (türk)  əsilli 
ailənin  faciəsindən  bəhs  edir.  Sadəcə  olaraq,  rus  işğalı  və  sovet  dövrü 
torpaqlarımıza necə əl gəzdiribsə, bizimlə tarix dolaylarında yol yoldaşı 
olan dastanlarımıza da elə əl gəzdirib, dolayısıyla işğal edib və özümüzün 
də islam dininə yox, islami mövhumata qapılmağımız bu kimi yanlışlıqların 
ayaq  tutub  yeriməsinə  səbəb  olub.  HECA  türk  xalqlarının  ürəyinin 
məhsuludur. İslam dininin Şərqdə qol-qanad açmasıyla əruz islama ibadət 
edən xalqların ədəbi məhsuluna çevrildi. Əruzda sözünü deyə bilməyən 
şair o zamanlar güclü şair sayılmazdı. Əruz isə birbaşa «Quran» ilə, yəni 
ərəb dili ilə bağlı idi. Bir haşiyə çıxım: Mötəbər bir tədbirdə əslən misirli 
əruzun onların milli-mənəvi sərvəti olduğunu önə çəkdi və islamla bağlı 
Azərbaycan dilində ərəb sözlərinin özünə vəsiqə almasından ürəkdolusu 
danışdı. Yəni bizə bildirmək istədi ki, siz əruzda nə qədər istəyirsiniz şeir 
yaza bilərsiz, amma əruzun sahibi ərəb xalqıdır. Bir çoxları bəlkə də onun 
çıxışındakı  bu  nüansları  bəyənmədi.  Amma  mənim  çox  xoşuma  gəldi, 
çünki bu insan milli dəyərlərinin sahibliyini ərəblərin adından bizə bəyan 
etdi. Bunun nəyi pisdir... pis onda olur ki, sənə aid olana sahib çıxmırsan, 
ona əyri baxırsan, dodaq büzürsən. Necə ki, alban mədəniyyətimizə sahib 
çıxmadıq  və  könüllü  verdik  (hayklara)  ermənilərə!  Ərəb  səhralarından, 
ərəblərin qum səhralarından, Suriyadan basa-basa başıbəlalı Qafqaza üz 
tutan ermənilər keçmişimizə aid nə varsa hamısını özününküləşdirməklə 


84
məşğuldur. Bu gün də bar-bar bağırırıq ki, ay aman, nəinki torpaqlarımız, 
həm də mənəvi sərvətlərimiz əldən getdi. Atalar demişkən: 
“Daldan  atılan  daş  topuğa  dəyər”.  O  dövrlər  ərəb  dilini  yaxşı  əxz 
edən, əruzu da yaxşı qavrayıb onda gözəl nümunələr yarada bilirdi. Biz 
klassiklərimizin yaradıcılığına fikir verdikdə də bunun şahidi oluruq. Əruz 
islama inancımıza rəğmən digər şərq xalqlarında olduğu kimi şeriyyətimizin 
tacı sayılır və heç də biz onun ərəb ruhunun məhsulu olduğunu danmırıq. 
Artıq  əruz  şeir  forması  xalqımız  üçün  doğmalaşıb.  Sovet  hökumətinin 
ilk  illərində  tara,  bütünlükdə  mənəviyyatımıza  hücumlar  başladı,  hətta 
Şərqdə birinci operanın librettosu da dahi Üzeyir bəy Hacıbəyli tərəfindən 
qələmə alındı. Bu, həm də tara olan kəskin hücumlara tutarlı cavab oldu. 
Çünki tar, kamança muğamı yaşadırdı, ancaq hecamız min illərin ədəbi 
təxəyyülündən  doğulan  türk  xalqının  mənəvi  sərvətidir.  Hələ  yazı  mey-
dana gəlməmişdən qabaq şifahi formada xalqın yaddaşında özünə kimlik 
qazanıb və bizimlə yol yoldaşı olub. Şifahi formada xalqın yaddaşından 
süzülüb  gələn,  saz  üstündə  bəstələnən  aşıq  mahnılarımız, nəzmi  avazla, 
nəsri  sözlə  dillərdə  dolaşan  dastanlarımız,  tar  üstündə  pərvazlanan  xalq 
mahnılarımız hecamızın bağrından qopub.
At  belində  şimaldan  cənuba,  şərqdən  qərbə  çapan,  şücaətlər,  qəhrə-
man lıqlar,  bahadurluqlar  göstərən  türklər  öz  ədəbiyyatını  elə  at  belində 
də  yaradırdı.  Heca  vəzni  türk  mənəvi  insanının  mənəviyyat  məbədidir. 
TÜRKÜN  HECASI  –  ONUN  ALLAHA  RİCASIDIR!!!  Bu  məbədin 
sədasından  doğub  türk  xatunlarının,  analarının  dilindən  qopan,  ninnilər, 
bayatılar,  laylalar,  ağılar,  oxşamalar.  Aşıqlarının,  ozanlarının  bağrından 
dikələn gəraylılar, qoşmalar, dastanlar qopuzun, sazın tellərinə haray salıb. 
Saz  və  sözün  birliyindən  yaranan  heca  şeir  forması  ulu Türkün  mənəvi 
dünyası  idi.  Bu  birlik  atla  birləşəndə  xariqələr  yaradırdı.  Heç  təsadüfi 
deyil ki, türk fəth etdiyi torpaqlarda mənəviyyatla bağlı nə varsa onu göz 
bəbəyi kimi qoruyurdu, çünki özünün ruhu yaranışdan mənəviyyatla bağlı 
idi. O saza da, sözə də müqəddəs bir varlıq kimi baxırdı və onun sözdə 
yaratdıqları  nə  var  idisə,  heca-heca  ilhamlı  ürəklərin  təb  çeşməsindən 
süzülürdü. İslamın kəsə-kəs vaxtlarında, mövhumatın at oynatdığı zaman-
larda, məhz Yunis İmrə, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah 
Vaqif şeirlərinin bir çoxunu ana türkcəsinin hecasında qələmə aldı, çünki bu 
onların qanından, canından gəlirdi. Bu gün də şükür Allaha heca şeirlərimiz 
öz axarıyla gedir. Düzdür, bu şeirlərin içərisində ədəbiyyat nümunələri ol-


85
mayanlar da çoxdur. Mən başa düşə bilmirəm qafiyəli, yəni heca şerinə 
dodaq  büzənlər  nəyi  özlərində  əxz  etmək  istəyirlər?  Öz  kökündənmi, 
soyundanmı  uzaq  düşmək  istəyirlər?  Niyə  qafiyə  onları  yorur?  Bəlkə 
qafiyəni tapa bilmədikləri üçün yorulurlar? Əvvəla, şeir yazanda sən sözü, 
qafiyəni  axtarırsansa,  deməli,  sənin  ilhamın  yoxdur,  sadəcə  olaraq,  şair 
olmağı qarşına məqsəd qoymusan. Əgər sənin ilhamın çağlayıb daşırsa, 
deməli, sənin şerində publisist düşüncə də, qafiyə də, heca da, ahəng də 
olacaq, hətta sərbəst vəzn də qafiyələrlə bol olacaq, əruzda da öz qələmini 
sınaya biləcəksən. Vaxtilə əruz məclislərinə gedərdim, əruzda yazanlar hec-
aya əyri-əyri baxardılar və sərbəsti heç qəbul etməzdilər. Yaradıcı insanlar 
arasında bu cür ayrı-seçkilik ədəbiyyatımızı hara aparıb çıxarır? Sərbəst 
yazılan gözəl bir şeir əgər sənət nümunəsidirsə, bunun nəyi pisdir? Amma 
bütünlükdə  yadlardan  gələni  doğmalaşdırıb  özününkünə  arxa  çevirmək 
cinayətdir,  ədəbi  qüsurdur,  öz  mənəviyyatına  ögey  münasibətdir!!! 
Məqsədli şəkildə şair olmaq istəyənlərdən heç vaxt şair olmayacaq, özləri 
dünyalarını dəyişən kimi, sözləri də dünyalarını dəyişəcək… Bizə elə gəlir 
ki, əsl şair şerin formasına baxmaz, şeir ona hansı formada gələrsə, elə o 
formada da yazar, istər ərəbin əruzunda, istər ingilisin sərbəstində, istərsə 
öz  doğma  türk  hecamızda!  Şairlikdə  sözünü  deyə  bilməyənlər  forma 
axtarmağa başlayır. Ey adını dilimə gətirmək istəmədiyim, həmkarım, kişi 
yazar, heca, qafiyə səni bezdirirsə, deməli, bu millət də, bu kök də, bu soy 
da səni bezdirib. Deməli, hecayla cilalanan ana laylası da sənin qanına, 
canına hopmayıb. Hecanı “adi, yorğun” adlandıranlar, sərbəsti “geniş düz” 
sayanlar öz mənəviyyatına arxa çevirənlərdir, deməli, heç sən ədəbiyyat 
adamı deyilsən, get özünə başqa peşə seç, çünki şairlik peşə deyil, ilham-
la bağlı olan bir sənətdir. Sənəti isə duyub dərk edənlər yaşatmalıdır. Nə 
qədər ki türk var, onun sazı sağdır, deməli, heca da sağdır. İndiki şairlərin 
bəzilərindən eşidirsən ki, publisistikanın şerə gətirilməsi əbəsdir. Onların 
sözündən belə çıxır ki, sevdikləri sərbəstdə yazan Mayakovski şair dey-
il,  çünki  onun  şeirləri  başdan-ayağa  publisist  düşüncələrdən  ibarətdir. 
Onda şeirdə satiraya da yer yoxdur, satirada publisistika olmasa, o satira 
sayılmaz. Belə çıxır ki, dahi Sabir də şair deyil, çünki yaratdıqları satiradır. 
Onda şair kimdir?..
Vətənimiz  20  ildən  çoxdur  ki,  müharibə  şəraitindədir.  Hər  tərəfdən 
təzyiqlər  altındayıq,  Amerikanın,  Avropanın  səsi  hələ  ki,  yağı  tərəfdən 
gəlir. Millətimizin üstünə xaç yürüşü edilir. Bu vəziyyətdə olan ölkənin 


86
şairi  şerinə  publisistikanı  gətirmirsə,  onun  şerində  siyasətin  mənfur  üzü 
tənqid atəşinə tutulmursa, onun şerində satira ab-havası duyulmursa, Vətən 
ruhu  misralarından  boylanmırsa,  onda  bu  Vətən  başına  haranın  külünü 
tökməlidir?! Onda şairə nə qalır? Gül-çiçəkdən yazmaq, bir-birinə tərif, 
yaltaqlıq, məddahlıq etmək… Vətəni düşmən tapdağından qurtarmaq bi-
zim borcumuzdur. Şair də, yazıçı da bu amala xidmət etməlidir. Çox təəssüf 
ki,  böyük  demokrat  rus  şairi  Nekrasovun  150  il  qabaq  yazılan  sözləri 
yadımızdan çıxıb: “Ola bilər ki, sən şair də olmayasan, amma vətəndaş 
olmaq borcundur”. O, “Şair və vətəndaş” şerində yazırdı ki, Rusiyada hər 
peşənin, hətta şairlərin də sayı çoxdur, ancaq vətəndaş qıtlığı var. Böyük 
rus  şairi  Nekrasovun  sözü  olmasın,  Azərbaycanda  da  vətəndaş  qıtlığı 
yaranıb. Nə zahirən, nə televiziya və radio verilişlərindən, bütünlükdə me-
diadan belə məlum olur ki, biz müharibə şəraitində olan ölkəyə oxşamırıq. 
Səhərdən axşamadək şou əyləncələrilə qaynayıb daşan televiziya kanalları 
gənc düşüncəni niyə və hara kökləyir? Vətəndən, onun tarixindən, millətin 
ağrı-acılarından yazan şairlər dəbdən düşmüş sayılır. Hörmətli həmkarıma 
bildirmək istəyirəm ki, publisistikanı şerə gətirmək üçün güclü ilham və 
vətəndaş yanğısı olmalıdır. Şeri hansı formada qələmə almağa gələndə isə 
mənim həm əruzda, həm istəkli hecamızda, həm də ingilisin sərbəstində 
şeirlərim var, bu o demək deyil ki, mən hecama arxa çevirməliyəm. Heca 
ədəbi  dünyada,  ədəbi  aləmdə  şerimizin  kimliyini  tanıtdıran  bədii  bir 
ölçüdür,  bir  meyardır.  Bu  gün  biz  bu  şeir  formasına  yadırğasaq,  sabah 
düşmənlərimiz  onu  da  özününküləşdirməyə  cəhd  edəcək.  Heca  anamın 
laylasıyla,  ninnisiylə  qanıma  keçib,  əlimin-qolumun  kəsilməsi  mənə 
necə fəlakət gətirərsə, yazdıqlarımın içində heca şeirlərimin olmaması da 
eləcə fəlakət doğurucu olar. Heca şeri ana laylalarımızın Allaha dikəlmiş 
ricasıdır!..  O  bu  ricalarıyla  varlığının  sağlığını  Böyük  Yaradandan  ilti-
mas edir! Bu ricanı susdursaq, Allahın əli üstümüzdən kəsilər. Müqəddəs 
hecamız  saysız-hesabsız  yüklənmiş  dəvələri  olan  söz  Sarbanıdır,  onun 
dəvələrinin xurcunu kök qafiyələrlə doludur, o, şeriyyət, nəzmiyyət yolu-
nun yolçusudur. Kimin ki, ruhu haqdan gələn ilhama köklənib söz Sarbanı 
öz  xurcununu  onun  təbinə  açacaq  və  ruhu  qafiyələrlə  feyzyab  olacaq. 
Yox əgər şairlik sevdasına düşüb və şeir formasının axtarışına çıxıb, onda 
onun işi Allaha qalıb. Ömrü boşuna verəcək. Axırda da baxıb görəcək ki, 
ayə,  yazdıqlarının  içində  heç  zad  yoxdur.  Nə  qədər  ki  TÜRK  sağdır,  o 
bu yoldan nə yorulacaq, nə usanacaq, çünki heca türk ruhu üçün Allahın 


87
göndərdiyi  baratdır!  Sonda  onu  demək  istəyirəm  ki,  Allah  sizin  kimi 
düşüncə sahiblərinin sayını ədəbiyyatımızda azaltsın. Amin!.. 
Bəlkə də mənim yazdığım bu məqalə kimlərinsə ruhunu oxşamayacaq, 
bu onların öz işidir. Hər kəs öz vicdanı və ürəyinin səsilə oturub-durur. 
Mənim  də  vicdanımın  bağırtısı  əlimə  qələm  alıb  bu  məqaləni  yazmağa 
sövq etdi. Ulu hecaya həsr etdiyim bir şeirlə yazımı tamamlamaq istəyirəm:
  
 ANAMIN RUHUNDAN GƏLİBDİ HECA
Anamın ruhundan gəlibdi heca,
Bu ruha göz dağı olma, sən Allah.
Ondan dikəlibdi Rəbbimə rica,
İlhamsız qəlb telin yolma, sən Allah.
O təbi olana çağlayan bulaq,
Ondan saz ruhunu duyur hər qulaq,
Heca sevdasında gəlin bir olaq,
Çətinsə sənətdə qalma, sən Allah. 
Onla cilvələnib sazın telləri,
Gəzib addım-addım eşqi elləri,
O vəcdə gətirib yanan dilləri,
Kam ala bilmirsən, alma, sən Allah.
Heca könlümüzün nazlı afəti,
Onun sərvə bənzər qəddi-qaməti,
Oxşar qəlbimizi eşqlə xəlvəti
Bu eşqi ilan tək çalma, sən Allah.
Oxşama yağı tək yaddan gələni,
Yad eşqlə çox gördük millət dələni,
Hiylə torlarına düşüb öləni…
Acıqlı buludtək dolma, sən Allah.
Vətəntək, anatək heca canımız,
Ruha köklənməli bu vicdanımız,


88
Doldu düşmənlə dörd bir yanımız…
Sən də onlarla bir olma, sən Allah.
Yazın ağır olub bu Şadimana,
Dağın mehləri var gələn dumana,
Şeir dəb gətirib azğın zamana,
Çalış ondan dala qalma, sən Allah…

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin