73
bədbəxt, bəxti kəm insanlara acıq verir. Guya onlar ərə getməyə ha-
zırlaşan qızlarımıza xörək bişirmək, süfrə açmaq, bir sözlə, evdarlıq
dərsi keçirlər... Xalqımızın elə adət-ənənələri var ki, dünya durduqca öz
keyfiyyət və kəmiyyətini itirməyəcək. Ruhumuzun qida mənbəyidir. Elə
biş-düşümüz, yəni süfrəylə bağlı nemətlərimiz də bu qida mənbəyinə
daxildir. Adətimizə görə, bişən xörəyin iyi ətrafa yayılıbsa, mütləq on-
dan yaxın qonum-qonşuya daddırardılar, əks halda bu günah sayılardı.
Əgər buna maddi imkan yoxdursa onu aləmə faş etməzdilər. Sakitcə
səhər
yeməyi, nahar, şam edərdilər və yemək mərasimi pünhan bir iş sayılardı,
amma bu gün tele-kanallarda mətbəx döyüşləri, yemək prosesinin şouya
çevrilməsi, yemək zamanı bayağı didişmələr, çəkişmələr, qulaqbatırıcı
yüngül gülüşlər, hətta yeməyin içindən çıxan tükü tamaşaçının gözünə
soxmaq, göz yaşları, küsüb yemək süfrəsini tərk etmək və bir çox buna
bənzər hallar ikrah doğurur. Görəsən, bu layihələrlə özlərinin “istedadını”
tamaşaçı qarşısında nümayiş etdirənlər bilmirmi ki, süfrədə reklam olu-
nan o təamların çoxunun üzünə adamlarımızın bəziləri həsrətdirlər. Yalnız
bəlkə yatanda yuxuda görürlər. Axı heç işləməyən və yaxud az təminatlı
ailələr var ki, aylarla ət, balıq, toyuq üzünə həsrətdirlər. Evində soğan
suyu bişəndə sevinirlər. Bizim dırnaqarası istedadlı tele-aparıcılarımız
isə mətbəx şoularını kanallara çıxarmağı böyük kəşf sayır. Necə deyərlər,
kasıb təbəqənin ağzının suyunu axıtmağı özlərinin məqsədi seçirlər.
Allah bərəkətinə bu cür yüngül münasibət bəsləmək nədən xəbər verir:
mənəviyyatdan və ya mənəviyyatsızlıqdan?! Bu mətbəx döyüşləri bizə
nəyi aşılayır? Bəla burasındadır ki, adına “yarışma” deyilən bu üzdəniraq
şoulara şəxsiyyətlərinə hörmət, izzət bəslədiyimiz əsl sənət adamları da
qatılır. Axı biz başa düşə bilmirik, evinin içini, əşyalarını, yemək-içməyini
camaata reklam edənlər nə məqsəd güdürlər? Bununla gündəmdəmi qa-
lmaq istəyirlər? Belə gündəmdəmi qalarlar? Onlar bilmirlərmi ki, xalqın
gözündə kiçilirlər, özlərini gözdən, nəzərdən salırlar, adiləşirlər. Bizə
onların sənəti və yaxud ev-eşiyi, zinət əşyaları, biş-düşümü lazımdır? Axı
sənət olan yerdə bütün bunlara nə hacət?.. Biz bu kimi dərdlərimizin bir
parasını qələmə aldıq, amanı ürək yaxır, Allah yamanından saxlasın…
Amin!
15.11.2009