Foydlanilgan adabiyotlar:
1.
\Паҳлавон Маҳмуд. Рубоийлар./Нашрга тайёрловчи Тўхтасин Жалолов. –Т.:
Ғ. Ғулом номидаги Адабиёт ва санъат нашриёти, 1979. – Б. 7.
2.
دلج .لوبنتسا .ملاعلا سوماق .یماس نیّدلا سمش
5
/
1896
.
ЎзРФАШИ, тошбосма № 1711, -
В. 3437
3.
https://ziyouz.uz/jahon-sheriyati/ozarbayjon-sheriyati/nizomiy-ganjaviy
4.
Футувватнома: торих, ойин, одоб ва русум. Таълиф, тасҳиҳ ва таҳшия:
Доктор Муҳаммад Риёз. Ба эҳтимоми Абдулкарим Жарбўзадор. Теҳрон:
Асотир, 1382.
231
BAŞQIRDISTAN ƏDƏBİYYATINDA REPRESSİYA DALĞASI
Aytən QURBANOVA
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Azərbaycan Pedaqoji Universiteti Quba filialı
Baş müəllim
(Azərbaycan)
Kalit so‘zlar:
Boshqirdiston, boshqird adabiyoti, qatag‘on yillari, Daut Yulti,
Gabdulla Amantaev va b.
Açar sözlər:
Başqırdıstan, başqırd ədəbiyyatı, repressiya illəri, Daut Yulti,
Qabdulla Amantayev və b.
Keywords:
Bashkirstan, Bashkir literature, years of repression, Daut Yulti,
Gabdulla Amantayev, etc.
Bəşəriyyətin yarandığı gündən meydana gələn anlayışlardan biri olan
istismar anlayışı insan həyatında çox fərqli şəkildə təzahür etmişdir. İnsanın canlı-
cansız təbiəti istismar etməsi ilə başlansa da, təəssüflər olsun ki, bərabərsizlik
artdıqca artıq bu - subyektin obyekt üzərindəki ağalığı və istismarı öz yerini
subyektin subyekt, yəni insanın insan üzərindəki istismarına verdi. İctimai
formasiyaların dəyişməsi məsələni daha da dərinləşdirdikcə məxluqat
müxtəlifyönümlü hərisliklərin, hegemonluğun, hakimiyyət və güc ehtiraslarının
pəncəsində getdikcə əzazilləşdi. İbtidai icma qurulaşundan başlanan və minilliklər
boyu varlığını qoruyub saxlayan “istismar” anlayışı artıq bəşəriyyətin çoxluq
azlığa tabedir ideyasını insanlığa təlqin etdikcə əzilən – istismar olunan kütlə fərqli
şəkildə etiraz etməkdən də çəkinmirdi.
XX əsrin əvvəllərindən “sosializm quruculuğu” deyilən yeni bir terminin,
demək olar ki, bütöv bir qitəyə vəd etdiyi bərabərlik və istismara son ideyalarının
şirin nəsimi nə az, nə çox düz on beş respublikanın yuxuya dalmasını, alqışlayaraq
bu yeni formasiyaya qoşulmasını təmin etdi. Sadəcə xalqının milli mənafeyinin və
maraqlarının nə olduğunu dərk edən azsaylı ziyalı təbəqəsini çıxmaq şərtilə geniş
bir auditoriyanın rəğbətini hiyləgərcəsinə qazanan sovet sosialist respublikaları
imperiyası(SSRi) adı ilə kifayət qədər uzun bir müddət, xüsusilə, türk xalqlarına,
türk dövlətlərinə dişlərini qıcayan bu “çaqqal” rejimin əsl siması 1930-cu illərdən
başlayaraq daha aydın şəkildə görünməyə başladı. Sinsicə türk xalqlarının ruhuna,
mənəviyyatına, mədəniyyətinə işləməyə başlayan yeni rejimin mələk üzü çox
keçmədən cırıldı, təəssüflər olsun ki, bunun nəticəsində bütövlükdə “türk qövmü”
repressiya deyilən anlayışın fəsadlarını ən acınacaqlı şəkildə yaşadı. Belə ki, iki
232
nəhəng okeanın arasında geniş ərazidə yayılan bürk dövlətlərinin əksəriyyətində
təxminən eyni proseslər gedir. 1920-1930-cu illərin mətbuatını araşdırdıqda məlum
olur ki, imperiyanın tərkibinə daxil edilmiş bütün türk respublikalarında yerli əhali
hələ də mahiyyətini dərk etmədiyi yeni sosialist rejimin millətlərə təlqin etdiyi
ideyalardan əslində müsbət şeylər gözləyirdi. Lakin bir müddət sonra tədricən bu
yeni formasiyanın kökündə millətlərin “manqurtlaşdırılmasından” başqa bir şey
olmadığı aydınlaşır. “Sovet hökuməti yeni yaranmış olan dövlətini gücləndirmək
və ölkənin sabahı üçün “təhlükəli” olan qüvvələri təmizləmə istiqamətində cəza
tədbirlərinə-repressiyaya başlamışdı. Dövrünün görkəmli adamları “xalq düşməni”,
“pantürkist”, “panislamist”, “sui-qəsdçi”, “sosialist turançı” adları altında həbs
edilir, sürgünə göndərilir, ağır katorqa işlərinə cəlb olunur, işgəncələrə məruz qalır
və güllələnir, xüsusi edam üsulları ilə kütləvi qətl edilirdilər.”[5 ]
Həmin dövr həm Azərbaycan, həm Başqırdıstan mühitində tərəddüd dövrü
kimi yadda qalırdı. Çox keçmədi ki, SSRİ-nin repressiya deyilən məngənəsi işə
düşdü.
1920-1930-cu illərin dönüşü ölkənin və onun regionlarının sosial-
demoqrafik inkişafına mühüm təsir göstərən bir sıra hadisələrlə yadda qaldı.
Həqiqətən də, kənd təsərrüfatının kütləvi şəkildə kollektivləşdirilməsi və xalq
təsərrüfatının sürətlə sənayeləşməsi əhalinin ərazi və sosial hərəkətliliyinin
artmasına səbəb oldu. Eyni zamanda bunun və 1930-cu illərin ikinci yarısında baş
verən kütləvi repressiyalar nəticəsində ümumi demoqrafik vəziyyət daha da
pisləşdi, doğum və ölüm göstəricilərində kəskin dalğalanmalar müşahidə olundu.
“İki dünya müharibəsi arasındakı zaman kəsiyində bolşevik imperiyasının
işğalında olan türk xalqları repressiya adlanan ağır və faciəli mərhələdən
keçmişdilər. Aparıcı ziyalılar, ədiblər, siyasi xadimlər, o cümlədən sadə
vətəndaşlar qırmızı terror və ya Stalin repressiyası kimi tanınan kütləvi qırğının
qurbanı oldular.” [5 ]
Repressiya illəri bütün türk xalqlarından, eləcə də Azərbaycan və
Başqırdıstandan da saysız hesabsız ziyalının həyatını, fəaliyyətini də aldı.
İdeologiyaya tabe olmağı bacarmayan bəzi ziyalılarımıza müxtəlif cür əzab
verilməsi qanlı-qadalı repressiya illərini şərtləndirən əsas məsələ kimi gündəmdə
durmuşdu. 1930-cu illərdə Azərbaycan ədəbiyyatının Hüseyn Cavid, Əhməd
Cavad, Mikayıl Müşfiq, Salman Mümtaz, Əliabbas Münzib, Hacıbaba Nəzərli,
Bəkir Çobanzadə və b. ədəbiyyat nümayəndələrinin müxtəlif formada işgəncələrə
məruz qalması və ya öldürülməsi repressiya dövrünü şərtləndirən əsas məsələ idi.
Eyni zaman kəsiyində başqırd ədəbiyyatının Daut Yultiye, Qabdulla
Amantay, Qubay Dövlətşin, Tuxvat Yanabi, İmay Nasıri, Muslim Marat, Xusain
Kunakbay, Şaqar Şaraf, M.A.Burunqalov və b. kimi şair və yazıçıların repressiya
qurbanına çevirilməsi bir daha təsdiq edir ki, yaşadığı coğrafi ərazidən asılı
233
olmayaraq keçmiş sosialist respublikası deyilən SSRİ-nin təzyiqi, təsiri olan bütün
türk xalqları 1930-cu illərin ağrılı-acılı günlərini yaşamağa məhkum edilmişdir.
Başqırd sovet yazıçısı, dramaturqu, jurnalisti və ictimai xadimi olan Daut
İsxakoviç Yultiyev 1893-cü ildə aprelin 6-da hazırkı Orenburq əyalətinin Yulta
kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndinin
mədrəsəsində alan yazıçı sonralar bir müddət elə Yulta kəndində müəllim işləyib.
Bundan sonra məktəb XX əsrin ortalarında dəyişdirilərək yazıçının adını
daşımışdır. Hazırda isə həmin məktəb Dauta Yulty kitabları, xalq geyimləri, habelə
yazıçının uşaqlıqda yatdığı çarpayı, əşyalarının da saxlandığı və onun adını daşıyan
muzeydir.
Birinci Dünya müharibəsində və vətəndaş müharibəsində (qırmızılar
tərəfində) iştirak etmişdir. 1920-ci ilə qədər RKP (b) Tok-Suran kanton
komitəsinin hərbi komissarı və katibi olmuşdur.
Yulti ilk əsərlərini 1908-ci ildən yazmağa başlamışdı. Sovet vaxtı təbliğat
və publisistik mətnlər yazırdı. Onların arasında fəhlə və kəndli və Lenin haqqında
haqqında şeirləri xüsusi yer tutur. V. İ. Leninə həsr olunmuş “Ağlama” şeirini
nümunə göstərə bilərik. Yultinin nəsr formasında yazdığı “Qan” (“Kan”) tarixi-
inqilabi romanı, “Qaragül” dramı, “Kopanses” və “Salavat” pyesləri sovet dövrü
başqırd ədəbiyyatının dəyərli nümunələri idi.
1921-ci ildən Daut Yultı Başqırdıstan qəzetinin redaktoru işləyib. 1921-ci
ilin sonunda o, Ümumrusiya IX Sovetlər Qurultayına nümayəndə seçilir, V. İ.
Leninlə görüşüb söhbət edir.
1926-cı ildə Qırmızı Professorlar İnstitutunu bitirmişdir. O, Sov.İKP (b)
strukturunda çalışmış, ədəbi, publisistik və fəal işlərlə də məşğul olmuşdur. 30-cu
illərdə. “Oktyabr” (indiki “Agidel”) jurnalının redaktoru olub. Başqırdıstan MSSR
Yazıçılar İttifaqının təşkilində iştirak etmişdir
Sanki Əhməd Cavad həyatı yaşayan ədib 1937-ci ildə başqırd burjua
millətçisi kimi repressiyaya məruz qalıb, 1938-ci il iyulun 10-da Ufada güllələnib.
1956-cı ildə isə bəraət almışdır.
1978-ci ildə Ufada, Lenin küçəsi 2-də Daut İsxakoviç Yultiyevə həsr
olunmuş xatirə lövhəsinin açılışı oldu.
Ufanın Orconikidzevski rayonunda küçə Daut Yuptinin adını daşıyır.
XX əsr başqırd ədəbiyyatının nümayəndələrindən olan, tatar və başqırd sovet
şairi, ədəbiyyatşünas və folklorşünas alim, ictimai xadim Qabdullah Amantay və
ya tam adı ilə desək, Qabdulla Sahipgareeviç Amantaev 23 dekabr 1907- ci ildə
Samara quberniyasının Buzuluk qəzasının Verxniy Kunakbay, indi Orenburq
vilayətinin Krasnoqvardey rayonunda anadan olmuşdur.
10 yaşında ikən onu Hüseyniyyə mədrəsəsində oxumağa başlayır. 1917-ci
ildə orada oxuyarkən Daut Yultı və Şeyxzadə Babiçlə tanış olur. Daha sonra
234
Orenburq şəhərində yerləşən Başqırd Xalq Təhsili İnstitutunda, 1928-1931-ci
illərdə Leninqrad Fəlsəfə və Dilçilik İnstitutunun Şərq fakültəsində təhsil alıb.
Saqit Aqışla, Musa Cəlillə dost olan Qabdulla Amantayev 14 yaşında
Tuksoran kanton komsomol komitəsinin katibi olur.
1921-ci ildə Qabdulla Orenburqda Başqırd Xalq Maarif İnstitutunun tələbəsi
olur. 1927-ci ildən Komsomol Mərkəzi Komitəsinin tatar-başqırd bürosunun məsul
redaktoru, Başqırd vilayət komsomol komitəsinin mətbuat şöbəsinin müdiri
vəzifələrində çalışır.
1926-1928 “Yaş Yuksıp” adlı tatar gənclərinin qəzetinin, sonralar
“Başqırdıstan Yaştare” başqırd qəzetinin redaktoru olur. Başqırd dilinin lüğət və
dərsliklərinin tərtibində fəal iştirak etmiş, başqırd filologiya elminin
təşkilatçılarından
olmuşdur.
Onun
elmi
əsərləri
milli
ədəbiyyatın
müəyyənləşdirilməsi prinsiplərinə, başqırd folklorunun və ədəbi dilinin
öyrənilməsi problemlərinə həsr olunub, Amantay tatar, türk, qazax və özbək
dillərini yaxşı bilirdi.
1932-ci ilin mayından II dərəcəli elmi işçi olmuşdur. IV SSRİ Elmlər
Akademiyası Özbəkistanda cədidçilik hərəkatının tarixinə dair kollektiv işdə
yaxından iştirak etmişdir. İnqilabdan əvvəlki özbək və tatar dövri mətbuatından
material toplamışdır.
İnqilabdan əvvəlki özbək və tatar dövri nəşrlərinin ərsərə gəlməsində rolu
olmuşdur. SSRİ Yazıçılarının I Qurultayının Başqırdıstan nümayəndəsi idi. İlk
şeiri tatar dilində yazdığı “Olmaz” “Başqırdıstan” qəzetində dərc edilmişdir.
Bundan başqa, onun tatar dilində yazdığı “Kənd oğlanları” (1928), “Balakay
dostlara” (1928), “Tırış Vəli” (1928), “Su kənarında” (1930), “Çynayak” (1931)
kitabları da məlumdur. "Ev heyvanları" (1935), "Ala qarğa " (1935), "Nağıllar"
(1936), “Şeirlər” (1938), “İllər keçir” əsərlərini müəllif ömrünün sonlarına yaxın
yazmışdır.
1933-1936 - Başqırd Milli Mədəniyyət Elmi-Tədqiqat İnstitutunun
direktoru, "Oktyabr" jurnalının redaktoru vəzifəsində çalışmışdır. Onun “Mübarizə
nəğmələri” adlı ilk şeirlər toplusu 1927-ci ildə işıq üzü görüb. Qabdulla Amatayın
sağlığında ümumilikdə 9 kitabı çap olunub.
1933-1937-ci illərdə Qabdulla Amantay Başqırd Milli Mədəniyyət Elmi-
Tədqiqat İnstitutunun ilk direktoru vəzifəsində çalışıb. Sonralar
Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və
Ədəbiyyat İnstitutu kimi tanındı. 1934-cü ildə Başqırdıstan Sovet Yazıçılar İttifaqı
yaradıldı və Amantai İttifaqın idarə heyətinin sədr müavini seçildi.
1937-ci ildə başqırd burjua millətçisi kimi repressiyaya məruz qalıb.
Məhkəmə onu əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edib. Onun
ölüm tarixi müəyyən edilməyib. İş materiallarında hələ də Qabdulla Amantayın
235
1944-cü il martın 30-da ölümü haqqında saxta arayış var. Mikayıl Müşfiq həyatı
yaşayan ədib 1938-ci ildə 30 yaşında “xalq düşməni” adı ilə qətlə yetirildi. Ancaq
bu qısa müddətdə də Amantay qeyri-adi bir iş gördü: doqquz şeir kitabı, bir
monoqrafiya nəşr etdi, beş folklor toplusu, başqırd ədəbiyyatı və dili üzrə bir neçə
dərslik tərtib etdi, bir çox elmi məqalələr nəşr etdi.
O, 1957-cı illərin sonunda ölümündən sonra bəraət qazanıb.
Hazırda Ufada, Lenina küçəsi, 2 ünvanında ağ mərmər üzərində qızılı
hərflərlə belə bir mətn var: “Bu evdə 1933-1937-ci illərdə görkəmli başqırd şairi,
alim və ictimai xadim Qabdulla yaşayıb.”
Başqırd filologiya elminin banilərindən biri, istedadlı alim, alovlu şair,
böyük ictimai xadim qısa, lakin son dərəcə zəngin və canlı bir ömür yaşamışdır.
“Biz” adlı ilk şeri 1921-ci ildə “Başqırdıstan” qəzetində dərc olunub. Gənc
şair şeirlərində sovet gənclərinin yeni həyat quruculuğundakı fəal rolunu tərənnüm
edir, ölkədə baş verən böyük tarixi dəyişiklikləri əks etdirir, sənaye-kolxoz
respublikasına çevrilmiş doğma Başqırdıstanın portretini canlandırır, Artıq 1928-ci
ildə nəşr olunmuş “Mübarizə nəğmələri” şeirlər toplusuna əsasən onun poetik
kredosunu müəyyən etmək mümkün olmuşdur.
Amantai ədəbiyyatda və uşaq yazıçısı kimi tanınır. “Balaca dostlar”,
“Zəhmətkeş Vəli” kitabları. “Çayda”, “Boz qarğanın nağılı”, “Kubok”, - Ev
heyvanları” kiçik oxucular arasında populyarlıq qazanmışdır. Qabdulla Amantay
ədəbi tənqid sahəsində sanballı əsərlər qoyub getmişdir. Daut Yulty və
yaradıcılığının maraqlı araşdırmalarına sahibdir
Başqırd şifahi və poetik yaradıcılığı. Onun “Folklorun sinfi xarakteri”,
“Folklor və ədəbi dil”, “Folklor və bədii ədəbiyyat”, “Başqırd folklorunun
janrları”, “Başqırd atalar sözləri haqqında” məqalələri başqırd folklorunda
müəyyən rol oynamışdır. Amantay hərtərəfli inkişaf etmiş bir insan idi, tatar, türk,
qazax və özbək dillərini yaxşı bilirdi.
1930-cu illərdə Qabdulla Amantai “Babıç və onun yaradıcılığı” mövzusunda
müdafiəyə namizədlik dissertasiyası hazırlayırdı. Düşmənlər onun azadlıq eşqinə
və fəaliyyətinə görə qisasını almaq fürsətini əldən vermədilər. 1937-ci ildə
Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Başqırdıstan Vilayət Komitəsinin
bürosu düşmən Priqojinə münasibətdə siyasi səhvə yol verdiyinə görə onu
institutun direktoru vəzifəsindən kənarlaşdırmaq qərarına gəldi, məsələlərdə
Dostları ilə paylaş: |