Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə269/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   265   266   267   268   269   270   271   272   ...   431
Anjuman Boku (6)

Biz dünyaya sülh diləyən xalqıq, 
Özbək uludur, Özbəkistan böyük dövlət. 
Dünya əhli bizim üçün nümunədir, 
Gəl, yaşayaq,Vətən üçün, Vətən üçün (2, s.5) 
Şairin “Söz səadəti” şeir kitabı 2021-ci ildə Daşkənddə çap olunmuşdur. 176 
səhifədən ibarət bu kitabda şairin yaradıcı qələmindən çıxan müxtəlif ruhlu şeirlər 
yer tapmışdır. Hər kəsə məlumdur ki, şeirdə bir ruh, hikmət olmalıdır. Ruhsuz, 
hikmətsiz şeir insanın bədii zövqünü oxşamır, ona təsir etmir. “Oyanmış dil” kitabı 
isə şairin yaradıcılığında maarif ruhunu və mənəvi-mistik mövzuları özündə bir-
ləşdirən yeni topludur. 
Göründüyü kimi, Mahmud Tahirin poetik yaradıcılığı olduqca zəngin və 
rəngarəngdir. Bütün şairlər üçün sevgi, vətən, valideyn, sadiq dost mövzuları eyni 
dərəcədə müqəddəsdir. Mahmud Tahir yaradıcılığında da bu mövzular milli və 
bəşəri xarakter daşıyır. Eyni zamanda, bu poetik nümunələr müəllifin tərcümeyi-
halına, arzu və istəklərinə uyğun keyfiyyətlərlə şərh olunur: 
Bulud səmada, su kölgədə, 
Ay qaranlıq gecədə, 
Canım anam, ruhum haradadır? 
Özünüz üçün yaşadınız? 
Mahmud Tahir özünün fərqli və fərdi üslubu ilə seçilir, doğrudur ki, “fərdi və 
fərqli üslub olmasa, sənətkarın ədəbi obrazı olmaz”. O, səmimi, sadə, ən əsası isə 


582 
ürəyinin rənginə – sözünə, səsinə, avazına uyğun üsluba malikdir. Onun poetik səsi 
təvazökar, şövq və özünə inamla doludur. Şair öz şeirlərində ürəyindən keçən və 
qarşılaşdığı fərqli və rəngarəng situasiyaları, mənzərələri pərəstişkarlarına təqdim 
edir. Məhz bu səbəbdən şair şeirlərində dilinin gözəlliyini, ahəngini qorumağı 
bacarır. Hər qəlbdə bir yeni sözün olduğunu anlayan şair duyduğu, hiss etdiyi 
gözəllikləri misraların, dördlüklərin köməyi ilə ətrafa yayır. Dördlük şəklində və 
hikmətli şeir yazmaq şairin fərdi üslubuna xas olan əlamətlərdir. Şair bu misralarda 
hikmətli söz deməyə, fikir xəzinəsini dörd misra ilə ifadə etməyə çalışır. O, dördlü-
yü müdrikliyin mənbəyi kimi qiymətləndirir. Fikrimizi aşağıdakı şeir təsdiq edir:
Dilin hikməti dörddə, 
Dörd misra yüz mənadan azdır. 
Dörd misrada dörd məna varsa, 
Bu, şairin indiyə qədər yandırdığı
ən parlaq şamdır. 
Mahmud Tahir həm də təbiətə yaxın şairdir. Onun lirikasında dağlarda, 
dərələrdə güclü küləklər əsir, onun şeirlərində reyhan ətri yayılır. Şeirlər və onlarda 
təsvir olunan hadisələr, mənzərələr şair istedadının şirin meyvələri hesab olunur: 
Aydın hisslərlə dolu ürəklər, 
Ümid qəlblərdə dərin kök salıb. 
Qara budaqlar, ağ çiçəklər, 
Bu dünya ətirlərlə doludur, 
Bahar gəldi. 
*** 
Hər əlində baharın şən şərabı, 
Hər dildə baharı tərifləyin. 
Göydə gülür bahar günəşi, 
Lalə sevgisi yansın, 
Bahar gəldi (5) 
Mahmud Tahir yaradıcılığında xalq üslubuna xas olan nəsr və nəzm 
qarışığından mükəmməl şəkildə istifadə edir, bununla da oxucularını ovsunlayır, 
onların diqqətini bir an belə yayındırmır. Hər şeydən agah olan şair bəzi şeirlərində 
sanki, heç nə bilmirmiş kimi çıxış edir. “Məndən məni soruşma” şeiri Mahmud 
Tahir yaradıcılığında xüsusi yer tutur: 
Mən daşların diliyəm, 
Mən ruhun çiçəyiyəm 
Mən bu dünyanın xalçasıyam, 
Məndən məni soruşma. 
 
Mən yoldayam, 


583 
Susuz bir səhradayam, 
Mən otam, mən şahinəm, 
Məndən məni soruşma (3) 
Şeirin hər misrasında lirik “mən” özünü müxtəlif hadisələrlə müqayisə edir. 
Hər bənddə “Məndən mənisoruşma” şəklində qələmə alınan dördüncü misra 
özündə inkarlıq bildirir.Hər bir sənətkarın mənəvi, ədəbi və ictimai obrazı onun 
əsərlərinin yetkinliyi və uzunömürlülüyünü təmin edir. Mahmud Tahir də bir çox 
şeirləri ilə oxucularının qəlbində yaşayır. O, insanların ürəyini dinləyir, orada din-
şədiyi səslərini əks-sədasını qələmə alır. Şair qələmə aldığı şeirlərdə qarışqalardan, 
bir ovuc torpaqdan, ən xırda otlardan tutmuş Vətənin, doğma kəndi Pankərtin geniş 
mənzərələrinə qədər bütün təbiət hadisələrini, təbiət lövhələrini əks etdirir. Şairin 
yaradıcılığında müxtəlif güllərin –lalə, nanə, reyhan, dağ, dərənin, torpağın təsviri 
və bu təbiət obrazlarının insan taleyi ilə bağlılığı geniş yer tutur. Təbiətin gözəlli-
yinə heyran olan anda, əlbəttə ki, söz artıq, qələm isə zəif olur: 
Uzatdım əlimi kəpənəyə, 
Qanadlar bir dua yazdı. 
Kəpənək dua zamanı edilən hərəkəti – açıq əli xatırladır. Poetik detallar 
arasında belə bir məcazi yaxınlığı ancaq şairin süzgün baxışı, duyan qəlbi görüb 
hiss edə bilər.
Şair üçün təxəyyül vacib amildir. Eyni zamanda, dilin gözəlliyi, ahəngdarlığı 
lirikanın əsas ünsürləridir. Mahmud Tahirin şeirləri belə axıcı, ahəngli, müdrik və 
həyati-fəlsəfi səciyyəsi ilə fərqlənir. Qeyd edək ki, “Mükafat cənnətdən gəlməz”, 
“Mahmud, yolunuz səvabla dolsun” kimi bir çox misralarda şair əxlaqi-didaktik 
məfhumlardan səvab və günah, haqq və batil, dürüstlük və yaltaqlıqdan bəhs edir. 
Natəmizlik, alçaldılma və köləlik kimi anlayışları izah edir. Onun lirik qəhrəmanı 
günahlarına tövbə edər, yaxşı əməlləri ilə qürrələnməz.
Mahmud Tahir məhəbbət mövzulu şeirlərində olduqca səmimidir. Bu 
şeirlərdə ürəyi yanan aşiq dərddən oxumağa başlayır. Şair yaradıcılığında yer alan 
belə misralar ürək parçalayır: 
Aşiqin ürəyində çox arzular var, 
Sevgisiz qəlbdə yalanlar çoxdur. 
Eşqdə, sevgidə dəlilik, ayıqlıq və xəstəlik olduğunu deyən şair bu dərdinə 
məlhəm axtarır və sual verir: “Eşqə düşmüş insanın məlhəmi varmı?” Şair 
şeirlərində özünü aşiq kimi qələmə verir. Şeirlərində çox vaxt Şərq müdriklərinin 
sözlərini, yığcam atalar sözlərini istər bütöv kompozisiya daxilində, istərsə də ayrı-
ayrı bəndlərdə və ya ikilik şəklində yazır. 
“Ümid gecəsi” adlı kiçik kitabında şairin qəmli iniltisi, ağrılı fəryadı var. Bu 
şeirlərdə o, ananın işıqlı dünyanı tərk edərək əbədi səfərə getdiyinə dair bir dün-
yəvi hissi ifadə edir. Müəllifin fikrincə, həyatın günəşi anadır. Hər səhər dağların 


584 
arxasından doğan günəş həyatı salamlayır, insanların qəlbini işıqlandırır, onlara 
səbr, şükür və zikr etməyi öyrədir. Mahmud Tahirin şeirləri də belədir – Anaya, 
ataya hörmət, dinc həyata, bu həyatın gözəlliklərini duymağa və qədrini bilməyə 
bir çağırışdır:
Bismillah, hər şeydən əvvəl 
Anam qəlbimin saf incisidir. 
O mənim cənnətimdir,
O mənim yerimdir, 
Can verdi canımın zərgəri. 
Daha əvvəl yazılmış şeirlərin kompozisiyasına əsaslanan bu əsər mahiyyətcə 
dialoq xarakteri daşıyır. Burada şair doğmaları, təbiəti, bütün varlığı, əsasən də 
valideynləri ilə ünsiyyət qurur.
Məlumdur ki, klassik şərq ədəbiyyatında, xüsusilə qəzəl janrında son bənddə 
şairlər təxəllüslərindən istifadə etməklə qəzəlin kimə məxsus olduğunu vurğulayır 
və təsdiq edirdilər. Bu hal ədəbiyyatda möhürbənd adlanır. Mahmud Tahir də 
klassik ədəbiyyatda mövcud olan bu ənənədən ilhamlanaraq, şeirlərinin son 
misrasında öz adını qeyd edir: “Mahmud, sən heç bir könülə çıraq olmazsan”, 
“Mahmud bu torpağın vətənidir”,“Mahmud bu qədim həqiqəti hər zaman təkrar 
edir”.
Mahmud Tahirin əməyi Özbəkistan dövləti və xalqı tərəfindən yüksək 
qiymətləndirilmişdir. Şair 2001-ci ildə “Əmək Şöhrəti” ordeni ilə təltif edilmiş, 
2005-ci ildə isə Özbəkistanın xalq şairi adına layiq görülmüşdür. 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin