Adabiyotlar:
1.
elib.buxdu.uz
2.
“Yurt” jurnali, 1-son. 1917-yil 1-iyun. Qo‘qon adabiyot muzeyi fondi.
3.
Oʻzbekistonning yangi tarixi, 2-kitob [Oʻzbekiston sovet mustamlakachiligi
davrida], T., 2000
ATİLLANIN 452-ci İL ROMA YÜRÜYÜŞÜ
Əsgər Zeynalov
Atilla dünyanın ən güclü və istedadlı sərkərdələrindən biri olmuşdur.
Fransız, rus, erməni qaynaqları nə qədər qısqanclıqla, kinlə qərəzlə yanaşsalar da,
nə qədər həqiqəti danmaq istəsələr də, Atillanın sərkərdəlik istedadı, artıq
salnamələrdə, əsələrdə, xronikalarda tarixə çevrilmişdi. Ən azı Priskosun,
Akviyanlı Prosperin, Jordanın və digərlərinin əsərlərində tarix həqiqətlər müəyyən
dərəcədə öz əksini tapmışdır.
Xristian alimləri nə qədər dini təəssübkeşliklə Atillanı qəddar, qaniçən kimi
təqdim etməyə, “Tanrının qamçısı”, “ Allahın qırmancı” adlandırsalar da,
tədqiqatçıların qeyd etdiyi kimi , o, Avropanın öz hökmdarlarından ondan əzazil,
zəhmsiz, qəddar olmamışlar.
Yox ki, az, Avropa imperatorlarının yarısı qədər əzazil olmamışlar.
Bəli, Kataloniya döyüşündən sonra Attila şimali İtaliya səfərinə hazırlaşırdı.
Fransız qaynaqlarında göstərilir ki, 452-ci ilin yazında Attila Alp dağlarını
keçib Akibeni, uzun mühasirədən sonra elə bir çətinlik çəkmədən Padunu,
Vezononu, Milan və Raveni ələ keçirir. Vəziyyət Roma üçün ümidsiz görünür və
822
III Valentin danışıqlar aparmağı qət edib, qərara alır. O, 452-ci il iyun ayının 11-də
Papa II Leonun başçılığı altında bir konsul və bir referent (dövlət xadimi-Ə.Z.)
göndərir. Attila müqaviləni imzalayır. Böyük bir qənimət və qüvvə ilə geri qayıdır.
Fransız qaynağında o da qeyd olunur ki, Attilanın qoşunları bir az zəifləmişdir. O,
elçiləri də hədələyir ki,əgər Honogiya cehizini verməsə, gələn il yenə gələcəkdir.
(fr.vikipediya.org /viki/ Attila/
Rus qaynaqlarında bu məlumat bir az fərqlənir. Burada Roma papasının
katibi Prosperin xronikasında yazdığı qeydlərə əsaslanıb bildirilir ki, papa Leo
tanınmış romalılar Aviena və Frigetdiyanın müşayəti ilə hunların başçısı ilə
görüşür və Dunay tərəfə getməsini məsləhət edir. Eyni zamanda göstərilir ki,
Roma Papası Attila ilə əsirlər barəsində də müzakirələr aparmışdı. Bu qaynaqda
qeyd olunur ki, Attilanın İtaliyadan getməsinin səbəbi İdasionolun müasir xronika
xəbərlərində məlumat verilir. (ru. Vikipediya. Org./viki/Attila/
Azərbaycan qaynaqlarında da bu barədə maraqlı məlumat verilir.
Qaynaqların birində göstərilir ki, Attila qısa hazırlıqdan sonra ordunun gücünü
bərpa edərək 452-ci ildə Romaya istiqamət aldı və Roma imperiyası təşvişə
düşməyə başladı. O da xüsusi vurğulanır ki, Attila Roma qapılarının ağzına
çatanda Roma papası başda olmaqla onun yanına nümayəndə heyyəti göndərildi.
Attila bu heyyəti öz qərərgahında qəbul etdi. “Səni salamlayıram, Allahın bəlası”
deyərək Papa Attiladan Romanı bağışlanmasını xahiş etdi. Onu da bildirir ki,
Attila qoşunun şəhərə daxil olmaması üçün bütün şərtləri qəbul edir. Attila
İstanbula girmədiyi kimi, Romaya da daxil olmadı. Qaynaqda o da diqqətə
çatdırılır ki, Romada dünya memarlığının nadir inciləri, qədim dövrlərə aid
əlyazmalar kitabları var idi. Bunların məhvi dünya mədəniyyətinə böyük zərbə
olardı. Attila İskəndəriyyə kitabxanasının yandırılmasına səbəb olmuş
Makedoniyalı İskəndərdən, Yuli Sezardan fərqli olaraq bu incilərin yandırılmasını
istəmədi. Əsl türk böyüklüyünü göstərdi. Qaynaqda fikir belə yekunlaşır ki,
nəhayət Roma papası I Leo Attilanın qarşısında baş əyib onun başına tac qoydu və
onu Avropanın imperatoru elan etdi. Bunu Napaleon da düşünürdü və o da Attila
kimi papanın hüzuruna gətirdib ikinci Avropa imperatoru oldu. (az.
vikipediya.org./viki/Attila/
Cavad Heyyət də ertəsi il (452-ci il-Ə.Z.) Attilanın 100 minlik qoşunla
İtaliyaya hücumunu imperiyanın paytaxtı Rovenna şəhərini işğal etməsini,
imperator və senatı vəhşətə salmasını nəyin bahasına olursa olsun sülhə, barışığa
nail olmaq istəmələrini, bunun üçün məşhur Leonun başçılığı altında Attilanın
hüzuruna gəlməsini yığcam şəkildə təqdim etmişdir. C.Heyyətin əsərindən bəlli
olur ki, Valentinin göndərdiyi nümayəndə heyəti Leonun başçılığı altında gələn
nümayəndə heyəti Minsye çayının Po çayına töküldüyü yerdə görüşürlər.
Ordugahını qurmuş olan Attila bildirib və ondan Hunun himayəsi altına almağını
823
istədi. Bu əsərdə də qeyd edilir ki, Attila Lyetin təklifini qəbul edib, ordusu ilə geri
çəkildi və Sasanilərə hücum etməyi düşünərək dünya imperatoru olmaq arzusuna
düşdü (C.Heyət göstəriulən əsəri, səh.15).
Attilanı 452-ci ilin baharında Romaya hücumu və I Lionun onun görüşünə
gəlişi ilə bağlı fikirlər də öz müxtəlifliyi ilə seçilir.
R.Özdək də öz əsərində göstərir ki, Attilanın bu hücumlardan vahimə
içərisində olan saray, xalq, senat və kilsə, yəni papalıq, Hunhökmdarına xərac
vergisini açıqlamaqdan carə olmadığını düşündülər və bu şəkildə də qərar verdilər.
Rəfiq Özdəyin əsərindəki bir fikri xüsusi vurğulamaq lazım gəlir. O, yazır:
“Bu vəziyyət Kataloniya vuruşmasında kimin qalib gəldiyini də çox yaxşı
göstərirdi”.
Çox tutarlı və məntiqli fikirdi. Əgər həqiqətən 451-ci ildə Attila Katalan
döyüşündə məğlub olmuşdursa, guya əzilib tamamilə darmadağın olmuşdursa, bir
neçə aydan sonra o, necə özünü düzəldib, yeni belə bir ağır döyüşə cəsarət
etmişdir.
İkincisi, Attilanın bu hücumu adi bir şəhərə, əraziyə deyil xristian
dünyasının mərkəzinə idi. Əgər Qalliyada elə bir güc var idisə, doğurdan da o,
qalib olmuşdursa, bəs nə üçün Romaya köməyə gəlmirdi?
Bizcə o, özündə elə bir güc görmürdü. Attilanın qarşısına çıxa biləcək elə
bir qüvvə tapmırdı. O yerlərə bələd olanlar yaxşı bilirlər ki, Qaliya İtaliyaya
Attilanın məskunlaşdığı yerdən daha yaxın idi.
R.Özdəyin əsərindən aydınlaşır ki, Roma imperiyasının ən böyük
sərkərdələrindən, 451-ci il vuruşmasının əsas başçılarından biri Aetius
qarşılaşmanın imkansız olduğunu, hətta Valentinianusa italiyanı tərk etmək lazım
gəldiyini bildirir.
Bəli, sözün əsl mənasında “qar yağıb qapının ağzını almışdı”. R.Özdəyin
qeyd etdiyi kimi, Attila papalığın mərkəzi imperatorluğunun və bütün Avropanın
ən məşhur heykəllər şəhəri Romanın qapıları ağzında dayanır.
Roma imperiyasının başçıları xeyli daşınıb-düşünüb, fikirləşdikdən sonra
çox düzgün bir çıxış yolu tapırlar. Papa I Leonu Attilanın hüzuruna xahişə,
yalvarışa göndərib, bununla da Romanın dağıdılmasının qarşısını almaq.
R.Özdək bu hadisə ilə bağlı yazır: “Papa I Leonun başçılığı ilə onun yanına
böyük bir ricaçı heyət göndərilir. Attila bu heyəti qərərgahında qəbul etdi. Papa
Leo türk imperatoruna Roma imperatoru və bütün xristian dünyası adından
gəldiyini söyləyərək kimləri təmsil etdiyini sənədlərlə göstərdi, ən böyük sənəd isə
imperatorlar daxil olmaqla bütün xristian aləminin lideri olan papanın gəlməsi idi.
Papa Attiladan Romanın əhvini xahiş etdi və bunun müqavilində ilbəil xəracın
artırılacağını, Hun başçısının bütün şərtlərinə sözsüz əməl olunacağını bildirdi”.
824
Roma papası Leonun Hun imperatoru türk oğlu Attilanın hüzuruna gəlməsi,
fransız, rus qaynaqlarında sıx-sıx təsadüf olunan guya 451-ci ildə Attilanın Qaliya
döyüşündə məğlub olmaq fikrini alt-üst edir. Bu, xristian alimlərinin
uydurmasından başqa bir şey deyildir—bir daha təkrar edirik.
Roma papası Leonun imperiyanın nüfuzlu adamları ilə özünün Attilanın
hüzuruna xahişə, yalvarışa gəlməsi tarixin ən ümdə səhifələrinə yazılmış xristian
dünyasının həqiqətən artıq xoşagəlməz, acı, bəlkə də ən ləkəli yaddaşına
çevirilmiş, izlərindəndir.
Bəs, Roma papasının Attilanın hüzuruna gəlişinin əsas səbəbi nə idi?
Doğurdanmı oradakı heykəl və tarixi abidələrin dağıdılmasının qarşısının alınması
idi?
Bu suala R.Özdək çox inandırıcı şəkildə belə cavab verir: “Papanın gəlişinin
əsas məqsədi xristianlıq mərkəzinin yıxılmaması idi. Əslində bu Romanın təslimi
deməkdir və papa da bundan başqa bir şey söyləmir. Attila isə bundan başqa bir
şey istəmirdi.
Attila papanın yalvarışını qəbul etdi və Roma şəhərini işğal etmədi,
dağıtmadı, yandırmadı. 5 il öncə böyük Çəkməcəyə qədər gəldiyi halda İstanbulun
məhv olmasına yol vermədiyi kimi, indi də onun qədər böyük bir şəhər olan ən
böyük abidələrin kitabxanaların yerləşdiyi Romanı, bu şəhərin əsərlərini qorumuş
oldu”. Yəni, İsgəndəriyyə kitabxanasını yandırmış Yuli Sezarın elmə olan
hörmətsizliyini türk etmədi.
Attilanın Romada hücumu ilə bağlı Natiq Adilovun dissertasiyasında da
maraqlı fikirlər təqdim olunmuşdur. O, yazır ki, müasir macar yazıçılarından biri
belə bir fikir ortaya atmışdır. Onun fikrincə, Attilanın əsas niyyəti bütün millətlərə
öz dillərini, mədəniyyətlərini, ənənələrini qoruyub saxlamaq imkanına malik
dövlət qurmaq idi.
Dissertasiyada oxuyuruq “Macar əsilli ingilis yazıçısı Luis Devohi 1949-cu
ildə yazdığı “Dünyanın tac-taxtı” romanında göstərirdi ki, papa Leonun səyləri
nəticəsində onun fikrindən daşınması diqqətə çatdırılır—yəni Romaya hücum
etmir. Dünyaya meydan oxuyan Attila din qarşısında aciz qalır.
Əslində bu acizlik deyil. Bu, türklərin dahi Volterin vurğuladığı kimi başqa
dinlərə hörmətlə yanaşmasından irəli gəlirdi. Volterin yanaşması da belə olmuşdur.
1453-cü ildə İstanbulu fəth edəndə də II Sultan Məhəmməd Fateh də belə hərəkət
etmişdir. Belə ənənələr davam edirdi.
Rus qaynaqlarında da qeyd olunur ki, Attila bütün Avropanı birləşdirmişdi.
Attilanın papa I Leo ilə görüşündəki bir ifadəyə də münasibət bildirmək
lazım gəlir. I Leo Attilanın başına tacı qoyarkən dediyi söz “Allahın bəlası”.
Fransız qaynaqlarında da tez-tez bi ifadəyə də --Attilaya verilən ləqəbə
“Allahın bəlası” rast gəlmək olur. Rus qaynaqlarında həmişə Attila barəsində
825
deyilmiş “Allahın bəlası” ifadəsi sıx-sıx işlədilir. Bəzən də “Allahın qamçısı”
sözlərinə də təsadüf olunur.
Filologiya üzrə fəlsəfə doktoru Nadir Adilovun dissertasiyasında Attilaya
verilmiş “Allahın bəlası” ləqəbi ilə bağlı maraqlı bir əhvalat təqdim etmişdir.
N.Adilov həmin məsələ ilə bağlı yazmışdı: “1488-ci ildə Macarıstan salnaməsi adlı
kitabda “Tanrının bəlası” ləqəbini alması barədə bir hadisə qələmə alınmışdı.
Hadisə nədən ibarətdir? Attila Katalan döyüşlərinə gedərkən yolda Tərki-dünya
adlı bir şəxslə rastlaşdığı yazılır. Attila ona suallar verir. Onun cavabı isə belə olur.
“Sən mənim kimi insandan Tanrının fikrini soruşursan? Sən məndə elə bir
qabiliyyət görürsən? Dünyanı idarə edən Tanrı insanın əlinə qılınc vermişdi. Sən
Tanrının bəlasısan və sənin vasitənlə o, onun qaydalarını tərk edənləri
cəzalandıracaqdır. Bu söhbətdən sonra Attila ona verilən addan razı qaldığı
bildirilir”.
Engelsin dili ilə deyilsə orta əsrlərin son yeni əsrin ilk şairi dahi Aligeri
Dante isə Attilanı özünün məşhur “İlahi komediya”sında “Yer üzünün bəlası”
adlandırmışdı. Fransız, rus qaynaqlarında Dantenin Attilanı bu şəkildə təqdim
etməsi göstərilmişdi. Ancaq görkəmli şair Əlağa Kürçaylı bu dahi italyan şairinin
ölməz “İlahi komediya”sını dilimizə çevirərkən Atilanı “Odlu qamcı” kimi
göstərmişdi.
Orda boyun əyir bax, göylərin qəzəbinə
Attila, bir vaxt adı odlu qamçı sayılan
Hələ Pirr də, sekt də o yerdə dönə-dönə
Göz yaşları axıdır dayanmayır bircə an.
Görünür Ə.Kürçaylı qafiyəni uyğunlaşdırmaq üçün Attilanı Avropada
adlandırılan adların birilə təqdim etmişdi: “odlu qamçı”. Ancaq müxtəlif
qaynaqlarda Dantelin Attilanı “Yer üzünün bəlası” kimi adlandırması göstərilir.
“Erməni Sovet Ensiklopediya”sında da Attila haqqında yığcam, ancaq qərəzli
şəkildə məlumat verilmişdi. Bu mənbədə göstərilir ki, güya Attila 434-cü ildən
445-ci ilə kimi qardaşi ilə birlikdə hunların başçısı olmuşdur. Qardaşı Bledanı
qətlə yetirmiş, hakimiyyəti tək olaraq idarə etməyə başlamış, 451-ci ildə
Kataloniya döyüşündə məğlub olmuşdur. Ölümündən sonra hunlar müxtəlif
hissələrə parçalanmışdır. (Erm.Sov. Ensiklopediyası. İrəvan, 1974, səh.132.erməni
dilində)
Göründüyü kimi, Attilanın 434-cü il, 442-ci il, 447-ci il, 452-ci il qələbələri
barədə heç bir söz deyilmir. Xüsusilə Roma papası I Leo-nun Attilanın hüzuruna
gəlib, yalvarıb “diz çökməsi” bununla da xristian ocağının mərkəzinin dağıdılıb,
yerlə yeksan olmasının qarşısını alması dilə gətirilmir. Verilən hər iki məlumatın
heç biri həqiqətə uyğun deyildir. Yalnız bu fikirlər türklərə qarşı içdəki kin və
qəzəbin yazıya köçürülməsidir.
826
Fransız qaynaqlarında diqqət çəkən məlumtlardan biri də, Attilanın həmin
453-cü ilin martında dünyasının dəyişməsi məsələsi idi.
Attilanın ölümü ilə müxtəlif fikirlər mövcuddur, hətta rəvayətlər. Bununla
bağlı Natiq Adilov dissertasiyasında maraqlı bir epizoda təsadüf olunur.
Tədqiqatçının verdiyi məlumata görə, Lonrens Binyonun “Attila” əsərində
göstərilir ki, alovlu çıxış etmək qabiliyyətinə malik olmuş Attila bir dəfə kahinlə
görüşür və kahin ona bir qadın tərəfindən öldürüləcəyini bildirir, ancaq kim
olacağını demir. Əsərdə ya onun Honariya, ya da İldiko olduğu göstərilir.
Volterin “Millətlərin adətləri və düşüncə tərzi haqqında esse” əsərindən
aydın olur ki, Priskos və Jornandesin, xüsusilə ikincinin 1603-cü ildə ( 1703-cü
ildə əlavə olunmuşdur, görünür bu ikinci nəşridir – Ə.Z) nəşr olunmuş “Qotların
əsas tarixi” əsərindən istifadə edilmişdir.
Fransız ədibinin fikrinə münasibət bildirilərkən, öncə, onu xüsusi
vurğulamaq lazımdır ki, bu yazılan hadisə əldə olunan məlumatlara əsasən
həqiqətə qəti uyğun gəlmir. Volterin həmin fikri xristian təəssübkeşliyindən başqa
bir şey deyildi.
Şübhəsiz ki Atilla mövzusuna dönə -dönə qaydılacaqdır.
İstifadə olunmuş ədəbiyyat
•
Fransua Rable. Qarqantua və Pantaqruel . Bakı, “Öndər nəşriyyat”,
2005, 304 s, (Tərcümə edəni Əhməd Cavad, ön sözün müəllifi prof. Cəlil Nağıyev)
•
Cəlil Nağıyev. Qərbi Avropa ədəbiyyatı. Bakı “Elm və təhsil”
nəşriyyatı, 2019, 518 s.
•
Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış. İslamdan
əvvəl və islam dövrü Bakı, “Aspoliqraf”, 2009, 184 səh
•
Rəfiq Özdək Türkün qızıl kitabı, Bakı, “Yazıçı”, 1992, 184 səh.
(çevirənlər N.Yaqublu və Y.Şüküroğlu)
•
Cəvahirləl Nehru. Ümümdünya tarixinə nəzər. Bakı, “Gənclik”, 1986,
584səh. ( tərcümə edəni T.Paşazadə).
•
Rabelais. Gargantua et Pantagruel, Paris, “Larousse”, 1913, 227p
•
Théâtre de Voltaire, tome second. À Paris de l’imprimerie et de la
fonderie stéréotypes de Pierre Didot de l’ainé et Firmin Didot, 1801, 280p.
•
Voltaire. Essai sur les moeurs et l’esprit des nations. tome 1-2. À Paris
de l’imprimerie et de la fonderie stéréotypes de Pierre Didot de l’ainé et Firmin
Didot. 1817. 498p.
•
Voltaire. Essai sur les moeurs et l’esprit des nations. Paris, Bordas,
1990, 905p.
•
Erik Deşodt. Attila, Bakı, Altun kitab, 2020, 157 səh.
827
•
https.en.wikipedia org˃wiki˃Attila
•
https.fr.wikipedia.org˃wiki˃Atilla
•
fr.wikipedia.org/wiki/Empire hunnique
•
tr.wikipedia.org/wiki/Hunlar
•
fr.wikipedia.org˃˃wiki˃Huns
•
https://core.ac.uk
HYPERLINK
"https://core.ac.uk˃˃download˃˃pdf/"˃˃
HYPERLINK
"https://core.ac.uk˃˃download˃˃pdf/"download
HYPERLINK
"https://core.ac.uk˃˃download˃˃pdf/"˃˃
HYPERLINK
"https://core.ac.uk˃˃download˃˃pdf/"pdf
•
https//www.nationalgeografic.fr˃Attila-la-b˃Attila,le barbare
•
https//ru.wikipedia.org˃wiki˃гунны
|