250
fərqli mühitin insanlarını, onların düşüncələrini qarşılaşdırır, Qərb-Şərq
dilemmasının mahiyyətini açır.
Sonda Hocanın öz oxşarının, Venesiyalının yerinə keçməsi və onun
vətəninə, Venesiyaya qaçması da təkcə kimlik deyil, fikir, ideya axtarışının və
onun tapılacağı koordinatları göstərmiş olur. “Bir-birilərini tanıma, anlama
cəhdləri gedərək qarşılıqlı təsirlənmə, başqalaşma hətta bir-birilərinə çevrilməyə
qədər çatır. Bu iki fiqurun əldə etdiyi etdiyi nəticə elmi baxımdan uğursuzluqdur.
Kimlik axtarışı baxımından yanadıqda isə, bizə görə, Orxan Pamuk da aydınlığa
gedən yolun qaranlıqdan keçdiyini düşünməkdədir”. [4:215]
Qədim dastanlarda uşağa müəyyən yaşda, etdiyi qəhrəmanlığa görə ad
verilməsi ənənəsi vardır. Bu motiv transformasiya olunaraq yazılı mətnlərdə
müxtəlif formalarda istifadə olunmuşdur. Çingiz Aytmatovun “Ağ gəmi” əsərində
də taleyi qeyri-müəyyən olan uşağın adı olmur. Orxan Pamuk da “Bəyaz qala”da
süjetin diaoloji tərəflərinə hər hansı ad vermir, sadəcə Venesiyalı kölə və Osmanlı
hoca adlandırır. Bununla da yazıçı obrazlarını kimlik axtarışında olduqlarına işarə
edir. “Mən niyə mənəm?” [5:27]
fikri romanın ana tezisinə çevrilərək sirləri çözən açar funksiyasını icra edir.
Orxan Pamuk öncəki romanı “Səssiz ev”ə göndərmə edərək tarixçi obrazı
Faruq bəyin Qəbzədəki arxivdə XVII əsrə aid əlyazma mətninin tapması ilə
romanına başlayır. Romanın sonrakı hissələri birinci şəxsin təkində, Venesiyalı
kölənin dili ilə nəql edilir. Lakin romanın sonunda təhkiyəçi baxımından dəyişimi
görürük, əsərin venesiyalı kölənin yoxsa Hocanın nəql etməsi ziddiyyəti ilə qarşı-
qarşıya qalırıq. Bu da yazıçı olaraq Orxan Pamukun texniki yazarlıq bacarığının
göstəricisi kimi maraq doğurur. “Bəyaz qala”nın əlyazmasını iltalyan kölənin,
yoxsa Osmanlı hocasının yazdığını mən də bilmirəm”. [5:131]
Jak Derrida bütün mətnləri bu və ya digər dərəcədə bir-biri ilə bağlı
olduğunu, dünyanın sonsuz bir mətn olduğunu yazmışdır. “Mətnin özü bir çox
başqa mətnlərə istinad edərək heç vaxt eyni mətn olaraq qalmır. O, həmişə açıqdır,
sonsuzluğa potensial olaraq açıqdır, heç vaxt özünə və ya hüdudlarına çəkilmir.”
[2:36]
Orxan Pamukun romanında da müxtəlif bədii və elmi əsərləri
dekonstruksiya edərək qurduğu süjet xətttinə düzən Orxan Pamuk romana yazdığı
son sözündə istifadə etdiyi mətnlərin adını bir-bir çəkir. Orxan Pamukun “Bəyaz
qala” romanı türk postmodern romançılığına yeni dəyərlər qazandırmış əsərdir.
Burada Orxan Pamukun yazıçı kimi daima düşündüyü əsas mövzularından olan
Şərq-Qərb qarşıdurması məhz insanın kimliyinin axtarışı timsalında təsvir
edilmişdir.
Dostları ilə paylaş: