249
edərək
forma
və
məzmun
uyğunluğunu təşkil edən milli sintezi
gerçəkləşdirmişdir”. [1:28]
Qeyd etdiyimiz dəyişmə prosesinin ən böyük nümayəndəsi və yaradıcısı
Orxan Pamuk olmuşdur.
XX əsrdə, xüsusən də əsrin ikinci yarısında ən yaxşı
dünya romançıları miqyasına yüksələ bilən yazıçılar arasında türk yazıçısı Orxan
Pamuk imzası da vardır. Orxan Pamuk XX əsrin 80-ci illərindən başlayaraq
yeniləşməyə, transformasiyaya başlayan Türkiyə romanın əsas istiqamətverici
imzası olmuşdur.
Orxan Pamuk Türkiyə və ümumilikdə Türk dünyasının postmodern
romançılığının dünya miqyasında ən böyük təmsilçilərindən biridir. O, ilk romanı
olan “Cövdət bəy və oğulları”ndan başlayaraq hələlik son romanı “Vəba
gecələri”nə qədər əsərlərinin əsas obyekti Türkiyə və türk insanıdır. Özü də hər
zaman qürurla bir türk yazıçısı olduğunu, İstanbulu yazdığını bildirmişdir.
Orxan Pamukun nəsrində postmodern ənənənin oturuşması, intertekst, kollaj
və digər cərəyan elementlərinin sistemli istifadəsi baxımından 1983-cü ildə işıq
üzü görmüş “Bəyaz qala” romanı xüsusi əhəmiyyətə malikdir.
Bəyaz qala” romanında Şərq-Qərb qarşılaşması, bəzən də qarşıdurması
fonunda
insan şəxsiyyətinin, kimliyinin axtarışı əsas xətt kimi keçməkdədir.
Müxtəlif mətnlərin bəzən də alluziya şəkildə istifadə edilərək kollaj edildiyi
romanda başlıca motiv italyan (Venesiyalı) kölə ilə Osmanlı hocasının dialoqunda
üzə çıxır. Onların bir-birinə hədsiz bənzərliyi üzərində müəllif özünün ziddiyyətli
təhkiyə strukturu olan romanının kompozisiyasını qurmuşdur. Romanda lokal
çərçivədə fərdin özünün kimliyini, şəxsiyyətini itirməsi və durmadan onun axtarışı,
geniş kontekstdə isə Şərqlə Qərbin bir-birinə qarşılıqlı diffuziyası, xüsusən Qərbin
təsirləri ön planda təsvir edilmişdir. Osmanlı dənizçilərinə əsir düşən gənc
Venesiyalı kölə qısa zamanda oxuduğu kitablar, əldə
etdiyi biliyi sayəsində
həbsxanada hamının tanıdığı və hörmət bəslədiyi şəxsə çevrilir. Ona müsəlmanlığı
qəbul edərək azad olmağı təklif etsələr də, bununla razılaşmır. Bir növ kimliyi
uğrunda mübarizə aparır. Ona fiziki baxımından çox bənzəyən Hocaya qul kimi
verildikdən sonra əsərdə qarşılıqlı təsir, bir-birilərini dəyişdirmə mücadiləsi də
başlayır. Müəllif qərbli obrazın, onun düşüncələrinin yanında
duraraq Şərqin,
Osmanlının geriliyini, renessans keçirmiş Qərbin yanında axsadığını təsvir edir.
“Romanın sonunda mühasirə edilən Bəyaz qala (Doppio qalası) eyni zamanda,
Hoca üçün ələ keçirilməyən və ulaşılmayan (Sonda Osmanlı ordusunun bu cəhdi
məğlubiyyətlə bitir.) Qərblilik düşüncəsini rəmzləşdirəm metaforadır”. [3: 121]
Romanda dünya ədəbiyyatında, eləcə də Osmanlı arxivlərində yer alan
sujetlər, motivlərdən istifadə olunmuşdur. Əsərin böyük bir hissəsini Venesiyalı
kölə ilə Osmanlı hocasının dialoqları təşkil edir. Yazıçı obrazlarının timsalında
250
fərqli mühitin insanlarını, onların düşüncələrini qarşılaşdırır, Qərb-Şərq
dilemmasının mahiyyətini açır.
Sonda Hocanın öz oxşarının, Venesiyalının
yerinə keçməsi və onun
vətəninə, Venesiyaya qaçması da təkcə kimlik deyil, fikir, ideya axtarışının və
onun tapılacağı koordinatları göstərmiş olur. “Bir-birilərini tanıma, anlama
cəhdləri gedərək qarşılıqlı təsirlənmə, başqalaşma hətta bir-birilərinə çevrilməyə
qədər çatır. Bu iki fiqurun əldə etdiyi etdiyi nəticə elmi baxımdan uğursuzluqdur.
Kimlik axtarışı baxımından yanadıqda isə,
bizə görə, Orxan Pamuk da aydınlığa
gedən yolun qaranlıqdan keçdiyini düşünməkdədir”. [4:215]
Qədim dastanlarda uşağa müəyyən yaşda, etdiyi qəhrəmanlığa görə ad
verilməsi ənənəsi vardır. Bu motiv transformasiya olunaraq yazılı mətnlərdə
müxtəlif formalarda istifadə olunmuşdur. Çingiz Aytmatovun “Ağ gəmi” əsərində
də taleyi qeyri-müəyyən olan uşağın adı olmur. Orxan Pamuk da “Bəyaz qala”da
süjetin diaoloji tərəflərinə hər hansı ad vermir, sadəcə Venesiyalı kölə və Osmanlı
hoca adlandırır. Bununla da yazıçı obrazlarını kimlik axtarışında olduqlarına işarə
edir. “Mən niyə mənəm?” [5:27]
fikri romanın ana tezisinə çevrilərək sirləri çözən açar funksiyasını icra edir.
Orxan Pamuk öncəki romanı “Səssiz ev”ə göndərmə edərək tarixçi obrazı
Faruq bəyin Qəbzədəki arxivdə XVII əsrə aid əlyazma mətninin tapması ilə
romanına başlayır. Romanın sonrakı hissələri birinci şəxsin təkində, Venesiyalı
kölənin dili ilə nəql edilir. Lakin romanın sonunda təhkiyəçi baxımından dəyişimi
görürük, əsərin venesiyalı kölənin yoxsa Hocanın nəql etməsi ziddiyyəti ilə qarşı-
qarşıya qalırıq. Bu da yazıçı olaraq Orxan Pamukun texniki yazarlıq bacarığının
göstəricisi kimi maraq doğurur. “Bəyaz qala”nın əlyazmasını iltalyan kölənin,
yoxsa Osmanlı hocasının yazdığını mən də bilmirəm”. [5:131]
Jak Derrida bütün mətnləri bu və ya digər dərəcədə bir-biri ilə bağlı
olduğunu, dünyanın sonsuz bir mətn olduğunu yazmışdır. “Mətnin
özü bir çox
başqa mətnlərə istinad edərək heç vaxt eyni mətn olaraq qalmır. O, həmişə açıqdır,
sonsuzluğa potensial olaraq açıqdır, heç vaxt özünə və ya hüdudlarına çəkilmir.”
[2:36]
Orxan Pamukun romanında da müxtəlif bədii və elmi əsərləri
dekonstruksiya edərək qurduğu süjet xətttinə düzən Orxan Pamuk romana yazdığı
son sözündə istifadə etdiyi mətnlərin adını bir-bir çəkir. Orxan Pamukun “Bəyaz
qala” romanı türk postmodern romançılığına yeni dəyərlər qazandırmış əsərdir.
Burada Orxan Pamukun yazıçı kimi daima düşündüyü əsas mövzularından olan
Şərq-Qərb qarşıdurması məhz insanın kimliyinin axtarışı timsalında təsvir
edilmişdir.
Dostları ilə paylaş: