Foydalanilgan adabiyotlar:
1.
A’zamov A. Ro‘yo yoxud G‘ulistonga safar //Roman. – Toshkent, 2011.
308 bet.
2.
Boboyev T. Adabiyotshunoslik asoslari. – T.: O‘zbekiston, 2002, 465-
bet.
3.
Jahon adiblari adabiyot haqida/Ozod Sharafiddinov tarjimalari. – T.:
Ma’naviyat, 2010.
4.
Saidova B. Romanlarda tush ramzlar// Maqola. “O‘zbek tili va adabiyoti
jurnali”, 2016, 5-son.
5.
Saidova B. Uslubiy va g‘oyaviy hamohanglik //Maqola.
6.
Quronov D. Adabiyotshunoslik lug‘ati. – T., 2010.
DÜNYA ƏDƏBIYYATINDA DETEKTİV NƏSRİN FORMALAŞMASI
VƏ TƏKAMÜL MƏRHƏLƏLƏRİ
Seyidnisə Lətifli
Azərbaycan Milli Elmlər Akademiyası,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı
seyidnise.m@gmail.com
+994506530838
Ədəbiyyat və cəmiyyət bir-biri ilə harmoniya təşkil etdiyinə əsasən deyə
bilərik ki, sənət həyata estetik təsir bağışlayır. Bədii əsərlər həyat həqiqətlərindən
qidalanıb hadisələrə təsir göstərərək insanın düşüncə tərzini dəyişməsinə səbəb
olur. Yazıçılar hər hansı bir bədii nümunə ilə insan qəlbini, ruhunu yeni ideallar ilə
işıqlandırır, həyata baxış bucağını dəyişir. Nəticə də həyatdan alınmış hadisə bədii
təsvir və boyalarla yenidən həyata qayıdır. Cəmiyyətdə təzahür edən prosesləri
müxtəlifliyi, ziddiyyəti, sosiallığı, ictimailiyi və s. fərqli prizmalardan analiz etmək
mümkümdür. Təbiidir ki, tarixdə hər dövrü xarakterizə edən aktual problemlər
mövcud olmuşdur. Bu problemlərdən biri də dünyada baş verən cinayət hadisələri,
bu cinayətlərin araşdırılması, istintaq prosesinin həyata keçirilməsi, cinayətkarın
yaxalanması və ədalətin bərqərar olmasıdır.
Cinayət mövzusunun qədim dövrlərdən müasir zamana qədər mövcud
olmasının səbəbi bu problemin insan həyatında qorxulu iz buraxmasıdır. Tarixdə
cinayətin təcridən artması, zaman keçdikcə çoxalması və bu kimi hadisələr
653
ədəbiyyata təsirsiz ötüşə bilməzdi. Сəmiyyətdə əxlaq kodeksinin formalaşması
nəticəsində günahkarların cəzalandırması kimi məsələlər ön plana çıxdı. Hər bir
kəs öz günahına görə məsuliyyət daşımalı idi. Cinayət ilə bağlı süjet və elementlərə
qədim dövr ədəbiyyatında- antik ədəbiyyat, əfsanə və rəvayətlər, nağıllarda təsadüf
edilir. Bəşər tarixində cinayətin, öldürmənin kökləri Habil və Qabil qardaşlarının
hekayəsi ilə başlanğıc götürmüşdür. Yəhudiliyin müqəddəs kitabı olan Tanaxda
qeyd edildiyinə əsasən insanlıq tarixində ilk cinayət Qabilin Habili öldürməsi ilə
baş vermişdir. Bəşəriyyət müxtəlif sivilizasiyalardan keçsə də, texnologiya sürətlə
inkişaf etsə də cinayət faktoru daim dünyanın ən qaranlıq guşələrində mövcud
olmuşdur. Yunan və Roma mifologiyasında, hind və ərəb əfsanələrində müdrik
hakimlər günahkarı ifşa edib onu layiqincə cəzalandırırdılar. Məsələn, Yunan
mifologiyasında Teselyanın ən qədim qəbiləsi olan Lapitlərin kralı İksionun həyat
yoldaşının atası olan Deineusu öldürməsi və Heraya qarşı etdiyi sui-istifadəyə görə
Zevs tərəfindən cəzalandırılması, Tantalos oğlunu öldürməsinə və tanrılara qarşı
günah işlətməsinə görə aclıq və susuzluqla cəzalandırılmışdır. Bütün bu ünsürlər
ədəbiyyatda detektiv növün yaranmasına şərait yaratdı. Bir növ olaraq detektivin
nəsrin başlıca xüsusiyyəti bilinməyən və açıqlığa çıxarılması lazım bilinən
hadisənin izlərinin araşdırılması və sübuta yetirilməsidir.
Dünya ədəbiyyatında ilk dəfə olaraq detektiv nəsrin təməlini Amerika
romantizm ədəbiyyatının görkəmli nümayəndəsi Edqar Allan Poe (1809-1849)
tərəfindən qoyulmuşdur. Müəllif 1840-cı ildə yazmış olduğu “Morq küçəsində
qətl” əsəri ilə detektiv nəsrin banisi hesab olunur. Detektiv nəsrin ünsürləri bir çox
yazıçıların əsərlərində istifadə edilsə də Edqar Allan Po bütün bu ünsürləri öz
yaradıcılığında birləşdirdi. Müəllif yazmış olduğu əsərlərin əksəriyyəti qorxulu və
qotik üslubda yazılmışdır. Lakin o, yazmış olduğu 4 qısa hekayədə (“Morq
küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qızıl böcək”, “Oğurlanmış məktub” və s.)
özünəqədərki bütün detektiv nəsrin prinsiplərinə əməl edərək yeni növ detektiv
ünsürlər yaratmışdır.
Detektiv nəsrin mühüm əlamətlərindən biri böyük idraki əhəmiyyətə malik
olmasıdır. Detektiv mövzuda qələmə alınmış bədii əsərlər özünəməxsus struktura
malikdir: müəmmalı bir cinayətin aşkar edilməsi, faktların məntiqi təhlil ilə
izlənilməsi, ədalət və qanunsuzluq arasında toqquşma, ədalətin qələbəsi. Sirli
cinayətin araşdırılması prosesi bu nəsrin özəyini təşkil edir. Rus tədqiqatçısı
Nikolay Nikolayeviç Volski “Detektiv janrın nəzəriyyəsi və tarixinə dair iş” adlı
kitabında qeyd etmişdir: “Detektiv janrı əmələ gətirən əsas fakt tapmacanın
olmasıdır, süjetin inkişafının əsas hərəkətverici qüvvəsi budur” [3, s. 60].
XIX əsrin 40-90 cı- illər ərzində detektiv nəsr Avropa və ABŞ-da geniş
şəkildə işkişaf etdirildi. William Russel (İngiltərə), Uilyam Uilki Kollinz
(İngiltərə), Emil Qaborion (Fransa), Enn Ketrin Qrin (ABŞ), Artur Konan Doyl
654
(İngiltərə), Gilbert Kiyt Çesterson (İngiltərə) tərəfindən detektiv nəsrin nümunələri
yaradılmış XIX əsrin 40-ci illərində İngilis detektiv yazarlardan biri də William
Russel olmuşdur. O, bu növdə əsərləri yazarkən xüsusi imzalardan istifadə edirdi.
Müəllif 1856-cı ildə yazmış olduğu “Dedektiv polis işçisinin hekayələri”
(Recollection of a Detective Police-Officer) əsərində “Waters” imzasından, 1856-
cı ildə qələmə aldığı “Sahil mühafizəsinin nağılları” (Tales of the Coast Guard)
əsərində isə “Lieutenant Warneford, R.N.” imzasından istifadə etmişdir
(victorianresearch.org).
Uilyam Uilki Kollinz modern ingilis detektiv yazarlarından biri olmuşdur.
O, 1859-cu ildə “Ağ paltarlı qadın” və 1868- ci ildə “Ay daşı” detektiv
romanlarını qələmə almışdır. Onun yaratmış olduğu detektiv obraz olan Serjant
Kaf Edqar Allan Ponun yaratmış olduğu Düpen obrazı kimi eksentrikdir. Onun
detektiv nəsrinin əsas xüsusiyyətlərindən biri personajların xarakterlərini açarkən
fərqli obrazlardan istifadə edirdi və bu əsər gedişatında ona əlavə detalda ipucu
qoymaq şəraiti yaradırdı və bu nəsrin nəzəriyyə prinsipləri işlənib hazırlanmışdır.
Detektiv ifadəsini ilk dəfə 1878- ci ildə Amerikalı yazıçı Enn Ketrin Qrin
(1846-1935) tərəfindən istifadə olunmuşdur. Yazıçı Amerikada ilk detektiv əsər
yazan qadınlardan biridir. O, detektivin anası ləqəbi ilə məşhurlaşmışdı. 1878- ci
ildə onun ilk novellası olan “Lüvenuortun işi” (The Leavenworth Case) adlı
əsərinin çap olunması ilə Enn Ketrin Qrin beynəlxalq səviyyədə tanınmağa
başlamışdır.
1887-ci ildə detektiv nəsrdə yeni bir canlanma müşahidə edildi. İngilis
yazıçısı Artur Konan Doyl Şerlok Holms və Dr. Vatsona həsr etdiyi “Skarletdə
araşdırma” başlığı altında dörd roman və əlli altı hekayə dərc etdirdi. Onun
yazmış olduğu “Qorxu vadisi”, “Dördlərin işarəsi”, “Baskervillərin iti”, “Al-
qırmızı etüd” roman və hekayələrində Şerlok Holms obrazı ağıllı və məntiqi fikir
yürütməyi bacaran, iti zəkalı unikal bir fenomen olaraq təsvir edilmişdir.
Detektiv nəsrin ilk nəzəriyyəçisi görkəmli ingilis yazıçısı Gilbert Kit
Çesterson olmuşdur. O, ingilis ədəbiyyatında həm əsərləri, həm də tənqidi, fəlsəfi
ədəbi-nəzəri düşüncələri ilə iz qoymuşdur. O, detektiv əsərlərinin baş obrazı keşiş
Broun Ata olmuşdur. Onun “İnanılmaz əl sənətləri klubu” (1905), “Broun Atanın
cəhaləti” (1905), “Şair və dəlillər” (1929), və s. ədəbi nümunələr detektiv nəsr
nümunələridir.
1928-ci ildə Amerikalı detektiv yazar SS Van Dyne “Detektiv hekayələri
yazmaq üçün iyirmi qayda” adlı məqalə çap etdirmişdir. Bu qaydaları
ümumilərərək demək mümkündür ki, SS Van Dyne detektiv hekayəni oyun
adlandıraraq oyunun qaydaları olmalıdır fikrini irəli sürürdü.
1930-1940-cı illər də Amerikan ədəbiyyatında detektiv yeni növü sərt
detektiv meydana çıxmışdır. Qızıl əsrin detektivinə xas olan ünsürləri sərt detektiv
655
rədd edirdi. Onlar qeyd edirdi ki, bu dövrdə yazılmış əsərlər kiçik kənd və
şəhərlərdə cərəyan etdiyinə görə cinayətkarın yaxalanması ətraf mühitin yendən
əvvəlki mühafizəkar halına qayıtması demək idi. İngilis yazıçılarının əsərlərini
oxuyan Amerikalı yazarlar bu süjetin onların cəmiyyətinə aid olmaması fikrini irəli
sürdülər. Yazıçı Corc Qrella ümumi mənzərəni bu fikirlər ilə ifadə etmişdir: “Əsl
cinayətkarlar və real polislərdən ibarət dövrün həqiqi gərginliyini əks etdirən
əhəmiyyətli hekayələr aktuallıq kəsb etdi” [2,s. 20]. İngilis detektivində rasionnalıq
və nizam hökm sürürsə, Amerikan detektiv nəsrində nizamsız cəmiyyət və hər an
pozula bilən qaydalar əks olunurdu. Sərt detektivin əsası Kerol Con Deyli və Deşil
Hemmet tərəfindən qoyulmuşdur.
Keçmiş sovetlər ölkəsində isə detektiv kommunist ideologiyasının
tələblərinə cavab vermədiyindən ədəbiyyatda özünə mövqe qazana bilməmişdi.
Xarici detektiv əsərlərin tərcümə (E.Qaborio, U.Kollinz, A.Belo və s.)
olunmasından sonra da cəmiyyətdə bu növə maraq oyandı. Rusiyalı sosioloq və
ədəbiyyat tarixçisi Reytblat Abram İliç “Detektiv ədəbiyyat və rus oxucusu (XIX
əsrin II yarısı və XX əsrin əvvəli)” adlı məqaləsində rus detektivi ilə bağlı
məlumatlar
vermişdir:
“Detektiv
nəsr
tənqidçilərin
və
ümumilikdə
ədəbiyyatşünasların rəğbətini qazanmadı. Rus ədəbiyyatı çoxdan "öyrənməyə" və
"mənəviyyata" yönəlib, ona görə də cinayəti sadəcə təsvir etmək, oxucunu
hərəkətə cəlb etmək və ona maraqlı əyləncə vermək istəyi boş əyləncə, hətta
ictimaiyyətin mənəvi korlanması kimi qiymətləndirilirdi. 1860-cı illərdə və 1870-
ci illərin əvvəllərində yazılmış detektiv kitabların müəllifləri öz nəşrlərinin sənədli
xarakterini vurğulayaraq, başqa ədəbi ənənə ilə bağlanmağa çalışmışlar. Onlar bu
cür əsərlərini müstəntiq qeydləri adlandırırdılar. Məsələn: N.M.Sovolovskinin
“Ostroq və Həyat: (Müstəntiqin qeydlərindən), P.İ.Stepanova “Haqq və günahkar:
qırxıncı illərin müstəntiqinin qeydləri” [1, s. 130].
Tədqiqatımıza əsasən demək mümkündür ki, ümumi və nəzəri prinsiplərin
yaradılması bu istiqamətdə işlərin öyrənilməsinə geniş təkan vermişdir.
Dostları ilə paylaş: |