Xələfli A. A


Dielektriklərin elektrik keçiriciliyi haqda qısa məlumat



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   6   7   8   9   10   11   12   13   ...   168
geofiziki kesfiyyat usullari

 Dielektriklərin elektrik keçiriciliyi haqda qısa məlumat.
Məlumdur ki, dielektriklərdə atomlar, molekullar və ionlar sərbəst 
olaraq böyük məsafəyə hərəkət edə bilməz. Eyni zamanda hər bir 
dielektrikdə bir neçə zəif əlaqəsi olan yüklü hissəciklər var. Elektrik 
sahəsinin təsiri ilə bu hissəciklər nizamlı hərəkətə başlayaraq elektrik 
cərəyanı yaradırlar. Bu cərəyanın sıxlığı bir kub santimetrdə yüklü 
zərrəciklərin miqdarından asılıdır, yükün miqdarı və daşınma sürəti 
aşağıdakı ifadə ilə təyin olunur 
j=nqv 
n-1 sm
3
yüklü hissəciklərin sayı; q-zərrəciyin yükü; v-yükün 
zərrəciyin daşınma sürəti. 
Yüklü zərrəciyin daşınma sürəti elektrik sahəsinin gərginliyi ilə 
mütənasibdir 
j=nquE 
u-yüklü zərrəciyin yürüklüyüdür. 
Dielektriklərdə cərəyan təkcə ionlarla yox, elektronlarla da ola 
bilər. Məlum materiallar var ki, temperaturdan asılı olaraq cərəyanın 
daşınmasında həm ionlar, həm də elektronlar iştirak edirlər. Məsələn, 
yodlu mis aşağı temperaturlarda elektron keçiriciliyinə malikdir. 
250

C-də elektrik keçiriciliyində elektronla birlikdə ionlar iştirak 
edir. 400

C-dən yuxarıda elektrik keçiriciliyində yalnız ionlar iştirak 
edir. İon keçiriciliyində maddənin daşınması baş verir, bu Faradey 
qanununa əsaslanır. Elektron keçiriciliyi Holl effekti ilə təyin olunur. 
Holl effekti cərəyan keçən keçiriciyə maqnit sahəsi ilə təsir etdikdə 
keçiricinin üzlərində gərginlik yaranır. Bu gərginlik cərəyan şiddəti 
və maqnit sahəsinin gərginliyi ilə düz nümunənin qalınlığı d ilə tərs 
mütənasibdir 
V=RJH/d 
downloaded from KitabYurdu.org


21 
R-Holl sabitidir və cərəyanın daşıyıcılarının sayı n və yükün 
qiyməti q–dən asılıdır. 
Elektron keçiriciliyində R mənfi işarəli olur, deşik keçirici-
liyində isə müsbət işarəlidir. Holl sabitini bilərək heç bir çətinlik 
çəkmədən hissəciklərin mütəhərrikliyini və cərəyan daşıyıcılarını 
aşağıdakı ifadədən təyin edə bilərik 
R=1/nq və

=nqu 
Dielektriklərin ion keçiriciliyi təbii kristalda kristalın gövdəsini 
(karkas) təşkil edən əsas ionlardan əlavə, kristalın tərkibində başqa 
qarışıqların ionu, eyni zamanda qəfəsin defekt (zədə) yerlərindəki 
ionlar həmişə mövcud olurlar. Ona görə də kristalın ion keçiriciliyin 
hansı ionların təşkil etməsinə görə iki tipə ayırmaq olar: məxsusi 
(kristallik qəfəsin) və qarışığın ionları. Xüsusi keçiricilik kristallik 
qəfəsin əsas ionları ilə baş verir, əsasən yüksək temperaturlarda 
təzahür edir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin