XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə73/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   69   70   71   72   73   74   75   76   ...   97
Hazırladı: Əlisəmid Kür
KLASSİK HEKAYƏLƏR

KAMİLO XOSE SELA

Çevirdi: Mahir N. Qarayev

İspaniya Kral Akademiyasının üzvü (1957), ədəbi yaradıcılığı 1989-cu ildə Nobel mükafatına layiq görülmüş ispan yazıçısı Kamilo Xose Sela (1916-2002) XX əsr dünya ədəbiyyatında xüsusi çəkiyə malik “Arı yuvası” və “Paskual Duartenin ailəsi” romanlarının müəllifi kimi məşhurdur. Görkəmli sənətkarın bu iki əsəri ispan ədəbiyyatını yeniləyən romanlar sayılır.

Senzura yazıçının ilk romanına qadağa qoyduğundan “Paskual Duartenin ailəsi” kiçik tirajla Argentinada çap olunmuşdu. Lakin roman çox qısa müddətdə böyük populyarlıq qazandı. Müharibədən sonrakı nəsil bu kitabı “həyat dərsliyi” kimi mütaliə edirdi. Tək bircə faktı qeyd etmək yetər ki, artıq ispan ədəbiyyatının klassik əsərləri sırasına daxil edilmiş “Paskual Duartenin ailəsi” ayrı-ayrı ölkələrdə yüz otuz dəfə (öz ölkəsində səksən dəfədən artıq!) nəşr edilməklə bu günə qədər İspaniyada əcnəbi dillərə tərcümə olunmuş kitabların siyahısında birincidir.

Ümid edirik ki, yaxın vaxtlarda Kamilo Xose Selanın dünya şöhrətli romanları doğma dilimizə də çevriləcək. Hələliksə, yazıçının bir hekayəsini “Xəzər”in oxucularına təqdim edirik.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin