Əmir Kəbir
Melkum Xanın atası, Yaqub Xan Rusiyanın İrandakı səfirliyində tərcüməçi işləyirdi. O vaxt İranın çox ağılı və bacarıqlı bir baş naziri var idi. Bu adam, Əmir Kəbir İranın ilk universitetini, Darül-fününu tə’sis etmişdi. O, həmçinin, İranın dövlətçiliyinə və İslama böyük təhlükə yaradan babilərin üsyanını yatırmış, onların başçısını, özünü peyğəmbər e’lan etmiş bir adamı, Babı e’dam etdirmişdi. Düşmənləri şər ataraq onu Nəsirəddin Şah Qacarın gözündən salmışdılar ki, bu da nazirinin e’dam edilməsi ilə nəticələnmişdi. İranda Əmir Kabir haqqında bir seriyal var. Orada işarə olunmuşdu ki, bu nazirin e’dam olunmasında bu erməninin, Yaqub Xanın də əli vardı.
Kitabda Axundov barəsində yazılır:
Axundzadənin öz qarşısına qoyduğu məqsəd İslamı məhv edib, yox etmək olub. O, buna ədəbi fəaliyyəti ilə nail olmağa çalışırdı. Şübhəsiz ki, əlifba islahatı məsələsi Axundzadənin İslam dinini aradan qaldırmaq üçün göstərdiyi sə’ylərinin ayrılmaz bir hissəsidir.
Axundzadə ürəyində, İslama qarşı olan düşmənçilikdən başqa, həm də ərəblərə qarşı kin hissi saxlayırdı, onlara nifrət edirdi. Bunu onun iranlı Cəlaləddin Mirzəyə yazdığı məktubda görmək olar. O, yazırdı ki, “Mən indi bizim milləti ərəb əlifbasından azad etməyə çalışıram. Arzu edirəm ki, birisi də mənə qoşulsun və biz birlikdə sə’y göstərib xalqımızı ərəblərin mənfur, iyrənc adətlərinin buxovundan qurtaraq...”
Melkum Xan Londonda olanda iddia edirdi ki, o, İranda təzə bir din yaratmışdı. Dediyi sözə görə onun 80 min müsəlman ardıclı olmuş, onu peyğəmbər sanmışdı. Lovğalanırdı ki, o, tərəfdarlarından təşkilatın üzvlük haqqını yığırdı, elə ki bunun hesabına hədsiz miqdarda pul toplamış, varlanmışdı. Özünün tərcümeyi-halında həm də yazırdı ki, tərəfdarları ona “Ruh ul-Qüds” ləqəbini vermişdilər.
Əslində, bu ləqəbi ona Axundzadə bəxş etmişdi. Axunzadə bir məktubunda yazırdı ki, “Əla’həzrət Ruh ul-Qüds Mirzə Yaqubun oğlu Melkum Xandır. Ona bu ləqəbi mən vermişəm, o səbəbdən ki, onun risalələrini oxuduğumda böyük bir sevinc hissi keçirmişdim, vəcdə gəlmişdim”.
Qur’anda “Ruh ul-Qüds” Həzrəti İsanın ləqəbidir ki, o, orada göstərdiyi möcüzələri, ölüləri diriltməsi səbəbi ilə belə adlandırılmışdı.
Görünür ki, Axundov Melkuma bu ləqəbi verməklə demək istəyirdi ki, bu adam İsa peyğəmbər kimi ölüləri diriltmişdi. Yə’ni ki ədibin fikrinə görə müsəlmanlar “ölü” idilər və bu erməni onları “diriltmişdi”. Başqa sözlə, müsəlmanlar qəflət yuxusuna dalmışdılar, Melkum Xan isə gəlib, öz siyasi failiyyətləri vasitəsi ilə, onları bu yuxudan oyatdı.
Sonra Alqar yazır:
Axundzadə yazılarında Melkumu tə’rif edib, onun əsərlərinə yüksək dəyər verir. Bir məktubunda yazır ki, güya, Ruminin Məsnəvisi anlaşılmaz bir şey olduğu halda, onunla müqayisədə Melkumun risalələrinin üslubu gözəldir, onların kamilliyinə israr edir. Deyir, bu əsərləri Çin dilinə tərcümə etsələr, hətta onda da, onların mə’nası aydın və asan qavranılan olacaq.
Avropa mədəniyyətinin fitri bir üstünlüyə malik olduğuna inanaraq Axundzadə, bütün diqqətini İslam dünyasının “islahatına” çevirir. Melkum kimi o da, XIX əsrin çeynənmiş, bayağı bir nəzər nöqtəsini qəbul etmişdi. Bu nöqteyi-nəzərə görə Avropa və Asiya bir-birinə zidd və müqabil dünyalar, kürələrdir: elmin və mövhumatın, maarifin və geriliyin. Bu təzadların mücəssəməsi, onun Azəri türkcəsində yazdığı “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur” tamaşasındakı iki fərd olur. Tamaşada qəsd olunduğu kimi, axırda elm mövhumata qalib gəlir, zəfər çalır. Axundzadəyə görə mövhumat elə dinin eynidir. O, özünün bütün fəaliyyətlərində İslama olan düşmənçiliyini Melkumdan da daha açıq və aydın bir şəkildə nümayiş edirdi.
O, Avropanın tarixi hadisələri ilə tutuşduraraq, bəyan edir ki, İslamın islahata ehtiyacı var: “İslama günümüzə və zəmanəmizə uyğun bir “protestantlıq” lazımdır, ona gərəyi vardır”. Halbuki o, adətən, bundan da aşkar danışaraq göstərib ki, onun əsil məqsədi İslamın islahatı olmayıb, onun tamamı ilə aradan qaldırılmasıdır. Necə ki başqa bir yerdə yazır, “Mən belə düşünürəm ki, müsəlman xalqları arasında mədəniyyətin yayılmasının qarşısında duran əsas maneə və əngəl İslam və mövhumatdır. Ona görə qarşıma qoyduğum vəzifə bu dinin təməllərini dağıtmaq, mövhumatın kökünü kəsmək və Şərq xalqlarının cəhalətini aradan aparmaqdır”.
Melkum bir məktubunda ərəb əlifbasının çatışmazlıq və uyğunsuzluqlarından danışır, tə’kid edir ki, yeni əlifbanın yaradılması bütün müsəlman xalqları üçün labüd və zəruridir. O, orada həm də Axundzadə ilə 1863-ci ildə baş tutan görüşünü və onların bu məsələ haqqında məsləhətləşməsini və birlikdə hazırladıqları təkliflərini yadına salır.
O, dəfələrlə Axundzadəni mə’lumatlandırır ki, əlifba islahatına o səbəbdən e’tiraz edirlər ki, bu dinə zidd bir şeydir. Ülamalar buna qarşı çıxırlar. Deyirlər, “Bu yazı dinimizin ayrılmaz parçasıdır.”
Axundzadə Melkuma yazdığı məktubda “Kamalüddövlə məktubları”nın nəşr etməsinə sərf etdiyi sə’ylərdən danışır. O, əlifba islahatının uğurunu din əleyhinə olan bu əsərin ictimai fikrə buraxacaq tə’sirə bağlayır:
Bu yaxınlarda mənim dostlarım bunu çap edəcək və sonra Asiya və Afrikanın hər yerində intişar edəcəklər (yayacaqlar). Onda görərik, İstanbulun nazirləri dinlərini necə qoruyub saxlaya biləcəklər. Onda, şübhəsiz, onların dini məhv olacaq və axırda onlar bizim əlifbamızı qəbul etməyə məcbur olacaqlar. O vaxt sevinc və rifah onlara qismət olacaq. Onlar əvvəlki əməllərinə təəssüf edəcək və bizdən üzr istəyəcəklər.
Alqarın fikrinə görə Melkum Axundovun əsərlərindən ilhamlanaraq, səhnə əsərləri, tamaşalar yazmağa başlamışdı. Onun fikrinə görə, siyasi və fəlsəfi kitablardansa, islahatçı fikirlərin və siyasi görüşlərin təbliğatı üçün ən yaxşı vasitə belə məzəkəli, müsəlman məişətini tənqid edən, məsxərəyə qoyan tamaşalardır. Alqar yazır:
Melkum İstanbuldan Tehrana gedəndə, yolüstü, Tiflisdə Axundovun evində iki-üç gün qonaq qalır. Axundov onunla etdiyi söhbətləri qeyd edib öz şəxsi arxivində saxlayır. Melkumun din barəsində, onun bəşəriyyət üzərindəki zərərli tə’sirləri haqqında, səsləndirdiyi bə’zi fikirləri maraq doğurur.
Onun fikrinə görə peyğəmbərlərə və ilahiyyatçılara göstərilən ehtiram, nəticədə, bəşəriyyətin əqlə, şüura nifrət etməsinə gətirib çıxardır. Elə ki dinin tələblərinə görə biz, bakirə bir qızın İsanı doğduğuna inanmalıyıq, haçan ki elm və ağıl bunu təkzib edir, mümkünsüz sayır. Bəşəriyyətin uğuru və xoşbəxtliyi üçün insanın şüuru, həm Asiyada və həm də Avropada, özünün əvvəlki bağlarından, dini nəqldən, rəvayətdən azad olmalıdır. Onda insan oğlunun düşüncəsində və əməllərində, yeganə bələdçi və rəhbər əql və zəka olacaqdır.
Sonralarda Melkumun mason fəaliyyətləri Nəsrəddin Şahı təşvişə salır, qorxudur və o, bir qərara gələrək, bu adamı ölkədən xaric edir.
Melkum, vəzifədən çıxarıldığı vaxtlarda, Türkiyədə və Avropada qəzetlər buraxırdı, İran hökumətini pisləyən və məsxərəyə qoyan məqalələr yazırdı.
Ancaq bir müddət keçəndən sonra şah onu əfv edib İranın İstanbuldakı səfirliyində bir vəzifə verir. Daha sonra, 1862-də Melkum Londonda İranın səfiri kimi işləyir. Orada, bir xarici şirkət onu yeyinti, pul oğurluğunda ittiham etmişdi. Ancaq şah bu məsələdə də onun təqsirindən keçir.
Daha sonra şah onu İtaliyaya səfir tə’yin edir. Şah ona, hətta, şərəfli “Nizamül-Dövlət” ləqəbini də vermişdi.
Melkum 1908-ci ildə İtaliyada ölür.
Mən bunu belə başa düşünürəm ki, şah bu ermənidən çəkinirdi və onun qılığına girmək istəyirdi. O, başa düşürdü ki, Melkum bir bəladır, cəncəl adamdır və buna görə, onu yola vermək üçün, ağzını yumdurmaq üçün maaş, vəzifələr və nişanlar verirdi.
Axundov barəsində olan bir söhbət yadıma düşdü. Bir dəfə bir iş üçün Nizami muzeyinə getmişdim. Dəhlizdə bir nəfər qoruqçu, polis nəfəri oturmuşdu və Şeyx Məhəmməd Fazil Lənkəraninin şəriət hökmlərini izah edən bir kitabı əlində tutub, oxuyurdu. Onun yanında bir kişi də oturmuşdu. O, Bakının bir məşhur musiqiçisinin qardaşı idi. Dediyinə görə o, Bakıxanovun nəslindəndir. Bu adam, polis nəfərinə və mənə, arxivlərdə saxlanılan Axundovla əlaqəli maraqlı bir sənəd barəsində danışdı.
Qafqazın qubernatoru Sankt-Peterburqa yazdığı hesabatında deyirdi: “Abbas-qulu Bakıxanov çox millətpərəst adamdır, onu yüksəltmək, vəzifə vermək lazım deyil. M.F.Axundov isə, əksinə, millətinə, müsəlmana xain çıxan adamdır. Bu şəxsin Rusiya İmperiyasına xeyri dəyə bilər. Onu yüksəltmək, vəzifə vermək çox-çox məsləhətlidir”.
Bakıxanov, Axundovdan fərqli olaraq dindar adam olub. Onun təsəvvüfə aid yazmış olduğu bir kitabı da vardır. O, hələ gənc yaşında, Məkkə yolunda, həcc səfərində ölmüşdü.
Xaçpərəst Qərbin müqəddəs kitabları latınca, Qur’anı-Şərif isə ərəb hürufatı ilə yazılıb. Necə ola bilər ki, xaçpərəstlərin əlifbası yaxşıdır, müsəlmanlarınkı isə pisdir. Mən istəyərdim ki, bu məmləkətin rəhbərliyinə bir mərd adam gələydi və o, kafirlərin əlifbasını aradan götürərək, ölkədə müqəddəs Qur’anın əlifbasını bərpa edib, vətənpərvər vətəndaşları, müsəlmanları sevindirəydi.
Qərbin sionist mətbuatı, radio və televiziyası, özlərini müsəlmanların dostu kimi göstərərək, “Çin uyğurlara zülm edir”, deyib səs-küy qaldırır. Bu gün, Qərb aləmimin ağaları olan sionistlər, tibetliləri və uyğurları, bu milli azlıqları, təhrik edib, onları üsyana, Çindən ayrılmağa çağırır. Məqsədləri budur ki, bu tayfaları bəhanə edib, Çini daima təzyiq altında saxlayıb, onu İran məsələsində və buna oxşar başqa məsələlərdə İsrailin və Amerikanın tələblərinə tabe’ olmağa məcbur etsinlər.
Buna cavab olaraq mən deyə bilərəm ki, Çində yaşayan uyğurlar bizdən də, Türkiyə və Orta Asiya müsəlmanlarından da daha çox azaddırlar, çünki, ən vacibi, Çin dövləti onlara müsəlman əlifbasını saxlayıb, istifadə etmələrinə icazə verir. Azadlıq və müstəqillik buna deyərlər!
On-on beş il bundan qabaq məmləkətin ixtiyar sahibləri kiril əlifbasını latınla əvəz etmək fikrinə düşdülər, çünki onlar, artıq ağalarını dəyişiblər, indi daha Moskvaya deyil, Vaşinqtona xidmət etmək, qərbpərəst siyasət yürütmək istəyirlər. Yalandan e’lan etdilər ki, biz xalqın rə’yini bilmək istəyirik, qoy xalq özü desin, hansı əlifba daha məsləhətlidir? Halbuki, onlar özləri artıq çoxdan qərara gəlmişdilər. Bu dünyəvi rejimin istəyi ondan ibarətdir ki, hər hansı əlifba onun üçün məqbuldur, istər yaponunku olsun, istər çininki olsun, təki müsəlmanınkı olmasın.
O vaxt “Ramstore” dükanlar şəbəkəsi yiyəsinin, Rəmzi Koçun Azərbaycan Respublikası hökumətinə etdiyi bir müraciətini eşitdim. O, Türkiyənin ən varlı Koç ailəsinin bir üzvüdür. Türk sənayesinin böyük bir hissəsi Koçların əlindədir. Bunların əsli yəhudidir. Rəmzi Koç, bir dəfə, əsəbi şəkildə Türkiyə jurnalistlərinə demişdi, türklər məni tez-tez “yəhudi” adlandırmaqla, acığımı tutdururlar. Elə ki, axırda, mənim hövsələm tükənəcək, bütün şirkətlərimi bağlayıb İsrailə köçəcəyəm. Onda, mənsiz Türkiyənin bütün iqtisadiyyatı çökəcək.
Bu lovğa adam bizim rəhbər işçilərə müraciət edib dedi ki, əgər siz Türkiyədə işlədilən latın əlifbasını qəbul etsəniz, onda mən, şirkətlərimdəki 5000 köhnə yazı makinalarını Azərbaycan Respublikasına hədiyyə verəcəyəm. Bizim başqa vətəndaşlarımızı bilmirəm, ancaq bunun bu sözü mənim mənliyimə toxundu, onu təhqiramiz bir şey hesab edirəm.
Dostları ilə paylaş: |