Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 0,96 Mb.
səhifə12/14
tarix01.12.2016
ölçüsü0,96 Mb.
#550
1   ...   6   7   8   9   10   11   12   13   14

XII sinif

Riyaziyyat

Standart

İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:

Ədədlər və əməllər

Qanunauyğunluqlar və cəbr

Həndəsə və fəzanın dərki

Göstəricilərin təhlili, ehtimal və statistika


Riy.XII.1. Şagird praktiki işdən irəli gələn problemləri həll edə bilər.

Riy.XII.2. Şagird mülahizə-əsaslandırmanın müxtəlif üsulundan istifadə edə bilər.



Riy.XII.3. Şagird funksiya/funksiyalar ailəsinin xassələrini tədqiq edə və müəyyənləşdirə bilər və bu xassələri kontekstlə münasibətdə interpretasiya edə bilər.

Riy.XII.4. Şagird problemin modelləşdirilməsi və analizi üçün diskretiv riyaziyyatın elementlərindən istifadə edə bilər.


Riy.XII.5. Şagird fiqurun və onun elementlərinin ölçülərini tapa/

qiymətləndirə və

praktiki problemlərin həlli zamanı istifadə edə bilər.

Riy.XII.6. Şagird müstəvidə fiqurların həndəsi çevirmələrini xarakterizə edə və onlardan həndəsi problemlərin həlli üçün istifadə edə bilər.


Riy.XII. 7. Şagird məsələni həll etmək üçün göstəriciləri əlverişli formada təqdim edə və interpretasiya edə

bilər.


Riy.XII.8. Şagird təsadüfiliyi ehtimal modeli vasitəsi ilə təsvir edəm bilər.

Riy.XII.9. Şagird kəmiyyətlərin analiz edə və nəticələrə nail ola bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: ədədlər və əməllər

Riy.XII.1. Şagird praktiki işdən irəli gələn problemləri həll edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Praktiki işdən və elmlərin müxtəlif sahələrindən irəli gələn müxtəlif problemləri həll edərkən ədədlərlə əlaqəli alqoritmlər barədə mülahizə yürüdür;

  • Üstlü və loqarifmik funksiyaların xassələrindən praktiki işdən və ya elmin müxtəlif sahələrindən irəli gələn hesablamalarla əlaqədar məsələlərin həlli zamanı istifadə edir (məsələn, zəncirvari göstərilmiş faiz hissəsi, biologiya və fizikada entropiya, informasiyanın həcmi, radioaktiv parçalanma və tarixləndirmə metodları);

  • Ölçünün dəyişməsinin təsviri zamanı müvafiq şkaladan (məsələn, loqarifm şkalası) seçir və istifadə edir.

Riy.XII.2. Şagird mülahizə-əsaslandırmanın müxtəlif üsulundan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Ədədlər nümunəsinin qaydalar və kəmiyyət mülahizə nümunələri haqqında və bir və ya bir neçə şərtin, məhdudiyyətin və yaxud mümkünlüyün zəiflədilməsi-aradan götürülməsi ilə onun nəticəsinin analizini həyata keçirir;

  • Ədədlərin xassələri və ya ədədi qanunauyğunluqlar haqqında ümumiləşmə, analogiya ilə əldə edilmiş nəticələri və ya hökmləri (o cümlədən, riyazi induksiyadan istifadə etməklə) əsaslandırır;

  • Kəmiyyət və ölçü ilə əlaqəli mülahizə nümunəsi üzərində mülahizə həddinin və nəticə hissəsinin tənqidi analizini həyata keçirir.

İstiqamət: Qanunauyğunluqlar və cəbr

Riy.XII.3. Şagird funksiya/funksiyalar ailəsinin xassələrini tədqiq edə və müəyyənləşdirə bilər və bu xassələri kontekstə nəzərən interpretasiya edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Öyrəndiyi funksiyalar ailəsinin aşağıdakı xassələrini təsvir və müqayisə edir: təyin oblastı və qiymətlər çoxluğu, köklərin və ekstremumun nöqtələrinin mümkün miqdarı, ədədi çoxluğun və artım/azalmanın aralıqları, dövrilik, asimptotik davranış, qrafikin həndəsi xassələri; kontekstlə münasibətdə bu xassələri interpretasiya edir;

  • Uyğun qrafiki, cəbri metodlardan və texnologiyalardan funksiyanın xassələrini (təyin oblastı və qiymətlər çoxluğu, köklərin və ekstremumun nöqtələrinin mümkün miqdarı, ədədi çoxluğun və artım/azalmanın aralıqları, cütlük-təkliyi, dövrilik, asimptotik davranış, qrafikin həndəsi xassələri) müəyyən etmək üçün istifadə edir. Kontekstlə münasibətdə bu xassələri interpretasiya edir;

  • Funksiyanın parametrlərinin dəyişilməsinin funksiyanın xassələrinə nə kimi təsir göstərdiyini təsvir edir; kontekstlə münasibətdə bu hadisəni interpretasiya edir;

  • Modelləşdirmə və problemin həlli zamanı öyrənilmiş funksiyalar və onların xassələrindən istifadə edir.

Riy.XII.4. Şagird problemin modelləşdirilməsi və analizi üçün diskretiv riyaziyyat elementlərindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Modelləşdirmə, qərarın əsaslandırılması, düsturların alınması, kombinator məsələlərin həlli zamanı iterasiya, rekursiya və riyazi induksiyadan istifadə edir;

  • Modelləşdirmə və məsələnin həlli zamanı qrafalardan, ağacvarı diaqramlardan və onların xassələrindən istifadə edir.

İstiqamət: həndəsə və fəzanın dərki

Riy.XII.5. Şagird fiqurun və onun elementlərinin ölçülərini tapa/

qiymətləndirə və praktiki problemlərin həlli zamanı istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Fəza fiqurunun həcmini tapır;

  • Optimallaşmanın bəzi problemlərinin həlli üçün fəza fiqurunun ölçüləri arasında funksiya asılılığından istifadə edir (o cümlədən real vəziyyətdə müvafiq məsələlərdə; məsələn, silindrik formalı açıq konserv qutusunun hazırlanmasına Sm2 material xərclənir. Onun xətti ölçüləri necə olmalıdır ki, onun həcmi ən böyük olsun?);

  • Həndəsi qaydaları isbat etmək və ölçüləri müəyyənləşdirmək üçün vektorlardan istifadə edir;

  • Həndəsi ehtimalı müəyyənləşdirmək üçün fiqurun ölçüləri və onlar arasında əlaqədən istifadə edir.

Riy.XII.6. Şagird müstəvidə fiqurların həndəsi çevirmələrini xarakterizə edə və onlardan həndəsi problemlərin həlli üçün istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müstəvidə fiqurun həndəsi çevirməsini Dekart koordinatları vasitəsi ilə təsvir edir;

  • Koordinatlarda verilmiş həndəsi çevirmənin mümkün tipinin adını çəkir (paralel köçürmə, təpə nöqtəsi ilə münasibətdə mərkəzi simmetriya, koordinat oxlarına nəzərən ox simmetriyası).

İstiqamət: Göstəricilərin təhlili, ehtimal və statistika

Riy.XII. 7. Şagird məsələni həll etmək üçün göstəriciləri əlverişli formada təqdim edə və interpretasiya edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Göstəricilərin təqdiminin uyğun qrafiki formalarını seçir, öz seçimini əsaslandırır, cədvəl/diaqramlar qurur və sadələşdirir;

  • Cütləşdirilmiş göstəricilər üçün pərakəndəlik diaqramını yaradır, keyfiyyətcə onun formasını təsvir edir (hansısa xəttin məsələn, düz xəttin, parabolanın, sahədə konsentrasiyası), ən yaxşı uyğunluq xəttini qurur;

  • Tezliyin paylaşdırılmasını həyata keçirir, onu qrafiki formada təqdim edir və onun formasını təsvir edir (məsələn, simmetrik/asimmetrik, maksimum/minimum nöqtələr).

Riy.XII.8. Şagird təsadüfiliyi ehtimal modeli vasitəsi ilə təsvir edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müstəqil və asılı hadisələri fərqləndirir, misallar gətirir və hadisələrin şərti ehtimallarını sadalayır;

  • Cəm və hasillərin düsturlarından istifadə etməklə mürəkkəb hadisələrin ehtimallığını hesablayır;

  • Çoxdəfəli qayıdışla eksperiment keçirir və bu eksperiment vasitəsi ilə qutunun tərkibini tərtib edir – fərqli topların miqdar nisbətlərini qiymətləndirir;

  • Seçim statistikalarının (median, orta qiymət, orta kvadrat əyilmə) müxtəlif tədqiqi və seçiminin paylaşdırılmasını qurmaq üçün simulyasiyalardan istifadə edir.

Riy.XII.9. Şagird kəmiyyətləri analiz edə və nəticələrə nail ola bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Verilmiş seçim üçün məsələni həll etmək üçün əlverişli və öz seçimini əsaslandıran ədədi xarakteristikalar seçir, seçilmiş xarakteristikaları qərar qəbul edərkən sayır və nəzərə alır;

  • Ən yaxşı uyğunluq xətti vasitəsi ilə göstəricilərin interpretasiya/ekstrapolyasiyasını həyata keçirir;

  • Seçim və sorğu nümunəsində yerdəyişməni tapa bilir, seçmə metodunun və seçmənin həcmi qərarların etibarlılığına necə təsir etməsi barədə düşünür;

  • Korrelyasiya əmsalını hesablayır və cütləşdirilmiş göstəricilər arasında xətti əlaqə haqqında düşünür.

Proqramın məzmunu

  1. Ədədlərlə əlaqəli hər hansı alqoritm (məsələ, Evklid alqoritmi).

  2. İnformasiya və kommunikasiya texnologiyaları ilə ədədi nəzəriyyələr arasında əlaqə.

  3. Loqarifmik şkala.

  4. Polinomial, qismət xətti, kvadrat/kub kökünə malik funksiyalar.

  5. Kvadrat kökün daxil olduğu birməchullu bərabərliklər.

  6. Variantların sadalanması üsulları və düsturları, kombinator düsturlar.

  7. İki çoxluğun Dekart hasili; iki çoxluq arasında təsvir, çevrilmiş təsvir, çoxluğun ön üzü.

  8. Qrafalar və ağacvarı diaqramlar: qrafanın müəyyənləşdirilməsi, qrafanın təsvirinin cəbri və həndəsi üsulları.

  9. Fiqurun ölçüləri arasında asılı funksiyası.

  10. Fəzada vektorlar, vektor hasili.

  11. Müstəvidə Dekart koordinatında həndəsi çevirmənin təsviri.

  12. Kubun, düzbucaqlı paralelepipedin, düzgün prizmanın, piramidanın və konusun yan və tam səthinin sahəsi və həcmi.

  13. Göstəricilərin toplanılması vasitələri: seçmə metodu, seçim və müsxtəlif düzülüş; seçmənin ədədi xarakteristikaları (median, orta qiymət, orta kvadrat əyilmə).

  14. Göstəricilərin düzləndirilmiş vahidlərinin kəmiyyət və keyfiyyət əlamətləri: cütləşdirilmiş göstəricilər. Korrelyasiya.

  15. Kəmiyyət və keyfiyyət göstəricilərinin təqdimi üsulları. Pərakəndəlik diaqramı, uyğunluq xətti.

  16. Ehtimal: şərti ehtimal, hadisənin müstəqilliyi; ehtimalın cəm və hasil düsturları; böyük ədədlər qanunu (tanışlıq qaydası ilə).

Riyaziyyatın gücləndirilmiş tədris statusu olan məktəblər üçün fənn kompetensiyaları

X sinif

Riyaziyyat

(gücləndirilmiş)

Standart

İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:

Ədədlər və əməllər

Qanunauyğunluqlar və cəbr

Həndəsə və fəzanın dərki

Göstəricilərin təhlili, ehtimal və statistika


Riy.güc.X.1. Şagird mövqeli sistemləri, həqiqi ədədlərin çoxluqlarını bir-biri ilə əlaqələndirə bilər.

Riy.güc.X.2. Şagird həqiqi ədədlər üzərində əməllər apara və onların nəticəsini qiymətləndirə bilər.

Riy.güc.X.3. Şagird mülahizə-əsaslandırmanın müxtəlif üsulundan istifadə edə bilər.


Riy.güc.X.4. Şagird funksiyaları və onların xassələrini real vəziyyəti modelləşdirilməsi üçün istifadə edə bilər.

Riy.güc.XI.5. Şagird funksiya/funksiyalar ailəsinin xassələrini öyrənmək üçün qrafiki cəbri metodlardan və texnologiyalardan istifadə edə bilər.

Riy.güc.X.6. Şagird modelləşdirmək və problemi həll etmək üçün diskretiv riyaziyyatın anlayışlar və aparatından istifadə edə bilər.


Riy.güc.X.7. Şagird vektorlar üzərində əməliyyatlar keçirə və onlardan həndəsi və təbiətşünaslıq problemlərinin həlli zamanı istifadə edə bilər.

Riy.güc.X.8. Şagird həndəsi qanunları isbat etmək üçün deduktiv/induktiv mühakimə edə və cəbri texnikadan istifadə edə bilər.

Riy.güc.X.9. Şagird müstəvidə fiqurların həndəsi çevirmələrini xarakterizə edə və onlardan həndəsi problemlərin həlli üçün istifadə edə bilər.

Riy.güc.X.10. Şagird fəza fiqurunu öyrənmək üçün fəza fiqurunun kəsikləri və proyeksiyalardan istifadə edə bilər.


Riy. güc.X.11. Şagird məsələni həll etmək üçün lazımi kəmiyyət və keyfiyyət göstəricilərini tapa bilər.

Riy.güc.X.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini tapa və onları qoyulmuş məsələnin həlli üçün əlverişli formada təqdim edə bilər.

Riy.güc.X.13. Şagird hadisəni ehtimal modeli vasitəsi ilə təsvir edə bilər.

Riy.güc.X.14. Şagird statistik və ehtimal anlayışları və prosedurlarından gündəlik vəziyyətlərdə istifadə edə bilər.

İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: ədədlər və əməllər

Riy.güc.X.1. Şagird mövqeli sistemləri, həqiqi ədədlərinin altçoxluqlarını bir-biri ilə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Həqiqi ədədin onluq mövqeli say sistemində verilməsinin interpretasiyasını və ya modeldən istifadə etməklə nümayişini həyata keçirir (məsələn, 1-dən kiçik müsbət həqiqi ədədlərin yaxınlaşmasını [0, 1] kəsiyinin ardıcıl bölüşdürülməsini həyata keçirir).

  • Sonsuz böyük və sonsuz kiçik ölçülər, onlar üzərində əməllər və əməllərin nəticələrinin interpretasiyasını həyata keçirir.

  • Rasional və irrasional ədədlər arasında onların mövqeli sistemlərdən istifadə etməklə yazarkən fərqlər barədə mülahizə yürüdür.

Riy.güc.X.2. Şagird həqiqi ədədlər üzərində əməllər apara və onların nəticəsini qiymətləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Həqiqi ədədlər üzərində əməllərə (həmçinin, qüvvət və loqarifm) malik ifadələri sadələşdirir və yaxud əməllərin xassələrindən, ardıcıllığından və onlar arasında əlaqədən istifadə etməklə onun qiymətini tapır;

  • Cəbri əməlin nəticəsini verilmiş dəqiqliklə tapır; əməllərin hədləri (həqiqi ədədlər) yuvarlaq nəticəsinin dəyişkənliyi və dəqiqliyi barədə mülahizə yürüdür;

  • Məsələnin kontekstini nəzərə almaqla nəyin - əməllərin nəticəsinin qiymətləndirilməsi, onun təqribiliyi və dəqiq qiymətinin tapılması daha əlverişli olduğunu seçir;

  • Həqiqi ədədlər üzərində yerinə yetirilmiş hesablamaların nəticəsinin adekvatlığını yoxlamaq üçün qiymətləndirmədən istifadə edir.

Riy.güc.X.3. Şagird mülahizə-əsaslandırmanın müxtəlif üsulundan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Məsələnin həlli zamanı və ya ədədlər haqqında sadə qərarları isbat edərkən əks ehtimal metodundan istifadə edir;

  • Eyler diaqramı vasitəsi ilə ədədlərin xassələri və ya ədədi qanunauyğunluqlar haqqında ifadələr arasında ümumi-xüsusi tipli yanaşmaları təsvir edir, deyilən arqumentlərin doğruluğunu yoxlamaq üçün bu üsuldan istifadə edir;

  • Kəmiyyət mülahizəsi nümunəsi əsasında mülahizənin xətti və nəticə hissəsinin analizini həyata keçirir, onun zəif və güclü tərəflərini qeyd edir (məsələn, verilmiş sənədlərdən hansı mülahizəni daha inandırıcı edərdi/daha da şübhə altına alardı?).

İstiqamət: Qanunauyğunluqlar və cəbr

Riy.güc.X.4. Şagird funksiyaları və onların xassələrini real vəziyyətin modelləşdirilməsi üçün istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Funksiyalardan və onların xassələrindən real prosesləri modelləşdirərkən istifadə edir;

  • Bu funksiyada təsvir olunan real proses/vəziyyət kontekstində funksiyanın sıfırlarını, funksiyanın maksimum/minimumunu interpretasiya edir;

  • Müstəvidə xətti optimallaşma metodlarından real vəziyyətlə bağlı məsələlərdə (məsələn, məhdud resursların effektiv istifadəsi məsələlərində) xətti funksiyanın maksimum/minimumunu axtararkən istifadə edir.

Riy.güc.X.5. Şagird funksiya/funksiyalar ailəsinin xassələrini öyrənmək üçün qrafiki cəbri metodlardan və texnologiyalardan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Funksiya qrafikinin həndəsi əlamətlərindən (məsələn, koordinat oxunun paralel xəttə nəzərən simmetrikliyi, koordinat başlanğıc münasibətində mərkəzi simmetriklik, paralel köçürmə münasibətində müxtəliflik) funksiyanın xassələrini müəyyənləşdirmək üçün istifadə edir;

  • Uyğun qrafiki, cəbri metodlardan və ya texnologiyalardan (triqonometrik, xətti, pilləvarı, göstəricili, loqarifmik) funksiyanın aşağıdakı xassələrini müəyyənləşdirmək üçün istifadə edir: artma/azalma, qiymətlər çoxluğu, dövrilik/dövr, köklər, ekstremumlar;

  • Funksiyanın parametrlərinin dəyişməsinin funksiyanın qrafikinə hansı təsir göstərdiyini müəyyən edir və təsvir edirsə.

Riy.güc.X.6. Şagird modelləşdirmək və problemi həll etmək üçün diskretiv riyaziyyatın anlayışlarından və aparatından istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Təsviri zamanı rekkurent qaydadan istifadə mümkün olan strukturları sadalayır (məsələn, ardıcıllıqlar, təsvirlər; o cümlədən) ; belə strukturu təsvir etmək üçün rekkurent qaydadan istifadə edirsə;

  • Qaydaların isbatı üçün müvafiq hallarda, riyazi induksiyadan istifadə edirsə (o cümlədən cəbri/həndəsi silsilə ilə bağlı bəzi düsturları almaq üçün);

  • (Variantları saymaq, planı/cədvəli qurmaq üçün, optimallaşmanın diskretiv məsələlərini həll etmək üçün ağacvarı diaqram və qrafalardan istifadə edirsə (hər hansı alqoritmdən istifadə etməklə).



İstiqamət: həndəsə və fəzanın dərki

Riy.güc.X.7. Şagird vektorlar üzərində əməliyyatlar keçirə və onlardan həndəsə və təbiətşünaslıq problemlərinin həlli zamanı istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Vektorun uzunluğu və istiqamətinin, vektorlar üzərində əməllərin (toplama, skalyar vuruq, skalyar/vektor hasil) onların xassələrinin həndəsi və fiziki interpretasiyasını həyata keçirir;

  • Həndəsi qaydaları isbat etmək üçün və müstəvidə ölçülərin verilməsi üçün vektorlardan istifadə edir;

  • Vektorları və vektorlar üzərində əməliyyatları əks etdirərkən Dekart koordinatlarından istifadə edir.

Riy.güc.X.8. Şagird həndəsi qanunları isbat etmək üçün deduktiv/induktiv mühakimə edə və cəbri texnikadan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Verilmiş həndəsi qərarlar arasında məntiqi əlaqəni məsələn, “əlaqəlik” tapır; deduktiv və induktiv mühakimədən istifadə edir;

  • Ayrıca həndəsi qaydaları ümumiləşdirir; hipoteziformalaşdırır və onu əsaslandırır/inkar edir (o cümlədən riyazi induksiyadan istifadə etməklə; məsələn, müstəvidə və fəzada Eyler düsturu);

  • Evklid həndəsəsinin aksiomatikasının nöqsansızlığı haqqında mülahizə yürüdür;

  • Həndəsi qaydaları isbat etmək üçün cəbri çevirmələrdən istifadə edir.

Riy.güc.X.9. Şagird müstəvidə fiqurların həndəsi çevirmələrini xarakterizə edə və onlardan həndəsi problemlərin həlli üçün istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Verilmiş həndəsi çevirmə (çevirmənin invariantları) zamanı dəyişməyən həndəsi fiqurların xarakteristikalarını sadalayır ;

  • Fiqur haqqında müxtəlif göstəricilərdən (məsələn, fiqurların ölçüləri, fiqurların təpələrinin koordinatlarını, fiqurların elementləri arasında cəbri nisbətlər) istifadə etməklə iki həndəsi fiqurun ekvivalentliyini verilmiş çevirməyə və ya çevirmə tipinə nəzərən əsaslandırır və ya inkar edir;

  • Fiqurun həndəsi çevirməsini (fırlanma halında yalnız dərəcə ilə) müstəvidə Dekart koordinatları vasitəsi ilə təsvir edir;

  • Koordinatlarda verilmiş həndəsi çevirmənin mümkün tipini (paralel köçürmə, təpə nöqtəsi ilə münasibətdə mərkəzi simmetriya, koordinat oxu ilə nisbətdə ox simmetriyası) göstərir.

Riy.güc.X.10. Şagird fəza fiqurunu öyrənmək üçün fəza fiqurunun kəsikləri və proyeksiyalardan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Fəza fiqurunun kəsiyinin mümkün forması barədə düşünür və fəza fiqurunun qeyd edilmiş kəsiklərini qurur;

  • Fiqurun proyeksiyasını verilmiş paralel proyeksiya zamanı tapır;

  • Fəza fiqurunun mümkün forması haqqında onun kəsik/kəsiklərinə əsasən mülahizə yürüdür;

  • Fiqurun mümkün forması haqqında onun çertyoju əsasında paralel proyeksiya zamanı mülahizə yürüdür.

İstiqamət: Göstəricilərin təhlili, ehtimal və statistika

Riy.güc. X.11. Şagird məsələni həll etmək üçün lazımi kəmiyyət və keyfiyyət göstəricilərini tapa bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Göstəricilərin toplanma üsullarından istifadə edə bilir (müşahidə, ölçmə, göstərilmiş respondentlər qrupunun hazır anketlə /sual vərəqəsi ilə sorğu edilməsi);

  • Statistik(o cümlədən təsadüfi) eksperiment həyata keçirilir və göstəricilər toplayır;

  • Göstəricilərin müxtəlif tarixi və müasir mənbələrini tədqiq edir və istifadə edirsə (məsələn, informasiya kitabçası, internet, kataloq və s.).



Riy.güc.X.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini tapa və onları qoyulmuş məsələnin həlli üçün əlverişli formada təqdim edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Keyfiyyət və kəmiyyət (qruplaşdırılmamış göstəricilərin təqdimini müvafiq qrafiki formasını seçir, öz seçimini əsaslandırır və cədvəl/diaqram qurursa);

  • Eyni kəmiyyət və ya keyfiyyət göstəriciləri üçün müxtəlif diaqramlar qurur və hər birinin nə dərəcədə əhəmiyyətli aspekt olduğunu və hər birinin hansı üstünlüyə malik olduğu barədə mülahizə yürüdür.

  • Göstəriciləri qruplaşdırır/düzür , qruplaşdırma/ düzmə prinsipləri barədə fikir yürüdür.

Riy.güc.X.13. Şagird təsadüfiliyi ehtimal modeli vasitəsi ilə təsvir edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Təsadüfi eksperimentin elementar hadisə məkanını təsvir edir, variantların sadalanması üsullarından istifadə etməklə hadisələrin ehtimallığını hesablayır (məsələn, ağacvarı diaqram vasitəsi ilə);

  • Təsadüfiliyi yaradan hər hansı qurğu vasitəsi ilə eksperiment keçirir və eksperimentin göstəriciləri əsasında (nisbi tezlik vasitəsilə) hadisənin ehtimallığını qiymətləndirir, nəzəri (gözlənilən) nəticə ilə empirik (eksperiment) nəticə arasında fərqləri ayırd edir;

  • Verilmiş sonlu ehtimal məkanı üçün təsadüfiliyi yaradan qurğunu təsvir edir, hansının ki, ehtimal modelini bu məkan təşkil edir, qurğunun dizaynını əsaslandırır.

Riy.güc.X.14. Şagird statistik və ehtimal anlayışları və prosedurlarından gündəlik vəziyyətlərdə istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Təcrübəyə malik olduğu statistik vəziyyətləri müzakirə edir (məsələn, əhalinin siyahıya alınması, seçkilər haqqında ictimai fikrin öyrənilməsi ), dərc olunmuş faktlardan / göstəricilərdən istifadə edir və verilmiş problem ətrafında mülahizə yürüdür (məsələn, ekoloji məsələlər haqqında);

  • Sığortada, sosial tədqiqatlarda , demoqrafiyada ehtimal modelləri haqqında fikir yürüdür.

  • Təbiətşünaslıqda və tibdə ehtimal –statistik modellərdən istifadə haqqında nümunələr gətirir, təsadüfilik mexanizmini təsiri vasitəsi ilə hadisələri təhlil edir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin