Yazıldı ömürlüyüm. Arada su saldı göz yaşları o xatirələrin üstünə. Ömrün küləkləri



Yüklə 0,65 Mb.
səhifə8/9
tarix16.02.2017
ölçüsü0,65 Mb.
#9075
növüYazı
1   2   3   4   5   6   7   8   9
Qol-qola girmişəm xatirələrlə,
Xatirə köçünə karvan kimiyəm.
İçindən keçdiyim dünya da mənsiz,
İçimdə yox olan dünyada yoxam.
Hamının içində hamıdan yalnız,
Mən bu yalnızlıqda hamıdan çoxam.
Nə səsim səslərə qarışan deyil,

Nə adım adların sırasındadır.


Hər yerdə yoxluğum gözümə dəyir,
Gözüm yoxluqların arasındadır.
Kor olmuş gözlərim heç nəyi görmür,
Hamının içində məni axtarır.
Yaş kimi içindən axıram hər gün,
Bəs məni görmürsə,
kimi axtarır?
Bu da tənhalığın nəm cizgiləri-
Qonub simlərinə bir quş oxuyur.
Atılan bir daş da o quşa dəyir,
Qan daman simləri yağışlar yuyur.
Ömür tənhalığın yağış nəğməsi,
Həyat da nağıldı- 
-Yağışlı nağıl!
Simlərdən süzülür buludun səsi:
-Sən tənha deyilsən,
yağışlar yağır!

Təbəssümüm ağrıyır............

Dodaqlarımda 
göz yaşlarının acı tamı,
aldığım hava da kədər dadır.
Nəfəsimlə kədər alıram,
ciyərlərimə çəkirəm kədəri.
Hər gün kədər 
döyür dodaqlarımı.
Dodaqlarım çat-çat,

çatından qan damır-


dodaqlarım ağlayır.
Dodaqlarımın ağısında
təbəssümüm ağrıyır.
Təbəssümüm ağrıyır-
bilirsən necə?
İlan qabığından
soyulan kimi,
dodaqlarımdan
soyuram təbəssümü.
Yer-yurd hamısı
dodaqlarımın 
qabıqlarıdır,
ayağıma ilişir
soyulmuş təbəssümlər.
Ayaqlarımın aldında
xıncım-xıncım əzilir
qabıq-qabıq gülüşlər.
Özüm də qabıqdan çıxıram,
soyulmuş təbəssüm kimi,
özümü ilan qabığı tək 
ilanların içinə atıram.
Ruhum göylərdən
mən adlı qabığına baxır,
ruhumun dodaqlarında
bir ilan təbəssümü-
Təbəssümüm ağrıyır.

NƏ QALDI Kİ...
Mənnən mənə nə qaldı ki...
Atlını atlar apardı,
quzunu qurdlar apardı,
bir dünya amanatım vardı-
onu da yadlar apardı.
Atlını atlar itirdi,
quzunu qurdlar yedi,
amanatı yadlar götürdü-
daha mənə nə qaldı ki...

İndi mənə qalanlar da-


gözlərimdə qara qorxu,
qara fikir, qara yuxu.
Başımın üstündə də
bir qara bulud uyuyur,
gözlərimdən seli daşan
o bulud hər gün oxuyur-
-Mənnən sənə bulud qaldı,
sənnən sənə nə qaldı ki...???

ÜRƏYİMDƏN KEÇİRSƏN...
Unutmuşam bu küçənin adını,
Fikirləşib tapammıram gör necə.
Nahaq yerə çox yoruram yadımı,
Bəlkə sənin adınadır bu küçə.
Hara baxsam, orda yerin görünür,
Söykəndiyin divar dibi boş qalıb.
Sükutuna bir daş atıb qaçmışam,
Sən getmisən, o atdığım daş qalıb.
Nə olsun ki, ürəyimdən keçirsən,

Heç olmasa bu küçədən keçəydin.


Deyirlər ki, bu küçədən köçmüsən-
Kaş ki, elə ürəyimdən köçəydin!

GÖMDÜM HEYY...
Zaman an-an anilikdən başladı,
Adəm oğlu canilikdən başladı,
Fani dünya fanilikdən başladı-
Fanilikdə faniliyə güldüm heyy!
Əcəl alıb, yer gizləyən adamam,
Yol üstündə yol gözləyən adamam,
Ay el-oba!
Mən siz deyən adamam-
Halınızı soruşmağa gəldim heyy!

Vaxt da elə aman kəsdi, qənim tək,


Yerə-göyə ömür böldü, tənim tək,
Biri vardı-biri yoxdu mənim tək-
Biri varı biri yoxda gömdüm heyyy!
Məndən gedən yollar...
Getdi.
Çəkdi məni də ardınca.
Getdim gözümün boyunca-
işıqdan qaranlığa,
genişlikdən darlığa-
Məndən yoxluğa.
Gözümün işlədiyi
hər yerə getdi,
yerdə itdi,

göydə ötdü.


Hara baxdımsa 
ordan keçdi.
Və məndən köçdü.
Məndən gedən yollar...
Məndən başqa
hər yerə getdi.
Məndən getdi-
mənə getmədi.

DƏYİŞİR
Keçdiyim yol da,
yaşadığım şəhər də,
getdiyim kənd də,
elə tanıdığım 
insanlar da dəyişir.
Dünən gördüklərim
başqadır bu gün.
Dünən gördüklərimi
tanıya bilmirəm indi.

Dünəndə bir qız qaldı


sarıca hörüklü,
gözləri ulduz.
İndi axtarıram,
hardadı o qız?
Hər şey dəyişib-
ağaclar da,
fəsillər də.
Əvvəllər fəsillər
dörd olardı-
indi bir fəsil var-
Qış fəsli.
Daş yağışının
altında
bir əsr var-
Daş əsri.
Dəyişə-dəyişə
bu dəyişikliyin içindən
o biri dünyaya keçəcəyəm.
Bu dünya məni bağışlasın,
bizi çox dəyişdirdi.
Mən də bu dünyanı 
dəyişəcəyəm.


Qara yara...
Sıyrılmış dizlərim,
cızılmış dirsəyim,
ağrıyan gözlərim,
çatı qanayan dodaqlarım,
dərdlərin havasına
dırnaq-dırnaq
dərd yazdığım yanaqlarım-
bu hələ gördüyün
yaralarımdı.

Görmədiyin 


yaralar da var
ürəyimin içində.
Ürəyim çibandır
canıma.
Canım ürəyimi
çiban çıxardıb.
Qan-qan deyirəm
dünyaya-
yaralarımla.
Mən başdan ayağa
qara yarayam.
Sadəcə bu yaranın
üstünü
bir solğun dəri örtüb.
Dərimin altında 
gizlənmişəm.
Eyy, köhnə dost,
eşidirsənmi...
Gördüyün yaralarıma
çox da ufuldama.
Görmədiyin
bir yara da var haa...
-Məni görürsənmi?

Gözlərimdə o uşaq,
o uşağın da
gözlərində mən.
Çoxdan ölmüşəm
o gözlərdə.
Məni yerdən
götürüb o gözlər
və qarasında
dəfn edib.
İndi o uşağın

gözlərindən baxıram-


o uşağa,
özümə.
Gözümü üfür
ay külək!
Çöp kimi
bir ölü düşüb 
gözümə.

KÖLGƏ HEYKƏLİ
Gördüyüm nə varsa, gözümdə şəkil,
Bütün şəkillərdə kölgə kimiyəm.
Mən dərdi çəkməmiş, dərd məni çəkir,
Kölgədə kölgəsiz heykəl kimiyəm.
Kölgə heykəliyəm,
yüyürən, baxan.
Danışan kölgəyəm, qaçan heykələm.
Üstümə qonanda, diksinir quşlar,
Quşların içində uçan heykələm.

Bir ömrü heykəl tək kölgəyə verdim,


Bir ömrün kölgə tək heykəli oldum.
Hamı ağıllandı məni görəndə,
Hamıya baxanda mən dəli oldum.
Mən də belə dəli,
kölgəsi heykəl,
Gün düşür üstümə, buzum əriyir.
Ürəyim əlimdən süzülüb gedir,
Dilimdə kölgəli sözüm əriyir.
Bulud kölgəsində düşürəm selə,
Kölgəli yağış tək axıram Allah!
Hamı adamlıqdan çıxırsa belə,
Daha heykəllikdən çıxıram Allah!

Addım səsləri
nəbz-nəbz atır
damarlarımda.
Qanım yeriyir-
səslər qanıma işləyir.
Və canımda hər gün
qanım işləyir.
Qanımı üyüdürəm
dəyirmançı kimi.
Üyünmüş qanımı

yeyir ürəyim.


Mən də ürəyimi yeyirəm.
Yeyilməkdən
ürək qalmayıb məndə.
Bir ovuc buğda 
qalıb üyütməyə,
bir qaşıq qanım
qalıb içməyə.
Bir-iki addım
səsim qalıb
yeriməyə-
Qanım yeriyir.
-Mən qan ocağıyam,
qansızların içində.

Bir vərəq də doldum.


Neçə vaxtıydı
boş-boş səhifələnirdim.
İndi...
dolu bulud kimi
çevrildim 
boş səhifələrin
üstünə.
Cümlələr bir ölü
buludun xatirəsi kimi.

Bir azdan...


xatirə yağışı
yağacaq üstümə.
Bir ölü bulud,
bir dolu vərəq
və yağışlar-
o ölü buludun
xatirəsi tək,
dolu vərəqdən
töküləcəklər payıza,
xəzana,
Mənə.
Mən də vərəğə...




Bir ömrü çoxdaaan
yaşayıb qurtarmışam.
Çoxdaaan xatirələrdə
dəfn olunmuşam.
Hər gün bir olü ağlayır
qəbrimin üstə.
Danlayır məni,
çağırır məni.
Onu tək qoyduğuma görə
qınayır məni.

Qəbrimin torpağı islanır


o ölünün göz yaşlarından.
O ölünün əlindən
qəbrimdə gizlənmişəm.
O ölünün göz yaşlarından
qəbrim çat-çatdır.
Bir gün də
o çatlardan
qəbrimə gün düşəcək.
O çatın görünən yerindən
bu ölü məni görəcək.
Və məni tapdığına
görə sevinəcək.
-Mən harda gizlənim?

HARASA...
Harasa gedirəm atlı, piyada,
Bitmir yolçuluqlar,
Yol üstündəyəm.
Bir ayağım burda, o biri gorda,
Elə tək ayaqlı gor üstündəyəm.
Mən gor adamıyam,
Gorgahı yoxluq.
Hayana baxıram, varı görmürəm.
Yarpaq tökümüdür, adam tökümü,

Adamdan tökülən barı görmürəm,


Bu boyda ömür də boşuymuş demək,
Olumdan ölümə boşdu əlimiz.
Bizim qədərimiz daşlara dönmək,
Kiməsə atmağa daşdı əlimiz.
Mən də daş atanam,
Sən də daş atan,
Şeytana daş atıb daşa dönürük.
Buluda, yarpağa, çiçəyə, ota-
Qanadlı, qanadsız quşa dönürük.
Göylər qatar-qatar quş yolu imiş,
Quşların saldığı yola yolçuyuq.
Ömür başdan-başa daş yolu imiş,
Daşlara yazılan gora yolçuyuq.
Harasa gedirəm,
Hara bilmirəm,
Gah göydə, gah yerdə yol axtarıram.
Yerdə daş yolunda daşa dönürəm,
Göydə quş yolunda gor axtarıram.

Profilimdə kədər cizgiləri-
cızıq-cızıqdı,
ürəyimin nəmli
telləri kimi...
O xətlərə qonur
heç vaxt yuvası
olmayacaq quşlar,
o quşların gözündə
yuva-yuva yaşlar.
Və o quşlar

ürəyimin tellərində


ağı oxuyurlar-
bir ağız nisgil,
bir ağız yuvasızlıq,
bir ağız ayrılıq.
Profilimdə kədər cizgiləri-
qocalmış qarı 
əlləri kimi
qırış-qırışdı.
O cizgilər
közü sönmüş ocaqların
küllüyünə çilənmiş
göz yaşları kimi
naxış-naxışdı.
Kədər naxışlarıdı-
ürəyimin əsim-əsim,
sim-sim telləri.
Daha...
daha-
kədərim də qocalıb.
Qocalıb
profilimdə kədər cizgiləri.

SƏNDƏN SAVAYI
İlahi, sən məni mənə çox görmə,
Mənim kimim var ki, özümdən başqa.
Üzümün üzü yox üzümdən ayrı,
Gözümün gözü yox gözümdən başqa.
Əllər də mənimdir, ayaqlarım da,
Ağzımdan soz çıxsa, sözün quluyam.
Yalan öldürürəm düzün yolunda-
Yalanlar içində düzün quluyam.
Addımım mənimdir,

baxışım mənim,


Özgə yerişlərə öyrəşmmirəm.
Elə dəlilikdir naxışım mənim,
Nəsə ağıllara girişəmmirəm.
Dünənki uşağam qarğı at çapan,
Hələ də uşaqlıq havasındayam.
Daşların içində özünü tapan-
Şeytana daş atma davasındayam.
Hələ bu dünyayla alverim təzə,
Nə alıb, nə satıb,
nə vermişəm ki...
Məni öldürməyə hələ tələsmə,
Mən hələ dünyada nə görmüşəm ki...
İlahi, sən məni mənə bağışla,
Mən dəli başından yetiməm axı.
Arxamca bir qız da məni çağırır,
Hər yerdə önümə bir ölüm çıxır.
İlahi, sən məni mənə çox görmə,
Mənim kimim var ki,
məndən savayı.
Bir də ki, bağışla, bağışla yenə,
Mənim yiyəm yoxdur, Səndən savayı.

Saçlarımın bəyazı artıqca,
hörüklərimin ucuna vurduğum
ağ bantları açdım,
qatlayıb bir kitabın
arasına qoydum.
Bir də
o kəpənəkli bantları
ağı çoxalan
saçlarıma vurmadım.
Dənlər ağ bantlar kimi

tel-tel sığallanlb


özləri bağlandı saçlarıma.
Və saçlarımın yaz
yuxusunu qaçırdılar.
O yazla birgə
bantlarımdan
xallı kəpənəklər də
uçdular.

ÇIXIB GEDİRƏM...
Mən çıxıb gedirəm bu yer üzündən,
Qalırsan,
Yer üzü qoy sənin olsun.
Gedə bilmədiyin yerlər də sənin,
Uça bilmədiyin göy sənin olsun.
Bütün arzuların doğsun gün kimi,
Gün doğsun,
O gün də üzünə gülsün.
Bu dünya bitməyən sevincin kimi,

Gözünün içində gözünə gülsün.


Gülü də, günü də, təbəssümü də,
Nə varsa,
adına bağışlayıram.
Səni bu dərdlərin dərdsizliyində_
Səni bu yoxluqdan alqışlayıram.
Götür xoşbəxtlərin xoşbəxtliyini,
Bütün qəhqəhələr sənin səsindi.
Dolmuş buludların göz yaşı kimi-
Çəkdiyim ağrılar mənim bəsimdi.
Bir yola çıxmışam,
Yolum uzaqdı,
Daşım göyərəcək mən itən yerdə.
Bu elə gedişdi-
bu elə haqdı-
Güman eləmirəm dönməyə bir də.
Gümanlar içində ömür də güman,
Mən də bir ömürlük gümandan keçdim.
Vaxtın axarında
axdım vaxtımdan-
Zamanın içində zamandan keçdim.
Mən çıxıb gedirəm,
Bu yer, bu da sən.
Nə varsa, nə yoxsa, qoy sənin olsun.
Bu yerin üzünü sənə verirəm.
Bu yerin altı da qoy mənim olsun!...

NƏYİMƏ SEVİNİM...
Nəyimə sevinim,
sevinim nəyə?
Bəlkə saçlarımda dənə sevinim.
Hər gün öz günümə ağlayım belə-
Hər gün ağladığım günə sevinim.
Bəlkə ürəyimin qəminə gülüm,
Sonra da o qəmdə durum, oynayım.
Bulud gözlərimin nəminə gülüm,
Yağışda boynumu burum, oynayım.

Bəlkə su sonası olum bu nəmdə,


Hər gün gözlərimin suyunda süzüm.
Qara qarışqalar qanadlananda-
Mən də bir qarışqa toyunda süzüm.
EH...
Vallah bu dünya gülmür üzümə,
Daha dodağımı qaçırtmır heç nə.
Düşmür sümüyümə nə bir zümzümə,
Nə də ürəyimi uçurtmur heç nə.
Baxıb gülənlərə,
sevinənlərə,
Mən də dəli kimi gülmək istədim.
Hamının yerinə sevinib elə,
Kiminsə yerinə ölmək istədim.
Daha mənnik deyil açılan sabah,
Sabahda o qızın gülüşü yoxsa.
Əgər bir ömürün gedişi varsa-
Əğər bir ömürün ğəlişi yoxsa.

RAMİZ RÖVŞƏN ADLI ŞAİRƏ

Havası çiskindir mən tərəflərin,
Külək də yağmağa bulud gətirir.
Yağışın dalınca günəş görünür,
Günəş də sabaha ümid gətirir.
Ümid eləyirəm hər gələn günə,
Ümid eləməyim özümə qalır.
Adım başdaşıdır hər ölən günə,
Öləni ağlamaq gözümə qalır.

Küləklər səngimir mən tərəflərdə,


Bir az xatirəm var,
süpürüb gedir.
Sevdiyim şair də şeirlərində,
Dünyanın üzünə tüpürüb gedir.
EH,
Sənə nə deyim ay Ramiz Rövşən!
Səni də dünyama gətirdi bulud.
Səni tanıyandan sonra bilmişəm-
Yağan yağışlara çətirdi bulud.
Mən də o çətirin altında hər gün,
Güllü yağışlara bulud açıram.
Yelli küləklərin içindən ötüb,
Özümdən qaçıram,
Sənə qaçıram.
Bilirəm, 
bilirəm dünyan gözəldir-
Nə varsa xeyirdir- sənin tərəflər.
Alnında yazı da elə şeirdir-
Şeirdir,
şeirdir- sənin tərəflər.
Yağış çiçəkləyir, gün çiçəkləyir,
Ölüm çiçəkləyir Sən tərəflərdə.
Yolun bu tərəfə düşməsin Şair,
Payıza düşərsən Mən tərəflərdə.

BİR AZ DA ....
Mən bir az özümə dönmək istədim,
Bir az da istədim özümə gəlim.
Bir az dikəlməyə əlimdən tutum,
Gözümdən baxmağa gözümə gəlim.
İstədim özümü oxuyum söz-söz,
Elə oxuyum ki, 
sözüm qurtarsın.
Ömür xatirədir, vərəği üz-üz,
Üzündən oxuyum, 

üzüm qurtarsın.


Bir az da istədim qalam özümlə,
Özümdən hal biləm, görüm necədir.
Görüşmək istədim ölən özümlə,
Bir baxam görəm ki, ölüm necədir.
Necədir yaşamaq öləndən sonra,
Hələ diri-diri necədir ölmək.
Hər dəfə ölümü görəndən sonra-
Necədir təzədən ölmək-dirilmək.
Mən bir az özümdən çıxıb getmişdim,
Mən bir az sözümdən çıxıb getmişdim.
İzimi, səsimi, baxışlarımı-
Özüm öz içimə yığıb getmişdim.
İndi də qayıtmaq durub yolumda,
vaxt dönəcəyəm,
hələ bilmirəm.
Gedəndə özümdən çıxdım bir anda-
İllərdir özümə gələ bilmirəm.
Mən bir az istədim,
istədim bir az...

Bu Vətən şəklidi-
ürəyimin başında 
gəzdirirəm.
Hər ürəyim
döyünəndə
bu şəkil 
diksinirdi.
Tup-tup,
gup-gup
əsirdi.

Minarəsi uçulmuş,


yollları qırılmış,
atları ölmüş,
igidləri itmiş,
üzünün suyu 
getmiş-
bir ağ-qara
şəkildi.
İndi, indi
ürəyimin başında
o şəkil döyünür,
o şəkil əsir.
Hər o şəkil
döyündükcə
ürəyim diksinir.
Ürəyim şəkildi...

ÖLÜ ŞƏHƏRDƏ

Bu şəhər deyəsən sənin şəhərin,
Binası sənindi, damı sənindi.
Kölgəsi, heykəli, dilənçiləri-
Böyüklü-kiçikli hamı sənindi.
Küçələr adına yazılıb sanki,
Payız ağacları sənə oxşayır.
Elə bil saçındır işıq telləri-
İşıq dirəkləri kimə oxşayır.

Dəniz də sənindir, dalğaları da,


Hər gün sularında gəmin qərq olur.
Dərddir bu şəhərin nağılları da,
Biri var-biri yox-
sənə dərd olur.
Sən bu nağılların başında varsan,
Mən bu nağıldakı yoxda itmişəm.
Gəzdirmə gözünü,
tapa bilmərsən,
Mən bu nağıllardan çıxıb getmişəm.
Şəhər nağılıdır sənin nağılın,
Şəhər nağılına uymadım nəsə.
Bir kənd nağılıydı mənim nağılım-
Bir kənd nağılından doymadım nəsə.
Ayrıldı yolumuz şəhərə, kəndə,
Dəniz sənin oldu, arx mənim oldu.
Sən biri vardaydın, mən biri yoxda-
Var sənin olanda, yox mənim oldu.
Boynunu bükürsən küçədə, tində-
Bu şəhər aldatdı çox fağırları.
Şəhər nağılları qurtardı səndə,
Mənimlə başlayır kənd nağılları.
Bu şəhər deyəsən
Ölü şəhərdi,
Məni bu şəhərə çəkən ruh imiş.
Nağıllar qurtarıb,
daha səhərdi-
Nə biri var imiş, biri yox imiş.

ÇÖL haqqında...
Mən onda saçımı sünbül hörürdüm,
Mən onda donumu güllü geyirdim.
O qədər gün altda rəngim dönürdü-
Uşaqlar adıma çilli deyirdi.
Səhərdən axşama çöl mənim idi,
Gah elə qaçırdım,
belə qaçırdım.
Birindən küsəndə, inciyəndə də,
Başımı götürüb çölə qaçırdım.

Elə xoşbəxt idim-


Çölçü olanda,
Çöldən ayağımı evə yığmırdım.
Bir çöl uşağıydım elə onda da-
Bir ev uşağı tək evə sığmırdım.
Eyyyy
Mənim ən gözəl günüm- Çöl günü-
Kollarda, koslarda, daşlarda qaldı.
Qaçışım nallara hopdu od kimi-
Uçuşum göydəki quşlarda qaldı.
Atlı qarışqalar atlandı getdi,
Arılar güllərin südünü sağdı.
Heyy... çölün düzündən karvanlar ötdü,
Heyy... çobanaldadan yağışlar yağdı.
Kimi çəpər çəkdi, kimi ev tikdi,
Daha o çöllərdə çöllük qalmadı.
Kimi bağça saldı, kimi yer əkdi-
Mənim oynamağa yerim olmadı.
Mən onda bir çölçü qızcığaz idim,
Ömrün çöllərində təpik döyürdüm.
Bu çölün düzündə hələ yaz idi-
Mən onda saçımı sünbül hörürdüm.

Göz yaşlarım
gül-gül gülləyir
gözlərimdə.
Göz yaşlarımın
gülünü dərirəm
kipriklərimlə.
Və gülləmiş
göz yaşlarımın
qoxusunu gəkirəm
ciyərlərimə.

Göz yaşlarımdan


dərdlərimin
ətri gəlir.

HƏRƏSAN...
Məni unutdurar təzə səs-nəfəs,
Fikrini dağıdar təzə dostların.
Üzümün kədəri üzünə düşməz,
Üzünü güldürər məzə dostların.
Təzə tanışların ən yeni dünyan-
Yeni dünyalarda yeniləşərsən.
Daha hamı ilə ayaqlaşarsan,
Daha hamı ilə eyniləşərsən.
Adımı yadından silərsən belə,

Mən adlı bir dostun olmamış kimi.


Üz-üzə gələndə keçərsən hələ-
Üz-gözüm yadında qalmamış kimi.
Məni unutdurar yeni dostların,
Mənli xatirələr üşüdər səni.
Bir kağız gəmidə üzən xəyalım,
Yağışdan quruya düşürdər səni.
Sən yeni adamsan.
Yeni dostlara
Bir ayrı özünü tanıtdırarsan.
Üzünü üzümdən çevirib,
Sonra...
Gözümü gözünə unutdurarsan.
Məni unutdurar təzə nə varsa-
Təzə həyatında 
yoxam- görərsən.
Ayılıb yxudan
hövlank,
hərəsan-
Məni görmək üçün yuxu görərsən.

Ürəyimin qapısını az döy!
Barmaqların ürəyimin
qanına batacaq.
O qədər döyəcəksən ki,
axırda o qapını
tanımadığın 
biri açacaq.
-Kimsən deyəcək.
-Mən mənəm,
bəs sən kimsən-

deyəcəksən.


-Mən də DƏRDƏM-
deyəcək,
keç içəri,
dərdləşək!

KÜLƏKLƏR oxuyur...
Küləklər oxuyur ömrümü indi,
Küləklər ömründə bitirdi məni.
Küləkli dünyaya,
bulud içində
Bəlkə də küləklər gətirdi məni.
Küləklər oxuyur adımı həzin,
Mən bu küləklərdən keçib gedirəm.
Daha yer üzündən silinsin izim,
Daha küləklərə köçüb gedirəm.

Küləklər oxuyur,


qırçın küləklər,
Dünya küləklərin, Mənim deyilmiş.
Gəlmişdim küləklə,
gedim küləklə-
Bu yer də, bu göy də küləklik imiş.
Küləklər oxusun,
Mənim yerimə,
Mən daha bu yerdə olmayacağam.
Hər gün məktub kimi
Sənin ömrünə-
Oxuyan bir külək yollayacağam.

TƏZƏ KÖHNƏYƏM
Təzə heç nə yoxdur,
hər şey köhnədir.
Bu dünya köhnədir, mən də köhnəyəm.
Gün vuran baxtımın altında durub,
Dedim kölgələnəm,

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin