Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə102/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   98   99   100   101   102   103   104   105   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

575 


Hamı kimi Harriyə də elə gəlir ki, insanlığın mənasını yaxşı başa düşür, ancaq  əslində, tez-tez 

yuxuda və ya şüuruna nəzarət edə bilmədiyi anlarda ürəyinə damsa da, onu başa düşmür. Kaş bu 

ürəyinə damanları unutmayaydı, onlardan özü üçün bir nəticə çıxaraydı! Axı insan dəyişməz, 

əbədi bir varlıq deyil (öz müdriklərinin ürəyinə başqa cür damsa da, antik dövrün idealı belə idi), 

əslində, hər hansı bir keçid kimi təbiətlə ruhun arasına salınmış nazik, qıl körpüdür. Bir ülvi 

həvəs onu ruhun, Allahın yanına səsləyir, bir gizli həsrət isə ilkinliyə, ana təbiətin qoynuna 

çağırır, həyatı da qorxaqorxa, titrəyə-titrəyə bu iki qüvvənin arasında döyükür…  Əslində, 

insanların «insanlıq» məfhumu barədə dedikləri həmişə müvəqqəti bir meşşan sazişi olur. Bu 

saziş də həddən artıq hərisliyi qəbahət kimi rədd edir, bir az şüurlu olmağı, abır-həya gözləməyi, 

heyvani hisslərdən azadlığı tələb edir, kiçik mənəviyyat işartısına nəinki icazə verir, hətta onu 

vacib də sayır. Belə sazişdən yaranan «insan» da başqa meşşan idealları kimi tez güzəştə gedən, 

utancaq, sadəlövh, həm  də bic olur, öz qəzəbli ulu nənəsi təbiəti,  zəhlətökən ulu babası ruhu 

aldadaraq onların arasında miyanə bir yer tapıb yaşamağa çalışır. Buna görə də meşşan 

«şəxsiyyət» adlandırdığı şeyi qəbul edib ona dözür, eyni zamanda, şəxsiyyətini də dövlət adlı 

kərtənkələnin əlinə verir, ikisini də həmişə bir-birinə qarşı qoyur. Ona görə də meşşan bu gün 

kafir kimi oda atdığı, cani kimi asdığı adama sabah heykəl ucaldır. 

Harri hiss edir ki, «insan» artıq yaranıb başa çatmış varlıq deyil. O, nəsə mənəvi bir ehtiyac, 

qorxulu olduğu qədər də həsrəti çəkilən uzaq bir imkandır. Bundan əlavə bu gün edam kürsüsü, 

sabah isə uca bir heykəlin gözlədiyi iki-üç yalqızın «insan»lığa gedən uzun yolda daddığı əzab-

əziyyət, nəşə Yalquzağa yaxşı tanışdır. Ancaq onun öz daxilindəki «canavar»a qarşı qoyduğu 

«insan»,  əslində, meşşan sazişindən yaranmış miyanə «insan»a daha çox uyğun gəlir. Harri hiss 

edir ki, bir yol da əsl insanlığa – ölməzliyə aparır və hərdən də tərəddüdlə, azacıq da olsa, həmin 

yolla gedir, ancaq əvəzində də dəhşətli iztirablara, ağrılara, yalqızlığa düçar olur. Ancaq o, ali 

ehtiyacı, mənəviyyatın axtardığı əsl insanlığı təsdiq etməyə, ona tərəf can atmağa, ölməzliyə 

doğru gedən yeganə çığıra düşməyə qəlbinin dərinliklərində qorxur. Aydınca hiss edir ki, bu 

qorxu daha  böyük  əzablara, son məhrumiyyətə, çıxdaşlığa, bəlkə də, elə lap edam kürsüsünə 

aparır. Hətta bu yolun sonundakı ölməzlik onu nə qədər cəzb etsə də, həmin iztirabları çəkmək, 

həmin ölümləri ölmək istəmir. Meşşanlara nisbətən insanlığın məqsədini daha yaxşı anlasa da, 

gözlərini yumur və başa düşmək istəmir ki, əbəs yerə öz «mən»indən yapışıb qalmaq,  əbəs yerə 

ölümdən qaçmaq  əbədi ölümə aparan  ən qısa yoldur. Ölməyi bacarmaq, qınından çıxmaq, öz 

«mən»ini  əbədi təbəddülata təslim etmək isə adamı ölməzliyə aparır. Ölməzlər içində ən çox 

sevdiklərinə, məsələn, Motsarta pərəstiş edəndə də, yenə son anda ona meşşan gözü ilə baxır, adi 

bir məktəb müəllimi kimi onun kamilliyini, fədakarlığını, dahilərə xas şəhidliyini, meşşan 

ideyalarına qarşı biganəliyini sənətkarlıq istedadı ilə izah etməyə çalışır. Lakin bilmir ki, bu 

əzabkeşlərin, insan olmaq istəyənlərin yaşadıqları meşşan ab-havasını nazik buz qatına döndərən 

dəhşətli tənhalığa, Gefsiman bağındakı yalqızlığa dözmək bacarığıdır. 

Ancaq, hər halda, bizim Yalquzaq özündə ən azı Faust qoşalığı kəşf edib və tapıb ki, cismani 

vahidliyi hələ mənəvi vahidliyi demək deyil, uzaqbaşı, həmahənglik idealına gedən ziyarət 

yolundadır.  

İstəyirdi ki, ya daxilindəki canavarın başını  əzib tam insan olsun, ya da insanlıqdan  əl çəkib, ən 

azı canavar kimi yekrəng, yekcins bir həyat sürsün. Çox güman ki, ömründə əsl canavarı görüb  

əməllibaşlı müşahidə etməmişdi. Yoxsa bilərdi ki, heyvanların da vahid qəlbi olmur, onların da 

gözəl, şax bədənlərində cürbəcür istəklər, vəziyyətlər yaşanır və canavarın da içində təzadlar, 

uçurumlar var, o da əzab çəkir. Yox, insan «Təzədən təbiətin qoynuna!» deməklə həmişə əzablı, 

ümidsiz, səhv bir yola düşmüş olur. Harri heç vaxt tam canavar ola bilməz və əgər olsa da görər 

ki, canavarın özü də sadə, ilkin  varlıq deyil, o da həddən artıq çoxcəhətlidir, mürəkkəbdir. 

Canavarın da canavar köksündə iki,  

yaxud ikidən də çox qəlbi var və canavarlıq həvəsinə düşən hər bir kəs də öz mahnısında: «Ah, 

uşaq olmaq nə böyük səadətdir!» – deyən adam kimi çox şeyi unudur. Körpə məsumluğu 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

576 


haqqında mahnı oxuyan o suyuşirin, ancaq xəyalpərvər insan da təbiətin qoynuna, məsumluğa, 

ilkinliyə qayıtmaq istəyir və tamamilə unudur ki, uşaqlar da daima xoşbəxt olmurlar, onların da 

bəzi daxili ziddiyyətləri, təzadları, min cür dərdi vardır. 

Ümumiyyətlə geriyə – nə canavarlığa, nə də uşaqlığa aparan yol var. Heç nəyin ilkinliyində 

məsumluq, sadəlik yoxdur; bütün yarananlar, hətta üzdən çox sadə görünənlər də artıq 

çoxcəhətli, günaha batmış, təşəkkül prosesinin çirkab dolu axınına atılmış olur və heç vaxt, heç 

zaman da həmin axına qarşı üzə bilmir. Məsumluğa, ilkinliyə, Allahın yanına gedən yol geriyə 

deyil, irəliyə – canavarlığa, uşaqlığa deyil, günahlar aləminə,  əsl insanlığa doğru aparır. Ay 

bədbəxt Yalquzaq, heç özünü öldürmək də sənə kömək edə bilməz, onsuz da insanlığa doğru 

gedən bu uzun, çətin,  əzablı yolları keçəcəksən, təbiətindəki ikilik getdikcə çoxalacaq, 

mürəkkəbliyin daha da artacaq. Öz dünyanı daraltmaq, qəlbini sadələşdirmək  əvəzinə, bütün 

dünyanı  əvvəlcə yarısını, axırda da hamısını iniltisızıltı ilə genişləndirdiyin qəlbinə 

yerləşdirməli olacaqsan ki, bəlkə, biryolluq qurtarsın, dinclik tapasan. Budda da, bütün adamlar 

da bu yolu keçib. Kimi bilə-bilə, kimi də xəbərsiz keçib. Bəxti gətirən də olub, gətirməyən də. 

Hər bir yaranış kainatdan ayrılmaq, yaranmaq deməkdir. Kainata qayıtmaq, əzablarla dolu 

təklənmədən qaçmaq, ilahiləşmək – öz qəlbini o qədər geniş açmaq deməkdir ki, bütün kainat 

təzədən oraya yerləşə bilsin. 

Burada söhbət məktəbin, milli iqtisadiyyatın, statistikanın hesabladığı insanlardan, dəniz 

qırağına yığılmış qum təki, dalğalar özünü sahilə çırparkən  ətrafa yayılan çilənti təki küçələrə 

səpələnmiş adamlardan getmir. Onlar bir neçə milyon olsun və ya az, fərqi yoxdur, xammaldan 

başqa heç nə deyillər. Xeyr, biz burada sözün həqiqi mənasında insandan, insanlığa gedən yolun 

mənasından, əzəmətli bəşər övladından, ölməzlərdən danışırıq. Dahilər bizim düşündüyümüz 

qədər az və ya ədəbiyyatçıların, tarixçilərin, xüsusən də qəzetlərin dediyi kimi çox da deyillər. 

Bizə elə gəlir ki, yalquzaq Harridə də kifayət qədər dahilik əlaməti var və o da düşdüyü hər 

çətinliyi inildəyə-inildəyə, sızıldaya-sızıldaya səfeh yalquzaqlığı ilə bağlamaq əvəzinə, cəsarət 

edib bəxtini insanlığa gedən yolda sınaya bilər. 

Bu cür imkanlara malik adamların yalquzaqlıqla: «Nefləyim, ürək ikidir!»  – deməklə 

kifayətlənməsi onların meşşanlığa bəslədiyi hürkək məhəbbət qədər təəccüblü və kədərlidir. 

Buddanı başa düşə bilən, insanlığın geniş üfüqlərindən, dərin uçurumlarından xəbəri olan bir 

insan gərək «comme sense»nin, demokratiyanın, meşşan maarifinin ağalıq etdiyi bir dünyada 

yaşamayaydı.  

Qorxaq olduğu üçün bu dünyada yaşayır, darlıq hiss eləyəndə, balaca meşşan daxmalarında 

sıxılanda isə hamısını «canavar»ın ayağına yazır və heç cür başa düşmək istəmir ki, həmin 

canavarlıq bəzən ən yaxşı cəhətidir. Təbiətindəki bütün vəhşilikləri canavarlıq adlandırır və ona 

qəzəbli, təhlükəli bir meşşan qorxusu kimi baxır, ancaq özünü həssas qəlbli bir sənətkar hesab 

eləyən bu adam bircə şeyi görmür ki, onun daxilində canavarlıqdan başqa, canavardan da betər 

çox şey yaşayır və onların da hamısı canavar deyildir: biri tülkü, biri  əjdaha, biri pələng, biri 

meymun, biri də cənnət quşudur.  

Görmür ki, daxilindəki  əsl insanlıq meşşan təsəvvürlərinin yaratdığı saxta insanın sehrinə düşüb 

boğulduğu kimi, bu dünya da – həm ülvi, həm eybəcər, həm böyük, həm balaca, həm kobud, 

həm də zərif məxluqların məskən saldığı cənnət bağı da başdan-ayağa canavar haqqındakı 

nağılın sehrinə düşüb boğulur. 

Yüz cür ağacı, min cür gülü-çiçəyi, yüz cür meyvəsi, min cür yaşıllığı olan bir bağı 

təsəvvürünüzə gətirin. Əgər bu bağın bağbanı onları yalnız ikicə növə – «yeməli»yə və 

«yabanı»ya bölürsə, onda, deməli, hər onundan doqquzunu becərə bilməyəcək, ən sehrli çiçəkləri 

qoparıb atacaq, ən zərif ağacı kəsib  tullayacaq. Bunları da eləməsə, hamısından zəhləsi gedəcək

onlara kəc baxacaq. Yalquzaq da qəlbindəki min cür çiçəyə belə ögey-doğmalıqla yanaşır. 

«İnsanlıq» və «canavarlıq» rubrikasına düşməyənləri, sadəcə olaraq, görmür. «İnsanlığ»ın da 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

577 


ayağına ağlına gələni yazır! Canavarlığa aid olmayanların hamısını  – hər cür qorxaqlığı, hər cür 

meymunluğu, hər cür səfehliyi və alçaqlığı «insanlığ»a aid edir, hələ də özünü dərk edə 

bilmədiyi üçün, hər bir  əzəməti, nəcibliyi də «canavarlığ»ın ayağına yazır. 

Biz indi Harri ilə vidalaşırıq. Qoy öz yolu ilə tək getsin. Gedib ölməzlərə qovuşsaydı, bu çətin 

yolun tuşlandığı yerə çatmış olsaydı, dönüb təəccüblə geriyə – gəldiyi yolun sərt, yazığı gələ-

gələ, ürək-dirək verə-verə, könlü açıla-açıla bu Yalquzağa gülərdi! 

Oxuyub qurtaranda yadıma düşdü ki, iki-üç həftə bundan əvvəl gecəyarısı durub qəribə bir şeir 

yazmışdım və o da Yalquzaq haqqında idi. Yazı stolunun ağzına qədər kağız-kuğuzla dolu 

çəkməcələrini axtarıb onu tapdım və oxudum: 

 

Dünya qara bələnib, ağappaq, soyuq qara, 



Mən Yalquzaq elə hey yorturam qaça-qaça. 

Yalqız bir qarğa qalxır tozağacı üstündən 

Nə dovşan, nə də cüyür görünmür gözə, haça! 

Könlümə cüyür düşüb, dadlı, ləzzətli cüyür, 

Kaş birisi əlimə keçəydi. Onda, vallah, 

O cüyürü didərdim dişimlə, dırnağımla, 

Dünyada bundan gözəl nə ola bilər, Allah! 

Sümüyün də yeyərdim mən o qəşəng heyvanın, 

Qıpqırmızı qanından xirtdəyəcən içərdim. 

Sonra bütün gecəni qalaraq yalqız, tənha, 

Ulayardım, qəmimə, təkliyimə köçərdim. 

Hətta dovşan da belə, indi karıma gələr, 

Onun buğlanan əti gecələr, sanki, qaymaq. 

Məgər qoca bəxtimə tükcə sevinc gətirən 

Bütün o adətlərdən mən düşmüşəmmi uzaq? 

Quyruğumda tüklərə daha dən düşüb çoxdan, 

Gözlərim də heç yaxşı görə bilməyir, Allah! 

Sevimli arvadımı lap çoxdan itirmişəm, 

İndi cüyür eşqiylə çöllərdə çəkirəm ah. 

Bir dovşan arzusuyla yorturam qış gecəsi, 

Külək uğuldadıqca, mən tufan qoparıram. 

Boğazımın odunu qarla söndürərək hey. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

578 


Öz zavallı ruhumu şeytana aparıram! 

İndi əlimdə özümün iki portretim vardı: birini qafiyəli misralarla yaratmışdım və o da özüm kimi  



kədərli, qorxaq idi. Digərini isə kənarda dayanıb məni müxtəlif vəziyyətlərdə müşahidə eləyən 

ayrı bir şəxs öz yazısında soyuqqanlılıqla, zahiri dəqiqliklə çəkmişdi. Həmin adam məni lap 

yaxşı, lakin özümdən az tanıyırdı.  Portretlərin hər ikisi  – özümün kədərli-kədərli kəkələyən 

şerim də, naməlum adamın ağıllı etüdü də ürəyimi ağrıtdı. İkisi də haqlı idi. Mənim ümidsiz 

varlığımı bəzək-düzəksiz çəkmişdilər. İkisi də vəziyyətimin dözülməzliyini, faniliyini aydınca 

göstərirdi. Bu Yalquzaq ya ölməli, öz əli ilə kin-küdurətli varlığına son qoymalı, ya da qayıdıb 

özünə bir də nəzər salarkən onu bürüyən cəhənnəm alovunda əriyə-əriyə dəyişməli, maskasını 

çıxarıb atmalı, yeni bir «mən»ə doğru getməliydi.  

Eh, bu dəyişkənlik mənim üçün təzə, yad deyildi. Onu yaxşı tanıyırdım, başım çox çəkmişdi və 

həmişə həddən artıq ümidsizləşən vaxtlarımda həmin hissləri keçirmişdim. Hər dəfə də onun 

dəhşətli qasırğasında  əvvəlki «mən»im çilik-çilik olmuşdu, hər dəfə də dərin-dərin uçurumlar 

onu atım-atım, tikə-tikə eləmişdi, hər dəfə də həyatın ən çox sevdiyim, əziz tutduğum bir parçası 

vəfasız çıxmışdı, itib getmişdi. Bir dəfəsində var-yoxum qarışıq meşşan şöhrətimi itirdim və 

yavaş-yavaş həmin ana qədər qarşımda səcdə qılanların mərhəmətindən uzaq gəzməyi öyrənməli  

oldum.  Başqa  birindəsə qəflətən  ailə həyatım  bircə gecənin içində dağıldı: ruhi xəstəliyə 

tutulmuş arvadım məni evdən didərgin saldı, yurdumdan-yuvamdan elədi, məhəbbət, etibar 

birdən-birə dönüb nifrətə, qatı düşmənçiliyə çevrildi, qonşuların kimisi arxamca mərhəmətlə, 

kimisi də nifrətlə baxdı. Elə həmin vaxtdan da yalqızlaşmağa başladım. Bir neçə çətin, ağrılı-

acılı ildən sonra, axır ki, bu dəhşətli tənhalıqda, çətinliklə də olsa, özümdə mənəvi təmizliyə 

tapınan bir asket həyatı və idealı tərbiyə etdim. Mücərrəd  əqli məşqlərə, düzənli meditasiyalara 

qapılaraq yenə də həyatın dinclik adlı zirvəsinə qalxdım. Ancaq həmin həyat da darmadağın 

oldu, birdən-birə öz nəcib, müqəddəs mənasını itirdi; mənasız, yorucu səyahətlər məni dünyanın 

müxtəlif yerlərinə çəkib apardı, yeni  əzablar, yeni günahlar üst-üstə qalandı. Və hər dəfə hansı 

maskasa yırtılanda, hansı idealsa məhv olub gedəndə, indiki kimi dəhşətli bir heçlik, sükut, ölüm 

qoxuyan sıxıntı, tənhalıq, təcridlik və biganəliyin, ümidsizliyin cəhənnəm boşluğu, kimsəsizliyi 

onları qabaqlayırdı. 

Lakin onu da danmaq olmaz ki, həyatım hər dəfə belə sarsılanda, nəsə qazanır, bir az 

sərbəstləşir, mənən dərinləşir, ancaq günü-gündən də tənhalaşır, müəmmaya dönür, 

soyuqlaşırdım. Meşşanlıq baxımından, mənim həyatım sarsıntıdan sarsıntıya gedir, tənəzzülə 

uğrayır, getdikcə də normallıqdan, qanuni şeylərdən, sağlamlıqdan uzaqlaşırdı. İllər keçdikcə 

işsiz, ailəsiz, vətənsiz bir insana dönmüşdüm, heç bir ictimai təbəqəyə də aid deyildim, tək 

qalmışdım, sevənim yox idi, çoxuna şübhəli görünürdüm, həmişə də ictimai fikirlə, cəmiyyətin  

əxlaq prinsipləri ilə amansız çəkişmədə olurdum.  

Hələ də meşşan buxovunda yaşamağıma baxmayaraq, öz hisslərimlə, düşüncələrimlə bu dünyada 

qərib idim. Din də, dövlət də nəzərimdən düşmüşdü. Daha heç biri vecimə deyildi. Elmin, 

istehsalatın, incəsənətin şöhrət düşkünlüyü də məni iyrəndirmişdi;  bir vaxt məni istedadlı adam 

kimi hörmət qazandırıb göylərə qaldıran dünyagörüşüm, zövqüm, ağlım-düşüncəm indi yetim 

qalmış, vəhşiləşmişdi.  

Hamıya şübhəli görünürdü. Hər dəfə min cür  əzabla dəyişilərkən nəsə cüzi, gözəgörünməz bir 

şey qazanmağım mənə çox baha başa gəlir, həyatım gündən-günə ağırlaşır, çətinləşir, təhlükə 

qarşısında qalırdı. Əslində, Nitsşenin payız nəğməsindəki tüstü-dumana bənzəyən seyrək havalı 

bir aləmə gedən o yolu davam etdirməyə haqqım yox idi. 

Bəli, taleyin öz dəcəl, çoxbilmiş balaları üçün nəzərdə tutduğu bu macəralar, bu dəyişkənliklər 

mənə yaxşı tanışdı. Onları lovğa, lakin uğursuz ovçunun öz tələsini harada, necə quracağını 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

579 


bildiyi kimi, köhnə birjaçının alverin, qazanc yolunun, inamsızlığın, şübhə-tərəddüdlərin, iflasa 

uğramağın bütün mərhələlərinə bələd olduğu qədər tanıyırdım. Doğrudanmı, bütün bu  əzabları, 

bütün bu azğın çətinlikləri, öz «mən»inin alçaqlığından, mənasızlığından xəbər verən anları, 

məğlubiyyətin, ölümün  

dəhşətli qorxu hisslərini təzədən keçirməliyəm? Bütün bu iztibarların qarşısını almaq üçün 

kirimişcə aradan çıxmaq ən ağıllı, ən sadə yol deyildimi? Əlbəttə, ən sadəsi, ən ağıllısı da elə bu 

idi. Yaxşı olardı ki, Yalquzaq haqqındakı kitabçada «özünü öldürənlər» barədə deyilənləri ya 

həmin şəkildə, ya da başqa biçimdə özümə aid edəydim və onda heç kəs dəm qazı, ülgüc, ya 

tapança ilə dadını kifayət qədər teztez gördüyüm o müdhiş  əzab-əziyyətlərin təkrarından can 

qurtarmaq ləzzətini  əlimdən ala bilməzdi.  

Yox, lənət bütün şeytanlara, dünyada elə bir qüvvə tapılmaz ki, məni təzədən ölümlə 

rastlaşdıraraq üşərgələndirsin, məqsədi və son nəticəsi dincliyə, rahatlığa deyil, həmişə yenidən 

məhv olmağa, yenidən  yaranmağa yönəlmiş bir dəyişkənliyə, təsisata məcbur edə bilsin! Qoy 

intihar etmək lap səfehlik, qorxaqlıq, acizlik olsun, qoy lap rüsvayçı, biabırçı ehtiyat yolu 

adlandırılsın. Bu iztirablar yuvasından can qurtaran ən ucuz çıxış yolu da adama xoş gəlir, çünki 

burada alicənablıqla qəhrəmanlıq artistlik eləmir və mən də, sadəcə olaraq, iki yoldan birini 

seçməliyəm: ya ani bir ağrı, ya da oda-alova dönmüş nəhayətsiz  əzab-əziyyət! Bu ağır, səfeh 

həyatımda dəfələrlə alicənab bir Don Kixot olmuş, şərəfi rahatlıqdan, qəhrəmanlığı ağıldan   

üstün tutmuşdum. Daha yetər! Bəsdir! Yerimə girəndə, yağışlı qış gününün lənətə gəlmiş 

bomboz səhəri artıq pəncərəm önündə əsnəyirdi. Çıxardığım qərar da özümlə bərabər yorğan-

döşəyə girdi. Amma məni yuxu aparan zaman, haradasa lap uzaqlarda, beynimin ən ucqar 

guşəsində Yalquzaq haqqındakı kitabçanın «Ölməzlər»ə aid olan hissəsi  – qəribə səhifəsi bircə 

anlığa parıldadı və özü ilə də hərdən  –    hətta axırıncı dəfə bu yaxınlarda  – ölməzlərə lap 

yaxınlaşmağım, qədim bir musiqinin təqtlərində, az qala, onların soyuq, parlaq, sərt təbəssümlü 

müdrikliyini duymağım haqqındakı səksəkəli xatirələri oyatdı... Birdən-birə baş qaldıran bu 

xatirələr parlayıb söndü və yuxu öz ağır  pərdəsini üstümə çəkdi. 

Günortaya yaxın ayılanda hiss etdim ki,  artıq vəziyyət aydınlaşıb. Balaca kitabça da, şerim 

dədolabçanın üstündəydi və bircə gecənin içində yetişib möhkəmlənmiş qərarım da soyuq bir 

mehribanlıqla yaxın keçmişdəki həyatımın qarmaqarışıqlığından mənə tərəf boylanırdı. 

Tələsmək lazım deyildi: mənim ölmək qərarım bir saatın ovqatı yox, yetişmiş, bərkimiş bir 

meyvəydi. Yavaş-yavaş dəyib ağırlaşmışdı, taleyin küləyində asta-asta yellənirdi və həmin külək 

də bir az bərkiyən kimi qırılıb. 

Həmişə yola götürdüyüm balaca qutuda ağrıkəsən əla bir dərman vardı. Təsirli tiryək preparatı.  

Nadir hallarda istifadə elədiyim üçün aylarla oradaca yatıb qalırdı. Adamı tamam keyləşdirən bu 

dərmanı yalnız cismani ağrılara dözə bilməyəndə atırdım. Heyif ki, intihar üçün yaramırdı. 

Qabaqlar yoxlamışdım. Onda da ümidsizliyə qapılmışdım və götürüb xeyli içdim. Altı-yeddi 

adamı öldürməyə bəs eləyərdi, amma mənə gücü çatmadı. Düzdür, tamam keyləşdim, yuxuya 

getdim, ancaq mədəmdəki dəhşətli sıxıntılara alayarımçıq oyananda, bütün ümidlərim alt-üst 

oldu. Tamam özümə gəlməmiş zəhərin hamısını qaytardım və təzədən yuxuya getdim ki, sabah 

günorta ayıq, şişkin, bomboş başla, tərtəmiz yaddaşla oyanım. Zəhərin təsiri yalnız bu oldu ki, 

bir müddət yuxusuzluq xəstəliyinə tutuldum.  

Mədəmdə də dəhşətli ağrılar başladı. 

Deməli, bu dərmandan kar aşmazdı. Onda başqa yol fikirləşdim:  əgər bir də tiryəkə əl atası 

vəziyyətə düşsəydim, istədiyim anda bu qısa, müvəqqəti rahatlığı əbədisi ilə – ölümlə əvəz 

edərdim və bunun üçün də ya gülləni, ya da ülgücü seçərdim ki, etibarlı, yüzfaizli olsun. 

Beləliklə də, vəziyyət aydınlaşdı: Yalquzaq haqqındakı kitabçanın verdiyi maraqlı nüsxəyə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

580 


əsasən  əlli yaşı gözləmək mənə çox uzun göründü – buna hələ iki il qalırdı. Fərqi yoxdur, qoy 

bir ildən, bir aydan sonra, ya da elə lap sabah olsun – qapı həmişə açıq idi! 

Demək olmaz ki, bu «qərar» həyatımı tam dəyişdi. Xeyr, yalnız məni çətinliklərə qarşı bir az 

biganələşdirən, tiryəkə, şəraba meylimi nisbətən azaltdı, dözümün həddinə olan marağımı isə bir 

az da artırdı, vəssalam! Həmin axşamın başqa təəssüratları isə daha təsirli oldu. Yalquzaq 

haqqındakı traktatı hərdən aludəliklə, minnətdarlıqla yenidən oxuyurdum. Sanki, taleyimin 

gözəgörünməz bir sehrkar tərəfindən idarə olunduğunu özüm də bilirdim, lakin bəzən bu cür 

aydınlıqdan xoşum gəlmirdi, lap gülməyim tuturdu, çünki mənim həyatımın özünəməxsus 

ovqatını, gərginliyini heç başa düşənə oxşamırdı. Yalquzaqlıqla «özünü öldürənlər» haqqında 

yazılanlar, bəlkə də, yaxşıydı, ağıllıydı, ancaq hamısı da müəyyən növə, müəyyən tipə aid 

olanlar üçün deyilmişdi. Bir də ki, çox ağıllı mücərrədlik idi; mənim şəxsiyyətim, mənim qəlbim, 

mənim özünəməxsus, təkrarolunmaz taleyim isə bu yöndəmsiz torbaya heç vaxt sığışmazdı. 

Ancaq məni daha çox düşündürən kilsə divarı yanındakı qarabasma, ya xəyal, məzmunu 

traktatdakı işarələrə uyğun gələn və çox şey vəd eləyən elan idi. Burada çox şey vəd olunurdu. O 

naməlum dünyadan gələn səslər məni  əməlli-başlı yerimdən oynatmışdı, saatlarla onun 

haqqında düşüncələrə dalırdım. Getdikcə həmin lövhələrdəki xəbərdarlığı aydınca eşidirdim: 

«Hamı üçün deyil!»... «Yalnız dəlilər üçün!»... – Əgər o səslər mənə çatırdısa, əgər o dünyalar 

mənimlə danışırdısa, demək, həmin dəli mən idim ki, hamıdan ayrı düşmüşdüm. İlahi, bəs mən 

«hamı»nın həyatından, normal adamların məişətindən, düşüncə tərzindən çoxdan ayrı 

düşməmişdimmi? Bəs mən çoxdan təklənib dəli olmamışdımmı? Lakin bununla belə, ürəyimin  

ən gizli bir guşəsində bu harayı  – dəli olmaq, ağıldan, buxovdan, meşşanlıqdan əl çəkmək, heç 

bir qanun tanımayan coşqun qəlb dünyasına, fantaziyalar aləminə təslim olmaq çağırışını çox 

yaxşı başa düşürdüm. 

Bir gün yenə əbəs yerə küçələrdə, meydanlarda plakatgəzdirən kişini axtarandan, dinşəyə-

dinşəyə qapısı yoxa çıxmış divarın yanından bir neçə dəfə keçəndən sonra Martin məhəlləsində 

qəbiristanlığa meyit aparan dəstəyə rast gəldim. Tabutun arxasınca asta addımlarla yortan 

adamların üzünə baxanda, məni fikir götürdü: görəsən, bu şəhərdə, bu dünyada elə adam tapılar 

ki, onun da ölümü mənim üçün itki olsun! Ya da eləsi ki, mənim ölməyimin ona bir isti-soyuğu 

dəysin? Düzdür, arada Erika vardı... sevgilim... nə olsun ki... axı çoxdan aramız soyumuşdu, gec-

gec görüşürdük ki, dava-dalaşdan qaçaq.  

İndi də harada yaşadığını bilmirdim. Hərdən yanıma gələr, ya da mən gedərdim, amma bütün 

bunlara baxmayaraq, ikimizin də tənha, çətin adam olmağı, ruhumuzun, ruhi xəstəliyimizin 

daxili qohumluğu bizi bir-birimizə bağlamışdı. Ancaq kim bilir, bəlkə də, mənim öldüyümü 

eşidəndə, sinə dolusu nəfəs alıb yüngülləşəcək?! Bunu da deyə bilməzdim, şəxsi hisslərimin nə 

dərəcədə düzgün olduğunu da...  

Belə şeyləri bilmək üçün normal, geniş imkanlara malik bir həyatda yaşamaq lazım idi... 

Bu aralıqda hansı istəkləsə hüzr dəstəsinə qoşulub dəbdəbəli, dəbdə bəli, krematoriyalı, beton 

döşəməli, gözəl, müasir qəbiristanlığa tərəf gedirdim. Bizim mərhumu yandırmadılar, tabutu 

torpağa quylayıb üstünü örtdülər. Mən isə öz hərəkətləri ilə yas mərasiminə xüsusi təntənə 

verməyə çalışan keşişə, dəfn bürosu işçilərinə və digər leş iyi almış quzğunlara fikir verirdim: bu 

qondarma səhnə, pərtlik onları  əldən salır,  lap gülünc vəziyyətə qoyurdu. Əyinlərindəki qapqara 

cübbələri yellədə-yellədə mərasim iştirakçılarının ovqatını dəyişməyə, onları ölümün əzəməti 

qarşısında diz çökdürməyə 

çalışırdılar. Ancaq bir şey çıxmır, ağlayan tapılmırdı. Sanki, bu mərhum heç kəsə gərək deyilmiş.  

Möminlik ovqatını qəbul etmək istəyən yox idi və keşiş də onlara «əziz həmxristianlarım» deyə 

elə hey müraciət etdikcə, bu tacirlərin, çörəkçilərin, onların arvadlarının lal, işgüzar sifətlərində 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin