1. Maliyyə Münasibətləri



Yüklə 46,73 Kb.
səhifə1/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
  1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə


1.Maliyyə Münasibətləri

İqtisadiyyatın inzibati-amirlik sistemindən bazar mü­na­si­bətlərinə keçilməsi yeni maliyyə münasibətlərinin yaran­ma­sına, köhnə maliyyə kateqoriyaları və vasitələrinin yeni keyfiyyət qazanmasına, maliyyə ehtiyatlarının formalaşdırıl­ması və istifadəsində yeni prinsiplərin tətbiqinə və maliyyə idarəçiliyinin yeni formalarının həyata keçirilməsinə səbəb olmuşdur.

İnzibati amirlik sistemində istehsal vasitələri, demək olar ki, tamamilə dövlət mülkiyyətində olur, təsərrüfat mexa­nizmi sərt, mərkəzləşdirilmiş iqtisadi planlaşdırmaya tabe edilir. Dövlət bütövlükdə iqtisadiyyatı inzibati yolla idarə etməyi öz üzərinə götürür, müəssisələrin sərbəstliyi, deməli, öz fəaliyyətinin yekununa məsuliyyəti də məhdud xarakter daşıyır.

Mərkəzləşdirilmiş idarəetmə sistemindən bazar iqtis­adiy­yatına keçid maliyyənin mövqeyinin, rolunun dəyişil­məsinə səbəb olmuşdur. Maliyyə üstqurumla sıx qarşılıqlı əlaqəyə malik olsa da, iqtisadi bir kateqoriyadır və dövlətin fəaliyyətinin maddi əsasını təmin edir.

Maliyyə dövlətin ictimai təkrar istehsala müdaxilə etməsinə imkan verir. Dövlət maliyyədən istifadə etməklə yığıma, istehlaka və təsərrüfatçılığın digər tərəflərinə müəy­yən təsir göstərə bilir.

Ölkəmizdə əsrin əvvəllərində xüsusi mülkiyyətin ləğv edilməsi və istehsal vasitələri üzərində dövlət mülkiyyətinin bərqərar olması baş vermişdi. Nəticədə maliyyə cəmiyyətdə öz aparıcı mövqeyini itirmiş və xalq təsərrüfatı planlaşdırıl­ma­sına münasibətdə tabe mövqe tutmuşdu. Hazırki dövr tamamilə əks mahiyyətlidir – mərkəzləşdirilmiş iqtisadiyyat­dan azad bazar münasibətlərinə keçilir. Bazar münasi­bət­lərinə keçid maliyyənin əhəmiyyətini daha da artırır, eyni za­manda bazar münasibətlərinin daha da dərinləşməsində maliy­yə mühüm rol oynayır.

Buna aşağıdakılar vasitəsilə nail olunur:

- mülkiyyət formalarının müxtəlifliyinin təmin olun­ması;

- maliyyə münasibətlərinin demokratikləşdirilməsi;

- iqtisadiyyatda dövlət müdaxiləsinin maliyyə vasitə­ləri­nin inkişaf etdirilməsi.

Bu proseslər dialektik vəhdətdədir və səksəninci illə­rin axırlarından həyata keçirilməyə başlamışdır.


Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin