Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   31

 

Qutsal  oxuma: “Qutsal  quruculuq”  bitiyində  “Sədaqət”dən  bir 

parça oxunub şərh olundu. 

 

Soylu Atalı: Atanın “Sədaqət” kitabını, bir də “Ruhani hökmlər” 

kitabını  yenidən  oxumaq  gərəkdir.  Baxın  görün,  ya  tədbirdə  bir 

yerdə, “Ruhani hökmlər” çox deyil, ya da hər bir fərd ayrı-ayrılıqda 

tam  oxuyun,  Ailə  Günündə  ona  toxunun.  Atanın  Ocaqçı  qarşısında 

qoyduğu tələblər, məsələlər var. Bunları daim diqqətdə, yadda saxla-

maq gərəkdir. Ocaqla bağlı Ocaqçının bilgisi “hökmlər”lə möhkəm-



 

401 


lənir.  Sonra,  bizim  özümüzün  Atadan  sonra  bəzi  nizamlayıcı  təşəb-

büslərimiz  olub,  bunların  hamısını  bir  yerə  yığmaq  gərəkdir  və 

öyrənmək  gərəkdir.  Ocağı  yaşatmaq,  nizamlamaq,  öyrətmək  üçün 

bunlar  başlıca  məsələlərdir.  Məsələn,  deyirik  ki,  “İnsanilik”  bayra-

mını  Günəşin  14-ü  yox,  15-i  keçirək.  Məsələn,  deyirik  ki,  “Səfər 

Günü”  Mərasimini  “Ruhani  Səfər  Günü”  adlandıraq.  Ağlımıza 

gəldikcə  dəqiqləşdirmələr  aparmışıq.  Atanın  öz  istəklərinə,  tələblə-

rinə  uyğun  dəqiqləşdirmələr,  bunları  bir  yerə  yığmaq,  yazmaq 

gərəkdir. 

 

Göylü Atalı: Ruhani sənədlərə də baxıb sistemləşdirmək olar. 

 

Soylu  Atalı: Onunla çalış, məşğul ol. Bundan sonra tədbirimizdə 

elə təşəbbüslər ortaya çıxanda dəftər tutub qeyd edək… 

 

Tədbir  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun” 

səcdəsiylə başa çatır. 

 

Qar Ayı, 37-ci il. Atakənd. 



(yanvar, 2016. Bakı.) 

 

 

 

 


 

402 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata- Ocaq İlsırasının 37- ili 



“Uluyol-Hünər”, “Ulufərəh” və “Atagün” Ailələrinin 

Qar Ayında keçiriləcək Aylıq törəninin 

Gediş yazısı 

 

Yer: İnam Evi; Gün: 17 Qar Ayı, İnam Günü;   

Başlanır: saat 16:00 

 

Oda  Törənin  ruhuna  uyğun  hazırlanır.  Təşkilatca  sorumlu 



Üstün Atalıdır. 

Tədbir “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə başlayır. 



 

Törən qonuları: 

1.

 



Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

2.

 



2. Ailəçiliyin təsdiqi nə deməkdir? 

 

“Ata Ruhunu ürəyimizdə aparırıq!”,  



“Atamız Var olsun!” səcdəsiylə Gün başa çatır. 

 

Günün Carı

Amalla Ruhsal bağlılığım – ömrümün fərəhidir! 

Ocaqda sevdalı aqibətimiz – Sabahımızdır! 

 

Gediş yazısını yazdı: Türkel Atalı. 



15 Qar Ayı, 37- il. Saray-Soylu. 

 

Qəbul olunur. 



                                          Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

 

      15 Qar Ayı, 37- ci il. Saray-Soylu. 

 

(Qeyd: Hansısa səbəbdən “Ailə Günü”nün vaxtı dəyişdirilib). 

 

 



 

403 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 



Ocaq  Günsırası  ilə  18  Qar  Ayı,  37-ci  ildə  (yanvar,  2016)  İnam 

Evində  “Atagün”,  “Uluyol-Hünər”  və  “Ulufərəh”  Ailələrinin  XI 

“Ailə  Günü”  toplantısı  keçirildi.  “Ata  Ruhuna  pənah  gətirmişik!” 

səcdəsilə  “Ailə  Günü”  başladı.  “Atagün”  Ailəsinin  Yükümlüsü 

Günev Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Bu gün 18 Qar Ayı 

üç  Ailə  birlikdə  “Ailə  Günü”  toplantısı  keçirir.  İlk  dəfə  qatılanlar 

üçün  “Ailə  Günü”  ilə  bağlı  bir-iki  söz  deyim.  Asif  Ata  Ocağı 

Ailələrə bölünür. Çağ olacaq ki, Azərbaycanımızın, dünyanın başqa-

başqa  bölgələrində  Ailələr  olacaq. Həmin  Ailələrin  bir  yerə  toplan-

ması  məsələsi  bəlli  çətinliklərlə  bağlı  olduğuna  görə  öz  yerlərində 

tədbirlərini keçirəcəklər. Təbii ki, Ocağın özəyi ilə də davamlı bağ-

lantıları olacaqdır. Ailələr Ailə Günlərində öz çalışmalarının hesaba-

tını verirlər. Burda əsas ölçü Amallaşmaq, Kamilləşmək, Xalqlaşmaq 

yönündə  danışmaqdır.  Təbii  ki,  Amaldaşların  bir-birindən  öyrən-

məsi, ruhsal biliyə yetməsi olduqca önəmlidir. Asif Ata Ocağı bu cür 

öz  çalışmalarını  davam  etdirir.  Bu  gün  üç  Ailənin  birgə  tədbiridir. 

“Atagün”  Ailəsi  bizim  Atagün  Eli  adı  verdiyimiz  bölgədə,  yəni 

Beyləqan rayonunun Örənqala köyündə çalışır. Ocağımızın Yüküm-



 

404 


lüsü  Soylu  Atalı da  həmin  Ailənin üzvüdür.  Hər  ay ora  gedir,  orda 

hər ay Ailə Günü toplantısı keçiririk. 

Amallaşmamla  bağlı.  Mən  “Mütləqə  İnam”  Bitiyinin  “İntibah” 

bölümündəyəm.  Həm  də  bu,  bizim  “Qutsal  Öyrənim  Günü”müzlə 

bağlıdır.  Fərdi  intibah  var,  Xəlqi  intibah  var,  Bəşəri  intibah  var  və 

Ruhani İdrak intibahı var. Fərdi intibah – özümləşmə tələbidir. Yəni 

mən hansı səviyyədə özümə yetmişəm. Nələr üzərində qələbə çalmı-

şam, nələri öyrənmişəm, nələri bilirəm, nələri dərk etmişəm. 

Nələri  ömrümün  uyumuna  çevirmişəm.  Bir  sözlə,  fərdin  bağım-

sızlaşması.  Xəlqi  intibah  –  xalqın  bağımsızlığı  tələbidir.  Bizə  görə, 

xalq bağımsızlıq (müstəqillik) məzmununa, anlamına tam yetməyib. 

Heç bir çağda, heç bir dövrdə. Lap Midiya dövründə də, lap səltənət-

lər yaradan dövründə də. Milli dövlət adıyla ortaya çıxsa da, yetmə-

yibdi  ona.  Çünkü  millilik  özü  tam,  kamil  anlamda  dərk  olunmayıb. 

Ona görə intibaha çatmaq xalqın bağımsızlığa çatmasıdır. 

Bəşəri bağımsızlıq qutsallıq tələb edir. Bəşər xalqları indiyə qədər 

bir-birinə yanaşmada çox kobud, yırtıcı bir mövqe tutub. Qan-qada-

lar,  savaşlar,  çəkişmələr,  zülm,  istibdad  yeri-göyü  bürüyüb.  Bunun 

da bir nədəni var ki, insan özünə çatmayıbdır. 

Yenə qayıdıram özümləşmək məsələsinə. Fərdi intibah nə demək-

dir mənim üçün. İnsan cismaniyə sahib olur. Bilirik ki, cism olmayan 

yerdə  ruhaniyyat  da  yoxdur.  Mənim  bədənim  yoxdursa,  ruhaniyyat 

harda olacaq?! Ancaq bunun ikinci planda olması, birinci planda mə-

nəviyyatın, ruhaniyyatın olması gərəkdir. Bu həqiqəti dərk edən in-

san şər duyğularla içində döyüşür, yırtıcılığını, ötür, insana uyğun ol-

mayan duyğuların öhdəsindən gəlir və cismin yiyəsi olur. Cismi ru-

hun tələblərinə yönəldir. Cism ruhaniyyat daşıyıcısına çevrilir. Ruh-

sal intibah odur ki, cismə yiyə olan fərd maddiyata da yiyə olur. Nə 

qədər ki insan cəmiyyətdə icraçıya çevrilir, heç vaxt özü olmayacaq. 

Deyirik ki, təbiətdə Mütləq məna var. Ancaq təbiət Mütləq məna-

ya yetmir. Çünkü təbiət təzadlı olur. Ancaq insan Mütləq mahiyyətə, 

anlama  yetdiyindən  ziddiyyətdən  çıxa  bilir.  Ocaqçılar  Asif  Ata  yo-

luyla getdikcə hər gün öz ricalarında dedikləri kimi, “Günüm keçdi, 

sənə bir addım da yaxınlaşdım”… Yəni nələrdən qurtuldum, nələrlə 

döyşdüm, – bu döyüşlə insan fərdi intibaha yetir. Cəmiyyətin köləlik, 

yırtıcılıq, xurafat əsarətindən qurtarır. Xurafat deyir şərait hər şeydir, 

insan heç şey; mühit hər şeydir, insan heç şey; istehsalat hər şeydir, 

insan heç şey. Hətta deyir Allah hər şeydir, insan heç şey. Bununla 



 

405 


insanı  kölələşdirir,  mütiləşdirir,  öldürür.  İnsan  cəmiyyətdən  asılılı-

ğını, cəmiyyətin yırtıcı əhvalını dərk elədikcə, bunun insan həyatına 

gətirdiyi ağırlığı duyduqca onlarla döyüşməli olur. Döyüşdükcə fərdi 

intibaha yetir. Fərdi intibahın bir hissəsidir – xurafatdan azad oldum, 

var oldum; cəmiyyət əsarətindən azad oldum, var oldum; maddiyyat-

çılıqdan, cismaniliyə qapılmaqdan azad oldum, var oldum. 

Bu gün Amallaşma ilə bağlı deyəcəklərim bu qədər. 

Kamilləşmə  hesabatım.  Son  dövrlərdə  halımı  araşdırıb  özümü 

ələkdən keçirirəm. Nədir məndə çatan, nədir məndə çatmayan? İna-

mımda bütövəm, inamın hansısa tələbinə qarşı şübhəçiliyim yoxdur. 

Bütün  sorunların  qarşısında  İnsanlıq  dayanır.  Bu  həqiqət  mənim 

üçün gün kimi aydındır. Bütün çalarlarıyla aydındır, təkcə bir cümlə-

yə  yerləşən  fikirlə  yox.  Dərk  edirəm  ki,  bu  belədir.  Çünkü  həyat 

yaşımın da, Amal yaşımın da etkisi mənə bu sözü deməyə əsas verir. 

İkinci  bir  hal  –  idrak  məsələsi.  Dediyim  bu  fikirləri  öz  həyatıma 

nəinki şamil eləmişəm, mən bu həyatla yaşayıram. Heç bir şey demə-

səm belə, cəmiyyətə etkim hiss olunur. Yörəmə, qonşuya, qohumla-

ra, getidyim xeyir-şər yerlərinə. Hər hansı bir yerə gedirəmsə, çağın-

da  mənə  tuşlanan  pis  gözlər  indi  yerə  dikilir.  Buna  mən  həyatımda 

nail  olmuşam.  Ocaqçılar  da,  Ocaqsevərlər  də  bilir  ki,  mən  həyatda 

çox  böyük  təpkilərlə  üzləşmişəm,  Asif  Atanın  bayrağını  qaldırıb 

onun ardınca getdiyimə görə. Qohumlar tərəfindən, inzibati orqanlar 

tərəfindən qınaqlarla və s. üzləşmişəm. Başıma gəlməyən iş az olub. 

Bunları keçdikcə özümə inamım artır ki, mənim idrakım o səviyyəyə 

qalxmasaydı,  yol  gedə  bilməzdim.  Həyat  məni  geri  itələyə  bilərdi. 

Toplumda adi biri ola bilərdim. 

Bu ağdırsa, kim mənə qara dedizdirə bilər. Dedizdirə bilərdi qor-

xumla  döyüşməmiş  olsaydım.  Təpkidən  qorxardım,  etkilərdən,  tək-

lənməkdən  qorxardım.  Onda  fərəhsiz  yaşayardım,  yorulardım.  Asif 

Ata  Ocağının  Evladı  olaraq,  birey  olaraq,  Günev  Atalı  olaraq  mən 

ömrümdə bu hala yetmişəm. 

Üçüncü  Mənəviyyat  məsələsi.  Mənəviyyatımdan  da  elə  bir  gile-

yim yoxdur. Hər gün özüm özümə hesabat verirəm ki, mən bu gün 

artmışammı, azalmışammı, yerimdə saymışammı? Fərqi görürəm. Bu 

gündə dünənkindən fərqim var. Əgər dünənkindən fərqim olmasaydı, 

nəinki  yerimdə  sayardım,  geri  gedərdim.  Elə  yerində  saymaq  geri 

getməkdir. 


 

406 


Dördüncü,  iradə  məsələsi  ki,  ona  nə  dərəcədə  yetmişəm,  yetdi-

yimdən  də  ürəkdolusu  danışa  bilirəmmi?  Mən  hesab  edirəm  ki, tam 

danışa  bilmirəm.  Çağında  döydüyüm  qapılar  üzümə  bağlandığına 

görə, getdiyim yerlərdə biganəliklər, filanlar hardasa mənim halıma 

etki göstərdi. Məndə bu gün fərdi görüşlərdən, fərdi yanaşmalardan 

başqa kütləvi görüşlər alınmır. Ancaq özümü ona hazır bilirəm. Mən 

hətta  ona  can  atıram,  cəhd  edirəm.  İndinin  özündə,  demirəm  ki,  ta-

mamilə əlimi yanıma qoyub oturmuşam. Çox çalışıram, ancaq hələ-

lik  o  səviyyə  məndə  alınmayıb.  Ancaq  özümü  buna  hazır  bilirəm. 

Özümü  günahlandırıram  nədə?  İdrak  məsələsində  bir  az  nala-mıxa 

döydüm. Döyüş odur ki, burdan qoymurlarsa, ordan vurmalısan, or-

dan  qoymurlarsa  üstdən  atdanmalısan.  Qalib  gəlmək  üçün  hardan 

oldu  keçməlisən.  Yalnız  antiinsani  yoldan  başqa.  Orda  ləyaqəti, 

qutsallığı  xərcləmək  olmaz.  Yüksək  istəklər  yüksək  olmayan  əməl-

lərlə  həyata  keçirilirsə,  bu,  doğru  deyil.  Tam  qutsallıq  halıyla  irəli-

ləmək. Bu baxımdan bir kəndçi əhvalı var məndə ki, özümü “yüngül-

saqqallıqdan” qorumuş kimi oluram. Bəlkə də buna don geydirirəm. 

Bir sözlə, İradə məsələsində bir az özümü qınayıram. 

Ailə Günü qonumuz – Ailəçiliyin təsdiqi nə deməkdir?! Bunun nə 

dərəcədə  etkisi  var  xalqın,  bəşərin  həyatına?!  Ailəçi  ruhsal  əhvalla 

dolur. Bəlli səviyyədə çalışır. Özündə dərin bir sorumluluq hiss edir. 

Həyatda ailə mühiti var. Ancaq Ruhsal Ailə mühiti başqadır. Biz bir 

araya  gəlirik.  Mən  əliboş  gəlmək  istəmirəm  bəzən.  Öz-özünə  dol-

mursansa, boşuna söz demək üçün çalışmaq olmaz. Ailədə yetmədik-

lərimi öyrənirəm. Ailə ruhsal birlikdir. 

Atamız Var olsun! 



 

Nurtəkin  Atalı (Ataya  səcdə  ilə  sözünə  başladı  –  N.A.):  Ailə 

Günü  mənim  üçün  özəl  bir  gündür.  Ailə  Günü  mənim  özümdən 

razılığımı, ya da tərsinə, razı olmadığımı ifadə etdiyim bir ortamdır 

ki,  burda  özümü  tam  görürəm.  Özümdən  tələbim  daha  da  aşkarlan-

maq, daha da ifadə edə bilmək istəyimdir. Ay içində Amallaşmışam, 

başqa  ədəbiyyat  da  oxuyuram.  Bəzən  elə  olur  ki,  Atanı  oxuyanda, 

düşüncələrim, duyğularım oyanır, düşüncədən düşüncə yaranır. 

Bəzən daha çox yazı yazıram, bəzən az yazı yazıram. 

Atanı  oxumaq  mənə  hava-su  kimi  gərəkdir.  Hər  dəfə  Atanı 

oxuyanda da bunun zəruriliyini görürəm. 



 

407 


Qandinin  həyatından  bəhs  edən  “Bütün  millətlər  qardaşdır”  əsə-

rini  oxuyuram.  Ocaqdan  qıraqda  nə  oxuyuramsa,  onu  Asif  Ata  ilə 

tutuşdururam.  Bizdə  ölçü  məsələsi  var,  istər-istəməz  tutuşdurma 

ordan  gəlir.  Mən  görürəm  ki,  ömrünü  millətinə  verən  insanların 

həyatı  nə  qədər  sadə,  aydın  və  müəyyən  qədər  də  oxşar  olur.  Nə 

qədər sadədir, aydındır və nə qədər də dərindir. Nə qədər o dərinliyə 

baş  vurursan  vur,  baş  vurmanın  özü  elə  bir  fərəh  gətirir  ki,  mən  o 

böyüklüyü,  özündənkeçməni  görə  bildiyimə  (idrakımda)  sevinirəm. 

Mən onu duya bilirəm, o, millətiylə nə qədər birdir. Millətinin ağrı-

sıyla,  fəlakətiylə.  Millətinin  gələcəyi  haqqında  nə  qədər  düşünür, 

ömrünü sərf edir. Onu duymaq tamam başqa hallardır. Çünkü Ocaqçı 

da bu duyğularla yaşayır. 

 

 

Atanın  belə  bir  fikri  var,  deyir  ki:  “Bəşərdə  inkişaf  olub,  ancaq 



təzələnmə  olmayıb.  Bizim  İnamçılığımız  bəşərin  təzələnməsidir”. 

Adamın gözü açılır. Bütün dövrlərə qiymət verir. Mən o zaman özü-

mün yükümü, sorumluluğumu dərk edirəm. Millətin təzələnməyi, bə-

şərin  təzələnməyi  nə  qədər  bizim  Amalımızdan  asılıdır.  Nə  qədər 

mənim ömrüm buna hazırdır. Nə qədər mənim ömrüm yetkinləşib ki, 

təzələnməni  yetirə  biləm.  Belə  bir  sorumluluqla  doluram  Atanı 

oxuyanda. 

Kamilləşməm  haqqında  düşünürəm.  Mən  ayrı-ayrı  yazılar  yazı-

ram,  ancaq  özüylədöyüş  gündəliyi  yazmıram.  Qərara  gəlmişəm  ki, 

yazım. Hər dəfə qulaq asıram Soylu Atalının Ailə Günündəki çıxışla-

rına,  onun  ardıcıl  özünü  araşdırmasına.  Mənim  üçün  Soylu  Atalı 

idealdır,  bu  səviyyəsiylə  yetkindir.  O,  yetkinləşib,  ancaq  hələ  də 



 

408 


özünü araşdırır. Ancaq mən bir az oxuyuram, Ocaq əməli görürəm və 

arxayınlaşıram.  Yazdıqca,  araşdırdıqca  özünü  görmək  olur.  Bu, 

mənim qüsurumdur, mən bunun əskikliyini həm də görürəm. 

Xalqlaşmam,  internetdə  ara-sıra  ünsiyyətləri  gözə  almasaq, 

demək olar ki, yoxdur. 

İndi isə ayrı-ayrı yazılarımı oxumaq istəyirəm. 



 

xxx 

Adamların ürəyi daşlaşıb, çünkü ürək inamsızdır. İnam olan yerdə 

sevgi  var,  qayğı  var,  sayğı  var.  İnamsız  ürək  hər  cür  antiinsaniliyə 

qadirdir. 



xxx 

Heç  kəs  həqiqəti  demir.  Çünkü  ölçü  faydalanma  dərəcəsinə 

bağlıdır. 

xxx 

Xalq  xalqsızlaşmanın  əziyyətini  çəkir,  ancaq  xalqsızlığının 

nədəninə yetmir. 

Nə  partiyalar,  nə  din,  nə  siyasət,  nə  iqtisadi  gəlişmə  xalqı  xalq-

sızlıqlıq  bəlasından  çıxara  bilməz.  Ömrü  Amala  verməli  ki,  birey-

ləşəsən, xalqlaşasan. 



xxx 

Öncə  də  adamların  başı  maddiyyata  qarışmışdı.  İndi  daha  artıq 

qarışacaq. Ruhaniyyatın gərəkliyi daha aydın görünməkdədir. 

 

xxx 

Son  günlərdə  bu  soruları  düşünürəm.  Nəyə  sevinirəm?  Nəyə 

kədərlənirəm? Nəyi daha çox düşünürəm? Bu sorulara cavab mənim 

Amal  ölçüsüylə  necə  yaşamağımı  göstərir.  Bu  sorulara  cavab  elə 

özüylədöyüş əməlinin gerçəkləşməsidir. 

Həm  də  hər  bir  insana  qiymət  verəndə  düşünürsən  ki,  bu  insan 

nəyə sevinir və nəyə kədərlənir? Bu, ruhun halını göstərir. 

 

xxx 

Hər  bireyin  ailəsi  qarşısında  atalıq,  analıq,  qardaşlıq,  bacılıq, 

övladlıq qayğısı var. Bu qayğı yalnız maddiyyatı həll etməklə bitmir.  

Ailəçilik görəvinin yalnız maddi tərəfi deyil, milli, bəşəri tərəfi də 

ödənməlidir. Əks halda yarımçıq qalacaq. 

 


 

409 


xxx 

Mən ruhsal əməl görəndə, Atanı oxuyanda, düşüncələrim yetkin-

ləşəndə, Ocaq soraqları eşidəndə fərəhlə elə doluram, hiss edirəm ki, 

həyatdan  yüksəyə  qalxıram.  Anlayıram  ki,  həyata  həyatın  içindən 

baxanda  onu  tam  görmək  olmur.  Üstünlükdən  baxanda  ruhsallıqla 

həyatçılığın fərqi aydın görünür. 



xxx 

Maddiyyatın azlığından, çoxluğundan oyanış olmur. Oyanış içsəl, 

ruhsal zərurilikdən, milli ağrıların, fəlakətin çıxış yollarını axtarmaq-

dan, içsəl azadlığa yetmək istəyindən doğur. 

 

xxx 

Bütün  quruluşlarda  oyunlar  həmişə  xalq  üzərində  gedib,  zərbəni 

həmişə  xalq  yeyib.  Həmişə  xalq  itirib,  dağılıb,  parçalanıb,  geri 

düşüb.  Ancaq  bütün  bunların  xalqsızlıq  fəlakətindən  yarandığını 

anlamayıb.  Həqiqəti  görmək  üçün  zamandan,  ortamdan,  durumdan 

üstün yaşamaq gərəkdir. 



xxx 

Ailə Günü qonumuz – Ailəçiliyin təsdiqi nə deməkdir? 

Ailəçiliyin  təsdiqi  Ocaqçılığın  təsdiqidir.  Ocaqçı  həm  də  Ailədə 

birləşir. Ata deyir ki, Azərbaycan Ailələşməlidir, yəni Ocaq Ailələri 

şəklində olmalıdır. Şəxsən mənim üçün ruhsal Ailə nəyi göstərir: Bir 

yolda  gedə  bilmək,  ruhsal  fərəhə  yetə  bilmək,  özünü  ifadə  eləmək, 

özünü görmək, Amaldaşını görə bilmək, onu duymaq, onun fərəhin-

dən  fərəhlənmək,  kədərinə  kədərlənmək.  Bu  cür  insançı  ortamdır 

Ailə.  Ailəçilik  Amal  üstə  nə  dərəcədə  yaşamağın  təsdiqidir.  Ocaq 

törənləri, bayramları hər birimiz üçün önəmlidir, ruhsal oxuldur. Ailə 

Günü isə Ocaqçının özünü daha artıq ifadə elədiyi, özünü daha artıq 

araşdırdığı  ortamdır.  Burda  elə  bir  doğmalaşma  var.  Çox  istəyərəm 

ki,  öz  qüsurlarımı  araşdıram,  qüsurumu  da  deyə  bilmək  gücünə 

yetəm.  Qüsurumu  desəm  belə  bu,  məni  Amaldaşlarımın  gözündə 

alçaltmayacaq,  o,  mənim  özümü  ifadə  eləyə  bilmək  gücümü  göstə-

rəcək. Belə bir ortam cəmiyyətdə yoxdur. Cismani ailələrdə yoxdur. 

Ocaq Ailəsi ona görə yaranıb ki, Ocaqçı həm özü üçün aydınlaşsın, 

həm  də  Amaldaşları  üçün  aydınlaşsın.  Bu  aydınlaşmanın  özündə 

böyümək var, yetkinləşmək var. Ailə Gününün ortamındandır ki, bizi 

hər Ailə Günündən o birinə daha böyük düşüncələrə, əməllərə, daha 

böyük etiraflara çağırır. Bizim yolumuz budur. Artmaqdır. Ailə onu 


 

410 


tələb  edir  ki,  hər  zaman  artmalısan.  Ata  deyir  ki,  artmayan  azalır. 

Ailə Günü Evladın artan aşamalarını göstərir. Təkrarlanmasın, artsın. 

Atamız Var olsun! 

 

Türkel  Atalı (Ataya  səcdə  edib,  Bayrağı  öpür):  Amallaşmam 

Ocaq  tədbirlərində  deyilən  fikirlərdən  öyrənməyimlə  davam  edir. 

Deyilən fikirlər, tədbirin ümumi halı təkcə fikirlərimi nizama salmır. 

Hiss eləyirəm ki, ruhsal bilgimdə, öncələrlə tutuşduranda artım var. 

Tədbirlərə  qatılanlar  çıxışlarında  tədbirdə  olmaqdan  qürur  duyduq-

larını, bəhrələndiklərini dilə gətirirlər. Yəqin ki, söz xatirinə demir-

lər. Çünkü yeni sözlə, dərin araşdırmalarla qarşılaşırlar. Hansı ortam-

da olduqlarının fərqinə varırlar. Ocaqçı olanın tədbirə qatılması, söz 

yox,  qürurla,  bəhrələnməklə  yetərlənə  bilməz.  Çünkü  o  halla  iç-içə 

olmaq var, yaşamaq var. Ocaq Yükümlüsünün belə bir fikri var: “Biz 

Asif  Atadan  nə  qədər  çox  öyrənsək,  bir  o  qədər  Azərbaycana  xey-

rimiz dəyəcək. Bu Ocaqçıya da aiddir, Ocaqçı olmayana da”. 

Özüylədöyüşümdə dəyişiklik yoxdur. Hətta geriləmə var. Balaca-

lığımdan, qüsurlarımdan azad ola bilmirəm hələ də. Çünkü imtinaya 

yetə  bilməmişəm.  Yaşamımda  hansısa  tərs  gedən  bir  şey,  bir  anda 

nəyəsə görə keçirdiyim rahatsızlıq bütünlüklə halıma etki göstərir. O 

anda məni tutub saxlayır. Bu cür halımı, həm də xalqlaşmamda artım 

olmamasını Ocaq Yükümlüsünün belə bir fikri ilə deyim: “Əməl və 

düşüncə  birliyi,  əməl  və  mütaliə  birliyi  yaratmaq  gərəkdir.  Kamil-

ləşmənin  əsas  hərəkətverici  qüvvəsi  budur”.  Kamilləşmənin  olma-

masına səbəb kimi “vaxtım olmur” demək yalnız özü üçün yaşamaq 

deməkdir.  İradəmlə  məşğul  olub  ömrü  Amala  vermək  gücünə  yet-

məliyəm.  Günü-gündən  gerçək  durumun  çətinləşməsi,  toplumdakı 

hər kəs kimi, bütünlüklə yaşamıma etki göstərməməli, Ruhsal halım 

onu nizama salmalıdır. 

Bu ay içində bir əməlim xeyli fərəhləndirdi məni. Ocaq Yüküm-

lüsü  Ailə  Gününün  yazısını  bilgisayarda  düzəltməyi  mənə  tapşırdı. 

Əhvalsız olduğuma görə yazını səhəri günə saxlamağı planlaşdırdım. 

Atanın  “Adamdan  İnsana”  kitabını  bir  az  oxudum.  Halım  xeyli 

rəvanlaşdı.  Gecə  saat  2-dən  səhər  7-ə  kimi  fərəhli  düşüncələrimlə 

olub o yazını düzəltdim. O gün mənim üçün uca halla yaşadığım gün 

kimi keçdi. Ata “Adamdan  İnsana” kitabında deyir ki, “Düşüncənin 

həyatı  dəyişməsini  bilmirlər.  Düşüncə  həyatı  dəyişir,  həyatı  dəyiş-

dirdikcə  özü  də  dəyişir”.  Bu  fikir  özüm  üçün  o  halımı  ifadə  elədi. 



 

411 


Yəni o halımda gəldiyim qənaət o oldu ki, Ruhaniyyata bağlı olanda, 

ruhsal  düşüncələrlə  bir  olanda  yaşamımda  nə  qədər  dəyişiklik  olar-

mış.  Amallı  düşüncələrimlə  Ruhaniyyatın  tələbinə  uyğun  yaşamağa 

yetəcəyimə inanıram. 

Atamız Var olsun! Bayrağımızı öpürəm. 

 

Günev  Atalı: Türkel  bizim  gənc,  ancaq  Amal  yaşına  görə  deyil, 

həyat  yaşına  görə  gənc,  Asif  Ata  Evladıdır.  Soylu  Atalının  cismani 

oğludur.  Onun  mühitində  böyüyübdür.  Görürsünüzmü  etirafının 

gözəlliklərini.  Soylu  Atalı  demişkən,  Tolstoy  etiraflarını  yazandan 

sonra Tolstoy oldu. Nə qədər aydın bir münasibət sərgiləyir ortaya. 

Kimdir ondan nəsə tələb edən?! Əgər o, imtinaya yetmədiyini etiraf 

edirsə,  deməli,  onu  rahatsız  edir.  Deməli,  onun  qayğısına,  dərdinə 

çevrilir.  Mütləq  aşacaq.  Yoxsa  o  sözün  üstünə  gəlməzdi  və  başqa 

sözlər deyərdi. O sarıdan var ol, Türkel. Çox razıyıq səndən. 

 

 



 

Soylu  Atalı: Mən  bizim  tədbirdə  söz  deyən,  deməyən  adamlarla 

bağlı  bir-iki  söz  demək  istəyirəm.  Atanın  Ailə  ilə  bağlı  prinsipləri 

var. Sözün sorumluluğu var. Hər kəs danışdığı sözün sorumluluğunu 

bilməlidir.  Ancaq  bu,  insanın  ağzından  vurmaq  anlamına  gəlmir. 

Sadəcə insanın ağlına gələni deməsinə olanaq vermir. Bəzən olur, elə 

adam var ki, himə bənddir, söz verirsən, başını alıb gedir. Mən dözüb 

dinləyirəm. Ancaq burda oturanlar ona dözmür. O baxımdan sorum-

luluq  məsələsi  var.  Asif  Atanın  dediyi  nədir?  Bu  mühit  çox  böyük 

idrak,  inam  qırımı  ortaya  qoymaq  üçün  düşünülmüş  mühitdir.  Çağ-


 

412 


lamaq mühitidir. Fərqi yoxdur, o, Asif Atanın davamçısıdır, ya deyil. 

Gərək sənin için qaynasın, idrakın formalaşsın, yetkinləşsin. Özünü 

ifadə  elə.  Hər  bireyin  özünün  harda  olmasından  asılı  olmayaraq, 

topluma  hansısa  uğurlu  bir  etki  göstərməsi  üçün  o,  özüylə  məşğul 

olmalıdır.  O,  öz  fikrini  ifadə  eləməyi  bacarmalıdır.  O,  öz  düşüncə-

lərini  açmağı  bacarmalıdır.  Bizdən  qıraqda,  nə  yazıqlar  ki,  elə  or-

tamlar, yanaşmalar yoxdur. Replika mühitini sevmirəm. Biri danışır. 

Yenə  deyirəm,  danışan  sözünün  sorumluluğunu  daşısın.  Ancaq  biri 

danışır, tutalım ki, lap normal danışır. Qıraqdan o biri, içində boşluq 

var  deyə,  replika  atır.  Ya da  biri  o  birini  sancır.  Biri  o  birinə ilişir. 

Belə ortamda söz demək olmaz. Ona görə elə ortamlarda söz demək 

bazara  çevrilir.  Əhval  yaratmır,  hədəf  açılmır.  İnsanın  içi  açılmır. 

Ancaq elə bir sağlam mühit olmalıdır ki, beş nəfər, on nəfər adam bir 

araya  gələndə  öz  içini  ifadə  eləməyi  bacarsın,  dərdini  deməyi 

bacarsın. 

Sevgisini deməyi bacarsın, ağrılarını deməyi bacarsın. O ağrıları 

qoy mənə yükləsin, eybi yoxdur. Onsuz da kefdə yaşamırıq, kefə də 

gəlmirik. Hər halda, elə bir hal, elə bir qırım olmalıdır. 

Vətən  nə  haldadır,  dünya  necədir  –  bu  məsələlər  insanlarımızın 

dü-şüncələrində açılmalıdır. 



 

Elçin Həsənov: Deyilənə giriş eləmək istəyirəm. Bu gün Asif Ata 

kimi dəyərləri xalqın arasına çıxarmağın vaxtıdır. 

Devalvasiya bəhanədir. Dünən aksiya təyin eləmişdilər. “Kimlər-

sə  xalqla  dövlətin  arasında  nifaq  yaradır.  İnsanların  sosial problemi 

yaranır”. 

Artıq nə müxalifəti, nə o birini xalq qəbul eləmir. Normal düşün-

cəli bir insan ortaya çıxmalıdır, durumda çıxış yolunu göstərməlidir. 

Bunu  oturub  müzakirə  edək,  söhbət  edək.  Necə  oldu  bizim  Asif 

Atamız oldu, M.Ə.Rəsulzadəmiz oldu və başqaları. İndi niyə yoxdur 

ki, insanları bu durumdan qurtarmaq üçün özüylə bir yerdə apara bil-

sin. Niyə bunu Soylu Atalı edə bilməz, ya mən edə bilmərəm. Nədir 

bizim qarşımızda çətin olan? Gənclərin, orta yaşlı insanların da fik-

rini dinləsək, müzakirə etsək, daha maraqlı olar. 

 

Soylu Atalı: Bu elə “Vətən nə haldadır” sorusudur. 

 


 

413 


Gülnarə  xanım: Vətən  pis  gündədir.  Ramiz  Rövşənin  bir  sözü 

var: nə gündəsən, Vətən. Adam səni sevməyə də utanır. 

Bu elə durumdur ki, vətən deyəndə adam utanır. Yaxşı aydınlar, 

liderlər də var Azərbaycanda. Sadəcə o liderlər çıxa bilmirlər ortalı-

ğa,  çünkü  o  da  monopoliyanın  etkisindədir.  Küçədə  adamları  görü-

rəm,  elə  bil  çaşqın  haldadırlar.  Bilmirlər  neyləsinlər.  Kütlə  odur. 

İnsan bilmir neyləsin. O duruma salıblar insanları. Nə kitab oxuyur-

lar, nə düşünürlər, bilmirlər dünyada nə var, nə yox. Bilirsə də kor-

təbii  şəkildə  bilir.  İnternetdə  oxuyur.  Bir  sözün  mahiyyətini  bilmir. 

Kütlə  şəklində  idarə  edirlər  insanları.  İnsanlar  kitaba  bunca  laqeyd 

olublar.  Deyəndə  ki,  bir  kitab  oxu,  o  qədər  inamsızlaşıblar  ki, 

deyirlər kitab oxumaqla nə olacaq ki, nə dəyişəcək ki. Şəxsən mənə 

çox adam deyib. Deyir ki, kağız parçasından bir şey çıxmaz, mübari-

zə aparın. Mübarizə aparırsan da qoşulmurlar. İnsanlarda qorxu var, 

cəsarət yoxdur. Üzdə olan liderlərə belə inam yoxdur. Çaşqın durum-

dadırlar.  Vətən  çox  pis  günlərə  düşüb.  Özü  də  içdə  elə  proseslər 

gedir  ki,  biz  onların  az  hissəsini  bilirik.  Elə  proseslər  gedir  ki,  o 

proseslər dövləti içdən parçalayır. 

 

İlham Mustafa: Deyəsən İndira Qandinin sözləridir: Yatmış mil-

ləti  oyatmaq  asandır,  ancaq  özünü  yatmış  kimi  aparanları  oyatmaq 

çətin məsələdir. Azərbaycan özünü yatmış kimi aparır. Nə yatmayıb, 

nə  də  ayıq  deyil.  Xanımın  dediyi  kimi,  küçədə  gedirsən,  hamı 

havalıdır.  

On il bundan qabaq da mənə deyirdilər sən xəstəsən, əlinə qəzet 

alıb oxuyursan… 

İnsanlar oxumurlar. İnternet də boşluqdandır. Fakt bu gün dövlə-

timiz baş-ayaqdır. 

Təkcə  Samsunq  firması  ilə  36  milyard  pul  qazanır.  Azərbaycan 

bu qədər təbii sərvətlə cəmi 32 milyard pulu var. O da Azərbaycanın 

deyil,  5-6  nəfər  oliqarxındır.  Yığılıb  deyir  ki,  qiyməti  artırmayın. 

Kim artırır? Xalq qiymət artıra bilir? Elçin bəy yaxşı bilir bu məsələ-

ləri.  Mitinqə  gedən  də  yoxdur.  Sabah  çağırsalar  da  getməyəcəklər. 

Getsə də bilir ki, döyüləcək. Bizim bədbəxtçiliyimiz odur ki, biz hər 

şeydən qorxuruq. Nə qədər desək də biz qəhrəmanıq, qəhrəman deyi-

lik.  Biz  döyülməkdən,  həbsdən  qorxuruq.  Ona  görə  bizim  ölkəmiz 

tarix boyu bu duruma gəlib. Bu səviyyədə də gedir. 



 

414 


Dünən  Yaponiya  haqqında  bir  şey  izlədim.  Naqasakiyə  bomba 

atan zaman 5-6 nəfər sağ qalıb. İnsanlar, doğrudan da, özündənkeç-

mə ediblər. Atom bombası atılıb, o şəhər 3000 dərəcədə külə dönüb. 

Sağ  qalanlar  külü  kürüyüb  o  yanıqların  altından  şəhər  yaradıblar. 

Hansı  ki,  bizim  bir  bölgəmiz  qədər  onların sərvəti yoxdur.  Millətin 

ağlına bax. Biz ona görə hərəkət eləmirik. Biz “ver yeyim, ört yatım, 

gözlə canım çıxmasın” prinsipi ilə yaşayırıq. Gözləyirik kimsə gəlsin 

bizə  ağalıq  eləsin.  Hamı  deyir,  bir  şey  qalmayıb,  rus  gələcək.  Biz 

gözləyirik ya rus gəlsin, ya ingilis gəlsin, fars gəlsin, bizdə dəyişiklik 

yaratsın.  Biz  də  əlimizi  qoynumuza  qoyub  kef  edək  özümüz  üçün. 

Millətin durumu çox pisdir. 

 

 



 

Günev  Atalı: Bu  pozuntular  5  günün,  5  ilin,  10  ilin  içində  baş 

verməyib  ki,  tələm-tələsik  də  sonucunu  gözləyək.  Asif  Ata  37  ildir 

çağırır.  Gözünüzün  qabağındadır  gələnlər,  sinəsini  qabağa  verənlər. 

Asif  Ata  Ocağı  bir  kəsdən  gileylənmir.  Məsəl  var:  qanan  qanmaza 

borcludur. Sən min ildir pozulmuş bir toplumun yüz il davamlı ola-

raq  düzəlməsinə  qulluq  elə,  onda  görəcəksən  xalq  nə  xalqdır.  Xalq 

bəyəm 5 günün içində formalaşıb xalq olur?! Xalqa yüzillər gərəkdir. 

Pozuntusu da min illərlədir. Midiyanın süqutundan siyasi pozuntusu 

başlayıb. Ərəb istilasından mənəvi pozuntusu başlayıb.  

Özünə  yadlaşma,  yağılaşma  başladı.  Biz  bu  gün  təpkiləri  öz 

cismani bacı-qardaşlarımızdan görürük. Ancaq al Məcnunun əlindən 


 

415 


Leyli sevgisini görüm ala bilirsənmi? Ala bilmirsən. Çünkü oturuşub 

onun içində. Aqibətə çevrilib. 

 

Soylu  Atalı: Mənim  üçün  maraqldıır.  İnsanlarımızın  içinin  tər-

pənməsi. Nə düşünür, ümid nədir, ümidsizlik nədir. Danışanda özünü 

ifadə edir. 

 

Elçin Həsənov: Çağında bu xalqı aparanlar vardı. Bu gün bu xalq 

məhvə  doğru  gedir.  Bu  çağa  qədər  pislərimiz  də  olub,  yaxşılarımız 

da.  5  nəfər  yaxşı,  milyonlarla  pisliyə  dirəniş  göstərə  bilib.  Söhbət 

bundan gedir ki, bir neçə ildən sonra o yaxşılar artıq yoxdur. Məhvə 

doğru gedirik. 



 

Günev  Atalı:  Olayın  ölçüsünü  dəyişmək  gərəkdir.  Milli  düşün-

cəni  dəyişmək  gərəkdir.  Asif  Atanın  beynindən  keçmişdi  o  fikir  ki, 

hakimiyyətə  gələk  bu  ideyalarla,  fikirlərlə.  Elə  ilk  təpkidən  yanın-

dakılar dağılanda düşündü ki, xalqın bu səviyyəsi ilə beş addım  yol 

getmək olmaz. Nəinki böyük dəyişiklik eləmək. Ona görə xəlqi inti-

bah gərəkdir. Mənəvi intibah. Xalqla işləmək. 

 

İlham Mustafa: Bu gün Nəsimini, Nizamini əlimizdə bayraq edib 

gəzsək, küt qılıncla kəsərlər bizim bayrağı.  

 

 

 



 

 

416 


Nə qədər qəzəl yaz, satira yaz, 21-ci yüzildə onunla heç yerə gedə 

bilməyəcəksən. Xalqa mübarizə gərəkdir. Yazı yazmaqla heç nə elə-

mək mümkün deyil. Oktyabr inqilabını görməsək də, sonuclarını bu 

gün  də  yaşayırıq.  Bu  gün  bizim  başımıza  gələn  rusbaşların  bizim 

başımıza gətirdikləridir. Bu gün Azərbaycana siyasi, iqtisadi dəyişik-

lik gərəkdir. Siyasi-iqtisadi dəyişiklik olmasa nə qədər yazırıq yazaq, 

yazdığımıza baxan olmayacaq. 


Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə