Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Ayaz  Şıxalıoğlu:  Soylu, Asif  Atanı  oxumaqla  başa gəlmir,  Asif 

Atanı yaşamaq gərəkdir. 

 

Soylu Atalı: Asif Atanı – 1. Eşitmək. 

2. Asif Atanın dediyinə inanmaq. 

3. Asif Atanın dediyini yaşamaq. 

4. Asif Atanın dediyin bilmək. 

Bunlar  hamısı  birlik  əmələ  gətirir.  Bunların  biri  olmayanda  ol-

mur. Asif Atanın dediyini bilməlisən, bu, dünyanın mənasına, yaşa-

mın mənasına, insanın mənasına bağlı bir bilikdir. O biliyə yetməsən

onda  inanmayacaqsan.  Mən  danışacam,  görəcəksən  ki,  qarşında  bir 

Soylu çırpınır, sənin halına təsir edəcək, ancaq burdan ayrılıb gedən-

dən  sonra  fikirləşəcəksən  ki,  niyə  o  özünü  çırpırdı.  Asif  Atanın 

dediyini bilirsənsə, vəcdə gəlirsən, onda deyirsən ki, Soylunun içini 

dağıdan nə imiş. Bildikcə inamın möhkəmlənir. İnamın möhkəmlən-

dikcə yaşamaq istəyirsən. Yaşadıqca dərk edirsən. Bütün bunlar bir-

lik yaradır. Bu da bizim axtaracağımız əlçatmaz bir şey deyil ki, Asif 

Ata bizim ömrümüzdən dışarı heç bir şey demir. Adama elə gəlir ki, 

əlçatmaz bir fəlsəfədir. Əlçatmaz bir fəlsəfə deyil. Əlçatandır. 



 

95 


Bir  var  ağılla  danışmaq,  bir  var  ürəklə  danışmaq.  Bizim  işimiz 

ürəyin  sevdası  ilə  danışmaqdır.  Ağlın  eşitdiyi  başqadır,  ürəyin 

eşitdiyi  başqa.  Ağlın eşitdiyi,  bildiyi  ilə  danışmaq  məni  inandırmır, 

sevdirmir. Yol da göstərmir. Ürəyin harayı ilə, sevdası ilə cilvələnən 

fikirlər məni aparır, məni böyüdür. Kim idi, bir dəfə məndən soruş-

du,  necə  yazım?  Dedim,  yazı  yazmaq  çox  çətindi,  baxmayaraq  ki, 

qəzetlərin  səhifələri  doludur,  o  yazı  deyil.  Hamısı  bir-birini  təkrar 

edir.  Hamısı  ağlın  çıxışıdır.  Eşitdiyini,  oxuduğunu  yazma,  düşün-

düyünü  yaz.  Mən  bu  çağa  qədər  düşünmüşəm  ki,  oxuduğumu  və 

eşitdiyimi yazmayım, düşündüyümü yazım. Tərsinə olanda heç kim 

kitab oxumur. O qədər kitab var ki, adamlar bilmir axı hansı kitabı 

oxusun. Demokratiya ondan ötrü deyil ki, elə kim gəldi kitab payla-

sın.  Fikrin  olmalıdır,  sözün  kəsəri  olmalıdır.  Sənin  Allahı  tərpədən 

sözün olmalıdır. Dünyanı yaxşı anlamda çalxalayan sözün olmalıdır. 

İnsanın  içini  (içindəki  pisliyi)  dağıdan  sözün  olmalıdır.  Ona  görə 

ağılla danışmaq yox, ürəyin sevgisi, harayı ilə danışmaq.  

Mən  “Ulufərəh”  Ailəsinə  bunu  diləyirəm  və  düşünürəm  ki,  siz 

ruhani qırımınızı daha da artıracaqsınız. Artırmaqdan başqa yol yox-

du.  Əməllərinizin,  hünərlərinizin  zənginliyi  ömrün  zənginliyinə  tən 

olsun. Əməl çoxdu, hünər çoxdu, iş də var. Ancaq Asif Atanın dediyi 

mənəviyyatın  olması  üçün  özünü  ötmək  gərək.  Çox  böyük  sarsıntı-

larla  özüylədöyüş  yolu  keçmək  gərəkdir.  Buna  mən  inanıram. 

Bugünkü Ocaqçının lap 50 il əli yetməz, ancaq sənin ardınca gələnin 

əli yetəcək. İnsan özündən qıraqda əbədi yaşaya bilməz. Öz anlamın-

dan  əbədi  qıraqda  yaşayarsa,  yaşam  sönər.  İnsanın  öz  anlamından 

ötəri  qıraq  yaşamasına  inanıram,  ancaq  yaşamın  sönməsinə 

inanmıram. 

Yükümüzdən Böyük Fəhərimiz yoxdur! – Atanın dediyi sözdür. 

Yükümüz  nə  qədər  ağırdırsa,  fərəhimiz  bir  o  qədər  yüksəkdir! 

Atamız Var olsun! 

 

“Qutsal Oxuma” hisəsində Göylü Atalı “Təməl” kitabını oxuyur 

– Ü.A. 

Ata fikri: “İnam yolu əzablı yoldur, fərəh yaradan. 

İdrak yolu əzablı yoldur, fərəh yaradan. 

Mənəviyyat yolu əzablı yoldur, fərəh yaradan. 

İradə yolu əzablı yoldur, fərəh yaradan. 

Ədalət yolu əzablı yoldur, fərəh yaradan. 

Həqiqət yolu əzablı yoldur, fərəh yaradan. 



 

96 


Xeyir yolu əzablı yoldur, fərəh yaradan. 

Mahiyyət yolu əzablı yoldur, fərəh yaradan. 

Məna yolu əzablı yoldur, fərəh yaradan”. 

 

Soylu Atalı: Danışırsan ki, Məlikməmməd getdi qaranlıq dünyaya 

divlə  döyüşdü,  onu  yıxdı,  bunu  vurdu,  axırda  saçından  asılmış  qızı 

qurtardı.  İndi  bunu  belə  deməyək,  deyək  ki,  Məlikməmməd  getdi, 

Altıağacda bir süfrə açdı, yedi-içdi kef elədi, durdu, gəldi. Baxın gö-

rün hansı sizin ağlınızı etkiləndirir, fərəh yaradır?! Bu əzablı yollar. 

Demirəm Altıağacda oturmaq gərək deyil, orda da oturmaq gərəkdi. 

Məsələ istədiyinə getmək  məsələsidir. O istədiyinə çatmaq əzabdan 

keçir. 

Ayaz Şıxalıoğlu: Ötəri və keçici. Asif Ata nəyi nəzərdə tuturdu? 

 

 



 

Soylu Atalı: Olayın öncəsi (əvvəli) var, əgər öncəsi varsa, o ötüb 

keçəcək.  Ötəridir.  Əzəli  odur  ki,  öncəsi  yoxdur.  Keçici  odur  ki, 

bunun axırı varsa, etkisi yoxdur, bu qurtarıb gedəcək. Ötərilik olayın 

öncəliyi ilə bağlıdır, keçicilik olayın axırı ilə bağlıdır. Əzəli mənaya 

bağlıdır, ötəri gerçəkliyə. Sona çatırsa, deməli bu, keçicidir… 

“Ailə  Günü”  toplantısı  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!” 

səcdəsilə sona yetdi. 

İşıq Ayı, 37-ci il. Saray-Soylu. 

(may, 2015.) 


 

97 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Göylünün Yükümlüyündəki “Ulufərəh” Ailəsinin 

37-ci ildə III Aylıq Törəninin 

Gediş Yazısı 

 

Yer: İnam Evi; Gün: 23 İşıq Ayı, Murad Günü; 



Başlayır: 18:00 

 

Təşkilatca hazırlığa sorumlu Üstün Atalıdır. 



  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə törən başlayır. 

 

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir. 

 

Törən qonuları: 

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

2) Mənəviyyatın tələbləri ömrümə nə dərəcədə hakimdir? 

3) İnamsızlıq yadlığı nə deməkdir? 

 

Qutsal oxuma: “Təməl” kitabının davamı. 

 

 “Dünyadakı Mütləqlə Axşam Təmasını”nı –Türkel, 



“Ataya Axşam Ricası”nı –Göylü deyir. 

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 

“Atamız Var olsun!” səcdəsiylə Ailə Günü başa çatır. 

 

CARLAR: 

• Kamilləşmə – özüylədöyüş tələbi əsasında aqibət quruculuğumuz! 

• Amal Yükü – Yolumuzun ömrümüzdə yaratdığı fərəhdir! 

 

Gediş Yazısını yazdı: Türkel Atalı. 



18 İşıq Ayı, 37-ci il. Saray-Soylu. 

 

Qəbul olunur. 



                                         Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

        

      18 İşıq Ayı, 37-ci il. Saray-Soylu. 

 

98 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Ulufərəh” Ailəsinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq  Günsırası  ilə  23  İşıq  Ayı,  37-ci  ildə  (may,  2015)  İnam 



Evində “Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Törə-

nin quralları yerinə yetirildikdən sonra “Ulufərəh” Ailəsinin Yüküm-

lüsü  Göylü  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Hər  birinizə  “xoş 

gəlmisiniz” deyirəm. Bu gün burada Ocaqdan soraqsız kimsə yoxdur, 

ona  görə  birbaşa  qonulara  keçmək  istəyirəm.  Ay  içində  necə  yaşa-

mışam, nə işlər görmüşəm, bu yöndə hesabat verim. Bu ay yaşamıma 

göz yetirəndə ciddi bir dəyişiklik olmadığını düşündüm. Hər zaman 

nə iş görürdümsə, elə eyni işləri də görmüşəm. Saytlarla işləmişəm, 

sayta  qoymaq  üçün  ayrı-ayrı  (video)  görüntülər  kəsib  hazır  eləmi-

şəm. Bir sözlə, işim əsasən bilgisayar üzərində gedib.  

Dünya ədəbiyyatından da nələrsə oxumuşam.  Bir də ki ölkədəki 

son durumları izləmişəm. İzlədikcə durumun nə dərəcədə acınacaqlı 

olduğunun  fərqinə  vardım.  Yəni  sorun  təkcə  üzdə  görünən,  sosial 

durumun,  maddi  durumun  aşağı  olması  deyil.  Çox  dərinlərə  gedir. 

Dövlətin başında duranlarla xalq arasında yad, hətta yağı münasibət 

formalaşıb. Bu da böyük fəlakətlərdən soraq verir. “Nəsimi” filmində 

bir  epizod  var.  Orda  Şirvanşah  öz  hakimiyyətini  qorurmaqdan  ötrü 


 

99 


toplumdan artıq vergi yığır. Təxminən buna bənzər “Tütək səsi” fil-

mində  də  var,  müharibədə  olanlara  yardım  məqsədilə  toplum  nəyi 

var ortaya qoyur. Bu, obrazlaşmış bir şey deyil. Xalq bundan keçib 

gəlibdir.  Doğrudan  da,  xalq  gərəkəndə  düşmənə  qarşı  birləşə  bilir. 

Ortaya  özündənkeçmə  qoya  bilir.  Ancaq  bugünkü  Azərbaycan  ger-

çəkliyinə baxanda, təəssüf ki,  maddi yığımlar yenə var, ancaq nəyə 

xərclənir, nə üçündür? Bunu düşünəndə adamı xəcalət duyğusu bürü-

yür. Bununla bağlı qısa bir şey yazdım: 

Dövləti  təmsil  edənlər  “mən  də  varam”  deyərək  xalqı  mənasız 

oyunlara qurban verirlər. Xalqın təkcə malı yox, ləyaqəti də oyunun 

bir  parçasına  çevrilir.  Səhərdən-axşama  kimi  televiziyada,  radioda 

xalqı “tərbiyə” edirlər. “Mədəni olun, davranışlarınıza fikir verin, əl-

ayağa  dolaşmayın”.  Avropanın  gözündə  mədəni,  sivil  görüntüsü 

yaratmaq  xatirinə  özlərini  də,  xalqı  da  gülünc  duruma  qoyurlar.  Bu 

gerçəklik dəyişmədikcə hələ çox faciələrə şahid olacağıq. 

Ötən  yüzilin  başlarında  Cabbarlı  “Sevil”  əsərində  bir  epizoda 

toxunmuşdu.  Boğazından  kəsib  oğullarına  yedirən  atasından,  oğlu 

Balaş, an gəlir ki, utanır. Qızı Gümüş isə “sən indi həyata qarşı çıl-

paqsan,  səni  həyat  soyundurmuşdur,  özü  geyindirəcəkdir”  deyib 

paltarlarını  ocağa  atır.  Sözlər  sovet  ideologiyasının  etkisi  altında 

mədəni devrimə çağırış idi. Bizim çağımızda yazıq vətəndaşın özünü 

ocağa  atırlar  bir  heç  uğruna.  Burda  mən  bəlli  məsələlərə  toxunmaq 

istəmirəm. Yetərincə sosial şəbəkələrdə çək-çevir olundu bu məsələ. 

Toxunmaq  istədiyim  xalqı  “etik  normaların”,  süni  dəbdəbənin 

ayağına  vermək  naşılığıdır.  Yerindən  duran  xalqa  necə  yaşamağı, 

necə  sevməyi,  necə  atalıq,  analıq  eləməyi  öyrədir.  Bu  gün  dövlət 

bütün  bunlara  önləm  almasa,  bunun  bədəlini  daha  ağır  ödəmək 

zorunda qalacaq… 

Özüylədöyüş  hesabatıma  gəlincə,  mənəviyyatımdakı  dağınıqlığı 

aradan  qaldırmağa  çalışmışam.  Bu  ay  buna  çalışdım,  alınır  da.  Bir 

çox  təbii  anlar  var.  Mən  onların  hər  birini  görürəm.  Ancaq  son 

durumlar  üçün  deyə  bilərəm  ki,  qüsurumun  başında  duran  etki 

özümü yaşamın bulanıq axarında boş buraxmağıma, özümü gözləyə 

bilməməyimə  görə  idi.  Getdikcə  axına  qoşulduğumun  fərqinə  var-

dım. Yəni hər kəs kimi yaşamaq, hər kəs kimi adi düşünmək, – özü-

mə göz yetirməyim azalan kimi belə bir halda oluram. Tez-tez işlət-

diyim  “boş  vermək”  ifadəsi  var.  Boş  verə-verə  boşluğa  düşdüyümü 

görürəm. 



 

100 


Özüylədöyüşlə bağlı özümə dediyim çox şeylər var. Əməli olaraq 

deyirəm  özümə.  Təkcə  düşüncə  olaraq  buna  yetməmişəm.  Bunlar 

nədir,  deməzdim  ki,  demək  gücündə  deyiləm,  sadəcə  ehtiyac 

görmürəm. 



 

Soylu Atalı: Ancaq gündəliyə yazmaq olar. 

 

Göylü  Atalı: Qeyd  eləmişəm,  sadəcə  elə  bir  məsələdir  ki,  gərək 

görmürəm  bölüşmək  üçün.  Ancaq  özümə  deyirəm  təbii  ki.  Yəni 

gəldiyim yön nədir və nə olmalıdır. 

Xalqlaşmamla bağlı, təəssüf ki, heç nə deyə bilməyəcəm. Əsasən 

olduğum mühit iş və evdir. Əlbəttə, yeri gələndə kimliyim görünür. 

Ancaq  məqsədli  olaraq  harasa  getməmişəm,  söhbətlər  eləməmişəm. 

Ona  görə  çox  uzatmadan  sözü  amaldaşlarıma  vermək  istəyirəm. 

Atamız Var olsun! Bayrağımızı öpürəm. 

 

Üstün Atalı: (Ataya səcdə edib, bayrağı öpür – T.A.) Keçən “Ailə 

Günü”ndən bura qədər ömrümdə ciddi dəyişiklik gözləyirdim. Ancaq 

tam olaraq gözlədiyim olmadı. 

“Ata Səsi” kitabından “Yeni İl” mərasimini oxudum. Orda Ata nə 

edəcəyimizi  deyir.  Bunu  oxuduqca  indi  demək  istədiklərimi  demək 

istəmirəm. Yəni onların qarşılığında çox balaca bir şey görürəm. Ata 

orda  üç  böyük  yağını  –  marksizm  ehkamını,  sosializm  quruluşunu, 

təşkilat (partiya) yadlığını vurğulayır. Bu, 88-89-cu illərin yazısıdır. 

26 il keçməsinə baxmayaraq, şər azalmaq yerinə daha da artır. Heç 

bir təşkilat  xalq  yaratmaqla  uğraşmır.  Ata orda  belə bir  vurğu  edir: 

“Onu anlamaq üçün mən 20 il oxudum. Gecə-gündüz. Bütün dünyanı 

öyrəndim.  Heç  bilmədim  ailə, ev  necədir.  Öyrəndikcə  boşluğa  düş-

düm.  Bu  boşluqdan  çıxmaq  üçün  gecə-gündüz  düşündüm,  Ocaq 

yaratdım.  Belə  bir  gərgin  yaşam”.  Yəni  ağlında  həqiqətə  yetmək 

üçün  davamlı  özünlə  uğraşasan  gərək.  Həqiqətə  yetmisənsə,  onu 

başqalarına vermək istəyəcəksən. Bir yerdə qala bilməyəcəksən. Ata-

nın  belə  gərgin  yaşamının  qarşısında  mənim  yaşamım  nədir  ki? 

Bütün  eybəcərlikləri  görmək  və  özünü  ona  qarşı  qoymaq  –  Atanın 

dediyi budur. Görmək, özünü yaratmaq və özünü buna qarşı qoymaq 

gərəkdir. Yeni bir dünya yaratmaq, onunla nəfəs almaq gərəkdir. 

Bu gün bir yazarın kitabının tanıtım törənində oldum. Orda insan-

larla  söhbətlər  elədim.  Əsasən  öyrənci  qızlarla  yaxşı  söhbət  alındı. 

İnsanların üzündə qəribə bir soyuqluq, qorxaqlıq vardı. Hətta buraxı-


 

101 


lış  verirəm,  götürmək  istəmirlər,  qorxurlar.  Ora  yığışan  adamlar 

oxumağa  meyilli  adamlardır.  Mən  onlara  deyirəm,  izləyin,  görün 

Ocaq nə istəyir? Hər bir insanın bunu bilməsi gərəkdir. 

Qonumuz var: “inamsızlıq yadlığı nə deməkdir?” İnsanın həyatın-

dakı hər bir olay inamdan asılıdır. Atdığımız addımın uğuru inamdan 

asılıdır. İnamsız olmaq mənəvi çolaqlıq deməkdir.  

 

 

 



Özüylə  bacarmayan,  özünü  yaxşı  tanımayan  insanlar,  özünü 

şərdən  qoruya  bilməyən  insanlar  inamsız  olur.  Birinci  özünə  qarşı, 

ikinci  yörəsinə  qarşı.  Əgər  özümü  yalan  danışmaqdan  çəkindiri-

rəmsə,  yalanı  ötə  bilirəmsə,  içimdə  özümə  inam  yaranır.  Həm  də 

inanıram ki, bunu başqası da eləyə bilər. Əslində özün ötürsən, özünə 

inanırsan.  İnsan  onu  ötəndə  sənin  halında  da  olur.  İnsanın  danışı-

ğında, münasibətində, hərəkətində görünür.  

İçində inamsızlıq daşıyırsansa, ortamda da onu sərgiləyirsən. İçin-

də qələbəlik halı varsa, onu sunursan. İnam sevgi yaradır, doğmalıq 

yaradır,  dostluq  yaradır,  birlik  yaradır,  gözəllik  yaradır.  Ən  böyük 

yadlıq  inamsızlıqdan  yaranıb.  Bu  yadlığı  ötmək  üçün  içində  inama 

yetmək gərəkdir. 

İkinci  qonumuz  –  “mənəviyyatın  tələbləri  ömrümə  nə  dərəcədə 

hakimdir?” Əgər mənəviyyat ömrümə hakim olmasaydı, onda mənə-

viyyatsızlıq hakim olacaqdı. Mənəviyyatım nə vaxt yaranır? – İçim-

dəki şərdən imtina edəndə. Özümlə barışsam, yetərlənsəm onda içimi 



 

102 


yarada bilməyəcəm. Çünkü mənim vicdanım nisbi olacaq. Vicdanın 

tələbi – ədalət, həqiqətsevərlik, xeyirxahlıqdır.  

Mənəviyyatın tələbi budur ki, öz ömrünə ucanı gətirmək, həm də 

bunun  uğrunda  döyüşmək  gərəkdir.  İdealların  uğrunda  vuruşmaq, 

xeyir  uğrunda  vuruşmaq  gərəkdir.  Mənəviyyatın  tələbləri  ömrümdə 

özüylə  döyüşümlə  bağlıdır.  Yəni  özünü  qorumaq  mənəviyyat  tələ-

bində yaşamaqdır, vicdan tələbində özünü yaratmaqdır. Nə qədər ki, 

həyatla uğraşıram itirirəm, nə qədər ki, Ocaqla uğraşıram qazanıram. 

Ata Ruhu ürəyimdədir! 

 

Güntay  Atalı (Ataya  səcdə  edib,  bayrağı  öpür  –  T.A.)  Keçən 

“Ailə  Günü”nə  qatılmamışdım.  Ona  görə  mənim  hesabatım  bir  az 

dolğun  olmalıdır.  Bu  ayımla  keçən  ayımı  tutuşduranda  keçən  ayım 

daha fərəhli idi. Özümü daha fərəhli hiss eləyirdim. Beyləqan səfəri, 

ondan sonra Soylu Atalının evində bir görüş keçirtdik, Asif Ozan və 

İsa Mehdioğlu ilə. Çox mənalı, gözəl günlər yaşadım ardıcıl. 

Keçən  ay  işimizlə  bağlı  Mingəçevir  şəhərində  ezamiyyətdə 

oldum. Mənə ayrılan çağdan yararlanıb Ocaq üçün addımlar atdım.  

Televiziyada  oldum.  Televiziya  işçisi  ilə  yaxşı  söhbətimiz  oldu. 

Həm Amalımızla bağlı, həm ölkədəki bəzi gedişatları çək-çevir elə-

dik. Çox güman ki, bəlli Avropa oyunlarından sonra Soylu Atalının 

çıxışını təşkil edəcəyik. İşıq Ayında məktəblərdə görüş keçirsəydik, 

gəlib  onu  işıqlandıracaqdılar.  Sonra,  Gənclər  Evində  Turqut  adında 

cavan oğlanla görüşdüm. O, Gənclər Evinin təşkilatçısının nömrəsini 

verdi  mənə.  Telefon  danışığından  sonra  axşam  görüşdük  onunla, 

söhbət elədik. Mən orda Soylu Atalının görüşünü təşkil eləmək üçün 

ona üz tutdum. Ancaq təəssüf ki, belə bir cavab aldım: “biz hara nə 

addım atırıqsa, birbaşa İcra Hakimiyyətinin icazəsi olmalıdır.” Bakı-

ya gələndə, bizim tədbirlərə qatılacağına söz verdi. 

Bu əməllərlə keçən ayım fərəhli oldu. Ancaq bu ay bir az iş sıxın-

tılarım çox oldu. Bu yandan da bəlli yanğın olayının baş verməyi bizi 

üzüb.  İnsanın qiymətinin nə olduğu aşkara çıxdı. Bir epizod demək 

istəyirəm.  Bir  qonşumuz  var  idi.  Çox  məğrur  bir  insan  idi.  “20 

yanvar”  olayında  şəhidlər  gömüləndən  sonra  bizim  qonşular  yığılıb 

yenə  nərd,  domino  oynayırdılar.  Qonşumuz  Arif  kişi  gəlib  dedi  ki, 

kaş Azərbaycanın hər evindən bir şəhid çıxaydı. Yəni onda bu millə-

tə  etkisi  olardı  onun.  İndi  mən  deyirəm  ki,  o  yanan  binada  da  ona 

bənzər  bir  şey  oldu.  Uşağı  ölən  uşağının,  mebeli  yanan  mebelinin 

dərdini çəkir. Başqa cür orda fikir birliyi yaranmır. Xalq öz haqqını 


 

103 


istəyə bilmir. Bu olay mənə sübut elədi ki, insanın bir yiyəsi varsa, o 

da Ocaqdır. İnsanın qədrini, qiymətini, kimliyini bilən Ocaqdır. Ocaq 

insana sosial olay kimi baxmır. Onun içindəkinə inanır. Bu səbəbdən 

Ocaqçı  olmağımın  sevincini  yaşadım.  Ağlıma  qoydum  ki,  umudsuz 

olmaq olmaz. Adi anlarda ilişib qalmaq olmaz. Yalnız Ocağın varlı-

ğına bağlanmaq gərəkdir. 

Amallaşmam yüksək səviyyədə deyil, təəssüf ki. Atanın “Özüllər 

Özülü”  Bitiyini  oxuyuram.  O  həcmcə  kiçik  kitab  olsa  da,  birnəfəsə 

oxumaq olmur. Mənə çox yaxşı etkisi olur, çox şeylər aydınlaşdırı-

ram  özüm  üçün.  Anladığım  gözləntilərimdən  artıq  oldu  o  kitabda. 

Kamilləşmə əməlim bu ay üçün çox az olub. Elə anlar var ki, orda 

nöqsanlarımı bilirəm, indi gərək onları aradan qaldırım. Özümə göz 

yetirməliyəm  ki,  kimliyimi  ortaya  qoya  bilim.  Çünkü  kimliyini 

ortaya  qoymasan  nə  Ocaqdan  Ocaqçı  olmaq  olur,  nə  də  yaşamdan 

yaşamçı. 

Mənim  mənfi  cəhətlərimdən  biri  də  odur  ki,  qələmlə  dostluq 

eləyə  bilmirəm.  Çox  az  hallarda  olar  ki,  götürüb  gündəliyimə  nələ-

risə yazıram. Atamız Var olsun! Bayrağımızı öpürəm. 

 

Türkel Atalı: Bu ay 35-ci ilin “Qutsal Öyrənim Günü” kitabından 

oxuduqlarımla  həm  fikrimi,  həm  də  halımı  ifadə  eləmək  istəyirəm. 

Bu  kitabda  düşündürücü  suallar  ətrafında  fikir  bölüşmələri  var. 

Bunlar  mənim  fikirlərimi  sistemləşdirdi.  Halımı  da  xeyli  qabağa 

apardı. Kitab məni bu günün yaratdığı fikirlərin etkisindən qurtarıb, 

sabaha  baxmaq  imkanı  yaratdı.  Ocaq  Yükümlüsü  orda  vurğu  eləyir 

ki, kim dinləməyi və düşünməyi bacarırsa, o, uzağa gedəcək. Məndə 

dinləmək və düşünmək o dərəcədə dərin deyil. 

Yasin bəy Üstün bacıya sual verir ki, özüylədöyüşdə mühitin etki-

si mütləqdirmi? Polemik söhbətdən gəldiyim qənaət o oldu, mühitin 

etkisi o mənada olar ki, mənə hansısa qüsurumu göstərər. Atanın da 

“Kamilləşmə Əməli”ndə dediyi kimi, içdəki ilanı, zalımlığı, inamsız-

lığı əməlsiz qoymaq iradə əməlinin, insanilik əməlinin işidir. 

İkincisi, iki  mühit  gözə  alına  bilər  burda:  Ocaq  və toplumçuluq. 

Toplumçuluq  mühitində  qüsurunla  qarşılaşarsan.  Ocaq  mühitində 

bütövlükdə özünü görürsən. 

Güntay Atalı orda vicdanla üz-üzə qalmaq məsələsini qeyd eləyir.  

Onu oxuya-oxuya ağlımdan Ocaq Yükümlüsünün anasına göstər-

diyi  qayğı  keçdi.  Ocaq  Yükümlüsü  aşırı  özündən  keçəndir.  Ancaq 

özünün  dediyi  kimi,  ömrü  boyu  bir  xəstəyə  qulluq  etmək  adamı 



 

104 


yorar.  Çünkü  əqidə  qulluqsuz  qalar.  Çıxış  yolu  tapmaq  gərəkdir 

deyir. Vicdanı ağrıya alışdırmaq məsələsi var… 

Mən özüm vicdansız deyiləm, ancaq bu və ya bənzəri məsələlərdə 

axıra qədər vicdana boyun əymək çətindir. 

 

 

 



Bu  kitabda  vurğu  eləyir  ki,  borcda  umacaq  var.  Ona görə  hesab 

eləyirəm, onu mənəvi borcuna görə də eləmir. Başqa bir yerdə Ocaq 

Yükümlüsü  deyir  ki,  vətən  və  ana  mühakimə  olunmur.  Deməli,  bu 

sözdən onun zəhmətini anlamaq olar. 

Bir  də  gedişatda  qoyulan  “Mənəviyyatın  tələbləri  ömrümə  nə 

dərəcədə hakimdir” qonusu. Kitabda gərginlik məsələsinə toxunulur. 

Ocaq  Yükümlüsü  deyir  ki,  ruhani  tələblər  asudə  yaşayanın  ömrünə 

gərginlik gətirir. 

Mənim  ömrümdə  yaranan  gərginliyin  səbəbləri  anlaşılandır,  an-

caq  əsil  gərginliklə  tutuşduranda  bəsit  gərginlikdir.  Mənəviyyatın 

tələblərinin  ömrümə  tam  hakim  olmamasından  irəli  gəlir.  Ruhaniy-

yatın tələbləri, sorumluluq ömrə – özü olmaq gərginliyi gətirir. Ger-

çəkliyin tələbləri ömrə – ona bərabər olmaq gərginliyi verir. 

Axtarışlar etmək gərəkdir, ortaya sonuc çıxartmaq şərti ilə.  

Atamız Var olsun! 

 

Göylü  Atalı: Soylu  Atalının  fikrini  Türkel  burda  dedi  –  Ruhani 

tələblər asudə yaşayana gərginlik gətirir. Şəxsən mən özümdən danı-

şıram. Nə vaxt ki, dolu yaşamışam, onda tədbirə uça-uça gəlirəm. O 


 

105 


sorumluluğun yaratdığı hal gərginlik olsa da, onu yüngül keçirirəm. 

Ancaq nə vaxt ki, boş yaşayıram, onda basqı altında gəlirəm tədbirə. 

 

 

 



Ağşın Ağkəmərli: Çox sağ olun mənə söz verdiyinizə görə. Mən 

istəyərdim bunlar danışsınlar (uşaqları göstərir). Öncə məcazi məna-

da olsa da, taleyə minnətdaram ki, mənim üçün, Ocaq kimi, belə bir 

ortam yarandı, bir araya gələ bildik. 

Burda  gedən  söhbətlərdən  bir  məqam  məni  özünə  çəkdi.  O 

məqam  ki,  xalq  içində  bir növ  ümidsizlik,  həyatın  boşuna  getməyi, 

inamı itirmək var. Mən fikirləşirəm ki, bu doğal bir məqamdır. Yəni 

qarşı tərəfə haqq vermək gərəkdir. Ona görə ki, ən azından bizi kimi 

bir araya gəlmək ortamları yoxdur. Bizim xoşbəxtliyimiz ondadır ki, 

biz  bir  araya  gələ  bilirik,  sevincimizi,  kədərimizi  paylaşa  bilirik. 

Bəlkə də bu mühitimiz olmasaydı, özümüzdə də inam olmayacaqdı.  

Onların  bir  fərdi  kimi  olacaqdıq.  Xoşbəxtliyimiz  odur  ki,  Ocaq 

var  və  o,  bizi  bir  araya  gətirir.  Bir araya  gətirərək  bizi  düşündürür. 

Başqasını  düşünə  bilirik.  Üstəgəl  mühitimizi,  dünyamızı  düşünə 

bilirik.  Bu  gözəl  bir  şeydir.  Çünkü  yaranan  bu  birliyin  təməlində 

Ocağın  məfkurəsi,  düşüncəsi,  Asif  Atanın  fəlsəfəsi,  dünyabaxışı 

durur.  Bizə  bir  sistem  verib.  Elə  eləyək  hamını  özümüzlə  aparaq. 

Çox sağ olun ki, məni dinlədiniz. 



 

 

106 


Soylu Atalı: Yaxşı məsələyə toxundu. Ocaq sənə elə bir göz verir 

ki,  təkcə  sən  özünə  baxmırsan,  öz  bioloji  həyatına  baxmırsan. 

Dünyanın mənəvi halına baxırsan. Çox ciddi məsələdir. 

 

 



 

Ayaz Şıxalıoğlu: Bir az gurultulu çıxmasın, mən özümü anadan-

gəlmə  Ocaqçı  sayıram.  Ağlım  kəsəndən.  Çünkü  bağımsız  düşünə 

bilmişəm və dünyanın rəngləri məni çaşdırmayıb. Asif Ataya da ona 

görə bağlanmışam. 

Asif Ata ömrünü yaşayıb. O ömür  ki, bəşəriyyət necə olmalıdır, 

insan necə olmalıdır, onu göstərir. İnsan özü-özünü, öz ayağını, əlini 

bağlayıb. Həmin zəncirləri Asif Ata açmaqla uğraşır. Sadəcə insanlar 

gərək  başa  düşsünlər  bu  fəlakəti,  özlərinin  düşüncəsində.  Bundan 

qurtulmaq gərəkdir.  

Onda dünya da gözəlləşəcək, yaşamaq da, insanın qiyməti də ola-

caq. Həyatın ən ağır məqamlarında mən heç vaxt ruhdan düşmürəm, 

çünkü  məndən  betər  zindanlarda  olan  insanlar  var.  Ancaq  onlar 

insanlığın  böyüklüyünə  inanırlar.  Həqiqətin  böyüklüyünə,  haqqın 

qələbəsinə,  gecədən  sonra  səhərin  açılmasına  inanırlar.  Var  olsun 

belə bir düşüncə. Asif Ata bizə bunu deyir. 

Bu arada mütaliələr çox eləyirəm. Toğrul Nərimanbəyovun əsər-

lərinin  hamısını  götürüb oxudum.  Mən  o şəkilləri  oxuyuram.  Səttar 

Bəhlulzadənin  çəkdiyinin  içində  vətən  var.  Başqa  rəssamlarda  gör-

mürəm.  Əməkçi  insan,  filan  yaradırlar.  Halbuki,  Bakı  neftçisiylə 

Rusiya neftçisi arasında heç bir fərq yoxdur.  



 

107 


Baxıram  ki,  bunlar  boş  söhbətlərdir.  Sovet  ideologiyasıdır,  orda 

insan yoxdur. Ancaq Toğrulun, Səttarın çəkdiyi rəsmlərin içində və-

tən var. Bütün inanclarımız, nağıllarımız var orda. Bizim müqəddəs 

saydığımız bütün şeylər, ruhumuz var, yəni hər adam başa düşə bil-

mir onu.  

Hətta  rəssamlığı  qurtaran  bir  adamla  söhbətim  oldu.  O  deyir  ki, 

bu abstrakt şeylər çəkir. Halbuki orda abstrakt heç nə yoxdur.  

Sadəcə bu millətin tarixini, keçdiyi yolu bilmirlər. Balaca bir tab-

loda  bütün  inancların  hamısını  verə  bilir.  Asif  Ata  Ocağı  bu  düşün-

cədə olan insanları özünə çəkən bir yerdir. Nə yaxşı ki, bu yer var. 

 

İlham bəy: Deyiləsi sözlərin hamısı həryönlü vurğulandı. 

 

 



 

Toplum  yalnız  çalışır,  axşam  yatım,  səhər  qaçım.  Dünən  Soylu 

Atalı  ilə  söhbət  elədim.  Elə  bir  sistem,  rejim  yaradılıb  ki,  ancaq 

pulçuluğa  doğru  hərəkət  olsun.  Ancaq  xalqlaşmaq,  insanlaşmaq  uğ-

runda  adamlar,  ümumiyyətlə,  fikirləşmir.  O  dərəcədə  zəka  geriliyi 

var. Toplumda bizim başımıza gələn bəlaların hamısı insanın haqqını 

tələb  edə  bilməməsindən  irəli  gəlir.  Milli  kimliyə  qarşı  yadlaşma 

gedir. Asif Ata bizi çağırır – “İnsanlaşın – İnsanlaşdırın!  

Çox  arzu  eləyərdim  ki,  toplum  eşitsin,  qurtulsun  özünə  yadlaş-

maqdan,  başqa  fəlakətlər  gəlməsin.  Ağşın  bəy  dedi,  yaxşı  ki,  bura 

var, bura toplanırıq. 

 


 

108 


 

 

Burada  Ailənin  Yükümlüsü  Ağşin  bəyin  iki  azyaşlı  oğluna 



özlərinəxas danışmaq ortamı yaratdı. Onlar Ağşın bəydən, Ocaqdan 

öyrəndikləri  sözlər  söylədilər,  şeirlər  dedilər.  Bu  ortamda  onların 

onların  duyğuları  böyüyür,  gələcəyin  özgür  insanlarının  özülü 

qoyulur. 

 

Soylu Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ata-

ya – İnam Ataya uca səcdə ilə. Mən sözümə Erolla Arazın çıxışından 

başlamaq  istəyirəm.  Onlar  yavaş-yavaş  Ocağa  yaxın  gəlməyə 

başlayıblar. 

Nadir  şah,  Şah  İsmayıl  kimi  tariximizdə  güclü  simalar  olub  ki, 

onlar da dövlətçilik yaradıblar, biz indi geriyə baxanda o dövlətçiliyi 

görürük. Bir az da onunla fəxr edirik. Yaxşı edirik, ancaq Nadir şah, 

deyirsiniz ki, fəth elədi, bu, tariximiz üçün qürur qaynağıdır, biz tari-

ximizə baxanda onu xatırlayırıq. Ancaq görürük ki, Nadir Şahın fət-

hindən bu gün heç nə yoxdur. Ona görə bizə Asif Atanın insanı fəth 

eləməyi gərəkdir. Asif Ata İnsanı fəth eləməyə başlayıb, biz də Asif 

Atanın  dalınca  insanın  fəth  olunmasına  doğru  yol  gedirik.  Biz  in-

sanın oz insani mənasına bərabər, yaşamasına çalışırıq, ona inanırıq. 

Ocağımızın  vurğu  elədiyi  məsələlər  var.  O  məsələlərdən  biri  bizim 

ritualımızdır.  Bütövlükdə  Azərbaycan  toplumuna  biz  göz  yetirəndə 

özünə  yadlaşmanın  ən  aşağı  həddini  görürük.  Bu  aşağı  hədd  özünü 

nədə göstərir? İnsanlarımız qıraq etkilərə o qədər boyun əyir ki, onun 

altında boynunun əyri olduğunun fərqinə varmır. 


 

109 


Başqasının çətirinin altına girir, başqasının çətirinin altına girdiyi 

üçün onun üzü göylərə dirənmir. Onun başı basqı altındadır. Hara ge-

dirsə, hamı Allah, Allah, Məhəmməd-filan deyir. Bu sənin başından 

basan basqıdır, bu sənin boynunu qısaldan basqıdır. Ancaq burda sən 

nə deyirsən, burda beş-üç adam sözünə Atanın adı ilə başlayır. Ərə-

bin  qaranlıq  şüuruna  əyilmiş  toplum  bizə  ağız  əyir,  deyir  ki,  Asif 

Atanı  bütləşdirirlər,  Asif  Ataya  səcdə  qılırlar.  Ancaq  özünün  hansı 

durumda  olduğunun  fərqinə  varmır.  Faciə  budur.  Özünə,  özüm-

lüyünə  üz  tutmağı  faciə  sayırlar.  Öz  şəxsiyyətini  tanımağı  qəbahət 

sayırlar. Öz şəxsiyyətinə, öz ucana, böyüyünə səcdə qılmağı qəbahət 

sayırlar.  Gərək  ərəb  keyfiyyətləri  ilə  yüklənmiş,  ərəb  psixologiyası 

ilə biçimlənmiş Allaha səcdə qılasan. Gərək səni millət kimi sıradan 

çıxarmağın  özülünü  yaradan  Məhəmmədə  səcdə  qılasan.  Məhəm-

mədə səcdə qılardım, Məhəmməd məni vurub sıradan çıxarmasaydı, 

bəşəriyyətin böyük şəxsiyyəti olsaydı. Bəşəriyyətin böyük şəxsiyyəti 

millətləri  ayağa  qaldırmalıdır.  O  bunu  eləmədi.  Kiçiltdi,  alçaltdı, 

bunu biz dönə-dönə demişik. Həryönlü demişik. 

Asif Ata bizə deyirdi ki, xalqı Ocağa gətirin, təsdiq edin. Hökm 

deyil  ki,  9  milyonun  hamısını  Ocaqçı  edəsən.  Mümkün  deyil  bu. 

Ocağa  gətirmək  o  deməkdir  ki,  onun  ağlını,  düşüncəsini  özümləş-

dirin.  Qibləsini  özündə  yaradın.  Bunun  üçün  nə  gərəkdir?  Azərbay-

canın  içindən  çıxıb  burda  mühit  tapan  insanlarımız  qabağa  dursun, 

zəhmət  çəksin,  yorulmasın.  Atanın  dediyi  kimi,  ağac-ağac,  hal-hal 

becərsin,  gətirsin.  Kütləvi  olmur,  olmayacaq.  Dünən  biz  bir  tədbirə 

qatıldıq,  orda  ağız  deyəni  qulaq  eşitmirdi.  Hamı  bir-birinin  üstünə 

qışqırırdı ki, sakit dur. Nə deyirdilər ki, orda. Fikir yoxdur, şüar var. 

Biri “nə mutluyam türkəm deyənə!” deyir,  hamı əl çalır. “Azərbay-

can bizimdir!” hamı əl çalır. “Qarabağ bizim sorunumuzdur!” hamı 

əl çalır. Şüar. Buna yüyürürlər, gedirlər. Buna görə Asif Ata deyir ki, 

ağac-ağac, fərd-fərd, hal-hal qurmaq gərək. 

Biz tarix səhnəsindən çıxarılmağa doğru sürüklənirik. Bunun qar-

şısını  almaq  üçün  Asif  Ata  Ocaq  yaratdı.  Gəlin  yeni  söz  öyrənin, 

yeni  söz  söyləyin.  Yeni  ömür  yaradın,  yeni  ömür  yaşadın.  Onda 

görəcəksiniz ki, bir araya gəlməyiniz nə qədər gözəldir. Usanmaya-

caqsınız, yeni fikir, yeni söz, yeni əməl, yeni əhvallar bizi həmişə bir 

arada saxlayacaq. Əgər bu dediklərimiz olmasa, azalan xətlə bura da 

gəlmək istəyən olmayacaq. Bunun da özülündə duran nədir  – Xalq-

laşma. Kimin əməlində xalqlaşma yoxdursa, deməli, Ocaq ola bilmir. 



 

110 


Ağac-ağac, fərd-fərd. İki kəlmə deyirsən, üç kəlmə deyirsən. Bu elə 

xalqın içində yaratmaq əməli daşıyır.  

Bunu  etməsən,  günlərin  bir  günü  kiminsə  kitabının  tanıtım 

törənində  görərsən  ki,  hamı  hürkmüş,  qorxmuş  yaşayır.  Belə  bir 

durumda Ocaq gərəkdir. Bizim işimiz “damcı və qaya” məsələsidir. 

Xalq ayrı-ayrı insanlardan oluşur, min nəfərə söz deyəcəksən, bir 

nəfər  eşidəcək.  Bir  nəfər  hardadır,  elə  onu  bilmək  üçün  min  nəfərə 

söz deyirəm. Cahildən çəkinmək olmaz. Cahildi, sən aqilliyini ortaya 

qoy. Hər yerdə davamlı iş getməlidir. Bircə nəfərə söz demisənmi, o 

işdir. Ruhaniyyat tarixinə yaxşı baxın, görün necə zəhmət çəkiblər. 

 

 

 



Elə-elə  yığıblar  zirzəmilərə  minlərlə  xristian  olacaq  insanları. 

Dövlətin xofu altında, qılıncı çəkib doğrayırdılar. 

Biz xalqın içinə çıxırıqsa, söz deyiriksə, heç vaxt gileyçi olmaya-

cağıq.  Daim  qınamayacağıq,  faktlar  sadalamayacağıq.  Kəmaləddin 

bu qədər taladı, Hacıbala bu qədər yedi, Pirməmməd bu qədər taladı, 

bu bizim qonumuz olmayacaq. Adını çəkdiklərim qurtarmayıb, qur-

tarmayacaq  da.  Sən  onun  yanından,  fiziki  mənada,  yel  olub  ötə 

bilməyəcəksən,  mübarizəni  qoy  ortaya.  Sənin  işin  basqıda  olanların 

ağlını  böyütməkdir.  Deyəcəksən  ömrünün  axırına  qədər  beş  nəfər 

səni  eşidəcək.  Bəli,  elə  bu  beş  nəfər  böyük  bir  tarix  yaradacaq. 

Sivilizasiya bir adamdan başlayır. Ona görə xalqlaşma işi Ocaq üçün 

olduqca önəmlidir. 



 

111 


Bir də İlham qardaşımızın dilədiyi, insanlarımızın Ocaqda bir ara-

ya gəlməsini, sonra deyir, başqa yerdə də bir araya gəlsinlər. Başqa 

yer  yoxdur,  olmayacaq.  Başqa  yer  olsaydı,  onda  sorunlar  olmazdı. 

Fikir yoxdur, fikir yoxdursa, ideya yoxdur. Ürəklər yüksüzdür. Ona 

görə  mütləq  Ocaq  gərəkdir.  Bütün  dünyaya  Ocaq  gərəkdir,  təkcə 

Azərbaycana yox. Ocaqdan qıraqda insanın yiyəsi yoxdur, ideyanın 

yiyəsi yoxdur, bu məsələ də ciddi düşünüləsi vacib məsələdir. 

Həqiqət  üstə  yaşamaq  məsələsi  var.  Bəzən  adamlar  sual  verirlər 

ki,  necə  edək  ki,  həqiqət  üstə  yaşayaq.  Həqiqət  nədir?  Həqiqət 

kiminsə  kitabında,  dəftərində  yazılan  bir  şey  deyil.  Həqiqət  bizim 

ömrümüzdə olan mənadır. Biz addım atanda onu düşünmürük, necə 

gəldi  addım  atırıq.  Məişət zəminində  düşünürük. Mənəviyyat  zəmi-

nində  düşünmədən  addımlar  atılır.  Ona  görə  də  nəyin  yaxşı,  nəyin 

doğru  olduğunun  fərqinə  varılmır.  Hər  bir  insanda  yaxşının  mayası 

var. Bizim şüurumuzun altında o var, biz düşünəndə bilirik atdığımız 

addım səhvdirmi, doğrudurmu. Ancaq hər addımda düşünmək olmur. 

Onun pis olduğunu bilsək, addım atmarıq. Əgər onun pis olduğunu 

bilərək o yöndə addım atmırsansa, bir dəfə, iki dəfə, beş dəfə, ömrün, 

əməlin pis üstə deyil, yaxşı üstə formalaşır. Formalaşandan sonra nə 

düşünəcəksənsə  həqiqət  olacaq.  Həqiqət  ondan  sonra  başlayır. 

Həqiqət elə bir şey deyil ki, onu mən götürüm əzbərləyim. Həqiqət 

bizim  içimizdədir.  Sadəcə  kitab  bizə  yön  verir.  Asif  Ata  çağırır  ki, 

“insanlaşın,  insanlaşdırın,  bəşərin  nicatı  ondadır”.  İnsanlaşma  ilə 

bağlı insana deyir ki, içində Mütləq olanı gəzdirirsən. Onun adı in-

sanlıqdır. Bir az düşünəndə görəcəksən ki, səhvmi edirsən, doğrumu. 

Bunun  üçün  də  qolumuzdan  tutan,  yön  verən  Asif  Atanın  böyük 

kitablarıdır. O bizə öyrədir, düşündürür. Yoldan sapma deyir, o bizə 

doğrunu öyrədir və biz onu öyrənib əməl edirik. Buna görə də Atanın 

çağırışı insanın özünün ərdəmliyində səslənir. Atanın çağırışı kitab-

dan  deyil,  insanın  içindəndir.  Bizə  sual  verirlər  ki,  siz  Asif  Ataya 

peyğəmbər  deyirsiniz,  peyğəmbər  elçi  deməkdir,  soraq  verəndir. 

Baxın, Asif Ata fərdin içindəki ərdəmlikdən, insanlıqdan soraq verir, 

göydəki qorxulu Allahdan yox. Asif Ata insanın insanlığından, bəşə-

rin  bəşəriliyindən  soraq  verir,  millətin  millətliliyindən  soraq  verir. 

Həqiqətin  həqiqətliliyindən  soraq  verir.  Asif  Ata  içdən  soraq  verir. 

Asif Ata Cəbrayıla ehtiyac duymur. Onunla müqavilə-zad bağlamır. 

Bu  çox  böyük  bir  ləyaqətdir  və  çox  böyük  bir  nikbinlikdir.  Dünya 

sənin içindədir. Allah sənin içindədir, ömründədir, mənandadır. Oca-


1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə