296
297
bölgələrindən toplanmışdır. Baş sözlər tələffüz formalarında ve-
rilmiş, işləndiyi şivələr ixtisarla qeyd edilmişdir. Sözlərin seman-
tik qrupları xüsusı işarə ilə göstərilmişdir. Hər sözün arealı müəy-
yənləşdirilmiş, mənaları Azərbaycan və rus dillərində verilmişdir.
“Azərbaycan dilinin dialektoloji lüğəti” 1999- 2003-cü illər-
də Ankarada Türk Dil Qurumu tərəfindən çap olunmuşdur. Lüğət
2 cilddən ibarət olub, 20 min sözü əhatə edir. Lüğətdə Azərbaycan
ədəbi dilində işlənməyən, şivələrdə işlənən, fonetik tərkibcə ədə-
bi dildəki ilə eyni, mənaca ya tam fərqli, ya da əlavə mənası olan
sözlər öz əksini tapmışdır. Çoxmənalı və omonim sözlərin işlə-
diyi şivələr xüsusi qeyd olunmuş, əksər sözlərin mənaları cüm-
lələrlə izah edilmişdir. Məsələn, lüğətdə “xır” sözünün müxtəlif
şivələrdə 8 məna (çəltik ləki, tamam, çınqıl, paxıl, vint, bostan
ləki, xırda) ifadə etməsi konkret nümunələrə əsaslanır.
2007-ci ildə dialektoloji lüğət təkmilləşmiş şəkildə Bakıda
çap olunmuşdur. Lüğət 28 min sözdən ibarətdir. Sözlərin məna-
sı yalnız Azərbaycan dilindədir. Lüğətdə dilimizin Azərbaycan
Respublikası (66 şivə), Gürcüstan (7 şivə), Dağıstan (2 şivə), Er-
mənistan (14 şivə) və İran (5 şivə) ərazilərindəki əksər şivələrin
materialları öz əksini tapmışdır. Burada ədəbi dildə işlənməyən,
mənaca tam fərqli və ya əlavə mənası olan sözlər, çoxmənalı söz-
lər, omonimlər, sinonimlər, frazeoloji ifadələr əhatə olunur. Ədəbi
dildən fonetik cəhətdən fərqlənən sözlər də baş söz kimi verilir:
Aluc (Quba) -alça və s. Bu lüğət əvvəl çap olunmuş lüğətlərdən
söz ehtiyatının zən- ginliyi ilə fərqlənir; çin sözünün 6 mənası
göstərilir (düz, qoyunun dizi ilə topuğu arasındakı sümük, sıra,
xalça üçün əyrilmiş ip, oraq, kərə). Dialektoloji lüğətin 1964-cü
il nəşrində həmin sözün bir mənası, 1999-cu il Ankara nəşrində 4
mənası qeyd olunmuşdur. ”Bir”sözünün vasitəsilə yaranmış 30-a
yaxın birləşmə verilmişdir: bir burum, bir çala, bir çilo ”dəfə” bir
çini ”on qəpik”, bir dilimə ”birbaşa”, bir qırnıx ”bir az” və s. Lü-
ğətdə şivələrin qədim türk leksik qatı da toplanmışdır. Ədəbi dildə
arxaikləşən, şivələrdə işləkliyini saxlayan qədim türk sözləri söz
yaradıcılığında da fəal iştirak edir. Məsələn, güz ”payız” sözün-
a)əksər şivələrin sözlərini əhatə edən lüğətlər. Azərbaycanda
dialektoloji lüğətin tərtibinə keçən yüzilliyin əvvəllərindən baş-
lanmışdır. 1921- ci ildə müəllim Qafur Rəşadın “Təfsirli xalq lü-
ğəti” nəşr olunmuşdur. 1930- cu illərdə qarabağlı
həkim Saleh
Axundov Quzanlının “Azərtürkcə yeni dolu sözlük” lüğəti əlyaz-
ması şəklində Lüğətlər İnstitutuna təqdim edilmuşdur. Lüğətin
müqəddiməsində yazılır ki, “tərtibçi Azərbaycan dilinin Qarabağ
şivəli 18 min ədəd kəlmələrini xalqın sinif- sinif dillərindən top-
layıb, yeni əlifba sırası ilə düzüb...”(47,s.275). Görkəmli türko-
loq N.İ.Aşmarinin rəhbərliyi ilə toplanmış materiallar əsasında
”Azərbaycan türk xalq şivələri lüğəti”nin 1-ci cildi( A hərfi) 1930-
cu ildə, 2-ci cildi (B hərfi)1931-ci ildə çap olubmuşdur. Bu lüğət
N.Aşmarin, Ə.Haqverdiyev, A.Zifeld, V.Xuluflu, B.Çobanzadə
və İ.Həsənov tərəfindən çapa hazırlanmışdır. Tərtibçilər mümkün
olduğu qədər bütün şivələri əhatə etməyə çalışırdılar. Lüğətdəki
nümunələr Azər- baycan, Gürcüstan, Dağıstan və İran ərazilərin-
dəki şivələri əhatə edir. Sözlər latın və ərəb əlifbasında verilmiş,
ayrı-ayrı şivələrdəki tələffüz şəkilləri də göstərilmişdir. Sözlərin
mənaları Azərbaycan, rus və alman dillərində, cümlə nümunələr
latın əlifbası ilə Azərbaycan dılındədir. Yeri gəldikcə, izahlarda
atalar sözləri və məsələlər, bayatı, tapmaca, xalq mahnıları, el şa-
irlərinin yaradıcılığından və ”Molla Nəsrəd- din” jurnalının ma-
teriallarından da istifadə olunmuşdur.
Lüğətdə sözlərin tematik
qrupları cəmlənmişdir; rənginə, cinsinə və yerişinə görə 90 at adı
(kəmər, qurdboz, pərəqulaq, yezidi, dəmirboz, donuz boyun, doy-
şan bud, sokkur, topuq vuran, xal- dar), alçanın 10 adı (donbıl,
fındıq, kəzvin, lal, lavaşana, paraxodu, peyvənd, turş), almanın
17 adı (anton, bal, bizoyburnu,
can-dəri, cibir, cırhacı, çakkal,
kalvin, kar- pız, qızıləhmədi, molla, muşq, qəpəqil ), bəzi sözlərin
məcazi mənaları ( arpa-buğda ”oğlan-qız”, anrı-bəri ”xırdavat”
ayaq ”yoxsul” və s.) üç dildə nümunələrlə izah olunmuşdur.
“Azərbaycan dilinin dialektoloji lüğəti”nin 1964-cü ildə nəşr
olunmuş nüsxəsi 6.300 sözü əhatə edir. Lüğətdəki sözlər respub-
likamızdan əlavə,İran, Dağıstan, Gürcüstan və Qərbi Azərbaycan
298
299
əlcək- bax: dəs- tək; girdə- bax:bazı və s. Çoxmənalı və omonim
sözlərin mənaları rəqəmlərlə fərqləndirilir: yazdax- 1. Yazda do-
ğulan quzu; 1. Yaz otu; 3. Yaz əkini və s. Hər bir sözün aid olduğu
sahə mötərizədə göstərilir: aytəpəl- alnında aya bənzər təpəli olan
(inək);beytin- əkin üçün yararsız (yer); palax- anadan xəstə do-
ğulan, başı, qulağı yekə (quzu) və s. Ayrılıqda işlənməyən sözlər
birləşmənin tərkibində verillmişdir: balıx dəmiri-araba oxunun
altına
keçirilən dəmir; qəzilli camış-kiçik boylu camış və s.
dən güzdex
` ”payız otu”, güzdəx
` ”payızda qoyun, quzu saxlanan
yer, yaz otu, payız yunu, payızda yetişən xiyar”, güzdüx
` ”payızlıq
taxıl”, güzəm ”payızda qırxılan yun” güzü ”payızlıq şum” və s.
sözlər əmələ gəlmişdir.
b
Dostları ilə paylaş: