AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Z.M.BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ
İNSTİTUTU
Səməd Sərdariniya
İrəvan müsəlman
sakinli vilayət
olmuşdur
Bakı – 2014
Fars dilindən tərcümə edən: İbrahim Quliyev
Elmi redaktorlar: Əkrəm Rəhimli (Bije)
Səməd Bayramzadə
Redaktorlar: Məsiağa Məhəmmədi
Şahnisə Rüstəmova
Səməd Sərdariniya. “İrəvan müsəlman sakinli
vilayət olmuşdur”. Bakı, “Zərdabi” nəşriyyatı,
2014, 202səh.
Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət
olmuşdur” kitabı Cənubi Azərbaycanın görkəmli tarixçi alimi
mərhum Səməd Sərdariniyanın əsərlərindəndir. Kitabda İrəvanın
ən qədim dövrlərdən XX əsrin əvvəlinə qədər keçdiyi tarixi dövr-
lər, elm və mədəniyyəti, türk mənşəli tarixi abidələri geniş aspekt-
də şərh edilir. İrəvan tarixən Azərbaycan müsəlman türklərinə
mənsub olan bir bölgə kimi zəngin faktlar və sənədlər əsasında
oxucunun diqqətinə təqdim edilir. Kitab geniş oxucu kütləsi, elm
adamları, müəllim və tələbələr üçün gərəkli məlumat kitabıdır.
İSBN 978-9952-8010-1-9
© AMEA akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutu, 2014
3
İrəvan müsəlman-türk sakinli vilayət
olmuşdur
Oxuculara təqdim olunan “İrəvan müsəlman sa-
kinli vilayət olmuşdur” kitabı Güney Azərbaycanın ta-
nınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın
çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbay-
can tarixşünaslığında az müəllif tapılar ki, onun kimi
yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənəd-
lərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sa-
həsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan
mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbri-
zin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Univer-
siteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”,
“Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”,
“Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan
məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışla-
rının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi
arxivində daha yeddi kitab, onlarca sanballı elmi
məqalə oxuculara təqdim olunacağı günü gözləyir.
Görkəmli ensiklopedik alim Cavad Heyətin başçı-
lıq etdiyi “Varlıq” dərgisinin nadir sayı ola bilər ki,
orada S.Sərdariniyanın yazısına rast gəlinməsin. Tədqi-
qatçı Esmira Şükürovanın yazdığı kimi, Sərdariniya bir
institutun gördüyü iş qədər elmi irs qoyub getmişdir.
Bu məhsuldar, zəhmətkeş alimin Güney Azərbaycan
tarixşünaslığındakı xidmətlərindən danışarkən belə bir
əhəti vurğulamaq lazımdır ki, onun qələmindən çıxan
bütün yazılar ancaq doğma vətənin - Azərbaycanın
tarixinə və mədəniyyətinə həsr edilmişdir. Haqqında
söhbət açacağımız “İrəvan müsəlman sakinli vilayət
olmuşdur” kitabı böyük alimin apardığı tədqiqatlardan
bir yarpaqdır.
4
Məlum olduğu kimi, tarixən azərbaycanlılar qon-
şularına mehriban və xoş münasibəti ilə seçilmişlər.
Özünün əzəli, əbədi və qədim ərazisində yaxşılığa ya-
manlıqla cavab verən ermənilərə də sığınacaq vermək,
onlara yaxşı münasibət bəsləmək xalqımızın huma-
nizmi ilə bağlı olmuşdur.
Ermənilər Yaxın və Orta Şərqdə, xüsusən Azər-
baycan və Türkiyə ərazisində özlərinə “məzlum bir
xalq” kimi sığınacaq tapmışlar. Sonra isə başqalarının
ərazisində dövlət yaratmaq istəyən ermənilər XVIII
əsrdən üzü bəri Rusiyanın timsalında özünə arxa tapıb
Azərbaycan torpaqlarının işğalına başlamışlar. Rusiya
imperatoru I Pyotrun (1682-1725) Azərbaycanı, Türki-
yəni, İranı işğal edib Fars körfəzinin isti sularına
çıxmaq haqda arzusuna söykənən ermənilər 1722-ci
ildə bu ərazilərdə özünə “Böyük Ermənistan dövləti”
yaratmaq xülyası ilə I Pyotrun qəbulunda olmuş, “Şərq
yürüşündə” ermənilərin canla-başla rus ordusunun və
kəşfiyyatının xidmətində olacağına sədaqətlə söz ver-
mişlər. Həmin tarixdən bu günə qədər ermənilər qonşu
müsəlman torpaqlarını işğal etməklə, özgəsinin ərazi-
sində yaşayıb ona arxadan zərbə vurmaqla, xəyanət və
satqınlıqla Rusiyaya verdikləri vədə sadiq qalmışlar.
Ermənilərin azərbaycanlılara qarşı xəyanətlə dolu
xidmətləri rus çarizmi tərəfindən əvəzsiz qalmamış,
Türkmənçay müqaviləsindən sonra xalqımıza məxsus
İrəvan əyaləti və onun ətrafı etnik təmizləmə aparılaraq
ermənilərə verilmişdir. Bu haqda Güney Azərbaycanın
tanınmış tarixçi-alimi mərhum Səməd Sərdariniyanın
“İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında
tarixi sənədlər əsasında bir çox faktlar verilmişdir. Adı
çəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalət-
lərinin tarixən azərbaycanlılara məxsus olması təkzib-
5
olunmaz faktlar əsasında iyirmi yeddi başlıq altında
şərh olunur.
Vaxtilə Səfəvi hökmdarı Şah İsmayıl Səfəvi ana
vətənin bu yerlərini gəzib Göyçə gölü ətrafında bir ne-
çə gün istirahət etmiş və ölkənin paytaxtını Təbrizdən
bura köçürmək haqda fikir söyləmişdir.
Doktor S.Sərdariniyanın kitabında Türkmənçay
müqaviləsi ilə Şimali Azərbaycanın çarizmin əsarətinə
düşməsindən sonra ermənilərə bu bölgədə yaradılmış
şərait, verilmiş imtiyazlar açıqlanır. Kitabda gedən
məlumatlarda göstərilir ki, çar Rusiyası İrəvan və onun
ətrafındakı əyalət və yaşayış məntəqələrinin statistikası
və demoqrafik vəziyyəti haqda məlumatları tərtib edib
mərkəzə çatdırmaq məqsədilə İvan Şopen adlı məmuru
bir heyətlə İrəvana göndərir. Müəllif Şopenin başçılığı
ilə tərtib edilmiş statistikada Türkmənçay müqaviləsin-
dən sonrakı vəziyyəti belə şərh etmişdir: “Ermənilərin
arzusu ilə ruslar İrəvan mahalını və onun ətrafındakı
dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri
oradan köçməyə məcbur etmişlər. Torpaq və əmlaklar
gəlmə ermənilər arasında bölünmüşdür” (səh.90).
İrəvanda yaşayan əhalinin 143 000 nəfərdən 117 849
nəfəri azərbaycanlıdan, cəmi 25 151 nəfəri gəlmə
ermənilərdən ibarət olmuşdur. 1828-1832-ci illərdə
İrəvandakı azərbaycanlıların sayı 100 000 nəfər azaldı-
ğı halda, ermənilərin sayı gəlmələrin hesabına 82 377
nəfər artmışdır (səh.91). Müəllif kitabında Qahirədə
çıxan “Hikmət” qəzetindən belə bir məlumatı nəql edir
ki, 1904-cü ildə Qafqazda 3 208 875 nəfər müsəlman
yaşamış və bunların da 352 351 nəfəri İrəvanda məs-
kunlaşmış azərbaycanlı olmuşdur (səh.118). O dövrdə
rus məmurlarının yazılı məlumatlarına əsasən, XIX
əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 %-dən çoxu
6
müsəlman türklərdən ibarət olmuşdur. Halbuki sonrakı
illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı nə-
ticəsində onların sayı azalmış və bu zorakılıq onları
İrəvandan digər bölgəyə köçməyə məcbur etmişdir.
Müəllif yazır ki, tarixən yerli xalq hesab olunan Qara-
papaqlar tayfası onlara qarşı tətbiq olunan zorakılığa
tab gətirməyib Güney Azərbaycanın Urmiya əyaləti
ətrafına köçmüşlər.
6 böyük məscidi, 50 savadlı ali müsəlman ruha-
nisi olan və 1807 azərbaycanlı ailəsinin yaşadığı İrə-
van şəhəri XIX əsrin sonunda erməni şəhərinə çevril-
mişdir. Halbuki bu şəhərin iqtisadi, mədəni, elmi inki-
şafında həmin şəhərin sahibi olan azərbaycanlıların bö-
yük xidməti olmuşdur. İrəvanda 1883-cü ildə dünyəvi
istiqamətli ilk məktəbi təşkil edən, Güney Azərbaycan
“maarifinin atası”, “Ana dili” adlı ilk türkcə dərsliyin
müəllifi Mirzə Həsən Rüşdiyyənin, ilk pedaqoji gim-
naziyanı təşkil edən Mirzə Kazım, Firidun bəy Köçərli,
Mirzə Cabbar Bağçaban, Sərraf Rəşidi, Hacı Mirzə
Ağasi, Hacı Şeyx Həsən, Məhəmməd Nadim, İbrahim
Münşizadə, Mirzə Abdullah İrəvani, Mir Bağır İrəvani,
Hacı Mirzəli İrəvani, Hacı Mirzə Əbdülkərim və başqa
onlarca din, elm, mədəniyyət xadimlərinin adları İrə-
vanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki tarixin-
də iftixarla qeyd olunmuşdur. Azərbaycan mədəniyyə-
tinin tanınmış simalarından olan Firidun bəy Köçərli
öz xatirələrində M.K.Əsgərzadənin pedaqoji fəaliyyə-
tinə yüksək qiymət verərkən yazmışdır ki, “...Mirzə
Kazımın təşkil etdiyi məktəb cümlə İrəvan əhlinin
rəğbətini kəsb etmişdi”.
XX əsrin əvvəllərində İrəvanda və bütün Qərbi
Azərbaycanda anti-müsəlman, anti-türk təbliğatının
şiddətlənməsi, erməni zorakılığı və özbaşınalığının
7
artması yerli əhalinin İrəvandan kütləvi şəkildə didər-
gin düşməsi ilə nəticələnmişdir. XIX əsrin sonunda
Daşnaksütyun partiyasının yaranması və erməni qatil-
lərinin bu partiya sıralarında cəmləşməsi “dənizdən-
dənizə böyük Ermənistan” haqda xülyanı formalaşdırdı
və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə
çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi
Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun
ətrafındakı bölgələr erməni əsarətinə düşdü.
Doktor Səməd Sərdariniyanın kitabını vərəqlə-
dikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladla-
rının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətl-
lərin, talan və zorakılıqların geniş panoraması göz
önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi
faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin
tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırma-
larına tutarlı elmi cavabdır.
Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə
(1379) İranda fars dilində nəşr edilmişdir. İranda qon-
darma “erməni soyqırımına” aid onlarla yazı dərc olun-
duğu halda, ermənilərin azərbaycanlılara qarşı törət-
dikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla
saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqə-
tinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malik-
dir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə
qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını
nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki,
əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik
dəqiqləşdirmələr aparılmışdır.
Əkrəm Rəhimli (Bije)
8
Müqəddimə
Hal-hazırda Ermənistan Respublikasının paytaxtı
və əhalisi ermənilərdən ibarət olan bir şəhər kimi tanı-
nan İrəvan əsrlər boyu təkcə Azərbaycanın vilayətlə-
rindən biri və müsəlman sakinli şəhər kimi deyil, həm
də yadellilər qarşısında möhkəm qala hesab olunurdu.
Belə ki, İran-Rusiya müharibələri zamanı şəhər əhalisi
çar qoşunlarına qarşı müqavimət gostərərək onların qar-
şısını almışdı. İrəvan müsəlmanlarının bu kimi rəşadət
və şücaətinə baxmayaraq, başqa səbəblərdən, o cüm-
lədən ermənilərin xəyanəti nəticəsində İran-rus mü-
haribələri İranın məğlubiyyəti ilə başa çatdı. Arazın o
biri tayındakı 17 vilayət rusların işğalına məruz qaldı.
Həmin tarixdən bu müsəlman sakinli vilayətin ermə-
niləşdirilməsi siyasətinə başlanıldı. Ruslar İrəvan əha-
lisinin ermənilərin xeyrinə və onların məqsədlərinə uy-
ğun olaraq erməniləşdirilməsi üçün hazırlığa başladılar.
Qafqazın işğalı üçün ermənilərin ruslarla gizli
planı və əməkdaşlığı böyük Pyotr dövründən başlamış,
onun xələflərinin hakimiyyəti, o cümlədən II Yekate-
rina dövründə də davam etmişdir. Nəhayət, İran-
Rusiya müharibələri zamanı çarizm öz məqsədlərinə
nail olmuşdur. Ermənilərlə rusların əməkdaşlığı sayə-
sində Arazın o tayındakı (şimalındakı - tərcüməçi)
torpaqlarımız həmişəlik Rusiyanın təsir dairəsinə
salınmış oldu.
Fransız Jan Mari Karzu "Ermənistan 1915" adlı
kitabında ermənilərlə tam həmfikirlilik nümayiş etdir-
sə də, kitabın 39-cu səhifəsində belə yazır: "İran və
Türkiyə erməniləri İran-Rusiya müharibələrinin gedi-
şində könüllü hərbi qruplar təşkil etməklə, Rusiyaya
zəruri xidmətlər və köməkliklər göstərərək bu ölkənin
qələbəsini asanlaşdırdılar. Çünki onlar bu məntəqənin
9
müsəlman dövlətindən ayrılmasını bütün erməni mil-
lətinin azadlıq və istiqlalı yolunda ilk addım hesab
edirdilər".
Lakin bu müharibələrdə ruslara müqavimət
göstərən Qafqaz müsəlmanları onların qəzəb və kininə
tuş gəldilər. Əbdüləzim Rezai iki müharibə arasındakı
şəraitə işarə edərək yazır: "Gülüstan müqaviləsində
İranla Rusiya arasındakı sərhəd düzgün müəyyənləş-
dirilmədiyi üçün müharibə ikinci dəfə alovlandı. Bir
tərəfdən rus orduları Göyçəni işğal edərək, onu
qaytarmaq tələbindən boyun qaçırırdılar, digər tərəfdən
isə üləmalar cihada fitva verərək, Rusiya ilə mühari-
bəni yenidən başlamaq üçün dövlətə təzyiq edirdilər.
Abbas Mirzə, istəyinin əksinə olaraq, İran ordusunun
komandanı təyin olundu. İlkin mərhələdə ruslar qəfil
yaxalandılar. İran döyüşçüləri əldən getmiş bölgələrdə
yaşayan müsəlmanların köməkliyi ilə xeyli irəli ge-
dərək rusları Talışdan, Muğandan çıxardılar, Lənkəran
limanını yenidən fəth etdilər. Bakı, Şəki, Şirvan
camaatı da rus qarnizonlarına qarşı üsyana qalxdılar və
həmin vilayətlər də ikinci dəfə İranın əlinə keçdi".
1
Ruslar Arazın o tayındakı vilayətləri tutduqdan
sonra heç vaxt bu bölgənin yerli sakinlərinə etimad
göstərmədilər. Onların ermənilərə qol-qanad verməsi
nəticəsində bu millətin nümayəndələri Rusiyanın
iqtisadi, mədəni, siyasi, hərbi sahələrdəki tədbirlərində
iştirak edərək nüfuz qazandılar. Lakin bütün bu hima-
yədarlıqlara və məskunlaşmanın ermənilərin xeyrinə
dəyişdirilməsinə baxmayaraq, 1918-ci ilə qədər ermə-
nilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriy-
yətini təşkil etmirdilər. Hətta erməni yazıçısı Anahid
Ter Minasyanın dediyi kimi, bir çox əyalətlərdə,
1
Tarix-e dəhhezarsale-ye İran. IV cild, səh.92
10
ümumiyyətlə, erməni yox idi. Adı çəkilən yazıçı əlavə
edir: "Tiflis Konqresinin əsas nigarançılıqlarından biri
Qafqazda erməni milli ərazisinin olmaması idi. Yerli
idarəetmə ilə bağlı muxtariyyət əldə etmək üçün rusla-
ra xahişnamə ilə bərabər, “zemstvolar” təsis etmək
üçün pərakəndə erməni camaatının yaşadığı çox məh-
dud sayda əyalət vahidlərinin planı da təqdim edildi".
1
Özünün icad etdiyi “Böyük Ermənistan”ı hər bir
işdə əsas götürən Daşnak partiyası milli ərazinin
olmaması problemini vəhşi və cinayətkar üsullarla həll
etdi. "İrəvan vilayətindəki 211 azəri (“azərbaycanlı”
mənasında – tərcüməçi) kəndi xarabalığa çevrildi və
100 minlərlə insan qətliam olundu. Təxminən 300 min
İrəvan azərisi məhv edildi...".
2
Müsəlmanların soyqırımı və etnik təmizlənməsi
sonralar da amansızlıqla davam etdirildi. Hal-hazırda
bu şəhərdə bir nəfər də müsəlman azəri yoxdur.
Təqdim olunan bu kitabda İrəvan tarixinin ilkin
fomalaşma mərhələsindən başlayaraq daşnakların əli ilə
müsəlmanların kütləvi qətlinə qədərki dövr araşdırılır.
Əsərdə göstərilir ki, Çuxursəd vilayəti və onun mərkəzi
olan İrəvan tarixən müsəlman ərazisi olmuşdur. İrəvan
Azərbaycan əyalətinin dörd vilayətindən biri olan
Çuxursəd vilayətinin mərkəzi idi. Bu vilayətin
məşəqqətlər görmüş müsəlmanlarının cəsədləri üzərində
təkcə Ermənistan Respublikası yaradılmamış, üstəlik,
erməni ekstremistləri Dağlıq Qarabağa qarşı ərazi id-
diası qaldıraraq, təcavüzkar rus ordusunun köməkliyi ilə
Azərbaycan torpağına hücum edib Azərbaycan
Respublikasının 20 faizdən çox ərazisini işğal etmişdir.
1
Anahid Ter Minasyan. Qəfqaz dər tarixe moaser, səh.63
2
Mənije Turabzade və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye Mərkəzi və Qəfqaz, səh.71
11
Coğrafi mövqe
Qərbdən Şərqə qədər bütün yer üzü,
Bir insan bədəni kimidir, fərqi yoxdur.
Bədən ruha möhtac olduğu üçün
Bu bədənin də ruhu İrəvandır.
(Qüdsi)
( Qeyd: Bu əsərin farscadan bütöv tərcüməsi
kitabın sonunda verilmişdir)
Müxtəlif dövrlərdə İrəvan Çuxursəd vilayətinin
(Azərbaycanın vilayətlərindən biri) mərkəzi, İrəvan
xanlığı, İrəvan vilayəti olmuş və nəhayət, Ermənistan
Respublikasının paytaxtına çevrilmişdir. Bu şəhər 40
dərəcə 15 dəqiqə şimal enliyində, 44 dərəcə 35 dəqiqə
şərq uzunluğunda, Ağrı dağının (Ararat) 55 kilometr-
liyində, Alagözün cənub-şərqində, Göyçə gölündən 65
km cənub-qərbdə və Araz çayının qollarından olan
Zəngiçayın sol sahilində yerləşir. İrəvan şəhəri
İrəvançay adlanan çayın kənarındadır.
1
İrəvan Ağrı dərəsinin şimal tərəfində 850-1300
metr hündürlükdə yerləşir.
2
Şəhərdən iki çay (Qırxbu-
laq və Zəngiçay) axır.
3
İrəvanın ünlü şairlərindən olan
Hacı Mirzə Ağasinin atası Mirzə Müslüm Qüdsi İrəvan
çayları haqqında bir şeirində deyir:
1
“Həmşəhri” qəzeti, sayı 107, 20.3.1374
2
Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan, Bakı, “Sabah”,
1994, səh.184
3
Jan Yunir. Delavəran-e qomnam-e İran dər cənghaye İran və
Rusiye, səh.515
12
Araz o çaylarsız Araz deyildir
Dəryada batanı xilas etmək olmur.
Ona görə onun (Arazın) suyunun dadı xoşdur ki,
Onun üzü bu sulara tərəfdir.
Heç kəs ona meyl salmazdı,
Əgər İrəvandakı sular ona axmasaydı.
Qırxbulağın Kövsər suyuna bənzəyən zülalı
Hər bir çəməndən və bağdan axır.
Hər kim ondan bir piyalə içsə,
Meyin keyfiyyətini unudar.
Əgər ki, bir xəstə dodağını onunla islatsa,
Bir daha o başqa bir xəstəlik görməz.
Zəngi ona görə kiçik xəndək olub ki,
Onun üstündə yüzlərlə qəsrlər və saraylar var.
Ürək açan qəsrlərin bu çayı
Nəzarətdə saxlaması onun səfasına sübutdur.
Zəngiyə Selsəbil (behişt suyu) demək olar.
Surətin aynası kimi üzü gizlətməsə də,
Bunun əksinə olaraq onun adını kafur qoydular.
Onun mənbəyindən ta son sərhədinə qədər
Bir damcısı da zaya getməz.
Hamısı dürr olar bu axar suyun,
Apreldə yağan yağışın damcıları tək.
Sularındakı saysız-hesabsız balıqlar
Dalğa yaratmaqla onun sularını parça-parça edər.
Suyunun üstü başdan-başa ördək-qaz
Üzərlər, ördəkdən, şahbazdan uzaq.
İrəvanın gözəl havası var, lakin qış uzun çəkdiyin-
dən bərk soyuqlar olur. Əksər halda səur ayında
(ordibehişt - bizim təqvimlə aprel) qar yağır... Tiflisin
on fərsəngliyində şirin su dəryaçası var. Həmin
dəryaçanın ətrafında, təxminən iyirmi fərsəngdə (bir
13
fərsəng
12 min addıma, təqribən 6-8 km.-ə bərabərdir -
redaktor)
, şimal tərəfdə İrəvan yerləşir. Adı çəkilən
dəryaçada bir zər (104 sm.-ə bərabər uzunluq ölçüsü)
böyüklükdə forel balığı görünmüşdür.
1
Havası cənnət havasına bənzər,
Fərəh verən kimi ruhuna qanad verər.
Əbədiyyət ağacına bənzəyən gözəlliyindən
Qocalıqdan sonra da cavanlıq gələr.
Bu eyş-işrət təsirli dinclik yerində
Heç vaxt xəstəlik olmaz.
Qüdsi
Şərq tərəfdən İrəvanın 12 fərsəngində Ağrı dağı
yerləşir. Camaatın fikrincə, Nuhun gəmisi orada yerə
oturub. Dağ kifayət qədər yüksək olduğundan hava açıq
və buludsuz olanda 2-10 fərsəng məsafə aydın görünür.
Ağrı dağının hündürlüyü 17.266 ingilis futuna
bərabərdir (3,5 ingilis futu, təxminən 1 İran "zər"i de-
məkdir). Ermənilər bu dağı Masis adlandırırlar. Etiqada
görə, guya onların əcdadalarından olan Aram oğlu
Masis bu dağı öz adına uyğun olaraq adlandırmışdır.
Ancaq fransızlar onu Ararat, ərəblər Cudi adlandırırlar.
Şardənin səyahəti zamanı İran əhalisi onu müqəddəs
sayaraq deyirmiş ki, Nuhun gəmisi bu dağda
dayanmaqla onu Yer kürəsinin başqa nöqtələrindən
daha izzətli edib.
2
İrəvan böyük İpək yolunun üstündə idi. Bu yol
Çinin Tvan Hanq vilayətindən Kansu vilayətinə doğru
uzanırdı. Oradan Şərqi Türküstana daxil olur, Beşbalıq,
1
Bax: Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn
Nəvainin redaktəsi ilə, I cild, səh.182
2
Bax: Yenə orada, səh.185
14
Almalıq, Otrardan keçərək Səmərqənd və Buxaraya
çatırdı. Buxarada yolun əsas hissəsi Mərv və
Gürgandan keçərək, Reyə gəlir, Reydən Qəzvinə,
Zəncana, Təbrizə, İrəvana doğru, İrəvandan isə ya
Trabzona, ya da Şamdakı limanlara qədər uzanırdı.
Köməkçi yol isə Səmərqənddən Xarəzmə, Xarəzmdən
Həştərxana, oradan isə Don sahillərinə və Azov
dənizinin limanlarına gəlib çatırdı.
1
Mərv hakiminin vəziri Məhəmməd Kazım Mərvi
yazır: "Bu bölgədə hündürlükdə və möhkəmlikdə tayı-
bərabəri olmayan iki qala vardır: Rum keçidində
İrəvan qalası, Türküstan keçidində Mərv qalası.
Bu sözləri ilə ifrata varan şair onların hər ikisini
tərənnüm edib, İrəvan qalasının yüksəkliyini birinci
yerdə qeyd edir:
Poladdan tökülmüş dağ kimi hasarı olan
Bu qalaya baxanda göz sulanır.
Onun dövrəsində səf-səf düzülmüş bürclər
Göy üzündəki ulduzlar kimi görünür.
Onun göyü əzən elə dişi var ki, (divarlardakı
çıxıntılar nəzərdə tutulur)
Bundan günəş, ay və planetlər qorxuya düşüb.
Onun hər uca və yüksək guşəsindən
Günəşin və ayın qübbəsi görünür.
Belə qalalara heç kəs tay göstərə bilməz
Bunlardan biri Mərv, o birisi İrəvan qalasıdır".
2
1
Bax: Abbas İqbal Aştiyani. Tarix-e Moğol, səh.569
2
Məhəmməd Kazım Mərvi. Aləmara-ye Nadiri. Doktor
Məhəmməd Əmin Reyahinin düzəlişi ilə, II cild, səh.210 və 613
15
Dostları ilə paylaş: |