Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 

Ədəbiyyat 

1.  А.Ахундов.  Ресензия  на  труды,  опублиkованные  в  «Уч.  за-

писkах» Азгоспединститута иностранных языkов за 1958 год, выпусk 

1. «Уч. записkах» АГУ, серия гуманитарных науk. 1959, № 6. 

2. A.Axundov. Azərbaycan dilinin fonetikası. Bakı, 1984. 

3. A.Axundov. Riyazi dilçilik. Bakı, 1979; Ümumi dilçilik (dilçilik 

tarixi, nəzəriyyəsi və metodları) Bakı, 1979; II 1988, III 2006. 

4. Ağamusa müəllimin dilçiliyimiz üçün gördüyü işlər o qədər 

geniş  və  əhatəlidir ki, onları bir alim ömrünə  sığışdırmaq hər adamın işi 

deyil. Ümumilikdə 36 adda 7970 səhifəlik kitab yazıb çap etdirən bu ali-

min titanik zəhmətinin nəticələrini qiymətləndirməmək olmur. Hələ  mən 

onun çoxsaylı məqalə (125 jurnal və kitablarda, 155 qəzetlərdə) və müsa-

hibə və çıxışlarını (48), ölkə daxilində (47) və xaricindəki (41) yazılarını 

və  çıxışlarını, mühazirə  və seminarlarını, rəhbərlik etdiyi dissertantların 

(41) sayını demirəm. Onun dilimizin müxtəlif sahələrinə  həsr etdiyi 

əsərlərinin böyük hissəsi 75 illik yubileyilə bağlı “Akademik Ağamusa 

Axundov” (Bakı, 2008) adı ilə çapdan çıxmış kitabında toplanmışdır. Bu-

rada onlardan yalnız bir neçəsini göstərməklə kifayətlənirik: Azərbaycan 

dilinin tarixi fonetikası, Bakı, 1973; Şeir sənəti və dil. Bakı, 1980; Dilin 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

228


estetikası, Bakı, 1985; Dilçiliyə giriş. Bakı, I-1966; II-1980; Məktəblinin 

orfoqrafiya lüğəti. Bakı, 2004 və s. 

5.  А.Жунисбеk.  Введение  в  сингармоничесkую  фонологию. 

Алматы, 2009; F.Veysälli. Kontraste auf der Ebene der Prosodie. “Bei-

träge der IDT 2009”, Jena/Weimar, 81, Bd.1, s. 177-185. 

 

II. 11. M.F.Axundzadə və əlifba məsələsi 

 

Azərbaycanda linqvistik fikrin formalaşmasında və 



inkişafında görkəmli maarifpərvər xadim M.Ş.Vazeh (1792-1852) 

M.F.Axundzadənin (1812- 1878) rolları misilsizdir. Düzdür, nə 

M.Şəfi, nə də M.Fətəli Azərbaycan dili və dilçiliyi haqqında ayrıca 

kitab yazmayıb. Lakin birincinin dilimizin tədrisi və özəllikləri 

haqqında söylədiklərini üç il ərzində Azərbaycan dilini öyrətdiyi 

professor F.fon Bodenştedtin kitablarından  əldə etdiyimiz 

məlumatlar, ikincinin isə  əlifba ilə bağlı çabaları bunu söyləməyə 

əsas verir ki, onlar bizim dilçiliyimizin ilk pionerləri olublar. Dili 

bilməyən və duymayan adam, onu dərindən başa düşə bilməyən nə 

yaxşı müəllim ola bilər, nə də əlifba islahatçısı. F.fon Bodenştedt öz 

müəllimini son dərəcə istedadlı, erudisiyalı və orijinal bir müəllim 

kimi səciyyələndirir, onun geniş dünyagörüşə malik olduğunu 

xüsusi qeyd edir. F.fon Bodenştedt dil seçiminə toxunaraq yazır ki, 

o, Qafqazda ən geniş yayılmış Azərbaycan dilini ona görə seçmişdi 

ki, bu dil Qafqazda ümumi bir dil idi, onu çox tez öyrənmək olardu 

(F.Veysəlli. Mirzə Şəfi Vazeh və Bodenstedt: yozmalar və faktlar. 

Bakı, 2010, s.55). F.fon Bodenştedt həm də yazır ki, həftədə 3 dəfə 

dil dərslərinə onunla bərabər iki nəfər digər avropalı da gəlirdi. 

F.fon Bodenştedt yazırdı ki, Azərbaycan dili M.Şəfi üçün təkcə 

gündəlik ünsiyyət vasitəsi deyil, həm də o, tamam başqa düşüncə 

tərzinə malik Avropa intelligensiyasına  şərq mədənityyətini 

aşılamaq üçün mühüm vasitədir. M.Şəfi özünün rəhbərlik etdiyi 

“Müdriklik divanı”nda bədahətən  şeirlər deyərdi, F.Bodenştedt isə 

onları yazıb dəftərinə köçürüb sonradan alman dilinə çevirib 

Almaniyada çap etdirərdi. Professor F.fon Bodenştedt həmin kitabın 


ЫI HİSSƏ 

229 


30-cu səhifəsində yazırdı ki, M.Şəfi təkcə  şeir deməklə 

kifayətlənmirdi, həm də onların semantik və poetik təhlilini verirdi. 

Təəssüf ki, nə o şeirlərin, nə  də onların linqvistik təhlilini  əks 

etdirən yazılı materiallar öz dilimizdə  gəlib bizə çatmayıb. Ancaq 

onun bir çox dilləri mükəmməl bilməsini və  mətnləri məharətlə 

təhlil etməsini bizim həmyerlimizi böyük filosof və şair adlandıran 

F.fon Bodenştedtin  əsərindən bilirik. Eyni zamanda biz 

Eçmiadzindən qayıdandan sonra F.fon Bodenştedtə M.Şəfinin 

bağışladığı “Müdrikliyin açarı” («Schlüssel zur Weisheit») 

bağlamasının taleyindən də heç nə bilmirik. Bunları özü ilə 

Almaniyaya aparan F.fon Bodenştedt bu haqda öz trilogiyasının 45-

ci səhifəsində yazır. 

Azərbaycan xalqının digər mütəfəkkiri, dramaturqu və 

maarifçisi M.F.Axundzadə xalqımızın tarixinə ilk orijinal 

komediyalar müəllifi, filosof, romançı olmaqla yanaşı, həm də latın 

əlifbasının ideoloqu və islahatçısı kimi daxil olmuşdur. 

(Ə.Cəfəroğlu, s.325). Oğlu Rəşidin “Azərbaycan  ədəbiyyatı tarixi 

materialları”,  I,  2-ci  hissə, Bakı, 1925) kitabının müəllifi F. bəy 

Köçərliyə bildirdiyinə görə, M.Fətəli Gəncədə olarkən M.Şəfilə 

tanış olur və M.Şəfi onun dünyəvi dünyagörüşünə, Avropa 

mədəniyyətinə üz çevirməkdə həlledici rol oynadığını xüsusi olaraq 

vurğulayır (Ə.Cəfəroğlu, s.327). Elə F.fon Bodenştedt də yazır ki, 

M.Fətəli 1840 cı ildə Tbilisidə  qəza məktəbinə  şərq dilləri üzrə 

müəllimlik işinə düzəlməsində M.Şəfiyə köməklik göstərmişdir. 

1863-cü ildə M.Fətəli  İstambula gedir və  ərəb  əlifbasının 

sadələşdirilməsi haqqında layihəsini sultana təqdim edir. Bu barədə 

o, ərəb dilində yazdığı kitabında söhbət açır. Ancaq Ə.Cəfəroğlunun 

yazdığına görə, o kitab hələ də tapılmayıb (Ə.Cəfəroğlu M.Fətəlinin 

20 sentyabr 1863-cü ildə yazdığı məktubunun surətini öz kitabında 

çap etmişdir: bax s.333-337). Bu məktubda nə layihə, nə də şərhlər 

vardır. Ona görə  də  Ə.Cəfəroğlu qeyd edir ki, M.Fətəlinin təklif 

etdiyi əlifba layihəsinin əsl mənzərəsi hələ də aydınlaşmamış qalır 

(s.334). O da məlumdur ki, M.Fətəli ömrünün sonuna qədər əlifba 

islahatı ideyasından imtina etməmişdir, lakin onun müraciətləri 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

230


Türkiyədə  və  İranda özünə  tərəfdar tapmamışdır. Düzdür, o ilkin 

ideyası olan ərəb sillabik əlifbasının islahatı ideyasından əl çəkir və 

bütövlükdə latın fonoqrafik əlifbasına keçmək qərarına gəlir. Özü 

də o, bu əlifbaya sivilizasiya məsələsi kimi baxır, öz seçimini 

onunla  əsaslandırır ki, latın qrafikalı  əlifba islam dünyasında 

Avropa mədəniyyətini tezləşdirəcək,  şərq xalqlarının daha tez və 

asanlıqla maariflənməsinə  və savadlanmasına kömək edəcəkdir. 

Eyni zamanda latın qrafikalı  əlifbanın qəbul edilməsini bəziləri 

həmin xalqların öz qədim mədəniyyətindən qoparılıb xristianlığın 

ağuşuna verilməsində bir vasitə kimi görürdü. M.Fətəlinin 

əleyhidarı kimi tanınan Ə.Süavi “Müxbir” qəzetinin 1867-ci il 47-ci 

sayında “Xəttimizin islahı” adlı  məqaləsində iddia edirdi ki, 

dəyişikliyə qalsa, bütün xalqların işlətdiyi yazı sistemlərində islahat 

lüzumuna  əsla  şübhə ola bilməz. O, yunanlarda, fransızlarda, 

ingilislərdə  və s.-də  əlifba problemlərinin olduğuna nümunə 

gətirirdi və bildirirdi ki, əlifbada dəyişiklik xalqı yaddaşsızlıq 

azarına yoluxdurar və xalq öz tarixinin müəyyən kəsimindən 

məhrum olar. Ə.Süavi  əlifba islahına eyhamla işarə edərək yazırdı 

ki, “məsələyə dair yazılan islah təkliflərini istanbulluların yazması 

lazım gəlir” (V.Q., s.25). Bu məqalə ilə M.Fətəli dostu, İranın 

Parisdə səfiri Mirzə Yusif xan vasitəsilə tanış olmuşdu və ona tutarlı 

cavab yazaraq Londona “Müxbirin” redaksiyasına göndərmişdi. 

Lakin qəzetin nəşri dayandırıldığından cavab çap olunmamışdı. 

M.Yusif xanın 1869-cu ildə M.Fətəliyə yazdığı  məktubdan bəlli 

olur ki, M.Fətəlinin tənqidi yazısı  Ə.Süaviyə çatıb. M.Yusif xan 

yazırdı: “Süavi əfəndi  əlifba və Sizin tənqid barəsində bir söz 

demədi. Sizinlə razılaşıb sakit oturdu. Onun “Müxbir” qəzeti daha 

çıxmır. İndi elmi kitablar çap edir. Həqiqətən bilikli gəncdir. Lakin 

əlifba məsələsində onun da fikri başqalarının fikri kimi əyri gedir”. 

V.Quliyev bunları  dərindən təhlil edərək belə  nəticəyə  gəlir ki, 

əlifba islahatı ilə bağlı  məsələ ictimailəşidi və bu da M.Fətəli 

ideyalarının geniş yayılması üçün əlverişli  şərait yaradırdı.  Əlifba 

islhatının qızğın tərəfdarı M.Yusif xan bunu təsdiqləyərək 

M.Fətəliyə yazırdı ki, əlifba islahatı ilə bağlı  İstanbulda çıxan 



ЫI HİSSƏ 

231 


“Tərəqqi” qəzetində çoxlu yazı  dərc olunur. Londonda çıxan 

“Hürriyyət” qəzeti də islahata geniş yer ayırır. Ə.Süavinin məsələyə 

bələd olmamasını, özündən müştəbehliyini, nihilizmini və  ədasını 

qəti şəkildə rədd edərək M.Fətəli yazırdı: “İndi Süavi əfəndi istəyir 

ki, biz uşaqlarımızı oxutmaq üçün “Gülüstan”, “Bustan”, Hafizin 

divanını  və başqa dərs kitablarını da Quran kimi fəthə, zəmmə, 

tənvin, mədd, təşdid, cəzm, vəqf (hərfüstü və  hərfaltı  işarələr) 

əlamətləri ilə dolduraq və  əlifbamızda olmayan bəzi saitləri 

bildirmək üçün hətta hərflərin üstünə 1, 2, 3, 4, 5 kimi həndəsi 

rəqəmlər qoyaq.” M.Fətəli qəti şəkildə öz ideyasını müdafiə edərək 

bildirirdi ki, Süavi əfəndi zamin ola bilməz ki, onun irəli sürdüyü 

dəyişikliklər uşaqlarımızın qəzet oxuya bilməsini tezləşdirəcək. Ona 

görə  də  Ə.Süavinin göstərdiyi yazı qaydaları  qəbul olunmazdır. 

“Süavi  əfəndinin təklif etdiyi üsul islahat deyil, bir çətinliyin 

üzərinə başqa çətinliyin  əlavə olunmasıdır”. M.Fətəlinin  əlifba 

islahatı köklü və radikal şəkildə ərəb əlifbasından imtina edib latın 

qrafikalı əlifbaya keçməyi tələb edirdi. Yeni əlifba qəbul olunandan 

sonra köhnə irsi tədricən yeni qrafikaya köçürəcək, bununla da işsiz 

alimlər üçün gözəl bir iş olacaq və elm sahəsində böyük bir hərəkat 

başlayacaq. Yeni əsərlər yaranacaq və yeni aləm qurulacaqdır. 

M.Fətəli 1857-ci ilin sentyabrında “Ərəbcə, farsca və 

türkcədən ibarət olan islam dillərinin yeni əlifbası” adlı layihəni 

tamamlayır, ardınca isə ömrünün son günlərinə qədər bu layihənin 

həyata keçməsi üçün yorulmadan çalışmışdır. Özü də onun əlifba 

uğrunda mübarizəsi üç mərhələdən ibarət olmuşdur. 

Birinci mərhələdə o, ərəb  əlifbasının təkmilləşdirilməsini 

təklif edirdi. Qrafemlərin altında və üstündə qoyulan nöqtələrdən 

imtina, sözdə  hər bir saitin öz qrafik işarəsinin olması onun bu 

mərhələdəki fəaliyyətinin əsasını təşkil edirdi. Məlum olduğu kimi, 

ərəb dilində yalnız samitlər işarəlnir və saitlərin yazıda 

göstərilməsinə ehtiyac qalmır. Yəni yazıda fonoloji prinsipin 

gözlənilməsi əsas götürülürdü. 

İkinci mərhələdə bu prinsip daha da təkmilləşdirilir, hər 

fonemin yazıda öz işarəsinin olması və onların ayrı yazılışı tövsiyyə 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

232


olunurdu. Bu da mövqeyindən asılı olmayaraq dilin hər bir 

foneminin eyni cür yazılması demək idi. Bunlar göstərir ki, M.Fətəli 

kortəbii də olsa fonoqrafik yazının mahiyyəini və üstünlüyünü dərk 

edirdi. Ona görə  də o, bu yazı sistemini ərəb  əlifbasında 

reallaşdırmq istəyirdi. Bu prinsip əlifbanın son dərəcə 

təkmilləşdirilməsi, başqa sözlə, ərəb əlifbasında istifadə olunan 120 

işarənin 4 dəfə azaldılması demək idi. 

Əlifba sahəsində çabaları onu vadar etdi ki, ümumiyyətlə ərəb 

əlifbasından tam imtina etsin və bütövlükdə latın  əlifbasına keçid 

uğrunda mübarizəyə qalxsın. Bu da M.Fətəlinin  əlifba sahəsində 

fəaliyyətinin 3-cü mərhələsini təşkil edir. Bu mərhələdə o nəinki hər 

bir fonemin yazıda ayrıca işarəsinin olmasını israr edirdi, həm də 

yazı işinin tam şəkildə yeniləşməsini irəli sürürdü ki, bu da ərəbdən 

fərqli olaraq soldan sağa yazmaq demək idi. Bunun fizioloji, 

psixoloji və linqvistik əsasları vardır. Yazı soldan başlayanda kağız 

üzərində yazılanı izləmək, gözlə müşahidə etmək imkanı yaranır. 

İnsanın danışıq mərkəzinin beynin sol yarımkürəsində yerləşməsi 

bunu zəruri edən psixoloji amillərdən biridir. Soldan sağa yazarkən 

insan yazdığı anda özünə nəzarət edə bilir. M.Fətəli bununla bağlı 

əsl fonetist və fonoloq kimi belə deyirdi: “Soldan sağa yazılıb 

oxunan, sözlərin tərkibindəki bütün saitlərin və samitlərin sırasına 

daxil edilən və bütün nöqtələrdən imtina edilən alfabeti əlifbadan 

başqa heç bir xəttin hərflərini qəbul etmirəm və heç bir zaman da 

qəbul etməyəcəyəm.” 

M.Fətəli əlifba uğrunda mübarizəsində qələbə qazanmaq üçün 

o zaman üç imperiyaya qarşı vuruşurdu. Onlardan fars və türk 

dövlətləri  ərəb, Rusiya isə kirill əlifbasından istifadə edirdi. 

Osmanlı imperatorluğu və fars İran dövləti  ənənəni qırmaq 

istəməzdi. Ruslar isə  nə o zaman, nə  də indi latın qrafikasının 

üstünlüyünü başa düşə bilmirlər. Buna baxmayaraq M.Fətəli bütün 

vasitələrdən istifadə edərək məqsədinə çatmaq istəyirdi. 1857-ci ilin 

sentyabrın 23-də Qafqaz canişinliyinin yüksək rütbəli canişini 

K.F.Lelliyə təqdim etdiyi yazılı məruzədə M.Fətəli razılıq əsasında 

əlifba layihəsini öz hökümətinə çatdırmaq üçün İranın Tiflis 



ЫI HİSSƏ 

233 


konsulluğuna verdiyini bildirirdi. Noyabrın 12-də isə Qafqaz 

canişinin razılığı ilə layihəsini Osmanlı dövlətinin ali divanına 

vermək məqsədilə o, Rusiyanın Konstontinopoldakı  (İstanbuldakı) 

səlahiyyətli nazirinə göndərilnməsini xahiş edirdi. 

M.Fətəli hər cür vasitələrdən istifadə edərək əlifba layihəsinin 

qəbul olunmasına çalışırdı. O dövrdə şərqşünaslıq sahəsində çalışan 

alimlərə, o cümlədən alman əsilli, S.Peterburq Asiya muzeyinin 

direktoru B.A.Dorna (1806-1885) məktub göndərir. 1860-cı il 

fevralın 20-də M.Fətəliyə yazdığı cavab məktubunda Dorn onu 

böyük zəka sahibi adlandırır, lakin əlifbanın qəbulunda çətinliklər 

olacağını yazır. Bu çətinliklər təkcə müsalman aləmindən deyil, 

həm də Avropa şərqşünaslarından gələcək, çünki onlar ərəb 

qrafikasında yazılmış əsərlərinin dövriyyədən çıxacağından narahat 

olacaqlar və onun qəbuluna razılıq verməyəcəklər. Rus alimlərinin 

məsələyə  mənfi münasibətini başa düşdüyündən layihənin Rus 

Akademiyasında müzakirəsini israr etmir. 

Ciddi maraq doğuran məsələlərdən biri də M.Fətəlinin 

M.Kazımbəyə (1802-1870) məktubudur. M.Fətəli öz məşhur 

həmyerlisinə yazırdı: “Son zamanlar islam əlifbasının ərəb, fars və 

türk dillərinin yazılış və oxunmasındakı nöqsanları müşahidə edərək 

həmin dillərin öyrənilməsini asanlaşdırmağı lazım bildim. 

Peterburqda 

şöhrət sahibi cənabınızdan başqa mənim 

ürəyimdəkilərdən lazımınca xəbər tuta bilən və  əlifba islahatının 

xeyirli nəticələrindən tam başı  çıxan başqa  şəxs təsəvvürə 

gəlmədyindən mənə yəqin olmuşdur ki, həmin kitabçanı (layihəni – 

F.V.) şöhrət sahibi cənabınızın mütaliəsinə verəcəklər. Buna görə də 

ümid edirəm ki, cənabınız daim sizi şöhrətləndirən təbii insaf və 

fitri hüsni-əqidənizə  əsasən bu məsələ haqqında ancaq həqiqəti 

söyləyəcəksiniz” (V.Q., s.24). V.Quliyev yazır ki, M.Kazımbəy M. 

Fətəlinin  əlifba islahatını ciddiyə almamışdır.  İranın Paris səfiri 

Mirzə Yusif xan əlifba məsələsində M.Fətəli ilə həmfikir olmuş, 6 

oktyabr 1860-cı il tarixdə M.Fətəliyə yazdığı  məktubda göstrir ki, 

layihəni M.Kazımbəyə vermiş, o isə əvəzində söz vermişdi ki, çox 

yaxşı bir məqalə yazacaq. 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

234


O zaman M.Fətəli Paris, London və Vyanada da özünə 

tərəfdarlar toplamağa çalışsa da, hətta bunu Qafqaz canişininin 

razılığı ilə bu ölkələrdəki rus diplomatik nümayəndələri vasitəsilə 

edirdi ki, Rusiyanın təşəbbüsü bəyəndiyini göstərsin, ancaq bir 

nəticə hasil olmadı. 

Onun mübarizəsinə köməklik edənlər də olmuşdu. 1863-cü 

ildə Osmanlı  Cəmiyyəti Elmiyyəsində onun layihəsi müzakirəyə 

çıxarıldı. O, Qafqaz canişini böyük knyaz bütün xərclərin ödənməsi 

şərtilə 3 aylığa  İstanbula ezamiyyə icazəsi alır. Rus səfirinin 

tərcüməçisi vasitəsilə layihəni Osmanlı dövlətinin sədrəzəmi Fuad 

Paşaya təqdim edir. Onun təklifi qəbul olunmur, İranın İstanbuldakı 

naziri Mirzə Hüseyn xanın təsirindən dolayısı belə yazırdı: İstanbul 

alimləri və nazirləri mənim bu fikrmi qəbul etməyə razılıq 

vermədilər.  İranın  İstanbuldakı  səlahiyyətli naziri Mirzə Hüseyn 

xanın mənə qarşı  ədavəti də osmanlıların fikirlərimlə 

razılaşmamalarına qüvvət verdi” (V.Q., s.25). Layihəni qəbul 

etməsə  də, onun ( rus dövlətinin – F.V.) könlünü almaq üçün 

Osmanlı dövləti M.Fətəlini hökumət mükafatı -dördüncü dərəcəli 

Məcidiyyə ordenilə təltif etdi. 

O zaman İran və Türkiyə hakimiyyət dairələrinin iradəsini 

sındıra bilmədisə də, özündən sonrakı həmvətənləri H.bəy Zərdabi, 

M.A.Şaxtaxtılı, C.Ünsizadə, Firudin bəy Köçərli və başqa ziyalılar 

onun  əlifba haqqında ideyalarını  qızğın müdafiə etdilər. Bunun da 

nəticəsi olaraq xalqımız bir böyük maarifçi filosof M.Fətəlinin 

ideyalarını bir neçə  cəhddən sonra 1992-ci ildə  həyata keçirdərək 

birdəfəlik latın qrafikalı əlifbaya keçdi. 



Dilçilik institunun əsərləri. Bakı, 2012, №2. s.3-5. 

 

Ədəbiyyat 

1. V.Quliyev. M.Fətəli və  Əli Süavi: bir mübahisənin tarixçəsi. 

"525-ci qəzet", Bakı, 23 iyun 2012, s. 24-25. 

 


ЫI HİSSƏ 

235 


 

II. 12. Tətbiqi dilçilik: dünən, bu gün və sabah 

 

1. Məlumdur ki, amerikan tədqiqatçısı T.Kundan bu yana 



elmdə, o cümlədən dilçilikdə elmi dəyişiklikləri köhnə 

paradiqmlərin yenilərilə əvəz olunması kimi xarakterizə edirlər. Bu 

də  təbii olaraq elmdə inqilabların meydana gəlməsi deməkdir. Bir 

az konkretləşdirsək, yeni paradiqm köhnənin sərhədlərinə  sığmır, 

ona görə  də paradiqm dəyişikliyi labüd bir hadisə kimi ortalığa 

çıxır. Bir-birilə rəqabətə girən köhnə və yeni paradiqmlər arasındakı 

mübarizə yeninin köhnə üzərində  qələbəsilə başa çatır. Deməli, 

paradiqmlər arasındakı konfliktlər qaçılmazdır və onlardan hər biri 

öz arqumentrlərindən istifadə edir. Yeni paradiqm elmin əsas 

sütunlarının yenidən müəyyənləşməsini tələb edir, köhnə 

paradiqmdəki sübutları və dəlilləri elmi cəhətdən yararsız olduğuna 

görə  rədd edir. Məsələn, fonem nəzəriyyəsində ingilis dilçisi 

D.Counzun fonemi birinin digərinin yerində  işlənə bilməyən səs 

sinifləri kimi götürməsi struktur-funksionalizmdə  gərəksiz bir 

yanaşma olaraq kənara atıldı. Funksionalizmdə fonemin söz 

mənalarını  fərqləndirməsi daha vacib sayılırdı. Funksionalizm 

köhnə  tədqiqat metodunu da dəyişdirərək kvaziommonimlərlə 

qarşılaşmalara üstünlük verirdi. Misal üçün Praqa Dilçilik 

Məktəbinin korifeylərindən olan N.S.Trubeskoyu göstərmək 

kifayətdir. Digər tərəfdən, R.Yakobson və onun silahdaşlarının 

fonemi müəyyən differensial əlamətlərin məcmusu kimi 

dəyərləndirmələri bu dilçilərdən sonrakı dövrdə  qəbul edilmədi. 

Dilin üzvlənməsində substansional qarşılaşmalardan istifadə etmək 

köhnə paradiqm içərisində çabalamaq demək idi. Bu gün koqnitiv 

dilçilik deyilən istiqaməti yeni paradiqm kimi təqdim etmək ən azı 

dilçilik elminin inkişafında  İ.A.Boduen de Kurtene məktəbinin 

xidmətlərini qiymətləndirməmək demək olardı. Boduen məktəbi 

bütün tədqiqatlarında insanı  əsas götürüb. İnsan psixologiyasının 

tədqiqata cəlb olunması dediklərimizə bir sübutdur. Bu məktəbin 

nümayəndələrinin eksperimental fonetika, psixologiya və 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

236


persepsiya sahəsindəki çoxsaylı  tədqiqatları bunu bir daha təsdiq 

edir. Boduen məktəbində antroposentrik prinsip həmişə aparıcı 

olub. Bu da tətbiqi dilçiliyin əsas qayəsini təşkil edir. 

2. Tətbiqi dilçiliyin bu gün bir sıra aktual problemlərini köhnə 

paradiqmlər çərçivəsində  həll etmək qeyri-mümkündür. Maşınla 

tərcümə, danışanın səs obrazlarına görə tanınması, hər hansı bir 

əsərin üslubunun və müəllifinin müəyyənləşməsi, yazısı olmayan 

saysız-hesabsız dillər üçün fonoqrafik əlifbanın yaradılması, “insan-

maşın-insan” və ya “maşın-insan-maşın” münasibətlərinin öyrənil-

məsi, dillərin tədrisinin optimal metodlarının işlənib hazırlanması 

və s. problemlərin həlli yeni nəzəriyyə və metodların tətbiqini tələb 

edir. Bütün bu hallarda dilçilər yeni mühiti və yeni tələbləri nəzərə 

almalıdırlar.  İstənilən halda dilin semiotik sistem olması unudul-

mamalı, ancaq eyni zamanda onun digər semiotik sistemlərdən fərqi 

açılıb göstərilməlidir. Xarici dilin tədrisində statistik tədqiqatlardan 

istifadə etmək çox səmərəli nəticə verir. “Tədqiqatlar göstərir ki, 50 

minlik lüğətdə sözləri tezlik siyahısı əsasında düzsək, görərik ki, 15 

ən çox işlənən söz istənilən mətndəki sözlərin 25 %-ni, 100 ən çox 

işlənən söz onun 60, 5 %-ni, 1000 ən çox işlənən söz 80 %-ni, 4000 

ən çox işlənən söz isə istənilən mətnin 97, 5 %-ni təşkil edir” (F.V. 

GDG, s.67). Buradan dilöyrənmə üçün çox mühüm nəticə 

çıxarılmalıdır. Tədrisdə  və  dərsliklərin yazılmasında bu elmi 

nailiyyət gözlənilməlidir. Biz eyni zamanda ehtimal nəzəriyyəsinin 

fundamental anlayışlarından yararlanmalıyıq. Beləki, izafilik və ya 

redundantlıq, relevantlıq, entropiya və s. kimi anlayışlardan yerində 

və lazımınca istifadə etsək, uğurlarımız yaxşı olar. Bu gün 

Avropada tədrisin kibernetik əsasları mövzusunda dissertasiyalar 

yazılır. Bu isə dillərin tədrisində yeni paradiqmə keçid və köhnə 

paradiqmdən üz döndərmək deməkdir. Hazırda biz daha çox 

elmlərin inteqrativ meylini əsas götürməliyik. 

3. Adətən bütün yeniliklər ilk öncə bir və ya bir neçə  fərdin 

aktiv fəaliyyətinin nəticəsində yaranır. Bu fərdlər  ətraf aləmi 

başqalarından fərqli görür, onlar böhrana səbəb olan amilləri tapıb 

araşdırırlar. Eyni zamanda yeni paradiqm köhnənin termin və 



ЫI HİSSƏ 

237 


istilahlarından müəyyən dərəcədə istifadə etsə də, onlara yeni məna 

və yeni ruh verir. Xarici dillərin tədrisində öyrətdiyimiz hər bir 

sözün və ya söyləmin mənasını başa salmaq üçün, yeri gəlmişkən 

deyək ki, söz səviyəsində məna əşya, predmet və hadisənin adıdır, 

cümlə  səviyyəsində isə onun gerçəklik dəyərinin müəyyən-

ləşməsidir, öyrəncilərin  şüurunda və beynində onların anlamını 

yaratmalıyıq. Ancaq bu yolla biz söz və cümlənin konkret məna-

sının başa düşülməsinə  və maneəsiz işlədilməsinə nail ola bilərik. 

Bu isə  işarələrin həm formal, həm də semantik tərəfləri üzərində 

uzun və davamlı  məşqlərlə mümkündür. Mexaniki əzbərləmə  və 

assosiativ semantik metod burada köməksiz görünür. Dahi 

filosofumuz N.Tusinin anlam konsepsiyasını  dərindən mənim-

səməklə dilöyrətmədə uğur qazana bilərik. Beləliklə, köhnə ifadələr 

və terminlər yeni məna kəsb edirlər. Sirr deil ki, hər bir məktəbin öz 

instrumentariyası var. Bu gün dünya dilçiliyi N.Xomskinin 

nəzəriyyələri üzərində  qərar tutub. Yeni nəzəriyyələrlə silahlan-

masaq, yaxın gələcəkdə  tədqiqatlarımızda nəyinsə  dəyişəcəyini 

gözləmək sadəlövlük olardı. Bu dəyişikliklərə nail olmaq üçün 

elmdə və tədrisdə köhnə paradiqmi yenisi ilə əvəz etmək lazımdır. 

4. Tərcümə  işində dönüş yaratmaq, bir dilin işarə sistemini 

başqa bir dilin işarə sistemilə  əvəz etmək üçün həm etimon dili, 

həm də  tərcümə dilini dərindən mənimsəmək lazımdır. Bu uzun 

çəkən məşqlər, sinxron tərcümənin tələb etdiyi normal şəraitin 

yaradılması deməkdir. Bu gün yalnız bədii ədəbiyyatın tərcüməsi ilə 

kifayətlənmək olmaz. Sahə  ədəbiyyatının, xüsusilə  də texniki və 

texnoloji sahələrdə son söz olan əsərlərin tərcüməsi üçün talantlı 

gənclərimizi seçib tərcümə 

mərkəzində onların müasir 

avadanlıqlarla işləməsini təmin etməliyik. Alman alimi Y.Trabant 

demişkən, bu gün gənclərimiz elliptik cümlələrdən istifadə edirlər, 

özlərini  əziyyətə salmaq istəmirlər, uzaq başı 5-6 sözdən ibarət 

cümlələrdən istifadə edirlər. Bu sözlər də ki, ya beynəlmiləl 

sözlərdir, ya da rus və ingilis dillərindən, bəd ayaqda türk dilindən 

alınmalardır. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

238


5. Tətbiqi dilçiliyin maraq dairəsinə daxil olan digər mühüm 

məsələ kompüter klaviaturalarının dilimizin qrafem və fonemlərinin 

işlənməsi tezliyi baxımından tərtib olunmasına nail olmaqdır. 

Məlumdur ki, hər bir dilin vahidlərinin işlənmə tezliyi vardır. 

Məsələn, Azərbaycan dilində ən yüksək işlənmə tezliyinə malik /a/ 

və /ə/ fonemləri hazırkı klaviaturalarda kənarlarıda yer alıb. Halbuki 

onlar klaviaturanın tən ortasında yerləşdirilməlidir. Bu, yazı zamanı 

konsentrik prinsipin tələbidir. Eynilə  əlifbamızda işarələrin 

düzülüşündə ardıcıllığın gözlənilməsi çox vacibdir. Bütün bunlar 

göstərir ki, elmdə  və texnikada paradiqm dəyişikliyi inkişaf üçün 

vacib  şərtdir və  cəmiyyət bu şərtlərə  əməl edilməsini daim 

nəzarətdə saxlamalıdır. Danışığın avtomtik yolla yazıya 

köçürülməsi, çıxışların təkcə audio deyil, həm də  mətn  şəklində 

yazılması, danışılanın ekranda həm səsli, həm də qrafik şəkildə 

göstərilməsi də  tətbiqi xarakter daşıyır və buna hər yerdə nail 

olunmalıdır. 



İlk dəfə çap olunur. 

 

 




Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə