Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

 

V. 3. Yаzаn çох, bахаn yох 

 

Аdı özümüzünкüləşmiş кüçələrdən birilə üzüаşаğı dənizə sаrı 



gеdirdim. Bir də gördüm кi, çохdаn rаstlаşmаdığım dоstlаrımdаn 

biri  əlini-qucаğını  qəzеtlə  dоldurub gəlir. Görüşdüyümüzə  hər 

iкimiz sеvindiк. Hаl-əhvаl tutmаq istəyirdim  кi, bаşlаdı 

gilеylənməyə: 

-  А  qаrdаş, bаşuvа dönüm, bir məni bаşа  sаl görüm, bu nə 

yаz-hа yаzdır ахı? Mаşаllаh-mаşаllаh, bu qədər qəzеt оlаr а? Vаllаh 

hеç аdlаrını düz-əməlli yаddа sахlаmаq оlmur. Аyə, sən öl, еlə hеy 

охuyurаm,  аmmа bir tərəfə  аpаrıb çıхаrа bilmirəm. Biri yаzır  кi, 

«Qаrаbаğ bizimdir, оnu  əldən vеrməriк»  О biri yаzır  кi, 

«Qаrаbаğdа  еrmənilər  аğаlıq  еdir». Biri yаzır  кi, pаrlаmеntimizə 

sеçкilər qаydаsındа кеçib, хаlq кimi istəyibsə, оnа dа səs vеrib. О 

birisi də, sübut еtməyə  çаlışır  кi, yаlаndır, sеçкilərdə  sахtакаrlıq 

оlub.  Ахşаm dа  tеlеviziyа  екrаnındаn tаmаm bаşqа bir məlumаt 

vеrilir. 

Dоstumu sакitləşdirməyə  çаlışdım. Dеdim  кi,  а  dоst, 

аşкаrlıqdır dа. Кimin ürəyindən nə кеçir, оnu dа yаzır. 

-  Оlsun  еy, qаrdаş, mən nə  dеyirəm  кi? Dеyirəm bəs biz 

nеyləyəк,  кimə inаnаq?  Екrаndаn vəzifəli yоldаşlаr vəd  еdir  кi, 

аllаhа  şüкür, hər  şеyimiz vаr. Düyü, mакаrоn,  ət, yumurtа, bаlıq, 

sоğаn,  каrtоf, bir sözlə, bizdə  vəziyyət yаxşıdır.  Аmmа  çıхırаm, 

dövlət mаğаzаlаrınа bахırаm, piştахtаlаrdа rеspubliкаmızdа istеhsаl 

оlunаn hеç nəyə rаst gəlməк оlmur. 

İndi də, qəzеtlər dəb sаlıblаr bu iкidilliliyi. Dоst-tаnışdаn 

sоruşаndа  кi, bu nə  məsələdir, dеyirlər  кi, biz охucunu itirə 

bilməriк, bir də кi, bizim məlumаtlаr ruscа çаp оlunаndа оnu ittifаq 

охuculаrı  dа  охuyur, bizim dərd-sərimizdən hаli  оlurlаr. Dаhа 

dеmir кi, rəhmətliyin оğlu, yаzıyа indi bахаn кimdir. 

Dоstumun gilеy-güzаrı qurtаrmаq bilmirdi. Özlüyümdə 

fiкirləşirdim кi, bu qəzеtlərin bircə хеyri vаr, о dа millətin sаvаdlı 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

384


jurnаlistləri işlə  təmin  оlunа bilirlər. Bu аz dеyil.  О  кi qаldı 

iкidilliliк məsələsinə burdа mən bir аz dаyаnıb dеdim: 

- Dоst, sən niyə  iкidilliliкdən  şiкаyət  еdirsən? Sən  кi ingilis 

dili mütəхəssisisən. 

- Hə də, еlə mən də оnа görə dеyirəm. Şеytаn dеyir кi, mən də 

bir qəzеt burахım, yаrısı аzərbаycаncа, yаrısı dа ingiliscə. Ingilislər 

bizim hаqqımızdа  hаrdаn məlumаt  аlsınlаr bəs? Bir də  кi, bizdə 

bəzi  аzərbаycаnlılаr öz dillərini bilmirlər,  оnlаr məlumаtı  аncаq 

ingiliscə аlа bilərlər. 

Аçığını  dеyim  кi, dоstumun idеyаsı  məni özünə  çəкdi. 

Fiкirləşdim кi, bir spоnsоr tаpа bilsəydiк, biz də qəzеt burахаrdıq. 

Bəlкə cibişdаnа bir şеy dоldu.  Əsаs məsələ  оdur  кi, bizim аd-

sаnımız tаnınаcаq, gəlirimiz  оlаcаq. Dаhа  yаzdıqlаrımızı  охuyub 

fаydаlаnаn  оlаcаğının bizim üçün fərqi yохdur.  Оnsuz dа  yаzаn 

çох, аmmа bахаn yохdu. Bizimкi də оlsun оnlаrdаn biri. 

Еlə  dоstumlа  yеnicə  хudаhаfizləşib  аyrılmışdım  кi, qəzеt 

кöşкündə işləyənlə rаstlаşdım. Dеdi, müəllim, təzə qəzеt burахırlаr, 

birinci nömrəsini 

аlmışıq. Qəzеt iкi dildədir. Yаrısı 

аzərbаycаncadır, yаrısı dа buşmеn dilində. Ахı buşmеnlər də bizim 

bаşımızа nələr gəldiyini bilməlidir. Dеdim, аfərin, biz düz yоldаyıq. 

Bеlə  gеtsə, tеzliкlə  məhsul bоlluğu yаrаdаrıq.  Əsаs məsələ 

yаzmаqdır. Sən yаz, bu gün də  оlmаsа, bir gün gələr  кi, bахаn 

tаpılаr. 

 

V. 4. Bir yazı haqqında ötəri düşüncələr 

 

“Bakı-xəbər” qəzeti (22, 23, 24, 26, 27 may 2013 sayları) ilk 



baxışdan bugünkü cəmiyyətimiz üçün son dərəcə aktual bir 

məsələni - dilçilikdə islahatların aparılmasının gərəkliyini - 

müzakirəyə çıxartmaq adı altında İdris adlı elmi ictimaiyyətə tanış 

olmayan birisinin iftira dolu silsilə  məqalələrini çap etmişdir. Bəri 

başdan deyək ki, dilçilik elmdir və elmdə islahatlar yox, kəşflər 

olur. Məqalənin ilk sətirlərindən məlum olur ki, qəzet heç də 

müzakirə açmaq deyil, ölkəmizin bir dilçi aliminin zəhmətini yerə 


V HİSSƏ 

385 


vurmaq, onun yaradıcılığını yersiz və  əsassız tənqid etmək yolunu 

tutan  İdris Abbasovun özəl fikirlərini oxuculara həqiqət kimi 

sırımaq istəyib. Bu yoldansa redaksiyaya məsləhət görərdik ki, İdris 

müəllim öz düşündüklərini ortalığa qoysaydı müzakirəyə maraqlı 

tərəfləri cəlb edə bilərdi ki, bununla da elmimizin inkişafına münbit 

zəmin yaratmış olardı. Məqalələrdən qəti məlum olmur ki, 

emosiyalarına güc vermiş İdris müəllimin dil və dilçiliklə bağlı öz 

ideyaları nədən ibarətdir. Ortalıqda İdris müəllimin də öz mövqeyini 

əks etdirən fikirlər olsaydı, müzakirə daha səmərəli olardı. Ancaq 

bir halda ki, bu janr seçilib, elə  həmin janrda da İdris müəllimin 

cızma-qarasına cavab verməli olduq. 

Birincisi,  İdris müəllimin dediyi kimi, mən heç vaxt 

təvəzökarlıqdan kənar hərəkətlərə yol verən adam deyiləm. Mənim 

kitabım haqqında Respublikamızın hörmətli alimlərinin yazdıqları 

rəyləri bəziləri kimi, müəllif təşkil etməyib, həmin rəylərdə o 

alimlərin ürəkdən gələn sözləri əks olunub. Hər gün mənim kitabım 

haqqında çoxlu rəylər eşidirik. (Söhbət 2013-cü il "Mütərcimdə" 

çapdan çıxmış "Dilçiliyin əsasları" kitabından gedir - F.V.) İndi bu 

rəylərə görə mən obyektiv olmalıyam? 

İkincisi,  İdris müəllim məqaləsinin başlanğıcında çox haqlı 

olaraq son zamanlar dilimizə  və dilçiliyimizə yüksək səviyyədə 

göstərilən dövlət qayğısından danışır. Ancaq nədənsə İdris müəllim 

hörmətli Prezidentimiz İlham  Əliyevin son dərəcə  dərindən 

düşünülmüş, dilimizin və dilçiliyimizin inkişafı üçün böyük rol 

oynayan iki sərəncamını unudub: 2013-cü il mayın 29-da “AMEA 

Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının 

gücləndirilməsi haqqında” və həmin ilin aprelin 9-da “Azərbaycan 

dilinin qloballaşma  şəraitində zamanın tələblərinə uyğun 

istifadəsinə  və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı 

haqqında” imzaladığı  sərəcamları yada salmır, halbuki bu 

sərəncamlar dilimizin işlənməsi və dilçiliyimizin inkişafı ilə bağlı 

mühüm direktiv sənədlərdir. 

Bəri başdan qeyd edək ki, İdris müəllim demaqoqcasına 

manipulyasiya edərək öz məqsədini gizlətmək istəyir. Bu da ondan 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

386


ibarətdir ki, İdris müəllimin Dilçilik İnstitutunda seminarda 

doktorluq dissertasiyasının müzakirəsində xeyli iradlar 

səsləndirilməsinə baxmayaraq, onları aradan qaldırıb 

dissertasiyasını AAK-ın tələblərinə cavab verən  şəklə salmaqdan 

imtina edərək onu nəyin bahasına olursa-olsun müdafiə edəcəyində 

iddialı olduğunu bildirdi. Ona izah edildi ki, öncə seminarda irəli 

sürülən iradları aradan qaldırmaq, sonra isə müdafiə üçün növbə 

tutmaq lazımdır. O isə bütün bu məsləhətlərə  məhəl qoymayaraq 

müdafiəsini təşkil etməyi tələb etdi. İnstitutun Müdafiə  Şurasının 

katibi filologiya üzrə elmlər doktoru N.Seyidəliyev ona müdafiə ilə 

bağlı prosedur qaydaları  dəfələrlə izah etməyə  cəhd göstərsə  də, o 

öz dediyində israr etdi və  şikayətləndi ki, ona qəsdən maneçilik 

törədilir. Bir neçə gündən sonra isə bu məqalələr meydana gəldi. 

Məqalədə  İdris müəllim mənim kitabıma yazdığım ön sözdə 

dilçiliyimizlə bağlı söylədiyim fikirlərə irad tutaraq yazır ki, 

problemin kökü “Yüksək potensiala malik gənc, istedadlı kadrların 

burunlanmasında, onlara qarşı  qısqanclıqda, mənəm-mənəmlikdə, 

inamsızlıqda və bunun kimi digər mənfi keyfiyyətlərdədir”. Bu 

iftira və böhtan dolu ifadələrin arxasında  İdris müəllimin “necə 

olursa-olsun müdafiə eləməliyəm” iddiası durur. İdris müəllimin bu 

fikri də bizə təəccüblü gəlir. “İnternetin olmadığı zamanlarda, elmi 

ədəbiyyatın gizlədilməsini, zəif elmi potensiala malik, fəqət 

yarınmağa meyilli olanlara “kadr” etiketi vurub diplomla təltif 

etməyi də buna əlavə etmək olar”. Bu cümlə bütövlükdə  İdris 

müəllimin özünə aid edilə bilər. 

Yaxşı xatırlayırıq, seminarda müzakirə zamanı mən ona belə 

bir sual verdim: “Siz bəlağətdən  əsər yazmısınız. Bəlağətin 

strukturu haqda nə deyə bilərsiniz? O susdu. Sonra kimsə yerdən 

dedi ki, İdris müəllimi burada işə götürmək olar. Mən də bildirdim, 

bura dilçilik institutudur, burada işə girənin müasir dilçiliyə dair ən 

azı 10 dilçinin əsərlərini oxuması lazımdır. Bunlar İdris müəllimin 

xətrinə  dəyib.  İdris müəllimə bildirildi ki, onun müdafiəsi yalnız 

növbəsi çatanda mümkün olacaqdır. Növbədənkənar müdafiə isə 

AAK-ın məktubu  əsasında olur. Müzakirədə  İdris müəllim mənə 



V HİSSƏ 

387 


“Dilçilik ensiklopediyası”na görə minnətdarlığını bildirdi ki, 

ensiklopediyadan yeni şeylər öyrənə bilib. İkinci məqaləsində İdris 

müəllim yazır ki, bu kitab onu çaş-baş salıb. Sən demə, Azəbaycan 

dilinin ensiklopediyada 5-ci yerdə verilməsi onun zəkasını 

tormuzlayıb. Ancaq bu adam özünə 

əziyyət verib 

“Ensiklopediya”nın girişini oxusaydı, görərdi ki, mən bu cür 

düzülüşü nə ilə  əsaslandırmışam. Sadəcə olaraq Azərbaycan 

oxucularının əksəriyyəti elmi informasiyanı bu gün rus dilində alır. 

Ona görə də baş məqalə rusca verilib. Məntiqi olaraq sonra alman, 

ingilis və fransız dillərində terminlərin qarşılığı  və sonda 

Azərbaycan dilində onların geniş şərhi verilir. Əlavə edək ki, vaxtilə 

mən  İdris müəllimə qayğı göstərərək onun bir məqaləsini özümün 

təsis etdiyim jurnalda çap etdirməyə imkan vermişdim. İndi nə oldu, 

bu adam birdən 180 dərəcə bucaq altında döndü? Buna cavabı 

buraxıram onun vicdanına.  İndi keçək  İdris məllimin cızma-

qaralarına. 

İdris müəllim məqaləsini mənim kitabımdan götürdüyü bir 

parça ilə başlayır. Məlumdur ki, istənilən parça kontekstdən xaric 

müxtəlif cür yozula bilər. Halbuki mən əsərimin 30 – cu səhifəsində 

bütün canlı aləmin semiotik baxımdan ünsiyyətə girə bilməsini, 

insan dilinin anadangəlmə olmasını izah etmək üçün heyvan 

“dilinə” müraciət edir və sonda fikrini belə ümumiləşdirir: “Yalnız 

insanlar bütün bu hərəkətləri sözlə, dillə gerçəkləşdirir. Yalnız insan 

nəfəsvermədə danışır, öz fikirlərini ifadə edir, öz həmdillisini 

dilindən tanıyır, ona nəsə deyir, ondan nəsə  qəbul edir”. Görünür 

İdris müəllim bu qədər aydın deyilmiş fikri anlamaqda acizdir, 

çünki bu adam şər atmağı özünə  şərəf bilir. Ümumiyyətlə, onun 

məqalələrini oxuyanda adamda belə  təssürat yaranır ki, İdris 

müəllim bu janrda yazı yazmaqda peşəkardır. Onu qıcıqlandıran 

başqa bir cəhət ondan ibarətdir ki, mənim kitabıma rəy yazmış 

alıimlər məni tərifləyirlər. Siz, hörmətli  İdris müəllim, mənim 

kitabımı  həzm edə bilmirsiniz və  yəqin ki, bu kitabda verilmiş 

çoxsaylı informasiyanı başa düşə bilməmisiniz, bu fikri söyləməyə 

Sizin məqalələrdə toxunmaq istədiyiniz məqamlar  əsas verir, Siz 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

388


dilin daxili strukturu ilə bağlı fəsillərə heç yaxın düşə bilməmisiniz, 

ona görə  də  məqalə müəlliflərinə irad tutursunuz ki, onlar mənim 

kitabımda “baş alıb gedən qrammatik və üslub yayınmalarını 

görmürlər”. Adamdan soruşarlar: hansılardır bu səhvlər?! Yenə 

İdris müəllim öz xislətinə sadiq qalaraq yazır ki, “elmi məziyyətləri 

çox-çox aşağı olan bu əsəri ictimaiyyətə “şedevr” kimi təqdim edib 

elmi yanlışlıqları bilə-bilə ört-basdır etmək çox zərərli tendensiya 

olub vicdanın aşınması prosesidir”. Fikrimizcə, vicdanın nə 

olduğunu başa düşən belə şey yaza bilməz. 

İdris müəllim iddia edir ki, guya mən gürcü dilindən 

gətirdiyim misalla göstərmək istəyirəm ki, mən, Qafqaz dillərini də 

bilməyimi gözə soxuram. Əvvəla, o misal ona görə verilib ki, 

ünsiyyətdə  iştirak edənlər bir-birinin dilini bilməlidir, yəni 

həmsöhbətin hər ikisi eyni dil siusteminin daşıyıcısı olmalıdır. 

Digər tərəfdən, mən hərbi xidmətimi Gürcüstanda keçirib və 5 il 

sərasər Tbilisi Dövlət Universitetində  İxtisaslaşmış Müdafiə 

Şurasının üzvü kimi fəaliyyət göstərmişəm. Yəqin ki, bu müddət 

ərzində  mən gürcü dilində  nəsə öyrənə bilmişəm. Sonra İdris 

müəllim mənim ölkəmizdə əsl alimin az olması ilə bağlı fikirlərimə 

ilişir. Burada isə o əsas məsələni qoyub mənim elm yolumu təftiş 

edir və  məni günahlandırır ki, mən niyə belə hökm verirəm. 

Təəssüflər olsun ki, İdris müəllim yenə  qərəzli fikir yürüdür və 

əslində mənim nə demək istədiyimi tuta bilmir. Hər cibində diplom 

gəzdirənə alim demək olardısa, onda dərdimiz nə idi ki?! Yəqin, 

İdris müəllim alimliyi elə diplomla ölçür. Mən qəti  şəkildə 

bildiririrəm ki, mən heç vaxt özümü gözə soxmuram, 

təvəzökarlıqdan kənara çıxan hərəkətlərə yol vermirəm, həmişə 

axtarmağı, öyrənməyi özümün həyat devizim seçmişəm. Mən, 

Respublika Ali Attestasiya Komiissiyasında çalışanda da 

prinsipiallıq göstərməklə bərabər xeyirxahlığımdan əl çəkməmişəm. 

Mən harada işləməyimdən asılı olmayaraq həmişə  gənclərə arxa 

olmuşam. Mən, dünyanın bir neçə ölkəsində 20-dən yuxarı elmi-

nəzəri sanbalı ilə seçilən məqalə çap etdirəndə də, müxtəlif konqres 

və simpoziumlarda məruzə edəndə  də lovğalanmamışam. Mən 



V HİSSƏ 

389 


latınların bir misalını auditoriyada tez-tez xatırladıram: “Docendo 

discimus” (öyrədərək öyrənirik). Elmə sonsuz həvəsim və 

bağlılığım məni həmişə yardımçı olmağa sövq edir, indi də 

yardımımı heç kimdən əsirgəmirəm. Mən ümumi şəkildə mənzərəni 

göstərmək istəmişəm. İndiki fəlsəfə doktorlarından Dəmirçizadələr, 

Şirəliyevlər, Hüseynzadələr, Zeynalovlar, Abdullayevlər, 

Bayramovlar, Tağıyevlər və s. olacaqsa, deməli, biz düz yoldayıq. 

Amma real vəziyyət başqa cürdür axı! Bunu Siz də bilməmiş 

deyilsiniz, İdris müəllim. 

İdris müəllim kitabımın sonunda məlumat xarakterli yazıdan 

qəzəblənir, paxıllıq hissi onu rahat buraxmır. Orada verilmiş  qısa, 

əsasən bioqrafik məlumatı “təmtəraqlı” adlandırır. Bəlkə  nəsə düz 

deyil, İdris müəllim? Orada yazılanlar mənim elmi yaradıcılığımın 

yalnız cüzi bir hissəsidir.  İnternet səhifələrində axtarış verib əmin 

ola bilərsiniz. Mən Sizin kimi şantaja  əl atmaqla, hədə-qorxu 

gəlməklə müdafiə etməmişəm, dünyada yüksək reytingi olan 

unuverstetlərdə oxuyub, dissertasiyalarımın ikisini də Leninqradda 

(S.Peterburqda) müdafiə etmişəm, opponentlərim dünyaşöhrətli 

alimlər olublar. Hansı yarınmaqdan danışırsınız,  İdriüs müəllim? 

Sizin kimi ordan-burdan köçürməklə dissertasiya düzəltməmişəm, 

minlərlə dil faktını dil daşıyıcılarının ifasında Berlində, Drezdendə, 

Moskvada lentə köçürüb və gecə-gündüz topladığım eksperiment 

materialını bir-bir öyrənib, yalnız ondan sonra cəsarət edib 

müdafiəyə  çıxmışam. Mənim lent yazılarım indi də evimdə 

saxlanılır. İstəsəniz ekskursiyaya gəlib baxarsınız, həm də 5 minlik 

Azərbaycan, rus, alman, ingilis və başqa dillərdə olan nadir dilçilik 

ədəbiyyatını görərsiniz. Bəlkə, onda bilərsiniz ki, mən necə aliməm. 

İdris müəllim yenə  şər ataraq yazır ki, guya mən dilimizin 

gələcəyilə bağlı yersiz həyəcan təbili çalıram. Burada Siz 

müştəbehlik edib özünəvurğunluq nümayiş etdirirsiniz. Siz 

görmürsünüz ki, vəziyyət nə yerdədir? Bəli, son zamanlar 

Azərbaycan, sözün əsl mənasında, çoxsaylı benəlxalq tədbirlərin 

keçirilməsi məkanına çevrilib, müxtəlif forumlar, konqreslər və s. 

Azərbaycanın dünyada tanınmasına, mədəniyyətimizin yayılmasına 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

390


çox böyük təkan verir. Bəli, Azərbaycanın inkişafı göz qabağndadır. 

İndi beynəlxalq tədbirlərdəki çıxışlar və məruzələr xüsusi qurğular 

vasitəsilə iclas salonuna dilimizə tərcümə edilib ötürülür. Amma bu 

gün bütün dünya narahatdır ki, ingilis dili yeganə beynəxalq 

ünsiyyət dilinə çevrilir. Dünyada alman dilinə edilən tərcümələr 

üzrə bu dil birinci yerdə gedir. Ancaq 100 milyonun danışdığı 

alman dilini nə Avropa İttifaqına, nə  də Avropa Şurasına yaxın 

qoyurlar, həçənd ki, Aİ büdcəsinin 25 %-i AFR-in payına düşür. Bu 

gün dünya əhalisinin 2,5 milyardı ingilis dilindən ana və əcnəbi dil 

kimi istifadə edir. Bunlar qlobal dil problemi deyilmi? İdris 

müəllimin məntiqində problem var, deyəsən. Yoxsa ağa qara 

deməzsiniz. 

Maraqlıdır, o hökm verir ki, mən  ədəbi dil normasını 

pozuram. Amma fakt gətirmir. Mənim arqumentlərim o qədər 

güclüdür ki, onları inkar etmək düz və hamar yoldan sapıb kənara 

çıxaraq qəza törədən sürücü anlamına gəlir. Mən haqlı olaraq 

yazıram ki, dilimizə yeni-yeni sözlər gəlir, onların bəzisi dilimiz 

tərəfindən mənimsənilir, o biriləri isə etimon dilin xüsusiyyətlərini 

qoruyub saxlayır. Amma bundan istifadə edib məni dilimizə 

biganəlikdə  qınamaq  ən azı insafsızlıqdır. ”Eurovision” sözü buna 

bariz nümunədir. Görün bu sözün nə qədər variantı var: “Evrovijn”, 

“Avrovijn”, “Avrovizion” və s. Bunlardan hansının dilimizdə qalib 

çıxacağı tədricən məlum olacaq. Yəqin ki, İdris müəllim kalka yolu 

ilə yaranan sözlərdən xəbərdardır. “Boru kəməri” də, professora 

görə, belə gəlib dilimzə. Bir də ki, mən öz dediklərimi doqma kimi 

cəmiyyətə sırımıram, bu elmi mülahizələrimin məhsuludur. Mənim 

kitabım şəxsən özümün yaradıcı axtarışlarımın məhsuludur, ordan - 

burdan oğurlayıb götürməmişəm. Razılaşmaq da olar, razılaşmamaq 

da. Atalar yaxşı deyiblər: ağıl yaşda eyil, başdadır.  İdris müəllimə 

buradaca bir tövsiyyə edərdim ki, dizini qoysun yerə, sanballı bir 

kitab yazsın, bütün ictimaiyyət yalnız onun kitabından istifadə 

edərək faydalansın. Buna yalnız sevinmək olar. Bəyəm, mən 

kiminsə yaradıcılığı qarşısına sipər çəkmişəm? Hünəriniz var, Siz 

də yazın. Xalqımız kimin kim olduğunu görsün. Yoxsa boş-boş 



V HİSSƏ 

391 


danışıb özünüzü qəhrəman obrazında təqdim etməkdən bir şey 

çıxmaz. . 

İdris müəllim, Siz məni dəlilsiz-sübutsuz ittiham edirsiniz ki, 

guya mənim fikirlərimin ifasında sintaktik və üslub səhvləri var və 

qəzəblənirsiniz ki, mənim kitabımı hansı  məziyyətlərinə görə 

“fundamental” adlndırmaq olar. İrad tutursunuz ki, mən ingilis 

dilində hal kateqoriyası olmadığını  bəyan edirəm. Hər bir dilçiyə 

aydındır ki, hal və hal kateqoriyası başqa-başqa  şeylərdir.  İngilis 

dilində subyekt halını heç kəs obyekt halı ilə qarışdırmır.  İngils 

dilndə hal sintaktik səviyyədə özünü östərir. Morfoloji səviyyədə 

isə halın paradiqmi yoxdur. Digər tərəfdən, qeyd etmək yerinə düşər 

ki, paradiqm və ya kateqoriya formal və semantik qarşılaşmanın 

vəhdətidir. Hörmətli  İdris müəllim, Sizin məqalənin adı da elmi 

cəhətdən yanlışdır, çünki paradiqm (məhz paradiqm, paradiqma 

yox!) sözündə bir topluluq, cəmlik vardır. Paradiqm müəyyən 

inkişafın məziyyətlərinin və ya sistemin bir-birinə qarşı qoyulan 

elementlərinin qarşılıqlı əlaqəsidir. 

Özünü sanballı göstərmək üçün İdris müəllim yazıda 

internetdən köçürdüyü xeyli ədəbiyyat siyahısı verir. Ancaq bunlar 

da onun köməyinə çatmır. Babil qülləsinin çökməsilə bağlı “İncilin” 

18-19-cu Mən uzun-uzadı  mətnlər vermirəm ki, oxucunu yorum. 

İdris müəllim gah nala, gah da mıxa vurur. Mənim nə demək 

istədiyimi tuta bilmir. Məsələn, /öküz/ misalı ilə  mən dildə 

işarələnənlə (məna ilə) işarələyənin (formanın) birbaşa  əlaqəli 

olmamasını açıb göstərmək istəyirəm. Bu ideya semiotikanın 

fundamental məsələsidir.  İdris müəllim isə sitatı  mətndən çıxardır, 

özü də unudur ki, /öküz/ sözü ilə bağlı sitat şərhsiz- filansız 3-cü 

yazısının  əvvəlində  də gedib, sonda bu sitatı eynilə  təkrar edir və 

“Necə  yəni hamı üçün zəruridir?” sualını  əlavə edirsiniz. Suala 

cavab tapmaq istəyirdiniz, o, fəsli axıra qədər oxuyub mənimsəməli 

idiniz. Amma Siz buna qadir deyilsiniz, çünki səviyyəniz çox 

aşağıdır. Həqiqətən də  işarələyənlə  işarələnən arasında (səs təqlidi 

sözlərini çıxmaq şərtilə) birbaşa əlaqə yoxdur. Siz birinci yazınızda 

gətirdiyiniz “heyvan dililə” bağlı parçanı 3-cü yazının axırında 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

392


təkrar verirsiniz. Görünür heyvanların “dili” Sizin çox xoşunuza 

gəlib.  Əks təqdirdə  əvvəl dediyinizi unudub təkrar verməzdiniz. 

Bəlkə kompüterdə  işləməyi təzə öyrənmisiniz? Amma, doğrudan 

da, zoosemiotika çox maraqlı elmdir. 

Ümumiyyətlə, maraqlıdır ki, İdris müəllim filan əsəri mənim 

oxuyub-oxumamağımla ilə maraqlanırsınız. O kitabları və onlardan 

başqa neçəsini mən oxumuşam ki, orfofoniya məsələsini hələ 1993-

cü ildə yazdığım “Fonologiya və fonetika məsələləri” əsərində (bu 

əsər Türkiyə türkcəsinə  tərcümə edilərək Ankarada çap edilib), 

ondan da xeyli əvvəl yazdığım doktorluq dissertasiyasında (1980) 

qaldırmışam, indi də ayrıca bir orfofoniya lüğətinin hazırlanması 

layihəsi üzərində çalışıram. Əgər əsərimi oxuyub başa düşsəydiniz, 

görərdiniz ki, mən dilə ikili deyil, üçlü yanaşmanı  qəbul edirəm. 

Bunun açmasını isə Sizin öhdənizə buraxıram. 

Mən 

İdris müəllimin cızma-qarasında deklarativ 



bəyanatlardan başqa bir şey tapa bilmədim. Mənim İsveçrədəki dil 

situasiyası ilə bağlı misalım və ifadələrim orijinal mətnə adekvatdır 

və başa düşüləndir.  İdris müəllim fikirləşirsə ki, /dərə/  əvəzinə 

/vadi/ deyilsə yaxşı olardı, olsun, etiraz etmirəm. Ancaq /dərə/ 

dilimizdə çox işlənən sözdür. Bir də burada mən o ölkədəki dil 

situasiyasını açıb göstərmək istəmişəm. 

İdris müəllim bütün yazıları boyu faktsız - sübutsuz danışdığı 

kimi, 3-cü yazısında da şantaja əl atır və mənim ədəbi dil norması 

və ondan yayınma hallarını misallarla göstərməyim psevdo alim 

İdris müəllimi məhvəridən çıxardır. O digər mülahizələrində olduğu 

kimi, burada da özünü ağıllı  və çoxbilmiş göstərmək istəyir. 

Dialekt,  ədəbi dil və idiolekt qarşılaşmaları ilə bağlı  Mənim 

mövqeyim hələ E.Koseriu kimi nəhəng alimin “Ümumi dilçiliyə 

giriş” (Bakı, 2005) əsərini almancadan Azərbaycan dilinə  tərcümə 

edəkən orada verdiyi şərhlərdən görmək olar. Bir də ki, mən 

fonoloqam və dildaxili variativliyin, fon-allofon(em) - fonem 

münasibətlərini yəqin ki, İdris müəllim, Sizdən pis bilmirəm. 

İdris müəllimin 4-cü yazısı lap gülməlidir. Bu adam mənim 

kitablarımdan uzun -uzadı sitatlar və s. gətirir, ancaq özünün 


V HİSSƏ 

393 


uydurduğu mənim “Azərbaycan dilinin sintaktik və üslub 

qaydalarını  cəsarətlə” pozduğumu açıb göstərmir. Sən demə, mən 

“durğu işarələrini düzgün” işlətmirəm. O yazır ki, mən 

presuppozisiya terminini işlədir, amma iradının nədən ibarət 

olduğunu açmır. Məqalənin ortasında o bir daha bu terminlə bağlı 

əllaməlik edir. Kitabın 34-cü səhifəsindən  şahmat taxtası ilə bağlı 

məşhur dilçinin cümlədən kəsib götürdüyü sitatdan əvvəlki və 

sonrakı  sətirlərini diqqətlə oxumaq lazım idi. “Tənqidçi F.de 

Sössürün gətirdiyi arqumentlə mənim razılaşmadığımı bilmək üçün 

dostumuz” mənə irad tutur ki, o, “hierarxiya” və “homonim” işlədir, 

amma bunlar rus dilindən götürüldüyü kimi “ierarxiya” və 

“omonim” olmalıdır.  İdris müəllim, sözün dildə  mənimsənilməsi 

prinsipləri var, onlardan biri ötürücü dildən, yəni rus dilindən xilas 

olmaq və sözü etimon dildəki kimi işlətmək prinsipidir. Rus dilində 

/h/ olmadığı üçün o dildə bu sözlərin  əvvəlində  işlədilən həmin 

samit atılır. Bizim dilimizdə isə bu samit olduğu üçün yuxarıdakı 

sözləri rus dilindəki kimi /i/ ilə  işlətmək rus qrafikasının və 

orfofoniyasının təsirinə qapılmaq deməkdir.  İdris müəllim  əvvəlki 

yazılarında olduğu kimi, qaldırdığı  məsələlərin heç birisinin 

mahiyyətinə vara bilməyib, xüsusilə dilin daxili strukturunu və 

hierarxiyasını  qəti başa düşə bilməyib. Ancaq sosiodilçiliklə bağlı 

özündən başqa heç kəsin başa düşmədiyi söz yığınını  məqaləyə 

pərçimləyib.  İnsandan başqa canlılardan bəzilərinə dil öyrətmənin 

mümkünlüyü çoxdan bəllidir. Məsələn, tutuquşular, delfinlər və s. 

İdris müəllim, yersiz israr edirsiniz ki, mən “qrammatik qaydaları 

pozur və üslub xətalarına yol verirəm”, onda haqlı sual ortalığa çıxır 

ki, göstərin bu qüsurları. Nyə göstərmirsiniz? “Bu gündən sonra bu 

seminarı  Fəxrəddin seminarı adlandıracağıq” cümləsini oxuyan 

kimi  İdris müəllimi qarın ağrısı tutur. İdris müəllim, yəqin 

tanışlarınızdan da mənim ADU-dakı seminarlarımda iştirak 

edirdilər. Orada Respublikamızın çox görkəmli alimləri ağzına 

qədər adamla dolu auditoriyada məruzə ediblər: professorlar 

R.Əliyev, Q.Quliyev, A. Babayev, M. Qocayev, A.Məmmədov, 

S.Əlyarlı  və daha kimlər. Seminar ilkin olaraq prof. mənim 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

394


“N.Xomskinin dilçilik görüşləri” məruzələrimlə başlayıb. Elə 

rəhbərlik etdiyim seminar gəncliyimizə yol açmaq, köməklik 

göstərmək missiyasını  uğurla yerinə yetirir. Sizdəki nihilizm və 

informasiya çatışmazlığı, xüsusilə  də, Sizin müasir dilçilikdən 

xəbərsiz olmağınız imkan vermir ki, həqiqətlə yalanı, tumla ləti bir-

birindən ayırasınız. Sizin yerinizə olsaydım, mənim kitablarımı 

təftiş etmək məqsədilə deyil, dərindən mənimsəmək üçün təkrar-

təkrar oxuyub öyrənərdim. O ki, qaldı  mənim son dövrlərdə 

verdiyim müsahibələrə, deməliyəm ki, müasir dövrdə jurnalistlər 

fikirləri dolaşıq salmağı xoşlayırlar. Mən o qədər nadan deyiləm ki, 

“populist müsahibə” verəm. Başa düşün ki, əlifbamızda problemlər 

var, onları müzakirə etmək, Sizin düşündüyünüz kimi, cahillik 

deyil, elmi həqiqəti aşkar etməkdir. Sizin kimi elmdən uzaq adamlar 

elə fikirləşirlər ki, guya mən yeni qramatika kəşf etmək istəyirəm. 

Xeyir,  İdris müəllim, anlamaq lazımdır ki, bu gün elmə iki cür 

qrammatuka bəllidir. Biri Sizin kimilərinin uydurduğu qrammatika, 

biri də dilin obyektiv şəkildə mövcud olan qrammatik strukturunu 

ehtiva edən qrammatika. Bu hər gün 50 milyon azərbaycanlının 

normaya riayət edərək danışdığı, möhtəşəm Azərbayca dilinin 

qrammatikasıdır. Bu qrammatikanı olduğu kimi açıb göstərmək 

dilçilik elminin ümdə  vəzifəsidir. Mən, fundamental və funksional 

qrammatikanın yazılmasından danşıram. Siz düşünürsünüzsə ki, 

bəzi adamların dediyi kimi, guya mən Azərbaycan dilində 8 üzvlü 

hal paradiqmini kəşf etmək istəyirəm, deməli, Siz dilçilikdən, 

yumşaq desək, bixəbərsiniz. Heç kəs qrammatikanı  dəyişmək 

sevdasına düşə bilməz, hörmətli  İdris müəllim. Ancaq bununla 

bərabər müasir qrammatikanın hazırlanmasında dünya dilçilik 

elminin son nailiyyətlərindən, məsələn, Sizin qəti bilmədiyiniz 

tipoloji, koqnitiv, törəmə, konfrontativ və kontrastiv dilçiliyin 

nailiyyətləri nəzərə alınmaıdır. Bu qrammatikanın müəllifləri 

arasında, şübhəsiz, yaxın iyirmi ildə Sizin iştirakınızı, Azərbaycanın 

dilçilik ictimaiyyəti heç təsəvvür etmir. 

Çox təəssüf ki, İdris müəllim özünüzü mənimlə müqayisə 

etməklə ictimaiyyəti çaşdırır ki, guya Sizin də dilçilik sahəsində 



V HİSSƏ 

395 


səriştəniz var. Olsun, nə deyirəm ki, təkrar edirəm, yazın, çap 

elətdirin, verin xalqın istifadəsinə.  İndi alternativ fikirlərə böyük 

ehtiyac var. İdris müəllim demək istəyir ki, “görürsünüz, hətta 

Fəxrəddin müəllimin kitabını da tənqid edirəm”. Fəxrəddin müəllim 

İdris müəllimin yersiz tənqid etdiyi kitaba ön sözdə yazır ki, “tənqid 

edənlər mənim dostlarımdırlar”. Mən heç vaxt ideal olmaq 

iddiasında olmamışam və indi də bu iddiada deyiləm. Ancaq insafla 

danışsaq deyə bilərik ki, mənim nə əqidəmə, nə elmi səviyyəmə, nə 

də  təvəzökarlığıma  şübhə ola bilməz. Mən heç vaxt kiməsə 

sataşmaq, kimisə şantaj etmək taktikasını seçməmişəm. Bacardığım 

qədər xalqıma, millətimə xidmət etmişəm və edirəm. 

Sonda  İdris müəlimə bir tövsiyyə edərdim. Öyrənmək heç 

vaxt gec deyil. Sizə məsləhət görərdim ki, intriqabazlığı, nihilizmi, 

özünüzün başqasının ünvanına yağdırdığınız “özünəvurğunluq, 

mənəm-mənəmlik” kimi zərərli və antibəşəri xasiyyətinizdən  əl 

çəkəsiniz. Burada böyük alim İ.A.Boduen de Kurtenenin çox gənc 

yaşlarında həyatdan getmiş, lakin müəllimidən öyrəndiklərini öz 

adına çıxan N.Kruşevski haqqında dediyi bir fikri yada düşür. 

Müəllimin haqqını tapdayan heç vaxt zirvəyə qalxa bilməz. Siz də 

yerli-yersiz ora-bura əl atırsınız, ancaq, inciməyin, dilçilikdən 

elementar  şeyləri bilmirsiniz. Belə olmasaydı  mənim fonem, 

morfem, leksem, cümlə, danışıq aktı, leksik həmrəylik və 

həmahənglik prinsiplərimdən danışardınız. O zaman Sizin tənqidin 

haqlı olmasına inanmaq olardı. Siz isə, çox təəssüf ki, şantaj və 

böhtan yolunu tutaraq nəyin bahasına olursa – olsun öz çirkli 

niyyətinizi ortalığa qoymağa çalışırsınız. Oxuyub öyrənmək heç 

vaxt gec deyil, İdris müəllim. Qonşudan və ya naqis şəxslərdən 

eşitdiklərinizə inanmayın. Axı Siz hələ gəncsiniz. 



 

 

 "Bakı xəbər" may 2013. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə