Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə


Azərbaycan I Dünya müharibəsi dövründə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   27

1.3. Azərbaycan I Dünya müharibəsi dövründə 
 
1914-cü  ildə  başlamış  I  Dünya  müharibəsi  (dövrün  mətbuatında  ona  Böyük  müharibə  deyilirdi)  hərbi 
əməliyyatların  əhatə  dairəsi  və  müharibə  qurbanlarının 
sayına  görə  əvvəlki  müharibələri  üstələmiş  və  bütün 
dünyanı dəhşətə gətirmişdi. Müharibədə iştirak edən hər 
ölkənin  öz  planları  var  idi.  Bu  planlarda  Azərbaycan 
xüsusi  yer  tuturdu.  Şimali  Azərbaycanın  ehtiyatları 
Rusiya, eləcə də onun müttəfiqləri İngiltərə və Fransaya 
xidmət  edirdi.  Bu  ölkələrin  əsas  rəqibi  -Almaniya 
Azərbaycanın  Rusiyadan  ayrılmasında  maraqlı  idi. 
Alman  monopoliyaları  hələ  XX  əsrin  əvvəllərindən 
Bakı  neftinə  xüsusi  maraq  göstərirdilər.  Öz  müttəfiqi 
Osmanlı dövlətinin iştirakı ilə Almaniya Qafqaz və Ön 
Asiyanı  öz  təsir  dairəsinə daxil  etməyə  türk  ordusunun 
köməyi  ilə  Hindistan  və  Əfqanıstana  yol  açmağa  can 
atırdı. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi və Bakı 
nefti  müharibənin  strateji  məqsədlərinə  çevrilirdi. 
Tərkibində  Cənubi  Azərbaycan  olan  İran  Qacarlar 
dövləti  bitərəf  qalmağa  üstünlük  verirdi.  Ancaq  bu 
ölkədə  də  vəziyyət  sabit  deyildi.  Cənubi  Azərbaycanın 
qərb  vilayətlərində  azərbaycanlılar,  kürdlər,  aysorlar  və 
ermənilər  arasında  milli  zəmində  toqquşmalar  təşkil 
edilmişdi. 
Müharibə başlanandan dərhal sonra, 1914-cü ilin 
sonunda  Cənubi  Azərbaycanın  böyük  hissəsi  türk 
qoşunları  tərəfindən  zəbt  edildi.  Bunun  nəticəsində  millətlərarası  toqquşmalar  dayandırıldı.  Lakin  Sarıqamış 
                                                           
17
 Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.72. 
 

11 
 
əməliyyatındakı  uğursuzluqdan  sonra  türk  qoşunları  Cənubi  Azərbaycanı  tərk  etdilər,  erməni  və  aysorlar 
yenidən  Türkiyə  ilə  həmsərhəd  rayonlarda  yaşayan  azərbaycanlıları  öldürməyə  başladılar.  Rus  ordusu  Təbrizi 
tutdu,  bundan  sonra  müharibənin  sonunadək  Qafqaz  cəbhəsində  ciddi  dəyişikliklər  baş  vermədi.  1918-ci  ilin 
yazında  Cənubi  Azərbaycana  İngiltərə  qoşunları  daxil  oldu,  millətlərarası  toqquşmaların  qarşısını  isə  başda 
Şeyx Məhəmməd Xiyabani olmaqla Azərbaycan Demokratik Partiyası aldı. 
 
Azərbaycan ərazisində bilavasitə döyüşlər getməsə də, müharibə ölkəyə böyük ziyan vurdu. İqtisadiyyatı 
hərbi  istiqamətə  yönəltmək  üçün  hərbi-sənaye  komitələri  yaradılmışdı.  Cənubi  Qafqazda  müəssisələrin 
hərbiləşdirilməsi Rusiyanın daxili quberniyalarında olan hərbiləşdirmə səviyyəsindən artıq idi. Müharibə daim 
artan  miqdarda  neft  tələb  etməsinə  baxmayaraq  neft  kəşfiyyatı, 
avadanlığın  modernləşdirilməsi,  quyuların  qazılması  üzrə  işlərin 
azaldılması  Azərbaycan  iqtisadiyyatının  əsasını  təşkil  edən  neft 
sənayesində  durğunluğa  səbəb  oldu.  Dəmir  yolu  və  dəniz  nəqliyyatı 
hərbi 
yükləri  daşıyır,  bu  isə  mülki  əhalinin  nəqliyyat  vasitələri  ilə  təmin 
edilməsində  çətinliklər  yaradırdı.  Kənd  təsərrüfatında  da  durğunluq 
başladı,  çünki  əvvəlcə  cəbhə  ehtiyacları  üçün  at  və  öküzlər  müsadirə 
olunmuş,  1916-cı  ildən  isə  arxa  cəbhə  işlərini  yerinə  yetirmək  üçün 
qeyri 
rus  millətlərindən  olan  18-23  yaşlarında  gənclərin  mobilizasiyası 
başlanmışdı. Cəbhəyanı rayonlardan Azərbaycanın şəhər və qəzalarına 
yaralılar  gətirilib  hospital,  klinika,  xəstəxanalarda  yerləşdirilirdi. 
Bakıda  iri  hərbi  hissələrin  yer-ləşdirilməsi  hesabına  şəhər  əhalisinin 
sayı 
70  min  nəfər  artmışdı.  Müharibə  görünməyən  ərzaq  çatışmazlığı  və 
bahalaşmaya  səbəb  olmuş,  əhalinin  vəziyyəti  olduqca  pisləşmişdi. 
Tərəqqipərvər  azərbaycan  ziyalılarının  müharibənin  törədəcəyi 
fəsadlarla  bağlı  ümidlərini  Fətəli  xan  Xoyski  belə  ifadə  etmişdir:  "Bu 
müharibənin  qalibi  kim  olursa-olsun,  müharibədən  zəifləmiş  şəkildə 
çıxacaq.  Zəifləməmiş  bizlər  isə  xahiş  yox,  tələb  edə  biləcəyik. 
Müstəqillik!  Bizim  üçün  lazım  olan,  bax,  budur.      Azadlıq    buradan,   
bizim      yığılmış      qüvvəmizdən,    bizim  pullarımızdan  və  bizim 
neftimizdən doğacaq". 
XIX  əsrin  II  yarısında  müsəlmanların  Rusiya  ordusuna  çağırışına  son  qoyuldu.  Hərbi  xidmət  əvəzinə 
imperiyanın  müsəlman  əhalisi  xüsusi  vergi  ödəməli  idi.  Bımunla  belə,  azərbaycanlılar  müxtəlif  cəbhələrdə 
gedən döyüşlərdə iştirak edirdilər. Ali silkin nümayəndələri hərbi təhsil ocaqlarında oxuyub zabit ola bilərdilər. 
Müharibənin  əvvəlində  imperiyanın  siyasəti  ilə  razı  olmayan  azərbaycanlılar  kiçik  qruplar  şəklində  sərhədi 
keçərək  Osmanlı  ordusuna  yazılır  və  onun  düşmənlərinə  qarşı  savaşda,  о  cümlədən  1915-1916-cı  illərdə 
boğazlar uğrunda gedən məşhur döyüşlərdə iştirak edirdilər. 
Müharibə müxtəlif döyüş vəzifələrini   həll   etmək   qabiliyyətində olan sürətli süvari hissələrinə olan 
ehtiyacı qabartdı. İmperiyanın müsəlman əhalisinin könüllülərindən süvari hissələr yaratmaq qərarı qəbul edildi. 
1914-cü ilin avqustunda Qafqaz yerli süvari diviziyasının ("Dikaya diviziya")    tərkibinə   daxil olmuş "Tatar 
süvari  alayı"nın  formalaşdırılmasına  başlandı.  Alay  Cənub-Qərb  və  Rumıniya  cəbhələrində    vuruşmuş,  о 
cümlədən məşhur "Brusilov əməliyyatı"nda iştirak etmişdi. I Dünya müharibəsi illərində rus ordusunda 200-dən 
çox azərbaycanlı   zabit   fərqlənmişdi. Onlardan 10 nəfər Rusiyanın ali hərbi ordeni - Müq. Georgi ordeni ilə (2 
nəfər-3-cü  dərəcəli,  8  nəfər-  4-cü  dərəcəli)  təltif  edilmişdi.
18 
Səməd  bəy  Mehmandarov  "Brilliant  silah",  15 
azərbaycanlı isə "Qızıl silah"la təltif edilmişdi ki, bu təltif də Müq. Georgi ordeninə bərabər tutulurdu. Süvari 
generalı,  general  -  adyutant  Hüseyn  xan  Naxçıvanski  qvardiya  süvari  korpusunun  komandiri),  artilleriya 
generalı  Səməd  bəy  Mehmandarov  (2-ci  Qafqaz  ordu  korpusunun  komandiri),  general-leytenant  Əli  ağa 
Şıxlinski (10-cu ordunun komandanı) Rusiya ordusunda ali məqamlara çatmışdılar.
19
 
 
 
1.4.1917-ci ildə Azərbaycanda hərbi - siyasi vəziyyət 
 
1917-ci ilin fevral ayında çarın istefası ictimai-siyasi şəraiti kəskin surətdə dəyişdi. Martın əvvəllərində iri 
şəhərlərdə  demokratik  islahatları  dəstəkləyən  nümayiş  və  mitinqlər  keçirildi.  Paytaxtda  yaradılmış  Müvəqqəti 
hökumət, yerlərdə öz hakimiyyət orqanlarını təşkil etməyə başladı. Martın 9-da Müvəqqəti hökumətin göstərişi 
ilə Xüsusi İdarə Komitəsi (sədr - V. Xarlamov, üzvlər A. Çxenkeli, K. Abaşidze, M. Cəfərov, M. Papacanov) 
                                                           
18
Исмаилов Э. Георгиевские кавалеры - азербайджанцы. Москва, 2005. с.52- 63. 
19
 Исмаилов Э. Георгиевские кавалеры, с.143, 158, 169.
 

12 
 
yaradıldı.
20
  Martın  17-də  Bakıda  Müvəqqəti  hökumətin  yerli  hakimiyyət  orqanı  -  İctimai  təşkilatların  İcra 
komitəsi  təşkil  edildi.  Martın  əvvəlində  Bakı  sovetinə  deputat  seçkiləri  başladı.  Çarın  devrilməsi  barədə 
Məhəmməd  Əmin  Rəsulzadə  1917-ci  il  martın  3-də  "Kaspi"  qəzetində  çap  etdirdiyi  məqaləsində  yazmışdı: 
"Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə, nəhayət ki, çatdılar.  Əliqanlı jandarm, bütün  xalqın 
düşməni  olan istibdad yıxılmışdı". Azərbaycanda ictimai-siyasi hərəkatın üç istiqamətdə inkişaf etməsi aydın 
oldu: 
1.  Dövləti  əvvəlki  sərhədlərində  saxlamağa  çalışan  Müvəqqəti  hökumət  əyalətlərdə  çarizmin  siyasətini 
davam etdirirdi. Milli siyasi partiyaların bütün təklifləri separatçılıq kimi qəbul edilərək rədd olunurdu. 
2.  Fəhlə  və  əsgər  sovetlərinə  inqilabçı  demokratlar  keçdilər,  onlar  həm  Müvəqqəti  hökuməti,  həm  də 
partiyaları rədd edirdilər. Onlar da Azərbaycanı Rusiyanın tərkibində görürdülər, lakin bu, sovet Rusiyası olmalı 
idi. Sovetlərdə tədricən inqilabçı əsgər və matroslara arxalanan bolşeviklərin mövqeyi güclənməyə başladı. 
3.İnqilaba  qədər  gizli  fəaliyyət  göstərən  milli  siyasi  partiyalar  leqal  işə  keçdilər.  Əsasən  "Müsavat"  və 
onunla birləşmiş "Müstəqil türk federalist partiyası" seçilirdi. 
Martın 27-də Müsəlman Milli Şurasmm Müvəqqəti İcraiyyə Komi-təsi seçildi. Paralel olaraq digər milli 
şuralar da yaradıldı ki, onlar sırasında erməni şurası öz təcavüzkarlığı ilə seçilirdi. 1917-ci ilin payızına aydın 
oldu ki, "Müsavat türk federealist partiyası" azərbaycanlılar  arasında böyük nüfuza malikdir və sivil üsullarla 
hakimiyyət uğrunda mübarizə aparmağa hazırdır. 
1917-ci  il  oktyabrın  26-da  partiyanın  I  qurultayını  açan  Məhəmməd  Əmin  Rəsulzadə  qeyd  etdi  ki, 
"müstəqil Azərbaycan dövləti yaradılacaq və bu yeni dövlət müstəqil dövlətlərin ittifaqına daxil olacaq". 
1917-ci  il  oktyabrın  22-də  Bakı  Sovetinə,  noyabrda  isə  Müəssislər  Məclisinə  keçirilən  seçkilərdə 
"Müsavat" partiyasının qalib gəlməsi onların siyasi rəqiblərini qorxutdu.
21
1917-ci il dekabrın 5-də Zaqafqaziya 
Komissarlığı  ilə  Osmanlı  dövləti  arasında 
imzalanan müqaviləyə əsasən, cəbhədə döyüş 
əməliyyatları  dayandırılmalı,  rus  əsgərləri 
silahlarını  milli  hərbi  hissələrə  -  müsəlman 
(Azərbaycan), Gürcü və Erməni Korpuslarına 
təhvil verərək Rusiyaya qayıtmalı idilər.
22
 
"Müsavat”a 
hakimiyyəti 
vermək 
istəməyən 
bolşeviklər  siyasi  mübarizə 
metodlarından imtina etdilər. Oktyabrın 25-də 
Petroqradda çevriliş və Müvəqqəti hökumətin 
devrilməsi  əyalətlərdə  də  onların  əl-qolunu 
açdı.  "Müsavat”la  mübarizə  platforması 
əsasında  bolşeviklər  Erməni  Milli  Şurası  və 
"Daşnaksutyun"  partiyası  ilə  birləşməyə 
başladılar.  "Müsavat”ın  sosial  bazasının 
məhv edilməsi onların əsas məqsədi oldu. 
Noyabrda Xüsusi Komitənin işi dayandırıldı. 8-11 noyabr tarixlərində Tiflisdə Zaqafqaziyada olan idarə 
komissiyaları,  milli  və  məhəlli  qurumlar,  bələdiyyələr,  fəhlə  və  həmkarlar  ittifaqları,  kəndli  birlikləri,  siyasi 
partiyalar,  ordu  nümayəndələri,  baş  komandan  və  Xüsusi  Komitə  üzvlərinin  iştirakı  ilə  müşavirə  keçirildi. 
Müşavirə  Oktyabr  hadisələrini  çevriliş  adlandıraraq  onun  qanuniliyini  qəbul  etmədi  və  Müəssislər  Məclisi 
çağırılanadək  Zaqafqaziya  Komissarlığı  adlı  qurum 
yaradacaqlarını  bildirdi.  Qurumun  sədri  E.P.Gegeçkori, 
komissarlar  A.  Çxenkeli,  D.Donskoy,  Ş.Alekseyev-
Mesxiyev,  M.Cəfərov,  X.Məlikaslanov,  A.Ter-Qazarov, 
A.Ohanyan, X.Xasməmmədov seçildilər. 
Noyabrın  21-də  Qafqaz  Cəbhəsinin  komandanı 
general  Prijevalski  Türk  qoşunları  Qafqaz  Cəbhəsinin 
komandanı  Feriq  Vehib  paşanın  sülh  bağlamaq  təklifi 
haqqında  ZK  iclasında  məlumat  verdi  və  dekabrın  5-də 
Zaqafqaziya  Komissarlığı  ilə  Osmanlı  dövləti  arasında 
                                                           
20
 Балаев А Азербайджанское национально-демократическое движение. 1917-1920. Баку, 1990, с. 3; Насиров Т. Борьба за власть в Азербайджане 
(1917-1920). Баку, 1993, с.10. 
 
21
 Балаев А. Азербайджанское национальное движение? с.11.  
 
22
 Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 1999, s.15. 
 

13 
 
müqavilə bağlandı. 1917-ci il dekabrın 6-da Zaqafqaziya Komissarlığının növbəti iclasında qəbul edilən qərar 
Qafqaz Ordusunun Milli hərbi hissələr əsasında təşkil edilməsi üçün  əsas oldu.
23
 Qafqaz cəbhəsinin komissarı 
Donskoyun əmrinə əsasən "Ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli", ermənilərdən, gürcülərdən, 
azərbaycanlılardan  və  ruslardan  ibarət  milli  korpuslar  yaradılmalıydı.  Qafqaz  cəbhəsinin  komandanı  general 
Prijevalski Bakıda olan hərbi hissələrin ləğvi, lakin milli tərkibli hissələrin saxlanılması barədə əmr imzaladı. 
Keçmiş imperiya ordusunun tərksilah edilməsi bolşeviklərin əsas dayaqlarından birinin zəiflədilməsi demək idi. 
Çünki onların təsiri altında olan bu qüvvə siyasi mübarizədə əsas vasitə idi. Bolşeviklər bu hərbi hissələri silahı 
təhvil vermədən Bakıda toplamağa çalışırdılar. 1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı Müsəlman 
Korpusunun  yaradılması  barədə  dekret  qəbul  etdi.
24
  Korpusun  əsasını  yenicə  Qafqaza  gəlmiş  Tatar  süvari 
alayının bir hissəsi təşkil etməli, komandiri general-leytenant Əliağa Şıxlinski olmalıydı. Lakin silah və sursatın 
olmaması korpusun yaradılmasını çətinləşdirirdi. Zaqafqaziya Komissarlığının qərarına əsasən, keçmiş imperiya 
ordusunun 5-ci və 7-ci piyada diviziyalarının silahları korpusa verilməli idi. Lakin bu hərbi hissələr ya bolşevik 
təbliğatının  təsiri  altında  bütünlüklə  Qırmızı  Qvardiyaya  qoşulur,  ya  da  silahlarını  erməni  və  bolşevik  hərbi 
hissələrinə təhvil verirdilər. Üstəlik, bolşevik-daşnak təbliğatına uymuş çoxsaylı silahlı eşelonların Şamxordan 
Bakı  istiqamətinə  hərəkət  etməsi  dəmir  yolu  üzərində  yerləşən  istənilən  Azərbaycan  şəhərinin  tutulması  ilə 
nəticələnə bilərdi. 
 
 
 
1.5. 1918-ci ilin yanvar-mart aylarında Azərbaycanda  
hərbi - siyasi vəziyyət 
 
Belə şəraitdə milli qüvvələr hərbi hissələri tərksilah etməyə başladılar. Bu, xalqın fiziki mövcudluğunun 
qorunması,  milli  mənafelərin  qan  içində  boğulmasına  yol  verilməməsi  üçün  məcburiyyət  üzündən  həyata 
keçirilən  bir  tədbir  idi.  Kiçik  hərbi  hissələrin 
tərksilah edilməsini görən bolşeviklər bir neçə 
iri  eşelon  toplayaraq  Bakı  istiqamətində 
hərəkət etdirməyi planlaşdırmışdılar. 1918-ci il 
yanvarın  əvvəllərində  Şamxor  dəmir  yolu 
stansiyasında  10-dan  artıq  hərbi  eşelon 
toplaşmış-dı. 
Onlar 
müxtəlif 
silahlarla 
silahlanmışdılar.  Yanvarın  6-8-də  aparılan 
danışıqlarda  öz  gücünə  arxalanan  rus 
bərbçiləri 
Zaqafqaziya 
Komissarlığının 
imzaladığı  müqaviləyə  məhəl  qoymadıqlarını 
və 
güc  hesabına  yolu  açıb  Bakıya 
keçəcəklərini  bildirmişdilər.  Yanvarın  8-də, 
nəhayət,  silahların  təhvil  verilməsi  barəsində 
razılıq əldə edildi, yanvarın 9-da rus hərbçiləri 
nəinki Şamxor stansiyasına, həmçinin ətrafdakı müsəlman kəndlərinə atəş açdılar. Nəticədə döyüş baş verdi, hər 
iki  tərəfdən  böyük  itkilər  oldu.  F.Xoyski,  X.Xasməmmədov,  X.Məlikaslanovun  səyləri  ilə  toqquşmalar 
dayandırıldı.  Yaradılan  komissiya  eşelonların 
silahları  təhvil  verib  keçməsinə  nail  oldu.
25
 
Milli 
azərbaycanlı 
qoşun 
hissələrinin 
formalaşmasından  təlaşlanan  bolşevik-erməni 
qüvvələri  hakimiyyəti  ələ  almaq  üçün 
hazırlıqlarını sürətləndirdilər. 
Tiflisdə 
ınöhkəmlənə 
bilməyən 
bolşeviklər  öz  qurumlarını  Bakıya  köçürməyə 
başladılar. 
Dekabrın 
21-də 
Qırmızı 
Qvardiyanın  yaradılması  barədə  qərar  qəbul 
edildi.
26
1918-ci ilin yanvar ayının əvvəllərində 
                                                           
23
Qasımlı M. Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.94-98.  
24
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36. 
 
25
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.45-47; Победа Советской власти в Закавказье. Тифлис, 1971, с. 223; История Азербайджана, т.3, ч.1, 
с.93. 
26
Дарабади П.Г.Военные вопросы, с.99. 

14 
 
Qırmızı Qvardiya Bakıdan keçən rus hərbçilərinin tərksilah edilməsinə başladı. Əgər əsgərlər sovet hissələrində 
xidmət etməyə razı deyildilərsə silah alınmalı idi. Dekabrın 16-da Bakı Sovetinin sədri S.Şaumyanın Qafqazın 
Fövqəladə  Komissarı  təyin  edilməsi  barəsində  RSFSR  Xalq  Komissarları  sovetinin  qərarı  elan  edildi.
27
 
Yanvarın 13-də erməni hökumətinin təşkil edilməsi ideyasının dəstəklənəcəyini bildirən bolşeviklər Azərbaycan 
xalqının  öz  müqəddəratını  həll  etmək  istəyini  inqilabi  Rusiyaya  qarşı  xəyanət  kimi  qarşıladılar.  Halbuki 
noyabrın  17-də  Lenin  və  Stalinin  imzaladığı  müraciətdə  Şərqin  və  Rusiyanın  müsəlman  zəhmətkeşlərinə  öz 
müqəddəratını təyin etmək hüququnun veriləcəyi vəd edilmişdi.
28
 
Lakin  Bakı  əhalisinin  böyük  əksəriyyəti  bolşeviklərin  qərarlarına  məhəl  qoymur,  Bakı  bələdiyyəsini 
hakim  orqan  kimi  tanıyırdı.  Dekabrın  15-də  bələdiyyənin  fövqəladə  iclasında  Hərbi  İnqilabi  Komitənin 
tədbirlərinə  qarşı  etiraz  edildi.  Hadisələrin  iştirakçısı  Anastas  Mikoyan  1923-cü  il  martın  14-də  "Bakinskiy 
raboçiy"  qəzetində  çap  olunmuş  məqaləsində  qeyd  edirdi  ki,  Bakıda  şəhər  bələdiyyəsinin  fəaliyyəti  Bakı 
Sovetinə  möhkəmlənmək  imkanı  vermirdi.
29
  Yanvarın  5-də  Petroqradda  bolşeviklər  Müəssislər  Məclisini 
buraxdılar,  bu  isə  Azərbaycanda  da  vəziyyəti  kəskinləşdirdi.  Yerli  bolşeviklər  siyasi  deyil,  hərbi  yolla 
hakimiyyətə  gəlib  onu  əldə  saxlamağın  nümunəsini  əyani  surətdə  gördülər.  Yanvarın  15-də  Qırmızı  Ordunun 
yaradılması  barədə  dekret  imzalandı.
30
  Qırmızı  Ordu  beynəlmiləl  adlandırılsa  da,  ora  təkcə  rus  və  ermənilər 
yazılır,  nəticədə  antiazərbaycanlı  qüvvələr  vahid 
cəbhədə  birləşmiş  olurdular.  Fevralın  10-da 
Zaqafqaziyadan  Müəssislər  Məclisinə  seçilmiş 
deputatlar 
Tiflisdə 
toplaşaraq 
Zaqafqaziya 
Seymini  çağırdılar,  bu  isə  bolşeviklər  tərəfindən 
real  təhlükə  kimi  qiymətləndirildi.
31
  Seym 
bolşeviklərin  Cənubi  Qafqazı  ələ  keçirməsinə 
maneçilik  törədən  gücə  çevrilərdisə,  Sovet 
Rusiyası  regionu  tamamilə  itirmiş  olardı.  Buna 
imkan 
verməmək 
üçün  hadisələrin  axarı 
kəskinləşdirildi,  Bakı  bolşevikləri  Həştərxandan 
dəniz  yolu  ilə  hərbi  texnika  alaraq,  rəqibləri 
birdəfəlik  məğlub  etmək  üçün  hərbi  münaqişəyə 
hazırlıq gördülər. 
Fevralın  24-də  Bakıda  1-ci  müsəlman  atıcı  alayının  təşkil  edilməsi  üçün  bura  gəlmiş  general-mayor 
X.Talışinski  və  qərargah  zabitləri  vağzalda  həbs  edildilər.  Bu,  müsəlman  əhalinin  böyük  narazılığına  səbəb 
oldu.  Buna  görə  bolşeviklər  onları  azad  etdilər.  X.Talışinski  və  onun  zabitləri  Müsəlman  Xeyriyyə 
Cəmiyyətinin yerləşdiyi"İsmailiyyə" binasında toplaşıb fəaliyyətə başladılar.
32
 
Erməni Milli Şurası silahlı dəstələrin təşkil edilməsində çox fəal idi.
33 
"Daşnaksutyun" liderləri də qeyd 
edirdilər  ki,  partiya  Bakıda  azərbaycanlıların  hakimiyyətə  gələcəyindən  qorxaraq  yerli  bolşeviklərlə  sıx  əlaqə 
qurmuşdur. Əslində isə yerli bolşeviklər elə bolşevik pərdəsi ilə maskalanan Bakı Sovetinin erməni liderləri idi. 
Beləliklə,  cütlüyün  vahid  platforması  Azərbaycan  xalqının  fiziki  varlığına  son  qoymaq  idi.  Bakı  neftinə  sahib 
olmaq üçün istənilən qüvvə ilə birləşməyə hazır olan Rusiya bolşevik hökuməti onları dəstəkləyirdi. 
Martın əvvəllərinə artıq kifayət qədər qüvvə toplanmışdı. Bakı Sovetinin şimalla və Muğanla əlaqələrinin 
itməsi, Azərbaycan milli hərbi hissələrinin hələ tam formalaşmaması bolşevik-erməni qüvvələrinin məhz  mart 
ayını hücum üçün münasib vaxt kimi seçməsinə təsir göstərdi. 
 
 
 
1.6. 1918-ci ilin mart soyqırımı 
 
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş verən 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra 
yaranmış vəziyyəti öz məqsədləri üçün istifadə edən ermənilər Qafqazın ən böyük iqtisadi və inzibati mərkəzi 
olan  Bakı  şəhərini  ələ  keçirməyə  çalışırdılar.  Bakıda  erməni  mövqelərinin  sürətlə  güclənməsi  şəhər  başçısı 
S.İ.Despot-Zenoviçin  istefası  və  erməni  X.S.Antonovun  bu  vəzifəyə  təyin  edilməsindən  sonra  baş  verdi. 
Quberniya jandarm idarəsi (rəisi polkovnik N.F.Fon-Frank) dəfələrlə raportlar verərək məruzə edirdi ki, "Bakı 
                                                           
27
Бланк Чрезвычайного Комиссара. // Великий Октябрь и Советский Азербайджан (экспонаты рассказывают). Баку, 1977. 
28
Документы внешней политики СССР, т.1. Москва, 1957, с.34-35; Балаев А. Азербайджанское, с. 15. 
29
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921). // «Литературный Азербайджан, 1993, № 3-4, с.66. 
30
Токаржевский Е.А. Из истории иностранной интервенции и гражданской войны в Закавказье. Баку, 1957, с.28.  
31
 Насиров Т. Борьба за власть, с.35. 
32
 Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.56. 
33
Дарабади П.Г. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку, 1991, с. 103. 
 

15 
 
limanında  üzərində  xaç  təsviri  olan  qədim  Ermənistan  bayrağı  peyda  olub",  Bakı  İctimai  İclasının  zalında 
"ermənilər qədim Ermənistanın xəritəsini satırdılar". Qubernator raportları bilərəkdən diqqətsiz qoyurdu. Qafqaz 
komandanı  dəftərxanasının  vitse-müdiri  isə  "Bakı  ermənilərinin  birləşmək  arzuları"  barəsində  məxfi  raport 
göndərmişdi. 
"Daşnaksutyun"  partiyası  və  erməni  Milli  Şurası  bolşeviklərlə  öz  səylərini  birləşdirməyə  başladı. 
Bolşeviklər Bakı və Azərbaycanı Sovet Rusiyasının, daşnaklar isə mifik "Böyük Ermənistan"nın tərkib hissəsi 
kimi  görürdülər.  Onların  son  məqsədləri  fərqlənsə  də,  bu  mərhələdə  yalnız  bir  rəqibləri  var  idi  -  öz  milli 
partiyalarını, ilk növbədə "Müsavat"ı dəstəkləyən yerli azərbaycanlı əhali. Siyasi rəqibin məhv edilməsi üçün 
şüurlu  surətdə  etnik  təmizləmə  kursu  seçildi.  Bakı  Soveti  Bakı  quberniyasında  azərbaycanlıların  məhv 
edilməsini nəzərdə tutan cinayətkar planın həyata keçirilməsinə başladı. Onun tabeçiliyində əsasən ermənilərdən 
təşkil edilən "Qırmızı qvardiya" adlı qoşun var idi. Milli qırğına rəhbərlik məqsədilə martın 30-da Bakı Soveti 
nəzdində İnqilabi Müdafiə Komitəsi adlı qurum yaradıldı.
34
 
1918-ci  il  martın  30-da  erməni-bolşevik  "Qırmızı  qvardiya"sı  Bakının  azərbaycanlılar  yaşayan 
məhəllələrinə hücum etdi.
35
 Martın 31-də hücum siyasi mənsubiyyətindən asılı olmayaraq bütün türk-müsəlman 
əhalisinin  qırğını  xarakterini  aldı.  Ermənilər  evləri  yandırır,  insanları  oda  atırdılar.  Onlar  milli  memarlıq 
incilərini,  məktəbləri,  xəstəxanaları,  məscidləri  və  digər  binaları  dağıtmışdı,  Bakının  böyük  hissəsini  məhv 
etmişdilər.  Mart  soyqırımı  nəticəsində  təkcə  Bakıda  12  min  nəfər  qətlə  yetirilmişdi.
36
  Bolşevik-daşnak 
birləşmələri  azərbaycanlıları  Quba,  Salyan,  Lənkəran  qəzalarında  da  məhv  edirdilər.  Aprelin  3-dən  16-dək 
daşnak  qrupları  Şamaxının  dinc  əhalisinə  qarşı  qanlı  qırğınlar  törət-dilər.  Burada  7  min  dinc  müsəlman 
öldürüldü,  72  kənd  məhv  edildi.  Quba  qəzasında  daşnak  dəstələri  162  kənd  yandırmış,  16  min  müsəlman 
qırmışdılar.  Azərbaycanlıların  soyqırımı  1918-ci  ilin  ortalarınadək  davam  etmiş,  bu  müddətdə  50  MĠNDƏN 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə