Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə1/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Biznes Universiteti


Kərimov Kərim
ERQONOMİKA VƏ İŞ TƏHLÜKƏSİZLİYİ

Dərs vəsaiti
BAKI - 2016

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Biznes Universiteti
Kərimov Kərim

ERQONOMİKA VƏ İŞ TƏHLÜKƏSİZLİYİ

(Dərs vəsaiti)

Dərs vəsaiti Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 28 mart 2016-cı il
Tarixli 164 saylı əmri ilə qrif verilmiş
Erqonomika və iş təhlükəsizliyi” fənn
proqramına uyğun tərtib edilmişdir.

Bakı – 2016

Bakı Biznes Universitetinin Elmi Metodiki Şurasının iclasının ......may 2016-cı il tarixli ...... saylı protokolu təsdiq edilmişdir




Tərtib edən: K.S.Kərimov
iqtisad elmləri namizədi, dosent.

Elmi redaktor: İslam İbrahimov


iqtisad elmləri doktoru, professor

Rəyçilər: Qənimət Səfərov


iqtisad elmləri doktoru, professor
Sevda Mikayılova
iqtisad elmləri doktoru, professor

Kərimov K.S. Erqonomika və iş təhlqkəsizliyi. Bakı, 2016, 215 səh.


Dərs vəsaitində erqonomikanın yaranma və meydana çıxması, istehsal fəaliyyəti prosesində insanın hərəkəti, onun enerji sərfi, məhsuldarlığı və intensivliyi, anatomik və fizioloji xüsusiyyətləri, insan amilinin intellektual sistemlərin və yeni texnologiyaların yaradılması sahəsində fəaliyyəti, bazar iqtisadı şə­raitində əmək prosesində insanın funksional imkanlarını öyrənmək, işçinin əmək məhsuldarlığını və iş qabiliyyətini yük­səltmək üçün optimal şəraitin yaradılması imkanlarını və qanu­nauyğunluqlarını aşkara çıxarmağ, iş təhlükəsizliyi əsasında fiziki mü­­hitin insanın funksiolnal vəziyyətinə və iş qabi­liy­yə­ti­nə təsirinin tədqiqi, mühitin zərərli təsi­rindən orqanizmi mü­hafizə edən effektiv vasitələrin hazır­lanması, psixoloji, fizioloji – gigi­yenik və estetik tələblərin nəzərə alınması, əməyin elmi təşkili, istehsal mədəniyyəti və estetika mahiyyəti , mühəndis layihələndirilməsində əsas konstruktiv və tex­noloji tələblərin texniki-ekonomiki göstəricilərin optimal variantının seçilməsi və qiymətləndirilməsi məntiqi ardıcıllıqla verilmişdir. Dərslik universitetin “ Erqonomika və iş təhlükəsizliyi” fənni üzrə tədris proqramına uyğun tərtib edilmişdir.
Kitabdan iqtisadi yönümli universitetin professor-müəllim heyyəti, maqistrant, doktorant,tələbə və elmi-tədqiqat müəssisələrinin əməkdaşları bəhrələnə bilər.

Giriş
Müasir dövrdə inkişaf etmiş ölkələrdən Yaponiya, Hollandiya, İsrail, Almaniya, Sinqapur, Cənubi Koreya, Tayvan və s. təcrübəsi göstərir ki, iqtisadiyyatın bütün sahələrində insanın düşünən beyninin məhsullarının (insan kapitalının) iqtisadi, sosial, mədəni, səhiyyə, hərbi və digər sahələrdə düzgün realizə olunması zəngin təbii ehtiyarlara malik olan ölkələrlə müqayisədə misli görünməmiş tərəqqinin əsasını təşkil edir. Bu gün böyük təbii neft və qaz ehtiyatlarına malik ölkəmiz iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olmuşdur. Lakin unutmaq olmaz ki, təbii sərvətlət insan amilindən fərqli olaraq tükənən mənbələrə aiddir. Bu baxımdan respublikamızın malik olduğu elmi-texniki potensalın imkanlarının iqtisadiyyatın ayrı-ayrı sahələrinə daha səmərəli cəlb olunması istehsal sahələrinin müasir dövrün tələblərinə cavab verə biləcək səviiyəyə yüksəlməsinə imkan verəcəkdir.
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istehsal sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bütün bunları nəzərə alaraq “ Erqonomika və iş təhlükəsiyliyi” fənni tədris planına daxil edildiyindən həmin fənn üzrə tədris vəsaitinin hazırlanmasını aktuallaşdırmışdır. Respublikamızın ali məktəblərində ilk dəfə hazırlanması nəzərdə tutulan dərs vəsaitində əsas məqsəd gələcək kadrlara bazar iqtisadı şə­raitində əmək prosesində insanın funksional imkanlarını öyrənmək; işçinin əmək məhsuldarlığını və iş qabiliyyətini yük­səltmək üçün optimal şəraitin yaradılması imkanlarını və qanu­nauyğunluqlarını aşkara çıxaramaq; erqonomika və iş təhlükəsizliyi əsasında fiziki mü­­hitin insanın funksional vəziyyətinə və iş qabi­liy­yə­ti­nə təsirinin tədqiqi; mühitin zərərli təsi­rindən orqanizmi mü­hafizə edən effektiv vasitələrin
hazır­lanması; psixoloji, fizioloji – gigi­yenik və estetik tələblərin nəzərə alınması; əməyin elmi təşkili, istehsal mədəniyyəti və estetikanın mahiyyəti; mühəndis layihələndirilməsində əsas konstruktiv və tex­noloji tələblərin texniki-ekonomiki göstəricilərin optimal variantının seçilməsi və qiymətləndirilməsi; sənaye sahələrində texniki və yanğın təhlükəsizlinin təminatının hüquqi əsasları; iş təhlükəsizliyinin təmin olunmasında elmi-texniki, və təşkilatı tədbirlərin öyrənilməsi; cəmiyyətin informasiyalaşdırılmasının məqsədi və mahiyyətinin tələbələr tərəfindən öyrənilməsini təmin etməkdir.
Müəllif hesab edir ki, ilk dəfə yazılan və təqdim olunan dərs vəsaiti təbii ki, noqsan və müəyyən çatışmazılqdan azad deyildir.
Təqdim olunan dərsliyə təkliflərini və xeyirxah tənqidlərini bildirən oxuculara müəllif əvvəlcədən təşəkkürün bildirir.
Müəllif dərsliyin işıq üzü görməsində böyük əməyi olan elmi redaktor i.e.d., professor İ.H.İbrahimova və kitabın məzmununun zənginləşdirilməsinə qiymətli qeydləri və təkliflərinə görə i.e.d., prof. Q.S.Süleymanova, i.e.d., rəy verənlər: i.e.d., professor Q.S.Səfərova və i.e.d., prof.S.M.Mikayılovaya təşəkkür edir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin