Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

QISALTMALAR: 

 

 

DLT  - Divanü luğat -it- Türk 



 

KDQ  - Kitabi- Dədə Qorqud 

 DTS - 

Древнетюркский словарь 



 ES  - 

Этимологический словарь тюркских языков 

 

 

ƏDƏBİYYAT 



 

1.

 



Mahmud Kaşğari. Divanü luğat- it-Türk. Tərcümə edən və  nəşrə 

hazırlayan Ramiz Əsgər. I cild, Bakı, 2006. 

2.

 

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999. 



3.

 

“Kitabi-Dədə Qorqud”un statistik təhlili. Bakı,1999. 



4.

 

Divanü lügat-it-Türk tercümesi . Çeviren Besim Atalay. I cilt, Ankara, 



1985. 

5.

 



Древнетюркский словарь. Ленинград, 1969. 

6.

 



Этимологический словарь тюркских языков. Москва, 1974. 

7.

 



Наджип Э.Н. Исследования по истории тюркских языков XI-XIV 

вв. Москва, 1989. 

 

 


Dr.  Yaqut QULİYEVA 

178 


 

 

SUMMARY 

 

In article words being is language of "Kitabi Dada Gorgud " eposes are 



engaged to research with some oghuz words of " Divani lughat-it-turk" of 

Mahmud Kashghari work. It is mentioned that, From the semantic point of 

view there is a semantic relation among these words. Though there are some 

phonetic changes in both works the relationship pf theses words from the 

point of content proves that the words being in both written monument are 

the prodect of the same sphere. But sometimes we meet with such kind of 

words in "Kitab Dada Gorgud" eposes language which describes not the 

oghuz sphere but commonturkish period. 

 

 

РЕЗЮМЕ 



 

В статье исследуется огузские слова в «Диван»е Махмуда Кашгари 

и некоторые слова из « Книги Моего Деда Коркуда». Становится оче-

видном, что между этими словами есть семантическое общность. И это 

еще раз доказывает, что обе памятники плоды одного среда. Но иногда 

на языке «Книге Моего Деда Коркуда» обнаружевается некоторые сло-

ва, которые отражают в себе не огузскую среду, а древнетюркский пе-

риод. 


 

Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər 

179 


 

 

SEYİD ƏZİM ŞİRVANİNİN 

ƏSƏRLƏRİNDƏ DİNİ MOTİVLƏR 

 

Ruslan AĞAYEV



 

 

 



Azərbaycan mədəniyyəti tarixinə  nəzər salsaq görərik ki, XII əsr 

Azərbaycanın “intibah dövrü” adlandırılır. Bu dövrdə digər sahələrlə yanaşı 

ədəbiyyat sahəsində  də müəyyən nailiyyətlər  əldə olunmuşdur. Bu dövrdə 

yaşayıb yaratmış Nizami Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Əbul Üla 

Gəncəvi və sairləri Azərbaycan ədəbiyyatına öz töhfələrini vermiş və böyük 

bir ədəbi məktəbin əsasını qoymuşdurlar. Daha sonralar bu ədəbi məktəbin 

İmadəddin Nəsimi,  Şah  İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah 

Vaqif və başqa layiqli davamçıları olmuşdur. XII əsrdə  əsası qoyulan bu 

böyük intibah məktəbi dahi Füzulidən sonra bir də XIX əsrdə özünün "ikinci 

intibah dövrünü" yaşadı. Bu iki intibah dövrü arasında zaman fərqindən 

başqa bir də təfəkkür fərqi var idi. Yəni XIX əsrə qədərki şairlər və ədiblər 

yalnız şərq fəlsəfəsinin və Qurani Kərimin təsiri ilə əsərlər qələmə alırdılar. 

.Lakin XIX əsrdən etibarən Şərq fəlsəfəsinə və Qurani Kərim əxlaqına yeni 

eyni zamanda yad bir dünya görüşü də  əlavə olundu. Bu isə  Qərb dünya 

görüşü idi. 

Şərqdə doğulan  Şərq fəlsəfəsindən və Qurani Kərimdən qidalanan və 

Qərb fəlsəfəsinə  də  bələd olan XIX əsr  şairlərindən biri də dahi Füzulinin 

layiqli  davamçısı  və XIX əsrin “Füzulisi” hesab olunan Seyid Əzim 

Şirvanidir

1

.



 

Çoxşaxəli yaradıcılığa malik olan Seyid Əzim  Şirvaninin  əsərlərinin 

tədqiqata ehtiyacı vardır. Bu əsasən də onun dini motivli əsərlərində qabarıq 

şəkildə hiss olunur. Seyid Əzim  Şirvani  yaradıcılığının öyrənilməmiş 

səhifələrindən biri də onun İslam dini haqqındakı fikirləridir. Seyid Əzim 

haqqında tədqiqat aparan alimlərin  əksəriyyəti (F.Köçərli istisna olmaqla) 

                                                 

 AMEA M. Füzuli adına Əlyazmalar institunun aspirantı. 



1

 Cəfərzadə Əhməd, Qəniyev Seyfəddin. Şamaxı. Bakı, 1994.səh.75 



 Ruslan AĞAYEV 

180 


onu  “ateizm ruhlu” şair adlandırmışdırlar

2

. Feyzulla Qasımzadə onun yara-



dıcılığındakı bəzi şerləri nümunə göstərərək qeyd etmişdir ki, Seyid Əzim bu 

şerləri ilə ateizmə çox yaxınlaşmışdır.

3

 Düzdür onun nümunə kimi göstərdiyi 



şerlərin zahirinə baxsaq, buradan hər hansısa bir mənanı çıxarmaq mümkün-

dür. Ancaq bu çıxarılan məna Seyid Əzim təfəkkürünün yox, onun yaradı-

cılığını tədqiq edən şəxsin təfəkkürünün məhsulu olacaqdır. Məsələnin digər 

maraqlı  tərəfi də ondan ibarətdir ki, Seyid Əzim bu cür şerləri qələmə 

alarkən onu “ateizm ruhlu şair” adlandıran şəxslər kimi düşünmüşdürmü? Və 

yaxud da Seyid Əzimin ateizm haqqında hər hansısa bir məlumatı vardırmı? 

Bunu isbat etmək üçün onun əsərlərindəki dini motivlərə  nəzər salmaq 

lazımdır. 

Onun yaradıcılığında mühim yer tutan “Rəbiul ətfal” əsərinə qısa nəzər 

salsaq görərik ki, Seyid Əzim burada İslam dininin ziddinə heç bir ideya irəli 

sürməyib. “Rəbiul  ətfal”  əsərində Seyid Əzimin  İslam dini ilə  əlaqəli 

mütərəqqi görüşləri vardır. O, əsərində müraciət obyekti olaraq seçdiyi oğlu 

Mircəfərə  nəsihətlərində onu zinadan, riyakarlıqdan, böhtandan və mey 

içməkdən uzaq durmağa çağırırdı. Seyid Əzimin böyüklüyü və dahiliyi 

ondadırki, o, özü Şiə  məzhəbinin Cəfəri qoluna mənsub olasa da, oğlu 

Mircəfərə təqib edəcəyi yolda sərbəstlik vermiş  ona əqli əldə rəhbər tutmağı 

məsləhət bilmişdir. Oğluna Cəfəri məzhəbini öyrənməyi məsləhət bilir, 

amma sonradan təqib edəcəyi yolda onu ağlı ilə baş-başa buraxır və oğluna 

müraciətlə belə yazırdı: 

 

...Əql peyğəmbərin qılıb rəhbər, 



Öyrən adabi-məzhəbi-Cəfər! 

Demirəm mən gedən təriq ilə get, 

Əqli tut ol gözəl rəfiq ilə get, 

Sənə burhan deyil təriqi pədər, 

Gör nə yol getdi zadeyi Azər.  

 

Seyid Əzim özü şiə olduğu halda əhli sünnəyə isti münasibət göstərmiş, 



əhli sünnəyə qarşı  hər hansı  ədavəti və nifrəti olmamışdır. O, şerlərində 

                                                 

2

 Hüseynov Sadıq. S.Ə.Şirvaninin yaradıcılıq yolu. Bakı, 1977.səh.28 



3

 Qasımzadə Feyzulla. XIX əsr Azərbaycan  ədəbiyyatı tarixi. Bakı, 1966.səh.110 



Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər 

181 


xilafət məsələsinə  də toxunmuş, burada olan haqlı  və haqsız nöqtələri 

Allahın hökmünə buraxmağı tövsiyyə etmişdir. Oğluna da bu məsələlərdə 

heç kimə  lənət oxumamağı  məsləhət bilən  şair ona müraciətində belə 

yazırdı: 



 

...Mən özüm şiəyəm, budur sifətim      

Leyk əshabə yox müxalifətim, 

Gər Əbubəkrlə Ömər, Osman, 

Zülm ediblərsə həqq edər divan, 

Onların barəsində etmə güman, 

Edər imana sui-zənn ziyan, 

Dilüvü saxla lənət etməkdən, 

Qeyri şəxsə şəmatət etməkdən... 

 

Seyid  Əzimə görə doğru söyləyən, haqqı sevən, insaf əhli və vicdan 



sahibi olan kəs yaxşıya yaxşı, yamana yaman deməkdən  əsla çəkinmə-

məlidir. Yamana yaxşı deyənlər,  əyrini düz görənlər və haqqa batil deyən 

şəxslər zəlalətdədirlər və ömür boyu bu çirkablıqda qalacaqdırlar. O, oğluna 

verdiyi nəsihətlərin birində yaxşıya yaxşı, pisə pis demək, iftiradan və 

böhtandan qaçmaq xüsusunda belə deyirdi: 

 

Ey oğul xəlqə söyləmə böhtan, 



Yaxşıya yaxşı ol yamana yaman, 

Əsldə yaxşı olsa bir dana, 

Sən “yamandır”- demək deyil ziba, 

Sən dedin ki, deyil xəlifə Ömər, 

Ömərə bu kəlamidən nə zərər, 

Sən dedin ki, deyil imam Əli, 

Olmadı zaye ehtirami Əli, 

Dedilər Mustafanı sahirdir, 

Var cünunu səfihü şairdir, 

Tapmadı şəni Mustafa nöqsan,  

Yaxşını eyləmək olurmu yaman     

 

 



 Ruslan AĞAYEV 

182 


Seyid  Əzimin  İslama böyük xidmətlərindən biri də, sünni-şiə 

məsələsində birləşdirici mövqedən çıxış etməsidir. Nəzərə alsaq ki, onun 

dövründə avam camaat indikindən çox idi, onda görərik ki, Seyid Əzimin o 

dövrdə bu mövqedən çıxış etməsi nə  qədər çətin bir məsələdir. Ancaq o 

çətinliklərdən qorxmamış, Qurani Kərimin Hucurat surəsindəki “innəməl 

muminunə ixvətun...”(möminlər qardaşdırlar) ayəsini əldə rəhbər tutmuş və 

bu yolda cəsarətlə mübarizə aparmışdır. Seyid Əzim hər iki tərəfin əbəs və 

bihudə yerə bir-birlərinə  qərəzli münasibət göstərməsini ürək yanğısı ilə 

qarşılayır, onları birliyə çağırır və onların bu halına acıyaraq belə yazırdı: 

 

Şiəmiz sünniyə edər töhmət, 

Sünnimiz şiədən edər qeybət, 

Bizi puç etdi şiə sünni sözü, 

Əhli islamın oldu kur gözü,  

 

Seyid  Əzim yaradıcılığında hədislərə  də müraciət etmişdir. Bu da heç 



təsadüfi deyildi, çünki dindar bir şəxs olan Seyid Əzim gözəl başa düşürdü 

ki, tədris vəsaiti olaraq hazırladığı "Rəbiul ətfal" əsəri uşaqlara və gənclərə 

xitab eləyir. Hər bir uşağın və gəncin tərbiyəsində isə peyğəmbər kəlamının 

xüsusi yeri vardır. Seyid Əzim də bütün bunları  nəzərə almış  və  uşaqların 

təlim-tərbiyəsi üçün qələmə aldığı “Rəbiul  ətfal”  əsərində  hədislərə  də yer 

vermişdir. Onun “Rəbiul  ətfal”  əsərində müraciət etdiyi və  nəzmə  çəkdiyi 

hədislər uşaqlar və gənclər üçün çox əhəmiyyətlidir. Çünki bu hədislər sırf 

elmlə, vətənpərvərliklə, maariflə, qonaqpərvərliklə  əlaqəli olan hədislərdir. 

Bundan başqa, Seyid Əzim hz. Məhəmməd (s.a.s)-in qoca qarı ilə, qonaqla, 

hz.  Əli ilə olan və bizə  hədis  şəklində çatan zarafatlarını da nəzmə 

çəkmişdir.  Seyid Əzimin qələmə aldığı bir hədisin mənası belədir: Bir gün 

hz. Məhəmməd (s.a.s) öz səhabələri ilə oturmuşdu və oradakılara buyurdu 

ki, qocalar cənnətə daxil olmayacaqlar, cənnət əhli ancaq cavanlardan ibarət 

olacaq. Bunu eşidən “bir qarı övrət” fəryad elədi ki, ey Allahın rəsulu  mən 

sənə iman etmişəm, etiqadımda zərrə  qədər də olsa şübhə yoxdur, gecə 

gündüz ibadət edirəm, belə olan halda mənim günahım nədir? Peyğəmbər 

(s.a.s) buna güldü və o qarıya belə cavab verdi: 


Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər 

183 


...Dedi peyğəmbəri-sütudə-şiyəm 

Bilmədin ey əcuzə eyləmə qəm!  

Qocanı döndərib cavan eylər 

Sonra həqq daxili cinan eylər 

 

Bundan başqa o, hz. Əlinin hz. Əbubəkr və hz. Ömərlə olan zarafatını da 



özünə məxsus şəkildə nəzmə çəkmişdir. 

 

Bir gün atlandı Heydərü Səfdər 



Sağda Siddiq, sol yanında Ömər 

Qaməti Mürtəza idi kütah 

Çün uzun ol iki vəliyullah 

Dedilər xəndəvü zərafətlə 

“Əntə fi beyninə kənuni-lənə 

Qalə in ləm əkun fəəntum lə” 

Oldular bu cəvabidən xəndan 

Dedilər ya Əli deyil böhtan 

Çünki Əhmədlə nuri vahidsən 

Etdiyin iddiayə şahidsən. 

 

“Rəbiul  ətfal”  əsərində bu tip hədislərin və hekayələrin uşaqlara və 



gənclərə təlim edilməsində böyük xeyir vardır. Çunki o dövrdə dərslik kimi 

nəzərdə tutulan bu kitabı oxuyan hər bir uşaq bu hədisləri və hekayələri 

oxumaqla həm tərbiyəyə yiyələnir, həm də müəyyən bir qrammatik materialı 

mənimsəyirdi. 

Seyid Əzim öz dövrünə görə mükəmməl dini təhsil almışdır. Bəzi şəxslər 

kimi o, müəyyən bir təhsil sisteminin təsiri altında qalmamış

4

, həm  şiə 



məzhəbinə, həm də sünni məzhəbinə aid dini müəssisələrdə təhsil almışdır. 

Biz bunun təsirini onun əsərlərində görməkdəyik. Belə ki, o, məsələlərə tərəf 

tutmadan yaxınlaşmış, dində əsası olmayan bəzi mövzulara öz münasibətini 

sərbəst olaraq bildirmişdir. Yuxarıda da xatırlatdığımız kimi, Seyid Əzim Şiə 

məzhəbinin cəfəri qoluna mənsub idi. Ancaq o, şiə məzhəbinin bəzi nüma-

yəndələrinin xüsusi əhəmiyyət verdiyi təmtəraqlı "Aşura" mərasimlərinə öz 

                                                 

4

 Hüseynov Sadıq . Seyid Əzim Şirvani. Bakı, 1987.səh 37 



 Ruslan AĞAYEV 

184 


etirazını bildirmiş  və insanları dində heç bir əsası olmayan belə  mərasim-

lərdən uzaq durmağa çağırmışdır. Biz bunu onun "Sultanov Hadiyə" adlı 

həcvində açıq aydın görməkdəyik. Seyid Əzim dinlə  əlaqəsi olmayan bu 

mərasimin təmtəraqlı keçirilməsinə qarşı  çıxır, bu mərasimi tənqid edərək 

şerində belə yazırdı: 

 

Belə fətvanı görək verdi bizə hansı imam? 

Ya ki, onlar özüdə etdi bu əmrə iqdam? 

Bədənin zəhməti gər şəridə olmazsa həram, 

Biz də başlar çapıban cari edək qan əxəvi! 

Heç eşitdinmi çapıb başını imami Cəfər? 

Ya ki, Musiyyu-Riza, Əskəriyi xəstə cigər, 

Bizdən onlar məgər öz cəddini az istərlər 

Niyə bəs vermədilər bu işə fərman, əxəvi? 

 

Daha sonra Seyid Əzim bildirirdi ki, əgər baş çapmaq, qan tökmək lazım 



olsaydı bunu ilk növbədə “rəisül-füqəra” olan alimlər edərdilər. Yox əgər 

onlar bunu etmirlərsə demək bu işin heç bir əhəmiyyəti və faydası yoxdur. 

Seyid  Əzimə görə bütün bunlar cahillikdən irəli gəlir və bu çatışmamaz-

lıqları ortadan qaldırmaq üçün ancaq və ancaq avam camaatı dini cəhətdən 

maarifləndirmək lazımdır. 

"Ateizmə yaxınlaşan  şair" adlandırılan Seyid Əzim bəzi dini məsələlər 

vardır ki, burada tam mühafizəkar mövqedən çıxış etmişdir. Biz bunun 

təzahürlərini onun “Şamaxı babiləri” adlı  həcvində görməkdəyik. O, dində 

dəyişiklik etmək istəyən,  İslamın təməl qayda və qanunlarını  rədd edən, 

Qurana və sünnətə qarşı  çıxan babiləri tənqid edir və onların bu çürük 

ideyalarını pisləyərək belə yazırdı: 

 

Qiblə Həctərxanı etmişdi bu qövm-məlun 

Tərk edib Məkkəni, mənsux eləyib Minanı 

 

Münkir olduz tutalım “möcüzü-şəqqülqəmərə” 

Necə danmaq olur bəs möcüzeyi Qurani?   

 

 



Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər 

185 


Babilər belə bir ideya irəli sürürdülər ki, ölümdən sonra dirilmək 

ağlasığmaz bir haldır, qəbir həyatı və qəbir əzabı isə ümumiyyətlə mövcud 

deyildir. Babilərə görə, dünyada olan yaradılanlar arasında Hind fəlsəfəsində 

olduğu kimi, bir ruh dəyişmə prosesi gedir. Seyid Əzim bir din adamı kimi 

bunlarla razılaşmır və  hər  şeyi yoxdan yaratmağa qadir olan Allahın bütün 

bunları ikinci dəfə də yaratmağa qadir olduğunu bildirərək belə yazırdı: 



 

Eyləyirsiz nə üçün qəbr əzabın inkar? 

Ki, dirilməz bu bədən vəqt ki oldu fani? 

Münkiri-qüdrəti-qəyyum olursuz billah 

Məgər acizdi verə bir də  bu cismə cani? 

Gətirən kətmi ədəmdən hamını icazə 

Bir də  müşküldü məgər həyy edə bu əzani? 

 

Yeri gəlmişkən, Sovet ədəbiyyatında "ateizmə yaxınlaşan  şair" 



adlandırılan  Seyid Əzim bu dünyadan sonra müsəlmanlara xoş  həyat vəd 

edən axirət həyatına tam varlığı ilə inanmış, bu dünyanın son olmadığını 

nəzərə çatdırmış, bu dünyanın axirətimiz üçün bir zəmi olduğunu bildirmiş 

və bu dünyadan köçməyin qəm, kədər olmadığını bildirərək fikirlərini 

nəzmlə belə ifadə etmişdir: 

 

Dünyayə gələn getmək üçündür, bu nə qəmdir. 

Bir fikr elə bu xilqəti-aləm nə üçündür? 

 

Seyid  Əzim yaradıcılığında  ən ziddiyətli və  ən çətin başa düşülən 



bəhslərdən biri də onun qəzəlləridir. Çünki bu qəzəllərin  əksəriyyəti sufi 

təliminin, vəhdəti vucud fəlsəfəsinin təsiri altında yazılmışdır. Məlum 

olduğu kimi, sufi təliminin təsiri altında şer qələmə alan şairlər öz şerlərində 

mey, meyxanə, zahid, saqi, badə və s. kimi terminlərdən istifadə etmişlər. Bu 

terminlərdən ibarət olan və  əsl mətləbin də gizli qaldığı  qəzəlləri başa 

düşmək və  şərh etmək olduqca çətin və mürəkkəb bir işdir. Bunları  təhlil 

etmək üçün ilk növbədə  ərəb və fars dillərini, islam fəlsəfəsini və 

təsəvvüfünü mükəmməl bilmək lazımdır. Çox təəssüf ki, Sovet İttifaqı 

vaxtında nəinki Seyid Əzimi, hətta Nəsimini və Füzulini də  tədqiq edən 

alimlər bu meyarları  nəzərə almamışlar. Bu meyarların nəzərə alınmaması 



 Ruslan AĞAYEV 

186 


isə onların ateistliklə ittiham olunmasına gətirib çıxarmışdır. Düzdür o 

dövrdə yuxarıda qeyd etdiyimiz məsələlərdən agah olan alimlər də 

olmuşdur. Ancaq onlar da zamanın tələbinə görə bu qəzəllərin zahirində olan 

mənanı əsas götürmüşlər və bu qəzəllərin əsas mənasına göz yummuşdurlar. 

Bunu isə zamanın tələbindən irəli gələn bir məsələ kimi qiymətləndirmək 

lazımdır. 

Onun qəzəllərində belə bir təzada rast gəlirik: Meyxanə  və  məscid.  İlk 

növbədə oxucuya elə gəlir ki, Seyid Əzim meyxanəni məscidə qarşı qoyur, 

onu məsciddən üstün tutur və insanları  şərab içməyə, meyxanə küncündə 

yatıb qalmağa çağırır. Amma biz onun şerlərini diqqətlə  nəzərdən keçirsək 

görərik ki, bu heç də belə deyil. Bu məsələdə Seyid Əzim meyxanəni 

məscidə qarşı qoymaqla onu heç də  təbliğ etmək istəməmişdir. Onun 

qəzəllərindəki “məscid” məfhumunu hər cür insanın ibadət etdiyi yer kimi, 

“meyxanə” məfhumunu isə hal əhli olan insanların könüllərini Allah (c.c) 

eşqi ilə doldurduqları bir yer kimi qiymətləndirmək lazımdır

5

. O, meyxanə, 



məscid və başqa təzadları yaratdıqdan sonra qəzəllərindəki bu gizli rəmzlərin 

hansı  mənaya gəldiyinə  işarə edərək və bunları  dərk etməyin xüsusi 

əhəmiyyətinin olduğunu vurğulayaraq belə yazırdı: 

 

Rümuzi şerimin dərk etməmiş mənasını Seyyid 

Gedib meyxanələrdə laübali meyküsar olma  

 

Seyid  Əzimin ilk baxışda badəpərəstliyi təbliğ edən  şerlərinə  də rast 



gəlmək mümkündür. Sanki o, burada badəpərəstliyi təbliğ edir və insanlara 

şərabın verdiyi xeyirlərdən söhbət açır. Ancaq biz bunun belə olmadığını 

onun  şerlərinin işığında görməkdəyik. Misal üçün onun aşağıdakı  şerinə 

nəzər salaq. 



Vaiz demə ki əldən alır əqli piyalə 

Badə gətirər mərdümi hüşyarı kəmalə 

Sən özgə günah eyləmə iç badeyi gülfam 

Ondan nə günah olsa mənə eylə həvalə.  

 

                                                 



5

 Cebecioğlu Ethem. Tasavvuf terminləri və deyimləri sözlüğü. “Anka” yayınları, 

Ankara, 2004. səh. 45 


Seyid Əzim Şirvaninin əsərlərində dini motivlər 

187 


Şerin zahiri mənasına görə hökm versək, Seyid Əzim burada əsas 

mənanı üçüncü misrada verir ki, burada da badənin içilməsinə şərt qoyur və 

ondan sonra onu içən  şəxsin günahlarını öz üzərinə götürür. Ancaq onun 

qoyduğu  şərt çox ağır və  məsuliyyətli bir şərtdir. “Özgə günah” deyəndə 

Seyid  Əzim oğurluq, iftira, yalan, qeybət, zina, qul haqqı  və sair kimi 

günahları  nəzərdə tuturdu ki, bunları da etmədən ancaq şərab içərək günah 

eyləyən insan tapmaq çox çətindir.  Şair burada meyi ön plana çəkməklə 

meydən də böyük günahların olmasını  nəzərə çatdırır. Onu da nəzərdən 

qaçırmamaq lazımdır ki, əgər sərxoşluq  şəxsi problemdirsə  və ondan 

cəmiyyətin tək-tək fərdləri əziyyət çəkirsə, yuxarıda sadaladığımız oğurluq, 

iftira, qeybət, yalan, zina və sair kimi “özgə günahlar” cəmiyyət üçün xüsusi 

əhəmiyyət kəsb edən problemdir və bundan bütün cəmiyyət  əziyyət çəkir. 

Bundan başqa, Seyid Əzim sırf şərabı tənqid edən xüsusi bir şer də qələmə 

almışdır. “Şərab haqqında” adlı bu şerində o, şərabın cəmiyyətə verdiyi 

ziyanlardan bəhs edir, şərabı  ağlı örtən bir “hicab” adlandırır

6

  və  şərabın 



ilahi hökmlə qadağan olunduğunu bildirərək belə yazırdı: 

 

İçmə şərabi-nabı ki, ümmül fəsaddır, 

Hər fitnədən şərab fəsadı ziyaddır, 

İçmə onu ki, içmədi peyğəmbəri xuda, 

İçmə onu ki, içmədi sultani övliya.  

 

 

Biz bu mülahizələrlə Seyid Əzimi tamamilə pak və  təmiz bir nöqtəyə 



çıxarmaq fikrində deyilik. Bizim məqsədimiz Seyid Əzim yaradıcılığının tək 

bir yöndən deyil, müxtəlif yönlərdən  ələ alınmasının vacibliyini 

göstərməkdir. Bu zaman biz obyektivliyə nə qədər əhəmiyyət versək, Seyid 

Əzim yaradıcılığına da bir o qədər mükəmməl yiyələnmiş olarıq.  

Seyid  Əzim  Şirvani yaradıcılığını düzgün tədqiq etmək, gələcək nəsilə 

olduğu kimi çatdırmaq (sovetlər dönəmindəki kimi yox) çox çətin və zəhmət 

tələb edən bir işdir. Bu isə iki səbəbdən  irəli gəlir. Bunlardan birincisi, onun 

əsərlərindəki ziddiyyətli məqamlar, ikincisi isə  əsərlərinin həcmcə böyük 

olmasıdır. Firudin bəy Köçərlinin təbiri ilə desək “Azərbaycan  şairlərindən 

heç biri onun qədər  əsər qələmə almayıbdır. Buna görə  də, onu rusların 

                                                 

6

 Hüseynov Sadıq. Seyid Əzim Şirvani. Bakı, 1987. səh 6 



 Ruslan AĞAYEV 

188 


Puşkininə, ingilislərin Bayronuna və polyakların Miskeviçinə bərabər tutmaq 

lazımdır


7

.” O, öz ədəbi irsi ilə sağlığında bu dünyaya səs salıb axirət 

dünyasına da üz ağlığı ilə gedən dahilərimizdəndir.   

 

Mövti cismani ilə sanma mənim ölməyimi 

Seyyida, ölmərəm aləmdə səsim var mənim 

 

 



                                                 

7

 Köçərli Firudin. Azərbaycan ədəbiyyatı. Bakı, 1981, səh. 97. 


1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə