Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   37

öldürdün?." Üsamə İbn Zeyd özünü belə müdafiə edər: 

"Ya Rəsuləllah! O, bunu ölümdən canını qurtarmaq üçün söylədi." Bu 

cavab üzərinə Rəsulullah (s.a.s) "Kəlmeyi-tövhidi deyən bir adamı axı nə 

üçün öldürdün ey Üsamə?! deyə o qədər çox təkrar edirdi ki, Üsamə 

üzüntüsünün böyüklüyündən "Kaş ki, o günə qədər İslama girməmiş olub da 

belə bir cinayəti etməkdən uzaq olsaydım" deyə təmənni edər.

18

  



İnsan həyatına verilən bu dəyəri təsdiqləyici mahiyyətdə  ən-Nisa 

surəsinin 94-cü ayəsinin nazil olma səbəbi də böyük əhəmiyyət kəsb edir. Bu 

ayədə belə buyrulur: "Ey iman gətirənlər! Allah yolunda (cihad etmək 

üçün) səfərə  çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu 

bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə 

tamahsılanaraq: "Sən mömin deyilsən!" deməyin! Halbuki çox qənimətlər 

Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin 

Allah sizə  mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən 

fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən 

xəbərdardır! 

Qaynaqların verdiyi məlumata görə  Rəsulullah (s.a.s) tərəfindən 

müəyyən bir vəzifəni yerinə  gətirmək üçün yollanan bir hərbi birlrk-və ya 

səfərdə olan bir müsəlman qrup –Batnı-İdam deyilən yaşayış yerinə gəlincə 

bütün xalq onların qarşısında ora-bura qaçır, sadəcə Amir İbn Adbat əl-Əşca 

adlı bir varlı (və ya çoban) mallarının başında qalaraq müsəlmanlara 

yaxınlaşıb müsəlmanca yəni  İslama uyğun bir şəkildə salam verir. Lakin 

müsəlmanlardan Muhalləm  İbn Cəssamə (aralarındakı  şəxsi bir məsələyə 

görə) onu öldürərək mallarını mənimsəyir.

19

 Bu səfərdən qayıdıldığı zaman 



hadisə Rəsulullaha (s.a.s) xəbər verilincə yuxarıdakı ayə nazıl olur və edilən 

hərəkət qınanır. Hədis və siyər kitablarında gələn açıq məlumatlara görə 

                                                 

18

 İbn Hişam, IV, 204; Vaqıdi, II, 724-726; Təbəri, III, 22; Beyhaqi, IV, 296-297; 



Zəhəbi, s. 448-449; Şami, VI, 222. 

19

 Vaqıdi, II, 797; İbn Sad, II, 124; Beyhaqi, III, 305-307; İbn Abdülbərr, əl-İstiab



III, 888; İbnü’l-Əsir,  Üsdü’l-Qabə, II, 576; Vahidi, Əsbabü’n-Nüzul, s. 63; 

Elmalılı, II, 574; İsavi,  Fıqhü’s-Səraya, s. 202; Ahmet Önkal, “Batn-ı  İdam 

Seriyyesi”, TDV. İslam Ansiklopedisi, V, 202. 


Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

41 


hadisəni törədən  şəxs qısa müddətdən sonra vəfat edir. Cəsədi torpağa 

verilincə yer onun cəsədini qəbul etmir. Üç dəfə basdırıldığına baxmayaraq 

hər dəfəsində çölə atılır. Vəziyyət Rəsulullaha (s.a.s) xəbər verilincə o belə 

deyər: "Torpaq, əslində bundan daha şərlilərini qəbul edər. Lakin Allah 



sizə, "lə iləhə illəllah" cümləsinə hörmətin  əhəmiyyətin göstərmək 

istədi"

20

 



Yuxarıda qeyd edilən ayələr və  İslam Peyğəmbərinin hərəkət və 

davranışları İslamın iki müqəddəs dəyəri və qaynağı olan Qurani-Kərim və 

Rəsulullahın Sünnəsinin istər sülh zamanı olsun istərsə də müharibə zamanı 

insana və insan həyatına, irqindən, millət və milliyətindən, düşüncə  və 

əqidəsindən, böyük və ya kiçik olmasından asılı olmayaraq nə qədər böyük 

və yüksək dəyər verildiyini özündə əks etdirən sadəcə bir neçə nümunədən 

ibarət hadisələrdir.  İslama və müsəlmanlara bu məsələlərdə iftira edən, 

tənqid və  təhqirlərini yönəldənlərın bu hadisələri bilərək göz ardı etmələri 

düşündürücüdür. 

                                                 

20

 İbn Hişam, IV, 204; Vaqıdi, II, 724-726; Təbəri, III, 22; Beyhaqi, IV, 296-297; 



Zəhəbi, s. 448-449; Şami, VI, 222. 

Dr.  Elşad MAHMUDOV 

42 


 

BİBLİYOQRAFİYA 

 

əl-BƏLƏZURİ,  Əbül-Abbas  Əhməd  İbn Yəhya  İbn Cabir (279/892), 



Kitabu Cuməl min Ənsabil-Əşraf, ,(thq: R. Zirikli-S. Zəkkar), I-XIII, Darul-

Fikr, Beyrut 1996. 

əl-BEYHAQİ,  Əbu Bəkir  Əhməd b. əl-Hüseyin (458/1066)  Dələilün-

Nübüvvə  və Marifətü Ahvali Sahibiş-Şəria, (thq: Dr. Abdülmuti Qalaci), I-

VII, Darul-Kutubil-İlmiyyə, Beyrut 1985. 

əl-BUXARİ,  Əbu Abdullah Muhamməd b. İsmayıl (256/870),  əl-

Camius-Sahih - Sahihul-Buxari, I-VIII, əl-Məktəbətül-İslami, İstanbul 1979. 

əd-DİMYATİ,  Əbu Muhamməd  Şərəfuddin Abdülmümin b. Xələf 

(705/1306),  əs-Siratun-Nəbəviyyə, (thq: Əsad Muhamməd  ət-Tib), Darus-

Sabuni, Hələb 1996. 

əd-DİYARBƏKRİ, Hüseyin b. Muhamməd b. əl-Həsən (995/1582), 

Tarixul-Xamis fi Əhvali Ənfüs Nəfis, I-II, Müəssəsətü Şaban, Beyrut tarixsiz. 

Əbu Davud, Süleyman b. Əşas b. İshaq  əl-Əzdi  əs-Sicistani (275/889)



Kitabus-Sünən – Sünənu  Əbi Davud, (thq: Muhamməd Avvamə), I-III, 

Darul-Qablə lis-Səqafətil-İslamiyyə, Ciddə 1998. 

ƏHMƏD B. HƏNBƏL, (241/855), əl-Müsnəd, I-VI, Çağrı Yayınları, 

İstanbul 1992. 

ELMALILI M. Hamdi Yazır (1361/1942), Hak Dîni Kur’an Dili, I-IX, 

Akçağ Yayınları, Ankara 1995. 

ERDOĞAN, Mehmet, Fıkıh ve Hukuk Terimleri Sözlüğü, Rağbet 

Yayınları, İstanbul 1998. 

əl-FƏSƏVİ, Əbu Yusuf Yaqub b. Süfyan b. Cuvvan əl-Farisi (277/890), 

Kitabül-Marifə  vət-Tarix, I-IV, (thq: Əkrəm Ziya əl-Öməri), Məktəbətüd-

Dar, Mədinə 1990. 

əl-HƏLƏBİ, Ali b. Burhanəddin, (1044/1635) əs-Siratül-Hələbiyyə fi 

Siratil-Əminil-Məmun, İnsanul-Uyun, I-III, Darul-Marifə, Beyrut, tarixsiz. 

İBN ABDÜLBƏRR,  Əbu Ömər Cəmaluddin Yusuf b. Abdullah b. 

Muhamməd  ən-Nəməri (463/1071), əl-İstiab fi Marifətil-Ashab, I-IV, (thq: 

Ali Muhamməd əl-Buxari), Daru Nahdati Mısır, Qahirə tarixsiz. 



Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

43 


İBN HƏCƏR  əl-ASQALANİ,  Əbul-Fazl Ahməd b. Ali (852/1448), 

Fəthul-Bari Bişərhi Sahihil-Buxari, (thq: Muhyiddin Hatib-Mahmud Fuad 

Abdülbaqi), I-XIV, Darur-Reyyan lit-Turas, Qahirə 1987. 

İBN HİŞAM,  Əbu Muhamməd Abdülməlik (218/833), əs-Siratun-

Nəbəviyyə, (thq: Mustafa əs-Saqqa, İbrahim əl-Əbyari, Abdülhafiz Şələbi), I-

IV, Darul-Xeyr, Beyrut 1995. 

İBN  İSHAQ, Muhamməd b. Yəsar (151/768), Kitabül-Mübtəda vəl-

Məbas vəl-Məğazi-Siratu  İbn  İshaq, (thq: Muhamməd Hamidullah), Konya 

1981. 


İBN KƏSİR,  İmaduddin  Əbul-Fida  İsmail b. Ömər, (774/1373), əl-

Bidayə  vən-Nihayə, (thq: Abdullah b. Abdulmuhsin ət-Turki), I-XXI, Daru 

Hicr, Cizə 1997. 

İBN SAD, Muhamməd b. Sad b. Məni  əz-Zühri, (230/844), Kitabut-

Tabaqatil-Kəbir, (thq: Ali Muhamməd Ömər), I-XI, Məktəbətül-Hanci, 

Qahirə 2001. 

İBN SEYYİDÜNNAS (734/1334), Uyunül-Əsər fi Fünunil-Məğazi vəş-

Şəmail vəs-Siyər, I-II, Daru Afaqil-Cədidə, Beyrut 1982. 

İBNÜL-CÖVZİ,  Əbul-Fərəc Abdurrahman (597/1200), əl-Vəfa bi 



Ahvalil-Mustafa, I-II, (thq: Mustafa Abdülvahid), Darul-Marifə, Beyrut 

1966. 


İBNÜL-ƏSİR,  İzüddin  Əbül-Hasan Ali b. Muhamməd (630/1232), 

Usdul-Qabə fi Marifətis-Sahabə, (thq: H. Məmun Şeyha), I-V, Darul-Marifə, 

Beyrut 1997. 

əl-İSAVİ, Mahmud Xələf CərradFıqhüs-Səraya, Daru Ammar, Amman 

2000. 


MAHMUDOV, Elşad, Sebep ve Sonuçları Açısından Hz. Peygamber’in 

Savaşları, Tez (Doktora), Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü 

İlahiyat Anabilim Dalı İslâm Tarihi ve Sanatları Bilim Dalı, İstanbul 2005. 

əl-MAQRİZİ, Təqiyuddin  Əhməd b. Ali b. Abdülqahir b. Muhamməd 

(845/1442),  İmtaul-Əsma  bimə lin-Nəbiyyi minəl-Ahval vəl-Əmval vəl-



Hafadə vəl-Matla, (thq: M. Abdülhamid ən-Nəmisi), I-VIII, Darul-Kutubil-

İlmiyyə, Beyrut 1999. 

MÜSLİM,  Əbul-Hüseyin Müslim b. əl-Haccac  əl-Quşeyri  ən-Nisaburi 

(261/875),  əl-Camius-Sahih-Sahihu Müslim, (thq: Muhamməd Fuad 

Abdülbaqi), I-V, əl-Məktəbətül-İslamiyyə, İstanbul, tarixsiz. 


Dr.  Elşad MAHMUDOV 

44 


ÖNKAL, Ahmet “Batn-ı  İdam Seriyyesi”, DİA, (TDV.  İslam 

Ansiklopedisi), İstanbul 1992, V, 202. 

ÖZEY, Ramazan, Günümüz Dünya Sorunları, İstanbul 2001. 

əş-ŞAMİ, Muhamməd b. Yusuf əs-Salihi (942/1536), Sübülül-Hüda vər-

Raşad fi Sirəti Xayril-İbad, I-VIII, Ləcnətü  İhyait-Turasil-Arabi, Kahire 

1990. 


TDV, İlmihal, İslam və Toplum, I-II, TDV Yayınları, Ankara 2004. 

ət-TƏBƏRİ,  Əbu Cəfər Muhamməd b. Cərir (310/922), Tarixul-Üməm 



vəl-Muluk, (thq: Muhamməd  Əbul-Fadl  İbrahim), I-XI, Daru Süveydan, 

Beyrut 1967. 

ət-TİRMİZİ, Əbu İsa Muhamməd b. İsa əs-Süləmi (279/892), əl-Camius-

Sahih-Sünənü Tirmizi, (thq: Ahməd Muhamməd Şakir), I-V, Mustafa əl-Babi 

əl-Haləbi, Qahirə 1975. 

əl-VAHİDİ,  Əbül-Həsən Ali b. Ahməd b. Muhamməd  ən-Nisaburi 

(468/1076), Əsbabün-Nüzul, Aləmül-Kutub, Qahirə 1959. 

əl-VAQIDİ, Muhamməd b. Ömər (207/822), Kitabül-Məğazi,  (thq: 

Marsden Jones), I-III, Aləmul-Kutub, Beyrut 1984. 

YAMAN, Ahmet, İslâm Devletler Hukukunda Savaş, Beyan Yayınları 

İstanbul 1998. 

əz-ZƏHƏBİ,  Şəmsuddin Muhamməd b. Ahməd b. Osman (748/1348) 

Tarixul-İslam və  Vəfayatül-Məşahir vəl-Alam,  əl-Məğazi, (thq: Ömər 

Abdüssəlam Tədmuri), Darul-Kutubil-Arabi, Beyrut 1990. 



Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

45 


 

РЕЗЮМЕ 

Ценности, которые дает исламское военное 

право человеку в свете Корана и Сунны 

(На основе клеветы о терроризме) 

 

Здесь,  в  рамках  научной  статьи  рассматрeн  такой  негативный 

фактор,  как  невинное  террористическое  уничтожение  людей,  вне 

зависимости  от  их  рассовой  и  религиозной  принадлежности,  нации, 

возраста  и  суждения,  и  несвязанность  этого  фактора  с  исламской 

религией. Исходя из двух святых ценностей ислама - Корана и Сунны-

здесь  говорится  о  политике  защиты  какого-бы  то  ни  было  живого 

существа,  даже  в  военное  время,  являющееся  самым  критическим 

моментом  для  прекращения  человеческой  гибели,  о  военной  политике 

пророка  Мухаммеда,  которая  не  раз  подвергалась  критике  и 

оскорблениям  со  стороны  противников  исламской  религии.  Ислам 

принимает  мир  и  примирение  в  качестве  основных  принципов  и 

провозглашат человека, являющегося халифом и наместником Аллаха, 

самым высшим созданием, осуждая несправедливое убийство человека, 

оценивает  этот  факт  как  тяжкое  преступление  и  грех.  Запрещая 

покушение и террор, желая наказания перешедших черту, сообщает об 

ужасном  конце  упомянутых.  Пророк  Мухаммед,  основной  обязан-

ностью  которого  была  пропоганда,  увидел  в  ответ  от  своих  врагов 

нападение  и  жестокость.  Увидев  вооруженную  борьбу,он  через  неко-

торое время сам не нашёл иного выхода, кроме как ответить оружием. 

В  результате  этих  событий  Ему  было  дано  военное  разрешение,  и  он 

начал войну с врагом. Пророк Мухаммед, никогда не вёл вооруженную 

политику,  был  верен  заключённым  договорам,  не  вступал  в  бой  без 

крайней надобности и не пропогандировал ислам при помощи меча, как 

утверждали  некоторые  критики  ислама.  Он  хотел  развития  исламской 

религии,  хотел  уберечь  себя,  мусульман,  государство,  созданное  в 

Медине  после  переселения  и  его  земли.  В  то  же  время  он  хотел 

обеспечить  независимось  ислама,  донеся  её  до  людей  тем  самым 

привлечь их к справедлиости, открыть им нужные пути для нахождения 

правильного  в  вере  и  поступках.  Для  ликвидации  помех  и  преград  на 



Dr.  Elşad MAHMUDOV 

46 


етом пути, Он подготовил вонные походы, но не осуществлял их пуём 

террора,  в  котором  люди  несправедливо  посягали  на  свою  жизнь. 

Святой пророк во время походов наствалял мусульман ни в коем случае 

не сражаться с врагом без серьёзной причины, и всё же если это каким-

то  образом  произошло,советовал  им  держать  данное  слово,  не  пере-

ходить  грань,  не  причинять  вред  окружающим,  нарушая  заключённые 

договоры,  не  убивать  безвинных  людей,  не  трогать  женщин,  детей, 

стариков,  особенно  рабов,  а  также  иноверников,  уединённых  в  свои 

места поклонений, такие как церкви и синагоги, не наносить вред при-

роде,  миру  растений  и  животных,  не  срезать  деревьев  и  не  рушить 

домов. 

 


Qurani-kərim və sünnə işığında İslam hərb hüququnun insana verdiyi dəyər 

47 


 

SUMMARY 

 

Resume of Value which are given to people with 

an Islamic military law in a view of the Koran and Sunna 

(On the basis of slander about terrorism) 

 

Here, within the limits of the scientific article was discussed  such 



negative factor, as innocent terrorist destruction of people, without 

dependence from their race and religious accessory, nation, age and 

judgments, and it is clear that this factor has no deal with Islamic religion. 

Proceeding from two sacred values of Muslims - the Koran and sunna- it is 

spoken about the politics of protection any alive essence, even in a wartime, 

which is being the most critical moment for the termination of human 

destruction,  about the military policy of prophet Mohammed who have been 

criticized  many times by the opponents of Islamic religion. The Muslims 

accepts the world and reconciliation as the main principles and 

провозглашат the person, being caliph and the deputy of the Allah, the most 

maximum creation, condemning unfair murder of the person, estimates this 

fact as grave crime and a sin. Forbidding attempt and terror, wishing 

punishment passed feature, informs on the awful end mentioned. 

Prophet Mohammed which basic duty was propaganda, has seen in the 

answer from the enemies an attack and cruelty. Having seen the armed 

struggle, it after a while itself has not found other output, except for how to 

answer with the weapon. As a result of these events the military sanction has 

been given to it, and it has begun war with the enemy. The Muslim prophet 

never conducted the armed policy, was true to the concluded contracts, did 

not enter fight without extreme need and did not propagandize Islam by 

means of a sword, as some critics of an Islam approved. He wanted 

development of Islamic religion, wished to save himself, Moslems, the state 

created in Medina after resettlement and its ground. At the same time he 

wished to provide independence of Islam, having informed it up to people 

with that to involve them to justice, to open them the necessary ways for 

finding the correct in belief and acts. For liquidation of hindrances and 

barriers on this way, he has prepared military campaigns, but did not carry 


Dr.  Elşad MAHMUDOV 

48 


out them with the help of terror, in which people unfairly encroached for 

their lifes. During the campaigns the sacred prophet always told Moslems 

not to battle at all to the enemy without a reason, and if it has somehow 

happened, advised them to hold promises, not to pass a side, not to harm 

associates, breaking prisoners agreements, not to kill innocent people, not to 

touch women, children, old men, especially slaves, and also people of other 

religions, in their places of praying, such as churches and synagogues not to 

harm to the nature, flora and animals, not to cut off trees and not to pull 

down houses. 

 

BDU. İlahiyyat Fakültəsi, 

İslam Elmləri Kafedrasının 

İslam Mədəniyyəti və Tarixi müəllimi 

İlahiyyat Elmləri Namizədi 

ELŞAD MAHMUDOV 

Safelus@yahoo.com 

 


Hədis elmində “Ahad” hədis anlayışı 

49 


 

 

HƏDİS ELMİNDƏ “AHAD” HƏDİS ANLAYIŞI 

 

Dr. Qoşqar SƏLİMLİ



 



 

 

Giriş 

Hədis terminologiyasının meydana gəldiyi dövrlərdən bu tərəfə  bəlkə 

üzərində ən çox danışılan mövzulardan biri də “ahad” (

داحآ


) hədis məsələsi 

olmuşdur. Həm hədis termini olması baxımından, həm də fiqh elminin 

sünnəti dəlil olaraq ələ aldığı  əsnada bu məfhumdan geniş  şəkildə istifadə 

etməsi, “ahad” hədisi hər zaman İslam alimlərinin diqqət mərkəzində 

saxlamışdır. 

“Ahad” hədisin hədis elmindəki yeri və önəmi məsələsinə toxunmadan 

əvvəl, onun lüğəvi mənasına müraciət yerində olardı. 

“Ahad” lüğətdə  tək, bir, bir olan və  cəmi olmayan kimi mənaları ifadə 

etməktədir. Sözün kökü “vahid” dir

1

.  



 

A. Tərifi 

Hədis elmində isə ümumi olaraq mütəvatir  dərəcəsinə çatmayan 

rəvayətlərə (xəbərlərə) bu ad verilməkdədir. Buna görə, bir nəsildə  tək bir 

ravi tərəfindən rəvayət edilən xəbərə  xəbər-i vahid adı verilir. Bir neçə 

nəsilin hərəsində bir ravi tərəfindən rəvayət edilmiş  xəbərlərə isə  xəbər-i 

ahad  və ya qısa olaraq ahad adı verilir. İmam  Şafii ahada xəbər-i xassa 

demiş  və onu Hz. Peyğəmbərə  qədər gedib çatan tək ravinin tək ravidən 

rəvayət etdiyi xəbər olaraq tərif etmişdir.

2

 



Ərəbcə “bir” mənasındaki vahidin izafət yolu ilə  xəbər kəlməsinə 

bağlanması (xabəru'l-vahid) və ya təyini söz birləşməsi  şəklində istifadə 

edilməsi ilə (xabərun vahidun) ortaya çıxmış bir termindir. Vahid kəlməsinin 

                                                 

 BDU İlahiyyat Fakültəsiİslam Elmləri Kafedrası 



1

 Ayid, Əhməd və elmi heyət,  əl-Mu'cəmul-'Arabi  əl-Əsəsi, Alecso, Larus Nəş-

riyyatı, 1989, s. 73, 74; Баранов  Х.  К.,  Большой  Арабско-Русский  Словарь

Москва 2002, I, с. 26. 

2

 Uğur, Mücteba, Ansiklopedik Hadis Terimleri Sözlüğü, Ankara 1992, s. 7. 



 Dr. Qoşqar SƏLİMLİ 

50 


cəmi olan ahadla  bərabər olduğunda isə (xabəru'l-ahad, axbaru'l-ahad) 

“birdən artıq olan ravinin rəvayət etdiyi xəbər” mənasına gəlir. Ancaq bu 

ifadələrin üsul kitablarında əsasən eyni mənada istifadə ediməsi ilə bərabər, 

hədisin ahad vəsfini daşımasının onun hər zaman xəbər-i vahid olduğunu 

göstərməyəcəyi də söylənməkdədir. Buna görə  hədisçilər, üsulçular və 

fəqihlər təvatür dərəcəsinə çatmayan bir xəbəri “ahad xəbər” kimi qəbul 

etdikləri üçün xəbəri rəvayət edən ravi sayısının bir, iki, üç və ya daha çox 

olması arasında heç bir fərq yoxdur. Xəbər-i infirad da deyilən xəbər-i 

vahid Hz. Peyğəmbərdən rəvayət edilən hədislər, səhabə  və tabiindən nəql 

edilən xəbərlər üçün də istifadə edilməklə  bərabər, hədisdə  və digər  İslami 

elmlərdə dilə  gətirildiyində daha çox Rəsulullahdan (s.ə.s) rəvayət edilən 

hədislər nəzərdə tutulmaqdadır. Hədis elmində ahad xəbər üçün verilən bu 

tərifin xaricində, xüsusi olaraq səhih və  həsən xəbərin (hədisin) tərifinə 

bərabər bir açıqlama da verilməkdədir. Buna görə  xəbər-i vahid mütəvatir 

sünnətin xaricində qalan və  Rəsulullahdan (s.ə.s) etibarən  ədalət və zabt 

sifətlərini daşıyan bir və ya iki, yaxud da təvatür dərəcəsinə çatmayan sayıda 

səhabənin, daha sonra tabiin və təbəu't-tabiinin rəvayət etdiyi, mətnində şaz 

və illət olmayan və  zann-ı qalib (tərcih edilən, racih) ilə sabit olan xəbərə 

deyilir. Bir xəbərə rəvayət yollarının çoxalması səbəbiylə “məşhur” deyilsə 

belə, bu xəbər ahad olaraq qalar.

3

 

Xəbər-i vahid ətrafında meydana gələn mübahisələr səbəbi ilə, bu 



məfhum mahiyyət və termin baxımından tarix içində iki dəfə  məna 

dəyişdirmiş, ilk zamanlar “bir və ya bir neçə  nəfərin xəbəri” mənasına 

gələrkən, daha sonra “mütəvatir səviyyəsinə çatmayan xəbər” mənasında 

istifadə edilmşdir. Terminin ikinci tərifi, xəbər-i vahidlərin dində dəlil olub 

olmayacağıyla  əlaqəli olub fiqhin yazılmağa başlandığı hicri II. (m. VIII) 

əsrin ilk yarısında  vəhm,  şəkk,  zən  və  yaqin  kimi  əqli mövzuların  İslam 

cəmiyyətində yayılmasıyla birlikdə ortaya çıxmışdır. 

Bununla bərabər ahad hədislər haqqında aşağıdakılar kimi bənzər 

mülahizələr də vardır: ahad xəbər mutəvatirin ziddi olaraq, etibar edilən 

ravilərin (siqa) əksəriyyəti tərəfindən deyil, onlardan yalnız birinin rəvayət 

etdiyi hədislər haqqında istifadə edilən bir termindir. Xəbər-i ahad deyilən 

hədislər,  istifazə yolu ilə müxtəlif ravilərə isnad edilərək mütəvatir 

                                                 

3

 Ertürk, Mustafa, “Haber-i Vahid”, DİA, İstanbul 1996, XIV, s. 349. 



Hədis elmində “Ahad” hədis anlayışı 

51 


dərəcəsinə  qədər yüksəldilə bilər. Ahad hədisin nə  dərəcədə qaynaq təşkil 

etməsi kimi məsələlər, hədis üsulu elminin ən mühüm bəhslərindən biri 

hesab edilməkdədir.

4

 



Bir nəfərin etdiyi rəvayətlə bağlı Hz. Peyğəmbər dönəmində heç bir 

problem mövcud deyildi. Xəbər-i vahid məfhumuyla bağlı münaqişələr və 

onunla  əməl etməmə deyə bir məsələ  də gündəmdə yox idi. Rəsulullah 

(s.ə.s) həm ibadətlərdə, həm də İslamın təməl prinsiplərində, lazım olduqda 

isə idarəçilik məsələlərində  də bir nəfərin xəbərinə etibar edirdi. Onun 

(s.ə.s.) Ramazan hilalını gördüyünü söyləyən səhabəyə, “Allahdan başqa 

tanrı olmadığına və  mənim Allahın rəsulu olduğuma  şəhadət edərsənmi” 

deyə soruşub, müsbət cavab aldıqdan sonra səhabənin xəbərinə güvənərək, 

“Ey Bilal, insanlara xəbər ver, sabah oruc tutsunlar!” deməsi; Kuba 

Məscidində  Məscidi  Əqsaya tərəf namaz qılmaqda olan müsəlmanların 

qiblənin Kəbə yönünə çevrildiyini bildirən adamın xəbərinə güvənərək, 

üzlərini Kəbəyə  tərəf çevirmələri kimi hədislər, səhabələrin də  xəbər-i 

vahidə olan etibarını göstərməkdədir.

5

 



Məsələn Rəsulullahın (s.ə.s.)  Əbu Ubeydə b. Cərrahı  Nəcranlıların 

yanına göndərdiyi zaman: “Sizə  əmin (etibarlı) bir adam göndərirəm” 

deyərək təlimatını bildirməsi kimi bir çox hadisə  xəbər-i vahidin Hz. 

Peyğəmbər zamanındakı  məfhum və mahiyyətini ortaya qoymaqda və  tək 

adamın gətirdiyi xəbərin qəbul edilməsindəki əsas prinsipi vurğulamaqdadır. 

Bu prinsip, xəbəri gətirən adamın zabt sifəti və dində etibarlı olub 

olmamasıyla əlaqədardır. Buna görə xəbəri gətirən adam sözünə və zabtına 

güvənilən bir şəxsdirsə, bu xəbər qəbul edilməkdə,  əks halda “Fasiq bir 

kimsə sizə  xəbər gətirdiyi zaman onun doğruluğunu araşdırın”

6

 ayəsinin 



həqiqətinə uyğun olaraq xəbərin araşdırılması zəruri olmaqdadır. 

Rəsulullahın (s.ə.s.) vəfatından sonra, səhabələr arasında ahad xəbərin 

qəbul edilib edilməməsinə dair müxtəlif tətbiqatlar müşahidə edilməklə 

bərabər, təməl prinsip xəbəri gətirən  şəxsin doğru və etibarlı bir adam 

olması, rəvayət etdiyi xəbərdə bir səhv etdiyinə dair sübut olmaması, xəbərin 

sübut və  dəlalət baxımından ondan üstün ola biləcək bir başqa nassa zidd 

                                                 

4

 Goldziher, İ., “Ahad”, MEB İslam Ansiklopedisi, İstanbul 1993, I, s. 155. 



5

 a. k. ə., I, s. 349. 

6

 əl-Hücurat, 49 / 6). 



 Dr. Qoşqar SƏLİMLİ 

52 


olmayışıdır. Xüləfay-i Raşidinin fərqli tətbiqatlarına misal olaraq, bir 

nənənin Hz.Əbu Bəkrdən nəvəsinə aid mirasdan pay istəməsi zamanı Muğirə 

b. Şubənin (r.a.) Hz.Peyğəmbərin nənəyə mirasdan altıda bir hissə veridiyinə 

dair xəbəri haqqında Əbu Bəkrin (r.a.) şahid istəməsi, onun da Muhəmməd 

b. Məsləməni  şahid göstərməsi; Hz.Ömərin Məscid-i Nəbəvini genişlən-

dirmə təşəbbüsü əsnasında Abbasın (r.a.) evini dövlətin şəxsi mülkü olaraq 

istifadə etmək istədiyi zaman meydana gələn münaqişədə 'Ubey b. Ka'bın 

(r.a.) Rəsulullahın (s.ə.s.) bir hədisini söyləyərək gördüyü işin doğru 

olmadığını xatırlatması və Hz. Əlinin hədis rəvayət edən şəxslərə and içməyi 

təklif etməsi kimi hadisələri göstərmək olar. Ancaq bu tətbiqatların səhabə 

arasında hər zaman görüldüyünü söyləmək mümkün deyildir. Məsələn, bu üç 

xəlifənin, bir şəxsin Hz.Peyğəmbərdən olan rəvayətini  şahid, bəyyinə 

(açıqlama) ya da and istəmədən qəbul etdiklərini göstərən nümunələr də 

vardır.  Ənəs b. Malik (r.a.) ilə  Bəra b. Azibin (r.a.) Rəsulullahdan (s.ə.s.) 

rəvayət etdikləri hər  şeyi bilavasitə Hz.Peyğəmbərin özündən deyil, bəzi 

xüsusları onun əshabından duyduqlarına və heç bir zaman yalan danışmadıq-

larına dair sözləri,

7

 onların bir-birlərinə etibar etmələri səbəbi ilə bir nəfərin 



etdiyi rəvayəti də  qəbul etdiklərini göstərməkdədir. Ancaq bu hal, əshabın 

hər ahad xəbəri  şahidsiz mənimsədiyi mənasına gəlməz; səhabələr bəzi 

vaxtlar  şahid istəmə yoluna da müraciət etmişdirlər. Onların  şahid istəmə, 

and içdirmə kimi tətbiqatları, bir nəfərin rəvayətinə etibar etməmələri səbəbi 

ilə deyil, ravinin ehtimal daxilində olan zabt qüsurunu ortadan qaldırmaq 

üçündür. Hz.Ömər də məhz buna görə Muğirə b. Şubədən şahid istəmişdir.

8

 

Ancaq Hz.Osmanın  şəhid edilməsindən sonra meydana gələn fitnə 



hərəkatları  səbəbiylə insanlar arasındakı etibarın qismən yox olmağa 

başlaması, bəzi siyasi və etiqadi firqələrin öz fikir və görüşlərini 

əsaslandırmaq məqsədi ilə Hz. Peyğəmbərin adından hədis uydurmağa cürət 

etməsi,  İslam alimlərini Rəsulullahdan (s.ə.s.) rəvayət edilən hər xəbərin 

ravisini həm zabtı  həm də dində etibarlılığı yönündən araşdırmağa sövq 

etmişdir. 

                                                 

7

 əl-Bağdadi, əl-Xətib, əl-Kifayə fi 'İlmi'r-Rivayə, (nşr: Əhməd Ömər Haşim), Beyrut 



1986, s. 386. 

8

 Malik b. Ənəs, əl-Muvatta', “İsti'zan”, 3. 



Hədis elmində “Ahad” hədis anlayışı 

53 


Ahad xəbərin dində dəlil olub olmadığına dair görüşlərin h. I. (m. VII) 

əsrin sonlarına yaxın etiqadi məzhəblərin ortaya çəxması və fiqh elminin h. 

II. (VIII) əsrin birinci yarısında yazılmağa başlanmasıyla birlikdə ortaya 

çıxdığını söyləmək mümkündür. Ahad xəbərin “bir adamın rəvayət etdiyi 

xəbər”  mənasında məfhum olaraq istifadə edilməsinə dair ilk məlumatlar 

Əbu Hilal əl-Əskərinin əl-Əvailində görülməkdə

9

 və bu əsərdə ilk dəfə Vasil 



b. Ətanın (v. h. 131 / m. 748) həqiqətin dörd şəkildə bilinəcəyini söylədiyi, 

bunların kitab, üzərində icma edilən xəbər, ağılın hüccəti və ümmətin icması 

olduğu və yenə onun xəbəri xas (xüsusi) və am (ümumi) olmaq üzrə ikiyə 

ayırdığı bildirilməkdədir. 

Vasil b. Əta, insanı  həqiqətə aparan bu dörd şeyin xaricində qalanların 

dində  dəlil olmayacağını deyir. Ona görə üzərində icma edilən xəbər 

mütəvatir xəbər (xəbər-i am), üzərində icma edilməyən xəbər isə  xəbər-i 

vahiddir (xəbər-i xas). Vasil b. Ətanın nəzərdə tutduğu xəbər-i vahidin lüğət 

mənası etibarı ilə bir nəfərin etdiyi rəvayət olduğu, Mötəzilə alimlərindən 

Əbul-Hüseyin  əl-Hayyatın, “Biz adil bir adamın verdiyi xəbərin elm ifadə 

etmədiyi fikrinin tərəfdarıyıq”  şəklindəki açıqlamasından da anlaşılmaq-

dadır. Səhih olma şərtini daşıyan ahad xəbərin dində  dəlil olduğunu deyən 

Şafii isə bu terminə xəbər-i xas adını verməkdə və bəzi vaxtlar xəbər-i vahid 

terminini bir nəfərin bir nəfərdən rəvayət etdiyi xəbər mənasında istifadə 

etməkdədir. Ancaq Şafiinin əsərlərində xəbəri xəbər-i xas və xəbər-i am de-

yə ayrması, onun Vasil b. Ətanın istifadə etdiyi terminologiyanı davam 

etdirdiyini düşündürməkdədir.  Əbu Hənifə  və  Əbu Yusuf xəbər-i vahid 

mafhumu haqqında heçnə deməsələr də ammənin (əksəriyyət) rəvayətinə 

zidd olaraq bir nəfərin rəvayətinin qəbul edilə bilinməyəcəyini bildir-

mişdirlər.

10

 

Bu mübahisələrin Mötəzilə ilə birlikdə başladığı nəzərə alınarsa, burada 



ancaq bir nəfərin rəvayət etdiyi xəbərin nəzərdə tutulduğu, aziz və  məşhur 

kimi xəbər növlərinin isə bunun xaricində qaldığı görülür. Buna görə ahad 

xəbəri rədd edən Mötəzilə ilə, onu şərtli olaraq qəbul edən Şafiinin nəzərdə 

tutduğu məna eyni olub, bunu bir nəfərin rəvayət etdiyi xəbər  şəklində  ələ 

                                                 

9

 əl-Əskəri Əbu Hilal, əl-Əvail, Beyrut 1987, s. 255. 



10

  əş-Şeybani,  Əbu Abdullah Muhəmməd b. Hasan b. Fərkad  əl-Hənəfi,  Kitabu'l-



Məbsut, Beyrut 1990, I, s. 307, 308. 

 Dr. Qoşqar SƏLİMLİ 

54 


almaq lazımdır. Lakin ahad xəbər deyilincə sadəcə bir nəfərin rəvayəti 

şəklindəki lüğət mənası deyil, ümumiyyətlə bir və ya birdən artıq ravinin 

rəvayət etdiyi mütəvatir səviyyəsinə çatmayan xəbər nəzərdə tutulmaqdadır. 

Hədisçilər, üsulçular və  fəqihlər də girişdikləri təhqiqat və mübahisələrdə 

əsasən bu mənaya görə  hərəkət etməkdədirlər. Məsələn Xətib  əl-Bağdadi 

“mütəvatir xəbərlərin  şərtlərini daşımayan xəbər” deyə dilə  gətirdiyi ahad 

xəbərin raviləri çox olsa belə qəti elm ifadə etməyəcəyini iddia etməkdə və 

onu sadəcə bir nəfərin rəvayət etdiyi xəbər olaraq vəsfləndirməkdədir.

11

 

Qəzzali də beş və ya altı nəfərlik bir qrupun rəvayət etdiyi xəbəri ahad xəbər 



saymaqda, ahad xəbərlərin qəti elm ifadə etməyəcəyini söyləməkdə  və 

səhihliyi dəqiq bilinən hədislərin mütəvatir olmaları  səbəbiylə ahad xəbər 

hesab edilməyəcəyini bildirməkdədir.

12

 



 



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə