Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


II. MONİTORİNQİN AYRI-AYRI MÜƏSSİSƏLƏR ÜZRƏ



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix07.12.2016
ölçüsü1,06 Mb.
1   2   3   4   5   6   7   8   9

II. MONİTORİNQİN AYRI-AYRI MÜƏSSİSƏLƏR ÜZRƏ 

NƏTİCƏLƏRİ 

 

2.0. Xüsusi tədris müəssisələrinin müqayisəli cədvəli 



 

Azərbaycanda iki xüsusi tədris müəssisəsi fəaliyyət göstərir ki, bunlardan biri Quba rayonunda 

yerləşən Oğlanlar üçün qapalı tipli texniki-peşə  məktəbi, digəri isə Bakı  şəhəri Mərdakan 

qəsəbəsində yerləşən Oğlanlar üçün açıq tipli xüsusi internat məktəbidir. 

Aşağıda verilmiş cədvəldə bu müəssisələrin müqayisəli təhlili aparılıb: 

 

Meyarlar Bakı ş. Mərdəkan qəs. Oğlanlar 



üçün açıq tipli xüsusi internat 

məktəbi 

Quba rayon Oğlanlar üçün qapalı 

tipli xüsusi texniki-peşə məktəbi 

Yaş məhdudiyyəti 

8-18 yaş 11-18 

yaş 

Yerləşdirmənin 

səbəbləri 

Polis və ya yetkinlik yaşına 

çatmayanlarla iş üzrə 

komissiyanın barəsində  çıxarılan 

qərarlara tabe olmadıqda və ya 

onlara  əməl etmədikdə, məktəbə 

davamlı 

şəkildə getmədikdə, 

valideynlərlə  çətin münasibətlərdə 

olduqda, psixoloji zorakılığa 

məruz qaldıqda, davranış  tərzi və 

özünü aparması pis olduqda. 

Qeyri-qanuni hərəkət, hüquq 

pozuntusu və ya cinayət törətdikdə və 

bu zaman AR CM-ə  əsasən cinayət 

məsuliyyətinə  cəlb etməyə imkan 

verən yaş  həddinə çatmadıqda, 

həmçinin əvvəllər valideyn və ya polis 

nəzarətinə verilmiş lakin bununla 

reabilitasiya edilməsi mümkün 

sayılmayan uşaqlar.  

Göndərən təşkilat və ya 

qurum 

Valideynlərin və ya hüquqi 

nümayəndələrin vəsatəti  əsasında 

yetkinlik yaşına çatmayanlarla iş 

üzrə komissiyalar tərəfindən. 

14 yaşından yuxarı olan uşaqların 

yazılı razılığı alınmalıdır. 

Məhkəmələr (yetkinlik yaşına 

çatmayanlarla iş üzrə komissiyanın 

qərarı və vəsatəti əsasında). 



Funksiyalar  

Qanunla münaqişədə olan və 

xüsusi müdafiə 

tədbirlərinə 

ehtiyac duyan uşaqların müdafiəsi 

və onlar arasında profilaktik işin 

təşkili. Təhsilin təşkili, sosial 

inteqrasiya və reabilitasiyanın 

aparılması. 

Ağır və xüsusilə  ağır cinayətlər 

törətmiş, lakin yaş faktoruna görə 

cinayət məsuliyyəti daşımayan, 

həmçinin müvafiq dövlət qurumları 

tərəfindən  əvvəl barələrində  çıxarılan 

müxtəlif qərarlara tabe olmayan və ya 

onları yerinə yetirməyən, yaxud 

hüquqpozmalar törətmiş  və pozğun 

həyat tərzi sürən uşaqların saxlanması 

üçün nəzərdə tutulub. Təhsilin təşkili, 

sosial inteqrasiya və reabilitasiyanın 

aparılması. 

Müəssisələrin şəraiti 

Açıq tipli 

Qapalı tipli, xüsusi rejimli 

Xüsusiyyətlər 

Uşaqlar müəssisəni tərk edə 

bilməzlər. Lakin tərk etmək üçün 

icazə almaq mümkündür.  

Müvəqqəti təcridetmə rejimi. Uşaqlar 

müəssisəni yalnız xüsusi icazə almaqla 

və  mətkəbin nümayəndəsinin nəzarəti 

altında tərk edə bilərlər. 



Yazışma 

Senzura tətbiq edilmir. Telefon 

danışıqları məhdudlaşdırılmayıb. 

Telefon danışıqları  və yazışma 

senzuradan keçir.  

Nəzarət 

Daimi nəzarət və video-müşahidə 

nəzərdə tutulmayıb. 

Nəzarət və müşahidə  tələb olunur 

(gecə-gündüz, yatmaq vaxtı da daxil 

olmaqla).  

 

 


24 

                                                



2.1. Quba rayon Oğlanlar üçün qapalı tipli xüsusi texniki-peşə məktəbi 

 

 



Quba rayon oğlanlar üçün qapalı tipli xüsusi texniki-peşə  məktəbində saxlanılan yetkinlik 

yaşına çatmayanların kateqoriyası: 

 

Aşağıdakı meyarlara cavab verən yetkinlik yaşına çatmayanlar qapalı tipli xüsusi texniki-peşə 

məktəbinə yerləşdirilə bilər

23



1)

 

11-18 yaş; 



2)

 

Mütamadi olaraq qeyri-qanuni hərəkətlərə və hüquqpozuntularına yol verən; 



3)

 

Polis orqanları  tərəfindən  əvvəlki hüquq pozuntularına görə qeydiyyata və  nəzarətə 



götürülmüş, lakin reabilitasiyası mümkün sayılmayan; 

4)

 



Ağır və ya az ağır cinayət törədərkən 14 yaşı tamam olmayan; 

5)

 



Az ağır cinayət törədərkən 14-16 yaş arasında olan və  məhkəmə  tərəfindən törətdiyi 

cinayətin xüsusiyyətlərinə görə cəzadan azad edilən və bunun əvəzində cəzalandırmanın 

məqsədinə nail olmaq üçün xüsusi tədris müəssisəsi və ya tibb müəssisəsinə yerləşdirilən. 

 

Ağır və xüsusilə ağır cinayət törətmiş, lakin AR CM-ə əsasən cinayət məsuliyyətinə cəlb etməyə 



imkan verən yaş  həddinə çatmayan

24

  uşaqla bağlı yetkinlik yaşına çatmayanlarla iş üzrə 



komissiyalar məhkəmə qarşısında uşağın xüsusi tədris müəssisələrinə yerləşdirilməsi vəsatətilə 

çıxış edə bilər. Uşağın xüsusi tədris müəssisəsinə yerləşdirilməsi barədə məhkəmə, həmçinin 14-

16 yaşda olan uşaq tərəfindən törədilmiş az ağır cinayətə görə təyin ediləcək cəzanın məqsədinə 

uşağın xüsusi tədris müəssisəsinə yerləşdirilməsi nəticəsində nail olmağın mümkünlüyü zamanı 

da qərar verə bilər. Bu halda yerləşdirmənin müddəti yetkinlik yaşına çatmayan tərəfindən 

törədilmiş cinayətə görə CM ilə müəyyən edilmiş cəzanın müddətindən çox ola bilməz. 

 

Monitorinq zamanı müəssisədə 13-18 yaş arasında 23 oğlan uşağının tərbiyə aldığı qeydə alınıb. 



Lakin qanun müəssisənin yaradılması  və  fəaliyyəti üçün minimum 25 uşağın olması  tələbini 

təsbit edir

25

. Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi 



Əsasnaməyə əsasən, sözügedən müəssisədə 25-dən az uşaq olduğu üçün müəssisənin bağlanması 

zəruridir

26



 



Müəssisədə saxlanılan 23 uşaqdan 22-si yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının 

müdafiəsi üzrə komissiyaların qərarı, 1-i isə  uşaq-qəbuledici-paylayıcı  məntəqəsinin müraciəti 

ilə Təhsil Nazirliyi tərəfindən göndərilib. 

 

Monitorinq keçirilən zaman müəssisədə cinayət  əlamətləri olan əməl (oğurluq) törətmiş 3 



yetkinlik yaşına çatmayan şəxs tərbiyə alırdı. 

 

Monitorinq aparılan zaman müəyyən edilib ki, müəssisədə ən uzun müddət saxlanılan uşaq artıq 



3 ildir ki, buradadır. Müəssisədə saxlanılan uşaqlardan ən kiçik oğlan uşağının 13, ən böyüyünün 

isə 18 yaşı tamam olub. 

 

Qapalı tipli xüsusi tədris müəssisəsində saxlanılma müddəti 3 ildən artıq ola bilməz. Sorğu 



zamanı məlum olub ki, burada saxlanılan uşaqlardan biri artıq 3 ildir ki, müəssisədə saxlanılır. 

 

 



23

 “Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, 31 may 2002. Mad. 1.3-1.4. 

24

 AR CM-in 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş  şəxs cinayət məsuliyyətinə  cəlb edilir. 



Lakin, 20.2-ci maddə ilə, bir sıra cinayətlərə görə bu yaş on dörd müəyyən edilib. 

25

 “Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad 2.1: “Müəssisə şagirdlərin sayı 



25-dən az olmadıqda yaradılır”. 

26

 “Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”. Mad 2.1: “Müəssisə şagirdlərin sayı 



25-dən az olmadıqda yaradılır”. 

25 

                                                

Qanunda uşağın müəssisədə saxlanması müddətinə dair məhdudiyyət qoyulsa da, müəssisədən 

vaxtında  əvvəl buraxılma yalnız müəssisə  rəhbərinin tövsiyəsi və  məhkəmənin qərarı ilə 

mümkündür

27

. Müəssisə  rəhbərliyi yetkinlik yaşına çatmayanların müəssisədən buraxılması 



qənaətinə  gəldikdə  və yaxud onlar yetkinlik yaşına çatdıqda, uşağın davranışını  nəzərə alaraq 

yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət edir. 

 

Tərbiyə olunanların saxlanılma şəraiti 

 

Müəssisə  məktəbdən, yeməkxanadan, yardımçı  təsərrüfat yerlərindən, həyətyanı sahədən, peşə 



emalatxanalarından ibarətdir. Məktəbdə sinif otaqları, kitabxana, idman zalı, müəllimlər üçün 

otaqlar var. Burada dərsləri keçmək üçün ayrı-ayrı  fənn otaqları  nəzərdə tutulub. Sinif 

otaqlarının vəziyyətini qənaətbəxş hesab etmək olar. 

 

Qeyd etmək lazımdır ki, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi haqqında” 



Nümunəvi  Əsasnamənin 2.2-ci bəndinə  əsasən, bu tippli müəssisələrdə  hər 1-3 tərbiyə olunan 

üçün ayrıca yataq otaqları olmalıdır. Monitorinq zamanı isə 5-10 uşaq üçün nəzərdə tutulmuş 

yataq otaqları müşahidə edilib. Müsahibədə  iştirak etmiş 23 uşaq onların ümumi otaqlarda – 

“barak”larda yatdığını  və yataq dəstlərinin köhnə  və çirkli olduğunu bildirib. Söhbət zamanı 

uşaqlardan 5-i təkadamlıq otaqda qalmaq istədiyini qeyd edib. 4 nəfər isə gecələr onlara qarşı pis 

rəftar olunmasından şikayət edib. 

 

Monitorinq zamanı həmçinin məlum olub ki, müəssisə hər bir uşağın ehtiyacı və problemlərinə 



uyğun olaraq sosial işçi, psixoloq və yuvenal ədliyyə sahəsində mütəxəssislərin iştirakı ilə 

hazırlanmış  və  uşaqların sosial-psixoloji reabilitasiyası, cəmiyyətə  və ailəyə inteqrasiyasına 

yönəlmiş xüsusi proqram və ya fəaliyyət planına malik deyil

28

. Müəssisə  rəhbərliyinin verdiyi 



məlumata görə, müəssisədə saxlanıldığı müddət ərzində hər bir uşağın vəziyyətinin inkişafı və ya 

sosial-psixoloji statusunun dəyişməsinə dair dövrü araşdırmalar aparılır və araşdırmanın nəticəsi 

əsasında psixoloqun iştirakı ilə inkişaf planı hazırlanır. Lakin monitorinq keçirən zaman bu cür 

planlarla tanış olmaq mümkün olmadı və uşaqlarla söhbətdən məlum oldu ki, onlar bu planların 

mövcudluğundan məlumatsızdırlar.

29

.  



 

23 uşaqdan 18-i valideynləri və qohumlarının onlara baş çəkmədiyini, 4 nəfər hərdənbir, 1 nəfər 

isə mütamadi olaraq baş çəkdiklərini bildirib. Uşaqlardan 10 nəfəri müəssisədə ziyarət edənlərlə 

rahat, azad və məhdudiyyyətsiz görüşmək və söhbətləşmək imkanının yaradılmadığını bildirib. 

 

İntizam tədbirlərinin tətbiqinə  gəlincə isə, uşaqların  əksəriyyəti məcburi  əməyə



30

  cəlb 


olunduqlarını bildirib. Bu isə  məcburi  əməyə  cəlb edilmənin intizam tədbiri kimi istifadəsinə 

qadağa qoyan qanunun kobud şəkildə pozulmasıdır

31

. Döyülmə barədə verilən suala



32

 6 nəfər 

 

27

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”. Mad 3.3: “Şagirdlər qapalı tipli xüsusi 



təlim-tərbiyə müəssisəsində 3 ilə  qədər saxlanılırlar. Saxlanma müddəti  şagirdin arzusu ilə  təhsil pillələrindən biri başa 

çatdırılanadək müəyyən edilmiş qaydada uzadıla bilər”. 

28

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi  Əsasnamə”. Mad. 3.4: “Qapalı tipli müəssisədə 



şagirdin reabilitasiya müddəti onun 3 ay ərzində diaqnostikası keçiriləndən sonra müəssisənin psixoloji-tibbi-pedaqoji 

komissiyası  tərəfindən müəyyən edilir. Şagird müəssisəyə daxil olarkən onun psixoloji, tibbi və sosial reabilitasiyasının 

dərəcəsini və dinamikasını müəyyənləşdirmək üçün xüsusi vərəqə açılır ki, bu da şagirdin müəssisədə qaldığı bütün müddət 

ərzində pedaqoq-psixoloq tərəfindən doldurulur. Bu vərəqəyə diaqnostik müayinə  və müşahidələrin nəticələri,  şagirdin təhsili, 

əməyi, ictimai fəaliyyəti və digər  şagirdlərlə, valideynləri ilə (qanuni nümayəndələrilə), pedaqoqlarla qarşılıqlı münasibəti, 

onlarla ünsiyyəti haqqında qeydlər daxil edilir. Alınan bütün məlumat konfidensial hesab edilir və şagirdlərin hüquqlarının və 

qanuni mənafeyinin ziddinə istifadə edilə bilməz.”  

29

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi  Əsasnamə”, Mad. 1.7: “Yetkinlik yaşına 



çatmayanların müəssisədə saxlanılması, təhsili və  tərbiyəsi qaydası onların yaşı, cinsi, habelə psixoloji vəziyyəti və  səhhəti 

nəzərə alınmaqla müəyyən edilir. Bu zaman fərdi sosial-psixoloji diaqnostika əsasında psixokorreksiya işi üçün şəraitin 

yaradılması, sağlamlaşdırıcı  tərbiyə  tədbirləri sisteminin, ictimai faydalı  işlə  məşğulluğun,  şagirdlərin asudə vaxtı da daxil 

olmaqla, günün səmərəli bölgüsünün təşkili, şagirdlərin neqativ hallardan maksimum müdafiəsi təmin edilməlidir.”  

30

 Uşaqlara «Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı tədbirlər tətbiq edirlər?» sualı verilmişdir. 



31

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi  Əsasnamə”, Mad.5.12: “məcburi ictimai işlər 

intizam tədbiri kimi tətbiq edilə bilməz”. 


26 

                                                                                                                                                            

yetkinlik yaşına çatmayan cavab vermək istəmədiyini, 4 nəfər isə  hərdən döyülmə hallarının 

olduğunu bildirib. 

 

Qidalanma və tibbi xidmətin təşkili 

 

Daxili qaydalara uyğun olaraq, müəssisədə  uşaqlar, gündə üç dəfə olmaqla, məktəb 



yeməkxanasında yeməklə təmin edilir. Məktəbin yeməkxanası köhnədir və təmirə ehtiyacı var. 

Monitorinq zamanı yeməkxananın təmiz olduğu müşahidə edilib. 

 

Açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsində tərbiyə olunan şəxslərə tibbi xidmətin göstərilməsi 



məqsədi ilə tibbi qovşaq fəaliyyət göstərir. Lakin stomatoloji kabinet mövcüd deyil. Müəssisənin 

tibbi hissəsindəki mövcud vəziyyəti ümumilikdə qənaətbəxş hesab etmək olar. “Açıq və qapalı 

tipli xüsusi təlim-tərbiyə müəssisəsi haqqında” Nümunəvi  Əsasnamənin 2-ci bəndinə  əsasən, 

müəssisədə tibbi kabinetlə yanaşı, psixoloq kabineti də  fəaliyyət göstərməlidir

33

. Müəssisə 



rəhbərinin sözlərinə görə, müəssisədə, ayrıca psixoloq kabineti mövcud olmasa da, psixoloq tam 

ştatda fəaliyyət göstərir. 

 

 

2.2. Bakı şəhər Mərdəkan qəsəbəsi Oğlanlar üçün xüsusi internat məktəbi 



 

Müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanların kateqoriyası: 

 

Aşağıdakı meyarlara cavab verən yetkinlik yaşına çatmayanlar açıq-tipli xüsusi internat 

məktəbinə yerləşdirilə bilər

34



o

 

8-18 yaş; 



o

 

yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın qərarı əsasında; 



o

 

Valideynləri və ya qanuni nümayəndələrinin vəsatəti əsasında; 



o

 

14 yaşından yuxarı olan uşaqların yazılı razılığı əsasında; 



o

 

Davamlı şəkildə qanun pozuntularına yol vermiş uşaqlar



o

 

Hər-hansı psixoloji zorakılıq qurbanı olmuş uşaqlar; 



o

 

Məktəbə getməyən və valideynləri ilə çətin münasibətlərdə olan uşaqlar



35

 



Əlavə olaraq, aşağıdakı şəxslər yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların xahişi ilə 

açıq-tipli xüsusi tədris-tərbiyə müəssisələrinə göndərilə bilər

36



1. 14 yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya 



digər qanuni nümayəndələrinin razılığı ilə;  

2. Xüsusi pedaqoji yanaşma tələb olunan 8 yaşından on 18 yaşınadək olan yetkinlik 

yaşına çatmayanlar; 

3. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət  əlamətləri olan ictimai 

təhlükəli  əməl törətmiş, lakin cinayət məsuliyyətinə  cəlb olunması üçün 

Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş 

həddinə çatmamış yetkinlik yaşına çatmayanlar;  

4. Valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə  çətin tərbiyə 

olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar;  

5. Müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, 

lakin islah olunması mümkün olmayan şəxslər.  

 

32



 Uşaqlara “Siz döyülməyə, təhqirə məruz qalmısınızmı?” sualı verilmişdir. 

33

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad.2. 



34

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 3.1, “Qapalı tipli müəssisədə 11 

yaşından 18 yaşınadək şəxslər yerləşdirilə bilərlər. Açıq tipli müssisəyə 8 yaşından 18 yaşına qədər şəxslər qəbul edilirlər.” 

35

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 1.4. 



36

 AR-in 24 may 2005-ci il tarixli “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozuntularının profilaktikası 

haqqında” Qanununun 13.1 maddəsi. 


27 

                                                

 

Monitorinq aparılan zaman müəyyən olunub ki, müəssisədə 8-16 yaş arasında 72 oğlan uşağı 



tərbiyə alır.  

 

Burada uşaqlar 9-cü sinfə qədər təhsil alırlar.  



 

Uşaqlar bura yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarn 

qərarı ilə aşağıdakı meyarlara əsasən yerləşdirilib: 

 

təhsildən yayınma və evdən qaçma;  



 

valideynlərlə ünsiyyətdə çətinlik və  

 

çətin tərbiyə olunan sayıldığından.  



 

Monitorinq aparılan müddətdə bu müəssisədə cinayət  əlamətləri olan ictimai təhlükəli  əməl 

törətmiş yetkinlik yaşına çatmayan şəxslər qeydə alınmayıb. Əvvəllər isə 14 yaşınadək olan və 

cinayət törətmiş uşaqlar bu müəssisədə saxlanılıb. 

 

Qanunvericiliyə  əsasən, müəssisədə 8-18 yaşlı yetkinlik yaşına çatmayanların saxlanılması 



nəzərdə tutulsa da, bura 14 yaşından yuxarı uşaq qəbul edilmir

37



 

Uşaqlar müəssisədə 3 ilə qədər saxlanıla bilər, istisna hallarda isə təhsil pilləsindən birini başa 

çatdıranadək onlar daha uzun müddətə saxlanıla bilərlər

38

. Müəssisə  rəhbərinin sorğu 



vərəqəsində göstərdiyi məlumata  əsasən, müəssisədə  ən uzun müddət saxlanılan uşaq buraya 

2001-ci ildə qəbul edilib. 

 

Müəssisə  rəhbərliyi yetkinlik yaşına çatmayanların müəssisədən buraxılmasının mümkünlüyü 



qənaətinə gəldikdə isə, uşağın davranışını nəzərə alaraq, yetkinlik yaşına çatmayanların işləri və 

hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət etdiklərini bildirib

39

. Tərbiyə olunmuş uşaqlar 



yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı ilə bu 

müəssisədən valideynlərinin yanına, valideynlər olmadıqda isə müvafiq müəssisələrə göndərilə 

bilərlər. Lakin müəssisə  rəhbəri hər hansı bir uşağın özünü yaxşı aparmasına görə vaxtından 

əvvəl azad edilməsi ilə bağlı yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya müraciət 

etməsinə dair nümunə gətirə bilmədi. 

 

Tərbiyə olunanların saxlanılma şəraiti 

 

Açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi məktəbdən, yeməkxanadan, yardımçı  təsərrüfat 

yerlərindən, böyük həyətyanı sahədən ibarətdir.  

 

Uşaqların təhsil aldıqları məktəb öz quruluşuna görə adi ümümtəhsil məktəblərindən, demək olar 



ki, fərqlənmir. Məktəbdə sinif otaqları, kitabxana, idman zalı, müəllimlər üçün otaqlar var. 

Burada dərsləri keçmək üçün ayrı-ayrı  fənn otaqları  nəzərdə tutulub. Məktəbdəki sinif 

otaqlarının vəziyyətini qənaətbəxş hesab etmək olar.  

 

 



37

 Bu amilin qanuna uyğun olmaması ilə razı olan müəssisə rəhbəri bildirdi ki, tərbiyə müəssisəsinin nə maddi-texniki bazası, nə 

də ki, tərbiyə-təhsil bazası buraya yuxarı yaş həddində olan yetkinlik yaşına çatmayan uşaqların yerləşdirməsinə imkan yaratmır. 

Yalnız uşağın təhsil pilləsini başa çatdırmaq lazım olduqda o, 14 yaşından sonra da burada saxlanılır. Göstərilən halı müəssisə 

rəhbəri, həmçinin, onunla da izah etdi ki, azyaşlıların 17-18 yaşlı yeniyetmələrlə birgə  tərbiyə olunması psixoloji və pedaqoji 

baxımdan çətindir və məqsədəuyğun deyildir. 

38

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 3.3. 



39

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi  Əsasnamə”, Mad. 3.3: “Psixoloji-tibbi-pedoqoji 

komissiya hər 6 aydan bir reabilitasiya prosesinin dinamikasını nəzərdən keçirir və şagirdlərlə iş üzrə fərdi plana düzəlişlər edir. 

Müsbət nəticələr olarsa, müəssisənin müdiriyyəti müəssisənin yerləşdiyi  ərazi üzrə Yetkinlik yaşına çatmayanların işləri və 

hüquqlarının müdafiəsi üzrə Komissiyaya şagirdin müəssisədən vaxtından  əvvəl buraxılması barədə  təkliflə müraciət edir. 

Şagirdin qapalı tipli müəssisədən buraxılması müəssisənin müdiriyyətinin rəyi  əsasında həmin müəssisənin yerləşdiyi yerin 

məhkəməsinin qərarı ilə həyata keçirilir.” 


28 

                                                

Bəzi otaqlarda televizor var. Monitorinq aparılan zaman, isitmə sistemi işləmədiyindən, sinif 

otaqları soyuq idi. Müəssisənin müdiri belə  vəziyyəti aparılan təmir işləri ilə  əlaqələndirib və 

ümumiyyətlə müəssisədə istilik sisteminin yaxşı  işlədiyini bildirib. Lakin qeyd etmək lazımdır 

ki, məktəbin dəhlizlərində ümumiyyətlə isitmə sistemi yoxdur və bu səbəbdən dəhlizlər 

həddindən artıq soyuqdur.  

 

Uşaqlar üçün nəzərdə tutulmuş  gəzinti meydançaları (burada futbol, voleybol və s. oyunlar 



oynamaq üçün şərait var) və binaların həyətyanı sahələrindəki şərait, onların təmizliyi mövcud 

tələblərə cavab verir. 

 

Müəssisədə uşaqların istifadəsi üçün ayrılmış kitabaxana mövcuddur. Kitabxana, demək olar ki, 



yetərli  ədəbiyyat bazasına malikdir. Burada azərbaycan və xarici ədəbiyyat nümunələri var. 

Kitabxanada kitablar azərbaycan və rus dillərindədir. Azərbaycan dilində olan kitablar həm latın, 

həm də kiril əlifbası ilə nəşr edilmiş kitablardır. 

 

Müəssisənin  ərzaq və  məişət məmulatlarının saxlanılması üçün nəzərdə tutulmuş yardımçı 



təsərrüfat yerləri də var ki, burada ən zəruri ərzaq və məişət məhsulları saxlanılır.  

 

Müəssisənin uşaqlar üçün nəzərdə tutulmuş hamamında daimi isti və soyuq su olsa da, təmirə 



böyük ehtiyacı var. Lakin monitorinq keçirilən vaxt müəssisədə, ümumi hamamdan başqa, 

tərbiyə olunanların bir-birindən təcrid olunmuş  şəkildə yuyunmasını  təşkil etmək üçün xüsusi 

kabinələri olan hamamın tikintisi, demək olar ki, yekunlaşmaq üzrə idi. 

 

Qeyd etmək lazımdır ki, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi haqda” Nümunəvi 



Əsasnamənin 2.2-ci bəndinə əsasən, bu müəssisələrdə hər 1-3 tərbiyə olunan üçün yataq otaqları 

olmalıdır

40

. Monitorinq aparılarkən müəyyən olunub ki, tərbiyə alanlar üçün məktəbin idman 



zalında 50-60 çarpayı yerləşdirilib. Müdiriyyətin sözlərinə görə, bu, binada aparılan təmirlə 

bağlıdır. Məktəbdə həmçinin 24 çarpayıdan ibarət olan yataq otağı da var. Otağın havası, sahəsi 

kiçik, çarpayıların sayı isə çox olduğundan, ağırdır. Yataq dəstlərinin vəziyyətini qənaətbəxş 

hesab etmək olar. 

 

Müəssisə rəhbərliyinin məlumatına görə, ozünü davamlı şəkildə pis aparan və ya barəsində tətbiq 



edilən reabilitasiya tədbirləri nəticə verməyən uşaqlar Quba rayon texniki-peşə  məktəbinə 

göndərilir. Hansı reabilitasiya tədbirlərinin tətbiq edildiyi barədə verilən suala müəssisə rəhbəri 

cavab verə bilmədi. 

 

Barələrində intizam tədbirlərinin tətbiq edilməsi haqda verilən suala cavab olaraq, uşaqlar tənbeh 



edildiklərini bildiriblər. Onlar tənbeh tədbiri kimi qulaqlarının burulduğunu, üzlərinə  şillə 

vurulduğunu, habelə asudə vaxtlarının məhdudlaşdırıldığını qeyd ediblər.  

 

Monitorinq zamanı monitorinq qrupunun üzvləri məktəbin müəllimi tərəfindən uşağa  şillə 



vurulduğunun şahidi olub və bu barədə müəssisə rəhbərinə məlumat veriblər. Müəssisə rəhbəri 

buna inanmadığını və bu cür halların ümumiyyətlə mövcud olmadığını bildirsə də, bu hadisəni 

araşdıracağına söz verib. 

 

Monitorinq zamanı həmçinin aşkar olunub ki, müəssisə hər bir uşağın ehtiyacı və problemlərinə 



uyğun olaraq onların sosial və psixoloji reabilitasiyası, cəmiyyətə  və ailəyə inteqrasiyasına 

yönəlmiş xüsusi proqram və ya fəaliyyət planına malik deyil. Uşaqlarla söhbətdən məlum olub 

ki, onlar bu planların mövcudluğundan məlumatsızdır

41



 

40

 “Açıq və qapalı tipli xüsusi təlim- tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”, Mad. 2.2: “Müəssisə... 1-3 nəfər üçün 



nəzərdə tutulmuş yataq otaqlarına, müəyyən edilmiş normalara müvafiq olaraq ayrı-ayrı kabinetləri olan sanitariya qovşaqlarına”. 

41

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi  Əsasnamə”, Mad. 1.7:  “Yetkinlik yaşına 



çatmayanların müəssisədə saxlanılması, təhsili və  tərbiyəsi qaydası onların yaşı, cinsi, habelə psixoloji vəziyyəti və  səhhəti 

29 

                                                                                                                                                            

 

Uşaqların qidalanması və tibbi xidmətin vəziyyəti 

 

Daxili intizam qaydalarına uyğun olaraq, uşaqlar, gündə üç dəfə olmaqla, ümumi yeməkxanada 

qidalanırlar. Yeməkxananın xörəklərin hazırlandığı hissəsinin köhnə və təmirə ehtiyacı olmasına 

baxmayaraq, gigiyenik vəziyyəti normaldır. Qidanın rasionunu qənaətbəxş hesab etmək olar. 

Müəssisə  rəhbərinin sözlərinə görə, hər gün bir uşağın qidalanması üçün 2,2-2,4 manat və ya 

2,5-3 ABŞ dolları  məbləğində  vəsait xərclənir. Yeməkxana, təmirə ehtiyacı olsa da, təmiz və 

səliqəlidir. 

 

Açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsində tərbiyə olunan şəxslərə tibbi xidmətin göstərilməsi 



məqsədi ilə tibbi qovşaq nəzərdə tutulub. Müdiriyyətin verdiyi məlumata görə, burada tam ştatda 

1 nəfər həkim və 2 nəfər tibb bacısı çalışır. Lakin qeyd etmək lazımdır ki, müəssisədə 

stomatoloji kabinet yoxdur. Müəssisənin tibbi hissəsindəki mövcud vəziyyəti ümumilikdə 

qənaətbəxş hesab etmək olar. 

 

Qanuna uyğun olaraq, tibbi kabinetlə yanaşı, müəssisədə psixoloq kabineti də  fəaliyyət 



göstərməlidir

42

. Müəssisə  rəhbərinin sözlərinə görə, müəssisədə, ayrıca psixoloq kabineti 



mövcud olmasa da, psixoloq yarımştat fəaliyyət göstərir. Lakin müəssisəyə  təkrarən səfərlər 

edilməsinə baxmayaraq monitorinq qrupunun üzvləri psixoloqla görüşə bilməyib. 

 

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə