Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 295,62 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix28.04.2017
ölçüsü295,62 Kb.
1   2   3   4

Fotolar Cənnətalı Çingizindir

Xalqımıza qarşı törədilən erməni vəhşiliyi

İngiltərəli  ekspertlə  görüşün  məqsədi 

onu Azərbaycanda körpələrin qidalanma­

sı üzrə mövcud vəziyyətlə tanış etmək, bu 

məsələdə  UNİCEF­in  təqdim  etdiyi  hansı 

vasitələrdən  yararlanmağın  mümkünlü­

yünü müzakirə etməkdən ibarət olub.

Dr.Gleen  Laverack  UNİCEF­in  müstəqil 

məsləhətçisi qismində ana südü ilə qida­

lanma sahəsində araşdırma apardığını və 

bu məqsədlə bir sıra qurumlarda görüşlər 

keçirdiyini qeyd edib. O, tədqiqatın daha 

dolğun və faktlara əsaslanan olması üçün 

Tibb Universitetinin təcrübəsi ilə tanış ol­

maq istədiyini bildirib. 

ATU­nun  Tədris  Cərrahiyyə  Klinikası­

nın  direktoru,  professor  Surxay  Hadıyev 

əvvəlcə qonağa klinika və xüsusilə gine­

kologiya  şöbəsinin  fəaliyyəti  haqqında 

geniş məlumat verib.

Qeyd  edib  ki,  2013­cü  ildən  fəaliyyətə 

başlayan  klinikada  cərrahi  və  diaqnostik 

istiqamətlərdə  18 

kafedra,  24  şöbə 

fə aliy yət  göstərir. 

Klini kanın  labora­

toriyalarında  dünya 

universitetlərinin 

re fe rens  laborato­

riyalarında  istifadə 

olunan  tam  avto­

matlaşdırılmış,  ən 

müasir  biokimyəvi, 

mikrobioloji,  immunoloji,  genetik  və 

digər  analizatorlar  mövcuddur.  Bu  da 

müəssisədə yüksək səviyyəli araşdırmalar 

aparılmasına imkan verir.

Görüşdə  daha  sonra  UNİCEF  məsləhət­

çisi nin  bir  sıra  sualları  cavablandırılıb. 

Müzakirə  zamanı  vurğulanıb  ki,  dün­

yanın  bir  sıra  ölkələrində,  o  cümlədən 

respublikamızda  döşlə  əmizdirmənin 

səviyyəsi  arzu  olunan  deyil.  Bu  sahədə 

maarifləndirməni 

gücləndirmək 

məqsədilə  digər  ölkələrdə  olduğu  kimi, 

Azərbaycanda da UNİCEF və Səhiyyə Na­

zirliyinin birgə təşkilatçılığı ilə hər ilin av­

qust və oktyabr aylarının ilk həftələrində 

ana  südünün  üstünlüklərinə  həsr  edilən 

“Ana  südü  həftəsi”  keçirilir.  Belə  tədbirin 

təşkilində  əsas  məqsəd  ana  südünün 

üstünlüklərini, döşlə əmizdirmənin vacib­

liyini, süni qidaların ana südünə nisbətdə 

fərqini  analara  çatdırmaq,  habelə  döşlə 

əmizdirmədə  ananın  məsuliyyətini  artır­

maqdır.


Görüşdə  ATU­nun  I  mamalıq­gineko­

logiya  kafedrasının  müdiri  Hicran  Bağı­

rova,  II  mamalıq­ginekologiya  kafed­

rasının  müdiri  Elmira  Əliyeva  və  Tədris 

Cərrahiyyə Klinikasının mamalıq­gineko­

logiya şöbəsinin müdiri Turab Canbaxışov 

iştirak ediblər.

UNİCEF məsləhətçisi ilə görüş keçirilib

Aprelin 3-də  Azərbaycan Tibb Universitetinin (ATU) Tədris 

Cərrahiyyə Klinikasında klinika rəhbərliyi ilə UNİCEF-in 

Azərbaycandakı ictimai səhiyyə və rabitə məsləhətçisi Dr.Gleen 

Laverack arasında görüş keçirilib.


15 aprel 2017-ci il

4

http://w w w.amu.edu.az



Azərbaycan Tibb Univer­

sitetinin Tədris Terapevtik 

Klini  kasında  “İnterstisial  ağci­

yər xəstəlikləri” mövzusunda 

təd  bir  keçirilib.

Tədbirdə direktorun müalicə 

işləri üzrə müavini, dosent A.Nuriyev, 

ağciyərin interstisial xəstəliyinin qlo-

bal problem olduğunu bildirib: “Bu 

xəstəliyin ilkin mərhələsində bəzən 

bunu pnevmaniyaya oxşadırlar. 

Burda ekoloji faktorların çox böyük 

əhəmiyyəti vardır. Ona görə də in-

sanlar maarifləndirilməlidir ki, on-

lar xəstəliyin ilk günlərində həkimə 

müraciət etsinlər və ağırlaşmaların 

qarşısını alsınlar”.

Daha sonra pediatr-allerqoloq, 

professor Amaliya Əyyubova bildirib 

ki, uşaq xəstəlikləri dərsliklərində 

bu xəstəliklə bağlı heç bir 

məlumat yer almayıb: “Mən 

prkatikamda müşahidə 

etmişəm ki, hətta yeni 

doğulmuş uşaqlarda 

belə ağciyərin interstisial 

xəstəliklərinə rast gəlinir. 

Bu xəstəliyin gedişatının 

uşaqlarda aşkarlanması 

mürəkkəbdir. Ona görə 

də mütəxəssislərimiz 

çalışdıqları qədər anaları 

maarifləndirməlidirlər”.

Tədbirdə klinikanın revmatologiya 

və qastroenterologiya şöbəsinin müdi-

ri, professor Sahib Musayevin “Rev-

matoid artiritli xəstələrdə ağciyərlərin 

interstisial zədələnməsi” mövzusu ilə 

bağlı çıxışı dinlənilib.

S.Musayev qeyd edib ki, bu 

xəs 

təlik təbabətin ən aktual, çətin 



problemlərindən biridir: “Birləşdirici 

toxumanın diffuz xəstəlikləri içəri-

sində ağciyərlərin zədələnməsi 

ən mühüm yerlərdən birini tutur. 

Ağciyərlərin zədələnməsi revmatoid 

artiritdən, qırmızı qurd eşənəyindən 

kəskin surətdə fərqlənir. Fərqlər on-

dan ibarətdir ki, bioloji zədələnmə 

markorları hər birində ayrı-ayrıdır.

Revmatoid artiritdə ağciyərlərin 

zədələnməsi çox vaxt idiopatik inter-

stisial pnevmaniya kimi başlaya bilər. 

İdiopatik kəskin interstisial pnevmani-

ya aparılan terapiya rezistent olaraq cid-

di proqnozla xarakterizə edilir. Xəstəlik 

qısa müddətdə fibrozla nəticələnir. 

Bu da proqnozu müəyyən edir. Müa-

sir dövrdə ağciyərlərin zədələnməsi 

( revmatoid artiritdə) 

ölümün 20%-ni təşkil 

edir. Xəstəliklərin bey-

nəl xalq təsnifatında artıq 

ağciyərlərin revmatoid 

zədələnməsi nazolagiyası 

mövcuddur”.

Tədbirin  dava mın-

da həkimlər Əlizamin 

Sadıqovun “İnterstisial 

ağciyər xəstəliklərinin 

müalicə və diaq-

nos  ti kasında  müasir  yanaş malar”,  

İlqar Mustafayevin “Hipersensitiv 

pnevmanitlər, idiopoatik ağciyər fi-

brozu ilə oxşarlıqlar və fərqlər” mövzu-

sunda çıxışları dinlənilib.

Azərbaycan Tibb Universite-

tin də təhsil alan tələbələr üçün 

aparıcı istiqamət tədris olsa 

da, elm və praktiki fəaliyyətə 

də xüsusi önəm verilir. On-

ların elmi-tədqiqat işlərinə 

cəlb edilməsi Tələbə Elmi 

Cəmiyyətinin xətti ilə həyata 

keçirilir.

 

Bu  sahədə  ilk  addımlarını  atan 



tələbələri  daim  diqqət  mər kə­

zində  saxlayan  kafedralardan 

biri  də  Patoloji  fiziologiya  ka­

fedrasıdır. Burada aparılan elmi­

tədqiqat işlə rinin müasir tibbin ən 

ağrılı və aktual problemlərindən 

birinə­şəkərli  diabetin  və  onun 

ağırlaş malarının  patogenezində 

limfa  sisteminin  rolunun  öyrə­

nil məsinə, adekvat müalicə üsul­

larının  iş lənib  hazırlanmasına 

həsr  edildiyini  deyən  kafedra 

üzrə  tələbə  elmi  cəmiyyətinin 

sədri, professor Məmməd Əliyev 

bizimlə  söhbətində  kafedranın 

müdiri,  professor  Sabir  Əliyevin 

tapşırığı  ilə  bütün  qruplarda  və 

qrup  birləşmələrində  TEC­in 

xətti  ilə  aparılan  elmi­tədqiqat 

işləri  haqqında  tələbələrə  geniş 

məlumat  verildiyini,  hər  tədris 

ilinin  əvvəlində  onların  əvvəlki 

illərdə  bu  sahədə  əldə  olunan 

nailiyyətlərlə  tanış  edildiyini  də 

söylədi:  “Qeyd  etmək  istəyirəm 

ki,  ötən  tədris  ilində  bizim  ka­

fedrada  hazırlanan  2  elmi­

tədqiqat  işi  ­  “Diabetik  nefro­

patiyaların  patogenezində  lipid 

mübadiləsinin 

pozulmasının 

rolu” və “Diabetik retinopatiyala­

rın patogenezində qan və limfa­

nın damardaxili laxtalanmasının 

rolu” ­ keçən il ATU­da keçirilmiş 

Tələbələrin  və  Gənc  Həkimlərin 

III  Beynəlxalq  Tibb  Konqresi­

nin  gündəliyinə  daxil  edilmiş 

və  tələbələr  orada  məruzə  ilə 

çıxış  etmişlər.  Bu  elmi  işlərdən 

birincisi  (məruzəçi  Kəmalə  Qa­

raisalı)  isə  bu  yaxınlarda  Da­

ğıstanda  keçirilən  Ümumrusiya 

Gənc Alimlərinin Bilik Forumun­

da  diploma  layiq  görülmüşdür. 

Müraciət  edən  və  elmi­tədqiqat 

aparmaq  arzusunda  olan  bütün 

tələbələr  qeydiyyata  götürülür 

və  tədqiqatın  bütün  mərhələləri 

ilə  tanış  edilir.  Sonra  tələbələr 

seçdikləri  mövzulara  aid  refe­

rat  hazırlayır  və  təqdim  edirlər. 

Yalnız  bundan  sonra  tələbə 

elmi­  tədqiqat  aparmaq  hüqu­

qu qazanır. Həmişə olduğu kimi 

bu  tədris  ilinin  əvvəlindən  yenə 

belə  qeydiyyatlar  aparılmış  və 

2016/2017­ci  tədris  ilində  30­a 

qədər tələbə elmi­tədqiqat apar­

maq arzusunda olduğunu bildir­

mişdir. Hazırda 7 tələbənin apar­

dığı elmi­tədqiqat işlərindən 4­ü 

başa çatmaq üzrədir və biz on­

ların nəticələrini fakültə TEC­nin 

konfransına təqdim edəcəyik”.

Kafedranın  elmi­tədqiqat  la­

boratoriyasında təcrübə dovşanı 

üzərində aparılan eksperimentin 

gedişini izləyərkən bir daha şa­

hid olduq ki, tələbələr kafedrada 

aparılan  elmi­tədqiqat  işlərinin 

bütün  mərhələləri  ilə  yaxından 

tanış olur, şəkərli diabet mode­

li  yaradılmış  dovşanlarda  qanda 

və  limfada  karbohidrat,  lipid  və 

zülal mübadiləsinin, hemostazın 

və  immun  reaktivliyin  30­a  ya­

xın göstəricisini müasir analiza­

torların  köməyi  ilə  təyin  edirlər. 

Dovşanda  gözə  qan  sızmanın, 

miokard  infarktının,  böyrək  ça­

tışmazlığının 

eksperimental 

mo del  ləri  yaradılır,  şəkərli  dia­

bet  fonunda  bu  orqanlarda  baş 

verən    dəyişikliklər  öyrənilir  və 

fəsadları  aradan  qaldırmağın 

yolları axtarılır.

Qeyd  edək  ki,  əczaçılıq  fakül­

təsinin kafedraları ilə birgə əmək­

daşlıq  daxilində  əsas  müalicə 

üsulu  kimi  Azərbaycan  flora­

sına  aid  dərman  bitkilərindən 

istifadəyə üstünlük verən təd qi­

qatçılar  kafedranın  maddi­tex­

niki  bazasından,  o  cümlədən 

Almaniya  istehsalı  olan  2  mü­

asir  aparatın  imkanlarından  da 

səmərəli istifadə edə bilirlər.

Arif MƏMMƏDLİ

Tələbələr elmi-tədqiqat işlərinin bütün 

mərhələrinə cəlb olunur

Aprelin 7-də Tədris 

Cər  rahiyyə  Klinikasında 

Azərbaycan-Türkiyə 3-cü 

Beynəlxalq Bariatrik-

Me to bolik 

cərrahiyyə 

konqresi keçirildi.

ATU­nun  elmi  işlər  üzrə 

prorektoru Rauf Bəylərov çı­

xış edərək bildirib ki, müasir 

dövrün mürəkkəb tibbi və so­

sial problemlərindən biri olan 

piyənmə  və  onun  daha  ağır 

növü – morbid, yəni xəstəlik 

səviyyəsinə  çatmış  piylənmə 

bir  çox  müəlliflər  tərəfindən 

21­ci  əsrin  “sakit”  epidemi­

yası kimi qiymətləndirilir.

Prorektor  bildirib  ki,  qi­

danın  kaloriliyinin  artması, 

fast­fud  mədəniyyətinin  ya­

yılması,  həyat  tərzinin  daha 

az  hərəkətli  olması  insanlar, 

o  cümlədən  uşaqlar  arasın­

da  bədən  çəki  indeksinin 

artmasına  səbəb  olur.  Onun 

sözlərinə  görə,  diabet,  arte­

rial hipertenziya, qaraciyərin 

yağlanması, hormonal pozul­

malar piylənmə ilə bilavasitə 

əlaqəli  vəziyyətlərdir.  Son 

10­20 il ərzində piylənmənin 

müalicəsi  üsulları  arasında 

cərrahi  yanaşma  xüsusi  yer 

alıb: “Həm sağlamlıq, həm də 

gözəllik  nöqteyi­nəzərindən 

effekt  verən,  insanların 

həyatını, sözün əsl mənasında 

dəyişdirən  cərrahi  bariatrik 

və  metabolik  əməliyyatlar 

artıq 

Azərbaycanda 



da 

uğurla  həyata  keçirilir.  Bu 

əməliyyatların  bir  qismi 

Azərbaycan Tibb Universite­

tinin klinikasında aparılır. Bu 

səbəbdən  Bariatrik  toplantı­

nın  universitetimizdə  təşkil 

olunması  bizim  üçün  xüsu­

si  əhəmiyyətlidir.  Konfran­

sımızda  qardaş  Türkiyə  və 

dost  Yunanıstandan  gəlmiş 

həmkarkarımızı  salamlayı­

ram,  onlara  “xoş  gəldiniz” 

deyirəm.  Türkiyə  Obezite 

Cərrahlığı  Dərnəyinin  sədri, 

professor  Murat  Taşkına  və 

Heraklion 

Universitetinin 

pro fes soru  Jon  Melissasa  bu 

tədbirə  dəstək  verdiklərinə 

görə xüsusi təşəkkür edirəm”.

Prorektor R.Bəylərov həmçi­

nin  ATU­nun  rektoru,  pro­

fessor  Gəray  Gəray bəy linin 

toplantı  iştirakçılarına  sala­

mını çatdırdı.

ATU­nun  Tədris  Cərrahiyyə 

Klinikasının  direktoru,  pro­

fessor Surxay Hadıyev tədbir 

iştirakçılarını  salamlayaraq 

bildirib  ki,  rəhbərlik  etdi­

yi klinika 4 il bundan qabaq 

ölkə prezidenti İlham Əliyevin 

tövsiyyəsi ilə yaradılıb: “Bizdə 

belə  konqreslər  mütəmadi 

olaraq  keçirilir.  Bu  günkü 

tədbirimiz  də  çox  önəmlidir. 

Çox  maraqlı  mühazirələr 

din lə niləcək”.

Türkiyənin  Bariatrik  Cər­

rahiy yə 

Assosiasiyasının 

sədri,  professor  Musta­

fa  Taşkın  artıq  3­cü  dəfədir 

Azərbaycana  səfər  etdiyini 

bildirib: “Bizim bir­birimizdən 

fərqimiz  yoxdu,  əkizlər  ki­

miyik.  Qarşılıqlı  sevgimizi 

hiss  edirik.  Bu  konfrans  çox 

önəmlidir və özündə bir çox 

istiqamətləri birləşdirir”.

Milli Məclisin deputatı İlham 

Məmmədov həm millət vəkili, 

həm də həkim kimi konqresdə 

iştirakına görə çox şad oldu­

ğunu  bildirib:  “Azərbaycan 

səhiyyəsinə,  elminə  bunu 

töhfə  olacaq  bir  konqres 

kimi  qiymətləndirirəm.  İndi 

piylənmə hədsiz yayılıb və bu 

xəstəliyin  yaranma  səbəbləri 

genişdir.  Buna  ətraf  mühitin 

faktoru  da  böyük  təsir  edir.  

Bu  gün  belə  koqreslərin  ke­

çi rilməsi,  gələcək  nəsil  üçün 

çox  önəmlidir.  Hər  biri nizə 

uğurlar diləyirəm”.

Qeyd  edək  ki,  Azərbaycan 

Bariatrik  və  Metabolik  Cər­

rahlar  Dərnəyinin  sədri,  tibb 

üzrə  fəlsəfə  doktoru  Tariyel 

Ömərov  da  konfransın  işini 

yüksək qiymətləndirərək, iş­

tirakçılara uğurlar dilədi.

Daha sonra konqres öz işinə 

mühazirələrlə davam etdi.



Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Bariatrik-Metobolik 

cərrahiyyə konqresi keçirildi

ATU-nun mətbuat xidməti

 “İnterstisial ağciyər xəstəlikləri” 

mövzusunda tədbir keçirilib


15 aprel 2017-ci il

5

http://w w w.amu.edu.az



• 

Azərbaycan Tibb Universite-

tinin tələbələri Dağıstanda 

keçirilən Ümumrusiya Gənc 

Alimlərinin Bilik Forumun-

da iştirak ediblər. Dağıstanın 

Mahaçqala şəhərində keçirilən 

forumda ATU-dan 3 tələbə iş-

tirak edib. Tələbələrdən biri I, 

digəri isə IV yerə layiq görülüb, 

üçüncü tələbə forumun işində 

aktiv iştirakına görə təltif edi-

lib.

ATU­nun  II  müalicə­profi­

lak  tika  fakültəsinin  V  kurs 

tələbəsi  Sərxan  Həsənli  fo­

rumun  “Kliniki  təbabət” 

hissəsində 

iştirak 

edib. 


Onun  şəkərli  diabetə  aid 

təqdim  etdiyi  elmi  iş  qa­

lib seçilib. “Ultra uzun bazal 

insulinlərin şəkərli diabet tip 

2 xəstələrində kliniki tədbiqi 

prinsipləri” 

mövzusunda­

kı  tədqiqat  şəkərli  diabet 

xəstələrində  kliniki  tətbiqin 

prinsiplərinə  həsr  olunub. 

İngilis  dilində  çıxış  edən 

tələbəmiz  birinci  yerə  layiq 

görülüb,  diplom  və  sertifi­

kartla təltif edilib.

ATU­nun 

II 


müalicə­

profilaktika  fakültəsinin  IV 

kurs  tələbəsi  Kamilə  Qara­

isalı  isə 

“Diabetik  nefropa­

tiyaların  patogenezində  lipid 

mübadiləsinin 

pozulmasının 

rolu” mövzusunda elmi işi ilə 

IV yerə layiq görülüb.

II  müalicə­profilaktika  fa­

kültəsinin V kurs tələbəsi Ülvi 

Ələşrəfov  forumda  Psixiat­

riya  kafedrasını  təmsil  edib. 

O, doktor İkram Rüstəmovun 

elmi  rəhbərliyi  altında  “Şi­

zofreniya  xəstələrində  ailə 

xüsusiyyətlərinin  xəstəliyin 

gedişatına  təsiri”  mövzu­

sunda  elmi­tədqiqat  işini 

təqdim edib. Münsiflər heyəti 

tərəfindən  maraqla  qarşı­

lanan  bu  tədqiqat  işi  xüsusi 

sertifikata layiq görülüb. 

Forumda  yüksək  nəticə 

əldə    etdiklərinə  görə 

ATU­nun  rektoru,  profes­

sor  Gəray  Gəraybəyli  tələ­

bə ləri 

və 


universitetin 

Tələbə  Elmi  Cəmiyyətinin 

(TEC)  elmi  rəhbəri,  pro­

fessor,  əməkdar  elm  xa­

dimi  Amaliya  Əyyubovanı, 

o  cümlədən  TEC­in  sədri, 

tibb  elmləri  doktoru  Müşfiq 

Həsənovu  təbrik  edib.  ATU­

nun  adını  yüksək  səviyyədə 

təmsil  etdiklərinə  görə  on­

lara  təşəkkür  edən  rek­

tor  G.Gəraybəyli  qazanılan 

uğurların  davamlı  olmasını 

diləyib.


Qeyd  edək  ki,  Dağıstan 

Döv lət  Tibb  Universite­

ti  ilə  ATU  arasında  qarşılıq­

lı  əməkdaşlıq  və  mübadilə 

proqramları mövcuddur. 

Tələbələrimiz Rusiyada keçirilən 

elmi forumda qalib çıxdılar

Aprelin 7-də Azərbaycan 

Tibb  Uni ver sitetinin  Tədris 

Tera pevtik Klinikasında Tib-

bi Şuranın 33 saylı yığın cağı 

keçirilib.

Yığıncağı giriş sözü ilə açan 

klinikanın direktoru, profes-

sor Hüseyn Qabulov klinikanın 

fəaliyyətinin ötən aylarla 

müqayisədə nəzərə çarpacaq 

dərəcədə yaxşılaşdığını deyib: 

“Klinikaya qəbul edilən xəstə 

sayı gözlədiyimizdən də yüksək 

səviyyədədir və bu, hətta aprel 

ayının ilk günlərində də nəzərə 

çarpır”.


O, universitetin rektoru, 

professor  Gəray  Gəray bəy li nin 

əmrinə əsasən bə 

zi şöbələrin 

adlarında edilən də yişikliklərlə 

bağlı məlumatı da diqqətə 

çatdırıb. Direktor bildirib ki, 

edilən dəyişikliklər klinikanın 

fəaliyyətinə öz töhfəsini verəcək.

“I və III pediatriya şö-

bə  lə   ri nin 

profilləri 

uy-

ğun      luq 



təşkil 

etdiyinə 

gö    rə,  birləşdirilərək  “Uşaq  kar-

di   orevmatologiya”şöbəsi  adı  al-

tında birləşdirilib. II pediatriya 

şö 


bəsi “Uşaq pulmonologiya, 

en dokrinologiya, 

allerqologi-

ya” şöbəsi, Ümumi terapiya 

şöbəsinin isə adı dəyişdirilərək 

“Heriatriya şöbəsi” adlandırılıb”.

Qeyd edək ki, Azərbaycanda 

ilk dəfə olaraq Tibb Univer-

sitetinin klinikasının nəzdində 

Heriatriya şöbəsi fəaliyyət göstə-

rəcək. 

Daha sonra gündəlikdə olan 



məsələlərlə bağlı direktorun 

müalicə işləri üzrə müavini, 

dosent Adil Nuriyev çıxış edib.

Şöbələrin mart ayı üzrə 

hesabatını şura üzvlərinin diq qə-

tinə çatdıran A.Nuriyev bildirib 

ki, fevral-mart aylarında xəstə 

qəbulunda artım müşahidə ed-

ilib.

O, endokrinologiya, kardi-



ologiya, revmatologiya, intensiv 

terapiya, qastreontorologiya, 

an gi oqrafiya, III pediatriya şö-

bə  lərinə  və  efferent-terapiya 

mər kəzinə daha çox xəstə qəbul 

edil diyini şura üzvlərinin diq-

qətinə çatdırıb.

Yığıncaq işini cari məsələlərin 

müzakirəsi ilə yekunlaşdırıb.

Azərbaycanda ilk dəfə olaraq Tibb Universitetinin nəzdində Heriatriya şöbəsi fəaliyyət göstərəcək

Aprelin 4-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 

pediatr-allerqoloq, professor Amaliya Əyyubovanın xəstə təhlili ilə bağlı görüşü 

keçirilib.  

Görüşdə proffesor-müəllim heyəti, 

tələbə və rezidentlər iştirak ediblər.

A.Əyyubova şöbəyə pulmonoloji

allerqoloji, endokrinoloji profilli uşaq-

ların qəbul edildiyini və həkimlər 

tərəfindən onlara diqqət və qayğının 

yüksək səviyyədə olduğunu bildirib.

İlk olaraq 16 yaşlı, uzun müddət I 

tip şəkərli diabet xəstəliyindən əziyyət 

çəkən yeniyetmə ilə bağlı təhlil aparılıb. 

Bildirilib ki, o, müraciət edən zaman 

onda tez-tez sidiyə getmə, çoxlu maye 

qəbul etmə şikayətləri aşkar edilmişdi. 

Xəstəlik barəsində ətraflı məlumat verən 

A.Əyyubova zamanında həki mə müraciət 

etmənin gələcəkdə xəstə liyin daha ağır formaya keçməsinin qarşısını alacağını vurğulayıb.

Daha sonra 3 azyaşlının xəstəlikləri ilə bağlı təhlil aparılıb. Onlara boğulma, burun tənəffüsünün 

çətinləşməsi, gözlərdə qaşınma, öskürək, təngnəfəslik və pnevmaniya diaqnozunun qoyulması ilə bağlı 

məlumat verilib. Qeyd edilib ki, son vaxtlar astma xəstəliyi ilə müqayisədə pnevmaniya xəstəliyi daha 

geniş yayılıb.

Qeyd edək ki, klinikada xəstə təhlili ilə bağlı keçirilən görüşlər silsilə xarakteri daşıyır.



Uşaqlar arasında pnevmaniya xəstəliyi artıb

• 

Aprelin 11-də Türkiyənin Bursa 



şəhərində fəaliyyət göstərən Medika-

bil Xəstəxanasının nümayəndələrinin 

iştirakı ilə Azərbaycan Tibb Universite-

tinin Tədris Cərrahiyyə Klinikasında 

konfrans keçirilib.  

ATU­nun  rektoru,  professor  Gəray 

Gəraybəylinin  təşəbbüsü  ilə  baş  tutan 

konfransdan öncə idarə heyətinin sədri 

professor  Ömər  Faruk  Bilgən,  Medika­

bil  Yalın  Sağlıq  İnstitutu  koordinato­

ru,  professor  Aysun  Yilmazlar  və  digər 

nümayəndə  heyətinin  üzvləri,  Tədris 

Cərrahiyyə  Klinikasının  rəhbərliyi  və  şöbə 

müdirləri arasında görüş olub. 

Klinikanın  direktoru,  professor  Surxay 

Hadıyev və baş həkim, profesoor Rauf Ağa­

yev  qonaqları  klinikanın  həkimləri  və  bir 

cox  şöbələrinin  fəaliyyəti  ilə  tanış  ediblər 

və  keçiriləcək  konfrans  haqqında  fikir 

mübadiləsi aparıblar. Qeyd olunub ki, konf­

ransın məqsədi tibbi idarəetmə və xəstəxana 

xidmətlərinin  mükəmməlləşdirilməsi  sahə­

sində yeni sistemin tətbiq olunmasıdır.

Konfransda  Türkiyənin  Kaizen  Universi­

tetinin  koordinatoru  Dr.  Muhsin  Güneşlik, 

Kaizen Universitetinin müdiri Şafak Aydın və 

Medikabil  Yalın  Sağlıq  İnstitutu  koordina­

toru  professor  Aysun  Yilmazlar  məruzə  ilə 

çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan Tibb Universite­

ti ilə Türkiyənin Medikabil Xəstəxanası ara­

sında imzalanmış memorandum var. Memo­

randumun əsas məqsədi akademik mübadilə 

və əməkdaşlığın genişləndirilməsidir.




Yüklə 295,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə