İKİNCİ Cİld on iKİNCİ FӘSİL



Yüklə 1,43 Mb.
səhifə11/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

SƏRXOŞLUQ AYƏSİNİN NƏSXİ


Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza yaxınlaşmayın). (4\43).

Alimilərin bir çoxununu fikrincə bu ayə nəsx olunmuşdur. Lakin onun hansı ayə ilə nəsx olunduğu haqda müxtəlif fikirlər irəli sürülmüşdür.

Qətadə, Mucahid və Həsən Bəsri ayənin, şərabın haram hökmünü verən ayə ilə nəsx olunduğuna istinad etmişlər. İbni Abbasdan nəql olunmuş rəvayətdə isə Maidə surəsinin 6-cı ayəsi ilə nəsx olunduğu göstərilir.

(İza əqimtumussəlati fəğsilu vucuhəkum və əydikum iləl mərafiqi – Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər [və ya dirsəklərinizdən daxil olmaqla yuyun.])

İrəli sürülmüş hər iki nəzəriyyə ilə tanış oldunuz. Lakin bizim nəzərimizcə onların hər ikisi batil və əsassızdır.

1. Sərxoşluq ayəsi ilə nəsx olunması:



Deyilir: sərxoşluq və şərabın haramlığı yalnız aiddir. Lakin şərabın haramlığı haqda nazil olmuş ayə bu hökmü nəsx etmiş, sərxoşluq və şərabın tək namaz üçün deyil, bütün hallarda haram olduğunu bəyan edən hökm ilə əvəz etmişdir.

Cavab:

Əvvəla bu ayə heç də namazdan qeyri hallarda şərabın içilməsinə dəlalət etməyir ta şərabı haram edən ayə ilə nəsx olunmuş olsun. Digər tərəfdən isə bu ayə nazil olmazdan əvvəl şərabın haramlığı haqda qəti hökm verilmişdir. Belə olduğu bir halda necə belə bir qənaətə gəlmək olar ki, bu ayə şərabın [namazdan qeyri hallarda] içilməsinə icazə vermiş və [sonralar] başqa bir ayə ilə nəsx olunmuşdur.

Bu məzmunda dediklərimizi təsdiq edəcək bir neçə mö᾽təbər rəvayət nəql olmuşdur və biz onlardan bir neçəsinə işarə edirik.

Abdullah ibni Ömər deyir: Şərabın haram olunmasına dair üç ayə nazil olmuşdur. Nazil olmuş ilk ayə Bəqərə surəsinin 219-cu ayəsi olmuşdur. Orada deyilir:

(Yəs᾽əlunəkə ənil xəmri vəl məysiri qul fihima ismun kəbirun və mənafiu linnasi və isməhuma əkbərumin nəfiha – [Ya Məhəmməd] Səndən içki və qumar [meysir] haqqında sual edənlərə söylə: Onlardan həm böyük günah, həm də insanlar üçün mənfəət [dünya mənfəəti] vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!)

Abdulla deyir: Bu ayə nazil olduqdan sonra [əshbadan] bə᾽ziləri dedilər: Şərab haram olundu [və bununla kifayətləndilər]. Digərləri Peyğəmbərin (s) yanına gəlib dedilər: Ya Rəsulullah! Bizə icazə ver şərabın dünyəvi mənfəətlərindən bəhrələnək! Peyğəmbər (s), onların bu istəklərinin müqabilində bi şey söyləməyib sükut etdi və sonra bu ayə nazil oldu:



Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza yaxınlaşmayın) (4/43).

Bu məzmunda Əbu Hüreyrədən də başqa bir rəvayət nəql olmuşdur.

Əbu Səid nəql etdiyi rəvayətdə deyir: Şərabı haram edən ayə nazil olduqdan sonra Ömər ibni Xəttab dedi: İlahi! Şərabın haramlığını bizlər üçün daha da aşkar et! Sonra bu ayə nazil oldu.

[Ya Məhəmməd!] Səndən içki və qumar [meysir] haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah...) (2/219).

Bu ayə Ömərə oxundu, lakin o bundan qane olmayıb dedi: İlahi! Şərabın haramlığını bizlərə daha da aşkar et! Sonra bu ayə nazil oldu.

(Ya əyyuhəlləzinə amənu la təqrəbussəlatə və əntum sukara – Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza yaxınlaşmayın) (4/43).

Əbu Məsirə deyir: Bu ayə nazil olduqdan sonra Peyğəmbərin (s) müəzzini azan verdikdən sonra uca səslə hamıya e᾽lan etdi: Bundan sonra kimsə sərxoş ikən namaza yaxınlaşmasın [gəlməsin]! Ömərə oxunan bu ayəni o üçüncü dəfə təkrar etdi: İlahi! Şərabın haramlığını bizlər üçün daha da aşkar et: Maidə surəsinin 91-ci ayəsi nazil oldu:



Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər! Artıq bu işə son qoyacaqsınızmı!?) (Ayənin sonundakı «fəhəl əntum muntəhun – artıq bu işə son qoyacaqsınız!?) cümləsinə çatdıqda Ömər lərzəyə gələrək uca səslə dedi: (İntəhəyna! İntəhəyna – Əl çəkdik! Əl çəkdik!)27

«Bəli! Hökmü cani-dildən qəbul etdik və şərabdan əl çəkdik».

Bir qədər fərqli olaraq bu rəvayəti Nəsaidə öz kitabında nəql etmişdir. Rəvayətdən belə nəticəyə gəlmək olur ki, ayə nazil olmazdan əvvəl şərabın haramlığına dair qəti hökm verilmişdir və bu ayə hökm verildikdən sonra nazil olmuşdur. Bütün bunlar şərabın haramlığına dair nazil olmuş ayənin bu ayə ilə nəsx olunmasının tamamilə əsassız olduğunu bir daha sübuta yetirir.

2) Hökmün dəstəmaz ayəsi ilə nəsxi:

Haqqında söhbət açdığımız ayənin nəsx olunmasına dair irəli sürülmüş iki nəzəriyyə hökmün [ayənin] dəstəmaz ayəsi ilə nəsx olmasıdır. Çünki, bu ayə yalnız namaz halında məst olmamağı əsas şərt hesab edir. Dəstəmaz ayəsi nazil olmaqla namaz üçün dəstəmazın əsas şərt olduğu göstərilir və beləliklə əvvəlki hökm öz qüvvəsini itirərək nəsx olunur.

Cavab:

Namaz istər dəstəmaz, istərsə də dəstəmazsız məst halında qılınmamalıdır.

Demək haqqında söhbət açdığımız ayənin, dəstəmaz ayəsi ilə heç bir əlaqəsi yoxdur. O ki, qaldı dəstəmaz ayəsinə, buradan ən başlıca məqsəd namaz üçün dəstəmazın əsas şərt olduğunu bəyan etməkdir.

Belə bir açıqlama ilə bəlli olur ki, bu iki ayə arasında heç bir ziddiyyət yoxdur və bu halda onların birinin digərini nəsx etməsi də təbii ki, qeyri-mümkündür.


FƏRZİYYƏ VƏ CAVAB


Nəsx nəzəriyyəsinin tərəfdarları belə təsəvvür edə bilərlər ki, sərxoşluq deyildikdə, yüngül və namazın qılınmasına azacıq da olsun xələl gətirməyən [yə᾽ni insan özünü idarə edə biləcək həddə] sərxoşluğun yüngül mərhələsi nəzərdə tutulur. Çünki belə olduğu bir halda onun üzərinə heç bir məs᾽uliyyət düşməyəcək Allah da onu namaz qılmağa qadağan etmiş olsun. Demək sərxoşluq deyildikdə insanın öhdəsinə düşən məs᾽uliyyətlərdən çəkindirməyəcək [nəzərdə tutduğu işləri həyata keçirməkdə mane olmayacaq] məstlik və sərxoşluq nəzərdə tutulur. Nisa surəsinin 43-cü ayəsində isə insana bu halda namaz qılmaq yasaq olunur. Bir halda ki, alimlərin bə᾽zilərinin fikrincə bu şəxs namazdan uzaqlaşmamalı, əksinə üzərinə düşən bu dini [şər᾽i] məs᾽uliyyəti yerinə yetirməlidir. Bu səbəbdən də həmin dəstəmaz hökmü [ayəsi] ilə nəsx olunmuş və namazın ən başlıca şərti sərxoş olmamaq deyil, dəstəmazlı olduğu göstərilmişdir.

Cavab:

Ayə haqda belə bir təsəvvür olduqca əsassızdır. Çünki, ayənin özündə (Hətta tə᾽ləmu ma təqulun – nə dediyini anlamayana qədər...) cümləsi ilə insanın heç nəyi dərk edə bilmədiyi sərxoşluq nəzərdə tutulur.

Ayədə sərxoş şəxslərin üzərinə düşən məs᾽uliyyətin əql və şüursuzluqla heç bir ziddiyyəti yoxdur, çünki sərxoş halda insan namaz qılmağa qadir olmasa da, insan öz əməli ilə əql və şüurunu itirdiyi üçün üzərinə düşən məs᾽uliyyəti yerinə yetirməlidir. Yə᾽ni əvvəlcədən əqli çatışmamazlığa düçar olan şəxslərin üzərinə heç bir məs᾽uliyyət düşməyir, insan özü buna səbəb olduqda isə məs᾽uliyyətlər onun üzərindən götürülməyir.

Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, ayədə sərxoşluq deyildikdə, insanın öz əməli ilə əql və şüurunu itirib belə bir hala düşməsi nəzərdə tutulur. İnsan öz əməlləri ilə belə bir şəraitin yaranmasına səbəb olmamalı və belə bir qeyri-ixtiyari hala düşdükdə namaz qılmaqdan çəkinməlidir. Bu, Qur᾽anın sabit və nəsx olunmayan hökmlərindəndir. Allaha iman gətirmiş hər bir şəxs şərtsiz olaraq buna iman gətirmiş və əməli olaraq bunu həyata keçirməlidir.



Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə