Islamın gözəllikləri


Beşinci: Iqtisadi zərərləri



Yüklə 3,26 Mb.
səhifə13/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Beşinci: Iqtisadi zərərləri;

Içkinin iqtisadiyyata da mənfi təsiri vardır. Şərab zavodlarının sahibkarları içkinin satışından faydalansalar da, digər orqanlar: səhiyyə, ümumi və xüsusi yardım mərkəzləri, sığorta şirkətləri, fərdlər və s. hamı bundan zərər çəkir. Onlar, içkinin verdiyi ziyanların qarşısını almaq üçün külli miqdarda pul xərcləyirlər. Həmçinin bu səbəblə zərər çəkənlərə də çox zərər dəyir. Britaniyada nəşr olunan jurnalların birində deyilir: Içkidən dəyən birillik tibbi ziyan 640.000.000. funt-sterlinqə bərabərdir. Ümumən sərxoşedi­ci­lər­dən dəyən birillik ziyan isə 20.000.000. funt-sterlinqə bərabərdir.

Amerikanın təbabəti haqda yazılan kitabların birində deyilir: Sərxoşedicilərdən Səhiyyəyə dəyən illik ziyan 136.000.000. dollardır.

Içkiyə görə istehsalın azalması nəticəsində Amerikanın iqtisadiyyatına ildə 71.000.000. dollar zərər dəyir.

Bu, murdar içkinin dünya xalqlarına vurduğu ziyandır. Ağıllı insan dərk edir ki, hikmət və elm Sahibi olan Allah içkini öz məxluqatına mərhəmət olaraq haram etmişdir.

Səkkizinci: Qumar;

O, hər bir oyun və ya müsabiqədə təyin edilmiş qazancdır. Allah taala onu bu kəlamları ilə haram etmişdir:

                                        (المائدة:90-91)

"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaqla sizi zikr etməkdən və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə: 90, 91).

Qumarın zərərləri çoxdur. Onlardan bəzilərini sadalayaq:


  1. O, insanı Uca Allahı zikr etməkdən yayındırır. Bu haqda keçən ayədə buyurulmuşdur ki, qumar oynayan adam oyuna pul qoyduğu üçün həmin oyunda ya udar, ya da uduzar. Ona görə də bütün fikrini və diqqətini oyuna cəmləşdirdiyi üçün namaz və s. ibadətlər yadından çıxar.

  2. O, insanlar arasında kin-küdurətə və düşmənçiliyə səbəb olur. Çünki qumara pul qoyub uduzmuş adam udana paxıllıq və düşmənçilik edir. Bu hətta onu öldürmək dərəcəsinə də gətirə bilər. O, uduzduğunu düşündükcə həmin adama düşmənçiliyi daha da artar.

  3. O, evləri dağıdır, varlıları zəlil, kasıb, hətta dilənçi də edir. Çox varlıların qumarda var-dövlətini uduzduğunun şahidi oluruq. Uduzmaq azmış kimi, hələ onlara borclu qalanlar da olur. Qumarbazlar onun izinə düşərək ondan qalan borclarını da istəyərlər. Belələri haqda gündəlik qəzetlərdə çox yazılır. Belə halda onları dilənçi, ondan-bundan pul istəyən kimi də görmək mümkündür. Allah taalaya, bizi belə pis əməl­lərdən qoruduğuna görə şükr edirik!

  4. Qumarbazın arvadı, uşaqları və ailəsi ən pis güzəranlı və bədbəxt ailədir. Çünki qumarbaz evində olanların hamısını qumara qoyar və ailəsini bədbəxt edər. Onların gözləri önündə mallarını əllərindən alıb faydasız bir oyuna xərclədiyini görərlər.

  5. Qumarbazın qan təzyiqi yüksələr, qəlbi xəstəliklərə düçar olar. Hisslərini boğaraq, öz malını qorumaq, digər qumarbazın malını udmaq arzusu ilə gecələri oyaq qalmaq onun üçün bir xəstəlikdir. Çünki bütün bu əziyyətlərdən sonra uduzarsa bu qəlb xəstəliyi və ya qan laxtalanmasına səbəb ola bilər. Hətta yaşlı qumar­bazların çoxu, oyun vaxtı səhhətlərini yoxlamaq üçün özləri ilə həkim də gətirirlər. Buna baxmayaraq onların əksəriyyəti həyatını qumar masası arxasında itirirlər. Bunu hamı bilir və hamıya məlumdur. Bəziləri oyundan sonra özlərini intihar edirlər. Avstraliyanın Melburn şəhərində qumar oynamaq üçün məşhur yer vardır. Bu yerin yaxınlığında dənizin üzərindən keçən böyük bir körpü vardır. Bir neçə etibarlı adam mənə deyib ki, qumarda uduzanların çoxu buraya gəlib intihar edirlər. Allah taala bizi belə əməllərdən saxlasın! Belə pis nəticəsi olan işin, nəyi gözəldir?!

  6. Qumar iqtisadiyyatı məhv edir və istehsalatı zəiflədir. Çünki qumarda istehsalsız qazanc vardır. Bu nə sənayedir, nə də əkinçilik. Bu baxımdan da iqtisadiyyata zərər dəyir.

  7. Qumar, qumarbazı şirnikləndirir və o, son ana qədər ya udmağa ya da uduzmağa məcbur olur. Bu gün udan, mütləq sabah uduzacaqdır. Hətta bəzi Avropa dövlətlərində qumara olan şirnikləndirici həvəsi müalicə etmək üçün xəstəxanalar da açılmışdır.

Deyilən bu haram və iyrənc əməllər və onların sadalanan zərərləri, İslamın onları haram etdiyinə görə bizə onun gözəlliyini və mükəmməlliyini göstərir. Allah taala bu əməlləri bəndələrinə mərhəmət olaraq, dünya xoşbəxtliyi və daimi axirət səadətinə qovuşmaq üçün, haram etmişdir.

Allah taala hər bir şeyi onun pisliyi və zərərinə görə haram etmişdir. Lakin belə məqamda bunların hamısını xatırlatmaq mümkün deyildir. Deyilənlərdə ağıl sahibləri üçün kifayət qədər xəbərdarlıq vardır. Allah taala istədiyinə hidayət verər və ona doğru yolu bəxş edər.



Beşinci fəsil:

İslamın, cinayətlərə qarşı təyin etdiyi cəza tədbirlərində gözəllikləri:
Heç şübhəsiz ki, İslam şəriətinin qoyduğu qayda-qanunlar özündə hikmət və özəlliklərə malikdir. Bu qanunlar insanlar üçün faydalıdır. Bunu hamı və ya müəyyən adamlar yaxşı bilirlər. İslam şəriətinin əmr etdiyi hər bir işi ağıl və dərrakə ilə araşdırdıqda onun faydalı və qənaətbəxş olduğunu görərik. Həmçinin qadağan etdiklərini də belə araşdırdıqda bu işlərin doğrudan da bəşəriyyət üçün təhlükəli və zərərli olduğunun açıq-aşkar şahidi oluruq. Lakin bunları dərk etmək üçün ağıl və dərrakə nəfsi istəklərdən və kor-koranə təqliddən uzaq olmalıdır. İslam şəriətinin hikmətli şəriət qaydalarından biri də hökm və qisasdır. Bu məsələnin açıqlaması belədir:

Birinci: Hökmün tərifi və cəza tələb edən cinayətlər;

Hökm - şəriətin təyin etdiyi cəza tədbirləridir. Onlar, Allah taalanın iradəsinə qarşı törədilən cinayətin cəzasıdır.

Hökmün tətbiq edildiyi cinayətlər məhduddur. Məsələn, mürtədlik, zina, böhtan, içki içmək və s.

Ikinci: Qisas və digər şəriət hökmlərinin tətbiqində İslam gözəlliklərinin bir hissəsinin sadalanması;

Mühakimə edilmə və qisas, cinayətlərin qorxuducu cəzasıdır. Bu hökm və qisaslar bəndələrə bir mərhəmət olaraq şəriət qayda-qanunu edilmişdir. Çünki bu cəzalar cinayətkarları qorxudur və fitnə-fəsadın qarşısını alır. Bunun bir çox gözəllikləri vardır və bunlardan aşağıdakıları demək olar:



  1. İslam şəriətinin buyurduğu hökmlər insan ağlının məhsulu deyil. Bu bir ilahi rəhmətdir. Allah taalaya iman gətirən hər bir bəndənin qəlbində bu ehkamlara xüsusi məhəbbət vardır. Onlar bu ehkamları tətbiq etməklə savab qazanmağa çalışırlar. Bu da cinayətlərin daha asanlıqla aşkar edilməsinə zəmin yaradır. Buna açıq-aşkar dəlil, cinayət edənlərin öz cinayətlərini etiraf etməsidir. Onlar, özlərini etdikləri cinayətdən təmizləmək üçün, Allahın hökmünün tətbiq edilməsini tələb edirlər.

  2. Bu insan fitrətinə uyğun gəlir. Çünki bu qayda-qanunlar aləmlərin Rəbbi Allah taala tərəfindən nazil olmuşdur. Allah taala bütün məxluqatın, eləcə də insanın Xaliqidir. Ona görə də O, insana fayda və zərər verən, onu qorxudan və həvəsləndirən nə varsa hamısını biləndir. Bu səbəbdən də Allah taala insana uyğun olan qayda-qanun təyin etmişdir.

  3. Allahın qoyduğu qayda-qanun hər bir zaman keçərlidir. Çünki o, hər bir incəlikləri, keçmişi və gələcəyi bilən Allah taala tərəfindən nazil edilmişdir. Ona görə də bu qayda-qanunun digərləri kimi təkmilləşdirilməyə, dəyişikliyə və yeniliyə ehtiyacı yoxdur. Çünki insan təfəkkürü məhduddur. Ona görə də Allah taala insanların əmin-amanlıqda yaşamaları üçün sabit və dəyişməz qayda-qanunlar qoymuşdur ki, cinayətkarlar öz cəzalarını bilsinlər və həzər etsinlər.

  4. Cəza yalnız cinayətkara verilir. Bu cəza cinayətlə əlaqəsi olmayanlara tətbiq edilə bilməz. Allah taala buyurur:

{           } (الأنعام:164)

"Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz...." (əl-Ənam: 164)

Bəzi hallarda cinayətkarın yaxınları zərər çəkə bilərlər. Məsələn, cinayətkarın cəzalanması nəticəsində onun ailəsi həmin adamdan uzaq düşdüklərinə görə müəyyən qədər cəzalanırlar. Lakin həmin cəza bu hökmün tətbiqi ilə nəticələnir. Bu, hökmün əsas məqsədində qəsd edilmir.



  1. Bu cəzalar hər kəs üçün eynidir. Cəzaların tətbiqində, varlı ilə kasıb, şərəfli ilə sıravi, ağ ilə qara, hakim ilə camaat arasında heç bir fərq yoxdur. Hər kəs cinayətinə uyğun cəzasını alır və bu zaman onların heç bir üstün cəhətləri nəzərə alınmır. Şəriətin təyin etdiyi cəza tədbirləri yalnız həmin cinayətkara tətbiq edilməlidir. Həmçinin cinayətkarın ictimaiyyət arasında olan nüfuzu da buna təsir edə bilməz. Imam Buxari və Müslim “Səhih” adlı kitablarında Aişədən rəvayət etdikləri hədisdə deyilir:

أن قريشا أهمهم شأن المرأة المخزومية التي سرقت، فقالوا: ومن يكلم فيها رسول الله e؟ فقالوا: ومن يجترئ عليه إلا أسامة بن زيد، حب رسول الله e ؟ فكلمه أسامة، فقال رسول الله e:«أتشفع في حد من حدود الله ثم قام فاختطب ثم قال: أيها الناس إنما أهلك الذين قبلكم، أنهم كانوا إذا سرق فيهم الشريف تركوه، وإذا سرق فيهم الضعيف أقاموا عليه الحد، وأيم الله لو أن فاطمة بنت محمد سرقت لقطعت يدها». أخرجه البخاري في صحيحه ومسلم

"Qüreyşlilər əl-Məxzum qəbiləsindən olub, oğurluq edən bir qadını müdafiə edirdilər. Onlar dedilər: Kim Peyğəmbərin yanına gedib ondan bu qadının bağışlanması üçün üzr istəyər. Orada olanlar: Bunu, Peyğəmbərin sevimlisi olan, Usamə ibn Zeyddən başqa kim bacarar, dedilər! Usamə Peyğəmbərin yanına gəlib bu haqda ona danışdı. Peyğəmbər buyurdu: "Sən Allahın təyin etdiyi bir cəza haqda üzrxahlıqmı edirsən?" Bundan sonra Peyğəmbər insanlara xütbə verdi və buyurdu: "Ey insanlar! Sizdən əvvəlki ümmətlərin həlak olma səbəbi budur: onlar adlı-sanlı adam oğurluq edəndə onu azad edər, zəif insan oğurluq etdikdə isə ona oğruluğun cəzasını tətbiq edərdilər. Allaha and olsun! Əgər Məhəmmədin qızı Fatimə oğurluq etsəydi, onun da əlini kəsərdim!".1"

  1. İslam şəriəti bunları buyurmaqda ədalət və insafa əsaslanır. Hər iki tərəfə: cinayətkar və zərərçəkənə - heç bir zülm olunmaz. Cinayətkarın cəzası şişirdilərək ağırlaşdırılmaz, həmçinin cinayətkarın cəzası lazımı dərəcədən aşağı salınaraq zərərçəkənə zülm olunmaz. Hər cinayətin öz cəzası təyin edilər. Zalımdan, etdiyi zülmün əvəzi alınar. Məsələn, əgər cinayətkar haqsız yerə bir adamın həyatına qəsd edibsə, etdiyi cinayətin növünə uyğun cəzalandırılmalıdır. Çünki cəza cinayət əməlinin tərkibi ilə eyni olmalıdır. Allah taala buyurur:

                           (الإسراء: 33)

"Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bu hökmləri ilə) ona artıq kömək olunmuşdur." (əl-İsra: 33).

  1. İslam şəriətinin bu qanunları və cəza tədbirlərini təyin etməklə mötəbər zəruri məsələləri qorumaq üçün çalışır. Biz insanların zəruri işlərini saysaq, onların beş əsasa döndüyünü görərik və onlar: dinin qorunması, nəfsin qorunması, ağlın qorunması, namus və nəslin qorunması, mal-dövlətin qorunmasıdır. Şübhə yoxdur ki, insan həyatı bu xüsusiyyətləri qorumağın əsasında bərqərar olmuşdur. Çünki gözəl insan həyatı bu mühüm qaydaların olması ilə mümkündür. Bunların hər hansına düşmənçilik etmək çox böyük cinayətdir. Ona görə də bu düşmənçilikdən çəkindirmək üçün güclü və qorxulu cəza tədbirləri lazımdır.

Bu məntiqlə İslam belə cəza tədbirlərini şəriətin qaydalarından etmişdir. Məsələn, ağılı qorumaq və mühafizə etmək üçün, sərxoşedici maddələri və uyuşdurucuları haram etmiş, sərxoşluğun cəzasını da müəyyənləşdirmişdir. Nəsil və namusu qorumaq üçün zinakarlığı (kəbinsiz cinsi yaxınlığı) və iffətli qadınlara böhtan atmağı haram etmiş, zina və böhtanın cəzalarını bildirmişdir. Var-dövləti qorumaq üçün isə, ona oğurluq və soyğunçuluq vasitəsilə düşmənçilik etməyi haram etmiş, oğurluq və soyğunçuluğa qarşı cəzalar təyin etmişdir.

Ona görə də İslam dini bu zəruri qaydaları himayə edir. Qisası və müəyyən cəzaları təyin etməklə bu düşmənçiliyin qarşısını alır. Bununla da insanlar gözəl və firavan həyat qururlar.



  1. İslam şəriəti cinayətkarı bir neçə baxımdan nəzərə alır:

  1. Cinayətkarın cinayət etməsinin isbatı və cəzaya layiq görülməsinin təsdiqi: İslam şəriəti, cinayətkarın cina­yətinin isbat edilməsində çox ciddi şərtlər qoymuşdur. Məsələn, şərtlərdən biri, cinayətkarın bu cinayəti öz istəyi ilə, heç bir təzyiq olmadan və zərurət olmadan etməsidir. Həmçinin cinayətkar yetkinlik yaşına çatmalı, ağıl sahibi olmalı, etdiyi əməlin - cinayətin qadağan olmasını və cəzasını bilməlidir. Əgər cinayətkar cinayətini zorla, zərurət üzündən edərsə, yaxud azyaşlı olarsa, etdiyi cinayətin qadağan olmasını və onun cəzasını İslamı yeni qəbul etdiyinə və ya başqa səbəblərə görə bilməzsə, ona cəza tətbiq edilməz. Bu halda o, üzrlü hesab edilər.

  2. Eyni cinayəti törətmiş cinayətkarlara müxtəlif cəza tətbiqi. Məsələn, zinakarın evli və ya subay olmasına görə cəzasının fərqli olması.

  3. Cəzanın tətbiqi: İslam şəriəti, ölüm cəzası üçün həddi-buluğa çatmamış cinayətkarın halını nəzərə alır. Məsələn, əgər cinayətkar sağalmaq ümidi olan xəstəlik daşıyarsa, yaxud hamilə və ya nifaslı qadın olarsa, belə halda ona cəzanın tətbiq edilməsi ilə həlak olma təhlükəsi ehtimal edilərsə, onda cəza cinayətkar sağalandan sonra həyata keçirilir. Çünki cəza tədbiri cinayətkarı həlak etmək üçün deyil, onu etdiyi əməlindən çəkindirmək üçün tətbiq edilir.

  4. Cəza tətbiq olunan adamın şərəfinin qorunması: Onu cəza tətbiq edilən vaxt və ya sonra söymək, lənətləmək qadağandır. Əgər onun cəzası ölümlə nəticələnərsə onun üçün cənazə namazı qılınır, dua edilir və rəhmət oxunur.

  1. Xəbərdarlıq edilmiş cinayətlərin cəzasının şiddətli olması: İslam şəriəti yalnız dünyada gözə dəyən və sübut edilə biləcək cinayətlərin cəzasını həyata keçirir. Cinayət çox gözə dəydikcə cəzası da bir o qədər şiddətli edilmişdir. Əgər cinayətkar cəzasız buraxılsaydı onda cəmiyyətdə fitnə-fəsad tüğyan edər və cəmiyyət korlanardı.

Çox vaxt ələ düşmüş cinayətkar əvvəllər də başqa cinayətlərin səbəbkarı olur. Ona görə də tətbiq edilən cəza sadəcə indiki cinayətinin deyil, əvvəlki cinayətlərinin də cəzası olur. Məsələn, təsəvvür edin ki, zina edən adamı dörd nəfər şahid görmüşdür. Bu dəlil deyil mi ki, həmin adam artıq dəfələrlə belə cinayət etmiş və indi bunu gizlidə deyil, aşkarda etməkdən belə çəkinmir?!

Ona görə də cinayəti aşkarda edənin cəzasının daha da şiddətli olmasını qanuniləşdirmək İslam şəriətinin bir gözəlliyidir. Kim başqalarının namusunu tapdalayar və cinayəti aşkara çıxarsa, onun cəzası etdiyi əməlin miqdarına yetişər. Bu dünyada aşkar edilməyən cinayət Allah taala tərəfindən gizli saxlanar.

Dediklərimiz, cinayətlərlə bağlı qanunlarda İslam şəriətinin bəzi gözəllikləri idi. Şübhə yoxdur ki, İslam şəriətinin buyurduğu qanunlar bəşər övladının bildiyi ən gözəl qanun və qaydalardır. O, bütün insanların hüquqlarını qorumağa və cinayətkarın cəzasını verməyə qadirdir.

Buna ən gözəl misal ərəblərin İslamdan əvvəl və sonrakı vəziyyətlərini göstərmək olar. Onlar İslamdan əvvəl bir-birlərinə qarşı düşmən, qatil, zalım, soyğunçu, zinakar, sərxoş və s. bu kimi cinayətlərin sahibləri idilər. Lakin İslamdan sonra onlar, bir-birlərinə qarşı mehriban, doğma, təmiz qəlbli, nəvazişli, ədalətli, əmin və s. gözəl əxlaqlı oldular...



Üçüncü: Cəzaların növləri, onların şəriətdən olan əsasları, hər cəzanın İslam şəriətinin gözəlliyinə dəlil olan özəlliklərinin qeydi;

Birinci: Zinanın (kəbinsiz cinsi yaxınlığın) cəzası;

Heç şübhəsiz zina etmək təhlükəli cinayətdir. Onun fəsadları həddindən artıq çoxdur. Ona görə də İslam şəriəti zina etməyi haram buyurmuş və onun üçün ciddi cəza təyin etmişdir.

Allah taala buyurur:

                               (النور:2)



"Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir)." (ən-Nur: 2).

Əbu Hüreyrə və Zeyd ibn Xalid əl-Cuhəni deyirlər ki, ərəblərdən (bədəvi ərəblərdən) bir kişi Peyğəmbərin  yanına gəldi və dedi:

إن رجلا من الأعراب أتى رسول الله e فقال: يا رسول الله! أنشدك الله إلا قضيت لي بكتاب الله. فقال الخصم الآخر - وهو أفقه منه -:نعم، فاقض بيننا بكتاب الله، وائذن لي، فقال رسول الله e: «قل». قال: إن ابني كان عسيفا على هذا، فزنى بامرأته، وإني أخبرت أن على ابني الرجم، فافتديت منه بمائة شاة ووليدة، فسألت أهل العلم فأخبروني: أنما على ابني جلد مائة وتغريب عام، وأن على امرأة هذا الرجم. فقال رسول الله e: «والذي نفسي بيده لأقضين بينكما بكتاب الله، الوليدة والغنم رد، وعلى ابنك جلد مائة وتغريب عام، اغد يا أنيس إلى امرأة هذا، فإن اعترفت فارجمها». قال: فغدا عليها فاعترفت، فأمر بها رسول الله e فرجمت. أخرجه البخاري في صحيحه ومسلم



“Ey Allah Elçisi! Səni Allaha and verirəm! Mənə Allahın kitabı ilə hökm ver! Onun yanında olan digər şikayətçi adam da dedi: Bəli, bizə Allahın kitabı ilə hökm ver! deyərək danışmağa izn istədi. Peyğəmbər dedi: "De!". O, dedi: Mənim oğlum bunun yanında muzdlu işləyirdi və oğlum bunun arvadı ilə zina etmişdir. Mənə dedilər ki, sənin oğlun daşqalaq edilməlidir. Mən bunun əvəzinə həmin adama 100 qoyun və bir qadın kölə vermişəm. Sonra elmli insanlardan bu haqda soruşduqda dedilər ki: sənin oğluna yüz çubuq vurulmalı və bir il müddətinə yaşadığı yerdən uzaqlaşdırılmalıdır. Bunun arvadı isə daşqalaq olunmalıdır. Peyğəmbər buyurdu: "Nəfsim əlində olana and olsun! Sizin aranızda Allahın kitabı ilə hökm kəsəcəyəm! Qadın kölə və qoyunlar qaytarılmalı, sənin oğluna yüz çubuq vurulmalı və bir il müddətinə yaşadığı yerdən uzaqlaşdırılmalıdır." Sonra Peyğəmbər buyurdu: "Ey Uneys! Bu adamın arvadının yanına get və əgər zina etdiyini etiraf etsə onu daşqalaq et!". Rəvayətçi deyir: Uneys o qadının yanına getdi və həmin qadın zina etdiyini etiraf etdi. Sonra Peyğəmbər onu daşqalaq etməyi əmr etdi1.

Zinanın cəzasının təyin edilməsində hikmət:

  1. Insanın şəhvət (ehtiras) hissləri onu cinsi yaxınlığa məcbur edir. Ona görə şəhvətini (ehtiras hisslərini) şəriətə zidd yolla ödəmək istəyənlərə qarşı ciddi və qorxuducu cəza təyin edilməlidir. Əks halda cəmiyyətdə güclü fitnə-fəsad olar, insanların namus-qeyrətləri tapdalanar. Bu səbəbdən zinanın qarşısını almaq üçün kəskin cəza təyin edilməlidir.

  2. İslam şəriəti öz adilliyinə görə evli ilə subayın zina etmə cəzasını fərqli etmişdir. Əgər zina edən adam subaydırsa onun cəzası həlakedici olmaz. Ona yüz çubuq vurular və bir illik yaşadığı yerdən uzaqlaşdırılar ki, şallağın, tənhalığın, vətəndən və ailədən ayrı düşməyin dadını bilsin və bir daha zina etməyə qayıtmasın. Əgər zina edən adam evlidirsə, o bu əməli ilə özünün cəmiyyətə layiq olmadığını isbat edir və onun cəzası da hamıya bəllidir.

Bu cəza zahirən şiddətli görsənsə də rəhmət və mərhəmət onun içərisindədir. Dörd nəfər şahid necə şahidlik edə bilərlər ki, onlar kiminsə zina etdiyini görüblər. İslam cəzanı şiddətli etməklə yanaşı, məsələnin tətbiqinə ehtiyatlı yanaşmışdır.

İslam şəriətinin təyin etdiyi zina cəzası cəmiyyət üçün xeyirlidir. Çünki belə halda hər kəs öz ailəsinə xəyanət edilməyəcəyinə əmin olar. Beləliklə, cəmiyyəti mehribançılıq və ülfət bürüyər.


İkinci: Qəzfin (zina isnad etməklə böhtan atanların) cəzası;

Qəzf: Namuslu qadına zina etməyi isnad edərək ona böhtan atmaqdır. Allah taala bu əməli haram edərək buyurur:

{                                } (النور:4-5)

"İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!" (ən-Nur: 4-5).

Əbu Hureyrə Peyğəmbərin  belə buyurduğunu deyir:

عن النبي e قال: «اجتنوا السبع الموبقات». قالوا: يا رسول الله ما هن ؟ قال: «الشرك بالله، والسحر، وقتل النفس التي حرم الله إلا بالحق، وأكل الربا، وأكل مال اليتيم، والتولي يوم الزحف، وقذف المحصنات المؤمنات الغافلات». سبق تخريجه



"Yeddi böyük günahdan çəkinin!" Səhabələr soruşdular: Ey Allahın Elçisi! Onlar hansılardır? Peyğəmbər buyurdu: "Allaha şərik qoşmaq, sehr, haqsız yerə Allahın haram buyurduğu insanı öldürmək, sələm yemək, yetimin malını yemək, qızğın döyüş meydanından qaçmaq, namuslu, iffətli və zinadan bixəbər mömin qadınlara böhtan atmaq"1.

Peyğəmbər  möminlərin anası Aişəyə atılan böhtana görə, qəzf etməyin cəzasını tətbiq etmişdir. O, bu böhtanda iştirak edənləri çubuqlatdırmışdı.

Iffətli və namuslu qadınlara zina isnad edib böhtan atmaq onlara, ailələrinə, atalarına, qardaşlarına və qəbilələrinə əziyyət verdiyindən və başlarını aşağı saldığından haram edilmişdir. Əslində bu böhtan yalan bir iftiradır. Bu böyük və təhlükəli yalan olduğuna görə onun cəzası da qorxuducu və çəkindirici olmalıdır ki, şərəfsiz insanlar belə əməllərdən çəkinsinlər.
Üçüncü: Oğurluğun cəzası;

Oğurluq: başqasının malını bağlı yerdən, zülmlə götürməkdir. Allah taala oğurluq üçün cəza təyin edərək buyurmuşdur:



{               }(المائدة:38)

"Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (əl-Maidə: 38).

عائشة –رضي الله عنها–قالت: كان رسول الله e يقطع السارق في ربع دينار فصاعدا. أخرجه البخاري في صحيحه ومسلم

Möminlərin anası Aişə deyir: Peyğəmbər dinarın dörddə biri və ondan çox məbləğə görə oğrunun əlini kəsərdi1.

Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin