MƏHƏBBƏT İKSİRİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
  1   2   3   4   5   6   7   8   9   ...   12
Şeyx Rəcəbəli


 

 
 
 
 
 
MƏHƏBBƏT İKSİRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜƏLLİF: 
AYƏTULLAH MƏHƏMMƏDİ REYŞƏHRİ 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
................:باتک مان
..........
..........
....
 
تبحم یایمیک
 
.........................:فلؤم
...........
یرهشیر یدمحم ...
 
...........................:مجرتم
..........
....
ازیلع.م..........
هد
 
............:رشان
..................
........
.......
رهش. .........
رای
 
.....:پاچ خیرات
..................
........
............
......
1385
 
....:پاچ تبون
.................
.........
..................
لوا.....
 
.:ژاریت
..........................
.....
.....
.............
.....
000
2
 
 
 
 
 
Kitabın adı:................Məhəmməbbət iksiri 
Müəllif:...Ayətullah Məhəmmədi Reyşəhri 
Tərcümə edən:......................................M. Əlizadə 
Nəşr edən:.............................................Şəhriyar 
Çap tarixi:........................................................2006 
Çap növbəsi:..........................................Birinci 
Tiraj:...............................................................2000 
 
964-5934-78-8 

 

ÖN SÖZ 
Saleh  bir  bəndə  və  həqiqi  mənada  arif  insan  olan  Şeyx 
Rəcəbəli  Xəyyatın  xatirəsinə  həsr  olunan  bu  kitabın  yazılması 
haqda 
oxucuları 
(xüsusilə 
də 
əgər 
oxucu 
Şeyxin 
şagirdlərindəndirsə)  maraqlandıran  ilk  sual  bu  ola  bilər: 
Görəsən  heç  bir  vaxt  Şeyxi  görməyən  və  özü  də  ixtisas  və 
tədqiqatları  xatirə  yazmaq  olmayan  müəllifi  belə  bir  məcmuə 
yazmağa nə vadar etmişdir? 
ŞEYXİN SÖZLƏRİNDƏ OLAN 
CAZİBƏDARLIQ 
İmam Əli əleyhissalam buyurmuşdur: 
«Hər  bir  haqq  işin  öz  həqiqəti  və  hər  bir  düzgün  işin  öz 
nuraniyyəti vardır.» 
Gənc  yaşlarımda  Qum  şəhərində  yerləşən  «Cəmkəran» 
məscidində  Şeyxə  qəlbən  bağlı  olan  bir  şəxslə  rastlaşdıqdan 
sonra  o  böyük  şəxsiyyətə  qiyabi  şəkildə  bağlandım,  onun 
sözlərində  elə  bir  həqiqət,  nuraniyyət  və  cazibə  gördüm  ki, 
onun  ətrini  yalnız  ilahi  övliyaların  kəlamlarından  duymaq 
olar. 
Uzun  müddət  idi  ki,  qarşısında  universitet  müəllimləri  və 
din alimlərinin diz çökdüyü o «dərs oxumamış alim» və böyük 
əxlaq ustadının həyat və davranışları haqda bir şey yazıb əziz 
oxuculara, xüsusilə də mürəkkəb həyat yolunun başlanğıcında 
olan gənc nəslə təqdim etmək arzusunda idim. 
Şübhə yoxdur ki, bu işi Şeyxin yazıçılıq və tədqiqat işləri ilə 
məşğul  olan  şagirdlərindən  biri  həyata  keçirsəydi,  yəqin  ki, 
daha  kamil  və  qarşınızda  olan  bu  kitabdan  daha  yaxşı  bir  iş 
görmüş  olardı.  Nəyə  görəsə bu  iş  bu  vaxta  qədər  görülməyib 

 

və  digər  tərəfdən  də  Şeyxin  bu  işi  bacara  bilən  yoldaş  və 
şagirdlərindən çoxu dünyalarını dəyişiblər. 
Neçə  il  bundan  əvvəl  hiss  etdim  ki,  fürsət  tədricən  əldən 
getməkdədir  və  əgər  bu  mərhələdə  Şeyxin  hali-həyatda  olan 
dostlarının xatirələri toplanmasa, artıq bundan sonra onun son 
dərəcə  tərbiyəvi  əhəmiyyətə  malik  olan  davranışlarını  yazıb-
hazırlamaq  mümkün  olmayacaq  və  nəticədə  həqiqət  aşiqləri 
həmişəlik  olaraq  bu  ilahi  insanın  əldə  etdiyi  həqiqətlərdən 
məhrum  qalacaqlar.  Buna  görə  də  məsələni  yaxın  dostlardan 
birinə  danışıb  ondan  Şeyx  barəsində  hazırladığı  mövzular 
əsasında  onun  yaxın  dostları  və  şagirdlərindən  müsahibələr 
götürüb  maraqlı  söhbətlərini  maqnitofon  lentinə  yazmağı 
xahiş etdim. 
Bu iş həyata keçirildi, müsahibələr kağız üzərinə köçürüldü 
və «Astani Qüdsi Rəzəvi»nin tədqiqat mərkəzi tərəfindən çapa 
hazırlanaraq    1376-cı  il  xordad  ayında  (1997-ci  il)  «Təndise 
ixlas» adlı kitab şəklində çap olundu. 
«Təndise 
ixlas» 
kitabı 
bəzi 
çatışmamazlıqlarına 
baxmayaraq, bu ilahi şəxsiyyətin cazibədarlığı səbəbi ilə geniş 
oxucu  kütləsinin,  xüsusilə  də  gənc  nəslin  yüksək  rəğbətini 
qazandı.  Qısa  bir  müddət  ərzində  on  bir  dəfə  çap  olundu  və 
yüz  min  nüsxədən  artıq  kitab  həvəskar  oxucuların  ixtiyarına 
verildi. 
Şeyxin  həyatı  barədə  aparılan  tədqiqatların  ardınca,  onun 
seyri-süluku, rəftar və davranışları haqda qiymətli məlumatlar 
əldə  edildi.  Həddindən  artıq  çox  olan  məşğuliyyətlərimə 
baxmayaraq,  bu  dəfə  qərara  aldım  ki,  Şeyxin  öz  nəfsi  ilə 
mübarizə  üslubunu,  onun  mənəvi  aləmini,  müvəffəqiyyət 
rəmzini çatdıra biləcək növbəti kitabı özüm yazım. Allahın fəzl 
və  mərhəməti  ilə  qarşınızda  olan  «Məhəbbət  iksiri»  adlı  bu 
kitab  həmin  qərarın  nəticəsidir.  Bu  barədə  bir  neçə  məsələni 
diqqətinizə çatdırıram. 

 

YAZIÇILIQ ÜSLUBU 
Bu  kitabı  hazırlamaq  üçün  ilk  növbədə  Şeyx  Rəcəbəlinin 
yaxın  adamları  ilə  aparılan  söhbətlər  nəzərdən  keçirilib 
yenidən yazıldı. Bundan sonra həmin söhbətlərdə olan maraqlı 
və  öyrənilməli  məsələlər  çıxarılaraq  dörd  hissədə  - 
«xüsusiyyətlər»,  «səy  və  təlaşlar»,  «yaradıcılıq  və  quruculuq» 
və  «vəfatı»  adlı  bölmələrdə  yerləşdirildi.  Daha  sonra  isə  əsil 
işlər  –  kitabın  fəsillərə  bölünməsi  və  kitab  şəklinə  salınması 
başlandı. 
Şeyx  barəsində  olan  bu  kitabı  digər  xatirə  kitablarından 
ayıran  mühüm  xüsusiyyət  cənab  Şeyxin  tövsiyə  və  bəzi 
kəramətlərinin  islam  ayinləri  ilə  uyğun  olmasını  göstərmək 
üçün  dini  mətnlərdən  istifadə  edilməsi,  mövzu  ilə  münasib 
olan  və  digər  övliyalar  üçün  baş  verən  mükaşifələrin  burada 
gətirilməsidir. 
Qeyd etmək lazımdır ki, hər hansı məsələ ilə bağlı gətirilən 
hədislər  burada  nümunə  olaraq  göstərilmişdir  və  həmin 
mövzular  haqda  daha  geniş  məlumat  almaq  istəyənlər 
haşiyədə  göstərilən  «Mizanül-hikmət»  kitabına  müraciət  edə 
bilərlər. 
XATİRƏDƏN DAHA ÜSTÜN 
Beləliklə  də  Şeyxə  həsr  olunan  xatirələr  toplusu  xatirə 
kitabından  daha  üstün  bir  məcmuəyə,  nəfsin  paklaşdırılması 
və ali insani məqsədin yollarını göstərən bir kitaba, ilahi yolun 
yolçuları üçün məsumların kitab və sünnət yolundan haqq və 
həqiqət  əhlinin  yüksək  məqamlarına  doğru  hidayət  edən 
yaradıcı bir dərmana çevrildi. 
İmam Xomeyni (r.ə) «Əql və cəhlin qüvvələri» barədə olan 
hədisin şərhində əxlaq barəsində yazılan elmi-fəlsəfi kitabların 

 

zəifliyi  və  cəmiyyətin  bu  qəbildən  olan  kitablara  ehtiyacı 
barədə yazır: 
«Mənə elə gəlir ki, elmi-tarixi əxlaq, həmçinin hədislərin bu 
şəkildə  olan  ədəbi  təfsiri  və  elmi  şərhi  məqsəddən  uzaq 
düşmək və yaxını uzaqlaşdırmaqdır. Müəllifin əqidəsinə görə 
əxlaq  elmində,  onunla  bağlı  olan  hədislərin  şərh  edilməsində 
və ona aid olan ayələrin təfsirində əsil məsələ budur ki, yazıçı 
bəşarət  və  təhdid,  moizə-nəsihət  və  bu  kimi  digər  yollarla  öz 
məqsədini nəfslərdə yerləşdirə bilsin. 
Başqa sözlə desək, əxlaq kitabı müalicə yollarını göstərmək 
deyil,  dərd  və  eyiblərə  birbaşa  əlac  edən  yazılı  moizələr 
olmalıdır. 
Əxlaqın  köklərini  başa  salmaq  və  müalicə  yollarını 
göstərmək  heç  kəsi  məqsədə  yaxınlaşdırmaz,  heç  bir  qara 
qəlbə  nuranilik  gətirməz  və  heç  bir  fasid  əxlaqı  islah  etməz. 
Əxlaq  kitabı  odur  ki,  onu  oxumaqla  qəsavətli  qəlb  yumşala, 
çirkin batinlər paklana və qaranlıqlar nuranilik tapa. Bunun da 
yolu odur ki, həmin alim yol göstərən olması ilə yanaşı aparıcı 
da  olmalı,  əlac  yolunu  müəyyən  etməkdən  əlavə  müalicə  də 
etməli, yazdığı kitab təkcə dərdin resçepti deyil, onun dərmanı 
da  olmalıdır.  İnsan  ruhunu  müalicə  etmək  istəyən  təbibin 
sözləri  resçept  şəklində  deyil,  dərman  hökmündə  olmalıdır. 
Amma  qeyd  olunan  kitablar  dərman  deyil,  resçeptdir.  Hətta 
əgər  qəbahət  olmasaydı,  deyərdim  ki,  onların  bəzilərinin 
resçept  olması  da  şübhəli  məsələdir.  Amma  bu  barədə 
danışmamaq daha yaxşıdır.» 
Əziz  oxucular  əməli  olaraq  görəcəklər  ki,  Şeyxin  xatirələri 
təkcə resçept mahiyyəti daşımayıb dərman misalındadır, xəstə 
ürəklərə  şəfa  bəxş  edir,  qəlbləri  yumşaldıb  onlara  nuranilik 
bəxş edir və haqq yolu yolçularını məqsədə yaxınlaşdırır. 

 

MƏNBƏYİN ETİBARLI OLMASI 
Qeyd  olunduğu  kimi,  Şeyxin  həyat  tarixinin  mənbəyi  və 
sənədi  onun  şagirdlərinin  və  müridlərinin  söhbətlərindən 
götürülmüşdür.  Az  hallar  istisna  olmaqla  nəql  olunan  bütün 
mətləblər  birbaşa  Şeyxin  özündəndir  və  onu  nəql  edənlərin 
hamısı – istər adları qeyd olunanlar olsun, istərsə də müəyyən 
səbəblərə  görə  adları  qeyd  olunmasın  –  mötəbər  şəxslərdir, 
mən inanıram ki, onların dedikləri real həqiqətlə müvafiqdir. 
Diqqət  yetirməli  məsələ  budur  ki,  kitabda  cənab  Şeyx 
barəsində qeyd olunanların hamısı sənəd əsasında olmasa belə 
şagirdlərinin onun barəsində dedikləridir. 
Növbəti  məsələ  budur  ki,  bu  söhbətlərdə  nəql  olunan 
ifadələri bəyan edərkən kifayət qədər ehtiyata riayət olunmuş 
və  onların  sözləri  mümkün  qədər  olduğu  kimi  gətirilmiş  və 
bunların üzərində çox azacıq islahatlar aparılmışdır. 
MƏRİFƏT ƏHLİNİN MƏQAMLARI 
Cənab Şeyxin ən böyük hünəri kimi ilahi məhəbbət iksirinə 
nail  olmasını  qeyd  etmək  olar.  O,  bu  məhəbbət  sahəsində 
mütəxəssis  idi  və  bu  münasibətlə  əlaqədar  olaraq  onun 
həyatını  «məhəbbət  iksiri»  adlandırdıq.  Cənab  Şeyx  bu 
iksirdən  bəhrələnərək  tövhidin  həqiqətinə  çatmışdı.  Kitabın 
üçüncü  bölməsinin  ikinci  fəslində  görəcəyiniz  kimi  Cənab 
Şeyx buyururdu: 
«İksirin  həqiqəti  Allahın  Özünə  çatmaqdır...  Allaha 
məhəbbət  bəndəçilik  yolunda  ən  axırıncı  mənzildir... 
Əməllərin  dəyərinin  meyarı  əməl  edən  şəxsin  Allah-taalaya 
olan məhəbbəti ilə ölçülür.» 
Mənə elə gəlir ki, hər kəs Şeyxin həyatını oxusa onun ilahi 
məhəbbət  iksirinin  həqiqətini  dərk  etdiyini  görəcəkdir.  O,  öz 
xaliqinə  məhəbbət  bəsləməklə  elə  məqamlara  və  kamal 

 

dərəcələrinə  çatmışdı  ki,  hətta  onların  bizim  üçün  təsəvvür 
olunması belə çox çətin və bə”zən qeyri-mümkündür. 
Çox hallarda mərifət əhlinin malik olduğu məqamları dərk 
etməkdə  acizlik,  məlumatsız  adamların  bu  məsələni  inkar 
etməsinə  səbəb  ola  bilər.  Məhz  buna  görə  də  İran  İslam 
inqilabının  banisi  həzrət  imam  Xomeyni  (r.ə)  öz  oğlu  hacı 
Əhməd Ağanı bu işdən şiddətlə çəkindirərək buyururdu: 
«Oğul! Sənə ilk növbədə vəsiyyət etdiyim məsələ budur ki, 
mərifət  əhlinin  məqamlarını  inkar  etməyəsən,  çünki  bu  iş 
cahillərin tutduğu yoldur. Allah övliyalarının məqamlarını da 
inkar  etməkdən  uzaq  ol,  çünki  bu  kimi  şəxslər  haqq  yolunun 
qarşısını alanlardır.»
1
 
Hacı  Əhməd  Ağanın  həyat  yoldaşına  vəsiyyətində 
buyururdu: 
«Mən  iddiaçılara  bəraət  qazandırmaq  istəmirəm,  çox  iddia 
edənlər var  ki,  cəhənnəm  əhlidirlər.  Mən  demək  istəyirəm  ki, 
məna  və  mənəviyyətin  əsasını  inkar  etməyəsən.  Həmin 
mənəviyyəti  demək  istəyirəm  ki,  Allahın  kitabı  və 
Peyğəmbərin  sünnətində  qeyd  olunmuş,  müxaliflər  ya  onu 
görməməzliyə  vurmuş,  ya  da  avam  camaatın  əqidəsi 
səviyyəsində  olan  tövhidə  üz  tutmuşlar.  Mən  sənə  tövsiyə 
edirəm:  birinci  mərhələ,  inkarçılıq  ruhiyyəsindən  ibarət  olan 
hicabdan  çıxmaqdır.  Çünki  bu  hər  növ  inkişafın  və  müsbət 
irəliləyişin  qarşısında  bir  maneədir.  Bu  mərhələ  (hicabdan 
çıxmaq) kamal deyildir, lakin kamala doğru yol açandır... 
Ümumiyyətlə inkarçılıq ruhiyyəsi ilə yanaşı mərifətə doğru 
heç  bir  yol  tapmaq  olmaz.  Ariflərin  və  məna  əhlinin 
məqamlarını  inkar  edənlər  xudpəsənd  və  yalnız  özünü 
bəyənənlərdir.  Onlar  bilmədikləri  bir  şeyi  heç  vaxt  öz 
                                                      
1
 Səhifeyi nur, 22/371. 

 

cəhalətləri ilə əlaqələndirməzlər və onu dərhal inkar edərlər ki, 
xudbinliklərinə xələl yetişməsin.»
1
  
ŞƏXSİYYƏTİNİN ARAŞDIRILMASI 
HƏDDİNDƏN ARTIQ ÇƏTİN OLAN 
İNSANLAR 
Mərifət əhlinin məqamları camaatın əksəriyyəti üçün bəyan 
olunması çox çətin olan bir kamal məqamıdır. Bu barədə imam 
Sadiq (ə)-dan nəql olunmuş dərin məzmunlu aşağıdakı hədisə 
diqqət yetirək: 
«Məxluqat  Allah-taalanın  sifətlərini  olduğu  kimi  dərk 
etməkdə  acizdirlər.  Onlar  Allahın  sifətinin  cövhərini  dərk 
etməkdə aciz olduqları kimi, Peyğəmbərin (s) xüsusiyyətlərini 
də  olduğu  kimi  dərk  etməkdə  acizdirlər.  Habelə  Peyğəmbərin 
(s) xüsusiyyətlərini dərk etməkdə aciz olduqları kimi, imamın 
da  xüsusiyyətlərini  dərk  etməkdə  acizdirlər.  İmamın 
xüsusiyyətlərini dərk etməkdə aciz olduqları kimi də, möminin 
həqiqətini olduğu kimi dərk etməkdə acizdirlər.»
2
  
İnsan  Allahda  fani  olmaq  məqamına  (fəna  fillah)  çatdıqda 
Onun  yer  üzündəki  nümayəndəsi  olur,  məhz  belə  olan  halda 
camaatın əksəriyyəti tərəfindən onun kamal xüsusiyyətlərinin 
təhlil  edilib  araşdırılması  və  dərk  ediliməsi  Allahın 
xüsusiyyətlərində  olduğu  kimi,  qeyri-mümkündür.  İmam 
Sadiq  (ə)-ın  kəlamında  gördüyünüz  kimi,  bu  xüsusiyyətlərdə 
Peyğəmbər,  İmam  və  mömin  şəxs  arasında  heç  bir  fərq 
yoxdur. Buna görə də - «Cənab Şeyx kimi böyük şəxsiyyətlərin 
mənəvi  məqamlarını  olduğu  kimi  vəsf  etmək  qeyri-
mümkündür» - desək çox da qəribə olmaz. 
                                                      
1
 Yenə orada, 22/348. 
2
 Mizanül-hikmət, 1/390/289/1400. 

 
10 
Şeyxin şagirdlərindən biri uzun illər boyu mənimlə dostluq 
etmişdir  və  Şeyxin  yüksək  mənəvi  məqamları  barədə  çoxlu 
əhvalatlar  nəql  etmişdir.  O,  nəql  edirdi  ki,  bir  gün  Şeyx  belə 
buyurdu:  «Filankəs!  Dünyada  bir  kəs  məni  tanımadı,  amma 
mən iki yerdə tanınacağam: Birincisi on ikinci İmamımız (ə.c) 
zühur edəndə, ikincisi isə qiyamət günündə.» 
Deməli,  bu  kimi  kiçik  kitablar  vasitəsi  ilə  cənab  Şeyxin 
həqiqi  mənəvi  kamallarının  tanıtdırılması  mümkün  deyil, 
lakin onun nurani həyatının qələmə alınmasının ən yaxşı təsiri 
məhz  cənab  Şeyxin  həyatının  ümumi  xüsusiyyətlərini 
işıqlandırmaq,  mərifət  əhlinin  yüksək  məqamlara  çatmasının 
sirrini və onun insanların mənəvi təlim-tərbiyəsindəki tutduğu 
yolu  bəyan  etməkdir.  Bu  da  öz  növbəsində  çox  böyük  və 
dəyərli  bir  işdir  ki,  Allah  Öz  mərhəməti  sayəsində  bizə  nəsib 
etmişdir.  Bu  böyük  nemətə  görə  Allaha  şükr  edirik  ki,  bəlkə 
cənab  Şeyxin  «ölümümdən  sonra  tanınacağam»  deyə  etdiyi 
uzaqgörənliyinin  gerçəkləşməsinə  bir  növ  müqəddimə  olsun. 
Belə ki, Şeyxin oğlu onun belə dediyini nəql edir: 
«Heç kəs məni tanımır, öldükdən sonra məni tanıyacaqlar.» 
Məhəmməd Reyşəhri. 
11/2/1378. 
 
 
 
 

 
11 
BİRİNCİ BÖLMƏ 
BİRİNCİ FƏSİL 
XÜSUSİYYƏTLƏR 
«Cənab Şeyx» və ya «Şeyx Rəcəbəli Xəyyat» adı ilə məşhur 
olan, Allahın saleh və mömin bəndəsi olan Hacı şeyx Rəcəbəli 
1262-ci  hicri  ilində  (Miladi  1883.)Tehran  şəhərində  dünyaya 
gəlmişdir.  Atası  məşhədi  Baqir  sadə  bir  fəhlə  idi.  Rəcəbəlinin 
on  iki  yaşı  olarkən  atası  dünyasını  dəyişmiş  və  o,  özündən 
kiçik qardaş və bacısı ilə yetim qalmışdır. Şeyxin uşaqlıq dövrü 
haqda  əlimizdə  bundan  artıq  məlumat  yoxdur.  Amma  onun 
özü anasından eşitdiyi xatirələri belə nəql edir: 
«Sən  mənim  bətnimdə  olan  zaman  atan  kababxanada 
işləyirdi.  Bir  gün  o,  evə  kabab  gətirmişdi.  Mən  onları  yemək 
istədikdə sən bətnimdə hərəkətə gəldin və ayaqlarınla qarnıma 
vurmağa başladın. Hiss etdim ki, bu kababı yeməməliyəm. Əl 
saxlayıb atandan bu məsələnin səbəbini soruşdum. Atan dedi: 
Doğrusunu  desəm,  bunları  icazəsiz  gətirmişəm!  Mən  də  o 
yeməklərdən yemədim.» 
Buradan  məlum  olur  ki,  şeyxin  atası  sadə  bir  insan 
olmuşdur  və  yüksək  şəxsiyyətlərə  xas  olan  qeyri-adi 
xüsusiyyətə  malik  olmamışdır.  Amma  şeyxin  öz  dediklərinə 
əsasən,  atası Allah  dostlarından  birinə  yaxşılıq etmiş  və  onun 
duası nəticəsində belə bir caleh övlad ərsəyə gətirmişdir. 
Şeyxin  beş  oğlu  və  dörd  qızı  olmuş,  qızlarından  biri  uşaq 
ikən dünyasını dəyişmişdir. 

 
12 
ŞEYXİN EVİ 
Şeyxin  atasından  qalma  sadə  evi  «Mövləvi»  xiyabanının 
«Siyahlar»  küçəsində  yerləşirdi.  O,  ömrünün  axırına  kimi  bu 
kiçik və sadə evdə yaşamışdır. 
Onun  oğlu  deyir:  Evimizin  damı  köhnə  və  uçuq 
olduğundan  yağan  yağışın  suyu  evin  tavanından  döşəməyə 
tökülürdü.  Günlərin  bir  günündə  bir  neçə  yüksək  rütbəli 
hərbçi ölkənin böyük şəxsiyyətləri ilə birlikdə bizə gəlmişdilər. 
Biz  də  yağış  daman  yerlərə  ləyən  və  kasa  düzmüşdük. 
Onlardan  biri  bizim  bu  acınacaqlı  vəziyyətimizi  görüb 
getdikdən  sonra  münasib  yerdə  iki  torpaq  sahəsi  almış  və 
onları  atama  göstərib  demişdi:  Bunlardan  birini  sizin  üçün, 
digərini  isə  özüm  üçün  almışam.  Atam  cavabında  demişdi: 
Çox sağ olun, öz evimiz özümüzə kifayətdir. 
Şeyxin  övladlarından  digər  birisi  deyir:  Mənim  məişət 
vəziyyətim  yaxşılaşdığı  üçün  atama  dedim:  Atacan,  mənim 
dörd  tümən  pulum  vardır.  Bu  evimizi  də  on  altı  tümənə 
alırlar. İcazə verin, pulumuzu toplayıb münasib bir yerdə təzə 
ev alaq. 
Atam  buyurdu:  İstədiyin  vaxt  özün  üçün  təzə  ev  ala 
bilərsən, mənim üçün elə bu da bəsdir! 
Evləndikdən  sonra  evin  ikinci  mərtəbəsində  iki  otaq 
tikdirib  hazırladıqdan  sonra  atama  dedim:  Atacan,  sənin 
görüşünə  yüksək  şəxsiyyətli  qonaqlar  gəlir.  Öz  görüşlərinizi 
bu otaqlarda keçirsəniz yaxşı olar. 
Atam  buyurdu:  Yox!  Hər  kəs  istəsə  elə  bu  otağa  gəlsin, 
köhnə palazların üstündə otursun. Mənim heç nəyə ehtiyacım 
yoxdur! 
Bu  kiçik  otağın  döşəməsində  sadə  bir  kilim  və  köhnə  bir 
dərzi stolu vardı.  
Bir  neçə  ildən  sonra  şeyx  öz  otaqlarının  birini  məşhədi 
Yadulla adlı bir taksi sürücüsünə iyirmi tümənə icarəyə verdi. 

 
13 
Bir  müddətdən  sonra  Yadullanın  bir  qızı  oldu.  Mərhum  şeyx 
onun  adını  Məsumə  qoydu,  qulağına  azan-iqamə  dedikdən 
sonra  iki  tümən  çıxardıb  uşağın  bələyinə  qoydu  və  buyurdu: 
Yadulla! İndi sənin ailə üzvlərinin sayı çoxalıb və məişət xərcin 
də  artıb.  Bu  aydan  etibarən  iyirmi  tümən  əvəzinə  on  səkkiz 
tümən icarə haqqı verəcəksən. 
ŞEYXİN PALTARLARI 
Şeyx ruhani libasına bənzəyən çox sadə və təmiz paltarlar 
geyirmiş.  O,  adətən  ləbbadəyə bənzər  bir  paltar geyər,  başına 
araqçın qoyar və çiyninə əba salardı. 
Diqqət  yetirilməli  məsələlərdən  biri  də  bu  idi  ki,  onun 
hətta libas geyməsi də, Allah dərgahına yaxınlaşmaq məqsədi 
daşıyırdı.  Yalnız  bircə  dəfə  başqasının  xoşuna  gəlmək  üçün 
çiyninə  əba  atmışdı  ki,  bu  zaman  onu  məna  aləmində 
məzəmmət etmişdilər. Cənab Şeyxin özü bu hadisəni belə nəql 
edir: 
«Nəfs çox qəribə bir şeydir. Bir gecə gördüm ki, hicablarım 
vardır.
1
  İbadətlərimdə  hüzuri-qəlb  və  rahatlıq  tapa  bilmirəm. 
Səbəbini  axtarmağa  başladım.  Bir  qədər  acizanə  yalvarışdan 
sonra  (məni)  anlatdılar  ki,  dünən  axşam  çağı  Tehranın  böyük 
şəxsiyyətlərindən  biri  görüşünə  gəlib  demişdi:  İstəyirəm 
məğrib və işa namazını sizə iqtida etməklə qılam. Sən də onun 
xoşuna gəlsin deyə namaz vaxtı çiyninə əba saldın.» 
ŞEYXİN YEMƏYİ 
Şeyx  heç  vaxt  ləzzətli  xörəklərə  meyl  göstərmirdi.  Əksər 
hallarda  sadə  yeməklər,  o  cümlədən  kartof  və  firni  yeyərdi. 
Süfrə başında dizi üstə üzü qibləyə oturar və bir qədər əyilərək 
yeməyə məşğul olurdu. Bəzi vaxtlarda da boşqabı əlinə alar və 
                                                      
1
  Məqsəd nəfsi bürüyən batini zülmət pərdəsidir.) 

 
14 
yeməyi  iştahla  yeyərdi.  Adətən  öz  xörəyindən  bir  qədərini 
yanında  oturanlara  verərdi.  Yemək  yeyən  zaman  danışmazdı 
və başqaları da ona ehtiram əlaməti olaraq sükut edərdilər. 
Qonaq  çağrılarkən  çox  diqqətli  olar,  dəvət  edənin 
kimliyindən asılı olaraq onu qəbul və ya rədd edərdi. Bununla 
belə, əksər vaxtlarda dostlarının dəvətini rədd etməzdi. 
Dükan-bazarda  olan  yeməklərdən  pəhriz  etməzdi, 
yeməyin  insan  ruhuna  göstərdiyi  təsirlərdən  də  qafil  deyildi. 
O,  ruhda  baş  verən  bəzi  mənfi  dəyişikliklərin  mənşəyini 
yeməkdə  görürdü.  Bir  dəfə  qatarda  Məşhədə  gedən  zaman 
batini bir zülmət və korluq hiss edir və dərhal müqəddəslərin 
ruhuna təvəssül edir. Bir müddətdən sonra ona başa salırlar ki, 
bu  zülmət  və  batini  korluq  qatarın  çayından  istifadə  edilməsi 
nəticəsində yaranmışdır.
1
  
                                                      
1
    İkinci  bölmənin  ikinci  fəslinə,  «Bələm  Bauranın  talehinə  düçar 
olmaqla təhdid» adlı başlığa baxa bilərsiniz. 

 
15 

Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin